Şengen Vizası ilə Fransaya Səyahət

Yeniləndi: 16 iyun 2025 2067 baxış 8 dəq. oxu
Fransa viza xidməti vizam.az
Fransa viza xidməti vizam.az

Yay Fransada havanın ən gözəl olduğu dövrdür. Günəşli və isti hava həm şəhər gəzintiləri, həm də təbiət turları üçün əlverişlidir. Paris, Lyon, Nice kimi şəhərləri açıq havada daha rahat kəşf etmək mümkündür. Eyni zamanda, yay aylarında Fransada bir çox beynəlxalq tədbir və festivallar keçirilir. Mədəniyyət, musiqi və incəsənət sevənlər üçün bu tədbirlər xüsusi maraq doğura bilər.

Fransanın cənub bölgəsində yerləşən sahil şəhərləri də yay aylarında çox cazibədar olur. Dəniz, günəş və istirahət üçün Cote d’Azur, Marseille və Nice bölgələri populyar seçimlərdir. Uzun günlər və axşama qədər davam edən işıqlı saatlar səyahəti daha dolğun etməyə imkan yaradır.

Digər tərəfdən, nəzərə alınmalı bəzi çatışmazlıqlar da var. Yay mövsümü turistlərin ən çox səfər etdiyi vaxtdır. Bu da öz növbəsində otellərdə qiymətlərin qalxmasına, bəzi turistik yerlərdə isə növbələrin və izdihamın yaranmasına səbəb ola bilər. Həmçinin viza üçün müraciət edənlərin sayı çox olduğu üçün görüş tapmaq və cavab alma prosesi daha uzun çəkə bilər.

Əgər siz sakitlik və daha münasib qiymətlər axtarırsınızsa, yazın sonu və ya payızın əvvəlləri daha uyğun ola bilər. Amma yayda tətil fürsətiniz varsa və öncədən planlaşdırma etmə imkanınız varsa, Fransaya səyahət ümumilikdə çox xoş və yaddaqalan təcrübə ola bilər.

Fransa Şengen Vizasına Müraciət

Fransa Şengen vizası almaq istəyən Azərbaycan vətəndaşları üçün müraciət prosesi müəyyən sənədlərin hazırlanması və rəsmi prosedurların yerinə yetirilməsi ilə həyata keçirilir. Fransa səfirliyi ilə əməkdaşlıq edən rəsmi viza mərkəzi Capago Baku vasitəsilə müraciət qəbul edilir. Müraciət etməzdən əvvəl viza üçün tələb olunan sənədlərlə tanış olmaq, görüş (appointment) təyin etmək və viza rüsumunu ödəmək vacibdir.

Fransa viza sənədləri müraciət növünə görə dəyişsə də, əsas sənədlər aşağıdakılardır: xarici pasport, şəxsiyyət vəsiqəsi surəti, 3x4 ölçüdə biometrik şəkil, iş yerindən arayış və əmək müqaviləsi, bank hesabı çıxarışı (şengen vizası üçün bank hesabında minimum məbləğ tələb olunur), otel və aviabiletlərin rezervasiyası, sığorta polisi və müraciət forması. Şengen vizası üçün lazım olan sənədlər də eyni kateqoriyaya aiddir və sənədlər təqdim olunarkən düzgün və tam olmasına xüsusi diqqət yetirilməlidir.

Viza müraciəti Capago.az saytından onlayn olaraq həyata keçirilir. Sayta daxil olaraq əvvəlcə Capago visa appointment bölməsindən görüş təyin olunur. Görüş günü təyin edildikdən sonra sənədlərlə birlikdə Capago Baku ofisinə müraciət edilir. Capago tracking xidməti vasitəsilə sənədlərin vəziyyətini və viza prosesinin gedişatını onlayn izləmək mümkündür. Bütün sənədlər düzgün təqdim olunduğu halda, viza nəticəsi adətən 7–15 iş günü ərzində təqdim olunur.

