MOROCCO BUSINESS VISA

Updated: 13 February 2025 326 views 4 min. read

Afrika qitəsinin şimalında yerləşən, coğrafiyası və şəhərlərinin unikal memarlıq stili ilə, qızmar çimərlikləri ilə məşhur Kasablanka şəhəri, “Mavi Şəhər” kimi tanınan Şefşauen bölgəsi, abidələri ilə dünyada məşhur olan Mərakeşin il ərzində 10 milyondan çox turistə ev sahibliyi etməsi təsadüfi deyil. Ölkə həmçinin, biznes məqsədilə bura üz tutan iş adamlarını da tez-tez qonaq edir. Siz də Mərakeşə səyahət edib həm işinizi görmək, həm də bu füsunkar ölkəni kəşf etmək istəyirsinizsə, Mərakeş biznes (işgüzar səfər) vizasına müraciət edə bilərsiniz. Biznes vizaya müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

Mərakeş Turizm Vizası

avenue mohammed

Mərakeşə planladığınız səyahətinizi Mərakeş turizm vizası əldə edərək reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər.

Mərakeş vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir.

Qeyd edək ki, Mərakeş vizası əksər hallarda müraciətçinin viza müraciəti əsnasında ərizə formasında və digər sənədlərində göstərdiyi səyahət müddətindən başlayaraq 30 günlük müddətə verilir.

Qısamüddətli biznes (işgüzar) səfərinizi reallaşdırmaq üçün də siz Fransa vizasının “biznes viza” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli biznes viza sizə Fransada daimi işləmək hüququ vermir, bu viza sizin öz biznes səfərinizi reallaşdırmağınız üçün təqdim olunur.

Mərakeş Vizası Müraciəti üçün Sənədlər Toplusu

visa application form

Mərakeş biznes vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış. (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər ailə üzvünüzlə birlikdə müraciət edirsinizsə, mülki vəziyyətinizin sübutu* (Yoldaşınızla edirsinizsə, nikah haqqında şəhadətnamənizin, Övladınızla edirsinizsə, doğum haqqında şəhadətnaməsinin surəti)
  7. 2 ədəd 3x4 ölçüdə, ağ fonda şəkliniz
  8. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  9. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  10. Gedəcəyiniz iş qurumu, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Dəvət məktubunun orijinalı yoxdursa, siz skan versiyasını çap şəklində səfirliyə təqdim edə bilərsiniz. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır. Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.

morocco visa

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Mərakeşdə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 2.500-4.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 dollar gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda siz bank hesabınızdan arayış təqdim etməyə bilərsiniz, ancaq hər bir halda məsləhətdir ki, öz adınıza hesabınızda olan kiçik də olsa, bir məbləğ göstərəsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

manat

Viza müraciəti Mərakeşin Bakıdakı səfirliyinə edilir. Viza rüsumu 38 AZN-dir və sənədləri təhvil verən zaman nağd şəkildə ödənilir. Sənədləri təhvil vermək üçün müraciətçinin şəxsi iştirakı mütləqdir. Viza nəticəsi, adətən, bir həftəyə bəlli olur.

rakeş Vizası Alma Ehtimalı

moroccan honorary consulate

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Mərakeşdə də sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 300-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Mərakeş vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen və ya digər viza sahibi olmayan şəxslər üçün Mərakeş səfirliyi riskli səfirlik hesab olunmur. Təcrübəmizdə ilk vizalarını məhz bu səfirlikdən almış çox sayda müraciətçi olmuşdur. Əlbəttə, bunun üçün sizin digər bütün sənədləriniz qaydasında olmalıdır. Biznes vizaya müraciət zamanı isə təqdim edəcəyiniz rəsmi dəvət məktubu sizin viza alma şansınızı yetərincə yüksəldə bilər. Əgər dəvət məktubunuzda göstərilən səfər məqsəd və səbəbiniz sizin işlədiyiniz sahə ilə bağlıdırsa və ya siz daha öncə də oxşar biznes səfərlər həyata keçirmisinizsə, bu nüanslar sizin profilinizə kifayət qədər müsbət təsir göstərəcək.

