İngiltərə Səyahəti üçün Viza Necə Ala Bilərəm?

Yeniləndi: 13 iyul 2026 3715 baxış 6 dəq. oxu

İngiltərə zəngin tarixi, müasir memarlığı, krallıq ənənələri və mədəni müxtəlifliyi ilə Avropanın ən çox ziyarət olunan ölkələrindən biridir. Xüsusilə London, özündə həm qədim, həm də müasir dünyanın ruhunu birləşdirən unikal şəhərdir. Big Ben, Tower Bridge, Buckingham Sarayı, London Eye və British Museum kimi görməli yerlər hər il milyonlarla turisti cəlb edir. Payız və qış aylarında dumanlı havası və parlaq küçə işıqları ilə London romantik səyahətlər üçün ideal bir məkan sayılır.

İngiltərəyə səyahət planlaşdıran hər bir azərbaycanlı üçün vacib mərhələ viza müraciətidir. Bu proses ilk baxışda mürəkkəb görünsə də, doğru şəkildə hazırlaşdıqda kifayət qədər sadədir. Hansı növ viza seçilməlidir, hansı sənədlər tələb olunur, bank hesabında nə qədər vəsait göstərilməlidir və müraciət prosesi necə aparılır bu sualların hamısının cavabını bu bloqda tapacaqsınız.

İndi gəlin addım-addım baxaq: İngiltərə səyahət vizası necə alınır, hansı sənədlər lazımdır və müraciət zamanı nələrə diqqət yetirilməlidir. İngiltərə səyahəti üçün sizə Birləşmiş Krallıq vizası lazımdır.

Birləşmiş Krallıq Vizası

Böyük Britaniya və Şimali İrlandiya, coğrafi olaraq Avropada yerləşsə də, nə Şengen zonasına, nə də Avropa Birliyinə üzv deyil. Birləşmiş Krallıq heç vaxt Şengen müqaviləsinə qoşulmayıb və 31 yanvar 2020-ci ildə Avropa Birliyindən ayrılaraq (Brexit prosesi nəticəsində) yeni bir mərhələyə qədəm qoyub. Bu ayrılıqdan sonra 2021-ci ilin əvvəlinədək keçid dövrü tətbiq olundu və həmin tarixdən etibarən Birləşmiş Krallıqla Avropa Birliyi ölkələri arasında vizasız gediş-gəliş sistemi dayandırıldı. Artıq azərbaycanlı vətəndaşlar üçün İngiltərəyə, Şimali İrlandiyaya, Şotlandiyaya və Uelsə səyahət etmək üçün Birləşmiş Krallıq vizası tələb olunur.

Birləşmiş Krallıq vizası müxtəlif növlərdə təqdim olunur və müraciət edən şəxsin səyahət məqsədindən asılı olaraq seçilir. Ən çox müraciət edilən viza növü qısamüddətli turistik vizadır. Bununla yanaşı, biznes vizası, tələbə vizası, ailə birləşməsi vizasıiş vizası kimi digər kateqoriyalar da mövcuddur.

Səyahət məqsədinizə əsasən siz tək girişli və ya çoxgirişli viza seçimi edə bilərsiniz. Qısamüddətli vizalar bir dəfəlik səfərlər üçün nəzərdə tutulur və əsasən 6 aylıq müddətə verilir. Çoxgirişli vizalar isə daha çevik səyahət planı olanlar üçün uyğundur. Bu vizalar 2 illik, 5 illik və hətta 10 illik müddətə təqdim oluna bilər. Bu o deməkdir ki, siz həmin müddət ərzində dəfələrlə Birləşmiş Krallığa səfər edə bilərsiniz, lakin hər səfərdə maksimum 6 ay qalmaq şərti ilə.

Birləşmiş Krallıq vizası müraciətində diqqət edilməli ən vacib məqam səyahət məqsədinin aydın şəkildə əsaslandırılmasıdır. Müraciət forması doldurularkən səfərin məqsədi, planlaşdırılan tarixlər, qalma müddəti və maliyyə təminatınız (yəni səyahət xərclərinizi necə qarşıladığınız) ətraflı şəkildə izah edilməlidir. Bank hesabınızda səyahət xərclərinizi tam əhatə edəcək qədər vəsaitin olması və sənədlərinizin tam, ardıcıl və inandırıcı təqdim edilməsi viza qərarına müsbət təsir göstərir.

