Ən Çox İmtina Cavabı Gələn Ölkələr Hansılardır?

Yeniləndi: 13 oktyabr 2025 773 baxış 6 dəq. oxu
Ən Çox İmtina Cavabı Gələn Ölkələr HansılardırƏn Çox İmtina Cavabı Gələn Ölkələr Hansılardır
Ən Çox İmtina Cavabı Gələn Ölkələr HansılardırƏn Çox İmtina Cavabı Gələn Ölkələr Hansılardır

Azərbaycan vətəndaşlarının xaricə səyahət etmək üçün viza alma prosesi, müraciət edilən ölkənin viza siyasətindən asılı olaraq fərqlənir. Əksər hallarda, Şengen ölkələri (məsələn, Almaniya, Fransa, İtaliya, Çexiya və s.) üçün müraciətlərdə ciddi problem yaşanmır. Əgər müraciətçinin gəlir səviyyəsi, səyahət məqsədi və sənədləri düzgün təqdim olunubsa, bu ölkələrdə viza alma ehtimalı çox yüksək olur.

Lakin bəzi ölkələr xüsusilə Amerika, Böyük Britaniya, Kanada, Yeni Zellandiya və Avstraliya kimi dövlətlər, müraciətləri daha detallı qiymətləndirir və potensial “köçmək niyyəti” olan şəxslərə qarşı daha ehtiyatla yanaşır. Bu səbəbdən, bu ölkələr üzrə viza müraciətlərində rədd cavabı alma halları digərlərinə nisbətən daha çox müşahidə olunur.

Bu yazıda, Azərbaycan vətəndaşlarının ən çox rədd cavabı aldığı ölkələr, bu imtinaların əsas səbəbləri və riskin azaldılması üçün nələrə diqqət edilməli olduğu barədə ətraflı məlumat verəcəyik.

Viza Rədd Cavabına Ən Çox Səbəb Olan Faktorlar

Viza imtinası almaq təkcə sənədlərin tam olmaması ilə bağlı deyil. Səfirliklər və konsulluqlar hər bir müraciəti fərdi şəkildə qiymətləndirir və qərar verərkən bir çox faktoru nəzərə alır. Aşağıda Azərbaycan vətəndaşlarının ən çox rastlaşdığı əsas rədd səbəblərini təqdim edirik:

1. Gəlir səviyyəsinin və maliyyə sübutlarının zəif olması

Viza məmurları üçün ən vacib meyarlardan biri müraciətçinin maddi təminatının yetərli olub-olmamasıdır. Bank hesabında kifayət qədər vəsaitin olmaması, vəsaitin son anda köçürülməsi və ya gəlirin rəsmi sənədlərlə sübut edilməməsi imtina üçün əsas səbəb sayılır.

2. Səyahət məqsədinin qeyri-aydın göstərilməsi

Əgər səfirlik sizin səyahət məqsədinizi (turizm, təhsil, işgüzar səfər və s.) inandırıcı hesab etmirsə, müraciət rədd oluna bilər. Xüsusilə “turist” adı altında əslində orada qalmaq niyyəti varsa, bu dərhal fərq edilir.

3. Qayıtmaq niyyətinin zəif görünməsi

Bəzi müraciətçilər üçün ən riskli məqam budur. Əgər səfirlik sizin Azərbaycana qayıtmaq üçün peyk faktlarınızın (iş, ailə, mülkiyyət və s.) olmadığını görürsə, “köçmək ehtimalı” səbəbilə imtina verir.

4. Sənədlərdə uyğunsuzluq və ya natamamlıq

Viza üçün təqdim olunan sənədlərdə məlumatların bir-birinə uyğun gəlməməsi (məsələn, tarix, ad, məbləğ fərqləri) səfirlik tərəfindən mənfi qarşılanır.

5. Əvvəlki vizalarda qayda pozuntusu və ya imtina tarixçəsi

Əgər müraciətçi əvvəllər hər hansı ölkədən rədd cavabı alıbsa və ya viza müddətini keçib qalma halı olubsa, bu, gələcək müraciətlərdə mənfi təsir göstərir.

6. Sığorta, bilet və otel bronlarının etibarsız olması

Bəzən müraciətçilər “nümunəvi” bronlar təqdim edir, lakin bunlar təsdiqlənmiş olmur. Səfirlik sistemlərdə bu məlumatı asanlıqla yoxlaya bilir.

