KANADA BİZNES VİZASINI NECƏ ALA BİLƏRƏM ?

Yeniləndi: 29 aprel 2025 2935 baxış 6 dəq. oxu

Kanada milyonlarla insanın xəyallarını bəzəyən ölkələr siyahısında yer alır. Səyahət üçün ideal ölkə hesab olunan Kanadaya hər il 50 milyona yaxın turistik səbəblərlə üz tutur. Coğrafiyası, təbiəti və iqlimi, Toronto, Ottava, Monreal, Vankuver kimi böyük turistik şəhərləri, Niaqara şəlaləsi, sadalamaqla bitməyəcək sayda turizm obyektlərinə sahib bu soyuq ölkə hər bir şəxs üçün “isti səyahət hədəfinə” çevrilib. Kanada vizasını əldə etmək bir çoxları üçün çətin, hətta mümkünsüz görünə bilər. Ancaq düzgün prosedur apararaq, həmçinin düzgün seçimlər edib şansınızı artıracaq faktorları öyrənərək mümkünsüz görünəni mümkün edə bilərsiniz! Kanadaya həmçinin, tez-tez biznes məqsədli səfərlər də təşkil olunur. Əgər siz də bu məqsədlə Kanadaya işgüzar səfər reallaşdırmaq istəyirsinizsə, Kanada biznes (işgüzar səfər) vizasına müraciət edə bilərsiniz. Biznes vizaya müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

Kanada Viza Növləri

national flags

Turizm məqsədilə Kanadaya səyahət etmək istəyirsinizsə, Kanada turizm vizasına müraciət edirsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Kanadada müddəti 6 aydan çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Kanada milli vizasına (yaşayış icazəsinə) da müraciət edə bilərsiniz.

Qısamüddətli biznes (işgüzar) səfərinizi reallaşdırmaq üçün də siz Kanada vizasının “biznes viza” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli biznes viza sizə Kanadada daimi işləmək hüququ vermir, bu viza sizin öz biznes səfərinizi reallaşdırmağınız üçün təqdim olunur.

Kanada Turizm Vizası

canadian visa

Kanada turizm vizası “Visitor Visa” başlığı ilə təqdim olunub.

Kanada vizası müraciətçilərə çoxgirişli və pasportunzun etibarlılıq müddətinin sonunadək verilir. Məsələn, yeni əldə etdiyiniz pasportunuzun 10 il etibarlılıq müddəti olursa, Kanada vizası da sizə onillik verilmiş sayılır. Siz bu vizanı əldə etdikdən sonra Kanadada ardıcıl olaraq ən çoxu 6 ay qala bilərsiniz. Viza çoxgirişli verildiyinə görə, maksimum 6 ay sonunda siz Kanadanı tərk edə və yenidən geri dönüb növbəti 6 ay müddətinə qala bilərsiniz.

Kanada Vizası Müraciəti üçün Sənədlər Toplusu

 declaration card

Kanada biznes vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 3.5x4.5 ölçüdə, ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  10. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  11. İngilis dilində doldurulmuş ərizə formalarınız
  12. Viza rüsumunun ödənilməsini təsdiq edən sənədiniz
  13. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Dəvət məktubunun orijinalı yoxdursa, siz skan versiyasını çap şəklində səfirliyə təqdim edə bilərsiniz. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır. Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Kanadada qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 5.000-7.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 dollar gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda siz bank hesabınızdan arayış təqdim etməyə bilərsiniz, ancaq hər bir halda məsləhətdir ki, öz adınıza hesabınızda olan kiçik də olsa, bir məbləğ göstərəsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

canadian money

Kanada viza müraciətini iki cür etmək mümkündür: onlayn və kağız üzərində müraciət.

Onlayn müraciət

Onlayn müraciət zamanı müraciətçi onlayn portalda özü üçün bir hesab yaradır. Həmin hesaba daxil olaraq müraciət etmək istədiyi viza növünü seçir, lazımi sualları cavablandırır və bundan sonra tələb olunan sənədlərin (eyni zamanda ərizə formalarının) siyahısı göstərilən bir səhifə açılır. Bütün sənədlər sistemə yükləndikdən sonra isə müraciət təsdiqlənir, ödəniş etmək üçün səhifəyə yönləndirilir və onlayn şəkildə ödəniş edilir. Bundan sonra isə növbəti addımlar barədə bütün bildirişlər həmin hesaba göndərilir. Bildiriş gəldikdən sonra, müraciətçi həmin bildirişi çap edib pasportu ilə birlikdə ən yaxın viza mərkəzinə yaxınlaşıb barmaq izi verməlidir.

