Yunanıstan Şengen Vizası: Türkiyədən Yunan adalarına Keçid

Yeniləndi: 12 iyun 2025 1428 baxış 6 dəq. oxu
yunanıstan vizası vizam.az
yunanıstan vizası vizam.az

Yunan adaları, dünyanın ən məşhur və arzulanan istirahət məkanlarından biridir. Hər il minlərlə turist, xüsusilə də Azərbaycan və Türkiyədən olan səyahətçilər, bu adaların mavi dənizi, tarixi abidələri və sakit atmosferi üçün Yunanıstana üz tutur. Lakin Türkiyədən Yunan adalarına keçmək üçün viza tələbləri ilə bağlı çoxsaylı suallar meydana çıxır.

Azərbaycan vətəndaşları Yunanıstan adalarına Türkiyədən gedərkən vizasız səyahət edə bilməzlər. Yunanıstan Şengen zonasına daxil olduğu üçün Azərbaycan vətəndaşları adətən Şengen vizası almalıdırlar.

Lakin, Türkiyə vətəndaşları üçün bəzi Yunan adalarına (Rodos, Lesbos, Lemnos, Sakız Adası, Samos, Leros, Kalimnos, Kos, Simi və Meis) "qapıda viza" tətbiqi mövcuddur. Bu tətbiq Türkiyə vətəndaşlarına 7 günə qədər həmin adalara səyahət etməyə imkan verir və Şengen vizası tələb olunmur. Bu tətbiq Azərbaycan vətəndaşlarına şamil edilmir.

Türkiyədən Yunan adalarına necə getmək olar?

Türkiyədən Yunan adalarına getmək üçün ən çox istifadə olunan yol bərə (feribot) ilə keçiddir. Bodrum, Çeşme, Kuşadası, Marmaris və Fethiye kimi liman şəhərlərindən Yunanıstanın Kos, Sakız (Chios), Rodos, Samos, Meis kimi məşhur adalarına gündəlik bərə səfərləri təşkil olunur. Azərbaycan vətəndaşları üçün bu marşrutlardan istifadə etməzdən əvvəl Yunanıstan Şengen vizası almaq mütləqdir. Türkiyə vətəndaşları bəzi adalara “kapıda vize” (qapıda viza) ilə keçə bilsələr də, bu imkan Azərbaycan pasportu ilə keçərli deyil. Səyahət üçün əvvəlcədən alınmış Şengen vizası, bərə bileti, otel rezervasiyası və səyahət sığortası tələb olunur. Əgər Bodrumdan Kos adasına viza ilə keçmək istəyirsinizsə, vizanızın həmin tarixdə aktiv olması vacibdir. Bu marşrutlar həm səyahət, həm də viza baxımından populyar olduğu üçün vaxtında planlaşdırma etmək tövsiyə olunur.

1. Bərə (feribot) ilə Səyahət:Ən məşhur üsul bərə ilə səyahətdir. Türkiyənin Egey dənizi sahillərində yerləşən bir çox liman şəhərindən (məsələn, Bodrum, Çeşme, Marmaris, Fethiye, Kuşadası, Ayvalık, Kaş) yaxınlıqdakı Yunan adalarına bərə xidmətləri mövcuddur.

Bodrumdan: Kos, Rodos, Leros, Patmos, Kalimnos, Simi

Çeşmədən: Chios

Fethiyedən: Rodos

Marmarisdən: Rodos

Kaşdan: Meis (Kastellorizo)

Ayvalıkdan: Lesbos (Midilli)

Və digər bir sıra marşrutlar.

Bərə biletlərini onlayn şəkildə səyahət agentliklərindən və ya bərə şirkətlərinin rəsmi saytlarından əldə etmək mümkündür.

2. Təyyarə ilə Səyahət. Bəzi böyük Yunan adalarına (məsələn, Rodos, Kos, Mykonos, Santorini, Krit) Türkiyədən birbaşa və ya aktarmalı uçuşlar mövcud ola bilər. Lakin, bu adətən daxili uçuşlarla (Türkiyədən Yunanıstanın böyük şəhərlərinə, məsələn, Afinaya, oradan da adaya) və ya beynəlxalq uçuşlarla mümkündür.

Viza Prosesi

Azərbaycan vətəndaşları üçün Yunanıstan Şengen zonasına daxil olduğu üçün Şengen vizası tələb olunur.

"Qapıda viza" tətbiqi: Türkiyə vətəndaşları üçün bəzi Yunan adalarına (Rodos, Lesbos, Lemnos, Sakız Adası, Samos, Leros, Kalimnos, Kos, Simi və Meis) 7 günə qədər etibarlı "qapıda viza" tətbiq olunur. Lakin, bu tətbiq Azərbaycan vətəndaşlarına şamil edilmir.

