2025-ci ildə Visametric Viza Mərkəzi Necə İşləyir?

Yeniləndi: 28 iyul 2026 6842 baxış 5 dəq. oxu

Yəqin ki, son zamanlar viza almağa çalışan bir çox insandan “Visametric” adını eşitmisiniz. Xüsusilə də Şengen vizası üçün sənədlər toplayanlar arasında bu ad çox tanış səslənir. Bəs Visametric viza qəbul mərkəzi nədir və orada sizi nələr gözləyir? Əgər ilk dəfə viza müraciəti edirsinizsə və bu proseslə tanış deyilsinizsə, bu yazı sizin üçün tam doğru yerdir.

Visametric – əsasən Şengen ölkələrinə viza almaq istəyənlər üçün rəsmi sənəd qəbul mərkəzidir. Bu qurum konsulluqların yerinə sənədləri toplayır, barmaq izi prosedurunu həyata keçirir və viza müraciətinizi texniki baxımdan idarə edir. Yəni siz birbaşa konsulluğa deyil, Visametric-ə müraciət edərək viza prosesini başlatmış olursunuz. Bu da həm vaxt, həm də sistem baxımından müraciətçilər üçün müəyyən asanlıqlar yaradır.

Ancaq unutmayın ki, visametric viza müraciət prosesi müəyyən qaydalara əsasən aparılır. Əvvəlcədən onlayn randevu almaq, lazım olan sənədləri düzgün hazırlamaq və görüş günü vaxtında mərkəzdə olmaq vacibdir. Bir çox insan bu mərhələdə səhvlər etdiyi üçün vizası gecikir və ya ümumiyyətlə rədd cavabı alır. Xüsusilə də visametric randevu sistemi necə işləyir, sənədlər hansı qaydada təqdim olunmalıdır kimi suallara cavab tapmaq çox vacibdir.

Bu yazıda sizə azərbaycan vətəndaşları üçün visametric viza müraciət prosesi, görüş alma qaydası, sənədlərin hazırlanması, barmaq izi proseduru və ən çox edilən səhvlər barədə ətraflı məlumat verəcəyik. Məqsədimiz budur ki, viza alma prosesi sizin üçün bir stres deyil, rahat və aydın bir yol olsun. Əgər siz də yaxın zamanda Türkiyə və ya Avropa ölkələrindən birinə səyahət etməyi planlaşdırırsınızsa, Visametric-lə bağlı bilməli olduğunuz hər şeyi bu bloqda tapa biləcəksiniz.

Visametric xidmədləri: Hansı Ölkələr üçün Uygundur ?

Almaniya vizası üçün Azərbaycan vətəndaşları Visametric xidmətlərindən faydalana bilərlər. Eyni zamanda, Slovakiya və Macarıstan görüşləri BLS saytından təyin edilməsinə baxmayaraq, sənədləri visametricə təhvil verilir. Visametric, Almaniya səfirliyinin və konsulluqlarının rəsmi sənəd qəbul mərkəzi olaraq fəaliyyət göstərir. Bu mərkəz vasitəsilə Almaniya vizası almaq üçün aşağıdakı xidmətlərdən yararlanmaq mümkündür:

  1. Viza Müraciəti və Sənəd Qəbulu
    Visametric, Almaniya vizası üçün müraciət edən şəxslərin sənədlərini toplayır və qəbul edir. Bu sənədlər arasında pasport, fotoşəkil, səyahət sığortası, maliyyə vəziyyəti ilə bağlı sənədlər və digər tələb olunan dokumentlər yer alır.
  2. Barmaq İzi Proseduru
    Almaniya vizası üçün biometrik barmaq izi təqdim etmək məcburidir. Visametric, bu proseduru həyata keçirərək barmaq izlərini alır və konsulluğa göndərir.
  3. Görüş Təyin Edilməsi
    Visametric vasitəsilə Almaniya vizası üçün onlayn randevu sistemi mövcuddur. Randevu alma prosesi asanlaşdırılır və sənədlərinizin düzgün şəkildə təqdim edilməsi təmin edilir.
  4. Viza Növünə Görə Xüsusi Tələblər
    Almaniya vizası üçün tələb olunan sənədlər və prosedurlar, turist vizası, iş vizası və ya təhsil vizası kimi viza növünə görə dəyişə bilər. Visametric, hər viza növü üçün xüsusi tələbləri izləyərək, müvafiq sənədlərin təqdim edilməsini təmin edir.
  5. Viza Rüsumları və Ödənişlər
    Visametric, Almaniya vizası üçün ödənilməsi lazım olan rüsumları qəbul edir və müraciət edənlərə müvafiq ödənişləri bildirir.
  6. Viza Statusu və İzləmə
    Visametric, müraciət edənlərə viza statuslarını izləmək üçün onlayn platforma təqdim edir. Beləliklə, siz Almaniya vizanızın vəziyyətini asanlıqla izləyə bilərsiniz.

Viza üçün nə qədər vaxt əvvəl müraciət edə bilərəm?

Viza üçün müraciət nəzərdə tutulan səfərdən 6 ay əvvəl təqdim edilə bilər. Bir qayda olaraq planlaşdırılan səfərin başlanmasından ən az 15 təqvim günü əvvəl viza üçün müraciət edilməlidir. Əsaslandırılmış xüsusi təcili hallarda səfirlik planlaşdırılan səfərin başlanmasına 15 təqvim günündən az vaxt qaldıqda viza ərizəsini qəbul edə bilər.

Viza ərizəsi üçün lazım olan sənədlərin tam siyahısı

Əgər Visametric vasitəsilə Şengen vizası üçün müraciət edirsinizsə, aşağıdakı sənədləri tam şəkildə təqdim etməlisiniz. Sənədlərin düzgün və tam şəkildə təqdim olunması viza nəticənizə birbaşa təsir edir. Gəlin, sənədləri kateqoriyalar üzrə ayıraq:

  • Şəxsiyyət və səyahət sənədləri
    • Xarici pasport (ən azı 3 ay vizanın bitmə tarixindən sonra etibarlı, 2 boş səhifəsi olmalıdır)
    • Pasportun şəkil olan səhifəsinin, əvvəlki vizaların və möhürlərin surətləri
    • Şəxsiyyət vəsiqəsi (əsli + ön və arxa səhifələrin surəti)
    • Biometrik pasport şəkli (ölçü: 3.5 x 4.5 sm)
    • Doldurulmuş və imzalanmış viza ərizə forması
    • Viza rüsumunun ödənişi (detallar üçün Visametric-in "Rüsumlar" bölməsinə baxın)
  • Səyahət sığortası
    • Ən azı 30.000 avro və ya 50.000 dollar tibbi xərcləri əhatə etməlidir
    • Bütün Şengen ölkələri üçün keçərli olmalıdır
    • Sığorta sənədi (əsli + surəti)
  • Yetkinlik yaşına çatmayanlar üçün əlavə sənədlər
    • Doğum haqqında şəhadətnamə (əsli + surəti)
    • Notarial razılıq (valideyn və ya qəyyum tərəfindən verilmiş, 6 aydan köhnə olmamalı)
    • Valideynin və ya qəyyumun pasportunun və varsa vizasının surəti
  • Qalacağınız yerə dair sübut
    • Otel rezervasiyası və ya dəvət məktubu/vauçer
    • Əgər Almaniyada daşınmaz əmlakınız varsa – reyestr çıxarışı (6 aydan köhnə olmamalı)
  • Səyahət biletləri və planı
    • Gediş-gəliş biletlərinin rezervasiyası
    • Qeyd: Səfirlik vizanı almadan əvvəl biletin alınmasını tövsiyə etmir
  • Səfər xərclərinin maliyyələşdirilməsinə dair sübutlar
    • Son 3 ay üzrə bank çıxarışları və ya kredit kart hesabatları
    • Maaş arayışları və ya vergi sənədləri
    • Səyahət çekləri (əgər varsa)
  • Ailə və iqtisadi bağları sübut edən sənədlər (əgər varsa)
    • Nikah şəhadətnaməsi, doğum şəhadətnaməsi, şəxsiyyət vəsiqələrinin surətləri
    • Daşınmaz əmlak sənədi və ya notarial qaydada bağlanmış icarə müqaviləsi
  • İş statusuna görə əlavə sənədlər
    • Muzdlu işçilər üçün:
      • İş yerindən rəsmi arayış (möhürlü, imzalı, tarixli, əlaqə məlumatlı)
      • Arayışda işçinin adı, vəzifəsi, maaşı, işlədiyi müddət göstərilməlidir
      • Arayış ingilis və ya alman dilinə tərcümə olunmalıdır (rəsmi və ya notarial)
    • Sahibkarlar üçün:
      • Şirkətin qeydiyyat şəhadətnaməsi + VÖEN
      • Əvvəlki rüb üzrə maliyyə dövriyyəsini göstərən vergi arayışı (QR kodlu)
    • Tələbə və şagirdlər üçün:
      • Oxuduğu təhsil müəssisəsindən arayış (mövcud statusu və qeydiyyatı göstərilməlidir)
    • Pensiyaçılar üçün:
      • Pensiya haqqında rəsmi arayış
QEYDLƏR:
  • Saxta və ya səhv sənədlərin təqdim edilməsi və düzgün olmayan məlumatların verilməsi ərizənizin rədd edilməsinə və bəlkə də Almaniyaya giriş qadağasına səbəb olacaq (və bununla da bütün digər Şengen bölgəsi üzv dövlətlərinə)!
  • Yalnız tam ərizələr işlənə bilər. Tamamlanmamış sənədlərin təqdim edilməsi rədd cavabına səbəb ola bilər və ödənilmiş haqq geri qaytarılmayacaqdır.
  • Nümayəndəliklər ayrı-ayrı hallarda əlavə sənədlər tələb etmək hüququnu özündə saxlayırlar.
  • Yerli dildə təqdim olunan hər bir sənəd mütləq şəkildə Alman və ya İngilis dillərinə tərcümə olunmalıdır.

Viza Rüsumları

Viza rüsumları müraciət etdiyiniz viza növünə və səfirliyin tələblərinə əsasən müəyyən edilir. Rüsumların miqdarı və ödəniş qaydaları ilə bağlı ən son məlumatı Visametric-in rəsmi internet səhifəsindəki “Rüsumlar” bölməsindən əldə edə bilərsiniz.

  • VisaMetric və VİP servis ödənişi (AZN) nağd və ya nağdsız (POS-terminal vasitəsilə) şəkildə həyata keçirilə bilər. Məbləğ gündəlik mübadilə məzənnəsinə uyğun olaraq tənzimlənir.
  • Viza haqqı nağd şəkildə və ya kredit kartla (AZN) ödənilə bilər və məbləğ diplomatik nümayəndəliyin elan etdiyi məzənnəyə uyğun hesablanır.
  • VIP xidmətindən istifadə edən şəxslər həm Visa, həm də VisaMetric rüsumlarını ödəməlidirlər.
  • Aşağıdakı kateqoriyalara aid şəxslər müvafiq sübut təqdim etməklə viza rüsumundan azaddırlar:
    • Alman vətəndaşlarının həyat yoldaşları
    • Alman vətəndaşlarının 18 yaşdan aşağı övladları
    • Azyaşlı alman vətəndaşının valideynləri
    • AB (Avropa Birliyi) vətəndaşlarının həyat yoldaşları *
    • Avropa Birliyi vətəndaşının və ya onun həyat yoldaşının uşaqları
    • Sərbəst hərəkət hüququ olan AB vətəndaşı (məsələn, Almaniyada yaşayan Fransız vətəndaşı)
    • Qeyd: Almaniyada yaşayan Alman vətəndaşları bu güzəştdən istifadə edə bilməz.
    • 6 yaşadək uşaqlar

