vizam.az
Xidmətlərimiz Bloq Əlaqə Haqqımızda
Azərbaycanca
English
Русский
Daxil ol Qeydiyyat
vizam.az
vizam.az
Xidmətlərimiz Bloq Əlaqə Haqqımızda
Azərbaycanca
English Русский
Daxil ol
Qeydiyyat
Hüquqi
Bizim üçün çox vacibdir ki, hər şeyi düzgün edək. Müştəri Xidmətləri Siyasətimiz ortaq dəyərlərimizi əks etdirmək üçün yaradılmışdır.
vizam.az
MÜNDƏRİCAT
  1. Məxfilik
  2. Qayda və Şərtlər
  3. Çərəzlər
MÜNDƏRİCAT
  1. Məxfilik
  2. Qayda və Şərtlər
  3. Çərəzlər

Məxfilik

Yenilənib: 28 mart 2022

Məlumatların emalında qanuni maraq nədir?

Məlumatların emalının hüquqi əsası Veb saytdan və Tətbiqdən düzgün istifadə etmək və bu yolla da istifadəçilərə təqdim olunan xidmətlərdən tam yararlana bilmələri üçün məlumatların emalının ciddi zərurət hesab olunmasıdır.

Əlavə məqsədlərə gəldikdə isə bunlar İstifadəçinin verdiyi razılıq ilə qanuniləşdirilir, istənilən vaxt İstifadəçiyə göstərilən Xidmətlərin keyfiyyətinə təsir etmədən onun tərəfindən ləğv edilə bilər. İstifadəçilər istənilən vaxt  [email protected] ünvanımıza müraciət edərək öz razılığını geri ala bilərlər.

Şəxsi məlumatlarınızı nə qədər saxlayacağıq?

PICKVISA istifadəçilərin şəxsi məlumatlarını onlar müştəri kimi və ya Veb saytın və / və ya Tətbiqin istifadəçiləri kimi qeydiyyatdan keçdiyi müddət ərzində yadda saxlayır və bu fərdi məlumatlar müqavilə öhdəliyi bitdikdən, habelə, müqavilədən doğa biləcək əlavə öhdəliklər də bitdikdən sonra lazımi qaydada bloklanaraq uyğun müddətə saxlanılır.

Xüsusilə, verilən suallara cavab vermək və elektron marketinq kommunikasiyalarını çatdırmaq üçün tələb olunan Şəxsi Məlumatlar İstifadəçi öncədən verdiyi razılığı ləğv etmədikdə və bu razılıq alındıqdan sonra lazımi öhdəliklərə cavab vermək üçün uyğun müddətdə emal olunacaq və yararlanılacaqdır. Hər halda, şəxsi məlumat alındığı məqsədə ehtiyac qalmadıqda və ləğv edilmədikdə bloklanmış formada saxlanılacaqdır.

Sayt üzərindən ödənişlər zamanı müştərinin kart məlumatları sayt tərəfindən saxlanılmır.

Məlumatlarınız kimə göndəriləcək?

PICKVISA istifadəçilərin şəxsi məlumatlarını qanunla tələb edildikdə, qanuni hüquq və mənafelərini qorumaq üçün və ya istifadəçi ilə üzərində müqavilə bağlanmış xidmətlərə uyğun olaraq lazım görüldükdə bölüşülə bilər. Üçüncü tərəf olaraq xidmət təminatçıları, kompüter və texniki dəstək xidmətləri tərəfindən məlumatlar əldə edilə bilər, bunlardan bəziləri aşağıda göstərilmişdir.

Müəyyən sistemlər, məlumatlar və xidmətlər serverləri Frankfurtda (Almaniya) və Google Cloud Platformasında yerləşən Amazon Veb Xidmətlərində ("AWS") saxlanılır. Məlumatlarınız beynəlxalq miqyasda həmin şirkətin ABŞ-dakı serverlərinə ötürülə bilər. Şəxsi məlumatların bu beynəlxalq ötürülməsi AB-ABŞ Məxfilik Qalxanı müqaviləsi ilə əhatə olunur və buna görə şəxsi məlumatlarınızı qorumaq üçün lazımi zəmanətlər verilir.