Ümumilikdə, Birləşmiş Krallıq vizası, şəxsi profilinizə və səyahət məqsədinizə uyğun təqdim edilmiş sənədlərlə rahat şəkildə əldə edilə bilər. Lakin müraciət forması və sənədlər İngilis dilində qəbul olunduğundan, bəzi hallarda tərcümə və notarial təsdiq tələblərinə də diqqət yetirmək vacibdir.

Tələb Olunan Sənədlər Hansılardır?

Birləşmiş Krallıq vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  • Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  • Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  • Şəxsiyyət vəsiqənizin surəti
  • İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  • Adınıza olan bank hesabından arayış* (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  • Adınıza olan bank hesabından ən azı son 3 ayın çıxarışı
  • Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  • Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  • Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  • Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  • İngilis dilində doldurulmuş ərizə forması
  • Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

İngiltərə vizasına müraciət zamanı təqdim etdiyiniz bank hesabındakı məbləğ səyahət tarixləriniz, qalacağınız günlərin sayı, otel və aviabilet xərcləriniz kimi amillərə əsasən qiymətləndirilir. Ümumi qayda olaraq, bir həftəlik səyahət üçün hesabınızda ən azı 4.000–5.000 AZN (və ya ekvivalent məbləğdə avro və ya ABŞ dolları) olması tövsiyə edilir. Bu vəsait səyahət planınızı və bütün əsas xərclərinizi tam şəkildə qarşılaya bilməlidir. Məbləği hesablarkən, otel və aviabilet xərclərinə əlavə olaraq, gündəlik orta 70–80 funt sterlinq xərci də nəzərə almaq və ümumi məbləği bir qədər artıq göstərmək daha məqsədə uyğundur.

Əgər siz sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayış əvəzinə VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyə barədə arayışşirkətin reyestr çıxarışı kimi sənədləri təqdim edə bilərsiniz. Əgər işləmirsinizsə, təhsil alırsınızsa və ya səfər xərclərini sizin yerinizə başqa bir şəxs qarşılayırsa, bu zaman həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (və ya sahibkardırsa, yuxarıda qeyd olunan sənədlər), bank hesabı arayışı və çıxarışı təqdim olunmalıdır.

Əgər sponsorla sizin aranızda ailəvi əlaqə varsa, bunu təsdiqləyən sənədlər – məsələn, valideynlə bağlılıq üçün doğum haqqında şəhadətnamə, bacı və ya qardaş münasibətini göstərən hər iki tərəfin doğum şəhadətnamələri əlavə edilməlidir. Həmçinin, sponsorluq münasibətini təsdiqləyən rəsmi sponsorluq məktubu təqdim etmək vacibdir.

18 yaşdan kiçik şəxslərin müraciətlərində isə əlavə sənədlər tələb olunur. Əgər azyaşlı uşaq tək səyahət edirsə, hər iki valideyndən; əgər valideynlərdən biri ilə gedirsə, digəri tərəfindən ölkədən çıxış icazəsi təqdim edilməlidir.

Bütün bu sənədlər istər vergi və reyestr arayışları, istər sponsorluq məktubu və ya icazə sənədi olsun mütləq şəkildə notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunmalıdır. Bu tələb sənədlərin səfirlik tərəfindən rəsmən tanınması və qəbul edilməsi üçün vacibdir.

Vizaya Necə Müraciət edilir?

İngiltərə vizası üçün müraciətlər VFS Global mərkəzi vasitəsilə qəbul edilir. Ərizə prosesi onlayn şəkildə həyata keçirilir əvvəlcə rəsmi sistemdə hesab yaradılır, müraciət forması doldurulur və tələb olunan sənədlər yüklənir. Daha sonra VFS Global portalı üzərindən randevu götürülərək biometrik məlumatların təqdim edilməsi üçün mərkəzə şəxsən getmək tələb olunur. VFS Global haqqında ətraflı məlumat əldə etmək istəyirsinizsə, klik edərək blogumuza keçid edə bilərsiniz.

Qeyd etmək vacibdir ki, İngiltərə vizası 1 və ya 2 aylıq müddətə verilmir. Viza kateqoriyasından asılı olaraq adətən 6 aylıq, 2 illik, 5 illik və ya 10 illik müddətlərə təqdim olunur. Qısamüddətli vizalar adətən turist səfərləri, təhsil və ya ailə ziyarətləri üçün nəzərdə tutulur, daha uzunmüddətli vizalar isə iş və təhsil məqsədilə ölkədə uzun müddət qalmaq istəyənlərə verilir.

