HOW TO GET A US BUSINESS VISA?

Vizam.az 08 December 2020 191 views 8 min. read

Yaşayan bütün səyahətçilərin hədəfi olan ABŞ, həmçinin, il ərzində milyonlarla biznes məqsədilə bu nəhəng ölkəyə üz tutmuş iş adamlarına da ev sahibliyi edir. Əgər siz də ABŞ-a səyahət edib həm işinizi görmək, həm də gəzib bu möhtəşəm ölkəni kəşf etmək istəyirsinizsə, ABŞ biznes (işgüzar səfər) vizasına müraciət edə bilərsiniz. Biznes vizaya müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

ABŞ Viza Növləri

united states of america flag

ABŞ vizasının fərqli səbəb və məqsədlərə uyğun bir çox növü vardır. Təməl olaraq isə bu vizalar iki növə ayrılır: miqrant və qeyri-miqrant vizaları. Miqrant vizaları ABŞ-da daimi yaşamaq hüququ əldə etmək istəyən şəxslərin baş vurduğu viza növləridir. Ailə birləşməsi, daimi işlə təmin olunma və s. kimi şərtlər altında şəxslər miqrant vizalarına müraciət edə bilərlər. Ən çox istifadə olunan və özündə turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan səbəb və məqsədləri özündə birləşdirən qeyri-immiqrant vizalarına hər kəs müraciət edə bilər. Qeyd edək ki, qeyri-immiqrant vizalarının da yuxarıda sadaladığımız səbəblərdən asılı olaraq dəyişən və onlara uyğunluşan bir çox fərqli növləri var. Biz isə bu məqalədə sizə ən çox müraciət olunan viza növü olan B1/B2, yəni müvəqqəti biznes və turizm vizası barədə məlumat verəcəyik.

Qısamüddətli biznes (işgüzar) səfərinizi reallaşdırmaq üçün də siz ABŞ vizasının “B1/B2” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli biznes viza sizə ABŞ-da daimi işləmək hüququ vermir, bu viza sizin öz biznes səfərinizi reallaşdırmağınız üçün təqdim olunur.

B1/B2 Vizası

us visa

Azərbaycan vətəndaşları üçün bu vizanın müddəti 1 il ərzində 6 ayı əhatə edəcək şəkildə olur. Yəni, siz bu vizanı əldə edərək vizanızın verildiyi gündən hesablanaraq 1 il sonrasına kimi hər bir girişinizdə ABŞ-da maksimum 6 ay qala bilərsiniz. Qeyd edək ki, dəqiq şəkildə maksimum qala biləcəyiniz müddət sizə ölkəyə daxil olarkən sizi qarşılayan miqrasiya işçisi tərəfindən bildirilir. Bəzi fors-major hallarda sizin miqrasiya işçilərinə verdiyiniz cavablara və səyahət planınıza əsasən, sərhəd xidməti sizin qalma müddətinizi məhdudlaşdıra bilər. Adi hallarda isə məsələn, siz 2020-ci ilin May ayının 1-də ABŞ vizasını əldə etmisinizsə, bu viza 2021-ci ilin May ayının 1-dək (əksər hallarda bir və ya iki gün tez) aktiv viza hesab olunur. Ancaq bu müddət ərzində sizin ABŞ-da bir girişdə qaldığınız günlərin sayı 6 ayı keçməməlidir. 1 il ərzində isə siz ABŞ-a bir neçə dəfə giriş və çıxış edə bilərsiniz, bunu məhdudlaşdıracaq hər hansısa bir limit yoxdur. Siz bu vizanı əldə etdikdən sonra ABŞ-a turistik və ya işgüzar səfərinizi reallaşdıra bilərsiniz.

