URUQVAYA BİZNES VİZASI. NECƏ ƏLDƏ EDƏ BİLƏRİK?

Yeniləndi: 13 fevral 2025 1444 baxış 4 dəq. oxu

Cənubi Amerika əsl səyahətsevərlər üçün “turizm cənnəti” hesab oluna biləcək bir qitədir. Şübhəsiz, Uruqvay da öz coğrafiyası, təbiəti, okean sahilləri, paytaxt Mondevideo şəhəri, əyləncəli həyatı, mədəniyyəti və incəsənəti ilə bu “turizm cənnətində” özünəməxsus yer tutan bir ölkədir. Turizmdən əlavə, bu ölkə çox sayda biznes məqsədilə bura üz tutan iş adamlarına da ev sahibliyi edir. Siz də Uruqvaya səyahət edib həm işinizi görmək, həm də bu ölkəni kəşf etmək istəyirsinizsə, Uruqvay biznes (işgüzar səfər) vizasına müraciət edə bilərsiniz. Biznes vizaya müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

Uruqvay Viza Növləri

Uruqvaya səyahət planlayırsınızsa, Uruqvay səyahət vizası əldə edərək bu planınızı reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər.

Qısamüddətli biznes (işgüzar) səfərinizi reallaşdırmaq üçün də siz Fransa vizasının “biznes viza” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli biznes viza sizə Fransada daimi işləmək hüququ vermir, bu viza sizin öz biznes səfərinizi reallaşdırmağınız üçün təqdim olunur.

Uruqvay Turizm Vizası

Uruqvay vizasının təkgirişli və çoxgirişli növlərinə müraciət edə bilərsiniz. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir.

Qeyd edək ki, Uruqvay vizası əksər hallarda müraciətçinin viza müraciəti əsnasında ərizə formasında və digər sənədlərində göstərdiyi səyahət müddətinə tam uyğun şəkildə verilir.

Uruqvay Vizası Müraciəti üçün Sənədlər Toplusu

Uruqvay biznes vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. 2 ədəd 3x4 ölçüdə, ağ fonda şəkliniz
  8. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  9. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  10. İngilis dilində doldurulmuş ərizə forması
  11. Gedəcəyiniz iş qurumu, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Dəvət məktubunun orijinalı yoxdursa, siz skan versiyasını çap şəklində səfirliyə təqdim edə bilərsiniz. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır. Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Uruqvayda qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 dollar gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda siz bank hesabınızdan arayış təqdim etməyə bilərsiniz, ancaq hər bir halda məsləhətdir ki, öz adınıza hesabınızda olan kiçik də olsa, bir məbləğ göstərəsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

Azərbaycan vətəndaşları Uruqvay viza müraciətini Moskvada yerləşən Uruqvay səfirliyində edirlər.

Sənədlərin skan versiyası ilk öncə email vasitəsilə göndərilməlidir. Əgər viza təsdiqlənərsə, müraciətçi pasportu və sənədlərin əsli ilə birlikdə Moskvadakı Uruqvay səfirliyinə getməlidir. Viza rüsumu 42 USD-dir və Moskvada yerləşən bank vasitəsilə ödənilir. Viza nəticəsi, adətən, 15-25 iş gününə bəlli olur. Bəzi xüsusi hallarda öncədən səfirliklə əlaqə saxlanılaraq şəxsi iştirakı ləğv etmək və sənədləri kuryer vasitəsilə göndərmək mümkün ola bilər.

İşgüzar səfər məqsədilə vizaya müraciət etdikdə isə əlavə olaraq rəsmi blankda olan dəvət məktubu da təqdim olunmalıdır. İş yerindən arayış üzərində isə xərcləri kimin qarşılayacağı və səfərin məqsədi qeyd olunmalıdır.

Uruqvay Vizası Alma Ehtimalı

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Uruqvayda da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 300-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Uruqvay vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen və ya digər viza sahibi olmayan şəxslər üçün Uruqvay səfirliyi riskli səfirlik hesab olunmur. Təcrübəmizdə ilk vizalarını məhz bu səfirlikdən almış çox sayda müraciətçi olmuşdur. Əlbəttə, bunun üçün sizin digər bütün sənədləriniz qaydasında olmalıdır. Biznes vizaya müraciət zamanı isə təqdim edəcəyiniz rəsmi dəvət məktubu sizin viza alma şansınızı yetərincə yüksəldə bilər. Əgər dəvət məktubunuzda göstərilən səfər məqsəd və səbəbiniz sizin işlədiyiniz sahə ilə bağlıdırsa və ya siz daha öncə də oxşar biznes səfərlər həyata keçirmisinizsə, bu nüanslar sizin profilinizə kifayət qədər müsbət təsir göstərəcək.

Uruqvaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Uruqvay vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə sizin adınıza səfirlikdə görüş təyin edilməsi, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması və sistemə yüklənməsi, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Bunlardan əlavə, biz sizə səfirliyin qəbul etdiyi təqdirdə sənədlərinizin Moskvadakı səfirliyə kuryerlə çatdırılması və pasportunuzun geri qaytarılması, həmçinin viza ödənişinin edilməsi ilə bağlı da yardımçı ola bilərik. Bu əlavə xidmətin dəyəri 215 AZN təşkil edir. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ispan dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN olacaq. Ümumi olaraq isə bizim şirkətimizdə Uruqvay biznes vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 180 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Xoş səyahətlər!

Yeniləndi: 22.01.2025

Oxşar yazılar:

Fransa Səfirliyi vasitəsilə Fransa vizası müraciəti

Fransa Səfirliyi vasitəsilə Fransa vizası müraciəti

Fransa vizası almaq istəyirsinizsə, düzgün və rəsmi prosedurları bilmək çox vacibdir. İstər Fransa turist vizası, istər Fransa iş vizəsi, istərsə də Fransa Şengen vizası üçün müraciət edərkən sənədlərin düzgün hazırlanması və müraciətin vaxtında edilməsi əsas şərtlərdəndir. Bir çox müraciətçi Fransa səfirliyi viza müraciəti prosesi, tələb olunan sənədlər və müraciət qaydaları barədə ətraflı və dəqiq məlumata […]

Vizam.az 19 fevral 2026
Kanada Turist Vizası üçün Tələb Olunan Sənədlər

Kanada Turist Vizası üçün Tələb Olunan Sənədlər

Kanada Turist Vizası üçün tələb olunan sənədlər mövzusu, xüsusilə kanada vizasi ilə bağlı müraciət etməyi planlaşdıran şəxslərin ən çox axtardığı suallardandır. Hər il minlərlə vətəndaşımız kanada vizasi azerbaycan üzrə müraciət edir və ən çox verilən sual budur: Kanada turist vizası almaq üçün hansı sənədlər lazımdır və proses necə işləyir? Bu bloqda siz kanada turist vizasi […]

Vizam.az 17 fevral 2026
Macarıstan Səfirliyi Viza Xidməti

Macarıstan Səfirliyi Viza Xidməti

Avropaya səyahət planlaşdıran Azərbaycan vətəndaşları üçün Macarıstan Səfirliyi viza xidməti ən çox araşdırılan mövzulardan biridir. Xüsusilə Şengen zonasına daxil olan Macarıstana turizm, biznes, təhsil və ya ailə ziyarəti məqsədilə getmək istəyən şəxslər üçün düzgün və rəsmi proseduru bilmək vacibdir. Çünki Macarıstan vizası müraciəti zamanı sənədlərin tam və düzgün hazırlanması nəticəyə birbaşa təsir göstərir. Macarıstan Şengen […]

Vizam.az 16 fevral 2026
Amerikaya Viza Almaq İstəyirsiniz?

Amerikaya Viza Almaq İstəyirsiniz?

ABŞ dünyanın ən çox səyahət edilən, təhsil alınan və işləmək üçün seçilən ölkələrindən biridir. Hər il minlərlə insan amerika vizası almaq üçün müraciət edir və “amerika vizasi nece almaq olar?”, “amerikaya viza almaq çətindir?”, “amerika viza qiymeti nə qədərdir?” kimi suallara cavab axtarır. Əslində isə amerika vizası almaq prosesi düzgün məlumat və planlama ilə düşündüyünüzdən […]

Vizam.az 16 fevral 2026
Serbiyaya Viza Lazimdir?

Serbiyaya Viza Lazimdir?

