Qışda Səyahət Üçün Ən isti ölkələr

Yeniləndi: 17 oktyabr 2025 20 baxış 5 dəq. oxu
Qışda səyahət üçün ən isti ölkələr hansılardır?
Qışda səyahət üçün ən isti ölkələr hansılardır?

Soyuq qış günlərində termometrlə mübarizə aparmaq əvəzinə, günəşli çimərliklərdə dincəlmək və tropik iqlimdən həzz almaq istərdinizmi? Qış ayları əksər ölkələr üçün soyuq və qarlı keçir, amma dünyada bir neçə ölkə var ki, dekabr-fevral aylarında yay mövsümü ilə sizi qarşılayır.

Təsəvvür edin: Tailandda turkuaz sular, Misirin Qırmızı dəniz sahillərində isti qum, Braziliyanın Rio de Janeirosunda rəngarəng karnaval enerjisi, Cənubi Afrikada safari heyvanlarını canlı görmək, Avstraliyada Sydney və Queensland sahillərində günəş vannası…

Bu blogda sizə qışda yay tətili üçün ideal 5 isti ölkəni təqdim edəcəyik, həmçinin vizaların şərtlərini, səfər üçün ən uyğun vaxtları və turistik məqamları paylaşacağıq. Oxuyun və gələcək tətil planınızı indi düşünməyə başlayın!

Tayland

Tayland vizası Azərbaycan vətəndaşlarının bu ölkəyə səyahət etməsi üçün tələb olunan rəsmi icazə sənədidir. Bu viza olmadan Taylanda giriş mümkün deyil, çünki Azərbaycan vətəndaşları üçün vizasız rejim tətbiq olunmur. Tayland hökuməti ölkəyə daxil olan hər bir əcnəbidən səyahətin məqsədinə uyğun viza növü tələb edir istər turizm, istər biznes, istərsə də təhsil məqsədli səfər olsun.

Tayland vizası adətən səfirlik və ya viza mərkəzi vasitəsilə verilir. Hazırda Azərbaycanda Tayland səfirliyi fəaliyyət göstərmədiyindən, müraciətlər ən yaxın diplomatik nümayəndəliklər məsələn, Ankara və ya Tbilisidəki Tayland səfirliyi vasitəsilə həyata keçirilir.

Tayland vizası haqqında ətraflı məlumat almaq istəyirsinizsə, klik edərək bloga keçid edə bilərsiniz.

Qısa müddətli səfərlər üçün turist vizası kifayət edir və bu viza ilə Taylandda 60 günə qədər qalmaq mümkündür. Uzunmüddətli səfərlər və ya iş, təhsil məqsədli gedişlər üçün isə fərqli viza növləri mövcuddur.

Yəni Taylanda səyahət etməyi planlaşdırırsınızsa, ilk addım doğru viza növünü müəyyənləşdirmək və müraciət prosesinə düzgün şəkildə başlamaqdır.

Tayland vizası sifarişiniz yerləşdirmək istəyirsinizsə, klik edərək keçid edə bilərsiniz.

Misir

Misir vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  • Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  • Şəxsiyyət vəsiqənizin surəti
  • İş yerindən arayış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış)
  • 2 ədəd 3x4 ölçüdə şəkliniz
  • Səyahətiniz üçün etdiyiniz aviabilet və otel bronları
  • İngilis dilində doldurulmuş ərizə forması
  • Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Misir vizası haqqında ətraflı məlumat almaq istəyirsinizsə, klik edərək bloga keçid edə bilərsiniz.

Misir turizm vizasına müraciət edərkən yuxarıda göstərilən sənədləri səfirliyə təqdim etməyiniz yetərli olacaq. Qeyd edək ki, səfirlik bütün sənədləri azərbaycan dilində qəbul edir, yəni sənədləri ingilis dilinə tərcümə etdirməyinizə ehtiyac yoxdur. Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənəd kimi adınıza olan VÖEN-in surətini səfirliyə təqdim edə bilərsiniz. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədinin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Misir vizası sifarişiniz yerləşdirmək istəyirsinizsə, klik edərək keçid edə bilərsiniz.

