2026-ci ilin Şengen Vizası Rüsumları: Ən Son Dəyişikliklər

Yeniləndi: 14 iyul 2026 11883 baxış 5 dəq. oxu

Avropaya səyahət etməyi planlaşdıranların qarşısına ilk çıxan anlayışlardan biri “Şengen vizası” olur. Bu viza növü 26-dan çox Avropa ölkəsinə sərbəst giriş imkanı yaradır və turizm, iş, təhsil, eləcə də ailə ziyarəti üçün ən çox tələb olunan vizadır. 2025-ci ildə Şengen vizası almaq istəyənlər üçün prosedurlar, sənədlər və müraciət qaydalarında bəzi yeniliklər mövcuddur. Bu blogda sizə Şengen vizası haqqında bütün əsas məlumatları – hansı ölkələrə şamil olunduğunu, hansı sənədlərin tələb edildiyini, hansı mərkəzlərə müraciət etməli olduğunuzu və tez-tez verilən sualları izah edəcəyik.

Şengen Vizası Nədir?

Şengen vizası, Avropa ölkələrinin daxil olduğu Şengen zonasına səyahət etməyə imkan verən rəsmi səyahət icazəsidir. Bu viza ilə sərhəd nəzarəti olmadan bir ölkədən digərinə keçmək mümkündür. Bu viza ilə siz viza verən ölkəyə daxil olmaqla yanaşı, digər Şengen ölkələrinə də sərbəst şəkildə səyahət edə bilərsiniz. Şengen vizası əsasən qısa müddətli (C tipi) və uzun müddətli (D tipi) olmaqla iki əsas kateqoriyada verilir.

Şengen zonası nədir və hansı ölkələri əhatə edir?

Şengen sazişi 14 iyun 1985-ci ildə Lüksemburq yaxınlığında yerləşən Şengen şəhərində imzalanıb. Sazişin məqsədi Avropa ölkələri arasında sərhəd nəzarətini aradan qaldırmaq və azad hərəkəti təmin etməkdir. Saziş 1995-ci ildən etibarən tətbiq olunmağa başlanıb. Hal-hazırda 27 ölkə bu zonaya daxildir. Bu bölgədə sərbəst hərəkət hüququ mövcuddur.

2025-ci il üçün Şengen Ölkələri

Ölkə Avropa İttifaqı Üzvlüyü Qeyd
AlmaniyaAvropa Birliyi üzvüŞengen üzvü
AvstriyaAvropa Birliyi üzvüŞengen üzvü
BelçikaAvropa Birliyi üzvüŞengen üzvü
ÇexiyaAvropa Birliyi üzvüŞengen üzvü
DanimarkaAvropa Birliyi üzvüŞengen üzvü
EstoniyaAvropa Birliyi üzvüŞengen üzvü
FinlandiyaAvropa Birliyi üzvüŞengen üzvü
FransaAvropa Birliyi üzvüŞengen üzvü
YunanıstanAvropa Birliyi üzvüŞengen üzvü
MacarıstanAvropa Birliyi üzvüŞengen üzvü
İtaliyaAvropa Birliyi üzvüŞengen üzvü
LatviyaAvropa Birliyi üzvüŞengen üzvü
LitvaAvropa Birliyi üzvüŞengen üzvü
LüksemburqAvropa Birliyi üzvüŞengen üzvü
MaltaAvropa Birliyi üzvüŞengen üzvü
NiderlandAvropa Birliyi üzvüŞengen üzvü
PolşaAvropa Birliyi üzvüŞengen üzvü
PortuqaliyaAvropa Birliyi üzvüŞengen üzvü
SlovakiyaAvropa Birliyi üzvüŞengen üzvü
SloveniyaAvropa Birliyi üzvüŞengen üzvü
İspaniyaAvropa Birliyi üzvüŞengen üzvü
İslandiyaAvropa Birliyində deyilŞengen üzvü
LixtenşteynAvropa Birliyində deyilŞengen üzvü
NorveçAvropa Birliyində deyilŞengen üzvü
İsveçrəAvropa Birliyində deyilŞengen üzvü
BolqarıstanAvropa Birliyi üzvü2024-dən qismən Şengen (hava və dəniz)
RumıniyaAvropa Birliyi üzvü2024-dən qismən Şengen (hava və dəniz)
XorvatiyaAvropa Birliyi üzvü2023-dən tam Şengen üzvü

Şengen vizasının növləri

Qısa müddətli turist vizası (C tipi)

Ən çox müraciət edilən viza növüdür. Səyahət, istirahət, ailə görüşü və ya qısa biznes səfərləri üçün verilir. 90 günə qədər qalmağa icazə verir. Viza birdəfəlik və ya çoxdəfəlik ola bilər.

