Yeni ili Laplandiyada Qarşılamağa Nə Deyirsiniz?

Yeniləndi: 20 oktyabr 2025 753 baxış 8 dəq. oxu
vizam.az
vizam.az

Laplandiya uşaq nağıllarından çıxmış kimi görünən, qış mövsümündə sehrli bir dünyaya çevrilən unikal bir diyardır. Bu yer təkcə Finlandiyanın şimalında yerləşən coğrafi bir bölgə deyil, həm də Yeni ilin və Miladın simvolu sayılan Santa Klausun (Şaxta Babanın) rəsmi evi kimi tanınır. Dünyanın hər yerindən minlərlə turist hər il Laplandiyaya səfər edir ki, ulduzlarla dolu səmada rəqs edən Şimal İşıqlarını (Aurora Borealis) izləsin, qarla örtülmüş meşələrdə maral arabası ilə gəzsin, buz otellərində gecələsin və əlbəttə ki, Santa Klaus kəndini ziyarət etsin.

Laplandiyada Yeni il sadəcə bir təqvim hadisəsi deyil bu, sanki başqa bir reallığa keçid kimidir. Havanın -20 dərəcəyə düşməsinə baxmayaraq, bu məkanın enerjisi və təbiətin təqdim etdiyi mənzərə insanı istilədir. Ağ örtüklü təpələr, sükut içindəki meşələr və qarın üzərində parlayan günəş işığı bu bölgəni dünyanın ən romantik və eyni zamanda ən macəralı qış istiqamətlərindən birinə çevirir.

Burada Laplandiyanın paytaxtı Rovaniemi ən çox ziyarət edilən şəhərdir. Burada həm uşaqlar, həm də böyüklər üçün əsl nağıl atmosferi yaradılır: Santa Klaus Poçt Ofisi, buz parkları, ren maralları ilə gəzintilər, qar motosikletləri, saunalarda isinmə və buz göllərində balıq tutma kimi unudulmaz təcrübələr sizi gözləyir. Həmçinin, dekabr və yanvar aylarında keçirilən Yeni il festivalları, fişənglər və işıq şouları Laplandiyanı əsl bayram ruhuna bürüyür.

Laplandiyada Yeni ili qarşılamaq sadəcə bir səyahət deyil, həm də uşaqlıq xəyallarına qayıdışdır. Buranın sehrini bir dəfə yaşayanlar deyirlər ki, “Laplandiya sadəcə bir yer deyil, bir hissdir.”

Finlandiya Səyahəti

Əgər siz qış mövsümünün romantikasını, aurora borealisin sehriniŞaxta Babanın doğma yurdunu yaşamaq istəyirsinizsə, Finlandiya sizin üçün ideal istiqamətdir. Xüsusilə Laplandiya bölgəsi, Yeni il və Milad dövründə dünyanın ən çox ziyarət olunan yerlərindən biridir. Qarla örtülmüş meşələrdə maral arabası ilə gəzintilər, buz otellərində gecələmək, qütb işıqları altında isti saunada istirahət etmək bunlar Finlandiyanın təqdim etdiyi unudulmaz anlardan yalnız bir neçəsidir.

Finlandiyanın paytaxtı Helsinki, müasir memarlığı, dənizkənarı mənzərələri və mədəni müxtəlifliyi ilə diqqət çəkir. Şəhərdə siz həm dizayn muzeylərini gəzə, həm də Baltik dənizinin sahilində sakit bir gəzinti edə bilərsiniz. Əlavə olaraq, Tampere, TurkuOulu kimi şəhərlər də Finlandiyanın mədəni və tarixi tərəfini tanımaq üçün mükəmməl seçimlərdir.

Finlandiyada səyahət təkcə mənzərələrlə deyil, həm də kültür və rahatlıqla doludur. Burada insanlar sakit, mehriban və təbiətlə yaxın münasibətdədirlər. “Sauna” mədəniyyəti isə Finlandiyanın həyat tərzinin ayrılmaz hissəsidir demək olar ki, hər evdə bir sauna var!

Finlandiya Vizası

Finlandiya Şengen vizası sizə təkcə bu ölkəni deyil, eyni zamanda bütün Şengen zonasını kəşf etmək imkanı yaradır. Bu viza ilə siz Norveç, İsveç, Danimarka, Almaniya, Fransa və digər Avropa ölkələrinə sərbəst şəkildə səyahət edə bilərsiniz. Əlbəttə, əsas şərt səyahətinizin əsas məqsədinin Finlandiyaya yönəlmiş olmasıdır.