Braziliya

Braziliya vizası üçün müraciətlər Braziliyanın Bakıdakı səfirliyinə təqdim edilir. Qərar konsulluq şöbəsinin konsulu tərəfindən verilir. Turistik viza üçün müraciətin nəticələnməsi adətən 3-5 iş günü çəkir.
Viza rüsumu 152 AZN-dir. Sənədləri təqdim etdikdən sonra sizə ödəniş üçün çek verilir. Bu çek əsasında ödəniş Azərbaycan Beynəlxalq Bankının Əsas binasında (Nizami küçəsi 67) həyata keçirilməli və ödəniş qəbzi həmin gün konsulluğa təqdim edilməlidir.

Braziliya vizası haqqında ətraflı məlumat almaq istəyirsinizsə, klik edərək bloga keçid edə bilərsiniz.

Viza müraciəti zamanı aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  • Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  • Şəxsiyyət vəsiqənizin surəti
  • İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  • Adınıza olan bank hesabından arayış* (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  • 2 ədəd 3x4 ölçüdə, ağ fonda şəkliniz
  • Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  • Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  • İngilis dilində doldurulmuş ərizə forması
  • Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, həmin iş/tədbir/görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Braziliya vizası sifarişiniz yerləşdirmək istəyirsinizsə, klik edərək keçid edə bilərsiniz.

Cənubi Afrika Respublikası

Cənubi Afrika Respublikası vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir.

Qeyd edək ki, Cənubi Afrika Respublikası vizası müraciətçilərə, adətən, 3 ay ərzində 1 ay qalmaq hüququ verən və çoxgirişli statusu daşıyan viza təqdim edir. Ancaq vizanın etibarlılıq müddəti və statusu dəyişə bilir.

Cənubi Afrika vizası haqqında ətraflı məlumat almaq istəyirsinizsə, klik edərək bloga keçid edə bilərsiniz.

Cənubi Afrika Respublikası vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  • Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  • Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  • Şəxsiyyət vəsiqənizin surəti
  • İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  • Adınıza olan bank hesabından arayış* (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  • 2 ədəd 3.5x4.5 ölçüdə, ağ fonda şəkliniz
  • Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  • Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  • İngilis dilində doldurulmuş ərizə forması
  • Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu
  • Viza rüsumunun ödənildiyini təsdiq edən sənəd

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Cənubi Afrika vizası sifarişiniz yerləşdirmək istəyirsinizsə, klik edərək keçid edə bilərsiniz.

Avstraliya

Avstraliya vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir.

Qeyd edək ki, Avstraliya turist vizası müraciətçilərə, əsasən, 3 ay və ya bəzi hallarda bir il müddətində 3 ay qala bilmə imkanı yaradacaq şəkildə verilir. Ancaq hər bir halda bu müddət dəyişə bilər.

Avstraliya vizası haqqında ətraflı məlumat almaq istəyirsinizsə, klik edərək bloga keçid edə bilərsiniz.

Avstraliya vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  • Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  • Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  • Şəxsiyyət vəsiqənizin surəti
  • İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  • Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  • Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  • Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  • 3.5x4.5 ölçüdə, ağ fonda şəkliniz
  • Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  • Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  • İngilis dilində doldurulmuş ərizə forması
  • Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunmalıdır.

Avstraliya vizası sifarişiniz yerləşdirmək istəyirsinizsə, klik edərək keçid edə bilərsiniz.

Tez-Tez Verilən Suallar

1. Qışda səyahət üçün ən isti ölkələr hansılardır?
Qış aylarında isti və günəşli hava üçün ən ideal ölkələr Tailand, Misir, Braziliya, Cənubi Afrika və Avstraliyadır. Bu ölkələrdə dekabr-fevral ayları ərzində temperatur 25–35°C arasında dəyişir.

2. Bu ölkələrə viza tələb olunurmu?

  • Tailand: 30 günədək vizasız, daha uzun qalmaq üçün turist vizası tələb olunur.
  • Misir: Elektron viza və ya hava limanında alınan viza mümkündür.
  • Braziliya, Cənubi Afrika və Avstraliya: Hər üçü üçün turist vizası əvvəlcədən alınmalıdır.

