Şengen vizası nədir və necə almaq olar?

Yeniləndi: 22 may 2025 3009 baxış 9 dəq. oxu
Шенгенская виза vizam.az
Шенгенская виза vizam.az

Madriddə günorta saatlarında bir parkda oturub isti nata yeyirsən, insanlar günəşlənir və həyat çox yavaş gedir. Romada köhnə bir küçədə pizza alırsan, ayaqüstü yeyirsən. Parisdə səhər tezdən bir kafedə oturursan, baget, yağ, bir də kafe au lait hamısı sadə şeylərdi, amma yerində başqa cür gəlir. Hansısı olursa-olsun, bunları reallaşdırmaq ücün ilk addım Şengen vizasını almaqdır. Və bütün bunlar üçün sizə sadəcə bir viza lazımdır – Şengen vizası.

Şengen vizası, Avropanın 27 ölkəsini bir araya gətirən Şengen zonaları arasında sərbəst hərəkət etməyə imkan verir. Bu viza sayəsində siz bir səfərdə birdən çox ölkəni gözəl gəzə, turizm və ya təhsil məqsədi ilə Avropada asanlıqla səyahət edə bilərsiniz.

Şengen zonasına daxil olan ölkələr

Şengen zonalarına daxil olan ölkələr bunlardır: Almaniya, Fransa, Hollandiya, Belçika, Avstriya, İspaniya, İtaliya, Portuqaliya, Polşa, Şimali Makedoniya, Litva, Latviya, Estoniya, Slovakiya, Sloveniya, Şərqiyə Avropa ölkələri və başqaları.

Şengen vizası ilə sərbəst hərəkət imkanı

Bu viza sizə bir səfər daxilində bir neçə Şengen ölkəsini gəzmə imkanı verir. Məsələn, İspaniyadan daxil olub, Fransaya, sonra Almaniyaya davam edib, İtaliyadan çıxış edə bilərsiniz.

Şengen Vizası Nədir?

Şengen vizası, Avropa qitəsində yerləşən və Şengen razılaşmasına qoşulmuş ölkələrə səyahət etmək üçün verilən icazə sənədidir. Bu viza, adını 1985-ci ildə Lüksemburqun Şengen qəsəbəsində imzalanmış razılaşmadan alır. Razılaşmanın əsas məqsədi iştirakçı ölkələr arasında sərhəd nəzarətini aradan qaldırmaq və insanların sərbəst şəkildə bir ölkədən digərinə keçməsinə şərait yaratmaqdır. Şengen vizası sayəsində bir və ya bir neçə ölkəyə səfər etmək istəyən şəxs sadəcə bir viza alaraq bu ölkələr arasında sərbəst hərəkət edə bilir.

Bu viza əsasən qısa müddətli səfərlər üçün nəzərdə tutulur və adətən 90 günə qədər qalmağa icazə verir. Bu müddət 180 günlük dövr ərzində hesablanır, yəni 180 gün ərzində maksimum 90 gün Şengen zonasında qala bilərsiniz. Şengen vizası ilə həmin ölkələr arasında ayrıca sərhəd nəzarəti olmadan səyahət etmək mümkündür. Məsələn, əgər siz Almaniyaya viza almısınızsa və bu viza çox girişlidir, o zaman Almaniyadan Fransaya, oradan da İtaliyaya sərbəst şəkildə keçə bilərsiniz, əlavə viza və ya sərhəd yoxlanışı tələb olunmur.

Şengen vizası yalnız vizanın verildiyi məqsədə uyğun istifadə olunmalıdır. Yəni əgər siz turizm məqsədi ilə viza almısınızsa, onu iş üçün istifadə etmək mümkün deyil. Eyni zamanda, viza müraciəti edərkən əsas səfər ölkəniz hansıdırsa, vizanı da həmin ölkənin səfirliyindən almaq məcburiyyətindəsiniz. Məsələn, əsas səfər planınız İspaniyaya üçündürsə, viza müraciətiniz İspaniya səfirliyi və ya viza mərkəzinə təqdim edilməlidir. Vizanın düzgün istifadə olunmaması gələcəkdə müraciətlərə mənfi təsir göstərə bilər.

Şengen vizasının növləri

Qısa müddətli turist vizası (C tipi)

Ən çox müraciət edilən viza növüdür. Səyahət, istirahət, ailə görüşü və ya qısa biznes səfərləri üçün verilir. 90 günə qədər qalmağa icazə verir. Viza birdəfəlik və ya çoxdəfəlik ola bilər.

