Şengen Vizası ilə Avstriyaya Səyahət: Avstriya Vizası

Yeniləndi: 22 sentyabr 2025 1042 baxış 6 dəq. oxu
Avstriya Vizası Üçün Vizam.az sizə dəstək olacaq.
Avstriya Vizası Üçün Vizam.az sizə dəstək olacaq.

Əgər yaxın zamanda Avropaya səyahət planlayırsınızsa və hara gedəcəyinizə qərar verə bilmirsinizsə, sizə bir sirr verək – Avstriya tam da axtardığınız ölkə ola bilər. Təmiz və səliqəli küçələri, nağılvari şəhərləri, tarixi abidələri, dağ havası ilə dolu alp mənzərələri və zəngin musiqi irsi ilə Avstriya sizi ilk gündən valeh edəcək. Bura həm mədəniyyət sevərlərin, həm təbiət aşiqi olanların, həm də sadəcə sakit və xoş istirahət axtaranların sevimli istiqamətidir.

Avstriya həm tarixinizi hiss edəcəyiniz, həm də təbiətin qoynunda rahatlanacağınız bir ölkədir. Vyana və Zalzburg kimi şəhərlərdə qədim Avropa memarlığının möhtəşəm nümunələri, klassik musiqi və sənət qalereyaları sizi gözləyir. Digər tərəfdən isə, Avstriya Alp dağları qışda xizək sürmək, yayda isə yürüş etmək üçün əla fürsətlər təqdim edir.

Avstriyaya Səfər Üçün Ən Yaxşı Mövsüm Hansıdır?

Əslində Avstriyaya ilboyu səyahət edə bilərsiniz, çünki hər fəsildə öz gözəlliyini təqdim edir. Amma məqsədinizə görə ideal vaxt dəyişə bilər:

Yay fəsli (İyun–Avqust): Dağlarda yürüş və təbiət gəzintiləri üçün ideal zamandır. Şəhərlərdə isə açıq havada festivallar və konsertlər keçirilir. Hava isti və günəşlidir, turistlər isə çox olur.

Qış fəsli (Dekabr–Fevral): Əgər xizək sürmək, qarlı dağlar və Yeni İl atmosferi axtarırsınızsa, Avstriyanın Alp bölgələri – xüsusilə Tyrol və Zell am See – sizi gözləyir.

Yaz və Payız (Aprel–May və Sentyabr–Oktyabr): Daha sakit və romantik vaxtlardır. Qiymətlər nisbətən ucuz, təbiət isə möhtəşəmdir – çiçəklər və payız yarpaqları ilə dolu mənzərələr sizi valeh edəcək.

Avstriyada Görmədən Qayıtmayın Deyəcəyimiz Yerlər

Avstriyada elə yerlər var ki, onları görmədən bu ölkədən dönmək sanki bir şeyləri yarımçıq buraxmaq kimidir. Budur, sizə tövsiyə etdiyimiz must-see məkanlar:

Vyana (Wien): Paytaxt şəhəri klassik musiqi, incəsənət və zərif memarlıqla doludur. Şönbrunn Sarayı, Belvedere və Vyana Operası buradadır.

Zalzburg (Salzburg): Mozartın doğulduğu şəhər! Dağların arasında yerləşən bu şəhər həm də “The Sound of Music” filminin çəkildiyi yerdir.

Hallstatt: Dünyanın ən çox şəkil çəkilən kəndlərindən biridir. Göl kənarında yerləşən bu sakit və romantik kənd UNESCO tərəfindən qorunur.

Innsbruck: Alp dağlarının qoynunda, xizək və dağ idmanları üçün ideal şəhərdir.

Grossglockner Alp Yolu: Avstriyanın ən yüksək dağ yolu ilə səyahət etmək həm adrenalin, həm də unudulmaz mənzərələr deməkdir.

Avstriya Vizası Üçün Müraciət Prosesi

Avstriyaya səfər etməyi planlaşdırırsınızsa, ilk atacağınız addım Avstriya səfirliyi viza görüşü üçün appointment almaq olacaq. Viza müraciətləri hal-hazırda Avstriya səfirliyi appointment sistemi vasitəsilə onlayn şəkildə həyata keçirilir və görüş vaxtları adətən bir neçə həftə əvvəldən dolur. Ona görə də planlarınızı vaxtında qurmaq vacibdir.

