Yeni İl Tətilində Ən Çox Müraciət Edilən 5 Viza

Yeniləndi: 17 sentyabr 2025 596 baxış 8 dəq. oxu
Yeni İl üçün Ən Çox Müraciət Edilən Vizalar
Yeni İl üçün Ən Çox Müraciət Edilən Vizalar

Yeni ilin gəlişi səyahət planlarını daha da aktuallaşdırır. Hər kəs bu bayram günlərini fərqli bir ölkədə qeyd etməyi, yeni yerlər kəşf etməyi və fərqli mədəniyyətlərə toxunmağı arzulayır. Əlbəttə ki, belə bir dövrdə vizalara maraq da çoxalır. Burada qeyd etdiyimiz məlumatlar dəqiq rəsmi statistika deyil, Vizam.az-ın son illərdə aldığı müraciətlərə əsaslanan müşahidələridir. Yəni bu, məhz bizim müştərilərimizin seçimlərinə görə formalaşmış reallığı əks etdirir.

Yeni il tətillərində insanlar əsasən Avropanın məşhur turizm mərkəzlərinə üz tuturlar. Bunun başlıca səbəbi həmin ölkələrin bayram atmosferi, bəzədilmiş küçələri, böyük endirim kampaniyaları və möhtəşəm şənlikləridir. Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və Avstriya bu baxımdan daha çox seçilir. Parisdə Eyfel qülləsinin işıqları altında yeni ili qarşılamaq, Berlində Milad bazarlarının sehrini yaşamaq, Romada tarixi abidələr fonunda bayram günlərini qeyd etmək, Londonda məşhur “New Year Fireworks” şousunu izləmək və Vyanada klassik musiqi ilə dolu möhtəşəm konsertlərə qatılmaq səyahətçilərin əsas arzularıdır.

Ümumilikdə desək, yeni il tətillərində insanların vizalara marağı sadəcə səyahət həvəsi ilə məhdudlaşmır. Bu, həm də ilin sonunu fərqli bir mühitdə qarşılamaq, yeni ildə özünə yeni təcrübələr hədiyyə etmək istəyindən doğur. Vizam.az olaraq gördüyümüz odur ki, Azərbaycan vətəndaşları arasında ən çox müraciət edilən vizalar məhz Avropanın bayram ab-havası ilə seçilən ölkələrinə aiddir. Bu, bir növ həm səyahət, həm də bayramı unudulmaz etmək üçün atılan addımdır.

Fransa Vizası

Yeni il tətillərində Azərbaycan vətəndaşlarının ən çox müraciət etdiyi vizalardan biri də Fransa vizasıdır. Paris dünyanın ən romantik şəhərlərindən biri kimi tanınır və yeni il zamanı bu şəhərin ab-havası tamamilə başqa bir gözəllik qazanır. Şəhərin küçələri işıqlarla bəzədilir, Eyfel qülləsi möhtəşəm işıq şousu ilə parlayır, Şanzelize prospektində isə minlərlə insan 31 dekabr gecəsini qarşılamaq üçün toplaşır. Yalnız Paris deyil, Nitsa, Lion, Marsel kimi şəhərlərdə də bayram tədbirləri və yeni il bazarları səyahətçiləri cəlb edir.

Fransa vizası haqqında ətraflı məlumat almaq istəyirsinizsə, klik edərək bloga keçid edə bilərsiniz.

Fransa vizası əldə etmək istəyirsinizsə, klik edərək sifarişinizi yerləşdirə bilərsiniz.

Fransa səfirliyi ilə əməkdaşlıq edən rəsmi viza mərkəzi Capago Baku vasitəsilə müraciət qəbul edilir. Müraciət etməzdən əvvəl viza üçün tələb olunan sənədlərlə tanış olmaq, görüş (appointment) təyin etmək və viza rüsumunu ödəmək vacibdir.

