2026-ci ildə VFS Global Viza Mərkəzi Necə İşləyir?

Yeniləndi: 09 iyul 2026 4523 baxış 5 dəq. oxu

Əgər Avropa ölkələrindən birinə səyahət planlaşdırırsınızsa və viza almaq lazımdırsa, yolunuz böyük ehtimalla VFS Global-dan keçəcək. VFS Global, viza müraciət prosesini sadələşdirmək və sürətləndirmək üçün dünyada lider xidmət təminatçılarından biridir. 2001-ci ildən bəri fəaliyyət göstərən şirkət, 2025-ci ildə viza müraciət edənlərin həyatını daha da asanlaşdırmaq üçün müasir texnologiyalar və innovativ xidmətlər təqdim edir. Hər il milyonlarla insan VFS Global vasitəsilə viza alır və bu xidmət, səyahətçilərə viza müraciətini rahat, təhlükəsiz və sürətli şəkildə həyata keçirməyə imkan verir.VFS Global, yalnız viza müraciətinin qəbulunu təmin etmir, həmçinin biometrik məlumatların toplanması, sənədlərin yoxlanması və viza nəticələrinin izlənməsi kimi bir çox əlavə xidmətləri də təklif edir. Şirkət, dünya üzrə 140-dan çox ölkədə fəaliyyət göstərir və 2000-dən çox mərkəzə sahibdir, bu da onu qlobal viza xidmət bazarında lider vəziyyətə gətirir.

Bu bloqda VFS Global viza prosesi, müraciət üçün tələb olunan sənədlər, online qeydiyyat və görüş təyin etmə qaydası, eləcə də viza üçün nə qədər əvvəl müraciət etməli olduğunuz kimi bütün vacib suallara cavab tapa biləcəksiniz. Məqsədimiz sizə vizaya müraciət zamanı qarşılaşacağınız mərhələləri aydın və sadə dildə izah etməkdir.

VFS Global Xidmətləri: Hansı Ölkələr üçün Uyğundur?

Əgər siz xarici ölkəyə səyahət, iş, təhsil və ya müalicə məqsədilə viza almaq istəyirsinizsə, çox güman ki, müraciət prosesinizdə VFS Global sizin əsas ünvanınız olacaq. Çünki bir çox ölkələrin Azərbaycandakı səfirlikləri və konsulluqları viza sənədlərinin qəbulu və ilkin yoxlanması üçün VFS Global ilə əməkdaşlıq edir.

VFS Global sadəcə sənədlərin toplanması ilə məhdudlaşmır — o, həmçinin biometrik məlumatların qəbul edilməsi, viza statusunun izlənməsi, tərcümə və foto xidmətləri, premium xidmətlər, səfirliyə çatdırılma və geri qaytarılma prosesini də öz üzərinə götürür.

Hazırda Azərbaycanda VFS Global vasitəsilə viza müraciəti edə biləcəyiniz ölkələr: Avstriya, Bolqarıstan, Xorvatiya, Çexiya, İslandiya, İtaliya, Latviya, Litva, Norveç.

Əlavə xidmətlər:

  1. Kuryer xidməti -  Müraciət edənlərin rahatçılığı üçün şirkət daşınma şirkətləri ilə müqavilə bağlayaraq sizin sənəd və pasportunuzu daha güvənli formada sizə çatdıra bilər. Daşınma şirkətləri sənəd və pasportlarınızı Azərbaycanın bölgəsindən asılı olmayaraq, bir dəfəlik adresə kimi çatdırır.
  2. Ərizə formasının doldurulması - Müraciətçilər Viza Müraciət Mərkəzində ərizə formasının doldurması xidmətindən də istifadə edə bilərlər. 
  3. Surətin çıxarılması - Müraciətçilər Viza Müraciət Mərkəzimizdə kserokopiya servisimizdən də istifadə edə bilərlər.

VFS Global Əlavə Xidmətlərin Qiymətləri (1 nəfər üçün)

Xidmətin adı Qiymət (AZN ilə, ƏDV daxil)
Kuryer xidməti 8 AZN
Ərizə formasının doldurulması 38 AZN
Sənədin (surətin) çıxarılması 1 AZN

Viza üçün nə qədər vaxt əvvəl müraciət edə bilərəm?

Viza üçün müraciət nəzərdə tutulan səfərdən 6 ay əvvəl təqdim edilə bilər. Bir qayda olaraq planlaşdırılan səfərin başlanmasından ən az 15 təqvim günü əvvəl viza üçün müraciət edilməlidir. Əsaslandırılmış xüsusi təcili hallarda səfirlik planlaşdırılan səfərin başlanmasına 15 təqvim günündən az vaxt qaldıqda viza ərizəsini qəbul edə bilər.