Avstriya Şengen vizası ilə daxil olunan ölkələr sırasındadır və buna görə də Shengen vizası almaq üçün tələb olunan sənədlər siyahısına ciddi şəkildə riayət olunmalıdır. Müraciət zamanı VFS Global vasitəsilə sənədlərinizi təqdim etməli olacaqsınız – bu prosesə tez-tez Avstriya viza VFS adı ilə rast gəlirsiniz.

Sənədlər siyahısına daxil olan vacib sənədlərdən biri də iş yerindən arayışdır. Bu sənəd sizin maddi və peşəkar sabitliyinizi göstərmək üçün əsas sübutdur. Əgər siz tələbəsinizsə və Avstriya təhsil vizası üçün müraciət edirsinizsə, əlavə olaraq qəbul məktubu və təhsil sponsorluğu ilə bağlı sənədlər də tələb oluna bilər. Sponsorlu müraciətlərdə Sponsorluq məktubu Asan Xidmət tərəfindən notarial təsdiqlə təqdim olunmalıdır.

Ən çox soruşulan suallardan biri də Şengen viza qiyməti ilə bağlıdır. Hazırda viza rüsumu 35 avrodur. 2025 ən son Şengen viza rüsumları və müraciət prosesi haqqında ətraflı məlumat almaq istəyirsinizsə buraya klik edərək ətraflı məlumat əldə bilərisiniz.

Avstriya Viza Növləri

Şengen ölkələri siyahısında yer alan Avstriyaya səyahətinizi Avstriya Şengen vizası vasitəsilə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Avstriyada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya Avstriyada yerləşən bir qurumda daimi işləmək istəyən şəxslər isə həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktubları olduğu təqdirdə Avstriya milli vizasına da müraciət edə bilərlər.

Avstriya Şengen Vizası

Digər Şengen ölkələrinə oxşar olaraq Avstriya Şengen vizasının da təkgirişli və çoxgirişli növləri mövcuddur. Hər bir halda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Avstriya Şengen vizasını əldə etdikdən sonra istənilən Şengen ölkəsinə giriş edə bilmək mümkündür. Ancaq hər bir halda biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Avstriyadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Avstriya vizası ilə Şengen ərazisinə başqa bir ölkədən giriş etməyə çalışsanız, nadir hallarda da olsa, bu sizin üçün problemə çevrilə, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz Avstriya Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı, yəni müddət olaraq ən çox Avstriyada qalacağınızı göstərməlisiniz. Bir çox turist Avstriya səyahətlərini planlayarkən öz tur planlarına Macarıstan, Çexiya, Almaniya və bir sıra digər Avropa ölkələrini də daxil edirlər. Bu kimi hallar sizin viza müraciətinizdə heç bir problem yaratmayacaq nüanslardır. Sadəcə ümumi səyahətiniz müddətində ən çox qalacağınız ölkəni Avstriya göstərməyiniz viza üçün məhz Avstriya səfirliyinə müraciət edə bilməyiniz üçün yetərli olacaqdır.

Avstriya Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

Avstriya Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Elektron hökumət portalından işlə bağlı arayış*
  6. Adınıza olan bank hesabından arayış* (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  7. Adınıza olan bank hesabından ən azı son 3 ayın çıxarışı
  8. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  9. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  10. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  11. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  12. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  13. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  14. İngilis dilində doldurulmuş ərizə forması
  15. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  16. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Bəzi hallarda Avstriya səfirliyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi görülmüşdür.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

Avstriya Şengen vizasını almaq üçün Avstriyanın Azərbaycandakı Səfirliyinə müraciət olunur. Viza haqda qərar səfirliyin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün görümütləq şəkildə öncədən səfirlikdə görüş təyin edilməlidir. Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvələn gec isə 15 gün əvvəl edilə bilər. Müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir. Bu, hər yaşda olan uşaqlar və səyahət qruplarına da aiddir.

Şengen viza proseduru müraciət tarixindən etibarən 7 iş günü çəkə bilər.

Qeyd edək ki, təcrübəmiz göstərir ki, təcili biznes səfərləri olduqda email vasitəsilə sistemdə göstərilən vaxtdan daha tez vaxta görüş təyini mümkündür. Əlavə olaraq, bu kimi təcili hallarda viza cavabı 7 iş günündən daha tez (hətta 3 iş günü) çıxa bilər. Lakin, bu məsələ üzrə qərar tamamilə konsuldan asılıdır.

