Belçika Vizası Almaq Üçün Bilməli Olduqlarınız

Yeniləndi: 13 iyul 2026 367 baxış 6 dəq. oxu

Belçika Avropanın ən inkişaf etmiş ölkələrindən biri olmaqla yanaşı, zəngin tarixi, memarlıq abidələri, beynəlxalq təşkilatlara ev sahibliyi etməsi və yüksək həyat keyfiyyəti ilə hər il milyonlarla turistin diqqətini cəlb edir. Paytaxt Brüssel həm Avropa İttifaqının, həm də NATO-nun əsas qərargahlarının yerləşdiyi şəhərdir. Bununla yanaşı, Brügge, Gent və Antverpen kimi şəhərlər tarixi irsi, mədəniyyəti və turistik məkanları ilə səyahətsevərlərin ən çox üstünlük verdiyi istiqamətlər sırasındadır.

Azərbaycan vətəndaşları Belçikaya turizm, biznes, təhsil, ailə və dost ziyarəti və ya digər qısamüddətli məqsədlərlə səfər etmək üçün əvvəlcədən Şengen vizası almalıdırlar. Belçika Şengen zonasına daxil olduğundan bu viza sizə yalnız Belçikaya deyil, eyni zamanda digər Şengen ölkələrinə də səyahət etmək imkanı yaradır.

Lakin viza almaq üçün sadəcə sənədləri toplamaq kifayət etmir. Müraciət zamanı təqdim olunan məlumatların düzgün hazırlanması, maliyyə vəziyyətinin əsaslandırılması, səyahət planının aydın şəkildə göstərilməsi və sənədlərin tələblərə uyğun təqdim olunması müraciətin müsbət nəticələnməsində mühüm rol oynayır.

Bu məqalədə Belçika vizası almaq istəyən Azərbaycan vətəndaşlarının bilməli olduğu bütün vacib məlumatları ətraflı izah edəcəyik.

Belçika Şengen Vizası Nədir?

Belçika vizası, Belçikaya giriş hüququ verən və əksər hallarda Şengen vizası formasında təqdim olunan qısamüddətli vizadır. Bu viza ilə 180 gün ərzində maksimum 90 gün Şengen zonasında qalmaq mümkündür.

Əgər əsas səfər məqsədiniz Belçikadırsa və ya Şengen ölkələri arasında ən uzun müddət Belçikada qalacaqsınızsa, müraciətinizi məhz Belçika üzrə etməlisiniz.

Belçika Şengen vizası aşağıdakı məqsədlərlə istifadə olunur:

  • Turizm
  • İşgüzar səfərlər
  • Konfrans və tədbirlər
  • Ailə və dost ziyarəti
  • Qısamüddətli təhsil proqramları
  • Mədəni və idman tədbirləri
  • Tibbi müalicə

Əgər Belçikada 90 gündən artıq qalmağı planlaşdırırsınızsa, uzunmüddətli (D kateqoriyalı) milli viza üçün müraciət etməlisiniz.

Belçika Vizası Növləri

Səfər məqsədinizdən asılı olaraq müxtəlif viza növləri mövcuddur.

Turist Vizası - Belçikanın tarixi şəhərlərini gəzmək, istirahət etmək və turistik məqsədlərlə ölkəyə səfər etmək istəyən şəxslər üçün nəzərdə tutulur. Ən çox müraciət edilən viza növüdür.

Biznes Vizası - Belçikada keçiriləcək iş görüşləri, sərgilər, konfranslar və kommersiya tədbirlərində iştirak etmək istəyən şəxslər bu viza növünə müraciət edə bilərlər.

Adətən aşağıdakılar tələb olunur:

  • Dəvət məktubu
  • Şirkət arayışı
  • Ezamiyyət sənədləri

Ailə və Dost Ziyarəti Vizası - Belçikada yaşayan ailə üzvünü və ya dostunu ziyarət etmək istəyən şəxslər üçün nəzərdə tutulur.

Əsas sənədlər:

  • Dəvət məktubu
  • Dəvət edən şəxsin yaşayış sənədi
  • Şəxsiyyət vəsiqəsi və ya yaşayış icazəsinin surəti

Təhsil Vizası - Qısamüddətli kurslarda, təlimlərdə və ya akademik proqramlarda iştirak edəcək şəxslər üçün nəzərdə tutulur.

Belçika Şengen Vizası Üçün Tələb Olunan Sənədlər

Belçika Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  • Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  • Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  • Şəxsiyyət vəsiqənizin surəti
  • İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  • Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  • Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  • Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  • 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  • Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  • Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  • Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  • İngilis dilində doldurulmuş ərizə forması
  • Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  • Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Belçika Vizasına Necə Müraciət Etmək Olar?

