XƏYALLARIN ŞƏHƏRİ - NYU-YORKA SƏYAHƏT

Yeniləndi: 29 aprel 2025 1127 baxış 7 dəq. oxu
Times Square, Nyu-York, Amerika Birləşmiş Ştatları - Nyu-Yorka səyahət, Amerika vizası, ABŞ turizm vizası
Times Square, Nyu-York, Amerika Birləşmiş Ştatları - Nyu-Yorka səyahət, Amerika vizası, ABŞ turizm vizası

Nyu-Yorkun insanlar üçün nə qədər cazibədar və unudulmaz bir şəhər olduğu hamıya məlumdur. Nyu-York, yalnız bir şəhər deyil, bir xəyaldır. Mərkəzi Parkda gəzintilər, Times Square-in parlaq işıqları, Empire State Building-dən şəhər mənzərəsi, Broadway şouları və Azadlıq heykəlinin nəfəs kəsən görüntüsü... Bu şəhər, hər kəsin ömründə bir dəfə də olsa görmək istədiyi yerlərdən biridir. Lakin, Nyu-Yorkun və ya ABŞ-nin digər görməli yerlərinin cazibəsinə qapılmadan əvvəl ABŞ vizası adlı mərhələni keçmək lazımdır. Bu bloqda ABŞ vizası ilə bağlı bütün məlumatları bölüşəcəyik.

ABŞ Vizası

ABŞ vizası, Amerika Birləşmiş Ştatlarına daxil olmaq və orada müəyyən müddət qalmaq üçün tələb olunan rəsmi icazədir. Bu icazə, ABŞ hökuməti tərəfindən verilir və səyahət məqsədinizdən asılı olaraq müxtəlif növlərdə ola bilər. Turist vizası (B1/B2), tələbə vizası (F1), iş vizası (H1B) və ya digər xüsusi vizalar kimi fərqli kateqoriyalar mövcuddur. Hər bir viza növü müxtəlif tələblər və şərtlərlə müşahidə olunur.

ABŞ Vizası ilə Səyahətin Faydaları

ABŞ vizası ilə səyahət etmək bir çox fayda təqdim edir. İlk olaraq, ABŞ dünyanın ən inkişaf etmiş ölkələrindən biridir və burada müxtəlif mədəni, təhsil və iş imkanları mövcuddur. Turist kimi ABŞ-yə səyahət edəcəksinizsə, Nyu-York, Los-Anceles, San-Fransisko kimi şəhərləri ziyarət edə bilərsiniz. Tələbə kimi ABŞ-yə gedəcəksinizsə, dünyanın ən yaxşı universitetlərində təhsil ala bilərsiniz. İşçi kimi ABŞ-yə gedəcəksinizsə, beynəlxalq şirkətlərdə karyera qurmaq imkanı əldə edə bilərsiniz.

ABŞ vizası ilə səyahət etmək həm də dünyanın digər ölkələrinə səyahət etmək üçün bir qapı aça bilər. ABŞ vizası olan şəxslər bir çox ölkəyə viza almadan səyahət edə bilərlər. Bu, beynəlxalq səyahətlər üçün əlavə bir üstünlükdür.

ABŞ Viza Növləri

ABŞ vizaları, səyahət məqsədinizdən asılı olaraq müxtəlif növlərə ayrılır. Bu vizalar əsasən iki əsas kateqoriyaya bölünür: miqrant vizaları və qeyri-miqrant vizaları. Hər bir viza növünün öz şərtləri və tələbləri var.

Miqrant vizası

Miqrant vizaları, ABŞ-da daimi yaşamaq hüququ əldə etmək istəyən şəxslər üçün nəzərdə tutulub. Bu vizalar, adətən aşağıdakı səbəblərlə verilir:

  1. Ailə Birləşməsi: ABŞ-da daimi yaşayan və ya vətəndaşlığı olan şəxslərin ailə üzvləri üçün nəzərdə tutulur. Bu, həyat yoldaşları, uşaqlar, valideynlər və digər yaxın qohumları əhatə edə bilər.
  2. İş İmkanları: ABŞ-da daimi iş təklifi olan və ya işgüzar qabiliyyətləri ilə tanınan şəxslər üçün verilir. Bu, peşəkar işçilər, investorlar və ya xüsusi bacarıqlara malik şəxslər üçün keçərlidir.

Miqrant vizaları, ABŞ-da qalıcı olaraq yaşamaq və işləmək istəyənlər üçün ideal seçimdir. Lakin, bu vizalar üçün müraciət prosesi daha mürəkkəb və uzun ola bilər.