Fransa viza sənədləri müraciət növünə görə dəyişsə də, əsas sənədlər aşağıdakılardır: xarici pasport, şəxsiyyət vəsiqəsi surəti, 3x4 ölçüdə biometrik şəkil, iş yerindən arayış və əmək müqaviləsi, bank hesabı çıxarışı (şengen vizası üçün bank hesabında minimum məbləğ tələb olunur), otel və aviabiletlərin rezervasiyası, sığorta polisi və müraciət forması. Şengen vizası üçün lazım olan sənədlər də eyni kateqoriyaya aiddir və sənədlər təqdim olunarkən düzgün və tam olmasına xüsusi diqqət yetirilməlidir.

Viza müraciəti Capago.az saytından onlayn olaraq həyata keçirilir. Sayta daxil olaraq əvvəlcə Capago visa appointment bölməsindən görüş təyin olunur. Görüş günü təyin edildikdən sonra sənədlərlə birlikdə Capago Baku ofisinə müraciət edilir. Capago tracking xidməti vasitəsilə sənədlərin vəziyyətini və viza prosesinin gedişatını onlayn izləmək mümkündür. Bütün sənədlər düzgün təqdim olunduğu halda, viza nəticəsi adətən 7–15 iş günü ərzində təqdim olunur.

Fransa viza rüsumu 35 avro təşkil edir. Bu məbləğ rəsmi Şengen vizası qiyməti olaraq müəyyən edilib və müraciət zamanı Capago ofisində ödənilir. Əlavə olaraq Capago xidmət haqqı da tətbiq olunur. 2025-ci ildə Capago Viza Mərkəzi Necə İşləyir , viza rüsumları nə qədərdir və capago ilə başqa hansı ölkələrə müraciət edə bilərsiniz bilmək istəyirsinizsə, klik edərək blogumuza keçid edə bilərsiniz.

Almaniya Vizası

Yeni il tətillərində Avropanın ən çox diqqət çəkən istiqamətlərindən biri də Almaniyadır. Almaniya vizasına müraciətlərin çoxalmasının əsas səbəbi ölkənin bayram ənənələrinə və möhtəşəm Milad bazarlarına bağlıdır. Berlin, Münhen, Frankfurt və Köln kimi şəhərlər hər il dekabrın əvvəlindən etibarən minlərlə turisti özünə cəlb edən rəngarəng Milad yarmarkaları ilə məşhurdur. Bu bazarlarda qışa məxsus isti içkilər, əl işləri, şirniyyatlar və xüsusi bayram suvenirləri təqdim olunur. Qış aylarında şəhərlər tamamilə başqa bir gözəllik qazanır və Almaniyanın qədim memarlığı işıqlarla birləşərək sanki sehrli bir mənzərə yaradır.

Almaniya vizası haqqında ətraflı məlumat almaq istəyirsinizsə, klik edərək bloga keçid edə bilərsiniz.

Almaniya vizası əldə etmək istəyirsinizsə, klik edərək sifarişinizi yerləşdirə bilərsiniz.

2025-ci ildən etibarən Azərbaycan vətəndaşlarının Almaniya vizası üçün müraciətləri yalnız TLS Contact platforması üzərindən həyata keçirilir. Viza müraciətləri üçün ilk addım TLS Contact Bakı rəsmi saytına daxil olmaqdır. Saytda “Randevu (Appointment)” bölməsi vasitəsilə qeydiyyata başlaya bilərsiniz.
Görüş zamanı bütün sənədlərinizin orijinal və surətləri ilə birlikdə TLS Contact mərkəzinə şəxsən getməlisiniz. Biometrik məlumatlar (barmaq izi və foto) orada götürülür. Sənədləriniz səfirliyə göndərilir və Şengen vizası neçə günə verilir? sualının cavabı müraciət növünə görə dəyişsə də, ortalama 15–30 iş günü arası nəticə əldə olunur.

Bu zaman Almaniya səfirliyi viza görüşü almaq üçün öncədən TLS Contact vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən və Şengen viza qiyməti nəzərə alınaraq müəyyənləşdirilməlidir.
Bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000‑5.000 AZN məbləği göstərmək məsləhətdir, bu məbləğ Almaniya viza qiymeti daxil olmaqla səyahət planınızı tam əhatə etməlidir.
Hesablama mərhələsində uçuş və otel bronlarının qiyməti ilə günlük xərclər birləşdirilərək Şengen vizası neçə günə verilir sualına uyğun ehtiyat məbləği nəzərdə tutmaq lazımdır.