Belçika vizası müraciəti bir neçə mərhələdən ibarətdir. Hər mərhələnin düzgün icra olunması müraciətin uğurla tamamlanması üçün vacibdir.Belçika Şengen vizası üçün müraciət Fransa Səfirliyinin Capago adlı viza müraciət mərkəzində olunur. Belçikanın ölkəmizdə konsulluğu fəaliyət göstərməməsi səbəbilə viza haqda qərar Fransa səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir. 

Sənədləri təqdim etmək üçün viza görüşü onlayn şəkildə əldə edilir. Sənədləri təqdim etmək üçün əvvəlcədən görüş təyini mütləqdir. Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir.

Barmaq izindən azad olan şəxslər aşağıdakı qruplara bölünür:

  • Son 3 ildə Şengen vizası alan və sistemdə barmaq izi olan şəxslər (Çexiya vizası istisna olmaqla)
  • 12 yaşdan aşağı uşaqlar
  • Barmaq izi verilməsi fiziki cəhətdən mümkün olmayan şəxslər
  • Diplomatik və ya xüsusi pasport sahibi olan və Belçikada diplomatik və ya konsulluq vəzifəsinə akreditə olunmuş şəxslər
  • Belçikada mərkəzi və ya nümayəndəliyi olan beynəlxalq təşkilatda səlahiyyət alacaq diplomatik və ya konsulluq personalı və onların ailə üzvləri (həyat yoldaşı və qayğıya ehtiyacı olan uşaqları)

Şengen viza proseduru müraciət tarixindən etibarən 3-5 iş günü çəkə bilər.

Ümumi proses aşağıdakı kimidir:

  • Səfər məqsədinizi müəyyənləşdirin.
  • Lazım olan sənədləri hazırlayın.
  • Viza müraciət formasını doldurun.
  • Viza mərkəzindən görüş (appointment) götürün.
  • Biometrik məlumatlarınızı təqdim edin.
  • Viza rüsumunu ödəyin.
  • Müraciətinizin nəticəsini gözləyin.

Müraciət zamanı səfirlik və ya viza mərkəzi əlavə sənədlər tələb edə və ya sizi qısa müsahibəyə dəvət edə bilər. Buna görə təqdim etdiyiniz bütün məlumatların düzgün və bir-birini tamamlaması vacibdir.

Belçika Vizası Neçə Günə Çıxır?

Belçika Şengen vizası üçün müraciətlərə baxılma müddəti müraciətin təqdim edildiyi dövrdən, səfirliyin iş yükündən və təqdim olunan sənədlərin tamlığından asılı olaraq dəyişə bilər.

Əksər hallarda Belçika vizası üçün qərar 15 təqvim günü ərzində verilir. Lakin yay mövsümü, bayram günləri və turizm mövsümündə müraciətlərin sayının artması səbəbindən bu müddət uzana bilər. Bəzi hallarda əlavə sənəd və ya yoxlama tələb olunduqda baxılma müddəti 30–45 günə qədər davam edə bilər.

Bu səbəbdən səfər tarixinizə son günlər qalmış müraciət etmək tövsiyə edilmir. Ən ideal variant planlaşdırılan səfərdən 1–2 ay əvvəl müraciətinizi tamamlamaqdır.

Belçika Vizası üçün Rüsum və Xərclər

Belçika vizasına müraciət edərkən bir neçə növ ödəniş nəzərə alınmalıdır.

Bunlara daxildir:

  • Səfirlik (Şengen) viza rüsumu
  • Viza mərkəzinin xidmət haqqı
  • Səyahət sığortası
  • Tərcümə və notariat xidmətləri (tələb olunduqda)
  • Viza dəstəyi xidməti (əgər istifadə edilirsə)

Qeyd etmək lazımdır ki, viza rüsumunun ödənilməsi vizanın mütləq veriləcəyi anlamına gəlmir. Müraciətə imtina verildiyi halda ödənilmiş rüsumlar geri qaytarılmır.

Belçika Vizası üçün Bank Hesabında Nə Qədər Pul Olmalıdır?

Belçika vizası üçün müraciət edən şəxsin səfər müddətində bütün xərclərini qarşılaya biləcəyini sübut etməsi vacibdir.

Səfirlik bank hesabında konkret məbləğ göstərməsə də, hesabdakı vəsait aşağıdakı xərcləri qarşılaya bilməlidir:

  • Aviabilet
  • Otel xərcləri
  • Gündəlik yaşayış xərcləri
  • Nəqliyyat
  • Digər şəxsi xərclər

Məbləğ planlaşdırılan səfərin müddətindən asılı olaraq dəyişir. Məsələn, 7 günlük səfər üçün təqribi 2000 euro hesabda yalnız minimal məbləğin deyil, bütün səfəri maliyyələşdirə biləcək vəsaitin olması daha məqsədəuyğundur.