Fransa viza rüsumu 35 avro təşkil edir. Bu məbləğ rəsmi Şengen vizası qiyməti olaraq müəyyən edilib və müraciət zamanı Capago ofisində ödənilir. Əlavə olaraq Capago xidmət haqqı da tətbiq olunur. 2025-ci ildə Capago Viza Mərkəzi Necə İşləyir , viza rüsumları nə qədərdir və capago ilə başqa hansı ölkələrə müraciət edə bilərsiniz bilmək istəyirsinizsə, klik edərək blogumuza keçid edə bilərsiniz.

Müraciət zamanı Fransa səfirliyi viza sənədləri, fransa səfirliyi görüş qaydaları, şengen vizası üçün lazım olan sənədlər, viza üçün bank hesabı, capago görüş prosesi kimi detallar əvvəlcədən araşdırılmalı və sənədlər ona uyğun hazırlanmalıdır. Çünki fransız səfirliyi sənədlərin düzgünlüyünə və təqdim olunan maliyyə sübutlarına əsasən viza qərarı verir.

Əgər siz də Fransaya viza almaq, Fransa Şengen vizası üçün müraciət etmək, ya da Parisə viza ilə səyahət planlayırsınızsa, bütün sənədləri düzgün təqdim etməklə, vaxtında görüş almaqla və Capago-nun rəsmi kanallarından istifadə etməklə viza alma şansınızı artırmış olarsınız.

Unutmayın ki, şengen viza üçün sənədlər və müraciət prosesi barədə dəqiq məlumat əldə etmək üçün yalnız rəsmi mənbələrə və Capago.az platformasına istinad etmək tövsiyə olunur.

Fransa Viza Növləri

Fransa Şengen ölkələri siyahısına daxil olduğu üçün, Fransaya müvəqqəti səyahət planlayan Azərbaycan vətəndaşları Fransa Şengen vizası üçün müraciət edə bilərlər. Bu viza növü ilə Fransaya viza almaq istəyən şəxslər aşağıdakı məqsədlərlə müraciət edə bilərlər: turizm, ailə və ya dost ziyarəti, işgüzar səfərlər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və digər qısa müddətli şəxsi səbəblər.

Əgər məqsədiniz Fransada 90 gündən artıq qalmaqdırsa, məsələn, bakalavr, magistratura, doktorantura təhsili almaq və ya Fransada yerləşən bir müəssisədə daimi işə başlamaqdırsa, bu halda siz Fransa milli vizası üçün müraciət etməlisiniz. Bunun üçün rəsmi qəbul məktubu, davet məktubu və digər Fransa viza sənədləri tələb olunur.

Hazırda isə biz Fransa Şengen vizası barədə ümumi məlumat təqdim edirik. Fransa səfirliyi viza müraciəti prosesi Capago Baku vasitəsilə həyata keçirilir. Müraciət zamanı şengen vizası üçün lazım olan sənədlər, şəxsi bank hesabı çıxarışı, səfər planı, sığorta, viza ərizəsi və fransa səfirliyi görüşü öncədən hazırlanmalıdır.

Capago.az platforması vasitəsilə Capago visa appointment təyin edildikdən sonra sənədlərinizi təqdim edib, capago tracking xidməti ilə viza müraciətinizin statusunu izləyə bilərsiniz. Fransa viza rüsumu və Şengen vizası qiyməti cari dövrdə 80 avrodur, əlavə olaraq Capago xidmət haqqı da ödənilir.

Əgər siz də Fransa vizası, şengen viza, və ya Paris viza ilə bağlı suallarınızı cavablandırmaq və Fransaya viza almaq üçün dəqiq addımlar atmaq istəyirsinizsə, fransa səfirliyi viza sənədləri, capago görüş qaydaları və şengen vizası üçün bank hesabı tələbləri kimi mövzularda etibarlı və güncəllənmiş məlumatlara əsaslanmağınız tövsiyə olunur.