Amerika Birləşmiş Ştatları (ABŞ) Vizası

ABŞ vizası, Azərbaycan vətəndaşları üçün ən çox rədd cavabı gələn viza növlərindən biridir. Bunun əsas səbəbi, ABŞ-ın viza siyasətinin çox detallı və təhlükəsizlik yönümlü olmasıdır. Hər bir müraciət fərdi şəkildə analiz olunur və xüsusilə “köçmək ehtimalı” yüksək görünən şəxslər üçün imtina halları daha çox olur. ABŞ vizası haqqında ətraflı məlumat almaq istəyirsinizsə, klik edərək blogumuza keçid edə bilərsiniz.

Əsas rədd səbəbləri

  1. Qayıtmaq niyyətinin zəif olması:
    Konsulluq əməkdaşları müraciətçinin Azərbaycana qayıdacağına əmin olmaq istəyirlər. Əgər sizdə sabit iş yeri, ailə öhdəliyi və ya mülkiyyət yoxdursa, bu risk sayılır. Məsələn, subay, işsiz və ya gənc müraciətçilərdə bu risk daha yüksək olur.
  2. Maliyyə sübutlarının yetərsizliyi:
    Bank hesabında real və sabit gəlir görünməməsi, gəlir mənbəyinin qeyri-rəsmi olması və ya birdən-birə hesabda böyük məbləğlərin peyda olması ABŞ səfirliyi tərəfindən mənfi qarşılanır.
  3. Səyahət məqsədinin aydın olmaması:
    DS-160 formunda göstərilən məqsəd (turizm, təhsil, işgüzar səfər və s.) ilə təqdim edilən sənədlər uyğun gəlmirsə, viza rədd edilir.
  4. Müsahibə zamanı inandırıcılığın azlığı:
    ABŞ vizası üçün müsahibə əsas mərhələlərdən biridir. Əgər suallara qeyri-müəyyən və ya zidd cavab verirsinizsə, konsul sizə inanmaya bilər. Ən çox verilən sual: “Niyə məhz indi və niyə məhz ABŞ-a getmək istəyirsiniz?”

ABŞ vizası üçün sifariş yerləşdirmək istəyirsinizsə buraya klik edərək müraciət edə bilərsiniz.

Birləşmiş Krallıq (İngiltərə) Vizası

Birləşmiş Krallıq vizası, müraciət prosesi və sənəd tələbləri baxımından ən detallı və diqqət tələb edən vizalardan biridir. İngiltərə səfirliyi müraciətçiləri çox diqqətlə qiymətləndirir və hər bir sənədi ayrıca araşdırır. Bu səbəbdən, sənədlərdə kiçik bir uyğunsuzluq və ya maliyyə qeyri-sabitliyi belə viza imtinasına səbəb ola bilər. Birləşmiş Krallıq vizası haqqında ətraflı məlumat almaq istəyirsinizsə, klik edərək blogumuza keçid edə bilərsiniz.

Əsas rədd səbəbləri

  1. Maliyyə sənədlərində uyğunsuzluq
    İngiltərə vizası üçün bank hesabında sabit gəlir və ardıcıl əməliyyatlar göstərilməlidir. Qısa müddətdə hesabda böyük məbləğlərin peyda olması, gəlir mənbəyinin aydın olmaması və ya bank çıxarışlarında uyğunsuzluqlar imtina riskini artırır.
  2. Səyahət məqsədinin sübut edilməməsi
    Müraciətçi səyahətinin məqsədini turizm, təhsil, ailə ziyarəti və ya iş görüşü aydın şəkildə əsaslandırmalıdır. Əgər bu məqsəd sənədlərdə, bilet və otel bronlarında öz əksini tapmırsa, konsulluq müraciəti riskli hesab edə bilər.
  3. Sponsor sənədlərinin zəif olması
    Əgər səfəriniz sponsor tərəfindən maliyyələşdirilirsə, həmin şəxsin gəlirini və sizə dəstək imkanlarını rəsmi sənədlərlə sübut etməsi vacibdir. Sponsor məktubu və onun gəlir sənədləri arasında ziddiyyətlər imtina ilə nəticələnə bilər.
  4. Forma və sənədlərdə uyğunsuzluq
    Müraciət formasında yazılan məlumatlarla təqdim edilən sənədlər bir-birini dəstəkləməlidir. Məsələn, iş yeri, gəlir və ya səyahət tarixi fərqli göstərilərsə, bu inamsızlıq yaradır.

