NORVEÇ QONAQ VİZASI 

Vizam.az 10 dekabr 2020 1825 baxış 6 dəq. oxu

Bütün səyahətçilərin xəyallarını bəzəyən, şəkillərdə qarlı, şaxtalı, sakit təbiətinin və coğrafiyasının gözəlliyi ilə hər kəsi özünə aşiq edən Norveç. Artıq Norveçi şəkillərdən yox, öz gözlərinizlə görməyin vaxtının gəldiyini düşünürsünüzsə, sadəcə bir Norveç Şengen vizası bu arzunuzu reallığa çevirə bilər. Əgər sizin Norveçdə yaşayan ailə üzvünüz və ya dostunuz varsa və siz həm bu gözəl ölkəni gəzmək, həm də onu ziyarət etmək istəyirsinizsə, Norveç Şengen qonaq vizasına müraciət edə bilərsiniz. Qonaq vizasına müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

Norveç Viza Növləri

Norveç Şengen ölkələri siyahısına aid olduğuna görə siz müvəqqəti səyahətinizi reallaşdırmaq üçün Norveç Şengen vizasına müraciət edərək bu vizanı əldə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Norveçdə müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Norveç milli vizasına da müraciət edə bilərsiniz.

Qısamüddətli ziyarətinizi reallaşdırmaq üçün siz Norveç Şengen vizasının “qonaq vizası” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli qonaq vizası sizə Norveçdə daimi yaşamaq hüququ vermir, viza sizə qısamüddətli ziyarətinizi reallaşdırmağınız üçün verilir.

Norveç Şengen Vizası

Norveç Şengen vizası digər Şengen vizaları kimi təkgirişli və çoxgirişli ola bilir. Eyni zamanda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Siz Norveç Şengen vizasını əldə etdikdən sonra səyahətiniz ərzində istənilən Şengen ölkəsinə daxil ola bilərsiniz. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Norveçdən edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Norveç vizası ilə Şengen ərazisinə başqa bir ölkədən giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Norveç Şengen vizasına müraciət etdiyiniz təqdirdə səyahət müddətiniz ərzində ən çox qalacağınız ölkə kimi Norveçi göstərməlisiniz.

Norveç Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

Norveç Şengen qonaq vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  10. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  11. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Onlayn ödəniş çekinizin çap versiyası
  14. Ziyarət edəcəyiniz şəxs tərəfindən sizə göndərilmiş dəvət məktubu (Ətraflı şəkildə aşağıda qeyd olunub)
  15. Sizi dəvət edən şəxsin Norveçdə yaşama hüququnu bildirən sənəd (oturum izni, milli vizası və s.)
  16. Əgər sizi dəvət edən şəxslə ailəvi bağınız varsa, bunu təsdiq edən sənəd (məsələn, övladınızdırsa, doğum haqqında şəhadətnaməsi, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.)

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər.

Sizə göndərilən dəvət məktubunda mütləq dəvət edən şəxsin adı, soyadı, yaşadığı ünvan, əlaqə vasitələri, dəvət olunan şəxsin detalları, qalacağı müddət, harada qalacağı və s. ətraflı şəkildə bildirilməlidir. Dəvət məktubu Norveçin polis orqanları tərəfindən təsdiqlənmiş və möhürlənmiş “Guarantee Form for Visits” ilə birlikdə göndərilməsi və viza müraciəti zamanı əslinin təqdim olunması məsləhət görülür. Qeyd edək ki, təcrübəmizdə bu sənədlərin skanı ilə müraciət edənlər olub. Lakin, viza nəticəsinin üzərində hər hansı bir mənfi təsir riskinin qarşısını almaq üçün yuxarıda qeyd edilən formada sənədlərin arasına əlavə etmək məsləhətdir. Əgər siz dəvət edən şəxsin evində qalacağınızı göstərirsinizsə, bu halda səfirlik sizdən evlə bağlı əlavə sənədlər (evin icarə kontraktı, kommunal ödənişlərin sənədləri) də tələb edə bilər.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.500-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən şəxs tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda həmin şəxsin maddi vəziyyətini təsdiq edən sənədlər (iş yerindən arayış, bank hesabından son 3-6 aylıq çıxarış və s.) təqdim olunmalıdır.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

Norveç Şengen vizası üçün müraciət Ankarada yerləşən Norveç Səfirliyinin Azərbaycandakı VFS Global adlı viza müraciət mərkəzində olunur. Viza haqda qərar Ankaradakı Norveç səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün viza görüşünü həftəiçi iş saatları ərzində Norveç VFS Global viza müraciət mərkəzinin +994 12 310 57 03 telefon nömrəsi ilə əlaqə saxlamaqla təyin etmək mümkündür. Lakin siz öncədən görüş təyin etmədən VFS Global şirkətinə yaxınlaşaraq sənədlərinizi təqdim edə bilərsiniz.

Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir. Barmaq izindən azad olan müraciətçilərin isə sənədləri təqdim etmək üçün başqa bir şəxsə notarial qaydada etibarnamə verdikləri halda şəxsən iştirakları mütləq deyil.

Şengen viza proseduru müraciət tarixindən etibarən, adətən, 4 həftə (bayramla əlaqəli rəsmi qeyri-iş günləri istisna olmaqla) davam edir. Bu müddətə sənədlərin Azərbaycandakı viza mərkəzindən Ankaradakı səfirliyə çatdırılması və geri qaytarılması və eyni zamanda müraciət Ankaradakı səfirlik tərəfindən qəbul edildikdən sonra qərarın verilməsi üçün tələb olunan 10-15 günü əhatə edir.

Viza rüsumu 35 avro ərizə formasını doldurduqdan və təsdiqlədikdən sonra onlayn şəkildə ödənilir. Sənədləri təqdim edərkən isə viza mərkəzinin xidmət haqqı olan 55 AZN, ikitərəfli kuryer xidmət haqqı 74 AZN və viza prosedurunun başa çatdığı və pasportun hazır olduğu barədə məlumat verməsi üçün SMS xidmət haqqı 3 AZN ödənilir. Bu ödənişlər nəğd şəkildə və yalnız manatla qəbul olunur.

Qeyd edək ki, əgər müraciətçi viza nəticəsinin 4 həftədən daha tez bəlli olmasını istəyirsə, sənədlərinin Ankaraya daha tez gedib-qayıtması üçün Premium Təcili çatdırılma xidmətindən istifadə edə bilər. Bu zaman kuryer xidmət haqqını 74 AZN deyil, 208 AZN ödəməlidir. Premium Təcili çatdırılma prosesini tezləşdirmək olar. Bu halda, sənədlərin Ankaraya çatdırılması və geri qaytarılması 2 həftə deyil, 5 iş günü çəkir. Bu xidmətin səfirlikdə olan viza prosedurunun müddətinə heç bir təsiri yoxdur. Lakin, təcrübəmiz göstərir ki, təcili biznes səfərlərində və ya konfrans iştiraklarında dəvət edən qurum Ankaradakı səfirliklə əlaqə saxlayıb, qəararın 15 gündən daha tez, hətta bir iş gününə verilməsini təmin edə bilər.

Norveç Şengen Vizası Alma Ehtimalı

Hər bir ölkənin viza müraciətində olduğu kimi Norveçdə də sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal və yaxşı olması, aylıq gəlirinizin standart maaş aralığından biraz yüksək olması (təcrübədə 450-600 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Norveç Şengen vizası alma şansınızı artıran faktorlardır. Daha öncə heç bir Şengen vizası olmayan şəxslər üçün Norveç səfirliyi ilk viza müraciəti seçimi olaraq nisbətən riskli görülə bilər. Təcrübəmizdə ilk Şengen vizasını Norveç səfirliyindən almış bir çox müraciətçi olmasına baxmayaraq, profilinizdəki digər nüansların (yuxarıda sadalanan) yüksək vəziyyətdə olduğu hallar istisna olmaqla, Norveç səfirliyi ilk Şengen vizanızı almaq üçün riskli səfirlikdir. Hər bir halda daha öncə Şengen vizalarınızın olması sizin Norveç səfirliyindən viza alma ehtimalınızı yüksəldən faktordur.

Qonaq vizası zamanı sizi dəvət edən şəxslə yaxın qohumluğunuzun olması və bunu təsdiq edən sənədləri səfirliyə təqdim etməyiniz, həmçinin özünüz və sizi dəvət edən şəxslə bağlı verdiyiniz sənədlərin düzgünlüyü və dolğunluğu sizin viza alma şansınıza müsbət təsir göstərir.

