BRAZİLİYA TURİST VİZASI

Yeniləndi: 13 fevral 2025 1613 baxış 3 dəq. oxu
Rio de Janeyro - Braziliya Turizm vizası
Rio de Janeyro - Braziliya Turizm vizası

Cənubi Amerikanın ən böyük ölkəsi olan Braziliya, hər il 10 milyondan çox turisti özünə cəlb edir. Öz coğrafiyası, Atlantik Okeanı sahilləri, xüsusilə Rio de Janeyro şəhərinin unikal gözəlliyi, canlı həyat tərzi və dünyanın yeni yeddi möcüzəsindən biri sayılan İsa Məsih heykəli ilə tanınır. Braziliyaya səyahət bir çox turistin arzusudur. Əgər siz də bu arzunu həyata keçirmək istəyirsinizsə, Braziliya vizası almaq lazımdır. Bu məqalədə viza əldə etmək üsulları haqqında məlumat tapa bilərsiniz.

Braziliya Viza Növləri

Braziliyaya səyahət üçün əsasən turizm vizası tələb olunur. Bu viza turizm, ailə ziyarəti, işgüzar səfər, tibbi müayinə, qısamüddətli təhsil və ya mübadilə proqramları kimi müvəqqəti məqsədlər üçün verilir. Əgər Braziliyada uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura) almaq və ya daimi işləmək planlaşdırırsınızsa, milli viza üçün müraciət edə bilərsiniz. Bu halda rəsmi dəvət və ya qəbul məktubları təqdim edilməlidir.

Braziliya Turizm Vizası

Braziliya vizası təkgirişli və ya çoxgirişli ola bilər. Qısamüddətli viza ilk səfərinizi əhatə edir, çoxgirişli viza isə uzun müddətli səyahətlər üçün nəzərdə tutulub. Viza növü səfərin məqsədi və müddətindən asılıdır. Adətən, Braziliya vizası bir il müddətinə və çoxgirişli şəkildə verilir.

Braziliya Vizası üçün Tələb Olunan Sənədlər

Viza müraciəti zamanı aşağıdakı sənədlər təqdim edilməlidir:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. 2 ədəd 3x4 ölçüdə, ağ fonda şəkliniz
  7. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  8. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  9. İngilis dilində doldurulmuş ərizə forması
  10. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Bank hesabınızdakı məbləğ, Braziliyada qalacağınız müddət, uçuş biletlərinin və otel rezervasiyalarının qiyməti kimi amillərdən asılı olaraq müəyyən edilir. Bir həftəlik səyahət üçün hesabınızda ən azı 3.000-5.000 AZN (və ya avro, ABŞ dolları ekvivalenti) olması tövsiyə olunur. Bu məbləğ səyahətinizin bütün xərclərini əhatə etməlidir. Hesablamalar apararkən uçuş və otel xərclərinə əlavə olaraq, ölkədə qalacağınız hər gün üçün təxminən 60-70 dollar xərc nəzərə alınmalı və ümumi məbləğdən bir qədər yüksək rəqəm planlaşdırılmalıdır.

Əgər sahibkarsınızsa, iş yerindən arayış əvəzinə VÖEN surəti təqdim edə bilərsiniz. İşləmirsinizsə, təhsil alırsınızsa və ya səfər xərclərinizi qarşılamaq üçün sponsor göstərirsinizsə, sponsorun şəxsiyyət vəsiqəsi, iş arayışı (sahibkardırsa, VÖEN surəti), bank hesabı arayışı və çıxarışı (sizin və ya sponsorun adına), ailəvi əlaqəni təsdiq edən sənəd (məsələn, doğum şəhadətnaməsi) və sponsorluq məktubu təqdim edilməlidir. 18 yaşdan kiçik şəxslər üçün isə valideyn icazəsi tələb olunur (tək səyahət edərsə, hər iki valideynin icazəsi; valideynlərdən biri ilə səyahət edərsə, digər valideynin icazəsi).

Qeyd edək ki, VÖEN, sponsorluq məktubu və ya valideyn icazəsi kimi sənədlər ingilis dilinə notarial tərcümə və təsdiq edilməlidir.

Viza Proseduru

Braziliya vizası üçün müraciətlər Braziliyanın Bakıdakı səfirliyinə təqdim edilir. Qərar konsulluq şöbəsinin konsulu tərəfindən verilir.

Turistik viza üçün müraciətin nəticələnməsi adətən 3-5 iş günü çəkir.
Viza rüsumu 152 AZN-dir. Sənədləri təqdim etdikdən sonra sizə ödəniş üçün çek verilir. Bu çek əsasında ödəniş Azərbaycan Beynəlxalq Bankının Əsas binasında (Nizami küçəsi 67) həyata keçirilməli və ödəniş qəbzi həmin gün konsulluğa təqdim edilməlidir.

Braziliya Vizası Alma Şansı

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Braziliyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 300-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Braziliya vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen və ya digər viza sahibi olmayan şəxslər üçün Braziliya səfirliyi riskli səfirlik hesab olunmur. Təcrübəmizdə ilk vizalarını məhz bu səfirlikdən almış çox sayda müraciətçi olmuşdur. Əlbəttə, bunun üçün sizin digər bütün sənədləriniz qaydasında olmalıdır. Həmçinin, hər bir halda sizin daha öncə vizalarınızın olması Braziliya vizası alma ehtimalınızı yüksəldən faktorlardan biridir.

