AVSTRALİYA VİZASI NECƏ ALINIR?

Yeniləndi: 12 fevral 2025 10755 baxış 4 dəq. oxu

Dünyanın bir ucuna, ayrıca bir qitəyə - Avstraliyaya səyahət edib bu unikal və əsrarəngiz coğrafiyanı kəşf etmək bir çox şəxsin arzusudur. Təbiəti, okean sahilləri, paytaxt Kanberra, Sidney, Melburn kimi şəhərləri, heyvanlar və botanika aləminin unikallığı, abidələri və sadalamaqla bitməyəcək digər özəllikləri ilə səyahətsevər insanların ən böyük turizm hədəflərindən birinə çevrilmiş Avstraliya! Sizin də hədəfiniz bu qitəyə səyahətdirsə, Avstraliya vizası haqqında hər şeyi, bu vizanı necə əldə edə biləcəyinizi bu məqalədə oxuya bilərsiniz.

Avstraliya Viza Növləri

Avstraliyaya planladığınız səyahətinizi Avstraliya turizm vizası əldə edərək reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əslində isə Avstraliya vizasının növləri çoxdur, ancaq Azərbaycan vətəndaşları qısamüddətli turistik viza üçün bir viza növünə müraciət edirlər. Əgər siz Avstraliyada uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Avstraliya milli vizasına da müraciət edə bilərsiniz.

Avstraliya Turizm Vizası

Avstraliya vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir.

Qeyd edək ki, Avstraliya turist vizası müraciətçilərə, əsasən, 3 ay və ya bəzi hallarda bir il müddətində 3 ay qala bilmə imkanı yaradacaq şəkildə verilir. Ancaq hər bir halda bu müddət dəyişə bilər.

Avstraliya Vizası Müraciəti üçün Sənədlər Toplusu

Avstraliya vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 3.5x4.5 ölçüdə, ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  10. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  11. İngilis dilində doldurulmuş ərizə forması
  12. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunmalıdır.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Avstraliyada qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 5.000-7.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 dollar gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

Avstraliyaya viza müraciəti onlayn şəkildə olur və nəticə müsbət olduğu təqdirdə viza elektron şəkildə verilir, yəni pasporta viza stikeri yapışdırılmır. Viza qərarı isə Avstraliyanın Ankaradakı Səfirliyində verilir. Bir çox hallarda səfirliyə şəxsən getmək tələb olunmur. Lakin çox nadir hallarda da olsa, keysin mürəkkəbliyindən asılı olaraq konsul müraciətçini şəxsən müsahibə edə bilməsi üçün Ankaradakı səfirliyə dəvət edə bilər.

İlk olaraq onlayn viza platformasında hesab yaradılır, hesaba daxil olduqdan sonra müvafiq viza növü seçilir, onlayn şəkildə ərizə forması doldurulur və ərizə formasında verilən cavablara əsasən sonda tələb olunan sənədlərin siyahısı çıxır. Həmin tələb olunan sənədlərin skan versiyası sistemə yüklənməlidir.

Azərbaycan vətəndaşları qısamüddətli turizm, işgüzar səfər, hər hansı tədbirdə iştirak, ailə və ya dost ziyarəti üçün “Subclass 600 Visitor visa”ya müraciət etməlidirlər.

Viza rüsumu 180 AUD-dur (təqribən, 110 USD). Cavab, adətən, 8-24 həftəyə bəlli olur.

Avstraliya Vizası Alma Ehtimalı

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Avstraliyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal və yaxşı olması, aylıq gəlirinizin standart maaş aralığından yüksək olması (təcrübədə 700-800 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı da dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və yaxşı səyahət tarixçənizin olması sizin Avstraliya vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen, Birləşmiş Krallıq, ABŞ və ya digər viza sahibi olmayan şəxslər üçün Avstraliya vizasına müraciət, nisbətən riskli hesab olunur. Profilinizdəki digər nüanslar (yuxarıda sadalananlar) çox yüksək və yaxşı vəziyyətdə olduğu halda, səyahət tarixçəniz olmasa belə Avstraliya vizasını alma şansınız ola bilər. Hər bir halda səyahət tarixçənizin yaxşı olması sizin Avstraliya vizasını əldə etməyinizə birbaşa təsir göstərən amildir.

Avstraliyaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Avstraliya vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, izahat məktubunun yazılması, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Avstraliya səyahət vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 250 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Bu qitə həyatınızı dəyişdirə bilər! Xoş səyahətlər!

Yenilənib: 17.01.2025

Oxşar yazılar:

Rumıniya Vizası Necə Ala Bilərəm?

Rumıniya Vizası Necə Ala Bilərəm?

Avropanın mərkəzində yerləşən və zəngin mədəniyyəti ilə seçilən Rumıniya son illərdə Azərbaycan vətəndaşları üçün ən çox maraq doğuran turizm istiqamətlərindən birinə çevrilib. Orta əsr qalaları, Drakula əfsanəsi ilə məşhur olan Bran qəsri, Karpati dağlarının möhtəşəm mənzərələri, eləcə də paytaxt Buxarestin tarixi və müasirliyi birləşdirən atmosferi turistlərin diqqətini cəlb edir. Bundan əlavə, Rumıniyanın münasib qiymətləri və […]

Vizam.az 02 oktyabr 2025
Avropada Ən Ucuz Səyahət Ediləcək Şəhərlər

Avropada Ən Ucuz Səyahət Ediləcək Şəhərlər

Avropaya səyahət etmək bir çox insanın arzusudur. Lakin bəzən yüksək qiymətlər bu arzunun reallaşmasına mane olur. Əslində isə Avropada elə şəhərlər var ki, həm ucuz, həm də zəngin mədəniyyət və tarixi irsi ilə turistlər üçün ideal seçimdir. 2025-ci ildə səyahət trendlərinə əsasən büdcə dostu istiqamətlərə maraq daha da artıb. Çünki səyahətçilər həm yeni ölkələr kəşf […]

Vizam.az 02 oktyabr 2025
Kripto ilə Hansı Ölkələrə Səyahət Etmək Olur?

Kripto ilə Hansı Ölkələrə Səyahət Etmək Olur?

Son illərdə kripto valyutalar təkcə investisiya aləti deyil, həm də səyahətçilər üçün rahat ödəniş vasitəsinə çevrilib. Bitcoin, Ethereum və digər rəqəmsal valyutalar sayəsində turistlər artıq valyuta dəyişmə, bank komissiyaları və nağd pul daşıma problemlərini minimuma endirə bilirlər. Dünyanın bir çox ölkəsi indi kripto ödənişlərini qəbul edir, hotellər, restoranlar, kafe və hətta turistik xidmətlərdə rəqəmsal valyutalarla […]

Vizam.az 29 sentyabr 2025
Tayland Vizası Haqqında Bilmədikləriniz

Tayland Vizası Haqqında Bilmədikləriniz

Tayland son illərdə azərbaycanlı səyahətçilərin ən çox seçdiyi istiqamətlərdən birinə çevrilib. İstər ekzotik adaları, istərsə də zəngin mədəniyyəti ilə bu ölkə dünyanın hər yerindən turistləri cəlb edir. Bangkokun rəngarəng küçələri, Pattayanın əyləncə dolu gecə həyatı, Phuket və Koh Samui kimi adaların təmiz çimərlikləri Taylandı “cənnət məkanı” kimi göstərir. Lakin Taylanda səyahət planlayan hər kəsin qarşılaşdığı […]

Vizam.az 29 sentyabr 2025
Booking Promokodu Necə Əldə Etmək Olar?

Booking Promokodu Necə Əldə Etmək Olar?