Bundan əlavə, səfirlik yalnız bank balansına deyil, hesabın hərəkətinə də diqqət yetirir. Son anda hesaba böyük məbləğ köçürülməsi etibarlı maliyyə vəziyyəti kimi qiymətləndirilməyə bilər. Buna görə bank çıxarışının müntəzəm gəlir və maliyyə dövriyyəsini əks etdirməsi tövsiyə olunur.

Belçika Vizasından İmtina Səbəbləri

Belçika vizası üçün müraciətin rədd edilməsinin müxtəlif səbəbləri ola bilər. Ən çox rast gəlinən səbəblər aşağıdakılardır.

Natamam və ya yanlış sənədlər - Sənədlərdə uyğunsuzluq, çatışmazlıq və ya yanlış məlumatların olması müraciətin mənfi qiymətləndirilməsinə səbəb ola bilər.

Maliyyə imkanlarının kifayət etməməsi - Səfər müddətində xərclərinizi qarşılaya biləcəyinizi sübut edə bilmədikdə viza almaq çətinləşə bilər.

Səyahət məqsədinin kifayət qədər əsaslandırılmaması - Səfərin məqsədi, qalacağınız ünvan və planınız aydın şəkildə izah edilmədikdə əlavə suallar yarana bilər.

Saxta və ya etibarsız sənədlərin təqdim edilməsi - Saxta sənədlər təqdim etmək yalnız imtinaya deyil, gələcək Şengen müraciətlərinə də mənfi təsir göstərə bilər.

Əvvəlki viza qaydalarının pozulması - Əgər əvvəlki Şengen vizalarından istifadə zamanı qanun pozuntusu və ya icazə verilən müddətdən artıq qalma halları olubsa, bu da müraciətin nəticəsinə təsir edə bilər.

Tez-tez Verilən Suallar

Belçikaya getmək üçün Azərbaycan vətəndaşlarına viza lazımdır?

Bəli. Azərbaycan vətəndaşlarının Belçikaya qısamüddətli səfərləri üçün Şengen vizası almaları tələb olunur.

Belçika vizası neçə girişli olur?

Viza müraciətin nəticəsindən asılı olaraq təkgirişli, iki girişli və ya çoxgirişli (multiple entry) verilə bilər.

Belçika vizası ilə digər Şengen ölkələrinə getmək olar?

Bəli. Etibarlı Şengen vizası ilə vizanın istifadə qaydalarına riayət etməklə digər Şengen ölkələrinə də səfər etmək mümkündür.

Belçika vizası üçün biometrik məlumat vermək lazımdır?

Bəli. Əksər müraciətçilər barmaq izi və biometrik məlumat təqdim etməlidirlər. Son illərdə etibarlı biometrik məlumat təqdim etmiş şəxslər üçün bəzi istisnalar tətbiq oluna bilər.

Vizaya nə qədər əvvəl müraciət etmək lazımdır?

Səfər tarixindən ən azı 4–8 həftə əvvəl müraciət etmək tövsiyə olunur. Bu, mümkün gecikmələrin qarşısını almağa kömək edir.

Belçika vizası ilə neçə gün qalmaq olar?

Qısamüddətli Şengen vizası ilə 180 gün ərzində maksimum 90 gün Belçikada və digər Şengen ölkələrində qalmaq mümkündür.

Belçikaya Viza Dəstəyi

Belçika Şengen vizası üçün müraciət zamanı sənədlərin düzgün hazırlanması və bütün prosedurların qaydalara uyğun yerinə yetirilməsi müraciətin uğurla nəticələnməsi üçün böyük əhəmiyyət daşıyır. Buna görə də peşəkar dəstək almaq həm vaxtınıza qənaət edir, həm də mümkün səhvlərin qarşısını almağa kömək edir.

Vizam.az olaraq Belçika Şengen vizası müraciətinizin bütün mərhələlərində sizə dəstək göstəririk. Xidmətimiz çərçivəsində sizin adınıza viza mərkəzində görüş təyin edilir, viza ərizə formanız düzgün şəkildə doldurulur və bütün sənədləriniz müraciət tələblərinə uyğun olaraq yoxlanılıb hazırlanır. Eyni zamanda səfər planınıza uyğun aviabilet rezervasiyası, otel bronu və Şengen tələblərinə uyğun səyahət sığortasının hazırlanması ilə bağlı da sizə kömək edirik. Müraciət prosesi boyunca komandamız sizi məlumatlandırır, lazımi konsultasiyanı təqdim edir və viza nəticəsi açıqlanana qədər müraciətinizi izləyir.

Əgər müraciət zamanı sənədlərinizin notarial qaydada ingilis dilinə tərcüməsi və təsdiqlənməsi tələb olunarsa, bu xidmət üzrə də sizə yardımçı ola bilərik. Tərcümə və notariat xidməti hər bir sənəd üçün əlavə 16 AZN təşkil edir.