Bu səbəbdən müraciət zamanı səfərin məqsədi, planlaşdırılan müddət və təqdim olunan sənədlərin düzgünlüyü böyük əhəmiyyət daşıyır. Düzgün sənədlərlə hazırlanmış müraciət viza nəticəsinə birbaşa təsir göstərir.

Birləşmiş Krallıq Vizası Almaq Şansı

İngiltərə vizası üçün müraciət etdikdə, qərarın müsbət nəticələnməsi əsasən sizin şəxsi və maliyyə vəziyyətinizdən asılı olur. Sabit iş yerinizin olması, rəsmi gəlirinizin kifayət qədər yüksək olması (orta hesabla 600–700 AZN və yuxarı gəlir də kifayət sayılır) və vəzifənizin sabitliyi müraciətinizi gücləndirən əsas amillərdəndir.

Viza məmurları, müraciət edən şəxsin səyahət xərclərini qarşılayacaq maliyyə imkanlara malik olub-olmadığını da diqqətlə qiymətləndirirlər. Bank hesabınızdakı vəsait səyahətin bütün mərhələlərini aviabilet, yaşayış və gündəlik xərcləri ödəməyə kifayət etməlidir.

Eyni zamanda, ölkəyə bağlılığınızı sübut edən faktorlar adınıza olan mülk, ailə üzvlərinizin burada yaşaması və ya sabit sosial əlaqələriniz viza qərarına müsbət təsir edir. Bu cür göstəricilər sizin səfərdən sonra geri dönəcəyinizi sübut edir və etibarlılığınızı artırır.

Əgər səyahət tarixçəniz zəifdirsə və əvvəl Şengen və ya digər ölkə vizalarınız yoxdursa, ilk müraciət zamanı nəticə əldə etmək bir qədər çətin ola bilər. Lakin güclü maliyyə və peşəkar profil, eləcə də aydın səfər məqsədi bu çatışmazlığı kompensasiya edə bilər.

Biznes səfərləri üçün müraciət edənlər üçün isə dəvət məktubu xüsusi əhəmiyyət daşıyır. Bu məktubda səfərin məqsədinin işgüzar görüş, əməkdaşlıq və ya konfrans olduğunu göstərmək müraciətin müsbət nəticələnmə ehtimalını artırır. Əvvəlki beynəlxalq səfərlərinizin olması da qərarın lehinizə verilməsində əlavə üstünlük yaradır.

Tez-tez Verilən Suallar

1. İngiltərə Səyahəti üçün Viza Necə Ala Bilərəm?
İngiltərəyə səyahət etmək üçün viza müraciəti VFS Global vasitəsilə onlayn formada edilir. Əvvəlcə rəsmi viza platformasında anket doldurulur, ödəniş edilir və daha sonra sənədlərlə birlikdə biometrik məlumatların təqdim olunması üçün VFS mərkəzində görüş təyin edilir. Müraciət tamamlandıqdan sonra nəticə e-poçt vasitəsilə bildirilir.

2. İngiltərə vizası neçə günə hazır olur?
Standart müraciətlərin cavabı adətən 15 iş günü ərzində təqdim olunur. Təcili hallarda “priority” (5 iş günü) və “super priority” (1 iş günü) xidmətlərindən istifadə edilə bilər.

3. İngiltərə vizası neçə aylıq verilir?
İngiltərə vizası qısamüddətli səfərlər üçün əsasən 6 aylıq müddətə verilir. Lakin tez-tez səyahət edənlər üçün 2 illik, 5 illik10 illik çoxgirişli vizalar da mövcuddur. 1 və ya 2 aylıq viza növü verilmir.

4. Viza müraciəti haradan edilir?
Müraciətlər yalnız VFS Global üzərindən onlayn şəkildə aparılır. Onlayn formu doldurduqdan sonra sənədlərinizi VFS ofisinə təqdim edib, barmaq izi və foto (biometrik məlumatlar) verirsiniz.

5. Bank hesabında minimum nə qədər vəsait olmalıdır?
Bir həftəlik səyahət üçün hesabınızda ən azı 4.000–5.000 AZN (və ya ekvivalent avro/dollar/funt) məbləğ olmalıdır. Bu məbləğ uçuş, yaşayış və gündəlik xərcləri əhatə etməlidir.

6. Sponsorla müraciət etmək mümkündürmü?
Bəli. Əgər səyahətinizi maliyyələşdirən şəxs varsa, o sponsor kimi göstərilə bilər. Bunun üçün sponsorun şəxsiyyət vəsiqəsi, gəlirini sübut edən sənədlər və sizinlə ailə əlaqəsini göstərən arayış təqdim edilməlidir.