Qeyri-miqrant vizası

Qeyri-miqrant vizaları, ABŞ-a müvəqqəti səyahət etmək istəyənlər üçün nəzərdə tutulub. Bu vizalar, daimi olmayan səbəblərlə ABŞ-a giriş imkanı verir. Ən çox istifadə olunan qeyri-miqrant viza növləri aşağıdakılardır:

  1. Turizm və Ailə Ziyarəti (B2): ABŞ-a turistik məqsədlə və ya ailə və dostlarını ziyarət etmək üçün gələn şəxslər üçün nəzərdə tutulub.
  2. Biznes Səfərləri (B1): ABŞ-da işgüzar görüşlər, konfranslar və ya digər peşəkar fəaliyyətlər üçün gələn şəxslər üçün verilir.
  3. Təhsil və Mübadilə Proqramları (F1, J1): ABŞ-da təhsil almaq və ya mübadilə proqramlarında iştirak etmək istəyən tələbələr üçün nəzərdə tutulub.
  4. Tibbi Müalicə (B2): ABŞ-da tibbi müayinə və ya müalicə almaq istəyən şəxslər üçün verilir.

Qeyri-miqrant vizaları, müvəqqəti səyahət və məqsədlər üçün ideal seçimdir. Bu vizalar, adətən qısa müddətli olur və daimi yaşamaq hüququ vermir.

B1/B2 Vizası

ABŞ B1/B2 vizası, Amerika Birləşmiş Ştatlarına turistik və ya iş məqsədi ilə səyahət etmək istəyənlər üçün ən çox tələb olunan viza növlərindən biridir. Bu viza ilə ABŞ-yə qısa müddətli səfərlər edə bilər, mədəni təcrübələr qazana, iş görüşləri keçirə və ya ailə və dostlarınızla görüşə bilərsiniz.

ABŞ B1/B2 vizasına müraciət edərkən aşağıdakı sənədləri hazırlamaq və təqdim etmək vacibdir:

  1. Pasportunuzun orijinalı və birinci səhifəsinin surəti təqdim edilməlidir. Pasportunuzun etibarlılıq müddəti ən azı 6 ay olmalıdır.
  2. Əgər əvvəllər ABŞ və ya digər ölkələrə səyahət etmisinizsə, bu vizaların və giriş-çıxış möhürlərinin surətlərini təqdim edin.
  3. Şəxsiyyət vəsiqənizin surəti də tələb olunan sənədlər sırasındadır.
  4. İş yerindən arayış və əgər varsa, maaş kartından çıxarış təqdim edin. Təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış tələb olunur.
  5. Adınıza olan bank hesabından arayış və çıxarış təqdim edin. Bank hesabınızda kifayət qədər məbləğin olması, səyahətiniz üçün maliyyə təminatınızın olduğunu sübut edir.
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışları və maşınınızın texpasport kopyası təqdim edin.
  7. Ailə vəziyyətinizi sübut edən sənədlər (nikah şəhadətnaməsi, doğum şəhadətnamələri və ya nikahın pozulmasına dair sənəd) təqdim edilməlidir.
  8. 2 ədəd 5x5 ölçüdə, ağ fonda çəkilmiş fotoşəkil təqdim edin.
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet və otel bronları təqdim edin. Bu sənədlər səyahət planlarınızın olduğunu sübut edir.
  10. Viza ödənişini etdiyinizə dair sistemdən verilmiş ödəniş qəbzi və üzərində səfirlikdəki görüş tarixiniz qeyd olunmuş instruksiyanın çap versiyası təqdim edilməlidir.
  11. Onlayn DS-160 ərizə formanızın təsdiqi təqdim edilməlidir.

DS-160 Formasının Doldurulması

ABŞ viza müraciəti zamanı ilk mərhələ DS-160 formasının doldurulmasıdır. Bu forma, ABŞ hökumətinə sizin şəxsi məlumatlarınız, səyahət məqsədiniz və digər vacib məlumatları təqdim etmək üçün istifadə olunur. DS-160 formasını doldurarkən aşağıdakı addımları izləyin:

  1. Formaya Giriş: DS-160 formasını rəsmi ABŞ viza müraciəti saytında doldurmağa başlayın. Formanı doldurarkən sizə verilən referens kodunu (məsələn: AA 12345678) qeyd edin. Bu kodu yadda saxlayın, çünki forma yarımçıq qalsa, bu kod vasitəsilə yenidən daxil ola bilərsiniz.
  2. Şəxsi Məlumatlar: Formada adınız, soyadınız, doğum tarixiniz, pasport məlumatlarınız və digər şəxsi məlumatlarınızı daxil edin.
  3. Səyahət Məqsədi: Səyahətinizin məqsədini (turizm, iş, təhsil və s.) qeyd edin.
  4. Əvvəlki ABŞ Səfərləri: Əgər əvvəllər ABŞ-a səfər etmisinizsə, bu barədə məlumat verin.
  5. Təhsil və İş Təcrübəsi: Təhsil və iş təcrübənizlə bağlı məlumatları daxil edin.
  6. Təhlükəsizlik Sualları: Formada təhlükəsizliklə bağlı suallar verilir. Bu suallara dəqiq cavablar verin.
  7. Fotoşəkil Yüklənməsi: Formada ağ fonda çəkilmiş fotoşəkilinizi yükləyin.
  8. Formanın Təsdiqi: Formanı yoxlayaraq təsdiqləyin. Təsdiqlədikdən sonra formanı çap edin və təsdiq səhifəsini saxlayın.

DS-160 formasını doldurduqdan sonra növbəti mərhələ viza ödənişi və görüş tarixinin təyin edilməsidir. Viza ödənişi hər bir şəxs üçün 185 ABŞ dolları təşkil edir. Ödənişi bank kartı vasitəsilə və ya bankda nağd olaraq edə bilərsiniz. Ödənişi etdikdən sonra sistemdə görüş tarixləri və saatları açılacaq. Siz özünüzə uyğun olan tarixi seçin.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni ABŞ-da qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3000-4000 ABŞ dolları aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ABŞ-da qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 80-90 ABŞ dolları gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər) əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədinin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır. Qeyd edək ki, sənədləri ingilis dilinə tərcümə etdirmək tələb olunmur, bütün sənədlər səfirlikdə azərbaycanca qəbul olunur.

Viza Proseduru

ABŞ-a viza müraciəti zamanı ilk addım olaraq DS-160 formasını – yəni ABŞ viza müraciəti üçün onlayn ərizə formasını doldurmalısınız. Bu formu tamamilə onlayn şəkildə doldura bilərsiniz, hətta bir neçə dəfə giriş-çıxış etmə imkanı da var. Məsələn, bir oturuşda formu tamamlamaq məcburiyyətində deyilsiniz – bir hissəsini doldurub saxlayaraq, sonra davam edə bilərsiniz. Bunun üçün sayt sizə təqdim edilən referens kodunu (məsələn: AA12345678) mütləq yadda saxlamalısınız.

Görüşə getməzdən əvvəl ərizə formasını sistemdə təsdiqləmək vacibdir. Sonrakı mərhələdə isə ABŞ-ın Azərbaycandakı səfirliyindən görüş almaq lazımdır. Görüş təyin etmək üçün əvvəlcə viza ödənişini onlayn həyata keçirmək tələb olunur. Bu ödəniş hər kəs üçün, yaşından asılı olmayaraq, 185 ABŞ dollarıdır. Ödənişi bank kartı ilə onlayn və ya bankda nağd şəkildə edə bilərsiniz. Ödəniş etdikdən sonra sistemdə sizə mövcud görüş tarixləri və saatları göstəriləcək, buradan özünüzə uyğun olanı seçirsiniz.

Seçdiyiniz tarixdə və saatda tələb olunan sənədlərlə səfirliyə getməlisiniz. Görüşü ləğv etmək istəyirsinizsə, problem deyil – eyni profildən bir il ərzində ödəniş etmədən yeni görüş təyin edə bilərsiniz. Yeri gəlmişkən, təsdiqlədiyiniz ərizə formasını çap edib səfirliyə aparmağa ehtiyac yoxdur.

Viza prosesi adətən 3-5 iş günü çəkir.

İntervyu

Konsulla intervyu adətən qısa müddət – 5-15 dəqiqə çəkir. Bunun müddəti sizin müraciətinizin mürəkkəbliyindən və konsulun istəyindən asılıdır. Suallar əsasən səyahət planınız, səfərinizin detalları (səyahət tarixləri, gedəcəyiniz yerlər, qalacağınız otellər və s.), səyahət məqsədiniz, iş yeriniz, ailə vəziyyətiniz və təqdim etdiyiniz sənədlərlə bağlı ola bilər.

