AVSTRALİYA VİZASI NECƏ ALINIR?

Vizam.az 10 dekabr 2020 6338 baxış 4 dəq. oxu

Dünyanın bir ucuna, ayrıca bir qitəyə - Avstraliyaya səyahət edib bu unikal və əsrarəngiz coğrafiyanı kəşf etmək bir çox şəxsin arzusudur. Təbiəti, okean sahilləri, paytaxt Kanberra, Sidney, Melburn kimi şəhərləri, heyvanlar və botanika aləminin unikallığı, abidələri və sadalamaqla bitməyəcək digər özəllikləri ilə səyahətsevər insanların ən böyük turizm hədəflərindən birinə çevrilmiş Avstraliya! Sizin də hədəfiniz bu qitəyə səyahətdirsə, Avstraliya vizası haqqında hər şeyi, bu vizanı necə əldə edə biləcəyinizi bu məqalədə oxuya bilərsiniz.

Avstraliya Viza Növləri

Avstraliyaya planladığınız səyahətinizi Avstraliya turizm vizası əldə edərək reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əslində isə Avstraliya vizasının növləri çoxdur, ancaq Azərbaycan vətəndaşları qısamüddətli turistik viza üçün bir viza növünə müraciət edirlər. Əgər siz Avstraliyada uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Avstraliya milli vizasına da müraciət edə bilərsiniz.

Avstraliya Turizm Vizası

Avstraliya vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir.

Qeyd edək ki, Avstraliya turist vizası müraciətçilərə, əsasən, 3 ay və ya bəzi hallarda bir il müddətində 3 ay qala bilmə imkanı yaradacaq şəkildə verilir. Ancaq hər bir halda bu müddət dəyişə bilər.

Avstraliya Vizası Müraciəti üçün Sənədlər Toplusu

Avstraliya vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 3.5x4.5 ölçüdə, ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  10. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  11. İngilis dilində doldurulmuş ərizə forması
  12. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunmalıdır.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Avstraliyada qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 5.000-7.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 dollar gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

Avstraliyaya viza müraciəti onlayn şəkildə olur və nəticə müsbət olduğu təqdirdə viza elektron şəkildə verilir, yəni pasporta viza stikeri yapışdırılmır. Viza qərarı isə Avstraliyanın Ankaradakı Səfirliyində verilir. Bir çox hallarda səfirliyə şəxsən getmək tələb olunmur. Lakin çox nadir hallarda da olsa, keysin mürəkkəbliyindən asılı olaraq konsul müraciətçini şəxsən müsahibə edə bilməsi üçün Ankaradakı səfirliyə dəvət edə bilər.

İlk olaraq onlayn viza platformasında hesab yaradılır, hesaba daxil olduqdan sonra müvafiq viza növü seçilir, onlayn şəkildə ərizə forması doldurulur və ərizə formasında verilən cavablara əsasən sonda tələb olunan sənədlərin siyahısı çıxır. Həmin tələb olunan sənədlərin skan versiyası sistemə yüklənməlidir.

Azərbaycan vətəndaşları qısamüddətli turizm, işgüzar səfər, hər hansı tədbirdə iştirak, ailə və ya dost ziyarəti üçün “Subclass 600 Visitor visa”ya müraciət etməlidirlər.

Viza rüsumu 145 AUD-dur (təqribən, 95 USD). Cavab, adətən, 21-35 günə bəlli olur.

Avstraliya Vizası Alma Ehtimalı

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Avstraliyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal və yaxşı olması, aylıq gəlirinizin standart maaş aralığından yüksək olması (təcrübədə 700-800 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı da dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və yaxşı səyahət tarixçənizin olması sizin Avstraliya vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen, Birləşmiş Krallıq, ABŞ və ya digər viza sahibi olmayan şəxslər üçün Avstraliya vizasına müraciət, nisbətən riskli hesab olunur. Profilinizdəki digər nüanslar (yuxarıda sadalananlar) çox yüksək və yaxşı vəziyyətdə olduğu halda, səyahət tarixçəniz olmasa belə Avstraliya vizasını alma şansınız ola bilər. Hər bir halda səyahət tarixçənizin yaxşı olması sizin Avstraliya vizasını əldə etməyinizə birbaşa təsir göstərən amildir.

Avstraliyaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Avstraliya vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, izahat məktubunun yazılması, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Avstraliya səyahət vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 165 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 050/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Bu qitə həyatınızı dəyişdirə bilərXoş səyahətlər!

Oxşar yazılar:

KANADA VİZASINI NECƏ ALA BİLƏRƏM?

KANADA VİZASINI NECƏ ALA BİLƏRƏM?

Kanada milyonlarla insanın xəyallarını bəzəyən ölkələr siyahısında yer alır. Səyahət üçün ideal ölkə hesab olunan Kanadaya hər il 50 milyona yaxın turistik səbəblərlə üz tutur. Coğrafiyası, təbiəti və iqlimi, Toronto, Ottava, Monreal, Vankuver kimi böyük turistik şəhərləri, Niaqara şəlaləsi, sadalamaqla bitməyəcək sayda turizm obyektlərinə sahib bu soyuq ölkə hər bir şəxs üçün “isti səyahət hədəfinə” […]

Vizam.az 04 may 2024
Lixteynşteynə biznes vizası – Avropanın kiçik ölkəsinə biznes

Lixteynşteynə biznes vizası – Avropanın kiçik ölkəsinə biznes

Avropada İsveçrə ilə Avstriyanın sərhədində yerləşən Lixtenşteyn ölkəsi ərazisinə görə dünyanın ən kiçik ölkələrindən biri hesab olunsa da, səyahət üçün bir çox turistin marağındadır. Turistlərdən əlavə isə, ölkəyə il ərzində bir çox biznesmen də işgüzar səfərlər həyata keçirirlər. Əgər siz də Lixtenşteynə bu məqsədlə səyahət edib həm işinizi görmək, həm də gəzib bu ölkəni öz gözlərinizlə görmək istəyirsinizsə, Lixtenşteyn biznes (işgüzar səfər) […]

Vizam.az 10 dekabr 2020
YUNANISTAN BİZNES VİZASINI ALMAQ ÜÇÜN BİLMƏLİ OLDUQLARINIZ

YUNANISTAN BİZNES VİZASINI ALMAQ ÜÇÜN BİLMƏLİ OLDUQLARINIZ

Hər il 30 milyondan çox turistə ev sahibliyi edərək dünyanın ən turistik ölkələrindən biri hesab olunan Yunanıstan. Coğrafiyası, dəniz sahilləri, adaları, tarixi və mədəniyyəti, görkəmli abidələri ilə səyahətçilərin qəlbində taxt qurmuş ölkələrdən biri. Belə bir fakt mövcuddur ki, yay aylarında Yunanıstanda yunanlardan daha çox əcnəbi turist olur. Turistlərlə yanaşı, ilin müxtəlif dövrlərində ölkəyə bir çox biznes […]

Vizam.az 10 dekabr 2020
DANİMARKAYA TURİST VİZASI İLƏ SƏYAHƏT

DANİMARKAYA TURİST VİZASI İLƏ SƏYAHƏT

Avropanın valehedici ölkələri siyahısında başlarda gələn, hər il milyonlarla turistin xoş bir istirahət üçün üz tutduğu Danimarka. Başda paytaxtı Kopenhagen olmaqla, bütün ölkəni bəzəyən rəngarəng, fərqli arxitekturadakı tikililəri və abidələri, mədəniyyəti və incəsənəti, turistik bölgələri ilə soyuq iqliminə baxmayaraq, bütün səyahətçilərin qəlbini isidən və gözünü oxşayan bu ölkəyə Danimarka Şengen vizasıyla getmək mümkündür. Turizm üçün ideal […]

Vizam.az 10 dekabr 2020
KİÇİK ÖLKƏYƏ BÖYÜK SƏYAHƏT – LÜKSEMBURQ BİZNES VİZASI

KİÇİK ÖLKƏYƏ BÖYÜK SƏYAHƏT – LÜKSEMBURQ BİZNES VİZASI

Lüksemburq ərazi cəhətdən Avropanın və dünyanın ən kiçik ölkələrindən biri hesab olunsa da, hər il bir milyondan çox turisti cəlb edəcək marağa və cazibəyə sahib bir ölkədir. Yaşıl və təmiz təbiəti, kiçik ölkənin gətirdiyi üstünlük olan sakitlik və rahatlıq turistlərin bu ölkəyə üz tutma səbəblərindən bir neçəsidir. Lüksemburq həmçinin, biznes məqsədilə də tez-tez səfər edilən ölkədir. Siz də […]

Vizam.az 10 dekabr 2020
BİRLƏŞMİŞ KRALLIĞA BİZNES VİZASINI ALMAQ ÜÇÜN NƏ ETMƏLİ?