7. Təhsil alan və ya işləməyən şəxslər üçün viza almaq mümkündürmü?
Bəli. Əgər siz işləmirsinizsə və ya tələbəsinizsə, valideyn və ya yaxın qohum sponsorluq göstərə bilər. Əsas odur ki, sponsorun gəlir mənbəyi və bank çıxarışı aydın şəkildə təqdim olunsun.

8. Viza rədd cavabı almışam. Yenidən müraciət edə bilərəmmi?
Bəli. Əgər viza rədd edilibsə, rədd məktubundakı səbəbləri nəzərdən keçirib, çatışmayan sənədləri tamamlayaraq yenidən müraciət edə bilərsiniz.

9. İngiltərə vizası ilə hansı bölgələrə səyahət edə bilərəm?
İngiltərə vizası ilə siz İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya ərazilərinə sərbəst şəkildə səyahət edə bilərsiniz.

Birləşmiş Krallığa Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Birləşmiş Krallıq vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Birləşmiş Krallıq biznes vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 190 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Birləşmiş Krallıq bəziləri üçün xəyal kimi görünsə də, sizin üçün reallıq ola bilər! Xoş səyahətlər!

Oxşar yazılar:

Kredit borcu viza almağa mane ola bilərmi?

Kredit borcu viza almağa mane ola bilərmi?

Kredit borcunun olması təkbaşına viza almağa avtomatik maneə deyil. Viza müraciətində əsas məsələ kredit borcunun mövcudluğu deyil, müraciət edən şəxsin ümumi maliyyə vəziyyəti, sabit gəliri, bank hesabındakı vəsaitin mənbəyi və səfərin xərclərini qarşılamaq imkanının inandırıcı şəkildə göstərilməsidir. Məsələn, şəxsin aktiv istehlak krediti və ya ipoteka ödənişi ola bilər. Əgər onun sabit gəliri, normal bank hesabı […]

Vizam.az 23 sentyabr 2026
Amerika vizası ilə Kanada və Meksikaya getmək olar?

Amerika vizası ilə Kanada və Meksikaya getmək olar?

ABŞ vizasının olması avtomatik olaraq Kanada və Meksikaya giriş hüququ vermir. Kanada və Meksikanın viza və giriş qaydaları bir-birindən fərqlidir. Azərbaycan pasportu ilə səyahət edirsinizsə, Kanadaya getmək üçün ümumiyyətlə Kanada vizası tələb olunur. ABŞ vizasının olması Kanada vizasını avtomatik əvəz etmir. Meksikada isə fərqli qayda tətbiq olunur: etibarlı ABŞ vizası olan şəxslər müəyyən şərtlərlə ayrıca […]

Vizam.az 21 sentyabr 2026
Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Xeyr. Şengen vizası aldığınız ölkədən Şengen zonasına ilk giriş etmək ümumi qayda olaraq məcburi deyil. Məsələn, Fransadan Şengen vizası almısınızsa, müəyyən hallarda Şengen zonasına İtaliya, Almaniya, Niderland və ya başqa Şengen ölkəsindən daxil ola bilərsiniz. Avropa Komissiyasının rəsmi məlumatına görə, bir Şengen ölkəsi tərəfindən verilmiş viza ilə başqa Şengen ölkəsinin xarici sərhədindən də giriş mümkündür. […]

Vizam.az 18 sentyabr 2026
Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün müraciət edərkən ən vacib məsələlərdən biri hansı ölkənin konsulluğuna müraciət etməli olduğunuzu düzgün müəyyən etməkdir. Əgər səfəriniz zamanı yalnız bir Şengen ölkəsinə gedirsinizsə, müraciəti həmin ölkənin səlahiyyətli konsulluğuna təqdim etməlisiniz. Bir neçə Şengen ölkəsinə səfər edirsinizsə, əsas qayda əsas təyinat ölkəsini (main destination) müəyyən etməkdir. Əsas təyinat ölkəsi, ümumiyyətlə, səfər zamanı ən […]

Vizam.az 17 sentyabr 2026
Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün müraciət edən şəxslərin ən çox qarışdırdığı məsələlərdən biri müraciətin hansı ölkəyə edilməli olmasıdır. Bir neçə Şengen ölkəsini əhatə edən səyahət planınız varsa, vizaya istənilən Şengen ölkəsinin konsulluğuna müraciət etmək düzgün deyil. Əsas qayda budur: Şengen vizası üçün müraciət səfərin əsas təyinat ölkəsinə edilməlidir. Əgər səfər zamanı bir neçə ölkədə qalacaqsınızsa, əsas təyinat […]

Vizam.az 15 sentyabr 2026
Bratislavaya birbaşa, ucuz uçuşlar başlayır, Slovakiya vizanızı almağın vaxtıdır!

