Uşaqlı Ailələr Üçün Ən Rahat Viza Rejiminə Malik Ölkələr

Yeniləndi: 10 oktyabr 2025 1067 baxış 7 dəq. oxu
Uşaqlı ailələr üçün ən asan viza hansı ölkələrdə verilir?
Uşaqlı ailələr üçün ən asan viza hansı ölkələrdə verilir?

Uşaqlı ailələr üçün səyahət planlaşdırmaq bəzən düşündüyünüzdən daha çətin ola bilər. Xüsusilə də viza prosedurları, sənəd toplamaq və gözləmə müddətləri valideynlər üçün əlavə stress yaradır. Buna görə də, Azərbaycan vətəndaşları üçün uşaqlı ailələrə ən rahat viza rejiminə malik ölkələr barədə düzgün məlumat toplamaq vacibdir. Bu yazıda sizə viza tələb etməyən və ya asan viza ilə daxil olmaq mümkün olan ölkələr haqqında ətraflı məlumat təqdim edəcəyik.

2025-ci ildə ailəvi səyahət planlayan çox sayda azərbaycanlı ailə Misir, Sinqapur, İndoneziya, Vyetnam və Yaponiya kimi ölkələri seçir. Çünki bu ölkələrdə həm viza rejimi sadədir, həm də uşaqlı ailələr üçün təhlükəsiz, rahat və maraqlı istirahət şəraiti mövcuddur.

Əgər siz də “Azərbaycan vətəndaşları üçün asan viza verilən ölkələr hansılardır?”, “Uşaqlı ailə üçün ən uyğun səyahət istiqamətləri hansılardır?” və ya “Vizasız və ya e-viza ilə gedilə bilən ölkələr 2025” kimi suallara cavab axtarırsınızsa bu blog tam sizin üçündür.

Misir vizası, Sinqapur vizası, İndoneziya vizası, Vyetnam vizası və Yaponiya vizası barədə bütün təfərrüatları, uşaqlı ailələr üçün ən rahat səyahət variantlarını və Vizam.az vasitəsilə bu vizaları necə asan əldə edə biləcəyinizi addım-addım izah edəcəyik.

Vizam.az sizə ailəvi viza dəstəyi, sənədlərin düzgün hazırlanması, randevu prosesi və viza müraciətinin izlənməsi kimi xidmətlər təqdim edir. Beləliklə, siz sadəcə səyahətinizi planlaşdırır, bütün sənəd işlərini isə peşəkar komanda icra edir.

Uşaqlı ailələr nələrə diqqət edilməlidir?

Uşaqlı ailələrin viza müraciətləri tək səfərlərdən bir qədər fərqlidir. Əgər siz Azərbaycan vətəndaşı kimi ailəvi səyahət planlaşdırırsınızsa, viza mərkəzləri sizin maliyyə vəziyyətinizi, səyahətin məqsədini və geri qayıtmaq niyyətinizi diqqətlə qiymətləndirirlər.

Bir çox ailə düşünür ki, rəsmi gəliri yüksək göstərmək viza almaq şansını artırır. Amma bu, hər zaman belə olmur. Bəzi ölkələrin konsulluqları, əgər ailənin gəliri həddindən artıq yüksəkdirsə və ya uzunmüddətli xaricdə qalmaq üçün imkanları varsa, “köçmək ehtimalı”nı nəzərə alaraq viza müraciətini imtina edə bilər. Əks halda, gəliri çox aşağı olan ailələrin də müraciəti riskli hesab edilə bilər, çünki konsulluqlar bu hallarda səyahətin maliyyə təminatına şübhə ilə yanaşır.

Bu səbəbdən, uşaqlı ailələr üçün ən rahat viza prosesi olan ölkələr əsasən elektron viza (e-viza) və ya girişdə viza (Visa on Arrival) tətbiq edən ölkələrdir. Bu sistemlərdə sizə müsahibə tələbi yoxdur, gəlir arayışı çox vaxt tələb olunmur, sənədlər isə onlayn formada bir neçə dəqiqəyə təqdim edilir.

Elektron viza uşaqlı ailələr üçün niyə daha uyğundur?

