YUNANISTAN BİZNES VİZASINI ALMAQ ÜÇÜN BİLMƏLİ OLDUQLARINIZ

Yeniləndi: 12 fevral 2025 8252 baxış 6 dəq. oxu
assos village
assos village

Hər il 30 milyondan çox turistə ev sahibliyi edərək dünyanın ən turistik ölkələrindən biri hesab olunan Yunanıstan. Coğrafiyası, dəniz sahilləri, adaları, tarixi və mədəniyyəti, görkəmli abidələri ilə səyahətçilərin qəlbində taxt qurmuş ölkələrdən biri. Belə bir fakt mövcuddur ki, yay aylarında Yunanıstanda yunanlardan daha çox əcnəbi turist olur. Turistlərlə yanaşı, ilin müxtəlif dövrlərində ölkəyə bir çox biznes səfərlər də təşkil olunur. Əgər siz də Yunanıstana səyahət edib həm işinizi görmək, həm də bu ölkəni gəzmək istəyirsinizsə, Yunanıstan biznes (işgüzar səfər) vizasına müraciət edə bilərsiniz. Biznes vizaya müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

Yunanıstan Viza Növləri

greek flag

Şengen ölkələri siyahısında yer alan Yunanıstana səyahətinizi Yunanıstan Şengen vizası vasitəsilə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Son illər ərzində bir çox gəncimizin də üz tutduğu Yunanıstanda müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyən şəxslər isə həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktubları olduğu təqdirdə Yunanıstan milli vizasına da müraciət edə bilərlər.

Qısamüddətli biznes (işgüzar) səfərinizi reallaşdırmaq üçün də siz Yunanıstan Şengen vizasının “biznes viza” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli biznes viza sizə Yunanıstanda daimi işləmək hüququ vermir, bu viza sizin öz biznes səfərinizi reallaşdırmağınız üçün təqdim olunur.

Yunanıstan Şengen Vizası

apply for greece visa

Digər Şengen ölkələrinə oxşar olaraq Yunanıstan Şengen vizasının da təkgirişli və çoxgirişli növləri mövcuddur. Hər bir halda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Yunanıstan Şengen vizasını əldə etdikdən sonra istənilən Şengen ölkəsinə giriş edə bilmək mümkündür. Ancaq hər bir halda biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Yunanıstandan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Yunanıstan vizası ilə Şengen ərazisinə başqa bir ölkədən (xüsusilə də Qərbi Avropa ölkələrindən) giriş etməyə çalışsanız, nadir hallarda da olsa, bu sizin üçün problemə çevrilə, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz Yunanıstan Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı, yəni müddət olaraq ən çox bu ölkədə qalacağınızı göstərməlisiniz.

Yunanıstan Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

greek visa

Yunanıstan Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Elektron hökumət portalından işlə bağlı arayış*
  6. Adınıza olan bank hesabından arayış* və çıxarış. (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  7. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası 
  8. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  9. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  10. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  11. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  12. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  13. İngilis dilində doldurulmuş ərizə forması
  14. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  15. Gedəcəyiniz iş qurumu, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Dəvət məktubunun orijinalı yoxdursa, siz skan versiyasını çap şəklində səfirliyə təqdim edə bilərsiniz. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır. Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Bəzi hallarda Yunanıstan səfirliyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və ya rezervasiyalar haqda təsdiq məktubunun alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi görülmüşdür.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 2.500-3.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda siz bank hesabınızdan arayış təqdim etməyə bilərsiniz, ancaq hər bir halda məsləhətdir ki, öz adınıza hesabınızda olan kiçik də olsa, bir məbləğ göstərəsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

agent giving passport

Yunanıstan Şengen vizasını almaq üçün Yunanıstanın Azərbaycandakı Səfirliyinə müraciət olunur. Viza haqda qərar səfirliyin konsulluq şöbəsində, konsul tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün viza görüşünü həftəiçi səfirliyin +99412 492 01 19 telefon nömrəsi ilə əlaqə saxlamaqla təyin etmək mümkündür. Görüş təyini zamanı səyahət tarixlərə nəzərə alınır. Səyahət tarixi nə qədər gecdirsə, görüş vaxtı da nisbətən gec tarixə təyin olunur.

Qeyd edək ki, sənədləri təqdim etdiyiniz zaman səfirlikdə konsulla qısa bir intervyu həyata keçirilir. Bu intervyuda sizdən özünüzlə, şəxsi həyatınızla, səfər planlarınız və məqsədlərinizlə bağlı qısa suallar verilə bilər.

Sənədləri təqdim etmək üçün görüş təyin etmədən səfirlik sənədləri qəbul etmir. Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir.