Bratislavaya birbaşa, ucuz uçuşlar başlayır, Slovakiya vizanızı almağın vaxtıdır!

Bratislavaya birbaşa, ucuz uçuşlar başlayır! 27 oktyabr 2026-cı il tarixindən etibarən Wizz Air ilə Bakıdan Bratislavaya birbaşa uçuşlar 56 dollardan başlayan qiymətlərlə təklif olunur. Bratislavaya səyahət planlayan Azərbaycan vətəndaşlarının isə səfərdən əvvəl Slovakiya vizası üçün müraciət etməsi tələb olunur. Uçuşların qiymətini və mövcud tarixləri Wizz Air-in rəsmi saytından yoxlaya bilərsiniz: Wizz Air – Bratislava–Bakı uçuşları […]

Vizam.az 14 sentyabr 2026
DV-2028 Green Card Qeydiyyatı Haqqında Ən Çox Verilən Suallar

DV-2028 Green Card Qeydiyyatı Haqqında Ən Çox Verilən Suallar

DV-2028 Green Card lotereyası ABŞ-da daimi yaşamaq imkanı əldə etmək istəyən şəxslərin ən çox maraq göstərdiyi proqramlardan biridir. Qeydiyyat prosesi onlayn həyata keçirilir və müraciət edən şəxslər müəyyən uyğunluq şərtlərinə cavab verməlidirlər. Aşağıda DV-2028 Green Card qeydiyyatı ilə bağlı istifadəçilərin ən çox axtardığı 10 əsas sualın cavabını təqdim edirik. DV-2028 Green Card qeydiyyatı nə vaxt […]

Vizam.az 09 sentyabr 2026
Vyetnam vizası müraciəti nə qədər vaxta təsdiqlənir?

Vyetnam vizası müraciəti nə qədər vaxta təsdiqlənir?

Vyetnam vizası müraciəti, e-viza üçün bütün məlumatlar düzgün təqdim edildikdə və ödəniş tamamlandıqda, rəsmi olaraq 3 iş günü ərzində emal olunur. Vyetnam İmmiqrasiya Departamentinin məlumatına əsasən, e-viza müraciətinin nəticəsi onlayn sistem üzərindən yoxlanıla bilər. Azərbaycan vətəndaşları da Vyetnam e-vizası üçün müraciət edə bilərlər. Vyetnamın rəsmi e-viza portalında Azərbaycan e-viza almaq hüququ olan ölkələr siyahısında göstərilir. […]

Vizam.az 08 sentyabr 2026
Monteneqro Viza Neçə Günə Hazır Olur?

Monteneqro Viza Neçə Günə Hazır Olur?

Monteneqro vizası müraciətdən sonra adətən 15 iş günü ərzində hazır olur. Lakin sənədlərin tamlığı, müraciətin düzgün təqdim edilməsi və əlavə yoxlamaların aparılması kimi amillər viza baxılma müddətinə təsir göstərə bilər. Buna görə Monteneqroya səyahət planlaşdıran Azərbaycan vətəndaşlarının viza müraciətini səfər tarixindən əvvəl etməsi tövsiyə olunur. Monteneqro Viza Nə Qədər Müddətə Hazır Olur? Monteneqro viza müraciətlərinə […]

Vizam.az 07 sentyabr 2026
Azərbaycanlılar Taylanda 15 Gün Vizasız Gedə Biləcək

Azərbaycanlılar Taylanda 15 Gün Vizasız Gedə Biləcək

Taylanda səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün yeni giriş qaydaları tətbiq olunur. 15 sentyabr 2026-cı il tarixindən etibarən Azərbaycan vətəndaşları Taylanda 15 günədək səfərlər üçün hava limanında Visa on Arrival (gəlişdə viza) imkanından yararlana biləcəklər. Bu dəyişiklik qısa müddətli turistik səfərlər üçün Taylanda getmək istəyən Azərbaycan vətəndaşlarının viza prosesini daha asanlaşdırır. Bəs yeni qayda necə […]

Vizam.az 03 sentyabr 2026