DANİMARKAYA TURİST VİZASI İLƏ SƏYAHƏT

Yeniləndi: 12 fevral 2025 7238 baxış 6 dəq. oxu
nyhavn
nyhavn

Avropanın valehedici ölkələri siyahısında başlarda gələn, hər il milyonlarla turistin xoş bir istirahət üçün üz tutduğu Danimarka. Başda paytaxtı Kopenhagen olmaqla, bütün ölkəni bəzəyən rəngarəng, fərqli arxitekturadakı tikililəri və abidələri, mədəniyyəti və incəsənəti, turistik bölgələri ilə soyuq iqliminə baxmayaraq, bütün səyahətçilərin qəlbini isidən və gözünü oxşayan bu ölkəyə Danimarka Şengen vizasıyla getmək mümkündür. Turizm üçün ideal görünən bu ölkəyə həmçinin, davamlı şəkildə biznes səfərlər də təşkil olunur. Əgər siz də Danimarkaya bu məqsədlə səyahət edib həm işinizi görmək, həm də gəzib bu füsunkar ölkəni kəşf etmək istəyirsinizsə, Danimarka biznes (işgüzar səfər) vizasına müraciət edə bilərsiniz. Biznes vizaya müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

Danimarka Viza Növləri

denmark on the world map

Şengen ölkələri siyahısında yer alan Danimarkaya müvəqqəti səyahətinizi reallaşdırmaq üçün Danimarka Şengen vizasına müraciət edərək vizanı əldə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Danimarkada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Danimarka milli vizasına da müraciət edə bilərsiniz.

Qısamüddətli biznes (işgüzar) səfərinizi reallaşdırmaq üçün də siz Danimarka Şengen vizasının “biznes viza” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli biznes viza sizə Danimarkada daimi işləmək hüququ vermir, bu viza sizin öz biznes səfərinizi reallaşdırmağınız üçün təqdim olunur.

Danimarka Şengen Vizası

apply for denmark visa

Danimarka Şengen vizası digər Şengen vizaları kimi təkgirişli və çoxgirişli ola bilir. Eyni zamanda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Siz Danimarka Şengen vizasını əldə etdikdən sonra səyahətiniz ərzində istənilən Şengen ölkəsinə daxil ola bilərsiniz. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Danimarkadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Danimarka vizası ilə Şengen ərazisinə başqa bir ölkədən giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Danimarka Şengen vizasına müraciət etdiyiniz təqdirdə səyahət müddətiniz ərzində ən çox qalacağınız ölkə kimi Danimarkanı göstərməlisiniz.

Danimarka Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

schengen multi entrance denmark visa

Danimarka Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  10. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  11. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Onlayn ödəniş çekinizin çap versiyası
  14. Gedəcəyiniz iş qurumu, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Dəvət məktubunun orijinalı yoxdursa, siz skan versiyasını çap şəklində səfirliyə təqdim edə bilərsiniz. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır. Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.500-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda siz bank hesabınızdan arayış təqdim etməyə bilərsiniz, ancaq hər bir halda məsləhətdir ki, öz adınıza hesabınızda olan kiçik də olsa, bir məbləğ göstərəsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

visa application form

Danimarka Şengen vizası üçün müraciət Ankarada yerləşən Norveç Səfirliyinin Azərbaycandakı VFS Global adlı viza müraciət mərkəzində olunur. Viza haqda qərar Ankaradakı Norveç səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün viza görüşünü həftəiçi iş saatları ərzində Danimarka VFS Global viza müraciət mərkəzinin +994 12 310 57 03 telefon nömrəsi ilə əlaqə saxlamaqla təyin etmək mümkündür. Lakin siz öncədən görüş təyin etmədən VFS Global şirkətinə yaxınlaşaraq sənədlərinizi təqdim edə bilərsiniz.

Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir. Barmaq izindən azad olan müraciətçilərin isə sənədləri təqdim etmək üçün başqa bir şəxsə notarial qaydada etibarnamə verdikləri halda şəxsən iştirakları mütləq deyil.

Şengen viza proseduru müraciət tarixindən etibarən, adətən, 4 həftə (bayramla əlaqəli rəsmi qeyri-iş günləri istisna olmaqla) davam edir. Bu müddətə sənədlərin Azərbaycandakı viza mərkəzindən Ankaradakı səfirliyə çatdırılması və geri qaytarılması və eyni zamanda müraciət Ankaradakı səfirlik tərəfindən qəbul edildikdən sonra qərarın verilməsi üçün tələb olunan 20-30 günü əhatə edir.

Viza rüsumu 35 avro ərizə formasını doldurduqdan və təsdiqlədikdən sonra onlayn şəkildə ödənilir. Sənədləri təqdim edərkən isə viza mərkəzinin xidmət haqqı olan 129 AZN, ikitərəfli kuryer xidmət haqqı 74 AZN və viza prosedurunun başa çatdığı və pasportun hazır olduğu barədə məlumat verməsi üçün SMS xidmət haqqı 3 AZN ödənilir. Bu ödənişlər nəğd şəkildə və yalnız manatla qəbul olunur.

Qeyd edək ki, əgər müraciətçi viza nəticəsinin 4 həftədən daha tez bəlli olmasını istəyirsə, sənədlərinin Ankaraya daha tez gedib-qayıtması üçün Premium Təcili çatdırılma xidmətindən istifadə edə bilər. Bu zaman kuryer xidmət haqqını 74 AZN deyil, 208 AZN ödəməlidir. Premium Təcili çatdırılma prosesini tezləşdirmək olar. Bu halda, sənədlərin Ankaraya çatdırılması və geri qaytarılması 2 həftə deyil, 5 iş günü çəkir. Bu xidmətin səfirlikdə olan viza prosedurunun müddətinə heç bir təsiri yoxdur. Lakin, təcrübəmiz göstərir ki, təcili biznes səfərlərində və ya konfrans iştiraklarında dəvət edən qurum Ankaradakı səfirliklə əlaqə saxlayıb, qəararın 15 gündən daha tez, hətta bir iş gününə verilməsini təmin edə bilər.

Danimarka Şengen Vizası Alma Ehtimalı

danish embassy

Hər bir ölkənin viza müraciətində olduğu kimi Danimarkada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal və yaxşı olması, aylıq gəlirinizin standart maaş aralığından biraz yüksək olması (təcrübədə 450-600 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Danimarka Şengen vizası alma şansınızı artıran faktorlardır. Daha öncə heç bir Şengen vizası olmayan şəxslər üçün Norveç səfirliyi ilk viza müraciəti seçimi olaraq nisbətən riskli görülə bilər. Təcrübəmizdə ilk Şengen vizasını Norveç səfirliyindən almış bir çox müraciətçi olmasına baxmayaraq, profilinizdəki digər nüansların (yuxarıda sadalanan) yüksək vəziyyətdə olduğu hallar istisna olmaqla, Norveç səfirliyi ilk Şengen vizanızı almaq üçün riskli səfirlikdir. Hər bir halda daha öncə Şengen vizalarınızın olması sizin Norveç səfirliyindən Danimarka vizası alma ehtimalınızı yüksəldən faktordur. Biznes vizaya müraciət zamanı isə təqdim edəcəyiniz rəsmi dəvət məktubu sizin viza alma şansınızı yetərincə yüksəldə bilər. Əgər dəvət məktubunuzda göstərilən səfər məqsəd və səbəbiniz sizin işlədiyiniz sahə ilə bağlıdırsa və ya siz daha öncə də oxşar biznes səfərlər həyata keçirmisinizsə, bu nüanslar sizin profilinizə kifayət qədər müsbət təsir göstərəcək.