Viza rüsumu 35 avro olmaqla milli valyutada, yəni manatla nağd şəkildə ödənilməlidir. Viza rüsumunun manat ekvivalenti səfirlik tərəfindən günün məzənnəsinə görə tənzimlənir.

Avstriya Şengen Vizası Alma Ehtimalı

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Avstriyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 400-600 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Avstriya Şengen vizası alma şansınızı artıran faktorlardır. Daha öncə ilk Şengen vizasını Avstriya səfirliyindən almış şəxslər təcrübəmizdə kifayət qədər mövcuddur. Ancaq hər bir halda daha öncə Şengen vizalarınızın olması sizin Avstriya səfirliyindən viza alma ehtimalınızı yüksəldən faktordur.

Avstriyaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Avstriya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Avstriya Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Xoş səyahətlər!

Oxşar yazılar:

2026-cı İldə Yeni Zellandiya Vizası Necə Almaq Olar?

2026-cı İldə Yeni Zellandiya Vizası Necə Almaq Olar?

Yeni Zelandiya təbiəti, təhlükəsizliyi, yüksək həyat səviyyəsi və unikal mədəniyyəti ilə dünyanın ən çox arzulanan ölkələrindən biridir. Yaşıl dağları, sonsuz okean sahilləri, təmiz havası və müasir şəhərləri ilə bu ölkə həm turizm, həm də təhsil və iş məqsədli səyahətlər üçün ideal seçimdir. Azərbaycan vətəndaşları üçün Yeni Zelandiyaya səyahət planlaşdırarkən ilk və ən vacib addım düzgün […]

Vizam.az 29 yanvar 2026
Monteneqro Vizası Necə Əldə Edə Bilərəm?

Monteneqro Vizası Necə Əldə Edə Bilərəm?

Montenegro son illərdə həm turizm, həm də qısa müddətli yaşayış üçün azərbaycanlıların ən çox maraq göstərdiyi Avropa ölkələrindən birinə çevrilib. Adriatik dənizi sahilləri, tarixi şəhərləri, sakit həyat tərzi və Avropa atmosferi bu ölkəni həm istirahət, həm də iş məqsədli səfərlər üçün ideal edir. Lakin Montenegroya səyahət etməzdən əvvəl Azərbaycan vətəndaşları üçün əsas addımlardan biri viza […]

Vizam.az 28 yanvar 2026
Sakura Mövsümü və Yaponiya Vizası Prosesi

Sakura Mövsümü və Yaponiya Vizası Prosesi

Yaponiya hər il bahar aylarında sakura (çəhrayı albalı çiçəkləri) mövsümü ilə turistləri özünə cəlb edir. Bu mövsüm ölkədə çiçəklərin açdığı ən gözəl dövr hesab olunur və səyahət planlayanlar üçün həm estetik, həm də mədəni təcrübə baxımından əvəzolunmazdır. Azərbaycan vətəndaşları üçün Yaponiyaya səyahət vizaya tabedir və planlaşdırma prosesində vaxtlama böyük rol oynayır. Sakura mövsümündə ölkəyə giriş […]

Vizam.az 27 yanvar 2026
Şengen Vizası üçün Tələb Olunan Sənədlər

Şengen Vizası üçün Tələb Olunan Sənədlər

Avropaya səyahət planlayan hər bir Azərbaycan vətəndaşı üçün Şengen vizası əsas tələblərdən biridir. Şengen ölkələrinə daxil olmaq üçün bu viza bütün üzv ölkələrdə etibarlıdır və səfərin məqsədindən – turizm, biznes və ya ailə ziyarəti asılı olaraq müxtəlif növləri mövcuddur. Şengen vizası müraciətində əsas məqsəd səfərin qanuni və problemsiz həyata keçirilməsini təmin etməkdir. Bunun üçün səfirliklər […]

Vizam.az 26 yanvar 2026
Azərbaycan Vətəndaşları üçün Tayland Vizası

Azərbaycan Vətəndaşları üçün Tayland Vizası

Azərbaycan vətəndaşları üçün Tayland vizası son illərdə ən çox maraq göstərilən səyahət mövzularından biridir. Tropik çimərlikləri, zəngin mədəniyyəti və əlverişli səyahət xərcləri ilə Tayland azərbaycanlı turistlər üçün cəlbedici istiqamətə çevrilib. Lakin bu ölkəyə səyahət etməzdən əvvəl viza qaydalarını düzgün bilmək çox vacibdir. Tayland vizası ilə bağlı tələblər, müraciət prosesi, sənədlərin hazırlanması və düzgün viza növünün […]