Birləşmiş Krallıq vizası üçün sifariş yerləşdirmək istəyirsinizsə buraya klik edərək müraciət edə bilərsiniz.

Kanada Vizası

Kanada vizası, müraciət prosesində ən çox diqqət və dəqiqlik tələb edən vizalardan biridir. Kanada səfirliyi müraciətçiləri qiymətləndirərkən həm təqdim olunan sənədlərə, həm də müraciətçinin gələcək planlarına xüsusi diqqət yetirir. Müraciətçinin ölkəyə yalnız qısa müddətli səfər məqsədilə getdiyini sübut edə bilməməsi rədd cavabının əsas səbəblərindən biridir. Kanada vizası haqqında ətraflı məlumat almaq istəyirsinizsə, klik edərək blogumuza keçid edə bilərsiniz.

Əsas rədd səbəbləri:

  1. Köçmək ehtimalının yüksək qiymətləndirilməsi - Kanada, miqrasiya baxımından populyar ölkə olduğuna görə, konsulluq müraciətçiləri çox diqqətlə araşdırır. Əgər sizin ailəniz və ya yaxın qohumlarınız Kanadada yaşayırsa və səyahət məqsədiniz qeyri-müəyyəndirsə, bu, qalmaq niyyəti kimi qiymətləndirilə bilər.
  2. Səyahət məqsədinin və planının aydın olmaması - Müraciətçinin təqdim etdiyi plan, bilet və otel bronları real görünmədikdə və ya səyahət məqsədi (turizm, təhsil, konfrans və s.) sənədlərlə dəstəklənmədikdə, səfirlik müraciəti riskli hesab edir.
  3. Gəlir və maliyyə sübutlarının qeyri-kafi olması - Kanada vizası üçün maliyyə sabitliyi çox vacibdir. Bank hesabında göstərilən məbləğlər, gəlir mənbəyi və iş arayışları arasında ziddiyyət olduqda, müraciət mənfi cavabla nəticələnə bilər.
  4. Əvvəlki viza tarixçəsində mənfi göstəricilər - Əgər siz daha əvvəl Kanada və ya digər ölkələrdən viza imtinası almısınızsa, bu məlumat sistemdə görünür və yeni müraciət zamanı nəzərə alınır.

Kanada vizası üçün sifariş yerləşdirmək istəyirsinizsə buraya klik edərək müraciət edə bilərsiniz.

Yeni Zellandiya Vizası

Yeni Zellandiya vizası, Azərbaycan vətəndaşları üçün müraciət prosesi diqqətli və planlı aparılmalı olan vizalardan biridir. Ölkə, müraciətçilərin səyahət məqsədini, maliyyə vəziyyətini və qayıdış niyyətini ciddi şəkildə qiymətləndirir. Bu səbəbdən, sənədlərin tam və düzgün təqdim olunması rədd riskini əhəmiyyətli dərəcədə azaldır. Yeni Zellandiya vizası haqqında ətraflı məlumat almaq istəyirsinizsə, klik edərək blogumuza keçid edə bilərsiniz.

Əsas rədd səbəbləri

  1. Səyahət məqsədinin qeyri-aydın olması
    Turist və ya qısa müddətli səfər üçün müraciət edən şəxslər səfərin məqsədini və planını dəqiq şəkildə sənədlərlə göstərməlidir. Əks halda, səfirlik müraciəti riskli hesab edə bilər.
  2. Maliyyə sübutlarının yetərsizliyi
    Bank hesabında kifayət qədər vəsaitin olmaması və ya gəlir mənbəyinin rəsmi sənədlərlə təsdiqlənməməsi viza imtinasına səbəb ola bilər.
  3. Qayıtmaq niyyətinin zəif görünməsi
    Gənc, subay və sabit gəliri olmayan müraciətçilər üçün qayıdış niyyəti şübhə doğura bilər. İş arayışı, ailə əlaqələri və ya mülkiyyət sənədləri təqdim olunarsa, risk azalır.
  4. Əvvəlki vizalarda imtina və ya qayda pozuntusu
    Əgər müraciətçi daha əvvəl başqa ölkələrdən viza imtinası alıbsa və ya vizanı düzgün istifadə etməyibsə, bu məlumat sistemdə görünür və Yeni Zellandiya müraciətində də nəzərə alınır.