Fransa Şengen Vizası

Fransa Şengen vizası müraciət edən şəxsin səyahət planından asılı olaraq təkgirişli və ya çoxgirişli ola bilər. Bundan əlavə, fransa vizası üçün üç ay, altı ay, bir il, iki il və hətta beş il müddətinə olan uzunmüddətli Şengen vizası növlərinə də müraciət etmək mümkündür. Müraciət zamanı səyahət məqsədi və təqdim etdiyiniz fransa viza sənədləri bu müddətlərin təsdiq olunmasında əsas rol oynayır.

Fransa vizasını əldə etdikdən sonra siz Şengen vizası olan digər ölkələrə də daxil ola bilərsiniz. Lakin fransa səfirliyi viza müraciəti zamanı bildirilən ilk giriş ölkəsi Fransa olmalıdır və biz tövsiyə edirik ki, şengen ərazisinə girişinizi mütləq şəkildə vizanı aldığınız ölkə olan Fransadan başladasınız. Əks halda, Fransa vizası ilə başqa bir ölkəyə giriş etməyə cəhd etdikdə, nadir də olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə buraxmaya bilər. Bu kimi halların qarşısını almaq üçün əvvəlcədən planlama vacibdir.

Əgər siz Fransaya viza almaq istəyirsinizsə və Capago Baku vasitəsilə fransa səfirliyi görüşü təyin etmisinizsə, şengen vizası üçün lazım olan sənədlər arasında səyahət planınızda ən çox gün qalacağınız ölkənin Fransa olduğunu göstərməlisiniz. Bu, fransa sefirliyi tərəfindən viza qərarına təsir edən əsas amillərdən biridir.

Təcrübədə görünür ki, fransaya səyahət edən şəxslər tez-tez İspaniya, Portuqaliya, İtaliya, Almaniya kimi digər Şengen ölkələrini də planlarına daxil edirlər. Bu, tamamilə mümkündür və şengen viza ilə bu ölkələrə daxil olmaq üçün əlavə viza tələb olunmur. Sadəcə ümumi səyahətinizin əsas hissəsini Fransada keçirdiyinizi göstərməniz kifayət edir.

Fransa Şengen vizası üçün müraciət zamanı capago.az vasitəsilə capago görüş təyin edilməli, fransa səfirliyi viza sənədləri düzgün şəkildə təqdim olunmalı və şengen vizası üçün bank hesabı, səyahət sığortası, otel və aviabilet rezervasiyaları da daxil edilməlidir. Müraciət etdikdən sonra capago tracking vasitəsilə sənədlərinizin vəziyyətini izləyə bilərsiniz.

Əgər siz Fransa şəhərləri, xüsusilə də Paris viza ilə səyahət etməyi düşünürsünüzsə, Fransa vizası almaq üçün fransa səfirliyi görüş və sənəd hazırlığı mərhələlərini vaxtında həyata keçirmək vacibdir.

Fransa Şengen Vizası Müraciəti üçün Sənədlər

Fransa Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  10. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  11. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  14. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Qeyd edək ki, təcrübəmizdə görünmüşdür ki, Fransa səfirliyi ilk viza müraciətini edən şəxslərdən əksər hallarda iş yerindən arayışdan əlavə e.gov.az hökumət portalından çıxarış da tələb edib. Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Nadir hallarda da olsa, Fransa səfirlyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi hallar yaşanmışdır.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Fransa Şengen Vizası üçün Viza Proseduru

Fransaya viza almaq istəyirsinizsə, Fransa Şengen vizası üçün rəsmi müraciət Fransa Səfirliyinin Azərbaycandakı rəsmi partnyoru olan Capago Baku viza müraciət mərkəzi vasitəsilə aparılır. Müraciətlər capago.az platforması üzərindən qəbul edilir və viza qərarı yalnız Fransa səfirliyi konsulluq şöbəsi tərəfindən verilir.

Fransa səfirliyi viza müraciəti zamanı şəxsi görüş (capago görüş) onlayn şəkildə təyin edilir. Görüş olmadan sənədləri təqdim etmək mümkün deyil. Fransa viza sənədləri ilə birlikdə təqdim edilməli olan digər tələblərdən biri də şəxsi iştirakdır – bu, yalnız müəyyən hallarda istisna olunur.

