İTALİYAYA "CİAO" DEYİN - İTALİYA TURİZM VİZASI

Yeniləndi: 28 fevral 2025 1882 baxış 6 dəq. oxu
Trevi Fəvvarəsi, Roma - İtaliya Turizm Vizası
Trevi Fəvvarəsi, Roma - İtaliya Turizm Vizası

İtaliya deyəndə ağlınıza yalnız makaron, pizza və s. gələ bilər. Lakin, İtaliya zəngin tarixi, sənət dolu küçələri, rəngarəng mədəniyyət festivalları və təbiətin möcüzəvi mənzərələri ilə dolu, hər küncündə bir nağıl, hər addımında isə unudulmaz bir xatirə daşıyan bir ölkədir. Hər bir daş parçası, hər bir küçə, min illərin sirlərini özündə cəmləşdirir; qədim Roma imperiyasının şanlı abidələrindən tutmuş, Renessansın incə sənət əsərlərinə qədər, hər şey sanki keçmişlə bugünü birləşdirərək, sizə həm intellektual, həm də ruhani bir ziyafət təqdim edir.

İtaliyaya Səyahət

İtaliya, hər bir səyyah üçün xəyal edilən bir məkan olaraq, mədəniyyət, tarix və zövqün unikal harmoniyasını təqdim edir. Bu gözəl ölkə, həm təbiəti, həm də mədəni irsi ilə dünyanın ən cəlbedici yerlərindən biridir. Roma, Venesiya, Florensiya və Milan kimi şəhərlər, hər biri özünəməxsus xarakteri və cazibəsi ilə səyahətçiləri özünə cəlb edir. Roma, qədim imperiyanın izlərini daşıyan Kolizey və Roman Forumu kimi tarixi abidələri ilə məşhurdur. Venesiya isə kanalları, gondolları və romantik atmosferi ilə tanınır. Florensiya, İntibah dövrünün incilərinə ev sahibliyi edir, Milan isə moda və dizaynın mərkəzi kimi tanınır.

İtaliyanın hər bir bölgəsi özünəməxsus mədəniyyəti və mətbəxi ilə fərqlənir. Məsələn, Neapol pizzası ilə, Bolonya isə spagetti boloneze ilə məşhurdur. Toskana bölgəsi, şərab istehsalı və zeytun yağı ilə tanınır. İtalyan mətbəxi, sadəcə yemək deyil, bir mədəniyyət və həyat tərzi kimi qəbul edilir. İtalyanlar üçün yemək, ailə və dostlarla bir araya gəlmək, həm zövq, həm də sosial bir fəaliyyətdir. İtaliyada səyahət edərkən, yerli restoranlarda ənənəvi yeməkləri dadmaq, ölkənin mədəniyyətini daha yaxşı anlamaq üçün əvəzolunmaz bir təcrübədir.

İtaliyaya səyahət planlayanlar üçün, ölkənin nəqliyyat sistemi olduqca inkişaf etmiş və rahatdır. Dəmiryolu şəbəkəsi, şəhərlərarası səyahətlər üçün ən effektiv vasitədir. Trenitalia və Italo kimi dəmiryolu şirkətləri, sürətli və rahat qatarlarla səyahət imkanı təqdim edir. Məsələn, Roma ilə Florensiya arasında səyahət təxminən 1,5 saat çəkir. Şəhər daxilində isə metro, avtobus və tramvay kimi ictimai nəqliyyat vasitələrindən istifadə edilə bilər. Həmçinin, İtaliyanın kiçik qəsəbələrinə və kəndlərinə səyahət etmək üçün avtomobil kirayəsi də populyar bir seçimdir. Lakin, tarixi şəhər mərkəzlərində avtomobil sürmək çətin ola bilər, çünki küçələr dar və tıxac tez-tez baş verir.

Dünya turizminin mərkəzində yerləşən, Aralıq dənizi sahillərinin incisi və dünyanın yeddi möcüzəsindən biri sayılan Kolizeyə ev sahibliyi edən, hər il 60 milyondan çox turistin ziyarət etdiyi İtaliya, məşhur şəhərləri, tarixi tikililəri, abidələri və dəniz kənarı məkanları ilə bütün səyahətsevərlərin xəyallarını bəzəyir. Əgər siz də səyahətinizin sonunda Romaya çatmaq arzusundasınızsa, bu məqalədə İtaliya Şengen vizası ilə bağlı lazımi məlumatı tapa bilərsiniz.

