Misir Vizası ilə Piramidaların Sirrini Kəşf Edin

Yeniləndi: 31 iyul 2026 6551 baxış 3 dəq. oxu

Misir, min illərlə tarixin izlərini daşıyan, mədəni irsi və unikal abidələri ilə məşhur olan bir ölkədir. Qədim Misir sivilizasiyasının beşiyi olan bu torpaq, həm turistlər, həm də tarix həvəskarları üçün cəlbedici bir məkandır. Misirə səyahət edənlər üçün ən məşhur yerlər arasında Giza Piramidaları, Böyük Sfenks, Luksor Məbədi və Qədim İsgəndəriyyə Kitabxanası kimi tarixi abidələr yer alır.

Misirin Turistik Məkanları

  • Giza Piramidaları – Dünya möcüzələrindən biri olan bu abidə Misir səyahətinin əsas dayanacağıdır.
  • Krallar Vadisi – Qədim fironların məzarlarının yerləşdiyi bu yer arxeologiya həvəskarlarının maraq dairəsindədir.
  • Qahirə – Misirin paytaxtı olan bu şəhər, tarixi bazarları, muzeyləri və qədim məscidləri ilə tanınır.
  • Şarm əl-Şeyx və Hurgada – Qırmızı dənizin sahilində yerləşən bu kurort şəhərləri dalğıc turizmi və çimərlik istirahəti üçün ideal seçimdir.

Misir Vizası Üçün Əsas Məlumatlar

Misirə səyahət etmək üçün viza əldə etdikdən sonra turistik və ya işgüzar səfərinizi planlaşdıra bilərsiniz. Misir turizm vizası, adətən, müraciət zamanı göstərdiyiniz səyahət tarixlərini əhatə edəcək formada verilir.

Məsələn, əgər siz Misirdə 7 gün qalmağı planlaşdırırsınızsa, viza əksər hallarda müəyyən “koridor” müddəti tətbiq edilərək həmin tarixlərdə aktiv olacaq şəkildə təqdim edilir.

Bundan əlavə, ehtiyacınıza uyğun olaraq çoxgirişli (multiple-entry) Misir vizasına da müraciət edə bilərsiniz ki, bu da sizə müəyyən müddət ərzində bir neçə dəfə ölkəyə daxil olmaq imkanı yaradır.

Misir Vizası Müraciəti üçün Sənədlər Toplusu

Misir vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Şəxsiyyət vəsiqənizin surəti
  3. İş yerindən arayış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış)
  4. 2 ədəd 3x4 ölçüdə şəkliniz
  5. Səyahətiniz üçün etdiyiniz aviabilet və otel bronları
  6. İngilis dilində doldurulmuş ərizə forması
  7. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Misir turizm vizasına müraciət edərkən yuxarıda göstərilən sənədləri səfirliyə təqdim etməyiniz yetərli olacaq. Qeyd edək ki, səfirlik bütün sənədləri azərbaycan dilində qəbul edir, yəni sənədləri ingilis dilinə tərcümə etdirməyinizə ehtiyac yoxdur. Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənəd kimi adınıza olan VÖEN-in surətini səfirliyə təqdim edə bilərsiniz. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədinin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Viza Proseduru

Misir vizası üçün müraciəti siz Misirin Bakıda yerləşən səfirliyindən edirsiniz. Öncədən görüş almağa ehtiyac yoxdur. Sənədləri təqdim edərkən şəxsi iştirakınız mütləq deyil. Bizim xidmətdən istifadə etdiyiniz təqdirdə biz sizin yerinizə səfirlikdə viza müraciəti edə bilirik (Bu haqda ətraflı məlumatı “Misirə Viza Dəstəyi” hissəsindən oxuya bilərsiniz). Viza cavabı adətən, siz müraciət etdikdən 5-7 iş günü sonrasına qədər çıxmış olur. Cavabınız çıxdıqdan sonra siz pasportunuzu yenidən Misir səfirliyindən götürə bilirsiniz. Viza rüsumu təkgirişli viza müraciəti üçün 27 ABŞ dolları, çoxgirişli viza müraciəti üçün isə 35 ABŞ dolları təşkil edir.

Şarm əl-Şeyxə Sərhəddə Viza ilə Giriş Qaydaları

Sinay yarımadasında yerləşən Şarm əl-Şeyx şəhəri, Misirin ən məşhur kurort şəhərlərindən biridir və hər il milyonlarla turist bu bölgədə dincəlməyə üz tutur.

