POLŞA ŞENGEN VİZASI HAQQINDA BİLMƏDİKLƏRİNİZ

Yeniləndi: 14 iyul 2026 2376 baxış 3 dəq. oxu

Avropanın hər hansı bir ölkəsi turizm üçün ideal məkan hesab edilə bilər. Lakin bu ölkələr arasında Polşa həm yerli səyyahlar, həm də dünya turizmi üçün xüsusi diqqət çəkən xüsusiyyətlərə malikdir. Paytaxt Varşava ilə yanaşı Krakov, Poznan, Qdansk və digər şəhərlərdə rast gəlinən özünəməxsus memarlıq, təbiət gözəlliyi, mədəniyyət və incəsənət turistləri cəlb etməkdə olduqca uğurludur. Əgər Polşada yaşayan ailə üzvünüz və ya dostunuz varsa və bu gözəl ölkəni gəzmək və onu ziyarət etmək istəyirsinizsə, Polşa Şengen vizasına müraciət edə bilərsiniz. Qonaq vizası üçün tələb olunan sənədlər, dəvət məktubu və viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən əldə edə bilərsiniz.

Polşa Viza Növləri

Polşa Şengen ölkələri arasında yer aldığı üçün qısamüddətli səfərlər üçün Polşa Şengen vizası tələb olunur. Bu viza növü turizm, ailə və dost ziyarəti, işgüzar səfərlər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil və mübadilə proqramları kimi müvəqqəti məqsədlər üçün müraciət edilə bilər. Polşada 90 gündən çox müddətə ehtiyac duyanlar, məsələn, bakalavr, magistr, doktorantura kimi uzunmüddətli təhsil və ya daimi iş üçün Polşa milli vizasına müraciət edə bilərlər. Bu halda təhsil və ya iş qurumlarından rəsmi dəvət və ya qəbul məktubu tələb olunur.

Qısamüddətli ziyarətlər üçün "qonaq vizası" növünə müraciət edilir. Qeyd edək ki, qonaq vizası Polşada daimi yaşamaq hüququ vermir, yalnız qısamüddətli səfərlər üçün nəzərdə tutulub.

Polşa Şengen Vizası

Polşa Şengen vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda üç ay, altı ay, bir il, iki il və ya beş il müddətinə vizalara müraciət edə bilərsiniz. Polşa vizası ilə istənilən Şengen ölkəsinə daxil ola bilərsiniz. Lakin ilk girişinizi viza aldığınız ölkədən, yəni Polşadan etməyiniz tövsiyə olunur. Əks halda, xüsusilə Qərbi Avropa ölkələrindən giriş etmək istəyənlərə sərhəd xidməti tərəfindən icazə verilməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb, buna görə də bu riskdən qaçınmaq məsləhətdir.

Polşa Şengen vizasına müraciət edərkən səyahətiniz boyu ən çox Polşada qalacağınızı göstərməlisiniz.

Polşa Şengen Vizası Müraciəti üçün Tələb Olunan Sənədlər

Polşa Şengen vizası üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Xarici pasportun orijinalı və birinci səhifəsinin surəti
  • Əvvəlki vizaların və giriş-çıxış möhürlərinin surətləri (əgər varsa)
  • Şəxsiyyət vəsiqəsinin surəti
  • İş yerindən arayış* və maaş kartından çıxarış (təhsil alanlar üçün təhsil müəssisəsindən arayış*)
  • Adınıza olan bank hesabından arayış* (məbləğ haqqında aşağıda ətraflı məlumat var)
  • Bank hesabından son 6 aylıq çıxarış
  • Adınıza olan mülklərin çıxarışları və maşın texpasportunun surəti (əgər varsa)
  • Mülki vəziyyətin sübutu (nikah şəhadətnaməsi, uşaqların doğum şəhadətnamələri və ya nikahın pozulması sənədi)
  • 2 ədəd 3.5x4.5 ölçüdə biometrik şəkil
  • Aviabilet və otel rezervasiyaları
  • Şengen qaydalarına uyğun səyahət sığortası
  • İngilis dilində doldurulmuş ərizə forması
  • Görüş təyinatının təsdiq sənədi
  • Dəvət məktubu (ətraflı məlumat aşağıda)
  • Dəvət edən şəxsin Polşada yaşama hüququnu təsdiq edən sənəd (oturum izni, milli viza və s.)
  • Ailəvi əlaqəni təsdiq edən sənəd (əgər varsa)

"*" ilə qeyd olunan sənədlər ingilis dilində təqdim edilməlidir. Əgər sənədlər azərbaycan dilindədirsə, notarial tərcümə tələb olunur.

