"ALL BUSINESS LEADS TO ROME" - ITALY BUSINESS VISA APPLICATION

Updated: 13 February 2025 252 views 5 min. read

Dünya turizminin qəlbini fəth etmiş, Aralıq dənizi sahillərinin mirvarisi, dünyanın yeddi möcüzəsindən biri olan Kolizeyə ev sahibliyi edən, hər il 60 milyondan çox turistin axın etdiyi İtaliya. Bu ölkə dünyaca məşhur şəhərləri, tikililəri, tarixi abidələri, dəniz sahilləri, turistik məkanları ilə bütün səyahətçilərin xəyallarını bəzəyir. Ancaq turistik səbəblərdən əlavə, hər il bu ölkəyə məhz biznes məqsədilə də milyonlarla şəxs üz tutur. Əgər siz İtaliyaya səyahət edib həm işinizi görmək, həm də gəzib bu möhtəşəm ölkəni kəşf etmək istəyirsinizsə, İtaliya biznes (işgüzar səfər) vizasına müraciət edə bilərsiniz. Biznes vizaya müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

İtaliya Viza Növləri

italy flag

Şengen ölkələri siyahısında yer alan İtaliyaya səyahətinizi İtaliya Şengen vizası vasitəsilə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. İtaliyada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyən şəxslər isə həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktubları olduğu təqdirdə İtaliya milli vizasına da müraciət edə bilərlər.

Qısamüddətli biznes (işgüzar) səfərinizi reallaşdırmaq üçün də siz İtaliya Şengen vizasının “biznes viza” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli biznes viza sizə İtaliyada daimi işləmək hüququ vermir, bu viza sizin öz biznes səfərinizi reallaşdırmağınız üçün təqdim olunur.

İtaliya Şengen Vizası

schengen visa

Digər Şengen ölkələrinə oxşar olaraq İtaliya Şengen vizasının da təkgirişli və çoxgirişli növləri mövcuddur. Hər bir halda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. İtaliya Şengen vizasını əldə etdikdən sonra istənilən Şengen ölkəsinə giriş edə bilmək mümkündür. Ancaq hər bir halda biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni İtaliyadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə İtaliya vizası ilə Şengen ərazisinə başqa bir ölkədən giriş etməyə çalışsanız, nadir hallarda da olsa, bu sizin üçün problemə çevrilə, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz İtaliya Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı, yəni müddət olaraq ən çox İtaliyada qalacağınızı göstərməlisiniz.

İtaliya Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

application form

İtaliya Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Elektron hökumət portalından işlə bağlı arayış*
  6. Adınıza olan bank hesabından arayış* və çıxarış. (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  7. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  8. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  9. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  10. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  11. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  12. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  13. İngilis dilində doldurulmuş ərizə forması
  14. Gedəcəyiniz iş qurumu, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu
  15. Sizi dəvət edən şirkətin qeydiyyat sənədi (Visura Camerale)
air tickets

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Dəvət məktubunun orijinalı yoxdursa, siz skan versiyasını çap şəklində səfirliyə təqdim edə bilərsiniz. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır. Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Bəzi hallarda İtaliya səfirliyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi görülmüşdür.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda siz bank hesabınızdan arayış təqdim etməyə bilərsiniz, ancaq hər bir halda məsləhətdir ki, öz adınıza hesabınızda olan kiçik də olsa, bir məbləğ göstərəsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

calendar

İtaliya Şengen vizası üçün müraciət İtaliya Səfirliyinin Visametric adlı viza müraciət mərkəzində olunur. Viza haqqında qərar Bakıdakı İtaliya səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün viza görüşünü həftəiçi 08:30-dan 18:30-dək İtaliya Visametric viza müraciət mərkəzinin +994 12 599 88 11 telefon nömrəsi ilə əlaqə saxlamaqla təyin etmək mümkündür.

Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Bir qayda olaraq, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir.

İtaliya Şengen vizası proseduru müraciət tarixindən etibarən, adətən, 10 kalendar günü (bayramla əlaqəli rəsmi qeyri-iş günləri istisna olmaqla) davam edir. Lakin, təcrübə göstərir ki, sənədlərlə bağlı hər şey qaydasında olduğu təqdirdə və viza müraciətlərinin çox olmadığı bir dövrdə cavab 2-3 iş günə də bəlli ola bilər. Bəzi hallarda isə səfirlik cavabı uçuş tarixindən bir gün qabaq da verə bilir.

Sənədləri təqdim edərkən 35 avro viza rüsumu, 21 avro viza mərkəzinin xidmət haqqı ödənilir. Rüsumlar viza mərkəzinin kassalarında, İtaliya Respublikasının Bakıdakı Səfirliyinin təsdiq etdiyi rüblük məzənnəyə əsasən, yalnız manatla ödənilir.