Finlandiya Şengen vizası təkgirişli (single entry)çoxgirişli (multiple entry) olmaqla iki formada təqdim olunur. Təkgirişli viza ilə siz Şengen ərazisinə yalnız bir dəfə daxil ola bilərsiniz, çoxgirişli viza isə sizə müəyyən müddət ərzində bir neçə dəfə daxil olub çıxmaq imkanı verir. Bu, xüsusilə iş, təhsil və ya tez-tez Avropaya səfər edən şəxslər üçün çox əlverişlidir.

Eyni zamanda, Finlandiya vizası müxtəlif müddətlər üçün verilə bilər 3 ay, 6 ay, 1 il, 2 il və ya 5 il. Bu uzunmüddətli çoxgirişli vizalar adətən Şengen ərazisinə mütəmadi səyahət edən, əvvəlki vizalardan düzgün istifadə etmiş və qaydaları pozmamış şəxslərə təqdim olunur.

Finlandiya vizasını əldə etdikdən sonra siz istənilən Şengen ölkəsinə səyahət edə bilərsiniz. Ancaq ilk girişinizi Finlandiyadan etmək çox vacibdir. Əgər siz viza aldığınız ölkə əvəzinə ilk olaraq başqa bir Şengen ölkəsindən daxil olmağa çalışsanız, bəzi hallarda həmin ölkənin sərhəd xidməti sizi geri qaytara bilər. Bu halların az da olsa, yaşanması səbəbilə Vizam.az komandası olaraq sizə tövsiyə edirik ki, ilk səfərinizi Finlandiyadan başlayasınız.

Viza müraciətində əsas diqqət etməli olduğunuz məqamlardan biri səyahət planında ən çox qalacağınız ölkə kimi Finlandiyanı göstərməkdir. Bu, Finlandiya səfirliyinə müraciət üçün hüquqi əsas yaradır. Əgər səyahət planınızda Norveç, İsveç və digər Skandinav ölkələri də yer alırsa, bu, viza alınmasına mane olmur. Əksinə, Finlandiya vizası ilə həmin ölkələrə rahatlıqla keçid edə bilərsiniz.

Yekun olaraq, Finlandiya Şengen vizası həm turistik, həm , həm də ailə ziyarəti məqsədilə səyahət edənlər üçün ideal seçimdir.

Finlandiya Şengen Vizası Tələb Olunan Sənədlər

Finlandiya Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  • Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  • Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  • Şəxsiyyət vəsiqənizin surəti
  • İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  • Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  • Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  • Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  • 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  • Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  • Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  • Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  • İngilis dilində doldurulmuş ərizə forması
  • Onlayn ödəniş çekinizin çap versiyası
  • Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Sənədləriniz qəbul olunduqdan sonra, viza prosesi zamanı səfirlik tərəfindən sizə zəng edilə bilər və həmin zəng zamanı əlavə sənədlərin təqdim edilməsi tələb oluna bilər.

Bank hesabınızda göstəriləcək məbləğ səyahət tarixlərinizə, Şengen zonasında qalacağınız müddətə, avia və otel bronlarının qiymətinə və digər xərclərə görə dəyişir. Ümumilikdə, bir həftəlik səyahət üçün hesabda ən azı 3.500–5.000 AZN (və ya eyni məbləğdə avro və ABŞ dolları ekvivalenti) göstərməyiniz tövsiyə olunur. Bu məbləğ səyahətinizin bütün xərclərini tam əhatə etməlidir. Hesablamanı apararkən uçuş və otel xərclərinə əlavə olaraq, Şengen ərazisində qalacağınız hər gün üçün orta hesabla 70–80 avro gündəlik xərc nəzərə almalı və ümumi məbləği bir qədər artırmaq məqsədəuyğundur.

Əgər siz sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayış əvəzinə aşağıdakı sənədləri təqdim edə bilərsiniz: VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, eləcə də şirkətinizin reyestr çıxarışı.