Misir dövləti Azərbaycan da daxil olmaqla bir çox ölkənin vətəndaşlarına Şarm əl-Şeyx şəhərinə girişdə sərhəddə viza (qapıda viza) prosedurunu tətbiq edir. Lakin bu qayda yalnız müəyyən şərtlər daxilində keçərlidir:

  • Səyahətiniz yalnız Şarm əl-Şeyx şəhəri ilə məhdudlaşmalıdır.
  • Gediş və dönüş uçuşlarınız birbaşa Şarm əl-Şeyx hava limanından olmalıdır.

Bu qaydalara əməl edilmədiyi halda, sərhəddə viza almağa çalışan bir çox Azərbaycan vətəndaşının öncədən viza almadıqları üçün ölkəyə girişlərinin rədd edildiyi hallar baş verib.

Bu səbəbdən, hətta yalnız Şarm əl-Şeyx şəhərinə səyahət edəcəksinizsə belə, öncədən Misir vizası almağınız tövsiyə olunur. Bu addım səfərinizin problemsiz keçməsi üçün vacibdir və sizi mümkün çətinliklərdən qoruyacaq.

Misir Vizası Alma Ehtimalı

Misirə turistik viza müraciəti edən hər bir Azərbaycan vətəndaşının viza alma şansı kifayət qədər yüksək görülə bilər. Əlbəttə ki, səfirliyə təqdim etdiyiniz bütün sənədlərin qaydasında olduğu təqdirdə bu şans yüksək hesab olunur. Bizim təcrübəmizdə Misirə viza müraciəti edib imtina alan Azərbaycan vətəndaşına rast gəlinməyib. Yenidən qeyd etmək istərdik ki, sənədlərin qaydasında olması mütləq şərtdir.

Misirə Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Misir vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə ərizə formanızın doldurulması, səyahətinizi əhatə edəcək uçuş biletlərinin və otel bronlarının edilməsi, sənədlərinizin peşəkar qaydada hazırlanması, konsultasiya, sənədlərinizi sizin adınızdan səfirlikdə təqdim etmək və sonda pasportunuzu yenidən səfirlikdən götürüb sizə geri qaytarmaq daxil olacaq. Ümumi olaraq isə bizim şirkətimizdə Misir vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 65 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Qədim tarixə gedən bu səfərinizdə sizə uğurlar diləyirik! Xoş səyahətlər!

Oxşar yazılar:

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Viza müraciəti zamanı sənədlərin təqdim edilməsi, biometrik məlumatların verilməsi və görüş prosesinin düzgün tamamlanması vacib mərhələlərdən biridir. Azərbaycanda bəzi ölkələrin viza müraciətləri Visametric Baku vasitəsilə həyata keçirilir. Visametric Baku-ya müraciət etməzdən əvvəl görüş qaydaları, tələb olunan sənədlər və müraciət prosesi haqqında məlumatlı olmaq vaxt itkisinin və sənəd çatışmazlığının qarşısını almağa kömək edə bilər. Visametric Baku […]

Vizam.az 01 oktyabr 2026
Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa vizası üçün müraciət etmək istəyən Azərbaycan vətəndaşları C tipli Şengen vizası üçün Polşanın Azərbaycandakı konsulluq xidməti vasitəsilə e-Konsulat sistemində qeydiyyatdan keçməli və sənədləri şəxsən təqdim etməlidirlər. Polşa vizası turizm, biznes, ailə və dost ziyarəti, təhsil və digər qısamüddətli səfərlər üçün tələb oluna bilər. C tipli Şengen vizası üçün müraciət prosesində ərizə formasının doldurulması, görüşün […]

Vizam.az 30 sentyabr 2026
Yeni il üçün Şengen vizası: Müraciətə nə vaxt başlamaq lazımdır?

Yeni il üçün Şengen vizası: Müraciətə nə vaxt başlamaq lazımdır?

Yeni ili Avropada keçirmək istəyirsinizsə, Şengen vizası üçün müraciətə səyahət tarixindən ən azı 1–2 ay əvvəl başlamaq məqsədəuyğundur. Yeni il dövründə viza mərkəzlərində sıxlıq yarana bildiyi üçün sənədlərin hazırlanması və görüş tarixinin alınmasını son həftələrə saxlamaq məsləhət görülmür. Yeni il üçün Vyana, Paris, Roma, Amsterdam və ya digər Şengen ölkələrinə səyahət planlaşdırırsınızsa, viza müraciətinin vaxtını […]

Vizam.az 28 sentyabr 2026
Sinqapur vizası üçün bank çıxarışı lazımdırmı?

Sinqapur vizası üçün bank çıxarışı lazımdırmı?

