Qış Soyuqlarından Qaçış Üçün Ən Yaxşı İstiqamətlər

Yeniləndi: 14 noyabr 2025 602 baxış 5 dəq. oxu

Qış fəslinin gətirdiyi soyuq hava, qısa günlər və yorucu gündəlik həyat çoxlarını isti ölkələrə səyahət etməyə vadar edir. Xüsusilə noyabr–mart aylarında tropik iqlimə sahib Asiya ölkələri həm hava şəraiti, həm də büdcəyə uyğun seçimləri ilə səyahətçilər üçün ideal istiqamətlərə çevrilir. Bu blogda qış aylarında soyuqlardan qaçaraq özünüzü tam fərqli dünyada tapacağınız ən populyar beş Asiya ölkəsinə İndoneziya, Laos, Vyetnam, Sinqapur və Tayland nəzər salacağıq.

Bu ölkələr həm isti iqlimi, həm zəngin mədəniyyəti, həm də dünya səviyyəsində məşhur mətbəxləri ilə milyonlarla turistin sevimli səyahət məkanlarıdır. Hər biri özünəməxsus təcrübə təqdim edir: Bali adasının sakit çimərlikləri, Laosin təmiz təbiəti, Vyetnamın tarixi küçələri, Sinqapurun modern şəhər həyatı və Taylandın cənnət adaları bütün bunlar qış aylarını tropik istidə keçirməyi daha da cazibədar edir.

Əgər siz də qış soyuqlarından uzaqlaşıb həm dincəlmək, həm də yeni yerlər kəşf etmək istəyirsinizsə, bu bələdçi sizin üçündür. Aşağıda hər bir ölkə üçün ən yaxşı gəziləcək yerləri, hava şəraitini, viza məsələlərini və səyahət tövsiyələrini addım-addım izah edəcəyik. Hazırsınızsa, Asiyanın isti və rəngarəng dünyasına yola çıxaq!

İndoneziya Vizası

İndoneziya son illərdə həm ekzotik təbiəti, həm də zəngin mədəniyyəti ilə səyahət həvəskarlarının diqqətini çəkən ən maraqlı istiqamətlərdən birinə çevrilib. Lakin bu ölkəyə səfər etməzdən əvvəl düzgün sənədlərin hazırlanması, ərizələrin doldurulması və viza prosedurlarına əməl olunması olduqca önəmlidir. Əgər siz bu proseslərdə vaxt itirmək və riskə girmək istəmirsinizsə, vizam.az komandası olaraq sizə bütün viza müraciəti müddətində tam dəstək göstəririk.
Azərbaycan vətəndaşları 2024-cü ilin 26 noyabr tarixindən etibarən İndoneziya hava limanlarında elektron turizm vizası (e-VOA) əldə edə bilərlər. İndoneziya xidmət haqqı 79 manat, viza rüsumu 55 manatdır. İndoneziya vizası haqqında daha detallı məlumat almaq üçün klik edərək blogumuza keçid edə bilərsiniz.

Elektron viza (e-VOA) ilə müraciət

  • Elektron viza alınması: İndoneziyaya səyahət etmədən əvvəl və ya hava limanında molina.imigrasi.go.id portalı vasitəsilə elektron viza alınmalıdır.
  • Tələb olunan sənədlər: Pasport, qayıdış bileti və viza ödəniş sənədi təqdim olunmalıdır.
  • Keçərlilik: E-VOA yalnız 97 ölkənin vətəndaşları üçün keçərlidir, o cümlədən Azərbaycan da bu siyahıya daxildir.

E-VOA vizası 30 gün müddətinə verilir və 1 dəfə 30 günə uzadıla bilər. Bu viza növü oturum izni ilə əvəz edilə bilməz və yalnız sadalanan məqsədlər üçün keçərlidir. İndoneziya vizası üçün sifariş yerləşdirmək istəyirsinizsə, klik edərək keçid edə bilərsiniz.

Vyetnam Vizası

Vyetnam dövləti xarici vətəndaşlara ölkəyə daxil olmaq üçün müxtəlif viza növləri təklif edir. Səyahətin məqsədi və müddətindən asılı olaraq sizə uyğun vizanı seçmək vacibdir. Azərbaycan vətəndaşları üçün ən çox istifadə edilən viza növləri aşağıdakılardır:

Turist e-Vizası (Multiple Entry) – Bu növ viza birdən çox girişə icazə verir.

