SOYUQ MÜHARİBƏNİ İLİKLƏRİNDƏ HİSS ET - BERLİNƏ SƏYAHƏT ÜÇÜN NƏ ETMƏLİ?

Vizam.az 18 fevral 2025 24 baxış 6 dəq. oxu
Berlin divarı - Almaniya Turizm vizası
Berlin divarı - Almaniya Turizm vizası

Berlin, Almaniyanın paytaxtı və ən böyük şəhəri olmaqla yanaşı, Avropanın ən dinamik və maraqlı metropolllarından biridir. Bu şəhər, həm zəngin tarixi irsi, həm də müasir mədəniyyəti ilə ziyarətçilərə unikal bir təcrübə təqdim edir. Berlin, İkinci Dünya Müharibəsi və Soyuq Müharibə dövrlərində dünya tarixində mühüm rol oynamış, Berlin divarının süqutu ilə isə birləşmənin və azadlığın simvoluna çevrilmişdir. Bu gün Berlin, müxtəlif mədəniyyətlərin, yaradıcı fikirlərin və innovasiyaların qovuşduğu bir məkandır.

Şəhər, hər kəsin zövqünə uyğun bir şeylər təqdim edir: tarixi abidələr, dünya şöhrətli muzeylər, canlı gecə həyatı, gözəl parklar və təbiət məkanları. Berlinin küçələrində gəzərkən, həm keçmişin izlərini, həm də gələcəyin nəfəsini hiss etmək mümkündür. Bu şəhər, həm tarixsevərlər, həm də müasir həyat tərzi axtaranlar üçün ideal bir məkandır.

Berlinin mərkəzində yerləşən Brandenburq Qapısı, şəhərin ən məşhur simvollarından biridir. Bu qapı, həm Almaniyanın birləşməsini, həm də azadlıq ideyalarını təmsil edir. Şəhərin digər məşhur abidələri arasında Berlin Divarının qalıqları, Reichstag binası və Çekpoint Çarlı kimi tarixi yerlər var. Berlin, həmçinin, dünya şöhrətli muzeylərə ev sahibliyi edir. Muzey Adası (Museumsinsel), UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş və incəsənət, arxeologiya və tarix sevənlər üçün əvəzolunmaz bir məkandır.

Berlin, həm tarixi, həm də müasir təcrübələri bir araya gətirən unikal bir şəhərdir. Bu şəhər, hər bir ziyarətçiyə öz hekayəsini danışır və hər kəsin yaddaşında iz buraxır. Berlini kəşf etmək, həm keçmişi anlamaq, həm də gələcəyə baxmaq üçün əvəzolunmaz bir təcrübədir. Bu təcrübəni yaşamaq üçün ilk addım isə Almaniya vizasından keçir.

Almaniya Viza Növləri

Almaniyanın Şengen ölkələri arasında yer alması səbəbilə, müvəqqəti səyahətinizi həyata keçirmək üçün Almaniya Şengen vizasına müraciət edərək bu imkanı əldə etmək mümkündür. Bu viza növünə müraciət etmə səbəbləri arasında turizm, ailə və ya dost ziyarəti, işgüzar səfər, avtomobil almaq, tibbi müayinə və ya müalicə, hospitasiya, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər digər daimi olmayan hallar yer alır. Əgər siz 90 gündən artıq müddətdə Almaniyada uzunmüddətli təhsil almaq (bakalavr, magistr, doktorantura və s. kimi) və ya orada daimi işləmək istəyirsinizsə, müvafiq təhsil və iş qurumlarından aldığınız rəsmi dəvət və ya qəbul məktubları ilə Almaniya milli vizasına müraciət edə bilərsiniz. Bu yazıda isə Almaniya Şengen vizası ilə bağlı geniş məlumat təqdim edirik.

Almaniya Turizm Vizası

Almaniya Turizm vizası həm təkgirişli, həm də çoxgirişli növlərdə verilir. Bundan əlavə, üç ay, altı ay, bir il, iki il və ya beş il müddətini əhatə edən uzunmüddətli vizalara da müraciət etmək mümkündür. Viza əldə edildikdən sonra istənilən Şengen ölkəsinə sərbəst giriş edə bilərsiniz. Lakin biz tövsiyə edirik ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkə, yəni Almaniya üzərindən həyata keçirəsiniz. Əgər müraciət zamanı bunu qeyd etməsəniz və Almaniya vizası ilə başqa bir Şengen ölkəsinə giriş etməyə çalışarsınızsa, bəzən həmin ölkənin sərhəd xidməti sizi geri çevirə və ölkəyə girişinizə icazə verməyə bilər. Bu kimi hallar artıq bəzi ssenarilərdə müşahidə edilib və buna görə də biz bu riskdən yayınmağınızı məsləhət görürük.