Barmaq izindən azad olan şəxslər aşağıdakılardır:

  • Son 3 il ərzində Şengen vizası almış və sistemdə barmaq izi olan şəxslər (yalnız Çexiya vizası bu istisnaya daxil deyil);
  • 12 yaşdan aşağı uşaqlar;
  • Barmaq izi verə bilməyəcək fiziki vəziyyətdə olan şəxslər;
  • Diplomatik və ya xüsusi pasport sahibləri – Fransada diplomatik və ya konsulluq vəzifəsinə akreditə olunmuş şəxslər;
  • Fransada yerləşən beynəlxalq təşkilatlarda akkreditə olunmuş diplomatik və konsulluq işçiləri və onların ailə üzvləri (həyat yoldaşı və asılı uşaqlar).

Fransa səfirliyi tərəfindən şengen vizası üçün müraciət səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Adətən, şengen viza proseduru müraciət günündən sonra 3–5 iş günü ərzində tamamlanır. Lakin Fransa səfirliyi viza müddətini səyahət tarixlərinə uyğun planlaşdırmağa çalışır. Yaxın tarixlərə planlaşdırılan səfərlər üçün viza nəticələri də daha tez məlum ola bilər.

Bununla belə, viza nəticəsinin vaxtında hazır olub-olmaması yalnız tarixlə deyil, müraciət olunan keysin mürəkkəbliyi ilə də bağlı ola bilər. Məsələn, bank hesabı çıxarışı, səfər planı, oteldə yerləşmə sənədi və digər şengen vizası üçün sənədlər tam və düzgün təqdim edilməzsə, bu, müddətə təsir göstərə bilər.

Fransa Viza Rüsumu və Xidmət Haqqı

Fransa vizası üçün tələb olunan viza rüsumu hal-hazırda 35 avro təşkil edir. Bu məbləğ manatla nəğd şəkildə və ya kartla müxtəlif valyutada ödənilə bilər. Bundan əlavə, Capago viza mərkəzi tərəfindən 26 avro xidmət haqqı da tələb olunur. Xidmət haqqı da həm manatla nəğd, həm də kartla ödənilə bilər.

Qeyd edək ki, viza rüsumunun manatla ekvivalenti hər gün Fransa səfirliyi tərəfindən rəsmi məzənnəyə uyğun müəyyən olunur. Bütün ödənişlər fransa səfirliyi görüşü zamanı aparılır və ödənişsiz müraciət mümkün deyil.

Əgər Paris viza və ya digər Fransa şəhərlərinə səyahət planlayırsınızsa, şengen vizası qiyməti, capago baku, fransa səfirliyi görüş, capago hansı ölkələrə baxır kimi mövzular barədə rəsmi mənbələrdən vaxtında məlumat almağınız tövsiyə olunur.

Fransa Şengen Vizası Alma Ehtimalı

Hər bir ölkənin viza müraciətində olduğu kimi Fransada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında və ya daha yüksək olması (təcrübədə 400-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin yaxşı olması sizin Fransa Şengen vizası alma şansınızı artıran faktorlardır. Təcrübəmizdə ilk Şengen vizasını Fransa səfirliyindən əldə etmiş şəxslərin kifayət qədər olmasına baxmayaraq, biz profili yüksək səviyyədə (yuxarıda sadalanan nüansların kifayət qədər yaxşı olduğu halda) olduğu hallar xaricində bir şəxs üçün ilk viza müraciəti zamanı Fransa səfirliyinin bir qədər riskli olduğunu qeyd edirik. Daha öncə bir və ya bir neçə Şengen vizanızın olması sizin Fransa səfirliyindən viza alma ehtimalınızı əhəmiyyətli dərəcədə yüksəldə bilir. Yenə də digər Qərbi Avropa və yüksək inkişaf etmiş Avropa ölkələrinə (Almaniya, İtaliya, Skandinaviya ölkələri və s.) nəzərən Fransa səfirliyi bəzi nüansların mövcudluğu halında ilk viza müraciəti üçün nisbətən daha yaxşı seçim ola bilər.

Fransaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Fransa Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Fransa Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Fransada xəyal kimi günlər sizi gözləyir! Xoş səyahətlər!

Oxşar yazılar:

DV-2028 Green Card Qeydiyyatı Haqqında Ən Çox Verilən Suallar

DV-2028 Green Card Qeydiyyatı Haqqında Ən Çox Verilən Suallar

DV-2028 Green Card lotereyası ABŞ-da daimi yaşamaq imkanı əldə etmək istəyən şəxslərin ən çox maraq göstərdiyi proqramlardan biridir. Qeydiyyat prosesi onlayn həyata keçirilir və müraciət edən şəxslər müəyyən uyğunluq şərtlərinə cavab verməlidirlər. Aşağıda DV-2028 Green Card qeydiyyatı ilə bağlı istifadəçilərin ən çox axtardığı 10 əsas sualın cavabını təqdim edirik. DV-2028 Green Card qeydiyyatı nə vaxt […]

Vizam.az 09 sentyabr 2026
Vyetnam vizası müraciəti nə qədər vaxta təsdiqlənir?

Vyetnam vizası müraciəti nə qədər vaxta təsdiqlənir?

Vyetnam vizası müraciəti, e-viza üçün bütün məlumatlar düzgün təqdim edildikdə və ödəniş tamamlandıqda, rəsmi olaraq 3 iş günü ərzində emal olunur. Vyetnam İmmiqrasiya Departamentinin məlumatına əsasən, e-viza müraciətinin nəticəsi onlayn sistem üzərindən yoxlanıla bilər. Azərbaycan vətəndaşları da Vyetnam e-vizası üçün müraciət edə bilərlər. Vyetnamın rəsmi e-viza portalında Azərbaycan e-viza almaq hüququ olan ölkələr siyahısında göstərilir. […]

Vizam.az 08 sentyabr 2026
Monteneqro Viza Neçə Günə Hazır Olur?

Monteneqro Viza Neçə Günə Hazır Olur?

Monteneqro vizası müraciətdən sonra adətən 15 iş günü ərzində hazır olur. Lakin sənədlərin tamlığı, müraciətin düzgün təqdim edilməsi və əlavə yoxlamaların aparılması kimi amillər viza baxılma müddətinə təsir göstərə bilər. Buna görə Monteneqroya səyahət planlaşdıran Azərbaycan vətəndaşlarının viza müraciətini səfər tarixindən əvvəl etməsi tövsiyə olunur. Monteneqro Viza Nə Qədər Müddətə Hazır Olur? Monteneqro viza müraciətlərinə […]

Vizam.az 07 sentyabr 2026
Azərbaycanlılar Taylanda 15 Gün Vizasız Gedə Biləcək

Azərbaycanlılar Taylanda 15 Gün Vizasız Gedə Biləcək

Taylanda səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün yeni giriş qaydaları tətbiq olunur. 15 sentyabr 2026-cı il tarixindən etibarən Azərbaycan vətəndaşları Taylanda 15 günədək səfərlər üçün hava limanında Visa on Arrival (gəlişdə viza) imkanından yararlana biləcəklər. Bu dəyişiklik qısa müddətli turistik səfərlər üçün Taylanda getmək istəyən Azərbaycan vətəndaşlarının viza prosesini daha asanlaşdırır. Bəs yeni qayda necə […]

Vizam.az 03 sentyabr 2026
DV-2028 Green Card Qeydiyyatı Necə Edilir?

DV-2028 Green Card Qeydiyyatı Necə Edilir?

Bəli, bu mövzuda SEO-friendly bloq hazırlamaq olar. Amma əvvəlcə vacib bir düzəliş edim: 2025-ci ildə Green Card lotereyası ümumiyyətlə keçirilmədi demək düzgün deyil. DV-2025 proqramı keçirilib və 30 sentyabr 2025-də başa çatıb. Həmçinin hazırda rəsmi ABŞ Dövlət Departamentinin səhifəsində DV-2028 qeydiyyatının 15 noyabr 2026-dək davam etdiyini təsdiqləyən elan görsənmir. Rəsmi məlumatda DV-2027 qeydiyyat tarixlərinin ayrıca […]

Vizam.az 02 sentyabr 2026
Slovakiyaya Viza Almaq Prosesi Necə Gedir?