Avstraliya Vizası

Avstraliya vizası, sənədlərin və səyahət məqsədinin düzgün əsaslandırılmadığı hallarda tez-tez rədd cavabı ilə nəticələnə bilən müraciətlər sırasındadır. Avstraliya hökuməti müraciətçiləri çox diqqətlə yoxlayır və xüsusilə uzunmüddətli qalmaq riski olan hallara qarşı sərt yanaşır. Buna görə də, müraciət zamanı təqdim olunan məlumatların dəqiqliyi və ardıcıllığı çox önəmlidir. Avstraliya vizası haqqında ətraflı məlumat almaq istəyirsinizsə, klik edərək blogumuza keçid edə bilərsiniz.

Əsas rədd səbəbləri

  1. Səyahət məqsədinin sübut olunmaması
    Avstraliyaya turist kimi getmək istəyən şəxslər səfərin məqsədini dəqiq göstərməlidirlər. Otel və bilet bronları, planlaşdırılmış marşrut və qayıdış niyyətini göstərən sənədlər təqdim olunmadıqda müraciət riskli hesab olunur.
  2. Gəlir və maliyyə çatışmazlığı
    Konsulluq maliyyə vəziyyətinizin səfəri təmin etməyə yetərli olub-olmadığını ciddi şəkildə qiymətləndirir. Bank hesabında təqdim olunan məbləğ səfərin bütün xərclərini ödəməyə kifayət etmirsə və ya gəlir mənbəyi rəsmi sənədlərlə təsdiqlənməyibsə, viza imtinası verilə bilər.
  3. Əvvəlki miqrasiya tarixçəsi və viza qaydalarının pozulması
    Əgər siz daha əvvəl başqa ölkədə viza müddətini aşmısınızsa və ya immiqrasiya qanunlarını pozmusunuzsa, bu, Avstraliya səfirliyi tərəfindən mənfi göstərici kimi qəbul olunur.
  4. Köçmək ehtimalının yüksək olması
    Gənc və subay şəxslər, xüsusilə sabit gəliri və ailə bağı olmayan müraciətçilər üçün səfirlik qalmaq riskini daha yüksək qiymətləndirir. Bu halda, vətənə qayıdış niyyətini gücləndirən sənədlər təqdim etmək vacibdir (məsələn, iş arayışı, ailə əlaqələri və s.).

Avstraliya vizası üçün sifariş yerləşdirmək istəyirsinizsə buraya klik edərək müraciət edə bilərsiniz.

Tez-tez Verilən Suallar

1. Viza rədd cavabı aldıqdan sonra yenidən müraciət edə bilərəmmi?
Bəli, amma əvvəlki rədd səbəbini analiz etmədən yenidən müraciət etmək tövsiyə edilmir. Səbəbi müəyyən edib sənədləri və müraciət formasını düzəltdikdən sonra müraciət etmək şansınızı artırır.

2. Rədd səbəbini haradan öyrənə bilərəm?
Hər ölkənin konsulluğu rədd səbəbini qısa formada bildirir. ABŞ və İngiltərə kimi ölkələrdə DS-160 və ya müraciət forması üzərindən imtina səbəbini izləmək mümkündür.

3. Viza rədd cavabı gələcək müraciətlərə təsir edirmi?
Bəli, əvvəlki rədd cavabları gələcək müraciətlərdə nəzərə alınır. Bu səbəbdən yeni müraciətdə əvvəlki səhvləri düzəltmək vacibdir.

4. Ən çox imtina cavabı gələn ölkələr hansılardır və səbəbləri nələrdir?
Ən çox rədd cavabı alan ölkələr arasında Amerika, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zellandiya xüsusilə qeyd olunur. Bu ölkələr müraciətləri çox diqqətlə qiymətləndirir və potensial “köçmək ehtimalı” olan şəxslərə qarşı ehtiyatla yanaşır. İmtina cavablarının əsas səbəbləri arasında maliyyə sübutlarının kifayət qədər inandırıcı olmaması, səyahət məqsədinin aydın göstərilməməsi, vətənə qayıtmaq niyyətinin zəif görünməsi, təqdim olunan sənədlərdə uyğunsuzluqlar və natamamlıq, həmçinin əvvəlki vizalarda qayda pozuntuları yer alır. Bütün bu faktorlar səfirlik tərəfindən risk kimi qiymətləndirilir və müraciətin rədd olunmasına səbəb ola bilər.