Konsul intervyu zamanı sizə sərbəst suallar verə bilər, bu sualların müəyyən ardıcıllığı yoxdur. Məsələn, əgər sizdən səyahət məqsədinizi soruşursa, yalnız “turizm” deməkdənsə, bu səyahətə niyə çıxmaq istədiyinizi, hansı yerləri görmək arzusunda olduğunuzu və səfərinizi necə planlaşdırdığınızı ətraflı şəkildə izah etmək daha faydalı olar. Bu cür detallı cavablar konsulun suallarını aydınlaşdırmağa kömək edər. ABŞ vizasına gedən ən önəmli yol məhz intervyudakı performansınızdan və verdiyiniz cavablardan keçir. Siz mütləq şəkildə konsulu inandırmağa çalışmalı, qəti şəkildə yalan məlumat verməməli və konsulun sizə verdiyi suallara bacardıqca detallı şəkildə cavab verməlisiniz. Əgər siz cavablarınızla konsulu səyahət məqsədinizə, verdiyiniz informasiyaların və sənədlərin doğruluğuna tam inandıra bilsəniz, bu halda ABŞ vizasını əldə edə biləcəksiniz. 

Əlavə olaraq qeyd edək ki, konsulla intervyunun dili səfər məqsədindən asılı olaraq dəyişir. Turistik viza müraciətlərində intervyuda istifadə olunan dil əksər hallarda azərbaycanca olur. İşgüzar səfər üçün edilmiş viza müraciətində isə əsasən, ingilis dilinə üstünlük verildiyi görünür.

İntervyunun sonunda siz viza nəticəsini öyrənəcəksiniz. Əgər viza təsdiqlənərsə, pasportunuz sizdən götürülərək 3-5 iş günü ərzində vizanız əlavə edilərək geri qaytarılır. Əks halda sizə imtina kağızı təqdim olunur. Bu sənəd standart formadadır və şəxsin vəziyyətindən asılı olaraq dəyişmir.

ABŞ Vizası Olmuş Şəxslər

Əgər daha öncə ABŞ vizanız olubsa və bu viza bitmə tarixindən bir il keçməyibsə, eyni növ vizaya müraciət edərkən səfirlikdə intervyu və ya görüşə ehtiyac qalmır. Bu halda, pasportunuzu və digər tələb olunan sənədləri “Aramex” şirkəti vasitəsilə təqdim edə bilərsiniz. Bunun üçün:

  1. Onlayn ödəniş edin və ərizə formanızı tamamlayın.
  2. Görüş götürmə sistemində əvvəlki vizanızla bağlı məlumatları təsdiq edin. Sistem avtomatik olaraq sənədlərin “Aramex” vasitəsilə təqdim ediləcəyi barədə təlimatlar göstərəcək.
  3. Tələb olunan sənədləri hazırlayın:
    • Pasportunuzun orijinalı
    • Köhnə ABŞ vizanızın surəti
    • Şəxsiyyət vəsiqənizin surəti
    • Onlayn ərizə formanızın təsdiqi
    • Ödəniş qəbzi və “Aramex” təlimat sənədi

Sənədləri “Aramex”ə təqdim etdikdən sonra, müraciətiniz 3-5 iş günü ərzində işlənir, və vizanız hazır olduqdan sonra pasportunuzu geri götürə bilərsiniz.

Nadir hallarda səfirlik sizi intervyuya dəvət edə bilər. Bu, müraciətdə hər hansı sual yarandıqda və ya konsulun şəxsi istəyi ilə baş verə bilər.

Viza Almaq Şansı

ABŞ vizası alma şansı əsasən profilinizdən asılıdır. İş yeriniz, maaşınızın səviyyəsi, bank hesabınızdakı məbləğ, ölkənizlə olan bağlılığınız (adınıza mülkün olması, ailə üzvləri və s.) və səyahət tarixçəniz bu şansa təsir edən əsas faktorlardır. Lakin ABŞ vizası üçün intervyunun önəmi xüsusi vurğulanmalıdır – konsulun qarşısında özünüzü necə təqdim etdiyiniz, verdiyiniz cavabların doğruluğu və detallılığı uğur şansınızı xeyli artırır.

Təcrübə göstərir ki, əvvəlcə Şengen ölkələri kimi yerlərə səyahət edənlərin ABŞ vizası alma ehtimalı daha yüksək olur. Ancaq heç bir əvvəlki səyahət tarixçəsi olmayan şəxslərin də uğurlu intervyu nəticəsində viza aldıqları hallara rast gəlinir. Hər halda, güclü bir profil sizə rəqiblərinizdən üstünlük qazandırır.

