KİÇİK ÖLKƏYƏ BÖYÜK SƏYAHƏT - LÜKSEMBURQ BİZNES VİZASI

Yeniləndi: 12 fevral 2025 5623 baxış 6 dəq. oxu
luxembourg city
luxembourg city

Lüksemburq ərazi cəhətdən Avropanın və dünyanın ən kiçik ölkələrindən biri hesab olunsa da, hər il bir milyondan çox turisti cəlb edəcək marağa və cazibəyə sahib bir ölkədir. Yaşıl və təmiz təbiəti, kiçik ölkənin gətirdiyi üstünlük olan sakitlik və rahatlıq turistlərin bu ölkəyə üz tutma səbəblərindən bir neçəsidir. Lüksemburq həmçinin, biznes məqsədilə də tez-tez səfər edilən ölkədir. Siz də Lüksemburqa bu məqsədlə səyahət edib həm işinizi görmək, həm də gəzib bu kiçik amma maraqlı ölkəni kəşf etmək istəyirsinizsə, Lüksemburq biznes (işgüzar səfər) vizasına müraciət edə bilərsiniz. Biznes vizaya müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

Lüksemburq Viza Növləri

luxembourg sign

Lüksemburq Şengen ölkələri siyahısına aid olduğuna görə siz müvəqqəti səyahətinizi reallaşdırmaq üçün Lüksemburq Şengen vizasına müraciət edərək bu vizanı əldə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Lüksemburqda müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Lüksemburq milli vizasına da müraciət edə bilərsiniz.

Qısamüddətli biznes (işgüzar) səfərinizi reallaşdırmaq üçün də siz Lüksemburq Şengen vizasının “biznes viza” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli biznes viza sizə Lüksemburqda daimi işləmək hüququ vermir, bu viza sizin öz biznes səfərinizi reallaşdırmağınız üçün təqdim olunur.

Lüksemburq Şengen Vizası

luxembourg on the world map

Lüksemburq Şengen vizası təkgirişli və çoxgirişli ola bilər. Həmçinin, siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Lüksemburq Şengen vizasını almaq sizə səyahətiniz boyu bütün Şengen ölkələrinə qapı açır. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Lüksemburqdan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Lüksemburq vizası ilə Şengen ərazisinə başqa bir giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz Lüksemburq Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı olaraq ən çox bu ölkədə qalacağınızı göstərməlisiniz.

Lüksemburq Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

visa application form

Lüksemburq Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  10. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  11. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  14. Gedəcəyiniz iş qurumu, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Dəvət məktubunun orijinalı yoxdursa, siz skan versiyasını çap şəklində səfirliyə təqdim edə bilərsiniz. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır. Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.

Qeyd edək ki, təcrübəmizdə görünmüşdür ki, Lüksemburq vizası üçün müraciət edilən Fransa səfirliyi ilk viza müraciətini edən şəxslərdən əksər hallarda iş yerindən arayışdan əlavə e-gov.az hökumət portalından çıxarış da tələb edib. Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Nadir hallarda da olsa, Fransa səfirliyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi hallar yaşanmışdır.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda siz bank hesabınızdan arayış təqdim etməyə bilərsiniz, ancaq hər bir halda məsləhətdir ki, öz adınıza hesabınızda olan kiçik də olsa, bir məbləğ göstərəsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

luxembourg flag and lion

Lüksemburq Şengen vizası üçün müraciət Fransa Səfirliyinin Capago adlı viza müraciət mərkəzində olunur. Lüksemburqun ölkəmizdə konsulluğu fəaliyət göstərməməsi səbəbilə viza haqda qərar Fransa səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün viza görüşü onlayn şəkildə əldə edilir. Sənədləri təqdim etmək üçün əvvəlcədən görüş təyini mütləqdir. Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir.

Barmaq izindən azad olan şəxslər aşağıdakı qruplara bölünür:

  • Son 3 ildə Şengen vizası alan və sistemdə barmaq izi olan şəxslər (Çexiya vizası istisna olmaqla)
  • 12 yaşdan aşağı uşaqlar
  • Barmaq izi verilməsi fiziki cəhətdən mümkün olmayan şəxslər;
  • Diplomatik və ya xüsusi pasport sahibi olan və Lüksemburqda diplomatik və ya konsulluq vəzifəsinə akreditə olunmuş şəxslər
  • Lüksemburqda mərkəzi və ya nümayəndəliyi olan beynəlxalq bir təşkilatda səlahiyyət alacaq diplomatik və ya konsulluq personalı və onların ailə üzvləri (həyat yoldaşı və qayğıya ehtiyacı olan uşaqları) 

Şengen viza proseduru müraciət tarixindən etibarən 3-5 iş günü çəkə bilər.

Qeyd edək ki, təcrübəmiz göstərir ki, Fransa Səfirliyi viza prosedurunun müddətini səyahətin başlama tarixinə uyğun planlaşdırır. Səyahət tarixləri daha yaxın olan müraciətçilərin viza nəticəsi də daha tez bəlli olur. Lakin, viza prosedurunun müddəti yalnız bu faktordan asılı olmur, keysin mürəkkəbliyi də burada rol oynaya bilir.