Turist e-Vizası (Single Entry) – Bu viza yalnız bir dəfə Vyetnama daxil olmağa imkan verir. Səyahət başa çatdıqdan və ölkədən çıxış etdikdən sonra vizanın etibarlılığı bitmiş sayılır. Vyetnam vizası haqqında daha detallı məlumat almaq üçün klik edərək blogumuza keçid edə bilərsiniz.

Vyetnam vizasına onlayn müraciət üçün tələb olunan sənədlər aşağıdakılardır:

  • Etibarlı pasport – Ən azı 6 ay müddətinə qüvvədə olmalıdır və boş viza səhifəsi olmalıdır.
  • Rəqəmsal fotoşəkil – Pasport formatında, ağ fonda, son 6 ayda çəkilmiş.
  • Pasportun skanı – Əsas məlumat səhifəsinin aydın və rəngli surəti.
  • E-poçt ünvanı – Viza təsdiq məktubu bu ünvana göndərilir.
  • İş yerindən arayış.

Bəzi hallarda əlavə sənədlər və məlumatlar tələb oluna bilər. Bu, müraciət etdiyiniz viza növündən və fərdi vəziyyətinizdən asılı olaraq dəyişə bilər. Vyetnam vizası üçün xidmət haqqı 60 manat, viza rüsumu 50 manat təşkil edir. Vyetnam vizası üçün sifariş yerləşdirmək istəyirsinizsə, klik edərək keçid edə bilərsiniz.

Laos Vizası

Əgər turistik kütlələrdən uzaq, daha orijinal və təbiətlə iç-içə bir səyahət təcrübəsi axtarırsınızsa, Laos tam sizin üçündür. Bu Cənub-Şərqi Asiya ölkəsi həm mədəni zənginliyi, həm də asan viza prosesi ilə diqqət çəkir. Azərbaycan vətəndaşları üçün Laos vizası almaq olduqca rahatdır, hətta viza dəstəyi olmadan belə bu prosesi özünüz idarə edə bilərsiniz.

Laosa səfər etmək istəyənlər üçün iki əsas viza seçimi mövcuddur:

  • Hava limanında viza (Visa on Arrival): İndoneziyaya daxil olduqda hava limanında vizanı almaq mümkündür.
  • Elektron viza (e-visa): Səyahətdən əvvəl onlayn şəkildə müraciət edilərək elektron vizanın alınması mümkündür.

Hər iki seçim turistlər üçün əlçatandır və müraciət prosesi sadədir. Laos vizası üçün sifariş yerləşdirmək istəyirsinizsə, klik edərək keçid edə bikərsiniz. Laos vizası xidmət haqqı 60 manat, viza rüsumu 90 manat.

Tələb olunan sənədlər aşağıdakılardır:

  • Etibarlı pasport – Ən azı 6 ay müddətinə qüvvədə olmalıdır və boş viza səhifəsi olmalıdır.
  • Rəqəmsal fotoşəkil – Pasport formatında, ağ fonda, son 6 ayda çəkilmiş.
  • Pasportun skanı – Əsas məlumat səhifəsinin aydın və rəngli surəti.
  • E-poçt ünvanı – Viza təsdiq məktubu bu ünvana göndərilir.
  • İş yerindən arayış.

Laos vizası üçün sifariş yerləşdirmək istəyirsinizsə, klik edərək keçid edə bilərsiniz.

Sinqapur Vizası

Sinqapura səyahət etmək üçün fərqli viza növləri mövcuddur. Səyahətinizin məqsədindən asılı olaraq uyğun viza növünü seçməlisiniz. Əgər Sinqapura turizm, ailə və ya dostlara ziyarət, qısa müddətli işgüzar səfər və ya tədbirlərdə iştirak məqsədilə gedirsinizsə, Sinqapur turist vizasına müraciət etməlisiniz.

Bütün müvafiq məlumatları, sənədləri təqdim etdikdən və haqqı ödədikdən sonra prosesə baxılma vaxtını gözləməlisiniz. Turizm vizası üçün orta baxılma müddəti 3-20 gündür. Əlbəttə bu, ölkələrdən asılı olaraq dəyişə bilər. 3-20 gündən sonra sizə elektron poçtla məlumat veriləcək. E-poçtlarınızı yoxlamağı unutmayın. Sinqapur vizası üçün sifariş yerləşdirmək istəyirsinizsə, klik edərək keçid edə bikərsiniz. Sinqapur vizası xidmət haqqı 75 manat, viza rüsumu 145 manat