Serbiya, zəngin tarixi, gözəl təbiəti və mədəni irsi ilə turistlərin diqqətini çəkən ölkələrdən biridir. Əgər siz də Serbiyaya səfər etməyi planlaşdırırsınızsa, ilk bilməli olduğunuz məsələ Serbiyaya viza tələb olunub-olunmamasıdır. Azərbaycan vətəndaşları üçün Serbiya viza qaydaları, müraciət proseduru və lazımi sənədlər haqqında məlumat önəmlidir. Serbiya vizası ilə bağlı əsas mövzulara baxdıqda, insanlar tez-tez soruşur: “Serbiyaya vizasız […]

Vizam.az 13 fevral 2026
Misir vizası ilə Misirə səyahət

Misir vizası ilə Misirə səyahət

Misir vizası ilə Misirə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün 2026-cı ildə tətbiq olunan qaydaları əvvəlcədən bilmək vacibdir. “Misirə viza lazımdırmı?”, “Azərbaycandan Misirə viza necə alınır?”, “Misir vizası almaq prosesi necədir?” kimi suallar ən çox axtarılan mövzular arasındadır. Bu yazıda Misir vizası haqqında bütün əsas məlumatları müraciət üsulları, tələb olunan sənədlər, qiymətlər və səyahət zamanı […]

Vizam.az 13 fevral 2026
İtaliya Vizası Almaq üçün Lazım Sənədlər Hansılardır?

İtaliya Vizası Almaq üçün Lazım Sənədlər Hansılardır?

İtaliya səfəri planlaşdırırsınızsa, İtaliya vizası almaq üçün hansı sənədlərin tələb olunduğunu bilmək vacibdir. İtaliya səfirliyi viza görüşü üçün hazırlıqlı olmaq, müraciət prosesini daha sürətli və rahat edir. Azərbaycandan İtaliya vizası almaq istəyən şəxslər üçün əsas sənədlər, prosedurlar və İtaliya səfirliyi Baku ilə əlaqə məlumatları haqqında ətraflı məlumat təqdim edirik. İtaliya vizası sənədləri turizm, təhsil və […]

Vizam.az 12 fevral 2026
2026-cı İldə Azərbaycan Vətəndaşlarının ən çox getdiyi  Vizasız Ölkələr

2026-cı İldə Azərbaycan Vətəndaşlarının ən çox getdiyi Vizasız Ölkələr

2026-cı ildə Azərbaycan vətəndaşlarının ən çox üstünlük verdiyi vizasız ölkələr səyahət planlayanlar üçün ən aktual mövzulardan biridir. Xarici pasportla vizasız gedilə bilən ölkələr həm əlavə sənəd yükünü azaldır, həm də daha sərfəli və rahat səyahət imkanı yaradır. Xüsusilə qısa müddətli istirahət, turistik səfər və ya spontan səyahət planlaşdıranlar üçün vizasız ölkələr 2026-cı ildə də ən […]

Vizam.az 12 fevral 2026
Şengen Vizası Dəstəyi üçün Sponsorluq Məktubu nədir?

Şengen Vizası Dəstəyi üçün Sponsorluq Məktubu nədir?

Şengen vizası üçün sponsorluq məktubu, viza müraciəti edən şəxsin Avropa Şengen ölkələrinə planlaşdırdığı səfər zamanı bütün və ya qismən maliyyə xərclərinin başqa bir şəxs (sponsor) tərəfindən qarşılanacağını rəsmi şəkildə təsdiq edən sənəddir. Bu məktub səfirlik və ya viza mərkəzi üçün müraciətçinin maddi baxımdan təmin olunduğunu göstərən əsas sübutlardan biridir. Sponsorluq məktubu xüsusilə Şengen turist vizası, […]

Vizam.az 10 fevral 2026
Sponsorluq məktubu nədir?

Sponsorluq məktubu nədir?

Sponsorluq məktubu viza müraciəti zamanı müraciətçinin səyahət xərclərinin tam və ya qismən başqa bir şəxs tərəfindən qarşılanacağını rəsmi şəkildə təsdiq edən sənəddir. Ən çox Şengen vizası, Böyük Britaniya vizası, ABŞ vizası və digər ölkələrə səfər zamanı tələb olunur. Sponsor adətən ailə üzvü, yaxın qohum və ya işəgötürən olur. Bu məktub səfirlik və ya viza mərkəzinə […]

Vizam.az 09 fevral 2026