Viza rüsumu 35 avro təşkil edir. Bu məbləğ milli valyutada, yəni manatla nağd şəkildə və ya kartla istənilən valyutada ödənilə bilər. Sənədləri təhvil verərkən viza rüsumundan əlavə 26 avro viza mərkəzinin xidmət haqqı kimi ödənilir. Bu ödənişi də nəğd şəkildə yalnız manatla və ya kartla istənilən valyutada etmək mümkündür. Viza rüsumunun manat ekvivalenti səfirlik tərəfindən günün məzənnəsinə görə tənzimlənir.

Lüksemburq Şengen Vizası Alma Ehtimalı

embassy of luxembourg

Hər bir ölkənin viza müraciətində olduğu kimi Lüksemburqda da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında və ya daha yüksək olması (təcrübədə 400-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin yaxşı olması sizin Lüksemburq Şengen vizası alma şansınızı artıran faktorlardır. Təcrübəmizdə ilk Şengen vizasını Fransa səfirliyindən əldə etmiş şəxslərin kifayət qədər olmasına baxmayaraq, biz profili yüksək səviyyədə (yuxarıda sadalanan nüansların kifayət qədər yaxşı olduğu halda) olduğu hallar xaricində bir şəxs üçün ilk viza müraciəti zamanı Fransa səfirliyinin bir qədər riskli olduğunu qeyd edirik. Daha öncə bir və ya bir neçə Şengen vizanızın olması sizin Fransa səfirliyindən Lüksemburq vizası alma ehtimalınızı əhəmiyyətli dərəcədə yüksəldə bilir. Biznes vizaya müraciət zamanı isə təqdim edəcəyiniz rəsmi dəvət məktubu sizin viza alma şansınızı yetərincə yüksəldə bilər. Əgər dəvət məktubunuzda göstərilən səfər məqsəd və səbəbiniz sizin işlədiyiniz sahə ilə bağlıdırsa və ya siz daha öncə də oxşar biznes səfərlər həyata keçirmisinizsə, bu nüanslar sizin profilinizə kifayət qədər müsbət təsir göstərəcək.

Lüksemburqa Viza Dəstəyi

girl holds the flag of luxembourg

Biz Vizam.az şirkəti olaraq sizə Lüksemburq Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Lüksemburq Şengen biznes vizasına dəstək xidmət haqqı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Xoş səyahətlər!

Yenilənib: 16.01.2025

Oxşar yazılar:

Gürcüstana Vizasız Səyahət

Gürcüstana Vizasız Səyahət

Gürcüstan Azərbaycan ilə qonşu, tarixi, mədəniyyəti və təbii gözəllikləri ilə zəngin ölkədir. Şəxsi avtomobillə qısa səfərlərdən tutmuş, uzunmüddətli turizm və iş səfərlərinə qədər, Azərbaycan vətəndaşları üçün Gürcüstana vizasız səyahət çox asandır. Bu bələdçi vasitəsilə Gürcüstana necə getmək, nələri görmək və səyahət zamanı nələrə diqqət etmək barədə məlumat əldə edəcəksiniz. Tbilisi və Batumi kimi şəhərlər, yaxın […]

Vizam.az 04 iyun 2025
Kuba Vizası Necə Ala Bilərəm?

Kuba Vizası Necə Ala Bilərəm?

Kuba sanki “Netflixdə gördüyün Karib tətili”ni canlı yaşamaq kimidir, sadəcə daha nostalji, daha orijinal və daha “instagramlıq”. Kuba səyahəti, xüsusilə tətilini həm əyləncə, həm də unudulmaz təcrübə ilə doldurmaq istəyənlər üçün ideal seçimdir. Bu ada ölkəsi isti dənizi, rəngarəng küçə həyatı, canlı musiqisi və unikallığı ilə turistləri özünə cəlb edir. Kubaya gedənlər əsasən onun orijinal […]

Vizam.az 04 iyun 2025
Cənubi Kipr Vizası necə Ala bilərəm?

Cənubi Kipr Vizası necə Ala bilərəm?

Çoxları Cənubi Kipri və Şimali Kipri qarışdırır, buna görə də vacib bir məqamı qeyd etmək istəyirik: Cənubi Kipr üçün vizaya ehtiyac var, çünki o, Avropa İttifaqına üzv olan Kipr Respublikasıdır və Schengen zonasına daxil deyil, lakin Schengen qaydalarına bənzər viza rejimi tətbiq olunur. Buna görə, Cənubi Kipr səfəri üçün əvvəlcədən viza almaq tələb olunur. Digər […]