Belçika Şengen vizasına dəstək xidmətimizin qiyməti bir nəfər üçün 79 AZN-dir. Qeyd edək ki, səyahət sığortasının dəyəri xidmət haqqına daxil deyil və ayrıca hesablanır. Bir həftəlik səyahət sığortasının qiyməti adətən 16–18 AZN arasında dəyişir və istəsəniz bu sığortanı müstəqil şəkildə də əldə edə bilərsiniz.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Belçika vizası üçün müraciətinizi bizimlə daha rahat və etibarlı şəkildə həyata keçirmək istəyirsinizsə, Vizam.az vasitəsilə sifarişinizi yerləşdirə və ya əlavə məlumat almaq üçün 010 300 01 35, 050 300 01 35 və 055 300 01 35 nömrələri ilə bizimlə əlaqə saxlaya bilərsiniz.

Sizə uğurlu viza müraciəti və xoş səyahətlər arzulayırıq!

Oxşar yazılar:

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026
Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

Vizam.az 28 oktyabr 2026
Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstana səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza alınması vacib şərtlərdən biridir. Bolqarıstan 1 yanvar 2025-ci ildən etibarən Şengen zonasına tamhüquqlu üzv olduğu üçün ölkəyə turistik, işgüzar və digər qısamüddətli səfərlər üçün Şengen vizası tələb olunur. Bolqarıstan vizası ilə yalnız bu ölkəyə deyil, Şengen zonasına daxil olan digər ölkələrə də səyahət etmək mümkündür. Bunun üçün […]

Vizam.az 28 oktyabr 2026
Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya vizası üçün müraciət edərkən maliyyə vəziyyətinizi təsdiq edən sənədlərdən biri tələb olunur. Azərbaycan vətəndaşları üçün bu məqsədlə bank arayışı təqdim edilməlidir. Bank hesabından çıxarış tələb olunmur. Sənədləri hazırlayarkən bank arayışı ilə bank çıxarışının fərqini bilmək vacibdir. Aşağıda Yaponiya vizası müraciətində bu sənədlə bağlı əsas məqamları izah edirik. Yaponiya Vizası üçün Hansı Bank Sənədi Lazımdır? […]

Vizam.az 27 oktyabr 2026
Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Birləşmiş Ştatlarına səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza müraciəti səfər hazırlığının vacib mərhələsidir. ABŞ-a turizm, ailə və dost ziyarəti və ya işgüzar səfər məqsədilə getməyi planlaşdırırsınızsa, səfər məqsədinizə uyğun viza kateqoriyasını müəyyənləşdirməlisiniz. Vizam.az-da Amerika vizası dəstəyi xidmət haqqı 31 oktyabr 2026-cı il tarixinədək cəmi 100 AZN-dir! Kampaniyadan yararlanaraq viza müraciətiniz üçün dəstək ala […]

Vizam.az 22 oktyabr 2026
Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanadaya səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün Kanada vizası əvvəlcədən hazırlanmalı olan əsas sənədlərdən biridir. Turizm, ailə ziyarəti və ya işgüzar səfər məqsədilə Kanadaya getməyi planlaşdırırsınızsa, viza növünü düzgün seçmək və tələb olunan sənədləri hazırlamaq vacibdir. Bu məqalədə Kanada vizası üçün müraciət qaydası, tələb olunan sənədlər, rüsumlar və müraciət zamanı diqqət edilməli məqamlarla tanış ola […]

Vizam.az 21 oktyabr 2026
Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Viza müraciəti zamanı sənədlərin təqdim edilməsi, biometrik məlumatların verilməsi və görüş prosesinin düzgün tamamlanması vacib mərhələlərdən biridir. Azərbaycanda bəzi ölkələrin viza müraciətləri Visametric Baku vasitəsilə həyata keçirilir. Visametric Baku-ya müraciət etməzdən əvvəl görüş qaydaları, tələb olunan sənədlər və müraciət prosesi haqqında məlumatlı olmaq vaxt itkisinin və sənəd çatışmazlığının qarşısını almağa kömək edə bilər. Visametric Baku […]

Vizam.az 01 oktyabr 2026
Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa vizası üçün müraciət etmək istəyən Azərbaycan vətəndaşları C tipli Şengen vizası üçün Polşanın Azərbaycandakı konsulluq xidməti vasitəsilə e-Konsulat sistemində qeydiyyatdan keçməli və sənədləri şəxsən təqdim etməlidirlər. Polşa vizası turizm, biznes, ailə və dost ziyarəti, təhsil və digər qısamüddətli səfərlər üçün tələb oluna bilər. C tipli Şengen vizası üçün müraciət prosesində ərizə formasının doldurulması, görüşün […]

Vizam.az 30 sentyabr 2026