Barmaq izini verdikdən sonra artıq viza proseduru başlayır. Cavab bəlli olduqda isə yenidən hesaba bildiriş gəlir. Əgər cavab mənfidirsə, imtina səbəbini göstərilən bir bildiriş olur. Əgər cavab müsbətdirsə, pasporta viza etiketini yapışdırmaq üçün pasportun əsli tələb olunur. Müraciətçi həmin bildirişi çap edərək, pasportu ilə birlikdə viza müraciət mərkəzinə yaxınlaşır. Viza müraciət mərkəzi pasportu təhvil alır və viza etiketinin yapışdırılması üçün Ankaradakı Kanada səfirliyinə göndərir. Pasportun Kanada Səfirliyinə göndərilməsi, viza etiketinin yapışdırılması və Kanada Səfirliyindən geri viza müraciət mərkəzinə göndərilməsi proseduru təqribən 6-8 iş günü çəkir.

Kağız üzərində müraciət

Bu tip müraciət zamanı pasport da daxil olmaqla bütün tələb olunan sənədlərin əsli viza müraciət mərkəzinə təqdim olunur və onlar da öz növbəsində bu sənədləri Kanadanın Ankaradakı səfirliyinə göndərirlər. Ərizə formaları isə elektron şəkildə doldurulur, çap edilir və imzalanır. Onlar da sənədlərlə birlikdə viza müraciət mərkəzinə təqdim edilir. Sənədləri təqdim edərkən eyni zamanda barmaq izi də götürülür.

Viza rüsumu isə yenidən onlayn şəkildə edilir və ödəniş etdikdən sonra çek çap olunaraq sənədlərin arasına əlavə edilir.

Viza nəticəsi bəlli olduqdan sonra əgər viza verilibsə, pasport içərisində viza etiketi ilə birlikdə geri qaytarılır. Əgər vizaya imtina gəlibsə, pasport imtina kağızı ilə birlikdə geri qaytarılır.

Ümumilikdə isə Kanada turist viza müraciəti, adətən, 150-210 iş günü aralığında davam edir.

Viza xərclərinə 122 CAD (Kanada dolları) səfirliyin rüsumu, 85 CAD biometrik datanın götürülməsi üçün rüsum və 25 AZN viza müraciət mərkəzinin rüsumu daxildir. Siz 122 CAD + 85 CAD rüsumu onlayn olaraq, 25 AZN rüsumu isə viza mərkəzində nağd olaraq ödəyirsiniz.

Kanada Vizası Alma Ehtimalı

 embassy on montaigne avenue

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Kanadada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal və yaxşı olması, aylıq gəlirinizin standart maaş aralığından yüksək olması (təcrübədə 700-800 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı da dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və yaxşı səyahət tarixçənizin olması sizin Kanada vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen və ya digər viza sahibi olmayan şəxslər üçün Kanada vizasına müraciət riskli hesab olunur. Səyahət tarixçənizin yaxşı olması, daha öncə Şengen, ABŞ, Birləşmiş Krallıq kimi ölkələrin vizalarını almış olmağınız sizin Kanada vizasını əldə etməyinizə birbaşa, yüksək təsir göstərən amildir. Həmçinin, təcrübəmiz göstərir ki, Kanada vizasına müraciət edərkən sizin aktiv ABŞ vizanızın olması sizin üçün böyük üstünlük təşkil edir. Biznes vizaya müraciət zamanı isə təqdim edəcəyiniz rəsmi dəvət məktubu sizin viza alma şansınızı yetərincə yüksəldə bilər. Əgər dəvət məktubunuzda göstərilən səfər məqsəd və səbəbiniz sizin işlədiyiniz sahə ilə bağlıdırsa və ya siz daha öncə də oxşar biznes səfərlər həyata keçirmisinizsə, bu nüanslar sizin profilinizə kifayət qədər müsbət təsir göstərəcək.

Kanadaya Viza Dəstəyi

ottawa river and canadian parliament

Biz Vizam.az şirkəti olaraq sizə Kanada vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formalarınızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması və sistemə yüklənilməsi, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Kanada səyahət vizasına dəstək xidmət haqqı bir nəfər üçün 210 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

20 may 2025 tarixinədək Kanada vizası üçün dəstək xidmətimiz cəmi 95 AZN-dir.