Vizam.az 03 iyun 2025
Çexiya Səyahət Hazırlığı

Çexiya Səyahət Hazırlığı

Çexiyaya səyahət etməzdən əvvəl bir neçə vacib hazırlıq mərhələsi var. Əgər Azərbaycan vətəndaşısınızsa, bu ölkəyə getmək üçün Şengen vizası almalısınız. Səyahətinizi planlaşdırmağa başlamazdan öncə ilk olaraq xarici pasportunuzun etibarlılıq müddətinə baxmalısınız. Pasportunuz ən azı 6 ay etibarlı olmalıdır. Bundan sonra sizdən müəyyən sənədlər tələb olunur. Məsələn, iki ədəd biometrik şəkil, bank arayışı, iş yerindən arayış, […]

Vizam.az 03 iyun 2025
Nomad Vizası ilə Estoniyada Yaşamaq

Nomad Vizası ilə Estoniyada Yaşamaq

Estoniya digital nomad visa təqdim edən ilk Avropa ölkələrindən biridir və bu viza ilə Estoniyada yaşamaq istəyənlər üçün çox əlverişli şərait yaradılıb. Əgər sən də freelancer, uzaqdan çalışan işçi və ya sahibkarsansa**, bu viza sənə Avropa İttifaqı ərazisində qanuni yaşamaq imkanı verir. Estoniyada həyat səviyyəsi kifayət qədər yüksəkdir. Şəhərlər təmiz, təhlükəsiz və yaşamaq üçün əlverişlidir. […]

Vizam.az 02 iyun 2025
Amerikada Yaxın Qohum Yanına Getmək Üçün Hansı Viza Uyğundur?

Amerikada Yaxın Qohum Yanına Getmək Üçün Hansı Viza Uyğundur?

Əgər siz Amerikada yaşayan yaxın qohumunuzun yanına getmək barədə düşünürsünüzsə, ilk öncə hansı məqsədlə və nə qədər müddətə səfər etmək istədiyinizi müəyyənləşdirməyiniz vacibdir. ABŞ-a səfərlər zamanı viza rejimi və prosedurlar səfərin məqsədindən istər müvəqqəti ziyarət, istərsə də daimi yaşamaq asılı olaraq dəyişir. Ona görə də düzgün viza növünü seçmək və ona uyğun sənədlərlə müraciət etmək […]

Vizam.az 30 may 2025
Gecikmiş və Ləğv Olunmuş Uçuşlar üçün Kompensasiya Şirkətləri

Gecikmiş və Ləğv Olunmuş Uçuşlar üçün Kompensasiya Şirkətləri

Neçə dəfə uçuş qaçırmısınız? Yoxsa uçuşunuz ləğv olunub və saatlarla hava limanında gözləməli olmusunuz? Bəlkə də indi bu yazını oxuyarkən elə həmin situasiyadasınız: təyyarəniz gecikir, nə vaxt qalxacağı bəlli deyil, personal isə konkret heç nə demir. Ən pisi isə odur ki, bu vəziyyətə görə nə edəcəyinizi bilmirsiniz. Əslində, çox az insan uçuş gecikmələrinin və ləğvlərinin […]

Vizam.az 30 may 2025
Work and Travel Proqramı üçün Viza Necə Ala Bilərəm?

Work and Travel Proqramı üçün Viza Necə Ala Bilərəm?

Work and Travel proqramı, əsasən universitet tələbələri üçün nəzərdə tutulmuş beynəlxalq bir mübadilə proqramıdır. Bu proqram vasitəsilə tələbələr yay tətili dövründə ABŞ-a səyahət edir, orada işləyir və eyni zamanda Amerika mədəniyyətini yaxından tanımaq imkanı qazanırlar. Sadə dillə desək, bu proqram sizə həm tətil edib dünyagörüşünüzü genişləndirmək, həm də işləyib qazanc əldə etmək fürsəti yaradır. Əsas […]

Vizam.az 29 may 2025
Belçika Şengen Vizası Necə Ala Bilərəm?

Belçika Şengen Vizası Necə Ala Bilərəm?

Belçika Avropanın mərkəzində yerləşən kiçik amma çox maraqlı ölkədir. Əgər siz həm tarixi, həm də müasir həyat tərzini bir yerdə görmək istəyirsinizsə, Belçika yaxşı seçimdir. Burada orta əsrlərdən qalma şəhərlər, gözəl arxitektura, incəsənət muzeyləri və əlbəttə, dünyanın ən məşhur şokoladları, pivələri ilə tanış ola bilərsiniz. Brüssel, Antverpen, Gent kimi şəhərlər səyahət üçün əla məkanlardır. Belçikada […]

Vizam.az 26 may 2025
İspaniyaya Səyahət Hazırlığı

İspaniyaya Səyahət Hazırlığı

Əgər ilk dəfə Avropaya gedirsinizsə, İspaniya çox uyğun seçimdir: insanlar mehribandır, turistlərə qarşı açıq münasibət göstərirlər və mədəni cəhətdən çox maraqlı bir ölkədir. Həm şəhərləri gəzmək, həm də istirahət etmək üçün əlverişlidir. Səyahətdən əvvəl gündəlik büdcənizi təyin edin, çünki bəzi şəhərlərdə qiymətlər yüksək ola bilər. Amma supermarketlər və yerli yemək yerlərində münasib qiymətlərlə qidalanmaq mümkündür. […]

Vizam.az 26 may 2025