BİRLƏŞMİŞ KRALLIĞA BİZNES VİZASINI ALMAQ ÜÇÜN NƏ ETMƏLİ?

Avropanın ən çox üz tutulan ölkələrindən biri, dünyanın bəlkə də ən görkəmli və məşhur adası – Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı. Özündə İngiltərə, Şotlandiya, Uels, Şimali İrlandiya ölkələrini birləşdirən Britaniya Krallığı hər il ümumilikdə 40 milyondan çox turisti qonaq edir. Turist axınından əlavə isə, ölkəyə həmçinin, minlərlə biznes səfər də reallaşdırılır. Əgər siz də Birləşmiş Krallığa səyahət edib həm […]

Vizam.az 10 dekabr 2020
BUZ ADASINA SƏYAHƏT-İSLANDİYA BİZNES VİZASI 

BUZ ADASINA SƏYAHƏT-İSLANDİYA BİZNES VİZASI 

Gerçək səyahətsevərlərin üz tutduğu, Avropanın buz adası İslandiya. Təbiətinin və coğrafiyasının mükəmməlliyindən əlavə, gözəl mənzərələri, qeyzerləri, dağları, auroraları və sahib olduğu daha bir çox özünəməxsus özəllikləri ilə İslandiya bir çoxları üçün ideal səyahət deyildikdə ağla gələn ilk ölkələrdən biridir. Turistik səyahət üçün ideal olan bu ölkəyə həmçinin, biznes səfərlər də tez-tez təşkil olunur. Əgər siz də İslandiyaya səyahət edib […]

Vizam.az 10 dekabr 2020
POLŞA ŞENGEN VİZASI 

POLŞA ŞENGEN VİZASI 

Avropanın istənilən ölkəsi turizm üçün əla məkan hesab oluna bilər. Ancaq bu ölkələrin siyahısında Polşanı həm bizim səyahətçilərimiz, həm də dünya turizmi üçün ön plana çəkən amillər boldur. Paytaxt Varşavadan əlavə Krakov, Poznan, Qdansk və bir çox şəhərlərdə rast gələ biləcəyiniz Polşanın özünəməxsus, spesifik arxitekturası, təbiətinin gözəlliyi, mədəniyyəti və incəsənəti turistləri özünə cəlb etməkdə olduqca uğurludur. Əgər sizin Polşada yaşayan […]

Vizam.az 10 dekabr 2020
NORVEÇ QONAQ VİZASI 

NORVEÇ QONAQ VİZASI 

Bütün səyahətçilərin xəyallarını bəzəyən, şəkillərdə qarlı, şaxtalı, sakit təbiətinin və coğrafiyasının gözəlliyi ilə hər kəsi özünə aşiq edən Norveç. Artıq Norveçi şəkillərdən yox, öz gözlərinizlə görməyin vaxtının gəldiyini düşünürsünüzsə, sadəcə bir Norveç Şengen vizası bu arzunuzu reallığa çevirə bilər. Əgər sizin Norveçdə yaşayan ailə üzvünüz və ya dostunuz varsa və siz həm bu gözəl ölkəni gəzmək, həm də onu ziyarət […]

Vizam.az 10 dekabr 2020
HOLLANDİYA QONAQ VİZASINA MÜRACİƏT

HOLLANDİYA QONAQ VİZASINA MÜRACİƏT

Ölkəsində narıncının hökm sürdüyü, amma şəhərlərindəki bütün rənglərin ahənginin ortaya möhtəşəm bir mənzərə çıxardığı, incəsənəti  və mədəniyyəti, xüsusilə də muzeyləri ilə bütün dünyada məşhur olan Hollandiya! İl ərzində 20 milyondan çox turist Hollandiyaya səyahət edərək unudulmaz anlar yaşayır. Əgər sizin Hollandiyada yaşayan ailə üzvünüz və ya dostunuz varsa və siz onu ziyarət etmək istəyirsinizsə, Hollandiya Şengen vizasına müraciət edə bilərsiniz. Qonaq vizasına müraciət […]

Vizam.az 10 dekabr 2020