İtaliya Şengen Vizası Alma Ehtimalı

 italian embassy

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi İtaliyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında və daha yüksək olması (təcrübədə 400-600 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin İtaliya Şengen vizası alma şansınızı artıran faktorlardır. Daha öncə heç bir Şengen vizası olmayan şəxslər üçün İtaliya səfirliyi ilk viza müraciəti seçimi olaraq nisbətən riskli görülə bilər. Biznes vizaya müraciət zamanı isə təqdim edəcəyiniz rəsmi dəvət məktubu sizin viza alma şansınızı yetərincə yüksəldə bilər. Əgər dəvət məktubunuzda göstərilən səfər məqsəd və səbəbiniz sizin işlədiyiniz sahə ilə bağlıdırsa və ya siz daha öncə də oxşar biznes səfərlər həyata keçirmisinizsə, bu nüanslar sizin profilinizə kifayət qədər müsbət təsir göstərəcək.

İtaliyaya Viza Dəstəyi

venice

Biz Vizam.az şirkəti olaraq sizə İtaliya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik.Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə İtaliya Şengen biznes vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 69 AZN təşkil edir.

You can click here to place your order   , contact 050/55-3000135 for more information.

Romanı fəth edin, amma səyahət edərək! Xoş səyahətlər!

Related posts:

Visa-Free Travel to Qatar

Visa-Free Travel to Qatar

The shining star of the Middle East, Qatar, is one of the countries that attracts tourists with its modernity as well as its historical and cultural richness. Offering visa-free travel opportunities for Azerbaijani citizens, this country is ideal for both leisure and business trips. In this blog, you’ll find essential information and practical tips for […]

Vizam.az 17 April 2025
Visa-Free Travel to Moldova

Visa-Free Travel to Moldova

Moldova, located in Eastern Europe, is a country rich in history and culture. Offering a visa-free travel opportunity for Azerbaijani tourists, Moldova is an ideal destination for both tourism and business purposes. In this article, we will provide important information for Azerbaijani tourists planning to travel to Moldova, as well as key things to consider […]

Vizam.az 16 April 2025
Visa-Free Travel to Serbia

Visa-Free Travel to Serbia

Serbia, located in the Balkans, is a country known for its rich history, culture, and nature. Offering a visa-free travel opportunity for Azerbaijani tourists, Serbia is ideal for both business trips and leisure visits. In this blog post, we will provide essential information for Azerbaijani tourists wishing to travel to Serbia. You can find everything […]

Vizam.az 16 April 2025
Travel to Dublin: Irish Visa

Travel to Dublin: Irish Visa

Dublin, the capital and largest city of Ireland, is not only a hub of culture, history, and technology, but also a perfect travel destination. If you’re interested in Irish history, music, and nature — and want to be close to the headquarters of the world’s biggest tech companies — then Dublin is an ideal choice. […]

Vizam.az 16 April 2025
THERMAL WATER PARADISE – A TRIP TO HUNGARY

THERMAL WATER PARADISE – A TRIP TO HUNGARY

Hungary, located in the heart of Europe and enchanting everyone with its history, culture, and nature, is one of the European countries. However, one of the country’s greatest features is its thermal water culture. Hungary is one of the countries with the most thermal water sources in the world, and therefore calling it the “Thermal […]

Vizam.az 15 April 2025
A JOURNEY TO THE WORLD OF KANGAROOS – AUSTRALIAN VISA

A JOURNEY TO THE WORLD OF KANGAROOS – AUSTRALIAN VISA

Kangaroo Island, considered the gem of South Australia, is an ideal choice for adventure seekers. This island is famous for its unique landscapes, wild nature, and rich flora and fauna. If you have a desire to be immersed in nature and see kangaroos that can only be found in Australia, we highly recommend that you […]

Vizam.az 15 April 2025
THE SOURCE OF WESTERN CIVILIZATION – TRAVEL TO GREECE

THE SOURCE OF WESTERN CIVILIZATION – TRAVEL TO GREECE

Greece, with its rich history, cultural heritage, and natural beauty, offers a unique travel experience and is one of the most attractive countries in Europe. This country, boasting millennia of culture and history, combines traces of ancient civilizations, unforgettable monuments, and magnificent natural landscapes. Dynamic capital cities like Athens, as well as the tranquil, romantic […]

Vizam.az 15 April 2025
A TRIP TO EUROPE’S LARGEST STADIUM – BARCELONA

A TRIP TO EUROPE’S LARGEST STADIUM – BARCELONA

Barcelona, ​​the jewel of the Catalan region of Spain, is known as one of the most popular tourist destinations in the world. However, this city is not only famous for its beautiful architecture, cultural heritage and attractive Mediterranean coastline, but also has a great position in the world of sports. In particular, for football fans, […]

Vizam.az 15 April 2025
Visa-Free Travel to Montenegro

Visa-Free Travel to Montenegro

Montenegro, located in Southeast Europe and famous for its natural beauty, is a small but magnificent country that attracts thousands of tourists every year. The visa-free travel option for Azerbaijani citizens makes this country even more accessible. In this blog, we provide detailed information on the requirements for visa-free travel, preparation tips, and essential details […]

Vizam.az 09 April 2025
Visa-Free Travel to Dubai: A Guide for Azerbaijani Tourists

Visa-Free Travel to Dubai: A Guide for Azerbaijani Tourists

The opportunity for Azerbaijani citizens to travel to Dubai without a visa has become increasingly significant in terms of tourism and business relations in recent times. Traveling to the United Arab Emirates (UAE) has now become much easier. Dubai is known as a global center of trade, tourism, and culture, and it has become a […]

Vizam.az 09 April 2025