Əgər siz Almaniya Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı, yəni müddət olaraq ən çox Almaniyada qalacağınızı göstərməlisiniz. Bəzən Almaniyaya səyahət planlayan müraciətçilər öz səfər planlarına Fransa, Çexiya, İtaliya, Polşa, Avstriya və digər Avropa ölkələrini də əlavə edirlər. Bu kimi hallar sizin viza müraciətinizdə heç bir problem yaratmayacaq nüanslardır. Sadəcə ümumi səyahətiniz müddətində ən çox qalacağınız ölkəni Almaniya göstərməyiniz viza üçün məhz Almaniya səfirliyinə müraciət edə bilməyiniz üçün yetərli olacaqdır.

İtaliya Vizası

Yeni il tətillərində İtaliya vizasına müraciətlərin çoxalması təsadüfi deyil. Bu ölkə həm mədəni irsi, həm də bayram atmosferi ilə səyahətçiləri özünə cəlb edir. İtaliya hər bölgəsində fərqli bir bayram ab-havası təqdim edir: Roma yeni il ərəfəsində tarixi abidələri ilə xüsusi bir cazibə qazanır, Milan alış-veriş mərkəzləri və moda evləri ilə turistləri qarşılayır, Venesiya isə romantik ab-havası ilə fərqlənir. Yeni il axşamı Kolizey ətrafında keçirilən konsertlər və atəşfəşanlıqlar yüzlərlə insanı bir araya gətirir, San Marko meydanı isə İtaliyanın ən möhtəşəm bayram səhnələrindən birinə çevrilir.

İtaliya vizası haqqında ətraflı məlumat almaq istəyirsinizsə, klik edərək bloga keçid edə bilərsiniz.

İtaliya vizası əldə etmək istəyirsinizsə, klik edərək sifarişinizi yerləşdirə bilərsiniz.

İtaliya sefirliyi Bakı və ya VFS Global vasitəsilə italiya viza almaq üçün müraciət edərkən, səyahət planınızda İtaliyada qalacağınız günlərin sayının digər ölkələrə nisbətən daha çox olması vacibdir. Bu, italiya viza mərkəzi tərəfindən qiymətləndirilən əsas kriteriyalardandır. Çox vaxt turistlər İtaliya səyahətlərini İspaniya, Fransa, İsveçrə, Avstriya və digər Avropa ölkələri ilə birlikdə planlaşdırırlar və bu tamamilə normaldır. Lakin şengen vizası necə alınır sualına cavab olaraq qeyd etmək lazımdır ki, əsas qalacağınız ölkə İtaliya olduqda, siz italiya səfirliyi vasitəsilə rahatlıqla müraciət edə bilərsiniz.

İtaliya turist vizası, İtaliyaya qısa müddətli səfərlər üçün verilən Şengen vizası növüdür. Bu viza ilə siz İtaliya Respublikasının Azərbaycandakı səfirliyi və ya İtaliya viza mərkəzi (VFS Global vasitəsilə) müraciət edərək, əsasən turizm, istirahət və şəxsi ziyarət məqsədilə İtaliyaya səyahət edə bilərsiniz. VFS Global haqqında ətraflı məlumat, hansı ölkələrə müraciət etmək olur, viza rüsumları haqqında məlumat istəyirsinizsə, klik edərək bloga keçid edə bilərsiniz.

İtaliya vizası üçün bank hesabında nə qədər pul olmalıdır? İtaliya səfirliyi adətən gündəlik minimum 50–70 avro məbləği tələb edir. Məsələn, 10 günlük səyahət üçün hesabınızda ən azı 500–700 avro olmalıdır. Bank hesabınızın stabil və real olması vizanın təsdiqi üçün vacibdir.

İtaliya turist vizası üçün görüş təyin etmək üçün VFS Global viza mərkəzi ilə əlaqə saxlamalısınız. Viza görüşü, yəni italiya səfirliyi viza appointment, iş günləri saat 09:00-dan 17:00-dək +994 12 404 76 56 nömrəsi ilə əlaqə saxlanılaraq təyin edilə bilər.