  • Vaxtınıza qənaət: Uşaqlarla konsulluq görüşlərinə getməyə ehtiyac qalmır.
  • Sənəd azlığı: Yalnız pasport, şəkil və uçuş bileti kifayət edir.
  • Qısa təsdiq müddəti: Əksər e-vizalar 24–72 saat ərzində təsdiqlənir.
  • Stresssiz proses: Uşaqların sənədləri valideynlərlə birlikdə onlayn göndərilir.

Bu səbəbdən, rəsmi gəliri çox yüksək olmayan, sadəcə istirahət məqsədli səyahət planlayan ailələr üçün elektron viza ilə müraciət edilən ölkələr ən doğru seçim sayılır.

2025-ci ildə Vizam.az olaraq biz uşaqlı ailələrə qısa zamanda, rahat və rəsmi gəlir sənədi tələbi nisbətən az olan ölkələr kimi Misir, Sinqapur, İndoneziya, Vyetnam və Yaponiya istiqamətlərini tövsiyə edirik. Bu ölkələrdə həm viza prosesi sadədir, həm də ailələr üçün təhlükəsiz, təmiz və uşaq dostu mühit mövcuddur.

Misir Vizası

Misir vizası üçün müraciəti siz Misirin Bakıda yerləşən səfirliyindən edirsiniz. Öncədən görüş almağa ehtiyac yoxdur. Sənədləri təqdim edərkən şəxsi iştirakınız mütləq deyil. Bizim xidmətdən istifadə etdiyiniz təqdirdə biz sizin yerinizə səfirlikdə viza müraciəti edə bilirik (Bu haqda ətraflı məlumatı “Misirə Viza Dəstəyi” hissəsindən oxuya bilərsiniz). Viza cavabı adətən, siz müraciət etdikdən 5-7 iş günü sonrasına qədər çıxmış olur. Cavabınız çıxdıqdan sonra siz pasportunuzu yenidən Misir səfirliyindən götürə bilirsiniz. Viza rüsumu təkgirişli viza müraciəti üçün 27 ABŞ dolları, çoxgirişli viza müraciəti üçün isə 35 ABŞ dolları təşkil edir.
Misir vizası haqqında ətraflı məlumat almaq istəyirsinizsə, klik edərək bloga keçid edə bilərsiniz.

Misir vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  • Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  • Şəxsiyyət vəsiqənizin surəti
  • İş yerindən arayış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış)
  • 2 ədəd 3x4 ölçüdə şəkliniz
  • Səyahətiniz üçün etdiyiniz aviabilet və otel bronları
  • İngilis dilində doldurulmuş ərizə forması
  • Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Misir vizası əldə etmək istəyirisizsə, klik edərək sifarişinizi yerləşdirə billərsiniz.

Sinqapur Vizası

Ölkədəki qalma müddətini uzatmaq istəyən şəxslər Sinqapur turist vizasının uzadılması üçün müraciət etməlidirlər. İmmiqrasiya və İdarəetmə İdarəsi 30 gün müddətinə uzadılmaya icazə verir.

Sinqapur vizası haqqında ətraflı məlumat almaq istəyirsinizsə, klik edərək bloga keçid edə bilərsiniz.

Müraciət prosesi zamanı bütün müraciətçilər müvafiq məlumat və sənədləri təqdim etməlidirlər. Bütün sənədləri topladığınızdan əmin olmaq üçün bir siyahı hazırlamanız daha faydalı olar:

  • Sinqapur turizm vizası üçün örtük məktubu: Bu məktubda səfərin məqsədi, maliyyə imkanları və digər vacib detallar yer almalıdır.
  • Sinqapur turist vizası forması: Formanı tamamilə ingilis dilində doldurmalı, ərizəçi özü tərəfindən imzalanmalı və tarix qoyulmalıdır. 18 yaşdan kiçik şəxslər üçün valideynlər imza atmalıdır.
  • Pasport: Sinqapurdan ayrılacağınız tarixdən altı ay müddətində etibarlı olmalı, son on ildə verilmiş, ən azı iki boş viza səhifəsi olan, pasportda zədələnməmiş şəkillər və imza yer olmalıdır.
  • İki fotoşəkil: Son 6 ay ərzində çəkilmiş, ağ fonda və üz cizgilərini aydın göstərən, ölçüsü 3,5x4,5 sm olan şəkillər.
  • Şəxsiyyət vəsiqəsinin surəti: Qüvvədə olma müddəti Sinqapurdan ayrılacağınız tarixdən ən azı iki ay daha uzun olmalıdır.
  • Yaşayış icazəsi/vizası surəti: Şəxsiyyət vəsiqəsindəki etibarlılıq müddəti Sinqapurdan ayrılacağınız tarixdən ən azı iki ay daha uzun olmalıdır. (Fərqli vətəndaşlıq və yaşayış ölkələri olan şəxslər üçün)
  • Çap sənədləri: Pasportunuzun əsas səhifəsinin və əvvəlki vizaların surəti.
  • Səyahət marşrutu: Uçuş biletləri və qonaqlama rezervasiyalarını təsdiq edən sənədlər. Qonaqlama bronlarında ad, küçə, şəhər, poçt kodu, əlaqə məlumatları daxil edilməlidir.
  • İş yerindən/sponsordan arayış (İşin təsdiqi): Ərizəçi işəgötürəndən məktub təqdim etməli və işəgötürənin şirkət məlumatları göstərilməlidir. Şirkət sahibinin iş lisenziyası, mülkiyyət sənədləri və sponsorun etibarlı pasportu təqdim edilməlidir.
  • Maddi imkanların sübutu: Xərclərinizi ödəmək üçün kifayət qədər vəsaitiniz olduğunu sübut edən bank çıxarışı, kredit kartı, nağd pul və ya işin sübutu təqdim edilməlidir.
  • Sarı qızdırma peyvəndi sənədi: Bəzi ölkələrdən Sinqapura gəlməmişdən əvvəl altı gün ərzində ziyarət etdiyiniz ölkələrdən biri varsa, Beynəlxalq Sarı Qızdırma Peyvənd Sertifikatı tələb oluna bilər.
  • Uşaqlar üçün sənədlər: Uşaqların səyahəti ilə bağlı əlavə sənədlər tələb oluna bilər.

Sinqapur vizası əldə etmək istəyirisizsə, klik edərək sifarişinizi yerləşdirə billərsiniz.

İndoneziya Vizası

Azərbaycan vətəndaşları 2024-cü ilin 26 noyabr tarixindən etibarən İndoneziya hava limanlarında elektron turizm vizası (e-VOA) əldə edə bilərlər. Bu viza növü yalnız aşağıdakı məqsədlərlə istifadə oluna bilər:

  • Turizm: Tarixi məkanları, mədəniyyətini və təbiətini kəşf etmək üçün.
  • Hökumət rəsmilərinin səfərləri: Rəsmi dövlət və diplomatik görüşlər üçün.
  • İşgüzar danışıqlar: Partnyorlarla biznes əlaqələrinin qurulması və danışıqlar üçün.
  • Ticarət: Məhsul təqdimatı, sərgilər və satış məqsədilə.
  • Görüşlər: Seminarlar, konfranslar və ya təlimlərə qatılmaq üçün.
  • Tranzit: Kamboca üzərindən digər ölkəyə keçid zamanı qısa müddətli dayanma üçün.

İndoneziya vizası haqqında ətraflı məlumat almaq istəyirsinizsə, klik edərək bloga keçid edə bilərsiniz.

E-VOA vizası 30 gün müddətinə verilir və 1 dəfə 30 günə uzadıla bilər. Bu viza növü oturum izni ilə əvəz edilə bilməz və yalnız sadalanan məqsədlər üçün keçərlidir.

Elektron viza (e-VOA) ilə müraciət

  • Elektron viza alınması: İndoneziyaya səyahət etmədən əvvəl və ya hava limanında molina.imigrasi.go.id portalı vasitəsilə elektron viza alınmalıdır.
  • Tələb olunan sənədlər: Pasport, qayıdış bileti və viza ödəniş sənədi təqdim olunmalıdır.
  • Keçərlilik: E-VOA yalnız 97 ölkənin vətəndaşları üçün keçərlidir, o cümlədən Azərbaycan da bu siyahıya daxildir.