İtaliya Viza Növləri

Şengen ölkələri arasında yer alan İtaliyaya səyahətinizi həyata keçirmək üçün İtaliya Şengen vizasına müraciət edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri arasında turizm, ailə və ya dost ziyarəti, işgüzar səfər, tibbi müayinə və müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və digər müvəqqəti məqsədlər yer alır. Əgər İtaliyada 90 gündən artıq müddətdə təhsil (bakalavr, magistr, doktorantura və s.) almaq və ya burada yerləşən bir təşkilatda daimi işləmək istəyirsinizsə, müvafiq təhsil və iş qurumlarından aldığınız rəsmi dəvət və ya qəbul məktubları əsasında İtaliya milli vizasına müraciət etmək mümkündür.

İtaliya Turizm Vizası

Digər Şengen ölkələrinə bənzər şəkildə, İtaliya Şengen vizası da təkgirişli və çoxgirişli variantlarda təqdim olunur. Bundan əlavə, üç ay, altı ay, bir il, iki il və ya beş il müddətini əhatə edən uzunmüddətli vizalara müraciət etmək də mümkündür. Viza əldə edildikdən sonra istənilən Şengen ölkəsinə sərbəst giriş etmək olar. Lakin biz tövsiyə edirik ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkə – yəni İtaliyadan – həyata keçirəsiniz. Əgər müraciət zamanı bunu bildirməsəniz və İtaliya vizası ilə başqa bir Şengen ölkəsinə daxil olmağa çalışarsanız, nadir hallarda da olsa, bu, problemlərə səbəb olub həmin ölkənin sərhəd xidməti tərəfindən geri çevrilməyinizə yol aça bilər. Bu cür hallar müşahidə edildiyi üçün biz bu riski almamağı məsləhət görürük.

Əgər İtaliya Şengen vizasına müraciət edirsinizsə, səyahət müddətiniz ərzində ən çox vaxt keçirməyi planladığınız ölkəni göstərməlisiniz. Çox vaxt turistlər İtaliya səyahət planlarına İspaniya, Avstriya, İsveçrə, Fransa və digər Avropa ölkələrini də daxil edirlər. Bu kimi hallar viza müraciətinizdə problem yaratmır; əsas odur ki, ümumi səyahət planında ən çox qalacağınız ölkəni İtaliya kimi göstərəsiniz, beləliklə viza müraciətini İtaliya səfirliyinə etmək mümkün olsun.

İtaliya Turizm Vizası Müraciəti üçün Sənədlər Toplusu

İtaliya Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Elektron hökumət portalından işlə bağlı arayış*
  6. Adınıza olan bank hesabından arayış* və çıxarış (məbləğ barədə aşağıda daha ətraflı məlumat verilib)
  7. Əgər varsa, adınıza olan mülklərin çıxarışları* və maşınınızın texpasport kopyası
  8. Mülki vəziyyətinizin sübutu* (ailəlisinizsə, nikah haqqında şəhadətnaməniz; 18 yaşdan aşağı uşaqlarınız varsa, onların doğum şəhadətnamələri və ya nikahınızın pozulmasına dair sənədin surəti)
  9. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  10. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  11. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  12. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  13. İngilis dilində doldurulmuş ərizə forması
  14. Əgər turistik deyil, işgüzar səfər məqsədi ilə vizaya müraciət edirsinizsə, həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd olunan sənədlərin səfirliyə ingilis dilində təqdim edilməsi vacibdir. Əgər sənədin orijinalı ingilis dilində deyilsə, yəni azərbaycanca əldə etmisinizsə, bu halda həmin sənədlərin hər birinin notarial qaydada ingilis dilinə tərcümə olunaraq təsdiq edilməsi və səfirliyə təqdim edilməsi tələb olunur.

Sənədləriniz təsdiq edildikdən sonra, viza prosesi zamanı səfirlik tərəfindən sizə zəng edilə bilər və əlavə sənədlərin təqdim edilməsi tələb oluna bilər. Bəzi hallarda İtaliya səfirliyi, müraciətçilərin bron etdikləri otellərin rezervasiyalarını təsdiq edən sənədləri təqdim etmələrini də tələb edib.

Bank hesabınızdakı məbləğ, göstərdiyiniz səyahət tarixləri – yəni Şengen ərazisində qalacağınız müddət, bron etdiyiniz uçuş biletləri və otellərin qiymətləri kimi faktorlarla müəyyən olunur. Ümumilikdə, bir həftəlik səyahət üçün hesabınızda minimum 3.000-5.000 AZN (eyni zamanda avro və ya ABŞ dolları ekvivalenti) məbləğini göstərmək məsləhətdir. Bu məbləğ səyahət planınızı tamamilə əhatə etməlidir. Məbləği hesablarkən, bilet və otel rezervasiyalarınızın dəyərinə əlavə olaraq, Şengen ərazisində keçirdiyiniz hər gün üçün orta hesabla 70-80 avro xərci də nəzərə alaraq bir qədər yüksək bir rəqəm seçə bilərsiniz.