Viza ərizəsi üçün lazım olan sənədlərin tam siyahısı

2025-ci ildə Şengen zonası ölkələrinə səyahət etmək üçün viza müraciətində tələb olunan ümumi və əlavə sənədlərin siyahısını təqdim edirik. Bu sənədlər VFS Global vasitəsilə viza almaq istəyən Azərbaycan vətəndaşları üçün aktualdır.

Şengen vizasına və digər qısa müddətli vizalara müraciət edən Azərbaycan vətəndaşları üçün sənəd siyahısı

Ümumi sənədlər (hər müraciətçi üçün məcburidir):

  1. Viza ərizə forması – İngilis və ya alman dilində tam və aydın şəkildə doldurulmuş.
  2. Pasport – Minimum 2 boş səhifəsi olmalı və Şengen zonasını tərk etdikdən sonra ən az 3 ay etibarlı qalmalıdır. Azərbaycan vətəndaşı olmayan şəxslər yaşayış icazəsi kartını da təqdim etməlidir. Bu kart da Şengen zonasını tərk etdikdən sonra ən az 3 ay etibarlı olmalıdır.
  3. 1 ədəd biometrik şəkil – ICAO standartlarına uyğun, 3.5x4.5 sm ölçüdə, son 6 ay ərzində çəkilmiş və ərizə formasına yapışdırılmış.
  4. Səyahət sığortası – Şengen zonasında qalacağınız bütün müddət üçün keçərli olmalı, minimum 30,000 avro məbləğində tibbi xərcləri və geri dönüş xərclərini qarşılamalıdır.
  5. Dəvət məktubu – Əgər dəvət edən şəxs varsa: Avstriyadan alınmış Elektron Sponsorluq Məktubu (EVE) və ya ailə üzvündən alınmış yazılı sponsorluq məktubu.

Qeyd:

  • Bütün sənədlər A4 formatında təqdim edilməlidir.
  • Azərbaycan dilində olan sənədlər (şəxsiyyət vəsiqəsi istisna olmaqla) ingilis və ya alman dilinə tərcümə olunmalıdır.
  • Aviabiletləri yalnız viza təsdiqləndikdən sonra almaq tövsiyə olunur. Müraciət üçün sadəcə bilet rezervasiyası kifayətdir.

Mütləq təqdim edilməli olan sənədlərin surətləri:

Pasportun məlumat səhifəsinin və son 3 ildə alınmış Şengen vizalarının, giriş-çıxış möhürlərinin surəti

Şəxsiyyət vəsiqəsinin surəti

Azərbaycan vətəndaşı olmayan şəxslər üçün – Yaşayış icazəsi kartının surəti

Əlavə dəstəkləyici sənədlər (EU uyğunlaşdırılmış siyahı əsasında):

  1. Aviabilet rezervasiyası – Gediş-dönüş bilet rezervasiyası və ya planlaşdırılan nəqliyyat sübutu.
  2. Otel rezervasiyası və ya qalacaq yerin təsdiqi – Qonaqlamanı göstərən sənəddə aşağıdakılar qeyd olunmalıdır:
    • Viza müraciət edən şəxsin adı və soyadı
    • Qalmaq müddəti
    • Otelin əlaqə məlumatları
    Tibbi müalicə məqsədli səfərlərdə – müalicə müəssisəsindən qalma təsdiqi
  3. Maddi vəziyyət sübutu –
    • Son 3 ayın bank çıxarışı
    • Daşınmaz əmlak çıxarışı və ya digər gəlir gətirən aktivlərin sənədi
    • Pensiya vəsiqəsi və ya digər müntəzəm gəlir sübutu
  4. Əməkdaş olan şəxslər üçün:
    • İş yerindən məktub (şirkət blankında, möhür və imza ilə): işçinin vəzifəsi, əmək haqqısı, işə başlama tarixi, iş yeri ünvanı, əlaqə nömrələri
    • Elektron iş qeydiyyatı portaldan çıxarış (www.e-gov.az)
  5. Şirkət sahibi olanlar üçün:
    • Dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya notarial təsdiqli çıxarış
    • VÖEN və son vergi hesabatı
  6. Tələbə və şagirdlər üçün:
    • Oxuduğu məktəb və ya universitetdən arayış
  7. 18 yaşdan kiçiklər üçün:
    • Doğum haqqında şəhadətnamə
    • Valideyn(‑lər)dən notarial qaydada razılıq:
      a) Uşaq tək səyahət edirsə
      b) Uşaq yalnız bir valideynlə səyahət edirsə
      c) Hüquqi qəyyumla səyahət edirsə
    • Valideynlə uşağın soyad və ad fərqlidirsə – nikah şəhadətnaməsi, övladlığa götürmə sənədi və ya ad/soyad dəyişməsini təsdiq edən sənəd
  8. Səfərdən sonra ölkəni tərk etmək niyyətini sübut edən sənədlər:
    • Ailəyə və peşəyə bağlılıq (iş yeri arayışı, ailə əlaqələri)
    • Daşınmaz əmlak, uzunmüddətli kirayə və ya icarə müqaviləsi
  9. Azərbaycan vətəndaşı olmayan, lakin Azərbaycanda yaşayan şəxslər üçün:
    • Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşayış icazəsi kartı (Şengen zonası tərk edildikdən sonra minimum 3 ay etibarlı olmalıdır)

