POLŞA ŞENGEN VİZASI 

Yeniləndi: 12 fevral 2025 41537 baxış 6 dəq. oxu

Avropanın istənilən ölkəsi turizm üçün əla məkan hesab oluna bilər. Ancaq bu ölkələrin siyahısında Polşanı həm bizim səyahətçilərimiz, həm də dünya turizmi üçün ön plana çəkən amillər boldur. Paytaxt Varşavadan əlavə Krakov, Poznan, Qdansk və bir çox şəhərlərdə rast gələ biləcəyiniz Polşanın özünəməxsus, spesifik arxitekturası, təbiətinin gözəlliyi, mədəniyyəti və incəsənəti turistləri özünə cəlb etməkdə olduqca uğurludur. Əgər sizin Polşada yaşayan ailə üzvünüz və ya dostunuz varsa və siz həm bu gözəl ölkəni gəzmək, həm də onu ziyarət etmək istəyirsinizsə, Polşa Şengen vizasına müraciət edə bilərsiniz. Qonaq vizasına müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

Polşa Viza Növləri

Polşa Şengen ölkələri arasında yer aldığına görə siz bu ölkəyə planladığınız qısamüddətli səyahətinizi Polşa Şengen vizası əldə edərək reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Polşada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya Polşada yerləşən bir qurumda daimi işləmək istəyən şəxslər isə həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktubları olduğu təqdirdə Polşa milli vizasına da müraciət edə bilərlər.

Qısamüddətli ziyarətinizi reallaşdırmaq üçün siz Polşa Şengen vizasının “qonaq vizası” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli qonaq vizası sizə Polşada daimi yaşamaq hüququ vermir, viza sizə qısamüddətli ziyarətinizi reallaşdırmağınız üçün verilir.

Polşa Şengen Vizası

Bütün Şengen ölkələrində olduğu kimi Polşa Şengen vizasının da təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Siz Polşa vizasını əldə etdikdən sonra istənilən Şengen ölkəsinə daxil ola bilərsiniz. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Polşadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Polşa vizası ilə Şengen ərazisinə başqa bir ölkədən (xüsusilə də Qərbi Avropa ölkələrindən) giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz Polşa Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı, yəni müddət olaraq ən çox Polşada qalacağınızı göstərməlisiniz.

Polşa Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

Polşa Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Adınıza olan bank hesabından ən azı son 3 ayın çıxarışı
  7. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının və maşınınızın texpasport kopyası
  8. Mülki vəziyyətinizin sübutu (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  9. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  10. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  11. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  12. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  13. İngilis dilində doldurulmuş ərizə forması
  14. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  15. Ziyarət edəcəyiniz şəxs tərəfindən sizə göndərilmiş dəvət məktubu (Ətraflı şəkildə aşağıda qeyd olunub)
  16. Sizi dəvət edən şəxsin Polşada yaşama hüququnu bildirən sənəd (oturum izni, milli vizası və s.)
  17. Əgər sizi dəvət edən şəxslə ailəvi bağınız varsa, bunu təsdiq edən sənəd (məsələn, övladınızdırsa, doğum haqqında şəhadətnaməsi, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.)

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Bəzi hallarda Polşa səfirliyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi görülmüşdür.

Sizə göndərilən dəvət məktubunda mütləq dəvət edən şəxsin adı, soyadı, yaşadığı ünvan, əlaqə vasitələri, dəvət olunan şəxsin detalları, qalacağı müddət, harada qalacağı və s. ətraflı şəkildə bildirilməlidir. Həmçinin, dəvət məktubunda dəvət edən şəxsin imzası da yer almalıdır. Əgər siz dəvət edən şəxsin evində qalacağınızı göstərirsinizsə, bu halda səfirlik sizdən evlə bağlı əlavə sənədlər (evin icarə kontraktı, kommunal ödənişlərin sənədləri) də tələb edə bilər.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 2.000-4.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən şəxs tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda həmin şəxsin maddi vəziyyətini təsdiq edən sənədlər (iş yerindən arayış, bank hesabından son 3-6 aylıq çıxarış və s.) təqdim olunmalıdır.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz. Təqdim edəcəyiniz VÖEN-in isə kopyası yetərlidir.

Viza Proseduru

Polşa vizasına müraciət Polşanın Azərbaycandakı Səfirliyinə edilir. Viza haqda qərar səfirliyin konsulluq şöbəsində, konsul tərəfindən verilir.