İşgüzar səfər vizası

Əgər bir şirkət dəvəti ilə tədbir, görüş və ya konfransa qatılırsınızsa, bu viza alınmalıdır. Dəvət məktubu və işgüzar fəaliyyətlə bağlı sənədlər əsas şərtdir.

Tələbə vizası (qısa müddətli)

Qısa müddətli kurslar, seminarlarda iştirak üçün nəzərdə tutulur. Əgər uzunmüddətli təhsil almaq istəyirsinizsə, D tipi tələbə vizasına müraciət olunmalıdır.

Tranzit vizası

Hava limanlarında uçuş dəyişdirərkən lazım ola bilər. Əgər Şengen ölkəsində aeroportdan çıxmırsınızsa, çox zaman bu viza tələb olunmur. Amma bəzi ölkələrdə tranzit üçün belə viza şərtdir.

Uzun müddətli (D tipi) viza və onun fərqləri

Təhsil, ailə birləşməsi, iş icazəsi və ya uzunmüddətli yaşamaq məqsədilə verilir. D tipi viza ilə həmin ölkədə yaşamaq, işləmək və qeydiyyata düşmək mümkündür. Bu viza ilə digər Şengen ölkələrində yalnız qısa səfərlər etmək olar.

Hansı ölkədən müraciət daha asandır?

Polşa,Fransa, Almaniya kimi ölkələr viza təsdiq faizləri baxımından daha yüksəkdir. Şengen viza müraciəti etdiyiniz zaman bu ölkələr dəyərli alternativ ola bilər.

Şengen vizası prosesi

Səyahət planınızı müəyyən edin. Hansı ölkəyə gedəcəksinizsə, o ölkənin səfirliyindən viza almalısınız.

Viza müraciət formunu doldurun. Düzgün və oxunaqlı şəkildə doldurulması çox vacibdir.

Viza üçün gərəkli sənədləri hazırlayın. Aşağıda bu sənədlərə bəxt verilir.

Viza görüşü üçün tarix təyin edin. Online sistemlə ən çox məmurət görülən addım budur.

İndi bu prosesləri tək-tək izah edək.

Şengen Vizası necə alınır?

Şengen vizası üçün müraciət etməzdən əvvəl viza mərkəzləri və səfirliklər haqqında ətraflı məlumatlı olmaq vacibdir. Hər mərkəzin qəbul etdiyi ölkələr, sənəd qəbulu qaydaları, ödəniş məbləğləri və cavab müddətləri fərqlidir. Aşağıda Azərbaycanda ən çox istifadə olunan viza mərkəzləri və səfirliklər haqqında ətraflı məlumat təqdim olunur:

VFS Global mərkəzi Avstriya, Bolqarıstan, Xorvatiya, Çexiya, İslandiya, İtaliya, Latviya, Litva və Norveç kimi ölkələrin viza müraciətlərini qəbul edir. Randevu prosesi onlayn sistem vasitəsilə həyata keçirilir və müraciətçi əvvəlcədən görüş təyin etməlidir. VFS Global viza mərkəzi haqqında ətraflı məlumat almaq istəyirsinizsə, viza proseslər, görüş götürülməsi, rüsumlar üçün buraya klik edərək ətraflı məlumatların olduğu bloga keçid edəcəksiniz. Randevu zamanı tələb olunan sənədlərin düzgün və tam şəkildə təqdim olunması vacibdir. Ödəniş məbləği 35 avrodur. Bakıdakı ofisi Xətai rayonu, Cavanşir küçəsində yerləşir. Əlavə olaraq sənəd tərcüməsi, foto çəkilişi və sürətli xidmət kimi imkanlar da təqdim olunur. Viza cavabı adətən 7–15 iş günü ərzində verilir, lakin bu müddət müraciət edilən ölkəyə görə dəyişə bilər. Rəsmi səhifəyə klik edərək keçid edə bilərsiniz.