5. Vizam.az rədd riskini necə azalda bilər?
Vizam.az komandası müraciət üçün bütün sənədlərin düzgün hazırlanması, formaların optimallaşdırılması və müsahibəyə hazırlıq prosesində sizə dəstək göstərir. Bu, viza rədd riskini minimuma endirir.

Oxşar yazılar:

Sinqapur vizası üçün bank çıxarışı lazımdırmı?

Sinqapur vizası üçün bank çıxarışı lazımdırmı?

Bəli, Sinqapur vizası üçün bank çıxarışı maliyyə vəziyyətinizi göstərən dəstəkləyici sənəd kimi tələb oluna bilər. Lakin bank çıxarışı bütün müraciətlər üçün rəsmi şəkildə məcburi əsas sənəd kimi göstərilmir. Sinqapurun İmmiqrasiya və Nəzarət Məntəqələri İdarəsi (ICA) müraciət zamanı əlavə sənədlər tələb edə bilər və Sinqapura səfər edən şəxsin qalma müddəti ərzində özünü təmin etmək üçün kifayət […]

Vizam.az 24 sentyabr 2026
Şengenə girişdə ilk dəfə səyahət edənlər nəyə hazır olmalıdır?

Şengenə girişdə ilk dəfə səyahət edənlər nəyə hazır olmalıdır?

İlk dəfə Şengen sərhədindən keçirsinizsə, pasportunuz, Şengen vizanız, uçuş və yaşayış məlumatlarınız, səfər planınız və lazım olduqda maliyyə imkanınızı göstərən sənədlər hazır olmalıdır. Sərhəd nəzarətində əməkdaş səfərin məqsədi, qalacağınız yer və geri dönüş planınız barədə qısa suallar verə bilər. Etibarlı Şengen vizasının olması girişə avtomatik zəmanət vermir. Xarici sərhəddə səyahətçinin giriş şərtlərinə uyğunluğu ayrıca yoxlanılır. […]

Vizam.az 24 sentyabr 2026
Kredit borcu viza almağa mane ola bilərmi?

Kredit borcu viza almağa mane ola bilərmi?

Kredit borcunun olması təkbaşına viza almağa avtomatik maneə deyil. Viza müraciətində əsas məsələ kredit borcunun mövcudluğu deyil, müraciət edən şəxsin ümumi maliyyə vəziyyəti, sabit gəliri, bank hesabındakı vəsaitin mənbəyi və səfərin xərclərini qarşılamaq imkanının inandırıcı şəkildə göstərilməsidir. Məsələn, şəxsin aktiv istehlak krediti və ya ipoteka ödənişi ola bilər. Əgər onun sabit gəliri, normal bank hesabı […]

Vizam.az 23 sentyabr 2026
Amerika vizası ilə Kanada və Meksikaya getmək olar?

Amerika vizası ilə Kanada və Meksikaya getmək olar?

ABŞ vizasının olması avtomatik olaraq Kanada və Meksikaya giriş hüququ vermir. Kanada və Meksikanın viza və giriş qaydaları bir-birindən fərqlidir. Azərbaycan pasportu ilə səyahət edirsinizsə, Kanadaya getmək üçün ümumiyyətlə Kanada vizası tələb olunur. ABŞ vizasının olması Kanada vizasını avtomatik əvəz etmir. Meksikada isə fərqli qayda tətbiq olunur: etibarlı ABŞ vizası olan şəxslər müəyyən şərtlərlə ayrıca […]

Vizam.az 21 sentyabr 2026
Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Xeyr. Şengen vizası aldığınız ölkədən Şengen zonasına ilk giriş etmək ümumi qayda olaraq məcburi deyil. Məsələn, Fransadan Şengen vizası almısınızsa, müəyyən hallarda Şengen zonasına İtaliya, Almaniya, Niderland və ya başqa Şengen ölkəsindən daxil ola bilərsiniz. Avropa Komissiyasının rəsmi məlumatına görə, bir Şengen ölkəsi tərəfindən verilmiş viza ilə başqa Şengen ölkəsinin xarici sərhədindən də giriş mümkündür. […]