Polşa vizası üçün görüş təyini digər Şengen ölkələrindən fərqlidir. Belə ki, viza müraciətinə görüş təyin etmək üçün ilk öncə konsulluğun sistemində uyğun görüş tarixi seçilir və bu tarix seçildikdən sonra onlayn ərizə forması açılır. Həmin ərizə forması 60 dəqiqə ərzində doldurulmalıdır, əks halda təyin olunmuş görüş vaxtı itəcəkdir. Buna görə də görüş vaxtı təyin edilməzdən əvvəl bütün lazımi informasiyalar əlçatan olmalıdır ki, ərizə formasını doldurmaq uzun çəkməsin. Ərizə formasını tamamlayıb təsdiqlədikdən sonra son səhifədə təyin edilmiş tarix və onun qarşısında avtomatik təyin edilmiş görüş saatı çıxır. Yəni, müraciətçi viza görüşü üçün mümkün tarixlər arasından özünə uyğun günü seçə bilər, lakin saat avtomatik olaraq sistem tərəfindən veriləcəkdir. Bəzi hallarda sistemdə görüş vaxtı üçün tarix seçmək mümkün olmur. Bu o deməkdir ki, hal-hazırda boş görüş vaxtı yoxdur. Belə olan halda sistemdə yer açılmasını gözləmək lazımdır. Bu yerlər hər ayın 10,20,30-u olmaqla (bu tarixlər qeyri-iş günlərinə təsadüf etdikdə, bir gün əvvəl və ya bir gün sonra da açıla bilər, əvvəlcədən səfirlikdən dəqiqləşdirmək məsləhətdir) ayda 3 dəfə sistematik bir şəkildə açılır.

Əvvəlcədən görüş təyini mütləqdir, əks təqdirdə sənədlər qəbul edilməyəcəkdir. Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Sənədləri təqdim edərkən şəxsi iştirak mütləqdir, lakin 12 yaşdan aşağı uşaqların viza görüşünə gəlməyinə ehtiyac yoxdur.

Qeyd: Bəzi hallarda, xüsusilə də, işgüzar səfərlər zamanı sistemdə göstərilən vaxtdan daha tez tarixə görüş təyin etmək mümkün ola bilər. Bunun üçün Polşadakı şirkət Bakıdakı Polşa səfirliyinə email yazmalı və ya əlaqə saxlamalıdır.

Şengen viza proseduru müraciət tarixindən etibarən 10-20 gün çəkə bilər.

Viza rüsumu 35 avrodur və sənədləri təqdim edən zaman yalnız nəğd şəkildə və avro ilə ödəniş etmək mümkündür.

Polşa Şengen Vizası Alma Ehtimalı

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Polşada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 300-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Polşa Şengen vizası alma şansınızı artıran faktorlardır. Təcrübəmiz göstərir ki, Polşa səfirliyi daha öncə Şengen vizası olmayan insanlara dəfələrlə ilk Şengen vizasını vermiş səfirliklərdən biridir. Yəni, daha öncə vizası olmayan şəxslər üçün Polşa səfirliyi viza müraciəti üçün nisbətən uğurlu hesab olunacaq səfirliklərdən biridir. Ancaq hər bir halda əlbəttə sizin daha öncə vizalarınızın olması halı Polşa Şengen vizası almaq şansınızı da dəfələrlə artıran nüansdır.

Qonaq vizası zamanı sizi dəvət edən şəxslə yaxın qohumluğunuzun olması və bunu təsdiq edən sənədləri səfirliyə təqdim etməyiniz, həmçinin özünüz və sizi dəvət edən şəxslə bağlı verdiyiniz sənədlərin düzgünlüyü və dolğunluğu sizin viza alma şansınıza müsbət təsir göstərir.

Polşaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Polşa Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik.Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Polşa Şengen qonaq vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Polşada keçirdiyiniz günlər həyatınızın ən gözəl günlərinə çevrilə bilər! Xoş səyahətlər!

Yenilənib: 17.01.2025

Oxşar yazılar:

Şengen Vizası ilə Monteneqroya Daxil Olmaq Olar?

Şengen Vizası ilə Monteneqroya Daxil Olmaq Olar?

Şengen vizası ilə Monteneqroya səyahət etmək məsələsi ən çox qarışdırılan mövzulardan biridir. Bir çox səyahətçi Monteneqronun Şengen zonasına daxil olduğunu düşünür və bu səbəbdən vizanın avtomatik keçərli olub- araşdırır. Əslində isə Monteneqro Avropa ölkəsi olsa da, Şengen sazişinə daxil deyil və öz sərhəd giriş qaydalarına malikdir. Bu səbəbdən Şengen vizası ilə Monteneqroya giriş məsələsi konkret […]

Vizam.az 01 may 2026
Avstraliya Vizası ilə Şengen Vizası Arasındakı Fərqlər Nələrdir?

Avstraliya Vizası ilə Şengen Vizası Arasındakı Fərqlər Nələrdir?