Visametric yalnız Almaniya vizaları ilə məşğul olur. Müraciət prosesi elektron randevu → sənəd qəbulu → biometrik məlumatların alınması ardıcıllığı ilə həyata keçirilir. Əgər Visametric viza mərkəzi haqqında viza prosesi, görüş alınması və rüsumlarla bağlı ətraflı məlumat əldə etmək istəyirsinizsə, buraya klikləyərək müvafiq bloqa keçə bilərsiniz. Randevu aldıqdan sonra sənədlər təqdim olunur və barmaq izi verilir. Ödəniş 35 avrodur. Viza cavab müddəti 10–15 iş günü təşkil edir. Qeyd etmək lazımdır ki, planlaşdırılmış səyahət tarixindən 180 gündən tez olmayaraq müraciət qəbul edilir. Rəsmi səhifəyə klik edərək keçid edə bilərsiniz.

Capago viza mərkəzi Fransa, Belçika, Lüksemburq, Monako, Hollandiya, Portuqaliya, İspaniya və İsveç kimi ölkələrin vizaları üçün xidmət göstərir. Proses onlayn qeydiyyat, sənədlərin təqdimatı və biometrik məlumatların toplanması ilə həyata keçirilir. Capago viza mərkəzi ilə bağlı viza prosesi, görüş təyin edilməsi və rüsumlar haqqında daha ətraflı məlumat üçün buraya klikləyərək bloqa keçid edə bilərsiniz. Əlavə xidmətlərə premium paket, sənəd tərcüməsi, foto çəkilişi və sürətli xidmət imkanları daxildir. Viza ödənişi 35 avrodur və cavab adətən 7–15 iş günü ərzində verilir.Rəsmi səhifəyə klik edərək keçid edə bilərsiniz.

BLS viza mərkəzi Macarıstan və Slovakiya vizaları üçün müraciətləri qəbul edir. Görüşlər BLS-in rəsmi saytı vasitəsilə təyin olunur, lakin sənədlər Visametric vasitəsilə təqdim edilməlidir. Əlavə xidmətlərə premium paket, sənəd tərcüməsi, foto çəkilişi və təyinat dəyişiklikləri daxildir. Viza üçün 35 avro ödənilir və cavab müddəti 7–15 iş günüdür. Müraciət səyahətdən 3 ay öncədən erkən, 15 iş günündən gec olmayaraq edilməlidir.Rəsmi səhifəyə klik edərək keçid edə bilərsiniz.

Yunanıstan vizası üçün birbaşa Yunanıstan Səfirliyinə müraciət edilir. Əgər sənədlər tam və düzgün təqdim olunarsa, cavab müddəti adətən 7–14 gün arasında dəyişir. Ödəniş 35 avrodur.

İsveçrə vizası üçün də müraciət birbaşa İsveçrə Səfirliyinə edilir. Cavab müddəti təxminən 10–15 iş günü çəkir. Sənədlərin düzgünlüyü bu müddətin qısalmasına təsir edə bilər. Ödəniş 35 avrodur.

Polşa vizası üçün Polşa Səfirliyinə müraciət olunur. Sənədlər düzgün təqdim edildikdə cavab müddəti 10–15 iş günü təşkil edir. Ödəniş məbləği 35 avrodur.

Rumıniya vizası üçün müraciətlər Rumıniya Səfirliyində qəbul olunur. Cavab müddəti 10–15 iş günü ərzində verilir. Sənədlərin tamlığı vacib rol oynayır. Ödəniş 35 avrodur.

Viza mərkəzlərindən və səfirliklərdən istifadə etməzdən əvvəl hər birinin rəsmi saytında yerləşdirilən məlumatlarla tanış olmaq, tələb olunan sənədləri düzgün şəkildə hazırlamaq və randevu prosesini diqqətlə izləmək mütləqdir. Rədd cavabı almamaq üçün bu mərhələlərdə diqqətli olmaq əsas şərtdir.