İtaliya viza almaq prosesi səfər tarixindən ən tez 6 ay əvvəl başlana bilər. Müraciət zamanı italiya vizası üçün sənədlər şəxsən təqdim olunmalıdır və italiya səfirliyi Bakı tərəfindən bu zaman şəxsi iştirak şərtdir. İtaliya Respublikasının Azərbaycandakı səfirliyi şəxsi müraciəti məcburi sayır və üçüncü şəxs vasitəsilə sənəd təqdim etmək yalnız bəzi istisna hallarda mümkündür.

Böyük Britaniya Vizası

Yeni il tətillərində Böyük Britaniya vizasına maraq ən yüksək səviyyəyə çatır. Ən çox müraciət edilən şəhər, təbii ki, London olur. Paytaxt bu dövrdə sanki bir bayram səhnəsinə çevrilir: Temza çayının sahilində keçirilən möhtəşəm atəşfəşanlıq şousu hər il dünyanın hər yerindən yüz minlərlə turistin diqqətini cəlb edir. London Eye ətrafında toplaşan insanlar 12-ni vurduqdan sonra səmada yaranan işıq şousunun sehri ilə yeni ili qarşılayırlar. Bu mənzərə o qədər məşhurdur ki, televiziya kanalları və sosial şəbəkələr vasitəsilə milyonlarla insan canlı izləyir.

Amma Böyük Britaniyanın cazibəsi yalnız Londonla məhdudlaşmır. Edinburqda keçirilən “Hogmanay” festivalı Avropanın ən məşhur yeni il tədbirlərindən biridir. Burada küçə konsertləri, məşəl yürüşləri və üç gün davam edən şənliklər təşkil olunur. Mançester, Liverpul və Birmingem kimi şəhərlərdə də yeni il gecəsi rəngarəng musiqili proqramlar və xüsusi bayram tədbirləri keçirilir. Bu isə Böyük Britaniya vizasına marağın müxtəlif şəhərlərə bölünməsinə səbəb olur.

Birləşmiş Krallıq vizası haqqında ətraflı məlumat almaq istəyirsinizsə, klik edərək bloga keçid edə bilərsiniz. Birləşmiş Krallıq vizası əldə etmək istəyirsinizsə, klik edərək sifarişinizi yerləşdirə bilərsiniz.

Birləşmiş Krallıq vizası ümumiyyətlə 6 aylıq müddətə verilir, yəni vizanı aldıqdan sonra ölkədə 6 ay müddətinə qalmaq imkanı əldə edirsiniz. Həmçinin, çoxgirişli vizalarla daha uzun müddətli qalmağı planlaya bilərsiniz. Viza müraciətində ən vacib faktorlardan biri, səyahət məqsədiniz və planlaşdırdığınız səfər müddətidir.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Birləşmiş Krallıqda qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 4.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 funt gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Avstriya Vizası

Yeni il tətillərində Avstriya vizasına maraq artmaqdadır və bu da tamamilə başadüşüləndir. Avstriya həm paytaxt Vyana, həm də Alp dağları ilə turistlərin diqqətini özünə çəkir. Vyana yeni il zamanı klassik musiqi ilə dolu bir səhnəyə çevrilir. Dünyaca məşhur Vyana Filarmoniyasının “Yeni İl Konserti” hər il 1 yanvarda keçirilir və bu tədbir yalnız Avstriyada deyil, bütün dünyada milyonlarla tamaşaçı tərəfindən izlənilir. Şəhərin küçələri işıqlarla bəzədilir, Ştefansdom kilsəsinin ətrafında bayram bazarları qurulur və köhnə Avropa ab-havası ilə müasir bayram ruhu bir araya gəlir.

Avstriyaya səfər etməyi planlaşdırırsınızsa, ilk atacağınız addım Avstriya səfirliyi viza görüşü üçün appointment almaq olacaq. Viza müraciətləri hal-hazırda Avstriya səfirliyi appointment sistemi vasitəsilə onlayn şəkildə həyata keçirilir və görüş vaxtları adətən bir neçə həftə əvvəldən dolur. Ona görə də planlarınızı vaxtında qurmaq vacibdir.