Norveçə Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Norveç Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik.Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin və otellərinizin alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Norveç Şengen qonaq vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 69 AZN təşkil edir.

Nağıllar aləmi Norveçə xoş gəlmisiniz! Xoş səyahətlər!

Oxşar yazılar:

KANADA VİZASINI NECƏ ALA BİLƏRƏM?

KANADA VİZASINI NECƏ ALA BİLƏRƏM?

Kanada milyonlarla insanın xəyallarını bəzəyən ölkələr siyahısında yer alır. Səyahət üçün ideal ölkə hesab olunan Kanadaya hər il 50 milyona yaxın turistik səbəblərlə üz tutur. Coğrafiyası, təbiəti və iqlimi, Toronto, Ottava, Monreal, Vankuver kimi böyük turistik şəhərləri, Niaqara şəlaləsi, sadalamaqla bitməyəcək sayda turizm obyektlərinə sahib bu soyuq ölkə hər bir şəxs üçün “isti səyahət hədəfinə” […]

Vizam.az 04 may 2024
Lixteynşteynə biznes vizası – Avropanın kiçik ölkəsinə biznes

Lixteynşteynə biznes vizası – Avropanın kiçik ölkəsinə biznes

Avropada İsveçrə ilə Avstriyanın sərhədində yerləşən Lixtenşteyn ölkəsi ərazisinə görə dünyanın ən kiçik ölkələrindən biri hesab olunsa da, səyahət üçün bir çox turistin marağındadır. Turistlərdən əlavə isə, ölkəyə il ərzində bir çox biznesmen də işgüzar səfərlər həyata keçirirlər. Əgər siz də Lixtenşteynə bu məqsədlə səyahət edib həm işinizi görmək, həm də gəzib bu ölkəni öz gözlərinizlə görmək istəyirsinizsə, Lixtenşteyn biznes (işgüzar səfər) […]

Vizam.az 10 dekabr 2020
YUNANISTAN BİZNES VİZASINI ALMAQ ÜÇÜN BİLMƏLİ OLDUQLARINIZ

YUNANISTAN BİZNES VİZASINI ALMAQ ÜÇÜN BİLMƏLİ OLDUQLARINIZ

Hər il 30 milyondan çox turistə ev sahibliyi edərək dünyanın ən turistik ölkələrindən biri hesab olunan Yunanıstan. Coğrafiyası, dəniz sahilləri, adaları, tarixi və mədəniyyəti, görkəmli abidələri ilə səyahətçilərin qəlbində taxt qurmuş ölkələrdən biri. Belə bir fakt mövcuddur ki, yay aylarında Yunanıstanda yunanlardan daha çox əcnəbi turist olur. Turistlərlə yanaşı, ilin müxtəlif dövrlərində ölkəyə bir çox biznes […]

Vizam.az 10 dekabr 2020
DANİMARKAYA TURİST VİZASI İLƏ SƏYAHƏT

DANİMARKAYA TURİST VİZASI İLƏ SƏYAHƏT

Avropanın valehedici ölkələri siyahısında başlarda gələn, hər il milyonlarla turistin xoş bir istirahət üçün üz tutduğu Danimarka. Başda paytaxtı Kopenhagen olmaqla, bütün ölkəni bəzəyən rəngarəng, fərqli arxitekturadakı tikililəri və abidələri, mədəniyyəti və incəsənəti, turistik bölgələri ilə soyuq iqliminə baxmayaraq, bütün səyahətçilərin qəlbini isidən və gözünü oxşayan bu ölkəyə Danimarka Şengen vizasıyla getmək mümkündür. Turizm üçün ideal […]

Vizam.az 10 dekabr 2020
KİÇİK ÖLKƏYƏ BÖYÜK SƏYAHƏT – LÜKSEMBURQ BİZNES VİZASI

KİÇİK ÖLKƏYƏ BÖYÜK SƏYAHƏT – LÜKSEMBURQ BİZNES VİZASI

Lüksemburq ərazi cəhətdən Avropanın və dünyanın ən kiçik ölkələrindən biri hesab olunsa da, hər il bir milyondan çox turisti cəlb edəcək marağa və cazibəyə sahib bir ölkədir. Yaşıl və təmiz təbiəti, kiçik ölkənin gətirdiyi üstünlük olan sakitlik və rahatlıq turistlərin bu ölkəyə üz tutma səbəblərindən bir neçəsidir. Lüksemburq həmçinin, biznes məqsədilə də tez-tez səfər edilən ölkədir. Siz də […]

Vizam.az 10 dekabr 2020
BİRLƏŞMİŞ KRALLIĞA BİZNES VİZASINI ALMAQ ÜÇÜN NƏ ETMƏLİ?