Vizam.az 18 sentyabr 2026
Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün müraciət edərkən ən vacib məsələlərdən biri hansı ölkənin konsulluğuna müraciət etməli olduğunuzu düzgün müəyyən etməkdir. Əgər səfəriniz zamanı yalnız bir Şengen ölkəsinə gedirsinizsə, müraciəti həmin ölkənin səlahiyyətli konsulluğuna təqdim etməlisiniz. Bir neçə Şengen ölkəsinə səfər edirsinizsə, əsas qayda əsas təyinat ölkəsini (main destination) müəyyən etməkdir. Əsas təyinat ölkəsi, ümumiyyətlə, səfər zamanı ən […]

Vizam.az 17 sentyabr 2026
Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün müraciət edən şəxslərin ən çox qarışdırdığı məsələlərdən biri müraciətin hansı ölkəyə edilməli olmasıdır. Bir neçə Şengen ölkəsini əhatə edən səyahət planınız varsa, vizaya istənilən Şengen ölkəsinin konsulluğuna müraciət etmək düzgün deyil. Əsas qayda budur: Şengen vizası üçün müraciət səfərin əsas təyinat ölkəsinə edilməlidir. Əgər səfər zamanı bir neçə ölkədə qalacaqsınızsa, əsas təyinat […]

Vizam.az 15 sentyabr 2026
Bratislavaya birbaşa, ucuz uçuşlar başlayır, Slovakiya vizanızı almağın vaxtıdır!

Bratislavaya birbaşa, ucuz uçuşlar başlayır, Slovakiya vizanızı almağın vaxtıdır!

Bratislavaya birbaşa, ucuz uçuşlar başlayır! 27 oktyabr 2026-cı il tarixindən etibarən Wizz Air ilə Bakıdan Bratislavaya birbaşa uçuşlar 56 dollardan başlayan qiymətlərlə təklif olunur. Bratislavaya səyahət planlayan Azərbaycan vətəndaşlarının isə səfərdən əvvəl Slovakiya vizası üçün müraciət etməsi tələb olunur. Uçuşların qiymətini və mövcud tarixləri Wizz Air-in rəsmi saytından yoxlaya bilərsiniz: Wizz Air – Bratislava–Bakı uçuşları […]

Vizam.az 14 sentyabr 2026
DV-2028 Green Card Qeydiyyatı Haqqında Ən Çox Verilən Suallar

DV-2028 Green Card Qeydiyyatı Haqqında Ən Çox Verilən Suallar

DV-2028 Green Card lotereyası ABŞ-da daimi yaşamaq imkanı əldə etmək istəyən şəxslərin ən çox maraq göstərdiyi proqramlardan biridir. Qeydiyyat prosesi onlayn həyata keçirilir və müraciət edən şəxslər müəyyən uyğunluq şərtlərinə cavab verməlidirlər. Aşağıda DV-2028 Green Card qeydiyyatı ilə bağlı istifadəçilərin ən çox axtardığı 10 əsas sualın cavabını təqdim edirik. DV-2028 Green Card qeydiyyatı nə vaxt […]

Vizam.az 09 sentyabr 2026
Vyetnam vizası müraciəti nə qədər vaxta təsdiqlənir?

Vyetnam vizası müraciəti nə qədər vaxta təsdiqlənir?

Vyetnam vizası müraciəti, e-viza üçün bütün məlumatlar düzgün təqdim edildikdə və ödəniş tamamlandıqda, rəsmi olaraq 3 iş günü ərzində emal olunur. Vyetnam İmmiqrasiya Departamentinin məlumatına əsasən, e-viza müraciətinin nəticəsi onlayn sistem üzərindən yoxlanıla bilər. Azərbaycan vətəndaşları da Vyetnam e-vizası üçün müraciət edə bilərlər. Vyetnamın rəsmi e-viza portalında Azərbaycan e-viza almaq hüququ olan ölkələr siyahısında göstərilir. […]

Vizam.az 08 sentyabr 2026