Qayda və Şərtlər

Yenilənib: 28 mart 2022

Hörmətli Müraciətçi,

Pickvisa.az-a müraciət etdiyiniz üçün təşəkkür edirik.
Pickvisa.az xidmətlərindən istifadəni seçməklə və ödəniş etməklə, siz doldurduğunuz məlumatların düzgünlüyünə zamin durur və bu informasiyaların viza sənədlərinin hazırlanmasında bizim tərəfimizdən istifadə olunmasına razılıq verirsiniz. Pickvisa.az sizin tərəfinizdən təqdim olunmuş informasiyaların doğruluğu ilə bağlı heç bir cavabdehlik daşımır.
Pickvisa.az heç bir viza müraciətçisinə vizanın alınması ilə bağlı 100% zəmanət vermir, bu, tam olaraq şirkətimizdən asılı olan bir proses deyil. Şirkət bu sahədə olan təcrübəsinə əsaslanaraq sizin sənədlərinizi müraciət olunan Səfirlik və ya Konsulluğun tələblərinə uyğun olaraq mükəmməl şəkildə hazırlanıb təqdim edilməsinə çalışır. Vizanın nəticələri daha çox sizin təmin etdiyiniz məlumatlardan və Səfirlik/Konsulluğun təhlilindən asılıdır.
Eyni zamanda Siz, bu şərtləri qəbul etməklə təsdiqləyirsiniz ki, gedəcəyiniz ölkənin qanun və tələblərinə tabe olacaq, yalnız vizanın icazə verdiyi müddət ərzində, viza növünün icazə verdiyi fəaliyyətlərlə məşğul olacaqsınız. Bu qaydaları pozacağınız təqdirdə bununla bağlı birbaşa cavabdehliyi Siz daşıyırsınız. Pickvisa.az şirkəti və sənədlərin hazırlanmasında bizimlə əməkdaşlıq edən digər tərəfdaş şirkətlər sizin qayda və qanunları pozmağınızla bağlı heç bir halda cavabdehlik daşımır.

Ödənişin geri qaytarılma şərtləri:

Saytımızda qeyd olunan qiymətlər məzənnə fərqi, müraciət mərkəzləri, səfirliklər və konsulluqların tələblərindən asılı olaraq öncədən xəbər verilmədən dəyişə bilər. Bütün hallarda müraciətçi ödəniş prosesində son məbləği görür və ödəyir.
Müraciətçi  ödəniş etmədən öncə bütün qayda və şərtləri oxuduğunu və qəbul etdiyini təsdiq edir.
Geri ödəniş aşağıdakı hallarda həyata keçiriləcək (bura yalnız Pickvisa.az-un xidmət rüsumu daxildir):

  1. Müraciətçi saytımız vasitəsi ilə etdiyi ödənişin yanlış olduğunun fərqinə 24 saat ərzində vararsa və əgər xidmətə başlanılmayıbsa, Pickvisa.az xidmət rüsumu (ƏDV və 15 AZN xidmət haqqı istisna olmaqla) geri ödəniləcəkdir. Müraciətçi bu halı sifarişin yerləşdirildiyi vaxtdan 24 saat ərzində elektron poçtumuza yazıb rəsmi şəkildə bildirməlidir.
  2. Pickvisa.az əməkdaşları tərəfindən sənədlər və ödəniş təhvil alındığı vaxtdan 24 saat keçibsə, ƏDV istisna olmaqla, xidmət haqqının 50%-i geri qaytarılır. Ödəniş geri qaytarılması imtina günündən növbəti 2 gün ərzində (sifarişin yerləşdirildiyi müddətdən 3 gün) mümkündür.
  3. Sənədlərin və ödənişin təhvil alındığı müddətdən 3 gün keçərsə, heç bir geri ödəniş tətbiq olunmur. Belə hallarda Pickvisa.az əməkdaşları ödənişi gələcəkdə ediləcək sifarişlərə görə öncədən ödəniş kimi qəbul edə bilər. Öncədən ödəniş kimi qəbul edilmə başqa agentliklər tərəfindən edilmiş sifarişlərə, yaxud səfirlik, viza müraciət mərkəzi və konsulluğun rüsumlarına şamil olunmur.
  4. Əgər müraciətçi sənədlərinin Pickvisa şirkəti tərəfindən təsdiq edilməsindən və lazımi viza rüsumlarının səlahiyyətli orqanlara ödənilməsindən öncə viza müraciətini ləğv edərsə, bu zaman müraciət mərkəzinin, səfirlik, konsulluq və ya hər hansı səlahiyyətli qurumun ödənişi tam şəkildə geri ödənilir.

Geri ödəniş yalnız elektron poçta ödəmə bildirişi əlavə olunmaqla rəsmi məktub yazıldıqdan sonra prosesə alınacaqdır. Proses yerli debit/kredit kartlar üçün 10 iş günü, beynəlxalq kartlar üçün isə 20-25 iş günü müddətində xidmətin göstərildiyi Pickvisa.az ofisi vasitəsi ilə həyata keçirilir.
Kuryer servisi, müvafiq vendor ödənişləri və tərcümə kimi müəyyən xərclər yalnız sadalanan proseslərə hələ başlanılmadığı təqdirdə geri ödənilə bilər. Pickvisa.az yuxarıda sadalanan və əməkdaş şirkətlərin göstərdiyi xidmətlərin geri ödənişini etməmək hüququnu əlində saxlayır.
Müraciətçi və Pickvisa.az arasındakı qaydaların hər hansı birinin pozulması ilə bağlı yaranan məsələlər fəaliyyət göstərilən ölkənin qanunvericiliyi vasitəsi ilə həll olunacaqdır.
Əməkdaşlığınız üçün təşəkkür edirik.