Əgər işləmirsinizsə, təhsil alırsınızsa və ya səyahət xərcləriniz başqa bir şəxs tərəfindən qarşılanacaqsa, bu halda sponsor sənədləri təqdim olunmalıdır. Sponsorun sənədlərinə aşağıdakılar daxildir:

  • Şəxsiyyət vəsiqəsinin surəti
  • İş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda qeyd olunan sənədlər)
  • Bank hesabından arayış və çıxarış (bu hesab həm sizin, həm də sponsorun adına ola bilər)
  • Ailəvi əlaqəni təsdiq edən sənəd (valideyninizdirsə doğum haqqında şəhadətnamə, bacı və ya qardaşınızdırsa hər iki şəhadətnamə və s.)
  • Sponsorluq haqqında yazılı bəyanat

Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, tək səyahət etdiyi halda hər iki valideynin, bir valideynlə səyahət etdiyi halda isə digər valideynin icazə ərizəsinin surəti viza müraciətinə əlavə olunmalıdır.

Bütün bu sənədlər VÖEN, dövriyyə haqqında arayış, şirkət reyestrindən çıxarış, sponsorluq kağızıicazə ərizəsi səfirliyə təqdim edilməzdən əvvəl notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilməlidir.

Viza Proseduru

Finlandiya Şengen vizası üçün müraciətlər Ankarada yerləşən Norveç Səfirliyinin Azərbaycandakı rəsmi tərəfdaşı olan VFS Global viza müraciət mərkəzi vasitəsilə qəbul edilir. Viza ilə bağlı yekun qərar isə Ankaradakı Norveç səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədlərin təqdim edilməsi üçün viza görüşünü həftəiçi iş saatları ərzində Finlandiya VFS Global viza müraciət mərkəzinin +994 12 310 57 03 nömrəsi ilə əlaqə saxlayaraq təyin etmək mümkündür. Lakin, öncədən görüş təyin etmədən də VFS Global ofisinə yaxınlaşaraq sənədlərinizi şəxsən təqdim edə bilərsiniz.

Viza müraciəti planlaşdırılan səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan şəxslər istisna olmaqla, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsən iştirakı vacibdir. Barmaq izindən azad olanlar isə sənədlərini təqdim etmək üçün başqa bir şəxsə notarial qaydada etibarnamə verdikləri halda şəxsən iştirak etməyə bilərlər.

Şengen viza proseduru müraciət tarixindən etibarən adətən 4 həftə davam edir (rəsmi bayram və qeyri-iş günləri bu müddətə daxil deyil). Bu müddət ərzində sənədlərin Azərbaycandakı viza mərkəzindən Ankaradakı səfirliyə göndərilməsi, geri qaytarılması, həmçinin səfirlikdə müraciətin qəbul edilməsi və 30–40 gün ərzində qərarın verilməsi prosesi həyata keçirilir.

Viza rüsumu 35 avro ərizə formasını doldurduqdan və təsdiqlədikdən sonra onlayn şəkildə ödənilir. Sənədləri təqdim edərkən isə viza mərkəzinin xidmət haqqı olan 129 AZN, ikitərəfli kuryer xidmət haqqı 132 AZN və viza prosedurunun başa çatdığı və pasportun hazır olduğu barədə məlumat verməsi üçün SMS xidmət haqqı 3 AZN ödənilir. Bu ödənişlər nəğd şəkildə və yalnız manatla qəbul olunur.

Əgər müraciətçi viza nəticəsini daha qısa müddətdə əldə etmək istəyirsə, sənədlərin Ankaraya daha tez göndərilib qaytarılması üçün Premium Təcili çatdırılma xidmətindən yararlana bilər. Bu halda kuryer xidmətinin məbləği 74 AZN deyil, 208 AZN olur. Bu xidmət sənədlərin Ankaraya çatdırılması və geri qaytarılması müddətini 2 həftədən 5 iş gününə endirir. Qeyd edilməlidir ki, bu xidmət səfirlikdəki viza qərarının verilmə müddətinə təsir göstərmir.

Bununla belə, təcrübə göstərir ki, təcili işgüzar səfərlərdə və ya konfrans iştiraklarında, müraciət edən şəxsi dəvət edən qurum birbaşa Ankaradakı səfirliklə əlaqə saxlayaraq qərarın 15 gündən daha tez, bəzi hallarda isə 1 iş günü ərzində verilməsini təmin edə bilir.

