KANADA VİZASINI ALMAQ ÜÇÜN NƏ ETMƏLİ?

Yeniləndi: 13 iyul 2026 18908 baxış 4 dəq. oxu

Kanada, milyonlarla insanın xəyalını bəzəyən ölkələr arasında özünə möhtəşəm bir yer tutur. Hər il təxminən 50 milyon turist bu ölkəyə səyahət edir. Coğrafiyası, təbiəti, iqlimi və Toronto, Ottava, Monreal, Vankuver kimi böyük şəhərləri, Niaqara şəlaləsi kimi saysız-hesabsız turizm obyektləri ilə Kanada hər kəs üçün “isti səyahət hədəfinə” çevrilib. Kanada vizasını əldə etmək bir çoxları üçün çətin, hətta mümkünsüz görünə bilər. Lakin düzgün prosedurları izləyərək və şansınızı artıran amilləri öyrənərək bu mümkünsüz görünən səyahəti həyata keçirə bilərsiniz! Bu məqalədə sizə bütün müraciət proseslərini və viza alma şansınızı artıracaq nüansları təqdim edirik.

Kanada Viza Növləri

Kanadaya turizm məqsədilə səyahət etmək istəyirsinizsə, Kanada turizm vizasına müraciət etməlisiniz. Bu viza növünə müraciət səbəbləri arasında turizm, ailə və ya dost ziyarəti, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və s. kimi müvəqqəti səbəblər ola bilər. Əgər Kanadada 6 aydan çox müddətə təhsil (bakalavr, magistr, doktorantura və s.) almaq və ya daimi işləmək istəyirsinizsə, təhsil və ya iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Kanada milli vizasına (yaşayış icazəsinə) müraciət edə bilərsiniz.

Kanada Turizm Vizası

Kanada turizm vizası “Visitor Visa” adı ilə tanınır. Bu viza çoxgirişlidir və pasportunuzun etibarlılıq müddəti ilə eyni vaxta qədər təqdim olunur. Məsələn, 10 il etibarlılıq müddəti olan pasportunuz varsa, Kanada vizası da 10 il müddətinə verilir. Viza əldə edildikdən sonra Kanadada ardıcıl olaraq maksimum 6 ay qalmaq mümkündür. Çoxgirişli viza olduğu üçün 6 ay sonra ölkəni tərk edib yenidən geri qayıtmaq və növbəti 6 ay qalmaq imkanı var.

Kanada Vizası Müraciəti üçün Tələb Olunan Sənədlər

Kanada vizasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etmək lazımdır:

  • Xarici pasportun orijinalı və birinci səhifəsinin surəti
  • Əvvəlki vizaların və giriş-çıxış möhürlərinin surətləri (əgər varsa)
  • Şəxsiyyət vəsiqəsinin surəti
  • İş yerindən arayış* və maaş kartından çıxarış (təhsil alanlar üçün təhsil müəssisəsindən arayış*)
  • Adınıza olan bank hesabından arayış* və çıxarış (məbləğ haqqında aşağıda detallı məlumat verilir)
  • Mülki vəziyyətinizi təsdiq edən sənəd* (nikah şəhadətnaməsi, uşaqların doğum şəhadətnamələri və ya nikahın pozulması haqqında sənəd)
  • 5x4.5 ölçüdə ağ fonda çəkilmiş şəkil
  • Avia bileti bronları
  • Otel rezervasiyaları
  • İngilis dilində doldurulmuş ərizə formaları
  • Viza rüsumunun ödənildiyini təsdiq edən sənəd
  • İşgüzar səfər üçün vizaya müraciət edilirsə, rəsmi dəvət məktubu
  • Mədəniyyət bürosunun məktubu (sponsorluq edilsə)

“*” ilə qeyd olunan sənədlər ingilis dilində təqdim olunmalıdır. Əgər sənədlər azərbaycan dilindədirsə, notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilməlidir.