Çərəzlər

Yenilənib: 28 mart 2022

Çərəzlər nədir?

Çərəzlər (Cookies) hər bir istifadəçinin brauzerində sonradan geri əldə edə bilmək üçün yadda saxlanılan, yalnız onu həyata keçirən server tərəfindən anlaşılan kiçik məlumatlardır.

Ümumiyyətlə, çərəzlər məhdud müddətə malikdir.

Çərəzlər Veb saytda ("Veb səhifə") istifadəçilər haqqında məlumatları yadda saxlamağa imkan verir.

Hansı Çərəzlərdən istifadə edirik?

Veb sayt özünün və üçüncü tərəfin çərəzlərindən istifadə edir.

Veb sayt aşağıdakı öz çərəzlərindən istifadə edir:

  • Texniki çərəzlər (həmişə aktivdirlər): Bu, istifadəçiyə veb saytı gəzməyə və təklif olunan müxtəlif seçim və ya xidmətlərdən istifadə etməyə imkan verən çərəzlərdir. Məsələn, məlumat qəbuluna və əlaqəsinə nəzarət etmək, sessiyanı müəyyənləşdirmək, bəzi hissələrə girişi məhdudlaşdırmaq və s.

Özəlləşdirmə və reklam çərəzləri:

  • Bunlar istifadəçiyə dil, brauzer növü kimi əvvəlcədən müəyyən edilmiş bəzi ümumi xüsusiyyətlərlə işləməyə imkan verir. İistifadəçinin xidmətə hansı cihazla daxil olması, istifadəçinin xidmətə daxil olduğu regional konfiqurasiya və s.
  • Bu çərəzlər reklam mesajlarını sizin və maraqlarınıza daha uyğun etmək üçün də istifadə olunur.

Çərəzlərdən kim istifadə edir?

Çərəzlər vasitəsilə əldə edilən məlumatlar veb saytın düzgün idarə olunması məqsədilə BADIAPP 2015, INC. SUCURSAL EN ESPAÑA ("Pickvisa" və ya "biz") tərəfindən Avenida Meridiana 89, Ático, 08026, Barselonada və info@pickvisa e-poçt ünvanında toplanacaq və emal ediləcəkdir.

Çərəzlərdən istifadəni necə sonlandırmaq mümkündür?

Çərəzlər veb brauzer vasitəsi ilə bloklana və ya silinə bilər, ancaq bunu etsəniz, platformadan istifadə və ya yüklənmə zamanı problemlərlə üzləşə bilərsiniz.

Çərəzlərdən istifadəni sonlandırmaq üçün konfiqurasiya brazuerinizdən asılıdır:

  • Internet Explorer: http://windows.microsoft.com/es-ES/internet-explorer/delete-manage-cookies#ie=ie-11-win-7
  • Firefox: https://support.mozilla.org/es/kb/Borrar%20cookies

Çərəzlərlə bağlı dəyişikliklər

Pickvisa cari Çərəzlər tətbiqini yeni qanunvericilik və ya tənzimləmə tələblərinə uyğun olaraq və ya məlumatların qorunması üçün qurumlar tərəfindən verilən təlimatlara uyğunlaşdırmaq məqsədilə dəyişdirə bilər. Cari Çərəzlər tətbiqində əhəmiyyətli dəyişikliklər edilərsə, bu hal Veb saytda yerləşdiriləcək bir bildiriş vasitəsi ilə istifadəçilərə çatdırılacaqdır.

Cari Çərəzlər tətbiqi ilə bağlı hər hansı bir sualınız və ya narahatlığınız varsa, e-mail vasitəsilə bizə müraciət edin ([email protected]).

  • vizam.az
  • Biz dünyanın istənilən ölkəsinə səyahət, təhsil və biznes viza dəstəyi göstəririk.
  • Bizim xidmətlərimiz
  • Xidmətlərimiz
  • Haqqımızda
  • Əlaqə
  • Haqqımızda
  • Bloqerlərimiz
  • Bloq
  • Hüquqi
  • Məxfilik
  • Qayda və Şərtlər
  • Çərəzlər
  • Bakı ofisi
  • [email protected]
  • +994 55 300 01 35
  • +994 50 300 01 35
  • +994 10 300 01 35
  • Bakı şəh, Bülbül Prospekti 7, Sahil Business Center, 7-ci mərtəbə, AZ 1000
website.cookie_alert_title

website.cookie_alert_description

Azərbaycanca
Azərbaycanca English Русский

Copyright © vizam.az.  2016-2025