Şengen vizası üçün tələb olunan sənədlər

  • Pasport: Viza başa çatdıqdan sonra ən azı 3 ay etibarlı olmalıdır. Son 10 il ərzində verilməlidir və ən azı 2 boş səhifəsi olmalıdır.
  • Viza ərizə forması: Rəsmi viza forması doldurulmalı və imzalanmalıdır.
  • Fotoşəkil: 3.5x4.5 sm ölçüdə, son 6 ayda çəkilmiş, fonu açıq rəngli, biometrik qaydalara uyğun.
  • Səyahət sığortası: Şengen zonasında minimum 30.000 avro məbləğində tibbi sığorta təmin edilməlidir.
  • Aviabilet və otel bronları: Gediş-dönüş uçuş bileti və yaşayış yeri ilə bağlı təsdiqedici sənədlər təqdim olunmalıdır.
  • Maddi vəsait sübutları: Son 3 ayın bank çıxarışı, maaş arayışı və ya sponsorluq məktubu təqdim olunmalıdır.
  • Dəvət məktubu: Əgər kimsə tərəfindən dəvət almısınızsa, bu məktub rəsmi formada olmalı və əlavə sənədlərlə (şəxsiyyət vəsiqəsi, yaşayış yerinin sənədi) təsdiqlənməlidir.
  • Əlavə sənədlər:
    • Məşğulluq sənədi (iş yerindən arayış)
    • Tələbə bileti və ya universitetdən arayış
    • Sahibkarlıq sənədi (VÖEN, vergi hesabatı və s.)

Şengen viza qiymətləri

Viza Mərkəzi Hansı ölkələrin vizasını qəbul edir? Viza Rüsumu Ünvan və iş saatları
VFS Global Avstriya, Bolqarıstan, Xorvatiya, Çexiya, İslandiya, İtaliya, Latviya, Litva, Norveç. 35 avro Ünvan: Neftçilər prospekti, Crescent business Center 6 ci mertebe
İş saatları: Bazar ertəsi–Cümə, 09:00–16:00
Visametric Almaniya 35 avro Ünvan: Bakı, D.Əliyeva küçəsi 106, Winter Park Plaza, 1 mərtəbə)
İş saatları: Bazar ertəsi–Cümə, 09:00–16:00
Capago Fransa, Belçika, Lüksemburq, Monako, Hollandiya, Portuqaliya, İspaniya, İsveç. 35 avro Ünvan: Globus Center, 609, Jafar Jabbarli street, Baku, Azerbaijan
İş saatları: Bazar ertəsi–Cümə, 09:00–17:00
BLS Macarıstan, Slovakiya. 35 avro Ünvan:Slovakiya və Macarıstan görüşləri BLS saytından təyin edib, sənədləri visametricə təhvil vermək lazımdr.
İş saatları: Bazar ertəsi–Cümə, 10:00-17:00

Azərbaycanda viza xidmətlərinin qiyməti səfirliklərə, vasitəçi qurumlara görə dəyişir. 2025-ci ilin Şengen Vizası Rüsumları: Ən Son Dəyişikliklər bloqumuzda ən aktual qiymətlər siyahısını oxuya bilərsiniz.

Şengen vizası neçə günə verilir?

Viza cavabı adətən 14 iş günü daxilində gəlir. Bəzi hallarda bu vaxt uzana bilər, xüsusən sənədlər natamam olduqda.

Azərbaycandan Şengen vizası almaq ücün tövsiyələr

Azərbaycandan Şengen vizası almaq istəyənlər üçün bir neçə vacib məsləhət və tövsiyə var ki, müraciət prosesini daha asan, problemsiz və uğurlu etmək mümkündür. İlk növbədə, viza müraciətində əsas şərt lazımi sənədlərin tam, düzgün və vaxtında hazırlanmasıdır. Şengen vizası müraciətində sənədlərin düzgün tərtib olunmaması və ya sənədlərin əksik olması ən çox rast gəlinən səbəblərdən biridir və bu, viza müraciətinin rədd edilməsinə gətirib çıxara bilər. Ona görə də sənədlərin siyahısını diqqətlə yoxlamaq və bütün tələblərə cavab verdiyinə əmin olmaq vacibdir.

Ən önəmlisi səyahət planını dəqiq hazırlamaqdır. Müraciət etdiyiniz ölkəyə səyahət tarixlərini, qalacağınız otelin və ya qonaq evinin rezervasiyasını, həmçinin uçuş biletlərini əvvəlcədən təşkil etməlisiniz. Səyahət məqsədiniz turizm, işgüzar səfər, təhsil və ya ailə ziyarəti olsun, bunu təsdiqləyən sənədlər təqdim olunmalıdır. Məsələn, işgüzar səfər üçün dəvət məktubu, təhsil üçün qəbul sənədi kimi əlavə sənədlər tələb olunur. Səyahət planının aydın və məntiqli olması viza rəyində müsbət rol oynayır.