Kanada sizə uzaq görsənsə də, əslində düzgün addımlarla sizə çox yaxındır! Xoş səyahətlər!

Yeniləndi: 22.01.2025

Oxşar yazılar:

Hindistana Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Hindistana Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Hindistan rəngarəng mədəniyyəti, qədim məbədləri, möhtəşəm sarayları və fərqli mətbəxi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tac Mahaldan Mumbayın canlı küçələrinə, Himalay dağlarından Qoa çimərliklərinə qədər ölkə hər səyahətçiyə fərqli təcrübələr təqdim edir. Hindistana səyahət etməyi planlaşdırırsınızsa, yola çıxmazdan əvvəl bilməli olduğunuz 10 maraqlı faktla tanış olun. Hindistanda 22 rəsmi dil tanınır Hindistan dil […]

Vizam.az 06 noyabr 2026
Honq Konq Vizası: Cəmi 1 Həftəyə Viza Cavabınızı Əldə Edin!

Honq Konq Vizası: Cəmi 1 Həftəyə Viza Cavabınızı Əldə Edin!

Honq Konqa səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün əvvəlcədən viza almaq tələb olunur. Asiyanın ən məşhur turizm və biznes mərkəzlərindən biri olan Honq Konq müasir memarlığı, möhtəşəm şəhər mənzərələri, alış-veriş imkanları və zəngin mədəniyyəti ilə turistlərin diqqətini cəlb edir. Honq Konq səyahətinizi planlaşdırırsınızsa, viza müraciətinizi son ana saxlamayın. Vizam.az vasitəsilə müraciət prosesində peşəkar dəstək əldə […]

Vizam.az 05 noyabr 2026
Hindistan Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Hindistan Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Hindistan qədim tarixi, rəngarəng mədəniyyəti, möhtəşəm məbədləri və fərqli təbiəti ilə turistlərin maraq göstərdiyi ölkələrdən biridir. Hindistana səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları səfərdən əvvəl viza almalıdırlar. Hindistan vizası ilə bağlı ən çox verilən 10 sualın cavabını aşağıda tapa bilərsiniz. Azərbaycan vətəndaşları Hindistan vizasını onlayn ala bilərmi? Bəli. Azərbaycan vətəndaşları Hindistanın elektron viza (e-Visa) müraciəti üçün […]

Vizam.az 05 noyabr 2026
Polşaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Polşaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Polşa zəngin tarixi, möhtəşəm memarlığı, qədim şəhərləri və özünəməxsus mədəniyyəti ilə Avropanın maraqlı səyahət istiqamətlərindən biridir. Varşavanın müasir küçələrindən Krakovun tarixi meydanlarına qədər ölkənin hər bölgəsində kəşf etməyə dəyər fərqli məkanlar var. Polşaya səyahət etməyi planlaşdırırsınızsa, yola çıxmazdan əvvəl bilməli olduğunuz 10 maraqlı faktla tanış olun. Polşanın paytaxtı Varşavadır, lakin Krakov da turistlərin sevimli şəhərlərindən […]

Vizam.az 05 noyabr 2026
İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərəyə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza əvvəlcədən alınmalıdır. Turizm, ailə və dost ziyarəti, işgüzar səfər və digər qısamüddətli səfərlər üçün müraciət zamanı uyğun viza növü seçilməli və tələb olunan sənədlər hazırlanmalıdır. İngiltərə vizası ilə bağlı ən çox verilən sualların cavablarını aşağıda tapa bilərsiniz. İngiltərə vizası almaq üçün hansı sənədlər tələb olunur? Əsas sənədlərə […]

Vizam.az 04 noyabr 2026
Latviyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Latviyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Latviya Baltikyanı ölkələr arasında yerləşən, tarixi şəhərləri, sakit təbiəti, geniş meşələri və Baltik dənizinin gözəl sahilləri ilə seçilən Avropa ölkəsidir. Xüsusilə paytaxt Riqa özünəməxsus memarlığı, rəngarəng küçələri və tarixi İçərişəhəri ilə turistlərin diqqətini çəkir. Latviyaya səyahət etməyi planlaşdırırsınızsa, ölkənin mədəniyyəti, gündəlik həyat tərzi və turistlər üçün maraqlı xüsusiyyətləri haqqında əvvəlcədən məlumat əldə etmək faydalıdır. Səfərdən […]

Vizam.az 04 noyabr 2026
Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026
Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

Vizam.az 28 oktyabr 2026