Əgər siz Almaniya Turizm vizasına müraciət edirsinizsə, səyahət müddətiniz ərzində ən çox qalacağınız ölkəni, yəni gün sayını göstərməlisiniz. Bəzən Almaniyaya səyahət etməyi planlayan müraciətçilər səfər planlarına Fransa, Çexiya, İtaliya, Polşa, Avstriya və digər Avropa ölkələrini də əlavə edirlər. Bu cür hallar viza müraciətinizdə heç bir problem yaratmayacaq nüanslardır; sadəcə, ümumi səyahət müddətində ən çox qalacağınız ölkəni Almaniya kimi qeyd etməyiniz, viza üçün Almaniya səfirliyinə müraciət etməyiniz üçün kifayət edəcəkdir.

Almaniya Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

Almaniya Turizm vizasına müraciət edərkən təqdim etməli olduğunuz sənədlər bunlardır:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Elektron hökümət portalından iş yeri ilə bağlı arayış*
  6. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  7. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  8. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  9. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  10. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  11. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  12. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  13. İngilis dilində doldurulmuş ərizə forması
  14. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  15. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd olunan sənədlər səfirliyə ingilis dilində təqdim edilməlidir. Əgər sənədlərin orijinal dili ingilis dili deyilsə, yəni azərbaycanca əldə etmisinizsə, bu halda həmin sənədlərin hər birinin ingilis dilinə tərcümə olunaraq təqdim edilməsi vacibdir. Tərcümənin notarial təsdiqinə ehtiyac yoxdur; sadəcə tərcümənin mövcudluğu səfirlik üçün kifayət edir.

Sənədləriniz təsdiq edildikdən sonra, viza prosesi zamanı səfirlik tərəfindən sizə zəng edilə bilər və bu zaman əlavə sənədlərin təqdim edilməsi tələb oluna bilər. Bəzən, nadir hallarda olsa da, səfirlik müraciətçilərdən bron etdikləri otellərin rezervasiyalarını təsdiq edən sənədləri tələb etmişdir.

Bank hesabınızdakı məbləğ, göstərdiyiniz səyahət tarixləri, yəni Şengendə qalacağınız müddət, bron etdiyiniz uçuş biletlərinin və otellərin dəyəri kimi faktorlarla müəyyən olunur. Ümumiyyətlə, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni zamanda avro və ya ABŞ dolları ekvivalenti) kimi bir məbləğ göstərməyiniz tövsiyə olunur. Bu məbləğ səyahət planınızı tam şəkildə əhatə etməlidir. Məbləği hesablarkən, bilet və otel rezervasiyalarınızın dəyərinə əlavə olaraq, Şengen ərazisində qalacağınız hər gün üçün orta hesabla 70-80 avro gündəlik xərci cəmləmək və əldə etdiyiniz rəqəmdən bir qədər yüksəkini nəzərə almaq məqsədəuyğundur.

Əgər sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədlər olaraq VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz barədə arayış və şirkətinizin reyestrdən çıxarışını təqdim edə bilərsiniz. İşləmirsinizsə, təhsil alırsınızsa və ya səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda sponsorun şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sponsor sahibkardırsa, yuxarıda qeyd olunan sənədlər), bank hesabından arayış və çıxarış (hesab həm sizin, həm də sponsorunuzun adına ola bilər), ailəvi bağınızı təsdiq edən sənəd (məsələn, əgər valideyninizdirsə, sizin doğum şəhadətnaməniz; qardaş və ya bacınız varsa, hər ikinizin doğum şəhadətnamələri və s.) və sponsorluq haqqında sənəd təqdim edilməlidir. Həmçinin, müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, tək səyahət edirsə hər iki valideynin, ya da bir valideyn ilə səyahət edirsə digər valideynin ölkədən çıxış icazəsi sənədinin surəti də viza müraciəti zamanı təqdim olunmalıdır.

Qeyd edək ki, təqdim etdiyiniz VÖEN, Vergilər Nazirliyindən dövriyyəniz barədə arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq sənədi kimi sənədlərin hər biri ingilis dilinə tərcümə olunmalıdır.