Viza Proseduru

Polşa vizasına müraciət Polşanın Azərbaycandakı Səfirliyinə edilir. Viza qərarı səfirliyin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Polşa vizası üçün görüş təyinatı digər Şengen ölkələrindən fərqlidir. Görüş təyin etmək üçün ilk olaraq konsulluğun sistemində uyğun tarix seçilməli və onlayn ərizə forması doldurulmalıdır. Ərizə forması 60 dəqiqə ərzində tamamlanmalıdır, əks halda təyin olunmuş görüş vaxtı itiriləcək. Buna görə də, görüş vaxtı təyin edilməzdən əvvəl bütün lazımi məlumatlar hazır olmalıdır ki, ərizə formasını doldurmaq uzun çəkməsin. Ərizə forması tamamlandıqdan sonra son səhifədə təyin edilmiş tarix və avtomatik olaraq təyin edilmiş görüş saatı göstərilir. Yəni, müraciətçi görüş üçün uyğun günü seçə bilər, lakin saat sistem tərəfindən müəyyən edilir. Bəzi hallarda sistemdə boş görüş vaxtı olmaya bilər. Bu zaman aylıq olaraq 10, 20 və 30-cu günlərdə (bu tarixlər qeyri-iş günlərinə düşərsə, bir gün əvvəl və ya sonra) yeni yerlər açılır.

Görüş təyinatı əvvəlcədən mütləqdir, əks halda sənədlər qəbul edilməyəcək. Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Sənədlərin təqdimində şəxsi iştirak mütləqdir, lakin 12 yaşdan kiçik uşaqların görüşə gəlməsinə ehtiyac yoxdur.

Qeyd: Xüsusilə işgüzar səfərlər zamanı sistemdə göstərilən vaxtdan daha tez görüş təyin etmək mümkün ola bilər. Bu halda Polşadakı şirkət Bakıdakı Polşa səfirliyinə email göndərməli və ya əlaqə saxlamalıdır.

Şengen viza proseduru müraciət tarixindən etibarən 10-20 gün çəkə bilər. Viza rüsumu 35 avrodur və yalnız nəğd şəkildə, avro ilə ödənilir.

Polşa Şengen Vizası Alma Şansı

Polşa vizası alma şansınız profil vəziyyətinizdən asılıdır. İş yeri və vəzifənizin sabit olması, aylıq gəlirinizin standart aralıqda olması (təcrübədə 300-500 AZN aralığında gəliri olan şəxslərə viza verilib), bank hesabınızda kifayət qədər məbləğ, adınıza mülk, ailə və uşaqların olması, həmçinin səyahət tarixçəniz viza alma şansınızı artırır. Polşa səfirliyi ilk dəfə Şengen vizası alanlar üçün nisbətən əlverişlidir. Lakin əvvəlki vizalarınızın olması da viza şansınızı artıran amildir.

Qonaq vizası zamanı dəvət edən şəxslə yaxın qohumluğunuz və təqdim etdiyiniz sənədlərin düzgünlüyü viza alma şansınıza müsbət təsir göstərir.

Polşaya Viza Dəstəyi

Vizam.az şirkəti olaraq Polşa Şengen vizası müraciətinizdə sizə kömək edə bilərik. Xidmətimizə görüş təyinatı, ərizə formasının doldurulması, sənədlərin hazırlanması, aviabilet və otel rezervasiyası, səyahət planının qurulması, səyahət sığortası, konsultasiya və viza prosedurunun izlənməsi daxildir. Sığorta rüsumu xidmət haqqından ayrıca hesablanır və adətən 1 həftə üçün 16-18 AZN arasındadır. Sənədlərin notarial tərcüməsi üçün əlavə ödəniş tələb olunur. Ümumi xidmət haqqı bir nəfər üçün 79 AZN-dir.