Danimarkaya Viza Dəstəyi

denmark success concept

Biz Vizam.az şirkəti olaraq sizə Danimarka Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik.Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin və otellərinizin alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Danimarka Şengen biznes vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Soyuq ölkədə isti və unudulmaz xatirələr! Xoş səyahətlər!

Yenilənib: 16.01.2025

Oxşar yazılar:

Viza Üçün Dəvət Məktubu Necə Yazılır?

Viza Üçün Dəvət Məktubu Necə Yazılır?

Viza müraciəti zamanı ən çox diqqət edilən sənədlərdən biri də dəvət məktubudur. Bu sənəd həm səfirlik, həm də konsulluq əməkdaşları üçün müraciətçinin səfərinin məqsədini aydın şəkildə göstərən sübut hesab olunur. Dəvət məktubu, sadəcə bir yazı deyil o, sizin kim tərəfindən, nə məqsədlə və hansı şəraitdə dəvət olunduğunuzu təsdiq edən rəsmi sənəddir. Bir çox hallarda düzgün […]

Vizam.az 08 oktyabr 2025
Viza Rədd Cavabı Aldıqdan Sonra Nə Etmək Lazımdır?

Viza Rədd Cavabı Aldıqdan Sonra Nə Etmək Lazımdır?

Viza müraciəti zamanı hər kəsin ümidi eynidir cavabın “müsbət” olması. Lakin bəzən bütün sənədlər qaydasında olsa belə, səfirlik “viza rədd cavabı” göndərə bilər. Bu, dünyanın istənilən ölkəsində və istənilən müraciətçi üçün baş verə bilən normal haldır. Əsas məsələ bu cavabı düzgün analiz etmək və növbəti addımı planlaşdırmaqdır.Bu yazıda viza rəddindən sonra nə etməli, təkrar müraciət […]

Vizam.az 07 oktyabr 2025
Rumıniya Vizası Necə Ala Bilərəm?

Rumıniya Vizası Necə Ala Bilərəm?

Avropanın mərkəzində yerləşən və zəngin mədəniyyəti ilə seçilən Rumıniya son illərdə Azərbaycan vətəndaşları üçün ən çox maraq doğuran turizm istiqamətlərindən birinə çevrilib. Orta əsr qalaları, Drakula əfsanəsi ilə məşhur olan Bran qəsri, Karpati dağlarının möhtəşəm mənzərələri, eləcə də paytaxt Buxarestin tarixi və müasirliyi birləşdirən atmosferi turistlərin diqqətini cəlb edir. Bundan əlavə, Rumıniyanın münasib qiymətləri və […]

Vizam.az 02 oktyabr 2025
Avropada Ən Ucuz Səyahət Ediləcək Şəhərlər

Avropada Ən Ucuz Səyahət Ediləcək Şəhərlər

Avropaya səyahət etmək bir çox insanın arzusudur. Lakin bəzən yüksək qiymətlər bu arzunun reallaşmasına mane olur. Əslində isə Avropada elə şəhərlər var ki, həm ucuz, həm də zəngin mədəniyyət və tarixi irsi ilə turistlər üçün ideal seçimdir. 2025-ci ildə səyahət trendlərinə əsasən büdcə dostu istiqamətlərə maraq daha da artıb. Çünki səyahətçilər həm yeni ölkələr kəşf […]

Vizam.az 02 oktyabr 2025
Kripto ilə Hansı Ölkələrə Səyahət Etmək Olur?

Kripto ilə Hansı Ölkələrə Səyahət Etmək Olur?