Viza haqqı - Şengen vizası

0 – 6 yaş 6–12 yaş 12+ yaş
Azərbaycan vətəndaşları üçün 0 € 0 € 67 AZN (35 €)
Başqa vətəndaşlar 0 € 86 AZN (45 €) 172 AZN (90 €)
Sadələşdirilmiş viza rejimi olan dövlətlərin vətəndaşları
(Albaniya, Ermənistan, Belarus, Bosniya, Gürcüstan, Cape Verde, Makedoniya, Moldova, Çernoqoriya, Serbiya, Ukrayna vətəndaşları)
0 € 0 € 67 AZN (35 €)

Viza Proseduru

1. Ərizənin təsdiqindən əvvəl:

  • Ərizə üçün lazımi sənədləri hazırlayın.
  • Viza üçün sənədlər 09:00-16:00 aralığında təqdim oluna bilər.

2. Təsdiq zamanı:

  • VisaMetric mərkəzində sənədlər yoxlanılır və barmaq izi götürülür. Buradan sənədlər müvafiq xarici nümayəndəliyə göndərilir.
  • Əlavə xidmətlərdən istifadə edə biləcəyinizi unutmayın.

3. Təsdiqdən sonra:

  • Ərizənizi veb səhifəsində izləyə bilərsiniz.
  • Əməliyyat başa çatdıqdan sonra VisaMetric mərkəzimizdən pasportunuzu ala bilərsiniz və ya seçiminizə əsasən kuryer xidməti vasitəsilə ünvanınıza çatdırıla bilər.

Şengen vizası Şengen ərazisində (ölkələrində) 90 günə qədər səyahət etməyə imkan verir. Viza müraciətləri üzrə qaydalara əsasən, səfərinizə gedəcək vəya səfərinizin böyük bir hissəsini sərf edəcəyiniz ölkənin respublikadakı diplomatik nümayəndəliyinə viza üçün müraciət etməlisiniz. Əsas hədəf Almaniyadan başqa bir Şengen dövləti olduqda, ərizə müvafiq Şengen təmsilçiliyinə təqdim edilməlidir

Görüş Təyin Edilməsi

Şengen vizası üçün müraciət etmədən əvvəl aşağıdakı məlumatlara diqqət yetirin:

  • Viza üçün sənədlər 09:00-16:00 aralığında təqdim oluna bilər.
  • Şengen vizasına müraciət etmək üçün saytımızda əvvəlcədən vaxt təyin etməklə sənədləri təqdim edə bilərsiniz.
  • Səfərin başlanmasından ən azı 180 gün əvvəl Şengen vizası üçün müraciət edə bilərsiniz.
  • Tələb olunan sənədləri vaxtında çatdırın
  • Almaniyaya viza üçün müraciət etmək istəyən xaricdə təhsil alan tələbələr təhsil aldıqları ölkədə müraciət etməlidirlər.

1 dekabr 2024-cü il tarixindən etibarən xüsusi D-Visa növləri üçün ərizələr yalnız Konsulluq Xidmətləri Portalı vasitəsilə onlayn olaraq təqdim edilə bilər.

Əgər siz:

  • Blue Card (Aİ)
  • Peşəkar təlim keçmiş ixtisaslı işçi kimi işə qəbul olmaq üçün viza
  • Akademik kimi işə başlamaq üçün viza
  • İş təcrübəsi ilə işə başlamaq üçün viza ilə bağlı müraciət edirsinizsə
  • Şans kartı
  • Peşə təhsili və təlimi üçün
  • Tələbələr, abituriyentlər və hazırlıq dil kurslarının iştirakçıları

Konsulluq Xidmətləri Portalı vasitəsilə müraciət etməyiniz xahiş olunur.

Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Xoş səyahətlər!

Oxşar yazılar:

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026
Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

Vizam.az 28 oktyabr 2026
Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstana səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza alınması vacib şərtlərdən biridir. Bolqarıstan 1 yanvar 2025-ci ildən etibarən Şengen zonasına tamhüquqlu üzv olduğu üçün ölkəyə turistik, işgüzar və digər qısamüddətli səfərlər üçün Şengen vizası tələb olunur. Bolqarıstan vizası ilə yalnız bu ölkəyə deyil, Şengen zonasına daxil olan digər ölkələrə də səyahət etmək mümkündür. Bunun üçün […]

Vizam.az 28 oktyabr 2026
Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya vizası üçün müraciət edərkən maliyyə vəziyyətinizi təsdiq edən sənədlərdən biri tələb olunur. Azərbaycan vətəndaşları üçün bu məqsədlə bank arayışı təqdim edilməlidir. Bank hesabından çıxarış tələb olunmur. Sənədləri hazırlayarkən bank arayışı ilə bank çıxarışının fərqini bilmək vacibdir. Aşağıda Yaponiya vizası müraciətində bu sənədlə bağlı əsas məqamları izah edirik. Yaponiya Vizası üçün Hansı Bank Sənədi Lazımdır? […]

Vizam.az 27 oktyabr 2026
Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Birləşmiş Ştatlarına səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza müraciəti səfər hazırlığının vacib mərhələsidir. ABŞ-a turizm, ailə və dost ziyarəti və ya işgüzar səfər məqsədilə getməyi planlaşdırırsınızsa, səfər məqsədinizə uyğun viza kateqoriyasını müəyyənləşdirməlisiniz. Vizam.az-da Amerika vizası dəstəyi xidmət haqqı 31 oktyabr 2026-cı il tarixinədək cəmi 100 AZN-dir! Kampaniyadan yararlanaraq viza müraciətiniz üçün dəstək ala […]

Vizam.az 22 oktyabr 2026
Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanadaya səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün Kanada vizası əvvəlcədən hazırlanmalı olan əsas sənədlərdən biridir. Turizm, ailə ziyarəti və ya işgüzar səfər məqsədilə Kanadaya getməyi planlaşdırırsınızsa, viza növünü düzgün seçmək və tələb olunan sənədləri hazırlamaq vacibdir. Bu məqalədə Kanada vizası üçün müraciət qaydası, tələb olunan sənədlər, rüsumlar və müraciət zamanı diqqət edilməli məqamlarla tanış ola […]

Vizam.az 21 oktyabr 2026
Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Viza müraciəti zamanı sənədlərin təqdim edilməsi, biometrik məlumatların verilməsi və görüş prosesinin düzgün tamamlanması vacib mərhələlərdən biridir. Azərbaycanda bəzi ölkələrin viza müraciətləri Visametric Baku vasitəsilə həyata keçirilir. Visametric Baku-ya müraciət etməzdən əvvəl görüş qaydaları, tələb olunan sənədlər və müraciət prosesi haqqında məlumatlı olmaq vaxt itkisinin və sənəd çatışmazlığının qarşısını almağa kömək edə bilər. Visametric Baku […]

Vizam.az 01 oktyabr 2026
Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa vizası üçün müraciət etmək istəyən Azərbaycan vətəndaşları C tipli Şengen vizası üçün Polşanın Azərbaycandakı konsulluq xidməti vasitəsilə e-Konsulat sistemində qeydiyyatdan keçməli və sənədləri şəxsən təqdim etməlidirlər. Polşa vizası turizm, biznes, ailə və dost ziyarəti, təhsil və digər qısamüddətli səfərlər üçün tələb oluna bilər. C tipli Şengen vizası üçün müraciət prosesində ərizə formasının doldurulması, görüşün […]

Vizam.az 30 sentyabr 2026