Braziliyaya Viza Dəstəyi

Vizam.az şirkəti olaraq biz sizə Braziliya vizası müraciəti zamanı dəstək göstərə bilərik. Xidmətimizə aşağıdakılar daxildir:

  • Səfirlikdə sizin adınıza görüşün təyin edilməsi,
  • Ərizə formasının doldurulması,
  • Sənədlərin peşəkar şəkildə hazırlanması,
  • Uçuş biletlərinin rezervasiyası və otellərin bronu,
  • Səyahət planının qurulması,
  • Konsultasiya və viza prosesinin izlənməsi.

Həmçinin, sənədlərin notarial tərcümə və təsdiqi ilə bağlı da kömək göstərə bilərik. Hər bir sənəd üçün əlavə ödəniş 16 AZN, ümumi Braziliya viza dəstək xidməti isə bir nəfər üçün 125 AZN təşkil edir.

Sifariş vermək və ya əlavə məlumat almaq üçün buraya klikləyə və ya 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Rio de Janeyronun gözəllikləri sizi gözləyir! Xoş səyahətlər!

Oxşar yazılar:

Kanadaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Faktlar

Kanadaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Faktlar

Kanada dünyanın ən böyük və təbiət baxımından ən zəngin ölkələrindən biridir. Nəhəng meşələri, minlərlə gölü, möhtəşəm dağları və fərqli mədəniyyəti ilə hər il milyonlarla turistin diqqətini çəkir. Lakin Kanada haqqında çoxlarının bilmədiyi maraqlı detallar da var. Məsələn, dünyanın ən yüksək qabarma-çəkilmə hadisələrindən biri burada baş verir, ölkə dünya ağcaqayın şərbəti istehsalının böyük hissəsini təmin edir […]

Vizam.az 12 noyabr 2026
Hindistana Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Hindistana Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Hindistan rəngarəng mədəniyyəti, qədim məbədləri, möhtəşəm sarayları və fərqli mətbəxi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tac Mahaldan Mumbayın canlı küçələrinə, Himalay dağlarından Qoa çimərliklərinə qədər ölkə hər səyahətçiyə fərqli təcrübələr təqdim edir. Hindistana səyahət etməyi planlaşdırırsınızsa, yola çıxmazdan əvvəl bilməli olduğunuz 10 maraqlı faktla tanış olun. Hindistanda 22 rəsmi dil tanınır Hindistan dil […]

Vizam.az 06 noyabr 2026
Honq Konq Vizası: Cəmi 1 Həftəyə Viza Cavabınızı Əldə Edin!

Honq Konq Vizası: Cəmi 1 Həftəyə Viza Cavabınızı Əldə Edin!

Honq Konqa səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün əvvəlcədən viza almaq tələb olunur. Asiyanın ən məşhur turizm və biznes mərkəzlərindən biri olan Honq Konq müasir memarlığı, möhtəşəm şəhər mənzərələri, alış-veriş imkanları və zəngin mədəniyyəti ilə turistlərin diqqətini cəlb edir. Honq Konq səyahətinizi planlaşdırırsınızsa, viza müraciətinizi son ana saxlamayın. Vizam.az vasitəsilə müraciət prosesində peşəkar dəstək əldə […]

Vizam.az 05 noyabr 2026
Hindistan Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Hindistan Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Hindistan qədim tarixi, rəngarəng mədəniyyəti, möhtəşəm məbədləri və fərqli təbiəti ilə turistlərin maraq göstərdiyi ölkələrdən biridir. Hindistana səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları səfərdən əvvəl viza almalıdırlar. Hindistan vizası ilə bağlı ən çox verilən 10 sualın cavabını aşağıda tapa bilərsiniz. Azərbaycan vətəndaşları Hindistan vizasını onlayn ala bilərmi? Bəli. Azərbaycan vətəndaşları Hindistanın elektron viza (e-Visa) müraciəti üçün […]

Vizam.az 05 noyabr 2026
Polşaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Polşaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Polşa zəngin tarixi, möhtəşəm memarlığı, qədim şəhərləri və özünəməxsus mədəniyyəti ilə Avropanın maraqlı səyahət istiqamətlərindən biridir. Varşavanın müasir küçələrindən Krakovun tarixi meydanlarına qədər ölkənin hər bölgəsində kəşf etməyə dəyər fərqli məkanlar var. Polşaya səyahət etməyi planlaşdırırsınızsa, yola çıxmazdan əvvəl bilməli olduğunuz 10 maraqlı faktla tanış olun. Polşanın paytaxtı Varşavadır, lakin Krakov da turistlərin sevimli şəhərlərindən […]

Vizam.az 05 noyabr 2026
İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərəyə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza əvvəlcədən alınmalıdır. Turizm, ailə və dost ziyarəti, işgüzar səfər və digər qısamüddətli səfərlər üçün müraciət zamanı uyğun viza növü seçilməli və tələb olunan sənədlər hazırlanmalıdır. İngiltərə vizası ilə bağlı ən çox verilən sualların cavablarını aşağıda tapa bilərsiniz. İngiltərə vizası almaq üçün hansı sənədlər tələb olunur? Əsas sənədlərə […]

Vizam.az 04 noyabr 2026
Latviyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Latviyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Latviya Baltikyanı ölkələr arasında yerləşən, tarixi şəhərləri, sakit təbiəti, geniş meşələri və Baltik dənizinin gözəl sahilləri ilə seçilən Avropa ölkəsidir. Xüsusilə paytaxt Riqa özünəməxsus memarlığı, rəngarəng küçələri və tarixi İçərişəhəri ilə turistlərin diqqətini çəkir. Latviyaya səyahət etməyi planlaşdırırsınızsa, ölkənin mədəniyyəti, gündəlik həyat tərzi və turistlər üçün maraqlı xüsusiyyətləri haqqında əvvəlcədən məlumat əldə etmək faydalıdır. Səfərdən […]

Vizam.az 04 noyabr 2026
Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026