Bundan əlavə, maliyyə vəziyyətinizi təsdiqləyən sənədlər çox önəmlidir. Bank hesabınızda kifayət qədər vəsaitin olması, gəlirinizi sübut edən sənədlər (maaş arayışı, vergi bəyannaməsi və s.) göstərməlisiniz ki, səfirlik sizə səyahət müddətində özünüzü təmin edə biləcəyinizə əmin olsun. Maliyyə güvənliyi Şengen vizası üçün əsas tələblərdən biridir.

Viza randevusu alarkən vaxtı yaxşı seçmək də vacibdir. Səyahət tarixindən çox əvvəl müraciət etmək yaxşıdır, çünki bəzi hallarda sənədlər əlavə yoxlanışa göndərilə bilər və cavab müddəti uzana bilər. Şengen vizası üçün müraciət səyahətdən ən erkən 6 ay, ən gec isə 15 iş günü əvvəl edilməlidir. Son dəqiqə müraciətlərdən çəkinmək məsləhətdir.

Randevu zamanı mütləq özünüz iştirak etməli və biometrik məlumatlarınızı təqdim etməlisiniz. Şəxsi müsahibə zamanı səfirlik əməkdaşının suallarına aydın və səmimi cavablar vermək vacibdir.

Əlavə olaraq, viza rüsumlarını vaxtında ödəmək və ödəniş qəbzini saxlamaq lazımdır. Rüsumların məbləği müraciət etdiyiniz ölkədən asılı olaraq dəyişə bilər, lakin ümumiyyətlə 35 avro civarındadır. Rüsumlar geri qaytarılmır, buna görə də müraciət zamanı diqqətli olmaq vacibdir.

Nəhayət, müraciət zamanı mümkün riskləri də nəzərə almaq lazımdır. Əgər əvvəlki vizalarınız rədd olunubsa, bunu mütləq izah edən sənədlər və ya əlavə sübutlar təqdim etməlisiniz. Viza rəddinin səbəblərini anlamadan təkrar müraciət etmək uğursuzluqla nəticələnə bilər.

Şengen Vizası Müraciətində Uyğunluq Kimlər Şengen Vizası Ala bilər?

Şengen vizası üçün müəyyən uyğunluq şərtləri mövcuddur və bu vizaya kimlərin müraciət edə biləcəyi qanunla tənzimlənir. Ümumilikdə, Şengen vizası almaq istəyən şəxslər müəyyən kriteriyalara cavab verməlidirlər. Gəlin bunları geniş şəkildə izah edək.

Əvvəla, Şengen vizasına müraciət edə bilmək üçün əsas şərt şəxsiyyət vəsiqəsi və ya pasportunun olmasıdır. Pasportunuzun ən azı müraciət tarixindən sonra 3 ay müddətində qüvvədə olması tələb olunur. Bundan başqa, pasportunuzda ən azı iki boş viza səhifəsi olmalıdır.

Müraciət edən şəxsin Şengen ölkələrindən hər hansı birinə qanuni səfər məqsədi olmalıdır: turizm, işgüzar səfər, təhsil, ailə ziyarəti, tibbi müalicə və ya tranzit kimi. Hər bir səfər növü üçün təqdim ediləcək sənədlər və şərtlər fərqli ola bilər, lakin ümumi məqsəd qanuni və məqbul səfərdir.

Müraciət edən şəxs müvafiq maliyyə təminatına sahib olmalıdır. Bu, səyahət müddətində özünü təmin edə biləcəyini sübut etmək üçündür. Bank hesabında kifayət qədər vəsaitin olması, gəlir mənbəyinin göstərilməsi və ya sponsorluq edən şəxsin təminat verməsi vacibdir.

Şengen vizası üçün müraciət edən şəxsin əsas tələblərindən biri rəsmi iş yerinin olmasıdır. Rəsmi iş yerində çalışan şəxslərin aylıq gəlirləri müəyyən bir intervalda olmalıdır ki, bu da səyahət zamanı maliyyə təminatının kifayət qədər olduğunu göstərir.

Əgər müraciət edən şəxs rəsmi iş yerinə malik deyilsə, bu halda birinci dərəcəli ailə üzvləri (məsələn, valideynlər, həyat yoldaşı və ya övladlar) sponsorluq edə bilərlər. Sponsor olan şəxslərin aylıq gəliri üçün maliyyə təminatının inandırıcı olması vacibdir.

