REPUBLIC OF SOUTH AFRICA BUSINESS VISA

Updated: 13 February 2025 255 views 5 min. read

Afrika qitəsinin ən cənubunda yerləşən, qitənin tək İnkişaf Etmiş Ölkəsi statusunu daşıyan, paytaxt Keyptaun şəhəri, Yohannesburq şəhəri ilə, təbiəti və coğrafiyası, Atlantik və Hind okenaları sahilləri ilə, gündəlik həyatının əyləncələri və bir çox belə nüanslarla dünyada tanınan Cənubi Afrika Respublikası hər il 20 milyona yaxın turisti qonaq edir. Ölkə həmçinin, son illərdə biznes səfərlərin də ünvanına çevrilib. Siz də Cənubi Afrikaya səyahət edib həm işinizi görmək, həm də gəzib bu füsunkar ölkəni kəşf etmək istəyirsinizsə, Cənubi Afrika Respublikası biznes (işgüzar səfər) vizasına müraciət edə bilərsiniz. Biznes vizaya müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

Cənubi Afrika Respublikası Viza Növləri

south africa flag

Cənubi Afrika Respublikası ölkəsinə planladığınız səyahətinizi Cənubi Afrika Respublikası səyahət vizası əldə edərək reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Cənubi Afrika Respublikasında uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Cənubi Afrika Respublikası milli vizasına da müraciət edə bilərsiniz.

Qısamüddətli biznes (işgüzar) səfərinizi reallaşdırmaq üçün də siz CAR vizasının “biznes viza” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli biznes viza sizə CAR-da daimi işləmək hüququ vermir, bu viza sizin öz biznes səfərinizi reallaşdırmağınız üçün təqdim olunur. 

Cənubi Afrika Respublikası Turizm Vizası 

south africa visa

Cənubi Afrika Respublikası vizasının təkgirişli və çoxgirişli növləri mövcuddurEyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir. 

Qeyd edək ki, Cənubi Afrika Respublikası vizası müraciətçilərə, adətən, 3 ay ərzində 1 ay qalmaq hüququ verən və çoxgirişli statusu daşıyan viza təqdim edir. Ancaq vizanın etibarlılıq müddəti və statusu dəyişə bilir. 

Cənubi Afrika Vizası Müraciəti üçün Sənədlər Toplusu 

visa application form

Cənubi Afrika Respublikası biznes vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz: 

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti 
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri 
  3. Şəxsiyyət vəsiqənizin surəti 
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*) 
  5. Adınıza olan bank hesabından arayış* (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub) 
  6. 2 ədəd 3.5x4.5 ölçüdə, ağ fonda şəkliniz
  7. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları 
  8. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  9. İngilis dilində doldurulmuş ərizə forması 
  10. Gedəcəyiniz iş qurumu, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu 
  11. Viza rüsumunun ödənildiyini təsdiq edən sənəd 
travel concept

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır. 

Dəvət məktubunun orijinalı yoxdursa, siz skan versiyasını çap şəklində səfirliyə təqdim edə bilərsiniz. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır. Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Cənubi Afrika Respublikasında qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 4.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-7dollar gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz. 

Əgər xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda siz bank hesabınızdan arayış təqdim etməyə bilərsiniz, ancaq hər bir halda məsləhətdir ki, öz adınıza hesabınızda olan kiçik də olsa, bir məbləğ göstərəsiniz. 

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru 

calendar

Viza müraciəti Cənubi Afrika Respubikasının ölkəmizdə konsulluğunun fəaliyyət göstərməməsi səbəbilə CAR vizası müraciətləri bu ölkənin Ankaradakı səfirliyinə edilir. Viza müraciəti zamanı səfirlikdə şəxsi iştirakınız mütləq deyil, sənədləriniz kuryer vasitəsilə də göndərilə bilər. 

Viza rüsumu 33 EUR-dur. Lakin, bu rüsum bank transferi ilə edildiyi üçün əlavə olaraq 35 EUR bank köçürməsi rüsumu da ödənilməlidir. Sənədlər kuryer ilə göndərildiyi üçün əlavə olaraq kuryer xidmət haqqı da vardır. 

Qeyd edək ki, Cənubi Afrika vizası üçün müraciət etmiş şəxslərin viza nəticəsi, adətən, 3-7 iş günü ərzində bəlli olur. Yalnız bu müddətə sənədlərin kuryerlə daşınması kimi detallar aid deyil. 

nubi Afrika Vizası Alma Ehtimalı 

embassy of south africa

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Cənubi Afrikada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 400-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Cənubi Afrika vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen və ya digər viza sahibi olmayan şəxslər üçün Cənubi Afrika səfirliyi riskli səfirlik hesab olunmur. Təcrübəmizdə ilk vizalarını məhz bu səfirlikdən almış çox sayda müraciətçi olmuşdur. Əlbəttə, bunun üçün sizin digər bütün sənədləriniz qaydasında olmalıdır. Həmçinin, hər bir halda sizin daha öncə vizalarınızın olması Cənubi Afrika vizası alma ehtimalınızı yüksəldən faktorlardan biridir. 