Səyahət planlayan insanların ən çox qarşılaşdığı suallardan biri Avstraliya vizası ilə Şengen vizası arasındakı fərqlərdir. Hər iki viza fərqli coğrafiyaları, fərqli qaydaları və müraciət proseslərini əhatə edir, buna görə də seçim etmək bəzən çətin ola bilir. Şengen vizası Avropanın bir çox ölkəsinə sərbəst səyahət imkanı yaratdığı halda, Avstraliya vizası daha uzaq regiona Avstraliya qitəsinə giriş […]

Vizam.az 01 may 2026
Polşa Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Polşa Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Polşa vizası Avropaya səyahət etmək və ya qısa müddətli işgüzar səfərlər planlayanlar üçün ən çox müraciət edilən vizalardan biridir. Polşa həm iqtisadi imkanları, həm də Şengen zonası daxilində yerləşməsi səbəbilə turistlər və iş məqsədli səfər edənlər üçün cəlbedici istiqamətlərdən hesab olunur. Bu viza vasitəsilə siz yalnız Polşaya deyil, digər Şengen ölkələrinə də sərbəst şəkildə səyahət […]

Vizam.az 29 aprel 2026
Kanada Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Kanada Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Kanada vizası almaq bir çox səyahətçi üçün həm yeni imkanlar, həm də ciddi planlaşdırma tələb edən bir prosesdir. Kanada yüksək həyat standartları, təhsil imkanları, iş perspektivləri və təbiəti ilə dünyanın ən çox maraq doğuran ölkələrindən biridir. Buna görə də ölkəyə səyahət etmək istəyən şəxslər ilk mərhələdə viza prosedurları ilə yaxından tanış olmalıdırlar. Kanada vizası üçün […]

Vizam.az 28 aprel 2026
İspaniya Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

İspaniya Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

İspaniya Şengen vizası Avropaya səyahət etmək istəyənlər üçün ən çox seçilən vizalardan biridir. İspaniya həm turizm baxımından populyar ölkə olduğu, həm də Şengen zonası daxilində yerləşdiyi üçün bu viza ilə təkcə İspaniyaya deyil, digər Avropa ölkələrinə də sərbəst səyahət imkanı əldə edilir. Bu viza xüsusilə səyahət, işgüzar görüşlər və ya qısa müddətli Avropa səfərləri planlayan […]

Vizam.az 28 aprel 2026
Fransa Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Fransa Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Fransa Şengen vizası Avropaya səyahət etmək istəyənlər üçün ən çox müraciət edilən vizalardan biridir. Bu viza vasitəsilə siz yalnız Fransaya deyil, həm də Şengen zonası daxilində yerləşən bir çox Avropa ölkəsinə sərbəst şəkildə səyahət edə bilərsiniz. Turizm, işgüzar səfər və ya ailə ziyarəti məqsədilə edilən müraciətlər zamanı düzgün sənədlərin hazırlanması və profilin uyğun təqdim olunması […]

Vizam.az 28 aprel 2026
Amerika Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Amerika Vizası Haqqında Ən Çox Verilən 10 Sual

ABŞ-da təhsil almaq, işləmək və ya səyahət etmək planınız varsa, ilk və ən vacib addım düzgün viza müraciətidir. United States vizası üçün proses detallı və diqqət tələb edən mərhələlərdən ibarətdir. Sənədlərin düzgün hazırlanması, maliyyə vəziyyətinin əsaslandırılması və müsahibəyə hazırlıq viza alma şansını birbaşa təsir edir. Bu yazıda ABŞ vizası müraciət prosesi, tələb olunan sənədlər və […]

Vizam.az 27 aprel 2026
Yunanıstan Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Yunanıstan Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Yunanıstan Şengen vizası, Avropaya səyahət planlayan Azərbaycan vətəndaşları üçün ən çox seçilən vizalardan biridir. Tarixi abidələri, Egey dənizi sahilləri və xüsusilə Santorini və Mikonos kimi məşhur turizm adaları ilə tanınan Yunanıstan həm yay istirahəti, həm də qısa müddətli səyahətlər üçün ideal istiqamət hesab olunur. Yunanıstan vizası əldə etməklə siz yalnız bu ölkəyə deyil, eyni zamanda […]

Vizam.az 24 aprel 2026
Şengen Viza Qaydalarında Ən Son Dəyişikliklər

Şengen Viza Qaydalarında Ən Son Dəyişikliklər

Schengen Area vizası Avropanın bir çox ölkəsinə vahid viza ilə səyahət imkanı yaradan ən çox tələb olunan vizalardan biridir. Bu viza ilə turistlər, işgüzar səfər edənlər və ailə ziyarəti məqsədi ilə səyahət edən şəxslər Şengen zonasına daxil olan ölkələr arasında sərbəst hərəkət edə bilirlər. Şengen vizası əsasən qısa müddətli səfərlər üçün verilir və adətən 180 […]

Vizam.az 21 aprel 2026
İtaliya Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

İtaliya Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Italy Avropanın ən çox səyahət edilən ölkələrindən biri olmaqla yanaşı, həm turizm, həm də biznes məqsədli səfərlər üçün geniş maraq doğuran istiqamətlərdəndir. Tarixi şəhərləri, mədəni irsi və Şengen zonasına daxil olması səbəbilə İtaliyaya səyahət etmək istəyən şəxslər üçün viza prosesi mühüm mərhələ hesab olunur. Viza müraciəti zamanı sənədlərin düzgün hazırlanması və tələblərə uyğun təqdim edilməsi […]

Vizam.az 21 aprel 2026