Mərakeşə Viza Dəstəyi

chefchaouen

We,  as Vizam.az  company, can help you during your Moroccan visa application. If you use our visa support service, our service includes making an appointment on your behalf at the embassy, ​​filling out your application form, preparing your documents in a professional manner, booking your flight tickets that will cover your trip, booking or purchasing hotels according to your wishes, setting up your visa travel tour plan, will include consultation, follow-up of your visa procedure. As an additional service, we can also offer you a service such as attending the visa interview with you. We can also assist you with notarizing and notarizing your documents in English. The additional fee for each document will be 16 AZN . In general, the Moroccan business visa support service fee in our company is 69 AZN per person. 

You can click here to place your order, contact 050/55-3000135 for more information.

Xoş səyahətlər!

Related posts:

How Can I Get a Thailand Visa?

How Can I Get a Thailand Visa?

You say it should be cheap, have the sea, see new places, and have interesting food, but not cost too much? Well, that’s what you’re talking about Thailand. Believe me, it’s a country that, once you go, you’ll say, “Why didn’t I go before?” Thailand is a place that changes the concept of relaxation a […]

Vizam.az 23 May 2025
What is a Schengen visa and how to get it?

What is a Schengen visa and how to get it?

In Madrid, you sit in a park at noon, eating hot nata, people are sunbathing and life moves very slowly. In Rome, you buy pizza on an old street, you eat it standing up. In Paris, you sit in a cafe early in the morning, a baguette, butter, and a cafe au lait are all […]

Vizam.az 22 May 2025
Living in Dubai with a Nomad Visa

Living in Dubai with a Nomad Visa

The digital era has changed the way of life. You can now manage your business from anywhere in the world without going to the office. Those who choose this new lifestyle are called “digital nomads”. These people can work and live anywhere with an internet connection. One of the most important issues for them is […]

Vizam.az 13 May 2025
How Does VFS Global Visa Center Work in 2025?

How Does VFS Global Visa Center Work in 2025?

If you are planning a trip to a European country and need to apply for a visa, your path will most likely pass through VFS Global. VFS Global is one of the world’s leading service providers for simplifying and speeding up the visa application process. Operating since 2001, the company provides modern technologies and innovative […]

Vizam.az 13 May 2025
Colombia Visa-Free Travel

Colombia Visa-Free Travel

Travel to Colombia is now even easier for Azerbaijani citizens. Since 2022, Colombia has implemented a visa-free regime for tourists holding an Azerbaijani passport. This is a great opportunity for those wanting to explore Latin American culture. If you’re planning to visit this magnificent country, surrounded by the Caribbean Sea, mountains, and forests, this guide […]

Vizam.az 07 May 2025
How Does the Visametric Visa Center Work in 2025?

How Does the Visametric Visa Center Work in 2025?

You have probably heard the name “Visametric” from many people trying to get a visa lately. This name sounds very familiar, especially among those who are collecting documents for a Schengen visa. So what is a Visametric visa application center and what awaits you there? If this is your first time applying for a visa […]

Vizam.az 06 May 2025
Schengen Visa Fees 2025: Latest Changes

Schengen Visa Fees 2025: Latest Changes

One of the first concepts that comes to mind when planning a trip to Europe is the “Schengen visa”. This type of visa allows free entry to more than 26 European countries and is the most requested visa for tourism, work, education, as well as family visits. There are some updates in the procedures, documents […]

Vizam.az 02 May 2025
Visa-Free Travel to Qatar

Visa-Free Travel to Qatar

The shining star of the Middle East, Qatar, is one of the countries that attracts tourists with its modernity as well as its historical and cultural richness. Offering visa-free travel opportunities for Azerbaijani citizens, this country is ideal for both leisure and business trips. In this blog, you’ll find essential information and practical tips for […]

Vizam.az 17 April 2025
Visa-Free Travel to Moldova

Visa-Free Travel to Moldova

Moldova, located in Eastern Europe, is a country rich in history and culture. Offering a visa-free travel opportunity for Azerbaijani tourists, Moldova is an ideal destination for both tourism and business purposes. In this article, we will provide important information for Azerbaijani tourists planning to travel to Moldova, as well as key things to consider […]

Vizam.az 16 April 2025
Visa-Free Travel to Serbia

Visa-Free Travel to Serbia

Serbia, located in the Balkans, is a country known for its rich history, culture, and nature. Offering a visa-free travel opportunity for Azerbaijani tourists, Serbia is ideal for both business trips and leisure visits. In this blog post, we will provide essential information for Azerbaijani tourists wishing to travel to Serbia. You can find everything […]

Vizam.az 16 April 2025