Şengen viza proseduru, adətən, 5-15 iş günüdür. Lakin cavab 5 iş günündən daha tez və ya daha gec də bəlli ola bilər. Müraciət zamanı bu faktı nəzərə almaq lazımdır.

Viza rüsumu olaraq 35 avro milli valyutada, yəni manatla nağd şəkildə ödənilməlidir. Viza rüsumunun manat ekvivalenti səfirlik tərəfindən günün məzənnəsinə görə tənzimlənir.

Yunanıstan Şengen Vizası Alma Ehtimalı

greece embassy

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Yunanıstanda da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 300-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Yunanıstan Şengen vizası alma şansınızı artıran faktorlardır. Daha öncə Şengen vizası olmayan şəxslər üçün Yunanıstan səfirliyi riskli səfirlik hesab olunmur. Səyahət tarixçəsi olmayan şəxslərin təcrübəmizdə ilk Şengen vizalarını Yunanıstan səfirliyindən aldığı hallar dəfələrlə təkrarlanıb. Əlbəttə, bunun üçün digər bütün sənədləriniz qaydasında olmalıdır. Biznes vizaya müraciət zamanı isə təqdim edəcəyiniz rəsmi dəvət məktubu sizin viza alma şansınızı yetərincə yüksəldə bilər. Əgər dəvət məktubunuzda göstərilən səfər məqsəd və səbəbiniz sizin işlədiyiniz sahə ilə bağlıdırsa və ya siz daha öncə də oxşar biznes səfərlər həyata keçirmisinizsə, bu nüanslar sizin profilinizə kifayət qədər müsbət təsir göstərəcək.

Yunanıstana Viza Dəstəyi

greece on world map

Biz Vizam.az şirkəti olaraq sizə Yunanıstan Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik.Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Yunanıstan Şengen biznes vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tarixin, mədəniyyətin və turizmin ən görkəmli qalalarından biri Yunanıstan! Xoş səyahətlər!

Yenilənib: 16.01.2025

Oxşar yazılar:

Taylanda Səyahət Üçün Viza Lazımdırmı?

Taylanda Səyahət Üçün Viza Lazımdırmı?

Azərbaycan vətəndaşlarının Taylanda səyahət etmək üçün viza alması mütləqdir. Bu, istər turizm, istərsə də işgüzar səfər məqsədilə olsun, ölkəyə giriş üçün əsas şərtlərdən biridir. Tayland vizası səfərin müddətinə, məqsədinə və qalma növünə görə fərqli formalarda təqdim olunur – məsələn, turist vizası, çoxgirişli iş vizası və ya elektron viza (eVisa) kimi. Cənub-Şərqi Asiyanın ən məşhur turizm […]

Vizam.az 04 noyabr 2025
İngiltərə Vizası ilə Avropaya Gediş Mümkündürmü?

İngiltərə Vizası ilə Avropaya Gediş Mümkündürmü?

İngiltərə vizası almaq bir çox azərbaycanlı səyahətçi üçün böyük bir addımdır. Çünki bu viza, yalnız Böyük Britaniyaya deyil, bəzən digər Avropa ölkələrinə səyahət planlarını da formalaşdırır. Lakin bir çox insanın ağlında eyni sual yaranır: İngiltərə vizası ilə Avropaya getmək mümkündürmü? Bu sualın cavabı isə düşündüyünüz qədər sadə deyil. Avropa ölkələrinin əksəriyyəti Şengen zonasına daxildir və […]

Vizam.az 04 noyabr 2025
Təhsil Vizası ilə İşləmək Mümkündürmü?

Təhsil Vizası ilə İşləmək Mümkündürmü?

Xaricdə təhsil almaq çoxlarının arzusu olsa da, bu proses təkcə universitet seçimi və qəbul sənədləri ilə bitmir. Ən çox verilən suallardan biri budur: “Təhsil vizası ilə işləmək mümkündürmü?” çünki bir çox tələbə həm təhsilini davam etdirmək, həm də gündəlik xərclərini qarşılamaq üçün işləmək istəyir. Bəzi ölkələr tələbələrə oxuyarkən müəyyən saatlarda işləməyə icazə verir, digərləri isə […]

Vizam.az 03 noyabr 2025
Multi-Viza Nədir və Necə Əldə Olunur?

Multi-Viza Nədir və Necə Əldə Olunur?

Səyahət etməyi sevənlər və iş məqsədilə tez-tez xaricə gedənlər üçün multi-viza ən rahat viza növlərindən biridir. Adından da göründüyü kimi, “multi” çoxsaylı giriş deməkdir və bu viza sahibinə müəyyən müddət ərzində bir neçə dəfə ölkəyə daxil olub-çıxmaq imkanı yaradır. Yəni, hər dəfə səyahət etmək istədikdə yenidən viza müraciəti etməyə ehtiyac qalmır. Məsələn, Şengen multi-vizası olan […]

Vizam.az 03 noyabr 2025
Dubay Səyahəti Üçün Viza Lazımdır?