Viza müraciətinizin uğurlu olması üçün təqdim etdiyiniz sənədlərin tam və düzgün olması vacibdir. Unutmayın ki, sənədlərdəki hər hansı bir uyğunsuzluq vizanın rədd edilməsinə səbəb ola bilər. Buna görə də, bütün sənədlərin düzgün tərcümə edildiyinə, aktual olduğuna və A4 formatında təqdim olunduğuna əmin olun.

Viza Rüsumları

Viza müraciətində iştirak edəcək şəxslər üçün əsas viza rüsumları aşağıdakı kimidir:

Kateqoriya Qiymət
Standart qiymət (Şengen ölkələri üçün) 35€
Digər ölkələr üçün 90€
0–12 yaş arası uşaqlar və təqaüdçülər (təqaüd arayışı təqdim edildiyi halda) Pulsuz
Albaniya, Bosniya və Herseqovina, Makedoniya, Moldova, Monteneqro, Rusiya, Serbiya vətəndaşları üçün 35€

Viza haqqından əlavə olaraq müraciətçi üçün 33 AZN (17.9 eur) (18%-lik ƏDV daxil olmaqla) ödənilməlidir. Bundan əlavə 0-12 yaş arası olan uşaqlar üçün viza haqqı da ödənişsizdir.

Viza Müraciət Mərkəzindəki ümumi qaydalar

Görüş günü:

  • Təyin edilmiş görüş vaxtından 15 dəqiqə öncə gəlin. Təyin olunan vaxtı ötürdüyünüz zaman siz yeni vaxtı yalnız 24 saat sonra təyin edə bilərsiniz.
  • Bir qayda olaraq sənəd təqdim etməyə şəxsən özünüz yaxınlaşmalısınız( körpə və uşaqların sənədləri də həmçinin). Bəzi istisnalar mövcuddur, bu barədə yalnız Viza Müraciət Mərkəzindən məlumat alın.
  • Siz görüş vaxtını ərizənizi təqdim etmək məqsədi ilə təyin etməlisiniz. Sizin üçün təyin edilmiş görüş vaxtına digər şəxsi göndərə bilməzsiniz.
  • Yalnız ərizəçilərin, baxıcı və 18 yaşından az uşaqların Viza Müraciət Mərkəzinə girişinə icazə verilir.
  • Çap edilmiş ərizə formanızla yanaşı ən azı 2 səhifəsi boş olan passport və ya səyahət sənədinizi gətirin.
  • Bütün dəstəkləyici sənədlərinizi gətirin (orijinal və nüsxələri)
  • Təhlükəsizlik baxımından müraciətçilərin çantalarını yoxlama hüququna malikik.

Biometrik

Biometrika haqqında məlumat olmadan viza müraciətinizə baxılmayacaqdır.

Sizin barmaq izləriniz və üz cizgilərinizin skanı götürüləcək.Əgər barmağınızda hər hansı mürəkkəb, maye və ya tibbi maye varsa dijital barmaq izi skaneri barmaq izinizi götürə bilməyəcəkdir.

Barmaq ucları istənilən bəzək, kəsik, aşınma və ya digər işarələrdən azad olmalıdır, çünki bunlar sizin məqbul barmaq skanlarını təmin etmək qabiliyyətinizə təsir edə bilər.

Tibbi və dini səbəblər istisna olmaqla şəkildə baş örtüsüz olmalı, üzünüz aydın və gözünüzdə eynək olmamalıdır.

İstisnalar

Biometriya ilə bağlı istisnalar (barmaq izi)

Əgər siz 12 yaşdan aşağısınızsa və barmaqizi almaq imsazsız olduğu hallar. Bu halda barmaq izi təqdim edə bilməməyinizə dair tibbi arayış təqdim etməlisiniz.

Qeyd: Sizin barmaq iziniz 59 ay müddətində sistemdə qalacaqdır

Viza Müraciət Mərkəzinə sənədlərinizi təqdim edərkən sizin daha öncədən vermiş olduğunuz barmaq izini sistemdə yoxlama imkanı olmadığından, sonradan barmaq izinin verilməsi üçün Viza Müraciət Mərkəzinə çağırıla bilərsiniz. Eyni zamanda bəzi səbəblərdən müsahiibəyə də çağırıla bilərsiniz.