İşgüzar səfər vizası

Əgər bir şirkət dəvəti ilə tədbir, görüş və ya konfransa qatılırsınızsa, bu viza alınmalıdır. Dəvət məktubu və işgüzar fəaliyyətlə bağlı sənədlər əsas şərtdir.

Tələbə vizası (qısa müddətli)

Qısa müddətli kurslar, seminarlarda iştirak üçün nəzərdə tutulur. Əgər uzunmüddətli təhsil almaq istəyirsinizsə, D tipi tələbə vizasına müraciət olunmalıdır.

Tranzit vizası

Hava limanlarında uçuş dəyişdirərkən lazım ola bilər. Əgər Şengen ölkəsində aeroportdan çıxmırsınızsa, çox zaman bu viza tələb olunmur. Amma bəzi ölkələrdə tranzit üçün belə viza şərtdir.

Uzun müddətli (D tipi) viza və onun fərqləri

Təhsil, ailə birləşməsi, iş icazəsi və ya uzunmüddətli yaşamaq məqsədilə verilir. D tipi viza ilə həmin ölkədə yaşamaq, işləmək və qeydiyyata düşmək mümkündür. Bu viza ilə digər Şengen ölkələrində yalnız qısa səfərlər etmək olar.

Şengen vizası üçün tələb olunan sənədlər

  • Pasport: Viza başa çatdıqdan sonra ən azı 3 ay etibarlı olmalıdır. Son 10 il ərzində verilməlidir və ən azı 2 boş səhifəsi olmalıdır.
  • Viza ərizə forması: Rəsmi viza forması doldurulmalı və imzalanmalıdır.
  • Fotoşəkil: 3.5x4.5 sm ölçüdə, son 6 ayda çəkilmiş, fonu açıq rəngli, biometrik qaydalara uyğun.
  • Səyahət sığortası: Şengen zonasında minimum 30.000 avro məbləğində tibbi sığorta təmin edilməlidir.
  • Aviabilet və otel bronları: Gediş-dönüş uçuş bileti və yaşayış yeri ilə bağlı təsdiqedici sənədlər təqdim olunmalıdır.
  • Maddi vəsait sübutları: Son 3 ayın bank çıxarışı, maaş arayışı və ya sponsorluq məktubu təqdim olunmalıdır.
  • Dəvət məktubu: Əgər kimsə tərəfindən dəvət almısınızsa, bu məktub rəsmi formada olmalı və əlavə sənədlərlə (şəxsiyyət vəsiqəsi, yaşayış yerinin sənədi) təsdiqlənməlidir.
  • Əlavə sənədlər:
    • Məşğulluq sənədi (iş yerindən arayış)
    • Tələbə bileti və ya universitetdən arayış
    • Sahibkarlıq sənədi (VÖEN, vergi hesabatı və s.)

Şengen vizası üçün hansı viza mərkəzlərinə müraciət edilir?

Hər mərkəzdən istifadə etməzdən əvvəl, viza rüsumu, ödənişlər, randevu alınması və rədd səbəblərini nəzərdən keçirmək vacibdir.

VFS Global

  • Qəbul etdiyi ölkələr: Avstriya, Bolqarıstan, Xorvatiya, Çexiya, İslandiya, İtaliya, Latviya, Litva, Norveç.
  • Randevu prosesi: Online sistem üzərindən həyata keçirilir. Viza müraciəti üçün randevu almaq vacibdir. Randevu zamanı sənədlərin yığılması və doğru təqdim edilməsi vacibdir.
  • Ödəniş: 35 avro.
  • Bakı ofisi: Xətai rayonu, Cavanşir küçəsi.
  • Əlavə xidmətlər: Sənəd tərcüməsi, foto çəkilişi və sürətli xidmət imkanı.
  • Cavab müddəti: 7-15 iş günü. Müraciət etdiyiniz ölkəyə görə cavab müddəti dəyişə bilər.