Əgər sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədlər kimi VÖEN-in surəti, Vergilər Nazirliyindən aldığınız dövriyyəniz barədə arayış və şirkətinizin reyestrdən çıxarışını təqdim edə bilərsiniz. İşləmirsinizsə, təhsil alırsınızsa və ya səyahət xərclərinizi qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sponsor sahibkardırsa, yuxarıda qeyd olunan sənədlər), bank hesabından arayış və çıxarış (hesab həm sizin, həm də sponsorunuzun adına ola bilər), həmçinin ailəvi bağlarınızı təsdiq edən sənəd (məsələn, əgər valideyninizdirsə, doğum şəhadətnaməniz; qardaş və ya bacınızdırsa, hər ikinizin doğum şəhadətnamələri və s.) və sponsorluq haqqında sənəd təqdim olunmalıdır. Həmçinin, müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, tək səyahət edirsə hər iki valideynin, ya da bir valideynlə səyahət edirsə digər valideynin ölkədən çıxış icazəsi sənədinin surəti də təqdim edilməlidir.

Qeyd etmək lazımdır ki, VÖEN, Vergilər Nazirliyindən aldığınız dövriyyəniz barədə arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq sənədləri kimi təqdim etdiyiniz hər bir sənədin notarial qaydada ingilis dilinə tərcümə olunaraq təsdiq edilməsi zəruridir.

Viza Proseduru

İtaliya Şengen vizasına müraciətlər, İtaliya Səfirliyinin Visametric adlı viza müraciət mərkəzində qəbul olunur. Viza ilə bağlı qərar isə Bakıdakı İtaliya səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədlərin təqdimatı üçün viza görüşünü həftəiçi 08:30-dan 18:30-a qədər, İtaliya Visametric viza müraciət mərkəzinin +994 12 599 88 11 nömrəsi ilə əlaqə saxlayaraq təyin etmək mümkündür.

Viza müraciəti səyahət tarixindən ən erkən 6 ay əvvəl edilə bilər. Adətən, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsən iştirakı tələb olunur.

İtaliya Şengen vizası prosesi, müraciət tarixindən etibarən adətən 5–15 kalendar günü (bayramlarla bağlı qeyri-iş günləri istisna olmaqla) davam edir. Təcrübəyə görə, sənədlər tam yerində olduqda və müraciətlərin sıx olmadığı dövrlərdə cavab 2–3 iş günü ərzində verilir. Bəzi hallarda isə səfirlik, uçuş tarixindən bir gün əvvəl cavab verə bilir.

Sənədlərin təqdimatı zamanı 35 avro viza rüsumu və 21 avro viza mərkəzinin xidmət haqqı ödənilir. Bu rüsumlar, İtaliya Respublikasının Bakıdakı Səfirliyinin təsdiq etdiyi rüblük məzənnəyə əsaslanaraq, yalnız manatla ödənilir.

İtaliya Şengen Vizası Alma Ehtimalı

Bütün ölkələrin səfirliklərinə viza müraciəti edildiyi kimi, İtaliyada da viza alma ehtimalınız şəxsi profilinizin vəziyyətindən asılıdır. İş yerinizin və vəzifənizin stabil olması, aylıq gəlirinizin standart maaş səviyyəsində və ya daha yüksək olması (təcrübədə 400–600 AZN aralığında aylıq gəliri olanlara viza verilməsi müşahidə olunub), bank hesabınızda səyahətinizi tam əhatə edəcək məbləğin göstərilməsi, sizi ölkəyə bağlayan faktorların (məsələn, adınıza qeydiyyatda olan mülk, ailə və uşaqların mövcudluğu) və səyahət tarixçənizin yaxşı olması, İtaliya Şengen vizası alma şansınızı artıran əsas amillərdəndir. Daha əvvəl heç bir Şengen vizası almamış şəxslər üçün İtaliya səfirliyi ilk müraciət zamanı nisbətən riskli hesab oluna bilər. Təcrübəmizdə, əgər profilinizdə yuxarıda qeyd olunan digər faktorlar yüksək səviyyədə deyilsə, ilk Şengen vizasının İtaliya səfirliyindən alınması riskli ola bilər. Əvvəlki Şengen vizalarının mövcudluğu isə viza alma ehtimalınızı artıran müsbət amildir.