Vyetnam Vizası

Turist vizası Vyetnama səyahət etmək istəyən əcnəbilər üçün ən çox tələb olunan viza növüdür. Vyetnam hökuməti bu prosesi asanlaşdırmaq üçün elektron viza (e-visa) sistemini tətbiq edib. Turist vizası ilə Vyetnamda maksimum 90 günə qədər qalmaq mümkündür. E-viza yalnız müəyyən hava limanları və quru sərhəd keçid məntəqələrində keçərlidir. Vizanın etibarlılığı müddəti ərzində ölkəyə giriş və çıxış mümkündür. Single entry vizalarda bu bir dəfəlikdir, multiple entry vizalarda isə bir neçə dəfə. Vyetnam vizası haqqında ətraflı məlumat almaq istəyirsinizsə, klik edərək bloga keçid edə bilərsiniz.

Vyetnam vizasına onlayn müraciət üçün tələb olunan sənədlər aşağıdakılardır:

  • Etibarlı pasport – Ən azı 6 ay müddətinə qüvvədə olmalıdır və boş viza səhifəsi olmalıdır.
  • Rəqəmsal fotoşəkil – Pasport formatında, ağ fonda, son 6 ayda çəkilmiş.
  • Pasportun skanı – Əsas məlumat səhifəsinin aydın və rəngli surəti.
  • Səyahət planı və giriş məntəqəsi – E-viza üçün hansı hava limanından və ya sərhəd keçidindən daxil olacağınız göstərilməlidir.
  • E-poçt ünvanı – Viza təsdiq məktubu bu ünvana göndərilir.
  • Bank kartı – Viza rüsumunun ödənişi üçün istifadə olunur.

Bəzi hallarda əlavə sənədlər və məlumatlar tələb oluna bilər. Bu, müraciət etdiyiniz viza növündən və fərdi vəziyyətinizdən asılı olaraq dəyişə bilər.

Vyetnam vizası haqqında ətraflı məlumat almaq istəyirsinizsə, klik edərək bloga keçid edə bilərsiniz.

Yaponiya Vizası

Yaponiya vizası almaq istəyən Azərbaycan vətəndaşları üçün müraciət prosesi aydın və strukturlaşdırılmışdır. İlk olaraq, Yaponiyaya səyahət məqsədinizə uyğun viza növünü müəyyənləşdirməlisiniz. Sonra Yaponiya səfirliyi və ya rəsmi viza mərkəzi vasitəsilə sənədlər təqdim edilir. Yaponiya vizası haqqında ətraflı məlumat almaq istəyirsinizsə, klik edərək bloga keçid edə bilərsiniz.
Tələb olunan əsas sənədlər:

  • Otel rezervasiyası və ya dəvət məktubu (zəruri hallarda) — Əgər Yaponiyada təhsil üçün gedirsinizsə, universitetdən gələn qəbul məktubu təqdim olunmalıdır.
  • 4.5x4.5 ölçüdə biometrik şəkil — Foto arxa fonu ağ və son 6 ayda çəkilmiş olmalıdır. Bu sənəd həm təhsil vizası, həm də turist vizası üçün əsasdır.
  • Xarici pasport (ən azı 6 aylıq etibarlılıq müddəti) — Yaponiya vizası almaq üçün pasportun surəti və orijinalı tələb olunur. Əgər Yaponiyada təhsil planlaşdırırsınızsa, bu sənəd xüsusilə vacibdir.
  • Bank arayışı və ya bank kartından çıxarış (son 6 ay üçün) — Yaponiyaya səyahət üçün maliyyə vəziyyətinizin sabit olduğunu göstərən sənədlərdir. Eyni zamanda Yaponiya bilet qiymətləri və yaşayış xərclərini qarşılayacağınızı sübut etmək üçün lazımdır.
  • Şəxsiyyət vəsiqəsinin surəti
  • Səyahət planı və aviabiletlər (rezervasiya və ya təsdiq) — Bu zaman Yaponiya bilet qiymətləri barədə məlumat əlavə edilməsi məsləhətdir. Həmçinin viza rüsumu ödəniləndən sonra bu məlumat sənəd faylına əlavə olunur.

Yaponiya vizası haqqında ətraflı məlumat almaq istəyirsinizsə, klik edərək bloga keçid edə bilərsiniz.