Avstriya Şengen vizası ilə daxil olunan ölkələr sırasındadır və buna görə də Shengen vizası almaq üçün tələb olunan sənədlər siyahısına ciddi şəkildə riayət olunmalıdır. Müraciət zamanı VFS Global vasitəsilə sənədlərinizi təqdim etməli olacaqsınız – bu prosesə tez-tez Avstriya viza VFS adı ilə rast gəlirsiniz.

Avstriya Şengen vizasını əldə etdikdən sonra istənilən Şengen ölkəsinə giriş edə bilmək mümkündür. Ancaq hər bir halda biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Avstriyadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Avstriya vizası ilə Şengen ərazisinə başqa bir ölkədən giriş etməyə çalışsanız, nadir hallarda da olsa, bu sizin üçün problemə çevrilə, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. 

Avstriya vizası haqqında ətraflı məlumat almaq istəyirsinizsə, klik edərək bloga keçid edə bilərsiniz. Avstriya vizası əldə etmək istəyirsinizsə, klik edərək sifarişinizi yerləşdirə bilərsiniz.

Ümumilikdə, Avstriya vizası ilə yeni ili qarşılamaq yalnız bir səyahət deyil, həm də klassik musiqi, qış idmanı, qədim Avropa memarlığı və müasir bayram əyləncələrinin bir araya gəldiyi nadir bir təcrübədir. Vyanada vals musiqisinin sədaları altında yeni ili qarşılamaq və ya Alp dağlarının qarla örtülü təpələrində qışın dadını çıxarmaq səyahətçilərin yaddaşında unudulmaz xatirələr kimi qalır.

Tez-tez Verilən Suallar (FAQ)

1. Yeni il üçün viza müraciətini nə qədər əvvəl etmək lazımdır?
Yeni il dövrü viza mərkəzlərində ən sıx mövsümdür. Müraciətlərin çoxluğu səbəbindən cavab müddəti uzana bilər. Ona görə də səyahət tarixindən ən azı 1-2 ay əvvəl müraciət etmək tövsiyə olunur.

2. Hansı ölkələrə yeni il üçün ən çox müraciət olunur?
Vizam.az-ın müşahidələrinə əsasən, ən çox müraciət edilən ölkələr Fransa, Almaniya, İtaliya, Birləşmiş Krallıq və Avstriyadır. Bu ölkələr həm bayram atmosferi, həm də qış turizmi ilə seçilir.

3. Yeni il səyahəti üçün viza alarkən nələrə diqqət etmək lazımdır?
Əsas diqqət edilməli məqam müraciəti son günlərə saxlamamaqdır. Bundan başqa, uçuş və otel rezervasiyalarını əvvəlcədən etmək, lazımi maliyyə sənədlərini toplamaq və səyahət planını aydın şəkildə göstərmək önəmlidir.

4. Şengen vizası ilə neçə ölkəyə səyahət etmək olar?
Şengen vizası ilə Fransaya, Almaniyaya, İtaliyaya və Avstriyaya daxil olmaq mümkündür. Viza etibarlıdırsa, bir neçə ölkəni eyni səyahət çərçivəsində ziyarət etmək olar. Amma Birləşmiş Krallıq Şengen zonasına daxil deyil, oraya ayrıca viza tələb olunur.

5. Yeni il dövründə otel və bilet qiymətləri necə olur?
Yeni il bayramı səyahət üçün ən bahalı mövsümlərdən biridir. Otel və aviabilet qiymətləri bu vaxt sürətlə artır. Əvvəlcədən rezervasiya etməklə həm büdcəyə qənaət etmək, həm də rahat seçim tapmaq mümkündür.

Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə dünyanın istənilən ölkəsinə viza müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, ərizə anket doldurulması, sənədlərin yüklənməsi, otel və bilet bron istədiyiniz halda dəstək göstəririk.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Unutmayın ki, düzgün hazırlıq və vaxtında müraciət viza prosesini asanlaşdırır və səyahətinizi xoş anlarla doldurur.

Səyahətiniz uğurlu, təhlükəsiz və xoş olsun!