Bank hesabınızda olan vəsait Kanadaya səyahət müddətinizdən, seçdiyiniz uçuş və otel rezervasiyalarının dəyərindən, həmçinin digər amillərdən asılı olaraq dəyişə bilər. Ümumilikdə, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 5.000-7.000 AZN və ya bu məbləğin avro və ya ABŞ dolları ekvivalentində olması tövsiyə edilir. Bu məbləğ səyahətinizlə bağlı bütün xərcləri qarşılamalıdır. Xərcləri hesablayarkən biletlərin və otelin qiymətini, həmçinin Kanadada hər gün üçün orta hesabla 70-80 dollar civarında gündəlik xərcinizi nəzərə alıb, daha yüksək bir məbləğ planlaşdırmaq məsləhətdir.

Əgər sahibkarsınızsa, iş yerindən arayış təqdim etmək əvəzinə, aşağıdakı sənədləri səfirliyə təqdim edə bilərsiniz: VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyə barədə arayış və şirkətinizin reyestrdən çıxarışı. Əgər işləmirsinizsə, təhsil alırsınızsa və ya səyahət xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor kimi göstərirsinizsə, həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (sahibkardırsa, yuxarıdakı sənədlər), bank hesabı arayışı və çıxarışı təqdim edilməlidir. Bank hesabı həm sizin, həm də sponsorun adına ola bilər. Əgər sponsorla ailəvi bağlarınız varsa, bunu təsdiq edən sənəd (məsələn, valideyninizdirsə, doğum haqqında şəhadətnamə, bacı-qardaşdırsa, hər ikinizin doğum haqqında şəhadətnaməsi və s.) və sponsorluq haqqında sənəd də əlavə olunmalıdır. Əgər 18 yaşdan aşağı şəxs səyahət edirsə, hər iki valideynin və ya valideynlərdən birinin yazılı razılıq sənədi də viza müraciəti zamanı təqdim edilməlidir.

Unutmayın ki, VÖEN, Vergilər Nazirliyindən alınmış arayış, şirkətinizin reyestrdən çıxarışı, sponsorluq haqqında sənəd və icazə kağızları kimi sənədlər təqdim edildikdə, bunlar notarial qaydada ingilis dilinə tərcümə olunub təsdiq edilməlidir.

Viza Proseduru

Kanadaya viza müraciəti iki fərqli üsulla edilə bilər: onlayn və kağız üzərində müraciət.

Onlayn Müraciət

Onlayn müraciət prosesində müraciətçi onlayn portalda öz hesabını yaradır. Hesaba daxil olaraq müraciət etdiyi viza növünü seçir, lazım olan sualları cavablandırır və sonrasında tələb olunan sənədlərin (həmçinin ərizə formalarının) siyahısının olduğu səhifə açılır. Bütün sənədlər sistemə yükləndikdən sonra müraciət təsdiqlənir və ödəniş etmək üçün yeni səhifəyə yönləndirilir. Ödəniş onlayn olaraq həyata keçirilir. Bundan sonra isə müraciətçi hesabında növbəti addımlar barədə bildirişləri alır. Bildiriş alındıqda, müraciətçi onu çap edib, pasportu ilə birlikdə ən yaxın viza mərkəzinə gedərək barmaq izi verməlidir.

Barmaq izi verildikdən sonra viza prosesi başlayır. Müraciətçi nəticə barədə bildirişi hesabında alır. Əgər cavab mənfidirsə, imtina səbəbi göstərilir. Müsbət cavab verildiyi təqdirdə, pasportun əsli viza etiketinin yapışdırılması üçün tələb olunur. Müraciətçi bildirişi çap edərək, pasportunu viza müraciət mərkəzinə təqdim edir. Mərkəz pasportu alıb, viza etiketini yapışdırmaq üçün Ankaradakı Kanada səfirliyinə göndərir. Bu proses təxminən 6-8 iş günü çəkir.

Kağız üzərində Müraciət

Kağız üzərində müraciət edərkən, pasport və digər tələb olunan sənədlərin əsli viza müraciət mərkəzinə təqdim olunur. Mərkəz bu sənədləri Kanada Səfirliyinə göndərir. Ərizə formaları elektron şəkildə doldurulub, çap edilir və imzalanır. Bu formalar da sənədlərlə birlikdə təqdim edilir. Eyni zamanda barmaq izi götürülür.