Viza müraciəti: Şengen vizası üçün Yunanıstanın Azərbaycandakı səfirliyinə və ya rəsmi viza mərkəzlərinə müraciət etmək lazımdır. Viza üçün tələb olunan sənədlərə pasport, ərizə forması, biometrik fotoşəkillər, səyahət sığortası, gediş-dönüş bileti və yerləşmə rezervasiyası daxildir. Proses adətən 5-15 iş günü çəkir.

Yunanıstan Şengen Vizası

Digər Şengen ölkələrinə müraciətlərdə olduğu kimi, Yunanıstan Şengen vizası da təkgirişli və çoxgirişli olmaqla müxtəlif kateqoriyalarda verilir. Siz üç ay, altı ay, bir il, hətta iki il və ya beş il müddətinə qədər olan çoxgirişli Yunanıstan vizasına müraciət edə bilərsiniz. Bu viza ilə Azərbaycan vətəndaşları yalnız Yunanıstana deyil, bütün Şengen bölgəsinə səyahət edə bilirlər.

Lakin Greece visa appointment zamanı və viza müraciətində, ilk giriş ölkəsi kimi Yunanıstanın göstərilməsi tövsiyə olunur. Əgər siz viza aldıqdan sonra ilk olaraq Fransa, Almaniya, Hollandiya kimi digər Qərbi Avropa ölkələrindən Şengen zonasına daxil olmaq istəsəniz, bəzi hallarda sərhəd nəzarətində çətinliklərlə qarşılaşa bilərsiniz. Bu səbəblə viza reddi və ya ölkəyə girişin rədd edilməsi riskindən yayınmaq üçün səyahətə ilk olaraq Yunanıstandan başlamağınız məqsədəuyğundur.

Yunanıstan səfirliyi Bakıda yerləşir və viza üçün randevu (appointment) almaq Yunanıstan viza mərkəzi vasitəsilə mümkündür. Müraciət zamanı viza prosesi çərçivəsində biometrik məlumatlar, səyahət sığortası, otel rezervasiyası, aviabiletlər, həmçinin səfər marşrutu və digər dəstəkləyici sənədlər təqdim olunmalıdır. Əlavə olaraq, Yunanistan Azerbaycan vize, Yunanistan səfirliyi əlaqə, Greece visa appointment in Baku və VFS Global Yunanıstan viza mərkəzi ilə bağlı detalları rəsmi mənbələrdən yoxlamağınız faydalı olar.

Viza müraciət formasında, səyahət planınızda digər ölkələr məsələn, İtaliya, Malta və ya İspaniya da yer alsa belə, ən çox qalacağınız ölkə olaraq Yunanıstanı göstərməyiniz vacibdir. Bu yanaşma, Yunanıstan səfirliyinə müraciət etmək üçün hüquqi əsas yaradır. Əgər siz viza alıb, lakin daha sonra Yunan adalarına səyahət planlayırsınızsa, bunu da əvvəlcədən qeyd etməyiniz məsləhətdir.

Əgər viza müraciətiniz rədd edilibsə (viza reddi), yenidən müraciət edə bilərsiniz. Lakin bu zaman əvvəlki rədd səbəblərini nəzərə alaraq əlavə sənədlərlə müraciətinizi gücləndirməniz vacibdir.

Yunanıstan Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

Yunanıstan Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Elektron hökumət portalından işlə bağlı arayış*
  6. Adınıza olan bank hesabından arayış* və çıxarış. (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  7. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  8. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  9. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  10. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  11. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  12. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  13. İngilis dilində doldurulmuş ərizə forması
  14. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  15. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Yunanıstan vizası üçün birbaşa Yunanıstan Səfirliyinə müraciət edilir. Əgər sənədlər tam və düzgün təqdim olunarsa, cavab müddəti adətən 7–14 gün arasında dəyişir. Ödəniş 35 avrodur. Şengen vizası haqqında ümumi məlumat, şengen vizası rüsumu, hansı ölkə üçün hansı viza mərkəzinə müraciət etmək lazımdır sullarınıza cavab tapmaq istəyirsinizsə, klik edərək Şengen vizası nədir və necə almaq olar? blogumuza keçid edə bilərsiniz.

Bank arayışı və maliyyə göstəriciləri vizanın qəbul olunmasında mühüm rol oynayır. Sizin bank hesabınızda olan məbləğ, səyahət tarixlərinizə, uçuş biletləri, otel bronları və ümumi Şengen bölgəsində qalacağınız müddətə uyğun hesablanmalıdır. Yunanıstan vizası üçün bank hesabında nə qədər pul olmalıdır? sualına cavab olaraq qeyd etmək olar ki, bir həftəlik səyahət üçün minimum 2.500–3.000 AZN (və ya bunun avro/USD ekvivalenti) məbləğin hesabınızda olması tövsiyə olunur. Bu məbləğ səyahət zamanı gündəlik xərclər, otel və uçuş kimi əsas ehtiyacları əhatə etməlidir. Təxminən gündəlik 70–80 avro xərclə hesablayaraq ümumi rəqəmi müəyyənləşdirə bilərsiniz.