BİRLƏŞMİŞ KRALLIĞA BİZNES VİZASINI ALMAQ ÜÇÜN NƏ ETMƏLİ?

Avropanın ən çox üz tutulan ölkələrindən biri, dünyanın bəlkə də ən görkəmli və məşhur adası – Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı. Özündə İngiltərə, Şotlandiya, Uels, Şimali İrlandiya ölkələrini birləşdirən Britaniya Krallığı hər il ümumilikdə 40 milyondan çox turisti qonaq edir. Turist axınından əlavə isə, ölkəyə həmçinin, minlərlə biznes səfər də reallaşdırılır. Əgər siz də Birləşmiş Krallığa səyahət edib həm […]

Vizam.az 10 dekabr 2020
BUZ ADASINA SƏYAHƏT-İSLANDİYA BİZNES VİZASI 

BUZ ADASINA SƏYAHƏT-İSLANDİYA BİZNES VİZASI 

Gerçək səyahətsevərlərin üz tutduğu, Avropanın buz adası İslandiya. Təbiətinin və coğrafiyasının mükəmməlliyindən əlavə, gözəl mənzərələri, qeyzerləri, dağları, auroraları və sahib olduğu daha bir çox özünəməxsus özəllikləri ilə İslandiya bir çoxları üçün ideal səyahət deyildikdə ağla gələn ilk ölkələrdən biridir. Turistik səyahət üçün ideal olan bu ölkəyə həmçinin, biznes səfərlər də tez-tez təşkil olunur. Əgər siz də İslandiyaya səyahət edib […]

Vizam.az 10 dekabr 2020
AVSTRALİYA VİZASI NECƏ ALINIR?

AVSTRALİYA VİZASI NECƏ ALINIR?

Dünyanın bir ucuna, ayrıca bir qitəyə – Avstraliyaya səyahət edib bu unikal və əsrarəngiz coğrafiyanı kəşf etmək bir çox şəxsin arzusudur. Təbiəti, okean sahilləri, paytaxt Kanberra, Sidney, Melburn kimi şəhərləri, heyvanlar və botanika aləminin unikallığı, abidələri və sadalamaqla bitməyəcək digər özəllikləri ilə səyahətsevər insanların ən böyük turizm hədəflərindən birinə çevrilmiş Avstraliya! Sizin də hədəfiniz bu […]

Vizam.az 10 dekabr 2020
POLŞA ŞENGEN VİZASI 

POLŞA ŞENGEN VİZASI 

Avropanın istənilən ölkəsi turizm üçün əla məkan hesab oluna bilər. Ancaq bu ölkələrin siyahısında Polşanı həm bizim səyahətçilərimiz, həm də dünya turizmi üçün ön plana çəkən amillər boldur. Paytaxt Varşavadan əlavə Krakov, Poznan, Qdansk və bir çox şəhərlərdə rast gələ biləcəyiniz Polşanın özünəməxsus, spesifik arxitekturası, təbiətinin gözəlliyi, mədəniyyəti və incəsənəti turistləri özünə cəlb etməkdə olduqca uğurludur. Əgər sizin Polşada yaşayan […]

Vizam.az 10 dekabr 2020
HOLLANDİYA QONAQ VİZASINA MÜRACİƏT

HOLLANDİYA QONAQ VİZASINA MÜRACİƏT

Ölkəsində narıncının hökm sürdüyü, amma şəhərlərindəki bütün rənglərin ahənginin ortaya möhtəşəm bir mənzərə çıxardığı, incəsənəti  və mədəniyyəti, xüsusilə də muzeyləri ilə bütün dünyada məşhur olan Hollandiya! İl ərzində 20 milyondan çox turist Hollandiyaya səyahət edərək unudulmaz anlar yaşayır. Əgər sizin Hollandiyada yaşayan ailə üzvünüz və ya dostunuz varsa və siz onu ziyarət etmək istəyirsinizsə, Hollandiya Şengen vizasına müraciət edə bilərsiniz. Qonaq vizasına müraciət […]

Vizam.az 10 dekabr 2020