MƏRAKEŞƏ BİZNES VİZASI

Yeniləndi: 28 aprel 2025 1879 baxış 4 dəq. oxu

Afrika qitəsinin şimalında yerləşən, coğrafiyası və şəhərlərinin unikal memarlıq stili ilə, qızmar çimərlikləri ilə məşhur Kasablanka şəhəri, “Mavi Şəhər” kimi tanınan Şefşauen bölgəsi, abidələri ilə dünyada məşhur olan Mərakeşin il ərzində 10 milyondan çox turistə ev sahibliyi etməsi təsadüfi deyil. Ölkə həmçinin, biznes məqsədilə bura üz tutan iş adamlarını da tez-tez qonaq edir. Siz də Mərakeşə səyahət edib həm işinizi görmək, həm də bu füsunkar ölkəni kəşf etmək istəyirsinizsə, Mərakeş biznes (işgüzar səfər) vizasına müraciət edə bilərsiniz. Biznes vizaya müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

Mərakeş Turizm Vizası

avenue mohammed

Mərakeşə planladığınız səyahətinizi Mərakeş turizm vizası əldə edərək reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər.

Mərakeş vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir.

Qeyd edək ki, Mərakeş vizası əksər hallarda müraciətçinin viza müraciəti əsnasında ərizə formasında və digər sənədlərində göstərdiyi səyahət müddətindən başlayaraq 30 günlük müddətə verilir.

Qısamüddətli biznes (işgüzar) səfərinizi reallaşdırmaq üçün də siz Fransa vizasının “biznes viza” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli biznes viza sizə Fransada daimi işləmək hüququ vermir, bu viza sizin öz biznes səfərinizi reallaşdırmağınız üçün təqdim olunur.

Mərakeş Vizası Müraciəti üçün Sənədlər Toplusu

visa application form

Mərakeş biznes vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış. (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər ailə üzvünüzlə birlikdə müraciət edirsinizsə, mülki vəziyyətinizin sübutu* (Yoldaşınızla edirsinizsə, nikah haqqında şəhadətnamənizin, Övladınızla edirsinizsə, doğum haqqında şəhadətnaməsinin surəti)
  7. 2 ədəd 3x4 ölçüdə, ağ fonda şəkliniz
  8. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  9. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  10. Gedəcəyiniz iş qurumu, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Dəvət məktubunun orijinalı yoxdursa, siz skan versiyasını çap şəklində səfirliyə təqdim edə bilərsiniz. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır. Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.

morocco visa

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Mərakeşdə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 2.500-4.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 dollar gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda siz bank hesabınızdan arayış təqdim etməyə bilərsiniz, ancaq hər bir halda məsləhətdir ki, öz adınıza hesabınızda olan kiçik də olsa, bir məbləğ göstərəsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

manat

Viza müraciəti Mərakeşin Bakıdakı səfirliyinə edilir. Viza rüsumu 38 AZN-dir və sənədləri təhvil verən zaman nağd şəkildə ödənilir. Sənədləri təhvil vermək üçün müraciətçinin şəxsi iştirakı mütləqdir. Viza nəticəsi, adətən, 5 iş günü ərzində bəlli olur.

rakeş Vizası Alma Ehtimalı

moroccan honorary consulate

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Mərakeşdə də sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 300-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Mərakeş vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen və ya digər viza sahibi olmayan şəxslər üçün Mərakeş səfirliyi riskli səfirlik hesab olunmur. Təcrübəmizdə ilk vizalarını məhz bu səfirlikdən almış çox sayda müraciətçi olmuşdur. Əlbəttə, bunun üçün sizin digər bütün sənədləriniz qaydasında olmalıdır. Biznes vizaya müraciət zamanı isə təqdim edəcəyiniz rəsmi dəvət məktubu sizin viza alma şansınızı yetərincə yüksəldə bilər. Əgər dəvət məktubunuzda göstərilən səfər məqsəd və səbəbiniz sizin işlədiyiniz sahə ilə bağlıdırsa və ya siz daha öncə də oxşar biznes səfərlər həyata keçirmisinizsə, bu nüanslar sizin profilinizə kifayət qədər müsbət təsir göstərəcək.