Visametric

  • Xidmət göstərdiyi ölkələr: Almaniya.
  • Proses: Elektron randevu → sənəd qəbulu → biometrik məlumatların alınması. Elektron randevu aldıqdan sonra sənədlərin təqdim edilməsi və biometrik məlumatların toplanması tələb olunur.
  • Ödəniş 35 avro.
  • Cavab müddəti: 10-15 iş günü. Xüsusi hallarda, bu müddət daha uzun ola bilər.Planlaşdırılmış səyahət tarixindən 180 gündən tez olmayaraq Şengen vizasına müraciət oluna bilər.

Capago

  • Xidmət göstərdiyi ölkələr: Fransa, Belçika, Lüksemburq, Monako, Hollandiya, Portuqaliya, İspaniya, İsveç.
  • Addımlar: Online qeydiyyat → sənədlərin təqdimatı → biometrik məlumatlar.
  • Əlavə xidmətlər: Premium paket, sənəd tərcüməsi, foto çəkilişi, sürətli xidmət imkanı, təyinat dəyişiklikləri.
  • Ödənişlər: 35 avro.
  • Cavab müddəti: 7-15 iş günü müddətində davam edir. .

BLS

  • Xidmət göstərdiyi ölkələr: Macarıstan, Slovakiya.
  • Addımlar: Slovakiya və Macarıstan görüşləri BLS saytından təyin edib, sənədləri visametricə təhvil vermək lazımdr.
  • Əlavə xidmətlər: Premium paket, sənəd tərcüməsi, foto çəkilişi, sürətli xidmət imkanı, təyinat dəyişiklikləri.
  • Ödənişlər: 35 avro.
  • Cavab müddəti: Ərizəçi planlaşdırılan səyahətdən 3 aydan tez və 15 iş gününden gec olmayaraq müraciət edə bilər. Viza müraciətlərinə baxılması 7-15 iş günü müddətində davam edir. Lakin konsul əlavə sənədlər tələb edərsə bu müddət uzana bilər. Viza müraciətlərinə baxılması müddəti bəzi ölkələrin vətəndaşları üçün daha uzun çəkə bilər.

Yunanıstan Vizası

  • Müraciət yeri: Yunanıstan Səfirliyi
  • Orta cavab müddəti: 7–14 gün. Əgər sənədlər tam təqdim edilsə və müvafiq addımlar izlənilsə, cavab müddəti daha qısa ola bilər.
  • Ödəniş: 35 avro

İsveçrə Vizası

  • Müraciət yeri: İsveçrə Səfirliyi
  • Orta cavab müddəti: 10–15 iş günü. Müraciət olunan sənədlərin tamlığı və düzgünlüyü cavab müddətini qısalda bilər.
  • Ödəniş: 35 avro

Polşa Vizası

  • Müraciət yeri: Polşa Səfirliyi
  • Orta cavab müddəti: 10-15 iş günü. Müraciət olunan sənədlərin tamlığı və düzgünlüyü, cavab müddətini qısalda bilər.
  • Ödəniş: 35 avro

Ruminiya Vizası

  • Müraciət yeri: Ruminiya Səfirliyi
  • Orta cavab müddəti: 10-15 iş günü. Müraciət olunan sənədlərin tamlığı və düzgünlüyü, cavab müddətini qısalda bilər.
  • Ödəniş: 35 avro