Viza rüsumu onlayn şəkildə ödənilir və ödənişdən sonra alınan çek sənədlərlə birlikdə təqdim edilir.

Viza nəticəsi məlum olduqdan sonra, əgər viza verilibsə, pasport viza etiketi ilə geri qaytarılır. Əgər imtina qərarı verilibsə, pasport imtina bildirişi ilə birlikdə geri alınır.

Ümumiyyətlə, Kanada turist vizasına müraciət prosesi 150-210 iş günü arasında davam edir.

Viza rüsumları aşağıdakı kimidir: 100 CAD (Kanada dolları) səfirliyin rüsumu, 85 CAD biometrik məlumat üçün rüsum və 100 AZN viza müraciət mərkəzinin rüsumu. 100 CAD və 85 CAD rüsumları onlayn ödənilir, 100 AZN rüsum isə viza mərkəzində nağd şəkildə ödənir.

Kanada Vizası Alma Şansı

Kanadaya viza müraciəti edərkən, digər ölkələrin səfirliklərində olduğu kimi, viza alma şansınız sizin profilinizin vəziyyətinə bağlıdır. İş yerinizin və vəzifənizin normal və ya yaxşı olması, aylıq gəlirinizin ortalama maaşdan yüksək olması (təcrübəyə görə, 700-800 AZN arasında aylıq gəlir olan şəxslər üçün dəfələrlə viza alınması mümkün olub), bank hesabınızda səyahətinizi tam şəkildə qarşılaya biləcək məbləğ göstərməyiniz, ölkəyə bağlılıq yaradacaq amillər (adınıza mülk, ailə və uşaqların olması) və yaxşı səyahət tarixçəniz sizin Kanada vizası alma şansınızı artıran faktorlardır.

Əgər əvvəlki dövrlərdə səyahət tarixçəniz yoxdursa, məsələn, Şengen və ya başqa ölkələrin vizaları olmadığı halda Kanada vizasına müraciət etmək riskli ola bilər. Lakin, əgər yaxşı səyahət tarixçəniz varsa və daha əvvəl Şengen, ABŞ, Birləşmiş Krallıq kimi ölkələrdən viza almışsınızsa, bu, Kanada vizasını alma şansınızı əhəmiyyətli dərəcədə artırır. Təcrübəmiz göstərir ki, həmçinin, ABŞ vizanızın aktiv olması, Kanada vizasına müraciət edərkən sizə böyük üstünlük təmin edir.

Kanada Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Kanada vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Bizim viza dəstəyi xidmətimizə aşağıdakılar daxildir:

  • Viza mərkəzində sizin adınıza görüş təyini
  • Ərizə formalarının doldurulması
  • Sənədlərinizin peşəkar şəkildə hazırlanması və sistemə yüklənməsi
  • Səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası
  • Otellərin bronu və ya sizin istəyinizə uyğun şəkildə alınması
  • Viza üçün səyahət tur planınızın hazırlanması
  • Konsultasiya və viza prosedurunun izlənilməsi

Eyni zamanda, sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiqi üzrə də kömək edə bilərik. Hər bir sənədin əlavə rüsumu 16 AZN olacaq. Ümumi xidmət haqqımız isə bir nəfər üçün 525 AZN təşkil edir.

20 may 2025 tarixinədək Kanada vizası üçün dəstək xidmətimiz cəmi 95 AZN-dir.

Sifariş yerləşdirmək və ya əlavə məlumat əldə etmək üçün buraya klikləyə və ya 010/50/55-3000135 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Kanada sizə uzaq görünsə də, düzgün addımlarla sizə çox yaxındır! Xoş səyahətlər!