Mərakeşə Viza Dəstəyi

chefchaouen

Biz Vizam.az şirkəti olaraq sizə Mərakeş vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Əlavə xidmət olaraq biz sizə viza intervyusunda sizinlə birlikdə iştirak etmək kimi bir xidmət də təklif edə bilərik. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Mərakeş biznes vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 69 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Mərakeş və Azərbaycan arasında vizadan azad edilməsi haqqında saziş 28 avqust 2024-cü il tarixindən etibarən qüvvədədir.

Mərakeşə vizasız səyahət haqqında daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, buraya klik edərək mərakeşə vizasız səyahət blogumuza keçid edə bilərsiniz.

Xoş səyahətlər!

Yeniləndi: 22.01.2025

Oxşar yazılar:

Azərbaycan Vətəndaşları üçün Xorvatiya Vizası

Azərbaycan Vətəndaşları üçün Xorvatiya Vizası

Xorvatiya Avropanın ən gözəl və turistik ölkələrindən biri olmaqla yanaşı, son illərdə Azərbaycan vətəndaşlarının da ən çox maraq göstərdiyi səyahət istiqamətlərindən biridir. Xorvatiya Adriatik dənizi sahilində yerləşən şəhərləri, tarixi memarlığı və yay turizmi ilə xüsusilə seçilir. Bu ölkəyə səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün əsas suallardan biri isə Xorvatiya vizası ilə bağlıdır. Azərbaycan vətəndaşları üçün […]

Vizam.az 10 aprel 2026
TLS Contact Baku Ən Çox verilən Top 10 Sual

TLS Contact Baku Ən Çox verilən Top 10 Sual

TLScontact beynəlxalq səviyyədə fəaliyyət göstərən viza xidmət mərkəzidir və bir çox ölkələrin səfirlikləri ilə əməkdaşlıq edərək viza müraciət prosesinin texniki hissəsini idarə edir. Almaniya və digər Şengen ölkələri üçün müraciətlər zamanı TLS Contact sənədlərin qəbulu, randevu sisteminin idarə olunması və biometrik məlumatların toplanması kimi əsas mərhələləri həyata keçirir. Bu mərkəz viza qərarı verən orqan deyil, […]

Vizam.az 10 aprel 2026
Almaniya Şengen Vizası Top 10 Ən Çox Verilən Sual

Almaniya Şengen Vizası Top 10 Ən Çox Verilən Sual

Almaniya Şengen vizası Avropaya səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün ən çox müraciət edilən vizalardan biridir. Bu viza vasitəsilə siz yalnız Almaniyaya deyil, eyni zamanda bütün Şengen zonasına daxil olan ölkələrə də səyahət edə bilərsiniz. Şengen vizası qısa müddətli (C kateqoriyası) viza olub, adətən 180 gün ərzində maksimum 90 gün qalmaq imkanı yaradır. Turizm, işgüzar […]

Vizam.az 10 aprel 2026
Vyetnam Səyahəti: Vyetnam Elektron Vizası

Vyetnam Səyahəti: Vyetnam Elektron Vizası

Vyetnam son illərdə Azərbaycanlı turistlər üçün həm ekzotik təbiəti, həm zəngin mədəniyyəti, həm də münasib səyahət xərcləri ilə diqqət çəkən istiqamətlərdən birinə çevrilib. Cənub-Şərqi Asiyada yerləşən bu ölkə tropik iqlimi, möhtəşəm çimərlikləri və fərqli kulinariya təcrübəsi ilə səyahət sevənlər üçün unikal imkanlar təqdim edir. Bu səbəbdən Vyetnama səfər etmək istəyənlərin sayı ildən-ilə artır. Vyetnama səyahət […]

Vizam.az 06 aprel 2026
Macarıstan Turist Vizası üçün Necə Müraciət Etmək Olar?

Macarıstan Turist Vizası üçün Necə Müraciət Etmək Olar?