Almaniya Viza Proseduru

Almaniya Şengen vizası üçün müraciətlər, Almaniya Səfirliyinin Visametric adlı viza müraciət mərkəzində qəbul edilir. Viza ilə bağlı qərar isə Bakıdakı Almaniya səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir. Sənədlərin təqdimatı yalnız 8:30–12:00 saatları arasında həyata keçirilirsə, əvvəlcədən görüş təyin etmək tələb olunmur və müraciətçi növbədə gözləyərək sənədlərini təqdim edə bilir. Lakin saat 12:00-dan sonrakı müraciətlər üçün öncədən onlayn sistem vasitəsilə viza görüşü təyin edilməlidir. Viza müraciəti, səfər tarixindən ən erkən 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olanlar istisna olmaqla, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsən iştirakı vacibdir. Barmaq izindən azad olan müraciətçilər isə sənədləri təqdim etmək üçün başqa bir şəxsə etibarnamə verməlidirlər; bu etibarnamə formasını Visametric saytından əldə etmək mümkündür.

Barmaq izindən azad olan şəxslər aşağıdakı qruplara bölünür:

  • Son 5 ildə Şengen vizası alan və sistemdə barmaq izi olan şəxslər
  • 12 yaşdan aşağı uşaqlar
  • Barmaq izi verilməsi fiziki cəhətdən mümkün olmayan şəxslər;
  • Diplomatik və ya xüsusi pasport sahibi olan və Belçikada diplomatik və ya konsulluq vəzifəsinə akreditə olunmuş şəxslər
  • Almaniya mərkəzi və ya nümayəndəliyi olan beynəlxalq bir təşkilatda səlahiyyət alacaq diplomatik və ya konsulluq personalı və onların ailə üzvləri (həyat yoldaşı və qayğıya ehtiyacı olan uşaqları)

Almaniya Şengen vizası proseduru, müraciət tarixindən etibarən adətən 10–15 iş günü davam edir (bayramlarla bağlı rəsmi qeyri-iş günləri istisna olmaqla). Sənədlərin təqdimatı zamanı 35 avro viza rüsumu və 25 avro (45 AZN) viza mərkəzinin xidmət haqqı ödənilir. Bu ödəniş nəğd şəkildə yalnız manatla və ya kartla həyata keçirilə bilər; viza rüsumunun manat ekvivalenti isə səfirlik tərəfindən günün məzənnəsinə uyğun tənzimlənir.

Almaniya Turizm Vizası Alma Ehtimalı

Hər hansı bir ölkənin viza müraciətində olduğu kimi, Almaniyada da viza alma şansınız şəxsi profilinizin vəziyyətindən asılıdır. İş yerinizin və vəzifənizin stabil olması, aylıq gəlirinizin standart maaş səviyyəsində və ya daha yüksək olması (təcrübədə aylıq 500–600 AZN gəlir əldə edən müraciətçilərə viza verilməsi halları müşahidə olunub), bank hesabınızda səyahətinizi tam əhatə edəcək məbləğin göstərilməsi, sizi ölkəyə bağlayan faktorların (məsələn, adınıza qeydiyyatda olan mülk, ailə və uşaqların olması) mövcudluğu və səyahət tarixçənizin müsbət olması Almaniya Şengen vizası alma şansınızı artıran amillərdəndir. İlk Şengen vizasını Almaniya səfirliyindən almış şəxslərin olmasına baxmayaraq, biz əksər hallarda müraciətçilərə, əgər profil göstəriciləriniz yüksək səviyyədə deyilsə (yuxarıda qeyd olunan nüansların hər birinin qaydasında və standartlardan yuxarı olmaması halında) ilk Şengen viza müraciətlərini Almaniya səfirliyinə etməmələrini tövsiyə edirik. Bu, standart və ya standartın altında profilə sahib olanlar üçün riskli hesab edilir; əvvəllər bir və ya bir neçə Şengen vizası almış olmağınız isə viza alma ehtimalınızı əhəmiyyətli dərəcədə artırır.

Almaniyaya Viza Dəstəyi

Vizam.az şirkəti olaraq, Almaniya Şengen vizası müraciətiniz zamanı sizə tam dəstək göstərməyə hazırıq. Xidmətlərimizə viza mərkəzində sizin adınıza görüş təyin edilməsi, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar şəkildə hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinin rezervasiyası, otellərin bron edilməsi və ya arzu etdiyiniz formada alınması, səfərinizi tam şəkildə əhatə edəcək səyahət sığortasının tənzimlənməsi, konsultasiya və viza prosedurunuzun izlənilməsi daxildir. Qeyd edək ki, səyahət sığortasının rüsumu xidmət haqqımızdan əlavə hesablanır və adətən bir həftə üçün 16–18 AZN aralığında olur; bu sığortanı özünüz də əldə edə bilərsiniz. Bundan əlavə, sənədlərinizin ingilis dilinə tərcüməsi ilə bağlı da sizə kömək edirik; hər bir sənədin ingilis dilinə tərcüməsi üçün əlavə 5 AZN rüsum tətbiq olunur. Ümumilikdə, şirkətimizdə Almaniya Şengen vizası dəstəyi xidmətinin haqqı bir nəfər üçün 115 AZN təşkil edir.