Bəli, Sinqapur vizası üçün bank çıxarışı maliyyə vəziyyətinizi göstərən dəstəkləyici sənəd kimi tələb oluna bilər. Lakin bank çıxarışı bütün müraciətlər üçün rəsmi şəkildə məcburi əsas sənəd kimi göstərilmir. Sinqapurun İmmiqrasiya və Nəzarət Məntəqələri İdarəsi (ICA) müraciət zamanı əlavə sənədlər tələb edə bilər və Sinqapura səfər edən şəxsin qalma müddəti ərzində özünü təmin etmək üçün kifayət […]

Vizam.az 24 sentyabr 2026
Şengenə girişdə ilk dəfə səyahət edənlər nəyə hazır olmalıdır?

Şengenə girişdə ilk dəfə səyahət edənlər nəyə hazır olmalıdır?

İlk dəfə Şengen sərhədindən keçirsinizsə, pasportunuz, Şengen vizanız, uçuş və yaşayış məlumatlarınız, səfər planınız və lazım olduqda maliyyə imkanınızı göstərən sənədlər hazır olmalıdır. Sərhəd nəzarətində əməkdaş səfərin məqsədi, qalacağınız yer və geri dönüş planınız barədə qısa suallar verə bilər. Etibarlı Şengen vizasının olması girişə avtomatik zəmanət vermir. Xarici sərhəddə səyahətçinin giriş şərtlərinə uyğunluğu ayrıca yoxlanılır. […]

Vizam.az 24 sentyabr 2026
Kredit borcu viza almağa mane ola bilərmi?

Kredit borcu viza almağa mane ola bilərmi?

Kredit borcunun olması təkbaşına viza almağa avtomatik maneə deyil. Viza müraciətində əsas məsələ kredit borcunun mövcudluğu deyil, müraciət edən şəxsin ümumi maliyyə vəziyyəti, sabit gəliri, bank hesabındakı vəsaitin mənbəyi və səfərin xərclərini qarşılamaq imkanının inandırıcı şəkildə göstərilməsidir. Məsələn, şəxsin aktiv istehlak krediti və ya ipoteka ödənişi ola bilər. Əgər onun sabit gəliri, normal bank hesabı […]

Vizam.az 23 sentyabr 2026
Amerika vizası ilə Kanada və Meksikaya getmək olar?

Amerika vizası ilə Kanada və Meksikaya getmək olar?

ABŞ vizasının olması avtomatik olaraq Kanada və Meksikaya giriş hüququ vermir. Kanada və Meksikanın viza və giriş qaydaları bir-birindən fərqlidir. Azərbaycan pasportu ilə səyahət edirsinizsə, Kanadaya getmək üçün ümumiyyətlə Kanada vizası tələb olunur. ABŞ vizasının olması Kanada vizasını avtomatik əvəz etmir. Meksikada isə fərqli qayda tətbiq olunur: etibarlı ABŞ vizası olan şəxslər müəyyən şərtlərlə ayrıca […]

Vizam.az 21 sentyabr 2026
Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Xeyr. Şengen vizası aldığınız ölkədən Şengen zonasına ilk giriş etmək ümumi qayda olaraq məcburi deyil. Məsələn, Fransadan Şengen vizası almısınızsa, müəyyən hallarda Şengen zonasına İtaliya, Almaniya, Niderland və ya başqa Şengen ölkəsindən daxil ola bilərsiniz. Avropa Komissiyasının rəsmi məlumatına görə, bir Şengen ölkəsi tərəfindən verilmiş viza ilə başqa Şengen ölkəsinin xarici sərhədindən də giriş mümkündür. […]

Vizam.az 18 sentyabr 2026
Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün müraciət edərkən ən vacib məsələlərdən biri hansı ölkənin konsulluğuna müraciət etməli olduğunuzu düzgün müəyyən etməkdir. Əgər səfəriniz zamanı yalnız bir Şengen ölkəsinə gedirsinizsə, müraciəti həmin ölkənin səlahiyyətli konsulluğuna təqdim etməlisiniz. Bir neçə Şengen ölkəsinə səfər edirsinizsə, əsas qayda əsas təyinat ölkəsini (main destination) müəyyən etməkdir. Əsas təyinat ölkəsi, ümumiyyətlə, səfər zamanı ən […]

Vizam.az 17 sentyabr 2026
Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün müraciət edən şəxslərin ən çox qarışdırdığı məsələlərdən biri müraciətin hansı ölkəyə edilməli olmasıdır. Bir neçə Şengen ölkəsini əhatə edən səyahət planınız varsa, vizaya istənilən Şengen ölkəsinin konsulluğuna müraciət etmək düzgün deyil. Əsas qayda budur: Şengen vizası üçün müraciət səfərin əsas təyinat ölkəsinə edilməlidir. Əgər səfər zamanı bir neçə ölkədə qalacaqsınızsa, əsas təyinat […]

Vizam.az 15 sentyabr 2026