3. Qış aylarında bu ölkələrə səyahət üçün ən münasib vaxt nə zamandır?
Ən uyğun dövr dekabrın ortasından fevralın sonuna qədərdir. Hava həm isti, həm də turizm mövsümü aktiv olur.

4. Bu istiqamətlər ailəvi səyahət üçün uyğundurmu?
Bəli, xüsusilə Tailand, Misir və Avstraliya ailəvi istirahət üçün çox rahat və təhlükəsiz sayılır. Uşaqlar üçün əyləncə mərkəzləri, təmiz çimərliklər və ailəvi kurortlar geniş seçim imkanı yaradır.

5. Səyahət büdcəsi baxımından hansı ölkə daha sərfəlidir?
Ən münasib qiymətli istiqamətlər Tailand və Misirdir. Braziliya və Avstraliya isə uzaq məsafəyə görə nisbətən bahalı sayılır.

Oxşar yazılar:

Viza üçün Sponsor Məktubu Necə Yazılır?

Viza üçün Sponsor Məktubu Necə Yazılır?

Viza müraciəti zamanı təqdim edilən sənədlər arasında sponsor məktubu xüsusi əhəmiyyət daşıyır. Bu məktub, səfirliyə səyahət edən şəxsin xərclərini kimin qarşılayacağını və həmin şəxsin maliyyə təminatının necə ödənəcəyini izah edən rəsmi bəyanatdır. Əgər müraciət edən şəxs tələbədirsə, işsizdirsə, yeni məzundur və ya sadəcə olaraq öz adına kifayət qədər gəlir və ya bank çıxarışı təqdim edə […]

Vizam.az 23 oktyabr 2025
İngiltərə Səyahəti üçün Viza Necə Ala Bilərəm?

İngiltərə Səyahəti üçün Viza Necə Ala Bilərəm?

İngiltərə zəngin tarixi, müasir memarlığı, krallıq ənənələri və mədəni müxtəlifliyi ilə Avropanın ən çox ziyarət olunan ölkələrindən biridir. Xüsusilə London, özündə həm qədim, həm də müasir dünyanın ruhunu birləşdirən unikal şəhərdir. Big Ben, Tower Bridge, Buckingham Sarayı, London Eye və British Museum kimi görməli yerlər hər il milyonlarla turisti cəlb edir. Payız və qış aylarında […]

Vizam.az 21 oktyabr 2025
Yeni ili Laplandiyada Qarşılamağa Nə Deyirsiniz?

Yeni ili Laplandiyada Qarşılamağa Nə Deyirsiniz?

Laplandiya uşaq nağıllarından çıxmış kimi görünən, qış mövsümündə sehrli bir dünyaya çevrilən unikal bir diyardır. Bu yer təkcə Finlandiyanın şimalında yerləşən coğrafi bir bölgə deyil, həm də Yeni ilin və Miladın simvolu sayılan Santa Klausun (Şaxta Babanın) rəsmi evi kimi tanınır. Dünyanın hər yerindən minlərlə turist hər il Laplandiyaya səfər edir ki, ulduzlarla dolu səmada […]

Vizam.az 20 oktyabr 2025
Taylanda  Elektron Vizanı Necə Ala Bilərəm?

Taylanda Elektron Vizanı Necə Ala Bilərəm?

Cənub-Şərqi Asiyanın incisi sayılan Tayland həm tropik adaları, həm də zəngin mədəni irsi ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Bangkokun rəngarəng küçə bazarları, Phuket və Pattaya kimi sahil şəhərlərinin sakitliyi, qədim məbədlərin sirli atmosferi hər il milyonlarla turisti buraya cəlb edir. Azərbaycan vətəndaşları üçün Taylanda səyahət etmək mümkündür, lakin Tayland vizası əldə etmək […]

Vizam.az 16 oktyabr 2025
Yeni İl Səyahəti Üçün Vizasız 10 Ölkə

Yeni İl Səyahəti Üçün Vizasız 10 Ölkə

Yeni ilin yaxınlaşması ilə birlikdə bir çox insan səyahət planları qurmağa başlayır. Soyuq havadan uzaqlaşmaq, yeni il gecəsini fərqli bir ölkədə qarşılamaq və yeni təcrübələr qazanmaq istəyənlər üçün bu dövr ilin ən maraqlı vaxtıdır. Lakin səyahət planı qurarkən əsas məsələ hara getmək deyil, necə getmək sualı olur. Viza müraciətləri, sənəd hazırlığı və uzun gözləmə müddətləri […]

Vizam.az 14 oktyabr 2025
Ən Çox İmtina Cavabı Gələn Ölkələr Hansılardır?