Macarıstan Avropanın mərkəzində yerləşən, zəngin tarixi, memarlığı və turistik məkanları ilə seçilən ölkələrdən biridir. Xüsusilə paytaxt Budapeşt şəhəri hər il minlərlə turisti özünə cəlb edir. Əgər siz də Avropada unudulmaz bir səyahət planlaşdırırsınızsa, Macarıstan turist vizası sizin üçün ən uyğun seçimlərdən biri ola bilər. Macarıstan Şengen zonasına daxil olduğu üçün bu ölkəyə səfər etmək istəyən […]

Vizam.az 06 aprel 2026
Ruminiya Şengen Vizası Müraciəti

Ruminiya Şengen Vizası Müraciəti

Rumıniyaya səyahət etmək istəyən şəxslər üçün ilk addım düzgün və qaydalara uyğun Rumıniya Şengen vizası müraciəti prosesini başa düşməkdir. Son dövrlərdə Rumıniyanın Şengen zonasına daxil olması ilə birlikdə, bu ölkəyə səyahət etmək və Rumıniya vizası almaq daha da актуal mövzuya çevrilib. Əgər siz Rumıniyaya getmək, Rumıniya turist vizası almaq və ya ümumilikdə Rumıniya Şengen vizası […]

Vizam.az 01 aprel 2026
İngiltərə (Birləşmiş Krallıq) Vizası

İngiltərə (Birləşmiş Krallıq) Vizası

Birləşmiş Krallıq dünyanın ən çox ziyarət edilən ölkələrindən biri olmaqla yanaşı, təhsil, iş və daimi yaşayış imkanları ilə də Azərbaycan vətəndaşları üçün cəlbedici istiqamətlərdən biridir. Xüsusilə London kimi qlobal şəhərləri, nüfuzlu universitetləri və inkişaf etmiş iqtisadiyyatı bu ölkəyə marağı ildən-ilə artırır. İstər turist kimi səyahət etmək, istər ali təhsil almaq, istərsə də işləmək və ya […]

Vizam.az 19 mart 2026
Vizam.az ilə Ispaniya Viza Müraciəti Prosesi

Vizam.az ilə Ispaniya Viza Müraciəti Prosesi

İspaniyaya səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün Şengen vizası əldə etmək bu prosesin ən vacib mərhələsidir. “Vizam.az ilə İspaniya Viza Müraciəti” xidməti isə bu prosesi sizin üçün daha sadə, sürətli və risksiz hala gətirir. Sənədlərin düzgün hazırlanması, müraciət formasının peşəkar şəkildə doldurulması və səfirlik tələblərinə uyğun təqdim olunması viza alma ehtimalını birbaşa artıran əsas amillərdəndir. […]

Vizam.az 17 mart 2026
Yunanıstan Vizası ilə Şengen Bölgəsinə Səyahət

Yunanıstan Vizası ilə Şengen Bölgəsinə Səyahət

Yunanıstan vizası alan şəxslər üçün ən böyük üstünlüklərdən biri bu viza ilə digər Şengen ölkələrinə də səyahət edə bilmələridir. Yunanıstan Şengen zonasına daxil olan ölkələrdən biri olduğu üçün bu ölkədən alınan qısamüddətli turist vizası sizə Şengen bölgəsində yerləşən bir çox Avropa ölkəsinə səfər etmək imkanı yaradır. Bu səbəbdən bir çox səyahətçi Avropaya ilk səfəri üçün […]

Vizam.az 16 mart 2026
Şengen Vizası Rədd Edilərsə Nə Etmək Lazımdır?

Şengen Vizası Rədd Edilərsə Nə Etmək Lazımdır?

Şengen vizası üçün müraciət edən bəzi şəxslər müxtəlif səbəblərə görə viza rəddi ilə qarşılaşa bilirlər. Viza rəddi ilk baxışdan səyahət planlarının pozulması kimi görünsə də, bu vəziyyət gələcəkdə viza almağın mümkün olmadığı anlamına gəlmir. Əksər hallarda rədd qərarı müraciət zamanı təqdim olunan sənədlərin kifayət qədər güclü olmaması, səfər məqsədinin aydın göstərilməməsi və ya maliyyə vəziyyəti […]

Vizam.az 16 mart 2026