Şengen Vizası Üçün Müraciət Mərkəzləri və Məlumatları

Viza Mərkəzi Hansı ölkələrin vizasını qəbul edir? Viza Rüsumu Ünvan və iş saatları
VFS Global Avstriya, Bolqarıstan, Xorvatiya, Çexiya, İslandiya, İtaliya, Latviya, Litva, Norveç. 35 avro Ünvan: Neftçilər prospekti, Crescent business Center 6 ci mertebe
İş saatları: Bazar ertəsi–Cümə, 09:00–16:00
Visametric Almaniya 35 avro Ünvan: Bakı, D.Əliyeva küçəsi 106, Winter Park Plaza, 1 mərtəbə)
İş saatları: Bazar ertəsi–Cümə, 09:00–16:00
Capago Fransa, Belçika, Lüksemburq, Monako, Hollandiya, Portuqaliya, İspaniya, İsveç. 35 avro Ünvan: Globus Center, 609, Jafar Jabbarli street, Baku, Azerbaijan
İş saatları: Bazar ertəsi–Cümə, 09:00–17:00
BLS Macarıstan, Slovakiya. 35 avro Ünvan:Slovakiya və Macarıstan görüşləri BLS saytından təyin edib, sənədləri visametricə təhvil vermək lazımdr.
İş saatları: Bazar ertəsi–Cümə, 10:00-17:00

Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Xoş səyahətlər!

Oxşar yazılar:

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Viza müraciəti zamanı sənədlərin təqdim edilməsi, biometrik məlumatların verilməsi və görüş prosesinin düzgün tamamlanması vacib mərhələlərdən biridir. Azərbaycanda bəzi ölkələrin viza müraciətləri Visametric Baku vasitəsilə həyata keçirilir. Visametric Baku-ya müraciət etməzdən əvvəl görüş qaydaları, tələb olunan sənədlər və müraciət prosesi haqqında məlumatlı olmaq vaxt itkisinin və sənəd çatışmazlığının qarşısını almağa kömək edə bilər. Visametric Baku […]

Vizam.az 01 oktyabr 2026
Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa vizası üçün müraciət etmək istəyən Azərbaycan vətəndaşları C tipli Şengen vizası üçün Polşanın Azərbaycandakı konsulluq xidməti vasitəsilə e-Konsulat sistemində qeydiyyatdan keçməli və sənədləri şəxsən təqdim etməlidirlər. Polşa vizası turizm, biznes, ailə və dost ziyarəti, təhsil və digər qısamüddətli səfərlər üçün tələb oluna bilər. C tipli Şengen vizası üçün müraciət prosesində ərizə formasının doldurulması, görüşün […]

Vizam.az 30 sentyabr 2026
Yeni il üçün Şengen vizası: Müraciətə nə vaxt başlamaq lazımdır?

Yeni il üçün Şengen vizası: Müraciətə nə vaxt başlamaq lazımdır?

Yeni ili Avropada keçirmək istəyirsinizsə, Şengen vizası üçün müraciətə səyahət tarixindən ən azı 1–2 ay əvvəl başlamaq məqsədəuyğundur. Yeni il dövründə viza mərkəzlərində sıxlıq yarana bildiyi üçün sənədlərin hazırlanması və görüş tarixinin alınmasını son həftələrə saxlamaq məsləhət görülmür. Yeni il üçün Vyana, Paris, Roma, Amsterdam və ya digər Şengen ölkələrinə səyahət planlaşdırırsınızsa, viza müraciətinin vaxtını […]

Vizam.az 28 sentyabr 2026
Sinqapur vizası üçün bank çıxarışı lazımdırmı?

Sinqapur vizası üçün bank çıxarışı lazımdırmı?

Bəli, Sinqapur vizası üçün bank çıxarışı maliyyə vəziyyətinizi göstərən dəstəkləyici sənəd kimi tələb oluna bilər. Lakin bank çıxarışı bütün müraciətlər üçün rəsmi şəkildə məcburi əsas sənəd kimi göstərilmir. Sinqapurun İmmiqrasiya və Nəzarət Məntəqələri İdarəsi (ICA) müraciət zamanı əlavə sənədlər tələb edə bilər və Sinqapura səfər edən şəxsin qalma müddəti ərzində özünü təmin etmək üçün kifayət […]

Vizam.az 24 sentyabr 2026
Şengenə girişdə ilk dəfə səyahət edənlər nəyə hazır olmalıdır?

Şengenə girişdə ilk dəfə səyahət edənlər nəyə hazır olmalıdır?