Sifariş vermək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün isə 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Xoş səyahətlər!

Oxşar yazılar:

ŞEKSPİRİN VƏTƏNİNİ ZİYARƏT ET – BİRLƏŞMİŞ KRALLIQ VİZASI

ŞEKSPİRİN VƏTƏNİNİ ZİYARƏT ET – BİRLƏŞMİŞ KRALLIQ VİZASI

Birləşmiş Krallıq, dünyanın ən məşhur turistik məkanlarından biridir. Tarixi, mədəniyyəti, təbiəti və müasir həyat tərzi ilə ziyarətçilərə unudulmaz təcrübələr təqdim edir. İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyadan ibarət olan bu ölkə, hər bir ziyarətçini özünə heyran edəcək bir çox görməli yerlərə malikdir. Birləşmiş Krallıq, həmçinin dünya mədəniyyətinə böyük töhfələr vermiş məşhur şəxsiyyətlərin vətəni kimi tanınır. […]

Vizam.az 20 fevral 2025
BUZÜSTÜ XOKKEYİN VƏTƏNİ – KANADAYA SƏYAHƏT ET

BUZÜSTÜ XOKKEYİN VƏTƏNİ – KANADAYA SƏYAHƏT ET

Kanada, milyonlarla insanın arzuladığı ölkələr arasında xüsusi və möhtəşəm bir yer tutur. Hər il təxminən 50 milyon turist bu ölkəni ziyarət edir. Ölkənin coğrafiyası, unikal təbiəti, iqlimi və Toronto, Ottava, Monreal, Vankuver kimi tanınmış şəhərləri ilə yanaşı, Niaqara şəlaləsi kimi saysız-hesabsız turizm məkanları Kanadanı hər kəs üçün “ideal səyahət nöqtəsinə” çevirib. Məsələn, Toronto ölkənin iqtisadi […]

Vizam.az 19 fevral 2025
İTALİYAYA “CİAO” DEYİN – İTALİYA TURİZM VİZASI

İTALİYAYA “CİAO” DEYİN – İTALİYA TURİZM VİZASI

İtaliya deyəndə ağlınıza yalnız makaron, pizza və s. gələ bilər. Lakin, İtaliya zəngin tarixi, sənət dolu küçələri, rəngarəng mədəniyyət festivalları və təbiətin möcüzəvi mənzərələri ilə dolu, hər küncündə bir nağıl, hər addımında isə unudulmaz bir xatirə daşıyan bir ölkədir. Hər bir daş parçası, hər bir küçə, min illərin sirlərini özündə cəmləşdirir; qədim Roma imperiyasının şanlı […]

Vizam.az 18 fevral 2025
XƏYALLARIN ŞƏHƏRİ – NYU-YORKA SƏYAHƏT

XƏYALLARIN ŞƏHƏRİ – NYU-YORKA SƏYAHƏT

Nyu-Yorkun insanlar üçün nə qədər cazibədar və unudulmaz bir şəhər olduğu hamıya məlumdur. Nyu-York, yalnız bir şəhər deyil, bir xəyaldır. Mərkəzi Parkda gəzintilər, Times Square-in parlaq işıqları, Empire State Building-dən şəhər mənzərəsi, Broadway şouları və Azadlıq heykəlinin nəfəs kəsən görüntüsü… Bu şəhər, hər kəsin ömründə bir dəfə də olsa görmək istədiyi yerlərdən biridir. Lakin, Nyu-Yorkun […]

Vizam.az 18 fevral 2025
BRAZİLİYA TURİST VİZASI

BRAZİLİYA TURİST VİZASI

Cənubi Amerikanın ən böyük ölkəsi olan Braziliya, hər il 10 milyondan çox turisti özünə cəlb edir. Öz coğrafiyası, Atlantik Okeanı sahilləri, xüsusilə Rio de Janeyro şəhərinin unikal gözəlliyi, canlı həyat tərzi və dünyanın yeni yeddi möcüzəsindən biri sayılan İsa Məsih heykəli ilə tanınır. Braziliyaya səyahət bir çox turistin arzusudur. Əgər siz də bu arzunu həyata […]