Finlandiya Vizası Alma Ehtimalı

Hər bir ölkənin viza müraciətində olduğu kimi, Finlandiya üçün də viza alma ehtimalınız sizin şəxsi profilinizin vəziyyətindən asılıdır. İş yerinizin və vəzifənizin sabit və yaxşı olması, aylıq gəlirinizin orta səviyyədən bir qədər yüksək olması (təcrübələrə əsasən, aylıq 450–600 AZN gəliri olan şəxslərin vizası dəfələrlə təsdiqlənib), həmçinin bank hesabınızda səyahət xərclərinizi tam qarşılaya biləcək qədər məbləğin mövcudluğu viza alma şansınızı artırır.

Bundan əlavə, sizi Azərbaycana bağlayan amillərin məsələn, adınıza mülkün olması, ailə vəziyyətinizin sabitliyi, uşaqlarınızın olması və ya səyahət tarixçənizin mövcudluğu Finlandiya Şengen vizası alma ehtimalınıza müsbət təsir göstərir.

Əgər siz daha əvvəl heç bir Şengen vizası almamısınızsa, bu halda Norveç səfirliyi (Finlandiya vizalarını qiymətləndirən qurum) ilk müraciət üçün nisbətən riskli hesab edilə bilər. Hərçənd təcrübəmizdə ilk Şengen vizasını məhz Norveç səfirliyindən almış bir çox müraciətçi mövcuddur, lakin bu, əsasən profilindəki digər göstəriciləri (gəlir səviyyəsi, iş sabitliyi, mülk və s.) yüksək olan şəxslər üçün keçərlidir.

Ümumilikdə, əvvəlki Şengen vizalarınızın olması, Norveç səfirliyindən Finlandiya vizası alma ehtimalınızı xeyli artıran əsas faktorlardan biridir.

Tez-Tez Verilən Suallar (FAQ)

1. Finlandiya vizası üçün uşaqların sənədləri necə təqdim olunur?

Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, tək səyahət edirsə, hər iki valideynin icazəsi, valideynlərdən biri ilə səyahət edirsə, digər valideynin icazəsi viza müraciətinə əlavə olunmalıdır. İcazə sənədi notarial qaydada hazırlanmalı və ingilis dilinə tərcümə edilməlidir.

2. Finlandiya vizasını almaq üçün müraciət nə vaxt edilməlidir?
Səyahət tarixindən ən tez 6 ay əvvəl müraciət etmək mümkündür.

3. Viza üçün görüş təyin etmək lazımdırmı?
Xeyr, öncədən görüş təyin etmək tövsiyə olunur, lakin VFS Global ofisinə yaxınlaşaraq sənədlərinizi şəxsən təqdim edə bilərsiniz.

4. Viza proseduru nə qədər çəkir?
Əsasən 4 həftə, bayram və qeyri-iş günləri istisna olmaqla. Sənədlərin Ankaraya çatdırılması və geri qaytarılması da bu müddətə daxildir.

5. Viza rüsumu nə qədərdir?

Viza rüsumu 35 avro ərizə formasını doldurduqdan və təsdiqlədikdən sonra onlayn şəkildə ödənilir. Sənədləri təqdim edərkən isə viza mərkəzinin xidmət haqqı olan 129 AZN, ikitərəfli kuryer xidmət haqqı 132 AZN və viza prosedurunun başa çatdığı və pasportun hazır olduğu barədə məlumat verməsi üçün SMS xidmət haqqı 3 AZN ödənilir. Bu ödənişlər nəğd şəkildə və yalnız manatla qəbul olunur.

6. Təcili vizanı necə əldə etmək olar?
Premium Təcili çatdırılma xidməti ilə sənədlərin Ankaraya çatdırılması və geri qaytarılması müddəti 2 həftədən 5 iş gününə qədər azaldıla bilər. Bu xidmət üçün kuryer haqqı 208 AZN təşkil edir. Səfirlikdəki qərar müddətinə təsiri yoxdur, lakin bəzi hallarda dəvət edən qurum sayəsində qərar daha tez verilə bilər.

7. Bank hesabında hansı məbləğ göstərilməlidir?
Bir həftəlik səyahət üçün bank hesabında minimum 3.500–5.000 AZN (və ya ekvivalent avro/USD) göstərilməsi tövsiyə olunur. Hər gün üçün orta 70–80 avro gündəlik xərci nəzərə almaq məsləhətdir.