Sifariş üçün buraya klikləyin və ya 010/50/55-3000135 nömrəsi ilə əlaqə saxlayın.

Polşada keçirdiyiniz günlər unudulmaz xatirələrə çevrilə bilər! Xoş səyahətlər!

Oxşar yazılar:

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026
Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

Vizam.az 28 oktyabr 2026
Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstana səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza alınması vacib şərtlərdən biridir. Bolqarıstan 1 yanvar 2025-ci ildən etibarən Şengen zonasına tamhüquqlu üzv olduğu üçün ölkəyə turistik, işgüzar və digər qısamüddətli səfərlər üçün Şengen vizası tələb olunur. Bolqarıstan vizası ilə yalnız bu ölkəyə deyil, Şengen zonasına daxil olan digər ölkələrə də səyahət etmək mümkündür. Bunun üçün […]

Vizam.az 28 oktyabr 2026
Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya vizası üçün müraciət edərkən maliyyə vəziyyətinizi təsdiq edən sənədlərdən biri tələb olunur. Azərbaycan vətəndaşları üçün bu məqsədlə bank arayışı təqdim edilməlidir. Bank hesabından çıxarış tələb olunmur. Sənədləri hazırlayarkən bank arayışı ilə bank çıxarışının fərqini bilmək vacibdir. Aşağıda Yaponiya vizası müraciətində bu sənədlə bağlı əsas məqamları izah edirik. Yaponiya Vizası üçün Hansı Bank Sənədi Lazımdır? […]

Vizam.az 27 oktyabr 2026
Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Birləşmiş Ştatlarına səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza müraciəti səfər hazırlığının vacib mərhələsidir. ABŞ-a turizm, ailə və dost ziyarəti və ya işgüzar səfər məqsədilə getməyi planlaşdırırsınızsa, səfər məqsədinizə uyğun viza kateqoriyasını müəyyənləşdirməlisiniz. Vizam.az-da Amerika vizası dəstəyi xidmət haqqı 31 oktyabr 2026-cı il tarixinədək cəmi 100 AZN-dir! Kampaniyadan yararlanaraq viza müraciətiniz üçün dəstək ala […]

Vizam.az 22 oktyabr 2026
Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanadaya səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün Kanada vizası əvvəlcədən hazırlanmalı olan əsas sənədlərdən biridir. Turizm, ailə ziyarəti və ya işgüzar səfər məqsədilə Kanadaya getməyi planlaşdırırsınızsa, viza növünü düzgün seçmək və tələb olunan sənədləri hazırlamaq vacibdir. Bu məqalədə Kanada vizası üçün müraciət qaydası, tələb olunan sənədlər, rüsumlar və müraciət zamanı diqqət edilməli məqamlarla tanış ola […]

Vizam.az 21 oktyabr 2026
Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Viza müraciəti zamanı sənədlərin təqdim edilməsi, biometrik məlumatların verilməsi və görüş prosesinin düzgün tamamlanması vacib mərhələlərdən biridir. Azərbaycanda bəzi ölkələrin viza müraciətləri Visametric Baku vasitəsilə həyata keçirilir. Visametric Baku-ya müraciət etməzdən əvvəl görüş qaydaları, tələb olunan sənədlər və müraciət prosesi haqqında məlumatlı olmaq vaxt itkisinin və sənəd çatışmazlığının qarşısını almağa kömək edə bilər. Visametric Baku […]

Vizam.az 01 oktyabr 2026
Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa vizası üçün müraciət etmək istəyən Azərbaycan vətəndaşları C tipli Şengen vizası üçün Polşanın Azərbaycandakı konsulluq xidməti vasitəsilə e-Konsulat sistemində qeydiyyatdan keçməli və sənədləri şəxsən təqdim etməlidirlər. Polşa vizası turizm, biznes, ailə və dost ziyarəti, təhsil və digər qısamüddətli səfərlər üçün tələb oluna bilər. C tipli Şengen vizası üçün müraciət prosesində ərizə formasının doldurulması, görüşün […]

Vizam.az 30 sentyabr 2026