Oxşar yazılar:

Hindistana Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Hindistana Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Hindistan rəngarəng mədəniyyəti, qədim məbədləri, möhtəşəm sarayları və fərqli mətbəxi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tac Mahaldan Mumbayın canlı küçələrinə, Himalay dağlarından Qoa çimərliklərinə qədər ölkə hər səyahətçiyə fərqli təcrübələr təqdim edir. Hindistana səyahət etməyi planlaşdırırsınızsa, yola çıxmazdan əvvəl bilməli olduğunuz 10 maraqlı faktla tanış olun. Hindistanda 22 rəsmi dil tanınır Hindistan dil […]

Vizam.az 06 noyabr 2026
Honq Konq Vizası: Cəmi 1 Həftəyə Viza Cavabınızı Əldə Edin!

Honq Konq Vizası: Cəmi 1 Həftəyə Viza Cavabınızı Əldə Edin!

Honq Konqa səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün əvvəlcədən viza almaq tələb olunur. Asiyanın ən məşhur turizm və biznes mərkəzlərindən biri olan Honq Konq müasir memarlığı, möhtəşəm şəhər mənzərələri, alış-veriş imkanları və zəngin mədəniyyəti ilə turistlərin diqqətini cəlb edir. Honq Konq səyahətinizi planlaşdırırsınızsa, viza müraciətinizi son ana saxlamayın. Vizam.az vasitəsilə müraciət prosesində peşəkar dəstək əldə […]

Vizam.az 05 noyabr 2026
Hindistan Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Hindistan Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Hindistan qədim tarixi, rəngarəng mədəniyyəti, möhtəşəm məbədləri və fərqli təbiəti ilə turistlərin maraq göstərdiyi ölkələrdən biridir. Hindistana səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları səfərdən əvvəl viza almalıdırlar. Hindistan vizası ilə bağlı ən çox verilən 10 sualın cavabını aşağıda tapa bilərsiniz. Azərbaycan vətəndaşları Hindistan vizasını onlayn ala bilərmi? Bəli. Azərbaycan vətəndaşları Hindistanın elektron viza (e-Visa) müraciəti üçün […]

Vizam.az 05 noyabr 2026
Polşaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Polşaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Polşa zəngin tarixi, möhtəşəm memarlığı, qədim şəhərləri və özünəməxsus mədəniyyəti ilə Avropanın maraqlı səyahət istiqamətlərindən biridir. Varşavanın müasir küçələrindən Krakovun tarixi meydanlarına qədər ölkənin hər bölgəsində kəşf etməyə dəyər fərqli məkanlar var. Polşaya səyahət etməyi planlaşdırırsınızsa, yola çıxmazdan əvvəl bilməli olduğunuz 10 maraqlı faktla tanış olun. Polşanın paytaxtı Varşavadır, lakin Krakov da turistlərin sevimli şəhərlərindən […]

Vizam.az 05 noyabr 2026
İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərəyə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza əvvəlcədən alınmalıdır. Turizm, ailə və dost ziyarəti, işgüzar səfər və digər qısamüddətli səfərlər üçün müraciət zamanı uyğun viza növü seçilməli və tələb olunan sənədlər hazırlanmalıdır. İngiltərə vizası ilə bağlı ən çox verilən sualların cavablarını aşağıda tapa bilərsiniz. İngiltərə vizası almaq üçün hansı sənədlər tələb olunur? Əsas sənədlərə […]

Vizam.az 04 noyabr 2026
Latviyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Latviyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Latviya Baltikyanı ölkələr arasında yerləşən, tarixi şəhərləri, sakit təbiəti, geniş meşələri və Baltik dənizinin gözəl sahilləri ilə seçilən Avropa ölkəsidir. Xüsusilə paytaxt Riqa özünəməxsus memarlığı, rəngarəng küçələri və tarixi İçərişəhəri ilə turistlərin diqqətini çəkir. Latviyaya səyahət etməyi planlaşdırırsınızsa, ölkənin mədəniyyəti, gündəlik həyat tərzi və turistlər üçün maraqlı xüsusiyyətləri haqqında əvvəlcədən məlumat əldə etmək faydalıdır. Səfərdən […]

Vizam.az 04 noyabr 2026
Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026
Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

Vizam.az 28 oktyabr 2026