Vizam.az 10 fevral 2025
POLŞA ŞENGEN VİZASI HAQQINDA BİLMƏDİKLƏRİNİZ

POLŞA ŞENGEN VİZASI HAQQINDA BİLMƏDİKLƏRİNİZ

Avropanın hər hansı bir ölkəsi turizm üçün ideal məkan hesab edilə bilər. Lakin bu ölkələr arasında Polşa həm yerli səyyahlar, həm də dünya turizmi üçün xüsusi diqqət çəkən xüsusiyyətlərə malikdir. Paytaxt Varşava ilə yanaşı Krakov, Poznan, Qdansk və digər şəhərlərdə rast gəlinən özünəməxsus memarlıq, təbiət gözəlliyi, mədəniyyət və incəsənət turistləri cəlb etməkdə olduqca uğurludur. Əgər […]

Vizam.az 10 fevral 2025
KANADA VİZASINI ALMAQ ÜÇÜN NƏ ETMƏLİ?

KANADA VİZASINI ALMAQ ÜÇÜN NƏ ETMƏLİ?

Kanada, milyonlarla insanın xəyalını bəzəyən ölkələr arasında özünə möhtəşəm bir yer tutur. Hər il təxminən 50 milyon turist bu ölkəyə səyahət edir. Coğrafiyası, təbiəti, iqlimi və Toronto, Ottava, Monreal, Vankuver kimi böyük şəhərləri, Niaqara şəlaləsi kimi saysız-hesabsız turizm obyektləri ilə Kanada hər kəs üçün “isti səyahət hədəfinə” çevrilib. Kanada vizasını əldə etmək bir çoxları üçün […]

Vizam.az 10 fevral 2025
KANADA VİZASINI NECƏ ALA BİLƏRƏM?

KANADA VİZASINI NECƏ ALA BİLƏRƏM?

Kanada milyonlarla insanın xəyallarını bəzəyən ölkələr siyahısında yer alır. Səyahət üçün ideal ölkə hesab olunan Kanadaya hər il 50 milyona yaxın turistik səbəblərlə üz tutur. Coğrafiyası, təbiəti və iqlimi, Toronto, Ottava, Monreal, Vankuver kimi böyük turistik şəhərləri, Niaqara şəlaləsi, sadalamaqla bitməyəcək sayda turizm obyektlərinə sahib bu soyuq ölkə hər bir şəxs üçün “isti səyahət hədəfinə” […]

Vizam.az 04 may 2024
LİXTENŞTEYNƏ BİZNES VİZASI – AVROPANIN KİÇİK ÖLKƏSİNƏ BİZNES

LİXTENŞTEYNƏ BİZNES VİZASI – AVROPANIN KİÇİK ÖLKƏSİNƏ BİZNES

Avropada İsveçrə ilə Avstriyanın sərhədində yerləşən Lixtenşteyn ölkəsi ərazisinə görə dünyanın ən kiçik ölkələrindən biri hesab olunsa da, səyahət üçün bir çox turistin marağındadır. Turistlərdən əlavə isə, ölkəyə il ərzində bir çox biznesmen də işgüzar səfərlər həyata keçirirlər. Əgər siz də Lixtenşteynə bu məqsədlə səyahət edib həm işinizi görmək, həm də gəzib bu ölkəni öz gözlərinizlə görmək istəyirsinizsə, Lixtenşteyn biznes (işgüzar səfər) […]

Vizam.az 10 dekabr 2020
YUNANISTAN BİZNES VİZASINI ALMAQ ÜÇÜN BİLMƏLİ OLDUQLARINIZ

YUNANISTAN BİZNES VİZASINI ALMAQ ÜÇÜN BİLMƏLİ OLDUQLARINIZ

Hər il 30 milyondan çox turistə ev sahibliyi edərək dünyanın ən turistik ölkələrindən biri hesab olunan Yunanıstan. Coğrafiyası, dəniz sahilləri, adaları, tarixi və mədəniyyəti, görkəmli abidələri ilə səyahətçilərin qəlbində taxt qurmuş ölkələrdən biri. Belə bir fakt mövcuddur ki, yay aylarında Yunanıstanda yunanlardan daha çox əcnəbi turist olur. Turistlərlə yanaşı, ilin müxtəlif dövrlərində ölkəyə bir çox biznes […]

Vizam.az 10 dekabr 2020