Slovakiyaya Viza Almaq Prosesi Necə Gedir?

Avropanın mərkəzində yerləşən Slovakiya təbiəti, tarixi şəhərləri, qalaları və özünəməxsus memarlığı ilə səyahət üçün maraqlı ölkələrdən biridir. Slovakiyaya turistik, işgüzar və ya digər qısamüddətli məqsədlərlə səfər etməyi planlaşdırırsınızsa, bunun üçün Slovakiya Şengen vizası əldə etməlisiniz. Bəs Slovakiyaya viza almaq üçün hansı sənədlər tələb olunur, müraciət prosesi necə həyata keçirilir və viza almaq üçün nələrə diqqət […]

Vizam.az 31 avqust 2026
Kanada vizası üçün bank hesabında nə qədər pul olmalıdır?

Kanada vizası üçün bank hesabında nə qədər pul olmalıdır?

Kanada vizasına müraciət edən Azərbaycan vətəndaşlarının ən çox maraqlandığı məsələlərdən biri bank hesabında nə qədər vəsaitin olmasıdır. Xüsusilə turist vizası üçün müraciət edən şəxslər tez-tez “Kanada vizası üçün minimum nə qədər pul lazımdır?” sualını verirlər. Əslində, Kanada vizası üçün bank hesabında olması tələb olunan konkret minimum məbləğ yoxdur. Kanada İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq İdarəsi (IRCC) […]

Vizam.az 27 avqust 2026
Monteneqro vizası üçün hansı sənədlər lazımdır?

Monteneqro vizası üçün hansı sənədlər lazımdır?

Monteneqroya səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının turist səfəri üçün viza müraciəti zamanı müəyyən sənədləri təqdim etməsi tələb olunur. Sənədlərin düzgün və tam hazırlanması müraciət prosesinin daha rahat həyata keçirilməsinə kömək edir. Bu yazıda Monteneqro turist vizası üçün tələb olunan əsas sənədləri, maliyyə təminatı ilə bağlı tələbləri və müraciət zamanı diqqət edilməli məqamları izah edirik. Monteneqro […]

Vizam.az 19 avqust 2026
Azərbaycan Pasportu ilə Gedilən Vizasız Ölkələr

Azərbaycan Pasportu ilə Gedilən Vizasız Ölkələr

Azərbaycan pasportu ilə səyahət edənlər üçün viza tələb etməyən ölkələrin sayı son illərdə dəyişib. Bəzi istiqamətlərdə vizasız qalma müddəti 90 gün olduğu halda, bəzi ölkələrdə daha qısa müddət tətbiq edilir. Əgər səyahətinizi viza müraciəti olmadan planlaşdırırsınızsa, Azərbaycan pasportu ilə vizasız gedilən ölkələri əvvəlcədən bilmək səfər planınızı daha rahat qurmağa kömək edə bilər. Bu siyahını Azərbaycan […]

Vizam.az 14 avqust 2026
2026-cı ildə İspaniya Vizası üçün Hansı Sənədlər Lazımdır?

2026-cı ildə İspaniya Vizası üçün Hansı Sənədlər Lazımdır?

İspaniyaya səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün viza müraciətində sənədlərin düzgün hazırlanması ən vacib mərhələlərdən biridir. İspaniya vizası üçün hansı sənədlər lazımdır? sualının cavabı səfərin məqsədindən asılı olaraq dəyişə bilər. Turistik səfər üçün müraciət edən şəxslər əsasən qısamüddətli Şengen vizasına müraciət edirlər. İspaniyanın Şengen vizası turizm, biznes, ailə ziyarəti və digər qısamüddətli səfərlər üçün istifadə […]

Vizam.az 14 avqust 2026