Tez-tez Verilən Suallar (FAQ)

1. Uşaqlı ailələr üçün ən asan viza hansı ölkələrdə verilir?

2025-ci ildə Azərbaycan vətəndaşları üçün uşaqlı ailələrə ən asan viza rejimi olan ölkələr — Misir, Sinqapur, İndoneziya, Vyetnam və Yaponiya hesab olunur. Bu ölkələrdə elektron viza və ya girişdə viza (Visa on Arrival) sistemi tətbiq olunur və əlavə sənəd tələbləri minimumdur.

2. Uşaqlı ailələr üçün elektron viza niyə daha rahatdır?

Elektron viza (e-viza) sistemi uşaqlı ailələr üçün həm vaxt baxımından, həm də sənəd baxımından daha rahatdır. Konsulluğa getməyə ehtiyac yoxdur, müraciət tam onlayn şəkildə edilir və təsdiq adətən 1–3 gün ərzində verilir. Bu, xüsusilə uşaqlı ailələrin səyahət hazırlığını xeyli asanlaşdırır.

3. Viza üçün ailənin rəsmi gəliri niyə vacibdir?

Viza mərkəzləri ailənin səyahəti maliyyələşdirə biləcək qədər gəliri olub-olmadığını yoxlayır. Amma bəzi hallarda rəsmi gəlir çox yüksək olduqda, konsulluqlar köçmək ehtimalını nəzərə alaraq viza verməyə bilər. Gəlir çox aşağı olduqda isə maliyyə təminatı zəif görünə bilər. Bu səbəbdən, balanslı maliyyə vəziyyəti və səfərin konkret məqsədinin göstərilməsi vacibdir.

4. Uşaqlar üçün ayrıca viza müraciəti lazımdırmı?

Bəli. Əksər ölkələrdə uşaqlar üçün ayrıca viza müraciəti edilir, amma sənədlər valideynlərlə birlikdə təqdim olunur. Elektron viza sistemlərində isə uşaqların məlumatları valideyn müraciət formasına daxil edilə bilər — bu da prosesi xeyli sadələşdirir.

5. Uşaqlı ailələr üçün ən təhlükəsiz səyahət ölkələri hansılardır?

Təhlükəsizlik baxımından Sinqapur və Yaponiya uşaqlı ailələr üçün dünyanın ən rahat və təmiz ölkələrindən sayılır. Misir və İndoneziya isə həm təbiət gözəlliyi, həm də ailəvi istirahət üçün münasib qiymətləri ilə seçilir.

6. Vizam.az uşaqlı ailələrə necə kömək edir?

Vizam.az ailəvi səyahət planlaşdıranlara tam dəstək göstərir — viza müraciət formalarının doldurulması, sənədlərin hazırlanması, randevu təyin olunması və viza izlənməsi daxil olmaqla bütün prosesi sizin əvəzinizə həyata keçirir. Məqsədimiz uşaqlı ailələr üçün stresssiz, sürətli və təhlükəsiz viza dəstəyi təqdim etməkdir.

7. Viza üçün hesabda nə qədər məbləğ olmalıdır?

Bu, getmək istədiyiniz ölkədən asılıdır. Orta hesabla hər nəfər üçün 1000–1500 USD aralığında vəsait göstərmək tövsiyə olunur. Uşaqlı ailələr üçün viza müraciətlərində bu məbləğ bir qədər çox ola bilər, çünki səyahət xərcləri ümumi hesablanır.

8. Uşaqlı ailələr üçün viza rədd cavabı almaq mümkündürmü?

Bəli, mümkündür. Əsas səbəblər — yanlış sənəd təqdimatı, gəlir sübutunun kifayət etməməsi və ya səfər məqsədinin qeyri-müəyyən göstərilməsi ola bilər. Bu riskləri minimuma endirmək üçün Vizam.az kimi peşəkar dəstək xidməti ilə müraciət etmək məsləhətdir.

9. Uşaqlı ailələr üçün ən büdcəli istiqamətlər hansılardır?

Vyetnam və İndoneziya uşaqlı ailələr üçün həm viza prosedurunun sadəliyi, həm də ucuz istirahət imkanları ilə seçilir. Bu ölkələrdə həm dəniz, həm mədəniyyət, həm də təbiət əsaslı ailəvi turizm inkişaf edib.