Vizam.az 26 yanvar 2026
Fransa Səfirliyi Vasitəsilə Şengen Vizası

Fransa Səfirliyi Vasitəsilə Şengen Vizası

Şengen vizası almaq istəyirsinizsə və səyahət planınızın əsas hissəsi Fransada keçəcəksə, müraciət prosesi Fransa səfirliyi vasitəsilə aparılmalıdır. Fransa səfirliyi, Şengen vizası üçün ən çox müraciət olunan səfirliklərdən biridir və ilk dəfə viza alanlar üçün sənəd yoxlamasını diqqətlə aparır. Müraciət zamanı təqdim etdiyiniz sənədlərin tamlığı, səyahət məqsədinizin aydınlığı və maliyyə vəziyyətiniz səfirliyin qərarında böyük rol oynayır. […]

Vizam.az 23 yanvar 2026
Hansı Şengen Ölkəsi İlk Viza Üçün Daha Uyğundur?

Hansı Şengen Ölkəsi İlk Viza Üçün Daha Uyğundur?

Əgər ilk dəfə Şengen vizasına müraciət edirsinizsə, ən çox verilən suallardan biri məhz budur: hansı Şengen ölkəsi ilk viza üçün daha uyğundur? Çünki ilk viza müraciəti sonrakı səyahətlər üçün əsas rol oynayır və düzgün ölkə seçimi imtina riskini əhəmiyyətli dərəcədə azalda bilər. Bir çox müraciət edənlər eyni səhvi edir. Səyahət planına uyğun olmayan ölkəyə müraciət […]

Vizam.az 22 yanvar 2026
Mart Tətili üçün Viza Müraciətini Nə Vaxt Etməliyik?

Mart Tətili üçün Viza Müraciətini Nə Vaxt Etməliyik?

Mart tətili səyahət planı quranların ən çox verdiyi suallardan biri budur: “Vizaya nə vaxt müraciət etməliyik ki, gecikmə olmasın?” Bu sualın tək bir cavabı yoxdur, çünki viza müraciətinin vaxtı seçdiyiniz ölkəyə, viza növünə və səfirliklərin iş yükünə görə dəyişir. Mart ayı Avropa, Böyük Britaniya və Amerika istiqamətləri üçün ən sıx mövsümlərdən biri hesab olunduğuna görə, […]

Vizam.az 21 yanvar 2026
2026-cı İldə  Azərbaycan Vətəndaşları üçün  Vizasız Gedilən Ölkələr

2026-cı İldə Azərbaycan Vətəndaşları üçün Vizasız Gedilən Ölkələr

2026-cı ildə səyahət planı quran Azərbaycan vətəndaşları üçün vizasız ölkələrin siyahısı daha da genişdir. Xarici səfər üçün uzun viza prosedurları ilə vaxt itirmədən, birbaşa bilet alıb yola düşə biləcəyiniz bir çox ölkə mövcuddur. Hazırda Albaniya, Belarus, Bosniya və Herseqovina, Çin, Kolumbiya, Ekvador, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Malayziya, Mikroneziya, Moldova, Mərakeş, Rusiya Federasiyası, Serbiya, Tacikistan, Türkiyə, Ukrayna, […]

Vizam.az 20 yanvar 2026
Ruminiya Səfirliyi vasitəsilə Şengen Viza Müraciəti Prosesi

Ruminiya Səfirliyi vasitəsilə Şengen Viza Müraciəti Prosesi

Ruminiya səfirliyi vasitəsilə Şengen vizasına müraciət etməyi planlayan şəxslər üçün prosedurun düzgün anlaşılması və sənədlərin qaydalara uyğun hazırlanması viza nəticəsinə birbaşa təsir göstərir. Şengen qaydalarına əsasən, səfərin əsas məqsədi və səyahət müddətinin böyük hissəsi Ruminiyada planlaşdırıldığı hallarda viza müraciəti məhz Ruminiya səfirliyi üzərindən edilməlidir. Bu mərhələdə görüş təyini, tələb olunan sənədlərin toplanması, maliyyə vəziyyətinin düzgün […]

Vizam.az 15 yanvar 2026