İtaliyaya Viza Dəstəyi

Vizam.az şirkəti olaraq, İtaliya Şengen vizası müraciətiniz zamanı sizə tam dəstək göstərməyə hazırıq. Xidmətlərimizə səfirlikdə sizin adınıza görüş təyin edilməsi, ərizə formasının doldurulması, sənədlərinizin peşəkar şəkildə hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinin rezerv edilməsi, otellərin bron edilməsi və ya arzu etdiyiniz formada təmin edilməsi, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi tam əhatə edən səyahət sığortasının təmin olunması, konsultasiya və viza prosedurunuzun izlənilməsi daxildir. Qeyd etmək lazımdır ki, səyahət sığortasının rüsumu xidmət haqqımızdan ayrıca hesablanır – adətən, 1 həftə üçün 16–18 AZN arası olur; bu sığortanı özünüz də təmin edə bilərsiniz. Bundan əlavə, sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə olunması və təsdiq edilməsi ilə bağlı da yardım göstəririk; hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edir. Ümumilikdə, şirkətimizdə İtaliya Şengen vizasına dəstək xidmətinin haqqı bir nəfər üçün 115 AZN-dır.

Sifariş vermək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün isə 010/50/55-3000135 nömrələrinə zəng edin.

Xoş səyahətlər!

Yeniləndi: 28.02.2025

Oxşar yazılar:

İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərəyə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza əvvəlcədən alınmalıdır. Turizm, ailə və dost ziyarəti, işgüzar səfər və digər qısamüddətli səfərlər üçün müraciət zamanı uyğun viza növü seçilməli və tələb olunan sənədlər hazırlanmalıdır. İngiltərə vizası ilə bağlı ən çox verilən sualların cavablarını aşağıda tapa bilərsiniz. İngiltərə vizası almaq üçün hansı sənədlər tələb olunur? Əsas sənədlərə […]

Vizam.az 04 noyabr 2026
Latviyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Latviyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Latviya Baltikyanı ölkələr arasında yerləşən, tarixi şəhərləri, sakit təbiəti, geniş meşələri və Baltik dənizinin gözəl sahilləri ilə seçilən Avropa ölkəsidir. Xüsusilə paytaxt Riqa özünəməxsus memarlığı, rəngarəng küçələri və tarixi İçərişəhəri ilə turistlərin diqqətini çəkir. Latviyaya səyahət etməyi planlaşdırırsınızsa, ölkənin mədəniyyəti, gündəlik həyat tərzi və turistlər üçün maraqlı xüsusiyyətləri haqqında əvvəlcədən məlumat əldə etmək faydalıdır. Səfərdən […]

Vizam.az 04 noyabr 2026
Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026
Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

Vizam.az 28 oktyabr 2026
Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstana səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza alınması vacib şərtlərdən biridir. Bolqarıstan 1 yanvar 2025-ci ildən etibarən Şengen zonasına tamhüquqlu üzv olduğu üçün ölkəyə turistik, işgüzar və digər qısamüddətli səfərlər üçün Şengen vizası tələb olunur. Bolqarıstan vizası ilə yalnız bu ölkəyə deyil, Şengen zonasına daxil olan digər ölkələrə də səyahət etmək mümkündür. Bunun üçün […]

Vizam.az 28 oktyabr 2026
Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya vizası üçün müraciət edərkən maliyyə vəziyyətinizi təsdiq edən sənədlərdən biri tələb olunur. Azərbaycan vətəndaşları üçün bu məqsədlə bank arayışı təqdim edilməlidir. Bank hesabından çıxarış tələb olunmur. Sənədləri hazırlayarkən bank arayışı ilə bank çıxarışının fərqini bilmək vacibdir. Aşağıda Yaponiya vizası müraciətində bu sənədlə bağlı əsas məqamları izah edirik. Yaponiya Vizası üçün Hansı Bank Sənədi Lazımdır? […]

Vizam.az 27 oktyabr 2026
Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Birləşmiş Ştatlarına səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza müraciəti səfər hazırlığının vacib mərhələsidir. ABŞ-a turizm, ailə və dost ziyarəti və ya işgüzar səfər məqsədilə getməyi planlaşdırırsınızsa, səfər məqsədinizə uyğun viza kateqoriyasını müəyyənləşdirməlisiniz. Vizam.az-da Amerika vizası dəstəyi xidmət haqqı 31 oktyabr 2026-cı il tarixinədək cəmi 100 AZN-dir! Kampaniyadan yararlanaraq viza müraciətiniz üçün dəstək ala […]

Vizam.az 22 oktyabr 2026
Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanadaya səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün Kanada vizası əvvəlcədən hazırlanmalı olan əsas sənədlərdən biridir. Turizm, ailə ziyarəti və ya işgüzar səfər məqsədilə Kanadaya getməyi planlaşdırırsınızsa, viza növünü düzgün seçmək və tələb olunan sənədləri hazırlamaq vacibdir. Bu məqalədə Kanada vizası üçün müraciət qaydası, tələb olunan sənədlər, rüsumlar və müraciət zamanı diqqət edilməli məqamlarla tanış ola […]

Vizam.az 21 oktyabr 2026