10. Vizam.az vasitəsilə viza müraciəti necə edilir?

Sadəcə Vizam.az saytına daxil olaraq, seçdiyiniz ölkəni qeyd edin, qısa formanı doldurun və sənədlərinizi yükləyin. Komandamız sizinlə əlaqə saxlayaraq viza növünü müəyyənləşdirir, sənədləri yoxlayır və müraciəti onlayn şəkildə tamamlayır.

Oxşar yazılar:

Sinqapur vizası üçün bank çıxarışı lazımdırmı?

Sinqapur vizası üçün bank çıxarışı lazımdırmı?

Bəli, Sinqapur vizası üçün bank çıxarışı maliyyə vəziyyətinizi göstərən dəstəkləyici sənəd kimi tələb oluna bilər. Lakin bank çıxarışı bütün müraciətlər üçün rəsmi şəkildə məcburi əsas sənəd kimi göstərilmir. Sinqapurun İmmiqrasiya və Nəzarət Məntəqələri İdarəsi (ICA) müraciət zamanı əlavə sənədlər tələb edə bilər və Sinqapura səfər edən şəxsin qalma müddəti ərzində özünü təmin etmək üçün kifayət […]

Vizam.az 24 sentyabr 2026
Şengenə girişdə ilk dəfə səyahət edənlər nəyə hazır olmalıdır?

Şengenə girişdə ilk dəfə səyahət edənlər nəyə hazır olmalıdır?

İlk dəfə Şengen sərhədindən keçirsinizsə, pasportunuz, Şengen vizanız, uçuş və yaşayış məlumatlarınız, səfər planınız və lazım olduqda maliyyə imkanınızı göstərən sənədlər hazır olmalıdır. Sərhəd nəzarətində əməkdaş səfərin məqsədi, qalacağınız yer və geri dönüş planınız barədə qısa suallar verə bilər. Etibarlı Şengen vizasının olması girişə avtomatik zəmanət vermir. Xarici sərhəddə səyahətçinin giriş şərtlərinə uyğunluğu ayrıca yoxlanılır. […]

Vizam.az 24 sentyabr 2026
Kredit borcu viza almağa mane ola bilərmi?

Kredit borcu viza almağa mane ola bilərmi?

Kredit borcunun olması təkbaşına viza almağa avtomatik maneə deyil. Viza müraciətində əsas məsələ kredit borcunun mövcudluğu deyil, müraciət edən şəxsin ümumi maliyyə vəziyyəti, sabit gəliri, bank hesabındakı vəsaitin mənbəyi və səfərin xərclərini qarşılamaq imkanının inandırıcı şəkildə göstərilməsidir. Məsələn, şəxsin aktiv istehlak krediti və ya ipoteka ödənişi ola bilər. Əgər onun sabit gəliri, normal bank hesabı […]

Vizam.az 23 sentyabr 2026
Amerika vizası ilə Kanada və Meksikaya getmək olar?

Amerika vizası ilə Kanada və Meksikaya getmək olar?

ABŞ vizasının olması avtomatik olaraq Kanada və Meksikaya giriş hüququ vermir. Kanada və Meksikanın viza və giriş qaydaları bir-birindən fərqlidir. Azərbaycan pasportu ilə səyahət edirsinizsə, Kanadaya getmək üçün ümumiyyətlə Kanada vizası tələb olunur. ABŞ vizasının olması Kanada vizasını avtomatik əvəz etmir. Meksikada isə fərqli qayda tətbiq olunur: etibarlı ABŞ vizası olan şəxslər müəyyən şərtlərlə ayrıca […]

Vizam.az 21 sentyabr 2026
Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Xeyr. Şengen vizası aldığınız ölkədən Şengen zonasına ilk giriş etmək ümumi qayda olaraq məcburi deyil. Məsələn, Fransadan Şengen vizası almısınızsa, müəyyən hallarda Şengen zonasına İtaliya, Almaniya, Niderland və ya başqa Şengen ölkəsindən daxil ola bilərsiniz. Avropa Komissiyasının rəsmi məlumatına görə, bir Şengen ölkəsi tərəfindən verilmiş viza ilə başqa Şengen ölkəsinin xarici sərhədindən də giriş mümkündür. […]