8. İlk Şengen vizası üçün Norveç səfirliyi risklidirmi?
Bəli, daha əvvəl Şengen vizası olmayan şəxslər üçün Norveç səfirliyi ilk müraciət zamanı nisbətən riskli hesab olunur. Profilinizdəki göstəricilər (iş, gəlir, mülk və s.) yüksəkdirsə risk azalır.

9. Viza ilə digər Şengen ölkələrinə daxil ola bilərəm?
Bəli, Finlandiya Şengen vizası ilə istənilən Şengen ölkəsinə səyahət edə bilərsiniz. Ancaq ilk girişinizi Finlandiyadan etməyiniz tövsiyə olunur.

10. Finlandiya vizasını necə ala bilərəm?
Finlandiya Şengen vizasını almaq üçün VFS Global viza müraciət mərkəzinə sənədlərinizi təqdim etməlisiniz. Ərizə forması doldurulduqdan, tələb olunan sənədlər (pasport, şəkil, uçuş və otel bronları, bank arayışı, iş yerindən və ya sponsor sənədləri və s.) toplanıldıqdan sonra görüş təyin etməklə və ya şəxsən müraciət edərək viza prosesi başlaya bilər. Barmaq izi tələbi və rüsum ödənişləri tamamlandıqdan sonra sənədlər Ankaradakı səfirliyə göndərilir və qərar qəbul edilir. Səfirlik tərəfindən təsdiq olunan viza ilə həm Finlandiyaya, həm də digər Şengen ölkələrinə səyahət edə bilərsiniz.

Finlandiyaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Finlandiya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin və otellərinizin alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Finlandiya Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Finlandiya ayaq basdığınız ilk andan sizi özünə valeh edəcək! Xoş səyahətlər!

Oxşar yazılar:

Litvaya Necə Getmək Olar?

Litvaya Necə Getmək Olar?

Son illərdə azərbaycanlı turistlər, tələbələr və iş axtaran şəxslər üçün maraq göstərilən Avropa ölkələrindən birinə çevrilib. Baltik regionunda yerləşən Litva həm münasib yaşayış xərcləri, həm təhlükəsiz şəhər həyatı, həm də Şengen zonasına daxil olması ilə diqqət çəkir. Xüsusilə paytaxt Vilnius tarixi memarlığı, sakit atmosferi və Avropa şəhər həyatını daha rahat büdcə ilə yaşamaq imkanı təqdim […]

Vizam.az 14 may 2026
Avstriya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Avstriya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Avstriya vizası üçün viza müraciəti edən şəxslər ən çox sənədlər, prosedur və qəbul şərtləri ilə bağlı suallar verir. Avstriya Şengen zonasında yerləşdiyi üçün bu ölkəyə səyahət üçün əsasən qısa müddətli C tipi Şengen vizası tələb olunur. Turizm, işgüzar səfər və ya ailə ziyarəti kimi məqsədlərlə müraciət etmək mümkündür. Viza prosesi düzgün sənəd hazırlığı və real […]

Vizam.az 14 may 2026
Oktoberfest Festivalı üçün Almaniya Vizası

Oktoberfest Festivalı üçün Almaniya Vizası

Dünyanın ən məşhur festivallarından biri hesab olunur və hər il milyonlarla turist bu tədbirdə iştirak etmək üçün Almaniyanın Munich şəhərinə səyahət edir. Bavariya mədəniyyəti, ənənəvi musiqilər, məşhur pivə çadırları və festival atmosferi Oktoberfesti Avropanın ən böyük tədbirlərindən birinə çevirib. Xüsusilə sentyabr ayının sonu və oktyabr ayının əvvəlində keçirilən festival dövründə Almaniyaya turist axını ciddi şəkildə […]

Vizam.az 14 may 2026
Tomorrowland Festivalı üçün Belçika Vizası

Tomorrowland Festivalı üçün Belçika Vizası

Tomorrowland dünyanın ən məşhur elektron musiqi festivallarından biri kimi hər il minlərlə insanı Belçikaya cəlb edir. Musiqi, səhnə şouları və unikal atmosferi ilə fərqlənən bu festival xüsusilə yay aylarında Avropaya səyahət planlayanlar üçün ən populyar seçimlərdən biridir. Festival Boom, Belgium şəhərində keçirilir və qısa müddətdə biletləri tükəndiyi üçün əvvəlcədən planlama böyük əhəmiyyət daşıyır. Azərbaycan vətəndaşları […]