Əgər siz sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayış əvəzinə VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətin reyestr çıxarışı təqdim edə bilərsiniz. Əgər işləmirsinizsə və səfər xərcləriniz üçün sponsor göstərirsinizsə, bu halda sponsorluq məktubu, sponsorun şəxsiyyət vəsiqəsinin surəti, iş yeri arayışı, bank hesabından çıxarış, və əgər ailəvi əlaqə varsa, bunu sübut edən sənədlər (məsələn, doğum haqqında şəhadətnamə) viza müraciəti zamanı təqdim olunmalıdır.

Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda səyahəti tək və ya yalnız bir valideynlə edəcəksə, digər valideynin notarial qaydada imzalanmış icazə sənədi də mütləq şəkildə viza sənədlərinə əlavə olunmalıdır.

Bütün bu sənədlər istər VÖEN, dövriyyə arayışı, reyestr çıxarışı, istərsə də sponsorluq məktubu, valideyn icazəsi notarial təsdiq olunmalı və ingilis dilinə tərcümə edilmiş formada təqdim edilməlidir. Bu, Yunanıstan səfirliyi tərəfindən tələb olunan rəsmi qaydalardan biridir və viza rədd olunmasının qarşısını almaq üçün vacibdir.

Şengen Vizası Proseduru

Yunanıstan vizası almaq istəyən Azərbaycan vətəndaşları üçün Şengen bölgəsi daxilində səyahət imkanı təqdim edir. Yunanıstan Şengen vizasına müraciət etmək üçün siz Yunanıstanın Azərbaycandakı Səfirliyi ilə əlaqə saxlamalı və viza görüşü təyin etməlisiniz. Viza ilə bağlı yekun qərar Yunanıstan səfirliyi Bakıda, konsulluq şöbəsində, konsul tərəfindən verilir.

Yunanıstan səfirliyində sənədləri təqdim etmək üçün əvvəlcədən viza görüşü təyin etmək vacibdir. Görüşü təyin etmək üçün həftə içi saatlarında +99412 492 01 19 telefon nömrəsi ilə əlaqə saxlayaraq müraciət edə bilərsiniz. Greece embassy in Baku appointment prosesi zamanı nəzərə alınır ki, səyahət tarixiniz nə qədər uzaqdırsa, Greece visa appointment tarixi də bir o qədər gec təyin oluna bilər. Görüşsüz müraciət qəbul olunmur.

Sənədləri təqdim etdiyiniz gün Yunanıstan səfirliyində qısa bir intervyu keçirilir. Konsul tərəfindən sizə şəxsi məlumatlarınız, səfər məqsədiniz və planlarınızla bağlı suallar ünvanlana bilər. Müraciətçilərin şəxsi iştirakı mütləqdir bu, viza prosedurunun əsas şərtlərindən biridir.

Şengen viza proseduru adətən 5–15 iş günü ərzində başa çatır. Lakin bəzi hallarda cavab daha tez və ya gec gələ bilər. Səfər tarixini planlaşdırarkən bu müddət nəzərə alınmalıdır. Qeyd edək ki, viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər.

Yunanıstan Şengen vizası üçün rüsum olaraq 35 avro məbləğində vəsait tələb olunur. Ödəniş yalnız manatla və nağd şəkildə həyata keçirilir. Günün məzənnəsinə uyğun olaraq manat qarşılığı Yunanıstan səfirliyi tərəfindən tənzimlənir.

Yunanıstan Şengen Vizası Alma Ehtimalı

Əvvəlki Şengen vizası təcrübənizdən asılı olmayaraq, Yunanıstan vizası almaq şansınız sizin şəxsi və maliyyə profilinizin vəziyyətindən asılı olaraq dəyişir. Yunanıstanın Azərbaycandakı səfirliyi viza müraciətlərini qiymətləndirərkən əsasən iş yerinizin olub-olmamasına, vəzifənizin rəsmi şəkildə göstərilməsinə, aylıq gəlirinizin kifayət qədər olmasına və bank hesabınızdakı məbləğin planlaşdırılmış səyahəti tam əhatə edib-etmədiyinə xüsusi diqqət yetirir. Təcrübədə 300-500 AZN aylıq gəliri olan şəxslərin də uğurla Yunanıstan Şengen vizası aldığı hallar qeydə alınıb. Bank hesabınızda göstərilən vəsaitin səyahət tarixlərinizə, aviabilet və otel bronlarınızın ümumi qiymətinə və Şengen bölgəsində qalacağınız müddətə uyğun olması vacibdir. Adınıza mülk olması, ailəli olmanız, uşaqlarınızın olması və ya digər sizi Azərbaycana bağlayan faktorlar sizin ölkəyə geri dönəcəyinizə dair əlavə güvən formalaşdırır və bu da viza verilmə ehtimalını artırır. Əgər səyahət tarixçəniz varsa, bu sizin üçün əlavə üstünlükdür, lakin daha əvvəl heç bir Şengen vizası almamısınızsa belə, Yunanıstan səfirliyi bu baxımdan çox da riskli hesab edilmir. Təcrübəmizdə ilk dəfə Şengen vizası almaq istəyən şəxslərin uğurla Yunanıstan vizası əldə etdiyi hallara tez-tez rast gəlinmişdir. Əsas şərt təqdim etdiyiniz bütün sənədlərin tam və düzgün şəkildə olmasıdır.