Biznes sahibi olan şəxslər üçün isə sizin aylıq dövriyyəniz əsas şərtdir. Onlar rəsmi gəlirlərini sübut etmək üçün son 6 aylıq dövriyyə çıxarışını təqdim etməlidirlər. Bu sənəd sahibkarın maliyyə vəziyyətinin etibarlı olduğunu və səyahət müddətində özünü təmin edə biləcəyini göstərir. Vergi ödəyicisi nömrəsi (VÖEN) də müraciətdə mütləq göstərilməlidir.

Müraciət edən şəxs əvvəlki viza tarixçəsinə malik olmalıdır və əgər əvvəlki viza rədd olunubsa, bu barədə səbəbləri açıqlamalı və əlavə sənədlər təqdim etməlidir. Şengen zonasında qanunlara riayət etmiş şəxslər üstünlük təşkil edir.

Tez-tez verilən suallar

Şengen vizası ilə neçə ölkəyə səyahət etmək olar?
27 Şengen ölkəsinə sərbəst səyahət imkanı verilir.

Şengen vizası bitdikdən sonra uzadıla bilərmi?
Uzadıla bilməz. Yenidən müraciət edilməlidir.

İşsiz və ya rəsmi iş yeri olmayanlar Şengen vizası ala bilərmi?
Bəli, lakin bu halda birinci dərəcəli ailə üzvləri və ya başqa sponsorlardan maliyyə dəstəyi göstərə bilmək lazımdır.

Şengen vizasına müraciət etmək üçün ən ideal zaman nə vaxtdır?
Şengen vizasına müraciət etmək planlaşdırılan səyahətdən 3 ay əvvəl və ən gec səyahət tarixindən 15 iş günü əvvələ qədər mümkündür.

Viza müraciəti rədd olarsa, yenidən müraciət etmək mümkündürmü?
Bəli, rədd cavabı alan şəxs səbəbləri nəzərə alaraq sənədlərini yeniləyib yenidən müraciət edə bilər.

Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Xoş səyahətlər!

Oxşar yazılar:

Yunanıstan Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Yunanıstan Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Yunanıstan Şengen vizası, Avropaya səyahət planlayan Azərbaycan vətəndaşları üçün ən çox seçilən vizalardan biridir. Tarixi abidələri, Egey dənizi sahilləri və xüsusilə Santorini və Mikonos kimi məşhur turizm adaları ilə tanınan Yunanıstan həm yay istirahəti, həm də qısa müddətli səyahətlər üçün ideal istiqamət hesab olunur. Yunanıstan vizası əldə etməklə siz yalnız bu ölkəyə deyil, eyni zamanda […]

Vizam.az 24 aprel 2026
Şengen Viza Qaydalarında Ən Son Dəyişikliklər

Şengen Viza Qaydalarında Ən Son Dəyişikliklər

Schengen Area vizası Avropanın bir çox ölkəsinə vahid viza ilə səyahət imkanı yaradan ən çox tələb olunan vizalardan biridir. Bu viza ilə turistlər, işgüzar səfər edənlər və ailə ziyarəti məqsədi ilə səyahət edən şəxslər Şengen zonasına daxil olan ölkələr arasında sərbəst hərəkət edə bilirlər. Şengen vizası əsasən qısa müddətli səfərlər üçün verilir və adətən 180 […]

Vizam.az 21 aprel 2026
İtaliya Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

İtaliya Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Italy Avropanın ən çox səyahət edilən ölkələrindən biri olmaqla yanaşı, həm turizm, həm də biznes məqsədli səfərlər üçün geniş maraq doğuran istiqamətlərdəndir. Tarixi şəhərləri, mədəni irsi və Şengen zonasına daxil olması səbəbilə İtaliyaya səyahət etmək istəyən şəxslər üçün viza prosesi mühüm mərhələ hesab olunur. Viza müraciəti zamanı sənədlərin düzgün hazırlanması və tələblərə uyğun təqdim edilməsi […]

Vizam.az 21 aprel 2026
Montenegro Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Montenegro Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Montenegro son illərdə Azərbaycan vətəndaşları üçün populyar turistik istiqamətlərdən biri olsa da, 2026-cı ildən etibarən ölkəyə səyahət qaydalarında mühüm dəyişiklik baş verib. Əvvəllər mövcud olan vizasız rejim ləğv olunmuş və artıq Monteneqroya səfər etmək istəyən şəxslər üçün viza tələbi tətbiq edilmişdir. Bu dəyişiklik, ölkəyə giriş prosedurlarını daha planlı və sənəd əsaslı hala gətirmişdir. Monteneqro vizası […]