Vizam.az 05 may 2026
Avstraliya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Avstraliya Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Avstraliya, yüksək həyat standartları, inkişaf etmiş şəhərləri və unikal təbiəti ilə dünyanın ən çox maraq göstərilən ölkələrindən biridir. Sidney və Melburn kimi məşhur şəhərlər, Böyük Sədd Rifi kimi təbii möcüzələr və geniş səyahət imkanları Avstraliyanı həm turizm, həm də işgüzar səfərlər üçün cəlbedici edir. Avstraliyaya səyahət etmək üçün Azərbaycan vətəndaşları əvvəlcədən viza əldə etməlidirlər. Avstraliya […]

Vizam.az 04 may 2026
Şengen Vizası ilə Monteneqroya Daxil Olmaq Olar?

Şengen Vizası ilə Monteneqroya Daxil Olmaq Olar?

Şengen vizası ilə Monteneqroya səyahət etmək məsələsi ən çox qarışdırılan mövzulardan biridir. Bir çox səyahətçi Monteneqronun Şengen zonasına daxil olduğunu düşünür və bu səbəbdən vizanın avtomatik keçərli olub- araşdırır. Əslində isə Monteneqro Avropa ölkəsi olsa da, Şengen sazişinə daxil deyil və öz sərhəd giriş qaydalarına malikdir. Bu səbəbdən Şengen vizası ilə Monteneqroya giriş məsələsi konkret […]

Vizam.az 01 may 2026
Avstraliya Vizası ilə Şengen Vizası Arasındakı Fərqlər Nələrdir?

Avstraliya Vizası ilə Şengen Vizası Arasındakı Fərqlər Nələrdir?

Səyahət planlayan insanların ən çox qarşılaşdığı suallardan biri Avstraliya vizası ilə Şengen vizası arasındakı fərqlərdir. Hər iki viza fərqli coğrafiyaları, fərqli qaydaları və müraciət proseslərini əhatə edir, buna görə də seçim etmək bəzən çətin ola bilir. Şengen vizası Avropanın bir çox ölkəsinə sərbəst səyahət imkanı yaratdığı halda, Avstraliya vizası daha uzaq regiona Avstraliya qitəsinə giriş […]

Vizam.az 01 may 2026
Polşa Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Polşa Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Polşa vizası Avropaya səyahət etmək və ya qısa müddətli işgüzar səfərlər planlayanlar üçün ən çox müraciət edilən vizalardan biridir. Polşa həm iqtisadi imkanları, həm də Şengen zonası daxilində yerləşməsi səbəbilə turistlər və iş məqsədli səfər edənlər üçün cəlbedici istiqamətlərdən hesab olunur. Bu viza vasitəsilə siz yalnız Polşaya deyil, digər Şengen ölkələrinə də sərbəst şəkildə səyahət […]

Vizam.az 29 aprel 2026
Kanada Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Kanada Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Kanada vizası almaq bir çox səyahətçi üçün həm yeni imkanlar, həm də ciddi planlaşdırma tələb edən bir prosesdir. Kanada yüksək həyat standartları, təhsil imkanları, iş perspektivləri və təbiəti ilə dünyanın ən çox maraq doğuran ölkələrindən biridir. Buna görə də ölkəyə səyahət etmək istəyən şəxslər ilk mərhələdə viza prosedurları ilə yaxından tanış olmalıdırlar. Kanada vizası üçün […]

Vizam.az 28 aprel 2026
İspaniya Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

İspaniya Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

İspaniya Şengen vizası Avropaya səyahət etmək istəyənlər üçün ən çox seçilən vizalardan biridir. İspaniya həm turizm baxımından populyar ölkə olduğu, həm də Şengen zonası daxilində yerləşdiyi üçün bu viza ilə təkcə İspaniyaya deyil, digər Avropa ölkələrinə də sərbəst səyahət imkanı əldə edilir. Bu viza xüsusilə səyahət, işgüzar görüşlər və ya qısa müddətli Avropa səfərləri planlayan […]

Vizam.az 28 aprel 2026