Biznes vizaya müraciət zamanı isə təqdim edəcəyiniz rəsmi dəvət məktubu sizin viza alma şansınızı yetərincə yüksəldə bilər. Əgər dəvət məktubunuzda göstərilən səfər məqsəd və səbəbiniz sizin işlədiyiniz sahə ilə bağlıdırsa və ya siz daha öncə də oxşar biznes səfərlər həyata keçirmisinizsə, bu nüanslar sizin profilinizə kifayət qədər müsbət təsir göstərəcək.

Cənubi Afrikaya Viza Dəstəyi 

durban

Biz Vizam.az şirkəti olaraq sizə Cənubi Afrika Respublikası vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Bunlardan əlavə, biz sizə sənədlərinizin Ankaradakı səfirliyə kuryerlə çatdırılması və pasportunuzun geri qaytarılması, həmçinin viza ödənişinin edilməsi ilə bağlı da yardımçı ola bilərik. Bu əlavə xidmətin dəyəri 170 AZN təşkil edir. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Cənubi Afrika biznes vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 125 AZN təşkil edir.

You can click here to place your order , contact 050/55-3000135 for more information.

“Afrikanın ən cənubunda olmamışam” deməyin! Xoş səyahətlər! 

Related posts:

Schengen Visa Fees 2025: Latest Changes

Schengen Visa Fees 2025: Latest Changes

One of the first concepts that comes to mind when planning a trip to Europe is the “Schengen visa”. This type of visa allows free entry to more than 26 European countries and is the most requested visa for tourism, work, education, as well as family visits. There are some updates in the procedures, documents […]

Vizam.az 02 May 2025
Visa-Free Travel to Qatar

Visa-Free Travel to Qatar

The shining star of the Middle East, Qatar, is one of the countries that attracts tourists with its modernity as well as its historical and cultural richness. Offering visa-free travel opportunities for Azerbaijani citizens, this country is ideal for both leisure and business trips. In this blog, you’ll find essential information and practical tips for […]

Vizam.az 17 April 2025
Visa-Free Travel to Moldova

Visa-Free Travel to Moldova

Moldova, located in Eastern Europe, is a country rich in history and culture. Offering a visa-free travel opportunity for Azerbaijani tourists, Moldova is an ideal destination for both tourism and business purposes. In this article, we will provide important information for Azerbaijani tourists planning to travel to Moldova, as well as key things to consider […]

Vizam.az 16 April 2025
Visa-Free Travel to Serbia

Visa-Free Travel to Serbia

Serbia, located in the Balkans, is a country known for its rich history, culture, and nature. Offering a visa-free travel opportunity for Azerbaijani tourists, Serbia is ideal for both business trips and leisure visits. In this blog post, we will provide essential information for Azerbaijani tourists wishing to travel to Serbia. You can find everything […]

Vizam.az 16 April 2025
Travel to Dublin: Irish Visa

Travel to Dublin: Irish Visa

Dublin, the capital and largest city of Ireland, is not only a hub of culture, history, and technology, but also a perfect travel destination. If you’re interested in Irish history, music, and nature — and want to be close to the headquarters of the world’s biggest tech companies — then Dublin is an ideal choice. […]

Vizam.az 16 April 2025
THERMAL WATER PARADISE – A TRIP TO HUNGARY

THERMAL WATER PARADISE – A TRIP TO HUNGARY

Hungary, located in the heart of Europe and enchanting everyone with its history, culture, and nature, is one of the European countries. However, one of the country’s greatest features is its thermal water culture. Hungary is one of the countries with the most thermal water sources in the world, and therefore calling it the “Thermal […]

Vizam.az 15 April 2025
A JOURNEY TO THE WORLD OF KANGAROOS – AUSTRALIAN VISA

A JOURNEY TO THE WORLD OF KANGAROOS – AUSTRALIAN VISA

Kangaroo Island, considered the gem of South Australia, is an ideal choice for adventure seekers. This island is famous for its unique landscapes, wild nature, and rich flora and fauna. If you have a desire to be immersed in nature and see kangaroos that can only be found in Australia, we highly recommend that you […]

Vizam.az 15 April 2025
THE SOURCE OF WESTERN CIVILIZATION – TRAVEL TO GREECE

THE SOURCE OF WESTERN CIVILIZATION – TRAVEL TO GREECE

Greece, with its rich history, cultural heritage, and natural beauty, offers a unique travel experience and is one of the most attractive countries in Europe. This country, boasting millennia of culture and history, combines traces of ancient civilizations, unforgettable monuments, and magnificent natural landscapes. Dynamic capital cities like Athens, as well as the tranquil, romantic […]

Vizam.az 15 April 2025
A TRIP TO EUROPE’S LARGEST STADIUM – BARCELONA

A TRIP TO EUROPE’S LARGEST STADIUM – BARCELONA

Barcelona, ​​the jewel of the Catalan region of Spain, is known as one of the most popular tourist destinations in the world. However, this city is not only famous for its beautiful architecture, cultural heritage and attractive Mediterranean coastline, but also has a great position in the world of sports. In particular, for football fans, […]

Vizam.az 15 April 2025
Visa-Free Travel to Montenegro

Visa-Free Travel to Montenegro

Montenegro, located in Southeast Europe and famous for its natural beauty, is a small but magnificent country that attracts thousands of tourists every year. The visa-free travel option for Azerbaijani citizens makes this country even more accessible. In this blog, we provide detailed information on the requirements for visa-free travel, preparation tips, and essential details […]

Vizam.az 09 April 2025