Ən Çox İmtina Cavabı Gələn Ölkələr Hansılardır?

Azərbaycan vətəndaşlarının xaricə səyahət etmək üçün viza alma prosesi, müraciət edilən ölkənin viza siyasətindən asılı olaraq fərqlənir. Əksər hallarda, Şengen ölkələri (məsələn, Almaniya, Fransa, İtaliya, Çexiya və s.) üçün müraciətlərdə ciddi problem yaşanmır. Əgər müraciətçinin gəlir səviyyəsi, səyahət məqsədi və sənədləri düzgün təqdim olunubsa, bu ölkələrdə viza alma ehtimalı çox yüksək olur. Lakin bəzi ölkələr […]

Vizam.az 13 oktyabr 2025
Uşaqlı Ailələr Üçün Ən Rahat Viza Rejiminə Malik Ölkələr

Uşaqlı Ailələr Üçün Ən Rahat Viza Rejiminə Malik Ölkələr

Uşaqlı ailələr üçün səyahət planlaşdırmaq bəzən düşündüyünüzdən daha çətin ola bilər. Xüsusilə də viza prosedurları, sənəd toplamaq və gözləmə müddətləri valideynlər üçün əlavə stress yaradır. Buna görə də, Azərbaycan vətəndaşları üçün uşaqlı ailələrə ən rahat viza rejiminə malik ölkələr barədə düzgün məlumat toplamaq vacibdir. Bu yazıda sizə viza tələb etməyən və ya asan viza ilə […]

Vizam.az 10 oktyabr 2025
Şengen Vizası Üçün Ən Düzgün Müraciət Vaxtı Hansıdır?

Şengen Vizası Üçün Ən Düzgün Müraciət Vaxtı Hansıdır?

Şengen vizası Avropaya səyahət etmək istəyən Azərbaycan vətəndaşlarının ən çox müraciət etdiyi viza növlərindən biridir. Lakin bu viza növünə müraciət zamanı ən vacib məsələlərdən biri doğru vaxtda müraciət etməkdir. Çünki səfirliklər və viza mərkəzləri, xüsusilə də yay mövsümündə və bayram ərəfələrində çox sayda müraciət qəbul edir və nəticədə görüş tapmaq çətinləşir. Doğru müraciət vaxtını seçmək, […]

Vizam.az 09 oktyabr 2025
Macarıstan Vizası Necə Ala Bilərəm?

Macarıstan Vizası Necə Ala Bilərəm?

Macarıstana səfər planlaşdırırsınızsa, ilk addım Macarıstan vizası almaqdır. Azərbaycan vətəndaşları üçün Macarıstan Şengen zonasına daxil olan ölkə olduğundan, səyahət üçün Şengen vizası tələb olunur. Viza müraciəti prosesində diqqət etməli olduğunuz əsas mərhələlərdən biri Macarıstan səfirliyi görüşü (Hungary visa appointment Baku) və BLS Hungary Azerbaijan vasitəsi ilə randevu almaqdır. Macarıstan turist vizası üçün müraciət edənlər əvvəlcə […]

Vizam.az 08 oktyabr 2025
Viza Üçün Dəvət Məktubu Necə Yazılır?

Viza Üçün Dəvət Məktubu Necə Yazılır?

Viza müraciəti zamanı ən çox diqqət edilən sənədlərdən biri də dəvət məktubudur. Bu sənəd həm səfirlik, həm də konsulluq əməkdaşları üçün müraciətçinin səfərinin məqsədini aydın şəkildə göstərən sübut hesab olunur. Dəvət məktubu, sadəcə bir yazı deyil o, sizin kim tərəfindən, nə məqsədlə və hansı şəraitdə dəvət olunduğunuzu təsdiq edən rəsmi sənəddir. Bir çox hallarda düzgün […]

Vizam.az 08 oktyabr 2025