Yunanıstana Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Yunanıstan Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Yunanıstan Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Xoş səyahətlər!

Oxşar yazılar:

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026
Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

Vizam.az 28 oktyabr 2026
Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstana səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza alınması vacib şərtlərdən biridir. Bolqarıstan 1 yanvar 2025-ci ildən etibarən Şengen zonasına tamhüquqlu üzv olduğu üçün ölkəyə turistik, işgüzar və digər qısamüddətli səfərlər üçün Şengen vizası tələb olunur. Bolqarıstan vizası ilə yalnız bu ölkəyə deyil, Şengen zonasına daxil olan digər ölkələrə də səyahət etmək mümkündür. Bunun üçün […]

Vizam.az 28 oktyabr 2026
Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya vizası üçün müraciət edərkən maliyyə vəziyyətinizi təsdiq edən sənədlərdən biri tələb olunur. Azərbaycan vətəndaşları üçün bu məqsədlə bank arayışı təqdim edilməlidir. Bank hesabından çıxarış tələb olunmur. Sənədləri hazırlayarkən bank arayışı ilə bank çıxarışının fərqini bilmək vacibdir. Aşağıda Yaponiya vizası müraciətində bu sənədlə bağlı əsas məqamları izah edirik. Yaponiya Vizası üçün Hansı Bank Sənədi Lazımdır? […]

Vizam.az 27 oktyabr 2026
Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Birləşmiş Ştatlarına səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza müraciəti səfər hazırlığının vacib mərhələsidir. ABŞ-a turizm, ailə və dost ziyarəti və ya işgüzar səfər məqsədilə getməyi planlaşdırırsınızsa, səfər məqsədinizə uyğun viza kateqoriyasını müəyyənləşdirməlisiniz. Vizam.az-da Amerika vizası dəstəyi xidmət haqqı 31 oktyabr 2026-cı il tarixinədək cəmi 100 AZN-dir! Kampaniyadan yararlanaraq viza müraciətiniz üçün dəstək ala […]

Vizam.az 22 oktyabr 2026
Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanadaya səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün Kanada vizası əvvəlcədən hazırlanmalı olan əsas sənədlərdən biridir. Turizm, ailə ziyarəti və ya işgüzar səfər məqsədilə Kanadaya getməyi planlaşdırırsınızsa, viza növünü düzgün seçmək və tələb olunan sənədləri hazırlamaq vacibdir. Bu məqalədə Kanada vizası üçün müraciət qaydası, tələb olunan sənədlər, rüsumlar və müraciət zamanı diqqət edilməli məqamlarla tanış ola […]

Vizam.az 21 oktyabr 2026
Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Viza müraciəti zamanı sənədlərin təqdim edilməsi, biometrik məlumatların verilməsi və görüş prosesinin düzgün tamamlanması vacib mərhələlərdən biridir. Azərbaycanda bəzi ölkələrin viza müraciətləri Visametric Baku vasitəsilə həyata keçirilir. Visametric Baku-ya müraciət etməzdən əvvəl görüş qaydaları, tələb olunan sənədlər və müraciət prosesi haqqında məlumatlı olmaq vaxt itkisinin və sənəd çatışmazlığının qarşısını almağa kömək edə bilər. Visametric Baku […]

Vizam.az 01 oktyabr 2026
Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa vizası üçün müraciət etmək istəyən Azərbaycan vətəndaşları C tipli Şengen vizası üçün Polşanın Azərbaycandakı konsulluq xidməti vasitəsilə e-Konsulat sistemində qeydiyyatdan keçməli və sənədləri şəxsən təqdim etməlidirlər. Polşa vizası turizm, biznes, ailə və dost ziyarəti, təhsil və digər qısamüddətli səfərlər üçün tələb oluna bilər. C tipli Şengen vizası üçün müraciət prosesində ərizə formasının doldurulması, görüşün […]

Vizam.az 30 sentyabr 2026