Son illərdə kripto valyutalar təkcə investisiya aləti deyil, həm də səyahətçilər üçün rahat ödəniş vasitəsinə çevrilib. Bitcoin, Ethereum və digər rəqəmsal valyutalar sayəsində turistlər artıq valyuta dəyişmə, bank komissiyaları və nağd pul daşıma problemlərini minimuma endirə bilirlər. Dünyanın bir çox ölkəsi indi kripto ödənişlərini qəbul edir, hotellər, restoranlar, kafe və hətta turistik xidmətlərdə rəqəmsal valyutalarla […]

Vizam.az 29 sentyabr 2025
Tayland Vizası Haqqında Bilmədikləriniz

Tayland Vizası Haqqında Bilmədikləriniz

Tayland son illərdə azərbaycanlı səyahətçilərin ən çox seçdiyi istiqamətlərdən birinə çevrilib. İstər ekzotik adaları, istərsə də zəngin mədəniyyəti ilə bu ölkə dünyanın hər yerindən turistləri cəlb edir. Bangkokun rəngarəng küçələri, Pattayanın əyləncə dolu gecə həyatı, Phuket və Koh Samui kimi adaların təmiz çimərlikləri Taylandı “cənnət məkanı” kimi göstərir. Lakin Taylanda səyahət planlayan hər kəsin qarşılaşdığı […]

Vizam.az 29 sentyabr 2025
Booking Promokodu Necə Əldə Etmək Olar?

Booking Promokodu Necə Əldə Etmək Olar?

Səyahət etmək hər birimizin həyatına unudulmaz anlar qatır, lakin otel rezervasiyaları və digər xərclər bəzən büdcəyə ciddi təsir edə bilər. Xoşbəxtlikdən, Booking.com promokodları səyahətsevərlərə bu məsrəfləri azaltmaq və daha sərfəli qalmaq imkanı verir. Promokodlar, müəyyən tarixlərdə və ya seçilmiş otellərdə istifadə edildikdə, əlavə endirimlər və güzəştlər təqdim edir. Bu, xüsusilə səyahət planlaması zamanı büdcəsini düzgün […]

Vizam.az 26 sentyabr 2025
Maldiv Adaları Viza Prosesi Necə Gedir?

Maldiv Adaları Viza Prosesi Necə Gedir?

Maldiv Adaları son illərdə Azərbaycan vətəndaşlarının ən çox səyahət etdiyi tropik istiqamətlərdən biridir. Ağ qumlu çimərlikləri, mavi okeanı və lüks otelləri ilə məşhur olan bu ada ölkəsinə getmək üçün vizanın necə alındığını bilmək vacibdir. “Maldiv vizası”, “Maldivə səyahət” və “Maldiv viza prosesi” kimi mövzular turistlərin ən çox axtardığı suallardandır. Xoş xəbər odur ki, Azərbaycan vətəndaşları […]

Vizam.az 26 sentyabr 2025
Sentyabr ayında ən çox viza müraciəti etdiyimiz ölkələr

Sentyabr ayında ən çox viza müraciəti etdiyimiz ölkələr

Sentyabr ayı səyahət planlaşdıranlar üçün aktiv bir dövr oldu. Yay mövsümünün bitməsi ilə insanlar həm işgüzar, həm də şəxsi səfərlərini payızın sonuna və qış mövsümünə uyğunlaşdırmağa başlayırlar. Bu ay ərzində viza müraciətləri ilə bağlı müşahidələr göstərir ki, səyahətçilərin əksəriyyəti artıq noyabr və daha sonraki aylar üçün səfərlərini planlayır. Bu tendensiya həm turizm, həm işgüzar səfərlər […]

Vizam.az 25 sentyabr 2025
Peru Vizası Necə Ala Bilərəm?

Peru Vizası Necə Ala Bilərəm?

Cənubi Amerikanın ən çox səyahət edilən ölkələrindən biri olan Peru, qədim Machu Picchu qalası, rəngarəng Amazon meşələri, unikal And dağları və zəngin mədəniyyəti ilə turistlərin diqqətini çəkir. Bu səbəbdən də son illərdə Azərbaycan vətəndaşlarının Peruya səyahət marağı artmaqdadır. Lakin Peruya getmək üçün Azərbaycan vətəndaşlarının mütləq Peru vizası alması tələb olunur. Ən çox müraciət edilən vizalar […]

Vizam.az 24 sentyabr 2025