Gələrkən nə gətirilməlidir?

  • Görüş vaxtının detalları qeyd olunan çap edilmiş təsdiq e-poçtu - Görüş vaxtı təyin edildikdən sonra sizə göndərilmişdir
  • Etibarlı passport və ya səyahət sənədi - Ən azı 2 boş vərəqi boş olmalıdır
  • Tamamlanmış və çap edilmiş viza müraciət blankı - Bəzi xırda əl ilə olan düzəlişlər Viza Müraciət Mərkəzində qəbul ediləcək.
  • Bütün dəstəkləyici sənədlər - Təmin etməli olduğunuz bütün viza sənədlərlə Norveç Krallığının təlimatlarında tanış ola bilərsiniz
  • Əgər siz onlayn şəkildə əlavə xidmətlər almısınızsa - Qəbzi çap edin

Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə viza müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Xoş səyahətlər!

Oxşar yazılar:

İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərəyə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza əvvəlcədən alınmalıdır. Turizm, ailə və dost ziyarəti, işgüzar səfər və digər qısamüddətli səfərlər üçün müraciət zamanı uyğun viza növü seçilməli və tələb olunan sənədlər hazırlanmalıdır. İngiltərə vizası ilə bağlı ən çox verilən sualların cavablarını aşağıda tapa bilərsiniz. İngiltərə vizası almaq üçün hansı sənədlər tələb olunur? Əsas sənədlərə […]

Vizam.az 04 noyabr 2026
Latviyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Latviyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Latviya Baltikyanı ölkələr arasında yerləşən, tarixi şəhərləri, sakit təbiəti, geniş meşələri və Baltik dənizinin gözəl sahilləri ilə seçilən Avropa ölkəsidir. Xüsusilə paytaxt Riqa özünəməxsus memarlığı, rəngarəng küçələri və tarixi İçərişəhəri ilə turistlərin diqqətini çəkir. Latviyaya səyahət etməyi planlaşdırırsınızsa, ölkənin mədəniyyəti, gündəlik həyat tərzi və turistlər üçün maraqlı xüsusiyyətləri haqqında əvvəlcədən məlumat əldə etmək faydalıdır. Səfərdən […]

Vizam.az 04 noyabr 2026
Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026
Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

Vizam.az 28 oktyabr 2026
Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstana səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza alınması vacib şərtlərdən biridir. Bolqarıstan 1 yanvar 2025-ci ildən etibarən Şengen zonasına tamhüquqlu üzv olduğu üçün ölkəyə turistik, işgüzar və digər qısamüddətli səfərlər üçün Şengen vizası tələb olunur. Bolqarıstan vizası ilə yalnız bu ölkəyə deyil, Şengen zonasına daxil olan digər ölkələrə də səyahət etmək mümkündür. Bunun üçün […]

Vizam.az 28 oktyabr 2026
Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya vizası üçün müraciət edərkən maliyyə vəziyyətinizi təsdiq edən sənədlərdən biri tələb olunur. Azərbaycan vətəndaşları üçün bu məqsədlə bank arayışı təqdim edilməlidir. Bank hesabından çıxarış tələb olunmur. Sənədləri hazırlayarkən bank arayışı ilə bank çıxarışının fərqini bilmək vacibdir. Aşağıda Yaponiya vizası müraciətində bu sənədlə bağlı əsas məqamları izah edirik. Yaponiya Vizası üçün Hansı Bank Sənədi Lazımdır? […]

Vizam.az 27 oktyabr 2026
Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Birləşmiş Ştatlarına səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza müraciəti səfər hazırlığının vacib mərhələsidir. ABŞ-a turizm, ailə və dost ziyarəti və ya işgüzar səfər məqsədilə getməyi planlaşdırırsınızsa, səfər məqsədinizə uyğun viza kateqoriyasını müəyyənləşdirməlisiniz. Vizam.az-da Amerika vizası dəstəyi xidmət haqqı 31 oktyabr 2026-cı il tarixinədək cəmi 100 AZN-dir! Kampaniyadan yararlanaraq viza müraciətiniz üçün dəstək ala […]

Vizam.az 22 oktyabr 2026
Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanadaya səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün Kanada vizası əvvəlcədən hazırlanmalı olan əsas sənədlərdən biridir. Turizm, ailə ziyarəti və ya işgüzar səfər məqsədilə Kanadaya getməyi planlaşdırırsınızsa, viza növünü düzgün seçmək və tələb olunan sənədləri hazırlamaq vacibdir. Bu məqalədə Kanada vizası üçün müraciət qaydası, tələb olunan sənədlər, rüsumlar və müraciət zamanı diqqət edilməli məqamlarla tanış ola […]

Vizam.az 21 oktyabr 2026