Sinqapur turist vizası üçün müraciət edərkən bəzən imtina halları ilə qarşılaşmaq mümkündür. Bu cür halların qarşısını almaq üçün əsas səbəbləri bilmək vacibdir. Vizanın rədd edilmə səbəblərinə aşağıdakılar daxildir:

  • Zədələnmiş və ya etibarsız pasport
  • Cinayət keçmişinin olması – Qanunsuz fəaliyyətlər viza müraciətinizin rədd edilməsinə və hətta səyahət qadağasına səbəb ola bilər.
  • Saxta sənədlər və ya yanlış məlumatlar təqdim edilməsi
  • Sənədlərin yalnız yerli dildə təqdim edilməsi – Ərizəçi sənədlərin həm orijinalını, həm də ingilis dilinə tərcümə edilmiş versiyasını təqdim etməlidir.
  • Müraciətlərdə 18-45 yaş arası subay qadınların tək səyahət etməsi imtina səbəblərindən biri ola bilər.

Tələb olunan sənədlər aşağıdakılardır:

  • Etibarlı pasport – Ən azı 6 ay müddətinə qüvvədə olmalıdır və boş viza səhifəsi olmalıdır.
  • Rəqəmsal fotoşəkil – Pasport formatında, ağ fonda, son 6 ayda çəkilmiş.
  • Pasportun skanı – Əsas məlumat səhifəsinin aydın və rəngli surəti.
  • E-poçt ünvanı – Viza təsdiq məktubu bu ünvana göndərilir.
  • İş yerindən arayış.

Sinqapur vizası üçün sifariş yerləşdirmək istəyirsinizsə, klik edərək keçid edə bikərsiniz.

Tez-tez Verilən Suallar

1. Qış Soyuqlarından Qaçış Üçün Ən Yaxşı İstiqamətlər hansılardır?
Qış aylarında isti hava və rahat istirahət üçün ən çox seçilən istiqamətlər İndoneziya, Laos, Vyetnam, Sinqapur və Taylanddır. Bu ölkələrdə tropik iqlim hakimdir, hava temperaturu 26–32°C olur və qışda belə günəşli günlərin sayı çoxdur. Üstəlik, əksəriyyətində səyahətçilər üçün elektron viza (e-visa) mövcuddur və müraciət prosesi sadədir.

2. Qışda Asiyada hansı ölkələrə vizasız və ya elektron viza ilə getmək mümkündür?
Tayland, Laos və Vyetnam üçün bir çox ölkələrə e-viza və ya hava limanında viza (visa on arrival) imkanları var. İndoneziyaya da müəyyən ölkələr elektron viza ilə daxil ola bilir. Sinqapur isə bəzi vətəndaşlar üçün vizasız giriş təklif edir. Ümumilikdə bu istiqamətlər qış dövründə asan viza prosesi ilə seçilir.

3. Bu ölkələrdə qış aylarında hava necə olur?
Dekabr–mart arası temperatur orta hesabla 27–32°C arasında dəyişir. Çimərlik üçün ideal şərait olur. Sinqapur və Vyetnamın bəzi bölgələrində bəzən yağışlı günlər olsa da, ümumi hava isti və səyahət üçün əlverişlidir.

4. Qış mövsümündə Asiyaya səyahət bahadırmı?
Əksər hallarda xeyr. İndoneziya, Laos və Vyetnam büdcəyə uyğun istiqamətlər hesab olunur. Tayland həm büdcə, həm də orta səviyyə turizm üçün idealdır. Sinqapur isə daha yüksək büdcəli səyahətçilər üçün uyğundur.

5. Niyə Qış İstirahəti üçün İndoneziya, Laos, Vyetnam, Sinqapur və Tayland ən çox seçilən istiqamətlərdir?
Bu ölkələr qış aylarında isti hava, rahat çimərliklər və mədəniyyət müxtəlifliyi ilə səyahətçilərin əsas seçimi olur. Tropik iqlim, büdcəyə uyğun səyahət imkanı, asan elektron viza (e-visa) prosesi, həmçinin zəngin təbiət və mətbəx bu istiqamətləri daha da populyar edir. Üstəlik, dekabr–mart aralığında bu ölkələrdə hava 26–32°C arasında olur və qışdan qaçmaq istəyənlər üçün ideal istirahət şəraiti yaradır.

Viza Dəstəyi

Vizam.az-dan peşəkar dəstək ala bilərsiniz. Bu xidmətə, ərizə formalarının doldurulması, lazımi sənədlərin hazırlanması, otel təsdiq məktubları, uçuş biletləri, səyahət sığortası və viza prosedurunun izlənməsi daxildir.