ABŞ-a Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə ABŞ turistik viza müraciətiniz zamanı da yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüşün təyin edilməsi, onlayn DS-160 ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərizin və qalacağınız otellərin bron edilməsi və ya istəyinizə uyğun olaraq alınması, konsultasiya və intervyuya hazırlıq daxil olacaq. Biz sizi daha öncəki müraciətçilərimizə konsulla görüş zamanı verilən sualların siyahısı ilə tanış edə və bu suallara doğru şəkildə necə cavab verəcəyiniz, cavablarınızda, bədən dilinizdə və bu kimi psixoloji amillərdə hansı detallara xüsusilə diqqət yetirməli olduğunuz barəsində ətraflı məlumatlandıra bilərik. Bütün bunlar sizi digər viza müraciətçiləriylə müqayisədə ön plana çəkə və viza alma ehtimalınızı artıra biləcək faktorlardır. Qeyd edək ki, bizim şirkətimizdə ABŞ turizm viza dəstəyi xidmət haqqı bir nəfər üçün viza səfirliyi rüsumları daxil olmaqla 510 AZN təşkil edir.

20 may 2025 tarixinədək Amerika vizası üçün dəstək xidmətimiz cəmi 95 AZN-dir

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyin və ya 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlayın.

Arzularınıza gedən yolun ilk addımını bizimlə atın. Xoş səyahətlər!

Oxşar yazılar:

Monteneqro vizası üçün hansı sənədlər lazımdır?

Monteneqro vizası üçün hansı sənədlər lazımdır?

Monteneqroya səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının turist səfəri üçün viza müraciəti zamanı müəyyən sənədləri təqdim etməsi tələb olunur. Sənədlərin düzgün və tam hazırlanması müraciət prosesinin daha rahat həyata keçirilməsinə kömək edir. Bu yazıda Monteneqro turist vizası üçün tələb olunan əsas sənədləri, maliyyə təminatı ilə bağlı tələbləri və müraciət zamanı diqqət edilməli məqamları izah edirik. Monteneqro […]

Vizam.az 19 avqust 2026
Azərbaycan Pasportu ilə Gedilən Vizasız Ölkələr

Azərbaycan Pasportu ilə Gedilən Vizasız Ölkələr

Azərbaycan pasportu ilə səyahət edənlər üçün viza tələb etməyən ölkələrin sayı son illərdə dəyişib. Bəzi istiqamətlərdə vizasız qalma müddəti 90 gün olduğu halda, bəzi ölkələrdə daha qısa müddət tətbiq edilir. Əgər səyahətinizi viza müraciəti olmadan planlaşdırırsınızsa, Azərbaycan pasportu ilə vizasız gedilən ölkələri əvvəlcədən bilmək səfər planınızı daha rahat qurmağa kömək edə bilər. Bu siyahını Azərbaycan […]

Vizam.az 14 avqust 2026
2026-cı ildə İspaniya Vizası üçün Hansı Sənədlər Lazımdır?

2026-cı ildə İspaniya Vizası üçün Hansı Sənədlər Lazımdır?

İspaniyaya səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün viza müraciətində sənədlərin düzgün hazırlanması ən vacib mərhələlərdən biridir. İspaniya vizası üçün hansı sənədlər lazımdır? sualının cavabı səfərin məqsədindən asılı olaraq dəyişə bilər. Turistik səfər üçün müraciət edən şəxslər əsasən qısamüddətli Şengen vizasına müraciət edirlər. İspaniyanın Şengen vizası turizm, biznes, ailə ziyarəti və digər qısamüddətli səfərlər üçün istifadə […]

Vizam.az 14 avqust 2026
Almaniya Vizası üçün Bank Hesabında Nə qədər Pul Olmalıdır?

Almaniya Vizası üçün Bank Hesabında Nə qədər Pul Olmalıdır?

Almaniya vizasına müraciət edən şəxslər üçün ən çox maraq doğuran məsələlərdən biri maliyyə təminatıdır. Almaniya vizası üçün bank hesabında nə qədər pul olmalıdır? sualının cavabı isə səfərin müddətindən, məqsədindən və müraciət edən şəxsin fərdi maliyyə vəziyyətindən asılıdır. Almaniya vizası üçün müraciət zamanı əsas məqsəd səfər müddətində xərclərinizi qarşılaya biləcəyinizi və Almaniyadan geri qayıtmağınızı maliyyə baxımından […]

Vizam.az 11 avqust 2026
Portuqaliya Vizası Haqqında Ən Çox Verilən Suallar

Portuqaliya Vizası Haqqında Ən Çox Verilən Suallar

Portuqaliyaya səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının ən çox maraqlandığı mövzulardan biri viza müraciəti ilə bağlı suallardır. Müraciət prosesi, tələb olunan sənədlər, vizanın nəticələnmə müddəti, bank hesabında olmalı vəsait və Şengen vizası ilə bağlı digər qaydalar barədə hər gün yüzlərlə axtarış edilir. Bu yazıda Portuqaliya vizası haqqında ən çox verilən sualları bir araya toplamış və hər […]

Vizam.az 04 avqust 2026
Çin Təhsil Vizası Necə Alınır?