Vizam.az 18 sentyabr 2026
Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün müraciət edərkən ən vacib məsələlərdən biri hansı ölkənin konsulluğuna müraciət etməli olduğunuzu düzgün müəyyən etməkdir. Əgər səfəriniz zamanı yalnız bir Şengen ölkəsinə gedirsinizsə, müraciəti həmin ölkənin səlahiyyətli konsulluğuna təqdim etməlisiniz. Bir neçə Şengen ölkəsinə səfər edirsinizsə, əsas qayda əsas təyinat ölkəsini (main destination) müəyyən etməkdir. Əsas təyinat ölkəsi, ümumiyyətlə, səfər zamanı ən […]

Vizam.az 17 sentyabr 2026
Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün müraciət edən şəxslərin ən çox qarışdırdığı məsələlərdən biri müraciətin hansı ölkəyə edilməli olmasıdır. Bir neçə Şengen ölkəsini əhatə edən səyahət planınız varsa, vizaya istənilən Şengen ölkəsinin konsulluğuna müraciət etmək düzgün deyil. Əsas qayda budur: Şengen vizası üçün müraciət səfərin əsas təyinat ölkəsinə edilməlidir. Əgər səfər zamanı bir neçə ölkədə qalacaqsınızsa, əsas təyinat […]

Vizam.az 15 sentyabr 2026
Bratislavaya birbaşa, ucuz uçuşlar başlayır, Slovakiya vizanızı almağın vaxtıdır!

Bratislavaya birbaşa, ucuz uçuşlar başlayır, Slovakiya vizanızı almağın vaxtıdır!

Bratislavaya birbaşa, ucuz uçuşlar başlayır! 27 oktyabr 2026-cı il tarixindən etibarən Wizz Air ilə Bakıdan Bratislavaya birbaşa uçuşlar 56 dollardan başlayan qiymətlərlə təklif olunur. Bratislavaya səyahət planlayan Azərbaycan vətəndaşlarının isə səfərdən əvvəl Slovakiya vizası üçün müraciət etməsi tələb olunur. Uçuşların qiymətini və mövcud tarixləri Wizz Air-in rəsmi saytından yoxlaya bilərsiniz: Wizz Air – Bratislava–Bakı uçuşları […]

Vizam.az 14 sentyabr 2026
DV-2028 Green Card Qeydiyyatı Haqqında Ən Çox Verilən Suallar

DV-2028 Green Card Qeydiyyatı Haqqında Ən Çox Verilən Suallar

DV-2028 Green Card lotereyası ABŞ-da daimi yaşamaq imkanı əldə etmək istəyən şəxslərin ən çox maraq göstərdiyi proqramlardan biridir. Qeydiyyat prosesi onlayn həyata keçirilir və müraciət edən şəxslər müəyyən uyğunluq şərtlərinə cavab verməlidirlər. Aşağıda DV-2028 Green Card qeydiyyatı ilə bağlı istifadəçilərin ən çox axtardığı 10 əsas sualın cavabını təqdim edirik. DV-2028 Green Card qeydiyyatı nə vaxt […]

Vizam.az 09 sentyabr 2026
Vyetnam vizası müraciəti nə qədər vaxta təsdiqlənir?

Vyetnam vizası müraciəti nə qədər vaxta təsdiqlənir?

Vyetnam vizası müraciəti, e-viza üçün bütün məlumatlar düzgün təqdim edildikdə və ödəniş tamamlandıqda, rəsmi olaraq 3 iş günü ərzində emal olunur. Vyetnam İmmiqrasiya Departamentinin məlumatına əsasən, e-viza müraciətinin nəticəsi onlayn sistem üzərindən yoxlanıla bilər. Azərbaycan vətəndaşları da Vyetnam e-vizası üçün müraciət edə bilərlər. Vyetnamın rəsmi e-viza portalında Azərbaycan e-viza almaq hüququ olan ölkələr siyahısında göstərilir. […]

Vizam.az 08 sentyabr 2026