Vizam.az 21 aprel 2026
Macarıstan Şengen Vizası Ən Çox Verilən 10 Sual

Macarıstan Şengen Vizası Ən Çox Verilən 10 Sual

Macarıstan Şengen vizası Avropaya səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün ən çox müraciət edilən vizalardan biridir. Bu viza vasitəsilə yalnız Macarıstana deyil, eyni zamanda digər Şengen ölkələrinə də sərbəst şəkildə səyahət etmək mümkündür. Turizm, işgüzar səfər və ya qohum ziyarəti kimi məqsədlərlə müraciət edilən Macarıstan vizası üçün düzgün sənədlərin hazırlanması və müraciət prosesinin qaydalara uyğun […]

Vizam.az 16 aprel 2026
Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Şengen vizası Avropaya səyahət etmək istəyənlər üçün ən çox müraciət olunan viza növlərindən biridir. Bu viza vasitəsilə Şengen Zonası daxilində olan bir çox ölkəyə tək bir icazə ilə səfər etmək mümkündür. Turizm, işgüzar səfərlər, ailə ziyarəti və qısa müddətli digər məqsədlər üçün nəzərdə tutulan Şengen vizası, səyahət planlarını daha rahat və çevik şəkildə həyata keçirməyə […]

Vizam.az 16 aprel 2026
Azərbaycan Vətəndaşları üçün Xorvatiya Vizası

Azərbaycan Vətəndaşları üçün Xorvatiya Vizası

Xorvatiya Avropanın ən gözəl və turistik ölkələrindən biri olmaqla yanaşı, son illərdə Azərbaycan vətəndaşlarının da ən çox maraq göstərdiyi səyahət istiqamətlərindən biridir. Xorvatiya Adriatik dənizi sahilində yerləşən şəhərləri, tarixi memarlığı və yay turizmi ilə xüsusilə seçilir. Bu ölkəyə səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün əsas suallardan biri isə Xorvatiya vizası ilə bağlıdır. Azərbaycan vətəndaşları üçün […]

Vizam.az 10 aprel 2026
TLS Contact Baku Ən Çox verilən Top 10 Sual

TLS Contact Baku Ən Çox verilən Top 10 Sual

TLScontact beynəlxalq səviyyədə fəaliyyət göstərən viza xidmət mərkəzidir və bir çox ölkələrin səfirlikləri ilə əməkdaşlıq edərək viza müraciət prosesinin texniki hissəsini idarə edir. Almaniya və digər Şengen ölkələri üçün müraciətlər zamanı TLS Contact sənədlərin qəbulu, randevu sisteminin idarə olunması və biometrik məlumatların toplanması kimi əsas mərhələləri həyata keçirir. Bu mərkəz viza qərarı verən orqan deyil, […]

Vizam.az 10 aprel 2026
Almaniya Şengen Vizası Top 10 Ən Çox Verilən Sual

Almaniya Şengen Vizası Top 10 Ən Çox Verilən Sual

Almaniya Şengen vizası Avropaya səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün ən çox müraciət edilən vizalardan biridir. Bu viza vasitəsilə siz yalnız Almaniyaya deyil, eyni zamanda bütün Şengen zonasına daxil olan ölkələrə də səyahət edə bilərsiniz. Şengen vizası qısa müddətli (C kateqoriyası) viza olub, adətən 180 gün ərzində maksimum 90 gün qalmaq imkanı yaradır. Turizm, işgüzar […]

Vizam.az 10 aprel 2026
Vyetnam Səyahəti: Vyetnam Elektron Vizası

Vyetnam Səyahəti: Vyetnam Elektron Vizası

Vyetnam son illərdə Azərbaycanlı turistlər üçün həm ekzotik təbiəti, həm zəngin mədəniyyəti, həm də münasib səyahət xərcləri ilə diqqət çəkən istiqamətlərdən birinə çevrilib. Cənub-Şərqi Asiyada yerləşən bu ölkə tropik iqlimi, möhtəşəm çimərlikləri və fərqli kulinariya təcrübəsi ilə səyahət sevənlər üçün unikal imkanlar təqdim edir. Bu səbəbdən Vyetnama səfər etmək istəyənlərin sayı ildən-ilə artır. Vyetnama səyahət […]

Vizam.az 06 aprel 2026