İlk dəfə Şengen sərhədindən keçirsinizsə, pasportunuz, Şengen vizanız, uçuş və yaşayış məlumatlarınız, səfər planınız və lazım olduqda maliyyə imkanınızı göstərən sənədlər hazır olmalıdır. Sərhəd nəzarətində əməkdaş səfərin məqsədi, qalacağınız yer və geri dönüş planınız barədə qısa suallar verə bilər. Etibarlı Şengen vizasının olması girişə avtomatik zəmanət vermir. Xarici sərhəddə səyahətçinin giriş şərtlərinə uyğunluğu ayrıca yoxlanılır. […]

Vizam.az 24 sentyabr 2026
Kredit borcu viza almağa mane ola bilərmi?

Kredit borcu viza almağa mane ola bilərmi?

Kredit borcunun olması təkbaşına viza almağa avtomatik maneə deyil. Viza müraciətində əsas məsələ kredit borcunun mövcudluğu deyil, müraciət edən şəxsin ümumi maliyyə vəziyyəti, sabit gəliri, bank hesabındakı vəsaitin mənbəyi və səfərin xərclərini qarşılamaq imkanının inandırıcı şəkildə göstərilməsidir. Məsələn, şəxsin aktiv istehlak krediti və ya ipoteka ödənişi ola bilər. Əgər onun sabit gəliri, normal bank hesabı […]

Vizam.az 23 sentyabr 2026
Amerika vizası ilə Kanada və Meksikaya getmək olar?

Amerika vizası ilə Kanada və Meksikaya getmək olar?

ABŞ vizasının olması avtomatik olaraq Kanada və Meksikaya giriş hüququ vermir. Kanada və Meksikanın viza və giriş qaydaları bir-birindən fərqlidir. Azərbaycan pasportu ilə səyahət edirsinizsə, Kanadaya getmək üçün ümumiyyətlə Kanada vizası tələb olunur. ABŞ vizasının olması Kanada vizasını avtomatik əvəz etmir. Meksikada isə fərqli qayda tətbiq olunur: etibarlı ABŞ vizası olan şəxslər müəyyən şərtlərlə ayrıca […]

Vizam.az 21 sentyabr 2026
Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Xeyr. Şengen vizası aldığınız ölkədən Şengen zonasına ilk giriş etmək ümumi qayda olaraq məcburi deyil. Məsələn, Fransadan Şengen vizası almısınızsa, müəyyən hallarda Şengen zonasına İtaliya, Almaniya, Niderland və ya başqa Şengen ölkəsindən daxil ola bilərsiniz. Avropa Komissiyasının rəsmi məlumatına görə, bir Şengen ölkəsi tərəfindən verilmiş viza ilə başqa Şengen ölkəsinin xarici sərhədindən də giriş mümkündür. […]

Vizam.az 18 sentyabr 2026
Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün müraciət edərkən ən vacib məsələlərdən biri hansı ölkənin konsulluğuna müraciət etməli olduğunuzu düzgün müəyyən etməkdir. Əgər səfəriniz zamanı yalnız bir Şengen ölkəsinə gedirsinizsə, müraciəti həmin ölkənin səlahiyyətli konsulluğuna təqdim etməlisiniz. Bir neçə Şengen ölkəsinə səfər edirsinizsə, əsas qayda əsas təyinat ölkəsini (main destination) müəyyən etməkdir. Əsas təyinat ölkəsi, ümumiyyətlə, səfər zamanı ən […]

Vizam.az 17 sentyabr 2026
Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün müraciət edən şəxslərin ən çox qarışdırdığı məsələlərdən biri müraciətin hansı ölkəyə edilməli olmasıdır. Bir neçə Şengen ölkəsini əhatə edən səyahət planınız varsa, vizaya istənilən Şengen ölkəsinin konsulluğuna müraciət etmək düzgün deyil. Əsas qayda budur: Şengen vizası üçün müraciət səfərin əsas təyinat ölkəsinə edilməlidir. Əgər səfər zamanı bir neçə ölkədə qalacaqsınızsa, əsas təyinat […]

Vizam.az 15 sentyabr 2026