Səyahət etmək hər birimizin həyatına unudulmaz anlar qatır, lakin otel rezervasiyaları və digər xərclər bəzən büdcəyə ciddi təsir edə bilər. Xoşbəxtlikdən, Booking.com promokodları səyahətsevərlərə bu məsrəfləri azaltmaq və daha sərfəli qalmaq imkanı verir. Promokodlar, müəyyən tarixlərdə və ya seçilmiş otellərdə istifadə edildikdə, əlavə endirimlər və güzəştlər təqdim edir. Bu, xüsusilə səyahət planlaması zamanı büdcəsini düzgün […]

Vizam.az 26 sentyabr 2025
Maldiv Adaları Viza Prosesi Necə Gedir?

Maldiv Adaları Viza Prosesi Necə Gedir?

Maldiv Adaları son illərdə Azərbaycan vətəndaşlarının ən çox səyahət etdiyi tropik istiqamətlərdən biridir. Ağ qumlu çimərlikləri, mavi okeanı və lüks otelləri ilə məşhur olan bu ada ölkəsinə getmək üçün vizanın necə alındığını bilmək vacibdir. “Maldiv vizası”, “Maldivə səyahət” və “Maldiv viza prosesi” kimi mövzular turistlərin ən çox axtardığı suallardandır. Xoş xəbər odur ki, Azərbaycan vətəndaşları […]

Vizam.az 26 sentyabr 2025
Sentyabr ayında ən çox viza müraciəti etdiyimiz ölkələr

Sentyabr ayında ən çox viza müraciəti etdiyimiz ölkələr

Sentyabr ayı səyahət planlaşdıranlar üçün aktiv bir dövr oldu. Yay mövsümünün bitməsi ilə insanlar həm işgüzar, həm də şəxsi səfərlərini payızın sonuna və qış mövsümünə uyğunlaşdırmağa başlayırlar. Bu ay ərzində viza müraciətləri ilə bağlı müşahidələr göstərir ki, səyahətçilərin əksəriyyəti artıq noyabr və daha sonraki aylar üçün səfərlərini planlayır. Bu tendensiya həm turizm, həm işgüzar səfərlər […]

Vizam.az 25 sentyabr 2025
Peru Vizası Necə Ala Bilərəm?

Peru Vizası Necə Ala Bilərəm?

Cənubi Amerikanın ən çox səyahət edilən ölkələrindən biri olan Peru, qədim Machu Picchu qalası, rəngarəng Amazon meşələri, unikal And dağları və zəngin mədəniyyəti ilə turistlərin diqqətini çəkir. Bu səbəbdən də son illərdə Azərbaycan vətəndaşlarının Peruya səyahət marağı artmaqdadır. Lakin Peruya getmək üçün Azərbaycan vətəndaşlarının mütləq Peru vizası alması tələb olunur. Ən çox müraciət edilən vizalar […]

Vizam.az 24 sentyabr 2025
Hindistan Vizası Necə Ala Bilərəm?

Hindistan Vizası Necə Ala Bilərəm?

Hindistan qədim tarixi, zəngin mədəniyyəti və rəngarəng ənənələri ilə hər il minlərlə səyahətçini özünə cəlb edir. İnsanlar Hindistana həm turizm məqsədilə, həm işgüzar görüşlər, həm də təhsil və müalicə üçün üz tutur. Bu səbəbdən Hindistan vizası almaq səyahətin ilk və ən vacib mərhələsidir. Azərbaycan vətəndaşları Hindistana getmək üçün müxtəlif viza növlərinə müraciət edə bilirlər. Burada […]

Vizam.az 23 sentyabr 2025
E-2 İnvestor Vizası İlə Amerikaya Köçün!

E-2 İnvestor Vizası İlə Amerikaya Köçün!

Amerika Birləşmiş Ştatları dünyanın ən güclü iqtisadiyyatına sahib ölkələrdən biridir və hər il minlərlə sahibkar burada biznes qurmaq və yaşayış imkanı qazanmaq üçün müxtəlif vizalara müraciət edir. Bu vizalardan ən populyar və çevik olanlardan biri də E-2 İnvestor Vizasıdır. E-2 vizası əsasən iş adamları, investorlar və sahibkarlar üçün nəzərdə tutulub. Bu viza ilə siz ABŞ-a […]

Vizam.az 22 sentyabr 2025