Sifariş üçün buraya klikləyin və ya əlavə məlumat üçün 010/50/55-3000135 nömrəsi ilə əlaqə saxlayın.

Xoş səyahətlər!

Oxşar yazılar:

Hindistana Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Hindistana Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Hindistan rəngarəng mədəniyyəti, qədim məbədləri, möhtəşəm sarayları və fərqli mətbəxi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tac Mahaldan Mumbayın canlı küçələrinə, Himalay dağlarından Qoa çimərliklərinə qədər ölkə hər səyahətçiyə fərqli təcrübələr təqdim edir. Hindistana səyahət etməyi planlaşdırırsınızsa, yola çıxmazdan əvvəl bilməli olduğunuz 10 maraqlı faktla tanış olun. Hindistanda 22 rəsmi dil tanınır Hindistan dil […]

Vizam.az 06 noyabr 2026
Honq Konq Vizası: Cəmi 1 Həftəyə Viza Cavabınızı Əldə Edin!

Honq Konq Vizası: Cəmi 1 Həftəyə Viza Cavabınızı Əldə Edin!

Honq Konqa səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün əvvəlcədən viza almaq tələb olunur. Asiyanın ən məşhur turizm və biznes mərkəzlərindən biri olan Honq Konq müasir memarlığı, möhtəşəm şəhər mənzərələri, alış-veriş imkanları və zəngin mədəniyyəti ilə turistlərin diqqətini cəlb edir. Honq Konq səyahətinizi planlaşdırırsınızsa, viza müraciətinizi son ana saxlamayın. Vizam.az vasitəsilə müraciət prosesində peşəkar dəstək əldə […]

Vizam.az 05 noyabr 2026
Hindistan Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Hindistan Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Hindistan qədim tarixi, rəngarəng mədəniyyəti, möhtəşəm məbədləri və fərqli təbiəti ilə turistlərin maraq göstərdiyi ölkələrdən biridir. Hindistana səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları səfərdən əvvəl viza almalıdırlar. Hindistan vizası ilə bağlı ən çox verilən 10 sualın cavabını aşağıda tapa bilərsiniz. Azərbaycan vətəndaşları Hindistan vizasını onlayn ala bilərmi? Bəli. Azərbaycan vətəndaşları Hindistanın elektron viza (e-Visa) müraciəti üçün […]

Vizam.az 05 noyabr 2026
Polşaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Polşaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Polşa zəngin tarixi, möhtəşəm memarlığı, qədim şəhərləri və özünəməxsus mədəniyyəti ilə Avropanın maraqlı səyahət istiqamətlərindən biridir. Varşavanın müasir küçələrindən Krakovun tarixi meydanlarına qədər ölkənin hər bölgəsində kəşf etməyə dəyər fərqli məkanlar var. Polşaya səyahət etməyi planlaşdırırsınızsa, yola çıxmazdan əvvəl bilməli olduğunuz 10 maraqlı faktla tanış olun. Polşanın paytaxtı Varşavadır, lakin Krakov da turistlərin sevimli şəhərlərindən […]

Vizam.az 05 noyabr 2026
İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərəyə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza əvvəlcədən alınmalıdır. Turizm, ailə və dost ziyarəti, işgüzar səfər və digər qısamüddətli səfərlər üçün müraciət zamanı uyğun viza növü seçilməli və tələb olunan sənədlər hazırlanmalıdır. İngiltərə vizası ilə bağlı ən çox verilən sualların cavablarını aşağıda tapa bilərsiniz. İngiltərə vizası almaq üçün hansı sənədlər tələb olunur? Əsas sənədlərə […]

Vizam.az 04 noyabr 2026
Latviyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Latviyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Latviya Baltikyanı ölkələr arasında yerləşən, tarixi şəhərləri, sakit təbiəti, geniş meşələri və Baltik dənizinin gözəl sahilləri ilə seçilən Avropa ölkəsidir. Xüsusilə paytaxt Riqa özünəməxsus memarlığı, rəngarəng küçələri və tarixi İçərişəhəri ilə turistlərin diqqətini çəkir. Latviyaya səyahət etməyi planlaşdırırsınızsa, ölkənin mədəniyyəti, gündəlik həyat tərzi və turistlər üçün maraqlı xüsusiyyətləri haqqında əvvəlcədən məlumat əldə etmək faydalıdır. Səfərdən […]

Vizam.az 04 noyabr 2026
Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026
Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

Vizam.az 28 oktyabr 2026