Çin Təhsil Vizası Necə Alınır?

Çində təhsil almaq son illərdə Azərbaycanlı tələbələr arasında ən çox seçilən istiqamətlərdən birinə çevrilib. Dünyanın nüfuzlu universitetləri, münasib təhsil haqları və beynəlxalq diplom imkanları Çini xaricdə təhsil almaq istəyən tələbələr üçün cəlbedici edir. Lakin Çində təhsil almaq üçün universitetdən qəbul məktubu əldə etmək kifayət deyil. Ölkəyə qanuni şəkildə daxil olmaq və təhsil almaq üçün Çin […]

Vizam.az 03 avqust 2026
Azərbaycan Vətəndaşları üçün Monteneqro Vizası 2026

Azərbaycan Vətəndaşları üçün Monteneqro Vizası 2026

Monteneqro son illərdə Adriatik sahilləri, tarixi şəhərləri, dağ mənzərələri və münasib qiymətləri ilə azərbaycanlı turistlərin ən çox üstünlük verdiyi Avropa istiqamətlərindən birinə çevrilib. Lakin 15 yanvar 2026-cı il tarixindən etibarən Azərbaycan vətəndaşları üçün Monteneqroya vizasız giriş rejimi ləğv edilib və ölkəyə səfər etmək istəyən şəxslər əvvəlcədən viza almalıdırlar. Bu yazıda Azərbaycan vətəndaşları üçün Monteneqro vizası […]

Vizam.az 28 iyul 2026
İtaliya Viza Dəstəyi Xidməti: Müraciət Prosesi, Sənədlər

İtaliya Viza Dəstəyi Xidməti: Müraciət Prosesi, Sənədlər

İtaliyaya səyahət etməyi planlaşdırırsınızsa, səfərinizin ən vacib mərhələlərindən biri viza müraciətidir. İtaliya vizası üçün tələb olunan sənədlərin düzgün hazırlanması, müraciət formasının doğru doldurulması və səfər məqsədinin əsaslandırılması viza müraciətinin uğurlu nəticələnməsi baxımından mühüm əhəmiyyət daşıyır. İtaliya viza dəstəyi xidməti müraciət prosesində sənədlərin hazırlanması və yoxlanılması, viza ərizəsinin doldurulması və digər vacib mərhələlərdə peşəkar dəstək almağa […]

Vizam.az 22 iyul 2026
Danimarka Vizası Haqqında Ən Çox Verilən Suallar

Danimarka Vizası Haqqında Ən Çox Verilən Suallar

Danimarka Avropanın ən çox səyahət edilən ölkələrindən biri olmaqla yanaşı, Şengen zonasına daxil olan ölkələrdəndir. Danimarkaya turizm, dost və qohum ziyarəti və ya işgüzar səfər məqsədilə getmək istəyən Azərbaycan vətəndaşları səfərin məqsədinə uyğun viza üçün müraciət etməlidirlər. Danimarka vizası üçün müraciət zamanı səfərin məqsədi, maliyyə imkanları, yaşayış yeri və səfərdən sonra Azərbaycana qayıtmaq niyyəti əsas […]

Vizam.az 21 iyul 2026
2026-cı ildə Amerikaya Necə Getmək Olar?

2026-cı ildə Amerikaya Necə Getmək Olar?

ABŞ hər il milyonlarla insanın səyahət, təhsil, iş və yeni həyat qurmaq məqsədilə üz tutduğu ölkələrdən biridir. Dünyanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan Amerika Birləşmiş Ştatları həm məşhur şəhərləri, həm yüksək təhsil imkanları, həm də geniş karyera perspektivləri ilə fərqlənir. Bəs 2026-cı ildə Amerikaya necə getmək olar? Azərbaycan vətəndaşları üçün hansı yollar mövcuddur? ABŞ […]

Vizam.az 16 iyul 2026