Dubay Səyahəti Üçün Viza Lazımdır?

Dubay, BƏƏ-nin ən çox ziyarət edilən şəhərlərindən biridir və müasir memarlığı, lüks ticarət mərkəzləri və maraqlı turistik məkanları ilə dünyanın hər yerindən turistləri cəlb edir. Lakin Dubaya səfər etməyi planlaşdıran hər kəs üçün vacib bir sual yaranır: “Dubay səyahəti üçün viza lazımdırmı?” Əslində, viza tələbi səyahətçinin ölkəsindən və səfərin məqsədindən asılıdır. Bəzi ölkələrin vətəndaşları Dubaya […]

Vizam.az 31 oktyabr 2025
Green Card Qeydiyyat Nə Zaman Başlayır?

Green Card Qeydiyyat Nə Zaman Başlayır?

Amerika Birləşmiş Ştatlarında yaşamaq, işləmək və gələcək qurmaq arzusu dünyanın bir çox yerində milyonlarla insanın ortaq məqsədinə çevrilib. Bu arzunu reallaşdırmağın ən real və qanuni yollarından biri isə Green Card, yəni Diversity Visa (DV) lotereyası proqramıdır. ABŞ Dövlət Departamenti tərəfindən hər il təşkil edilən bu lotereya sayəsində müxtəlif ölkələrdən olan iştirakçılar daimi yaşayış icazəsi – […]

Vizam.az 31 oktyabr 2025
Viza Imtina Riskini Azaltmaq Üçün Nələr Etmək Lazımdır?

Viza Imtina Riskini Azaltmaq Üçün Nələr Etmək Lazımdır?

Viza müraciəti, xüsusilə ilk dəfə müraciət edənlər üçün həm həyəcanlı, həm də bir qədər gərgin bir prosesdir. Səfirliklərin qərar vermə meyarları müraciətçinin məqsədini, maliyyə imkanlarını, səyahət planını və geri dönmə niyyətini əhatə edir. Buna görə də, hər bir kiçik detal imtina riskinə təsir edə bilər. Viza rədd cavabı yalnız səfərinizi təxirə salmaqla kifayətlənmir, həm də […]

Vizam.az 29 oktyabr 2025
Viza Üçün Bilet və Otel Rezervasiyasını Necə Etməli?

Viza Üçün Bilet və Otel Rezervasiyasını Necə Etməli?

Viza müraciəti prosesində ən çox qarışıqlıq yaradan məqamlardan biri bilet və otel rezervasiyasıdır. Bir çox insan bu mərhələdə tərəddüd edir: “Əvvəlcə vizanı alım, sonra bilet alım?”, “Rezervasiyasız müraciət mümkündürmü?”, “Əgər vizam rədd olunsa, aldığım biletlər yanar?” bu kimi suallar hər gün səslənir. Əslində, konsulluqların və səfirliklərin məqsədi müraciətçinin səyahət planının real olub-olmadığını görməkdir. Buna görə […]

Vizam.az 29 oktyabr 2025
Polşa Haqqında Maraqlı Məlumatlar

Polşa Haqqında Maraqlı Məlumatlar

Polşa, Avropanın mərkəzində yerləşən və həm tarixi, həm də mədəni zənginlikləri ilə seçilən bir ölkədir. Orta əsrlərdən bu günə qədər Avropa sivilizasiyasının formalaşmasında mühüm rol oynamış Polşa həm qədim şəhərləri, həm də müasir şəhər həyatı ilə turistlərin sevimli istiqamətlərindən biridir. Bu ölkə təkcə məşhur Krakov və Varşava şəhərləri ilə deyil, həm də təbiətinin gözəlliyi, dadlı […]

Vizam.az 28 oktyabr 2025
Viza üçün Sponsor Məktubu Necə Yazılır?

Viza üçün Sponsor Məktubu Necə Yazılır?

Viza müraciəti zamanı təqdim edilən sənədlər arasında sponsor məktubu xüsusi əhəmiyyət daşıyır. Bu məktub, səfirliyə səyahət edən şəxsin xərclərini kimin qarşılayacağını və həmin şəxsin maliyyə təminatının necə ödənəcəyini izah edən rəsmi bəyanatdır. Əgər müraciət edən şəxs tələbədirsə, işsizdirsə, yeni məzundur və ya sadəcə olaraq öz adına kifayət qədər gəlir və ya bank çıxarışı təqdim edə […]

Vizam.az 23 oktyabr 2025