Oxşar yazılar:

Hindistana Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Hindistana Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Hindistan rəngarəng mədəniyyəti, qədim məbədləri, möhtəşəm sarayları və fərqli mətbəxi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tac Mahaldan Mumbayın canlı küçələrinə, Himalay dağlarından Qoa çimərliklərinə qədər ölkə hər səyahətçiyə fərqli təcrübələr təqdim edir. Hindistana səyahət etməyi planlaşdırırsınızsa, yola çıxmazdan əvvəl bilməli olduğunuz 10 maraqlı faktla tanış olun. Hindistanda 22 rəsmi dil tanınır Hindistan dil […]

Vizam.az 06 noyabr 2026
Honq Konq Vizası: Cəmi 1 Həftəyə Viza Cavabınızı Əldə Edin!

Honq Konq Vizası: Cəmi 1 Həftəyə Viza Cavabınızı Əldə Edin!

Honq Konqa səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün əvvəlcədən viza almaq tələb olunur. Asiyanın ən məşhur turizm və biznes mərkəzlərindən biri olan Honq Konq müasir memarlığı, möhtəşəm şəhər mənzərələri, alış-veriş imkanları və zəngin mədəniyyəti ilə turistlərin diqqətini cəlb edir. Honq Konq səyahətinizi planlaşdırırsınızsa, viza müraciətinizi son ana saxlamayın. Vizam.az vasitəsilə müraciət prosesində peşəkar dəstək əldə […]

Vizam.az 05 noyabr 2026
Hindistan Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Hindistan Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Hindistan qədim tarixi, rəngarəng mədəniyyəti, möhtəşəm məbədləri və fərqli təbiəti ilə turistlərin maraq göstərdiyi ölkələrdən biridir. Hindistana səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları səfərdən əvvəl viza almalıdırlar. Hindistan vizası ilə bağlı ən çox verilən 10 sualın cavabını aşağıda tapa bilərsiniz. Azərbaycan vətəndaşları Hindistan vizasını onlayn ala bilərmi? Bəli. Azərbaycan vətəndaşları Hindistanın elektron viza (e-Visa) müraciəti üçün […]

Vizam.az 05 noyabr 2026
Polşaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Polşaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Polşa zəngin tarixi, möhtəşəm memarlığı, qədim şəhərləri və özünəməxsus mədəniyyəti ilə Avropanın maraqlı səyahət istiqamətlərindən biridir. Varşavanın müasir küçələrindən Krakovun tarixi meydanlarına qədər ölkənin hər bölgəsində kəşf etməyə dəyər fərqli məkanlar var. Polşaya səyahət etməyi planlaşdırırsınızsa, yola çıxmazdan əvvəl bilməli olduğunuz 10 maraqlı faktla tanış olun. Polşanın paytaxtı Varşavadır, lakin Krakov da turistlərin sevimli şəhərlərindən […]

Vizam.az 05 noyabr 2026
İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərə Vizası Haqqında Ən Çox Verilən Suallar

İngiltərəyə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza əvvəlcədən alınmalıdır. Turizm, ailə və dost ziyarəti, işgüzar səfər və digər qısamüddətli səfərlər üçün müraciət zamanı uyğun viza növü seçilməli və tələb olunan sənədlər hazırlanmalıdır. İngiltərə vizası ilə bağlı ən çox verilən sualların cavablarını aşağıda tapa bilərsiniz. İngiltərə vizası almaq üçün hansı sənədlər tələb olunur? Əsas sənədlərə […]

Vizam.az 04 noyabr 2026
Latviyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Latviyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Latviya Baltikyanı ölkələr arasında yerləşən, tarixi şəhərləri, sakit təbiəti, geniş meşələri və Baltik dənizinin gözəl sahilləri ilə seçilən Avropa ölkəsidir. Xüsusilə paytaxt Riqa özünəməxsus memarlığı, rəngarəng küçələri və tarixi İçərişəhəri ilə turistlərin diqqətini çəkir. Latviyaya səyahət etməyi planlaşdırırsınızsa, ölkənin mədəniyyəti, gündəlik həyat tərzi və turistlər üçün maraqlı xüsusiyyətləri haqqında əvvəlcədən məlumat əldə etmək faydalıdır. Səfərdən […]

Vizam.az 04 noyabr 2026
Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026
Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

Vizam.az 28 oktyabr 2026