ABŞ Viza Müraciəti üçün Sənədlər Toplusu

visa application form

ABŞ B1/B2 vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış)
  5. Adınıza olan bank hesabından arayış və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 5x5 ölçüdə və ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet və otel bronları
  10. Viza ödənişini etdiyinizə dair sizə sistemdən verilmiş ödəniş qəbzinin və üzərində səfirlikdəki görüş tarixiniz qeyd olunmuş instruksiyanın çap versiyası
  11. Onlayn DS-160 ərizə formanızın təsdiqi
  12. Gedəcəyiniz iş qurumu, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Dəvət məktubunun orijinalı yoxdursa, siz skan versiyasını çap şəklində səfirliyə təqdim edə bilərsiniz. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır. Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni ABŞ-da qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3000-4000 ABŞ dolları aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ABŞ-da qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 80-90 ABŞ dolları gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda siz bank hesabınızdan arayış təqdim etməyə bilərsiniz, ancaq hər bir halda məsləhətdir ki, öz adınıza hesabınızda olan kiçik də olsa, bir məbləğ göstərəsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər) əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədinin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır. Qeyd edək ki, sənədləri ingilis dilinə tərcümə etdirmək tələb olunmur, bütün sənədlər səfirlikdə azərbaycanca qəbul olunur.

Viza Proseduru

dollars

ABŞ-a viza müraciəti zamanı ilk mərhələ olaraq siz DS-160 formunu, yəni ABŞ viza müraciətiniz üçün onlayn ərizə formasını doldurursunuz. Siz bu ərizə formasını tam onlayn şəkildə və bir neçə dəfə giriş və çıxış edərək doldura bilərsiniz. Yəni, ilk dəfə ərizəyə daxil olduqda sona qədər doldurmalısınız kimi bir qayda yoxdur. Ərizənin müəyyən hissəsini doldurduqdan sonra onu yaddaşda saxlayıb, sonra giriş edərək qaldığınız yerdən doldurmağa davam edə bilərsiniz. Ancaq bunun üçün mütləq şəkildə sayt tərəfindən sizə verilmiş referens kodunu (məsələn: AA 12345678) yaddaşda saxlamalısınız. Səfirlikdə görüşə getməzdən öncə isə ərizə formanızı sistemdə təsdiqləməyiniz mütləqdir. Digər mərhələdə isə siz ABŞ-ın Azərbaycandakı səfirliyindən görüş əldə etməlisiniz. Bu görüş pəncərəsinin açılması üçün isə siz öncə viza ödənişini onlayın şəkildə həyata keçirməlisiniz. Viza ödənişi hər bir şəxs üçün yaş fərqi olmadan 160 ABŞ dolları təşkil edir. Siz ödənişi bank kartı vasitəsilə və ya bankda nağd olaraq edə bilərsiniz. Ödənişi etdikdən sonra növbəti açılan pəncərədə səfirlikdə mümkün olan görüş tarixləri və saatlardan siz özünüzə uyğun olanı seçirsiniz. Seçdiyiniz tarix və saatda qeyd etdiyimiz sənədlərlə birgə səfirlikdə görüşə getməlisiniz. Siz sonradan görüşü ləğv etmə hüququna maliksiniz. Bu halda siz eyni profildən növbəti bir il ərzində yenidən ABŞ səfirliyində ödəniş etmədən görüş təyin edə bilərsiniz. Qeyd edək ki, onlayn şəkildə təsdiqlədiyiniz ərizə formasını səfirlikdəki görüşə aparmağınıza ehtiyac yoxdur. ABŞ viza müraciəti zamanı siz səfirlikdə konsulla intervyuya daxil olursunuz.

İntervyu

us consular officer

Konsulla birbaşa aparılan intervyu əksər hallarda maksimum 5-15 dəqiqəni əhatə edəcək müddətdə qısa çəkir. Bu müddət sizin viza müraciəti prosedurunuzun mürəkkəbliyindən və ən əsası konsulun istəyindən asılı olaraq dəyişə bilər. İntervyu ərzində sizə veriləcək suallar əsasən, sizin səyahət planınız, səfərinizin detalları (gedəcəyiniz yerlər, səyahət tarixləriniz, qalacağınız otellər və s.), səyahət məqsədiniz və ya özünüzlə bağlı ola biləcək şəkildə iş yeriniz, ailə həyatınız, sənədləriniz və s. haqqında ola bilər. Bu sualların standart forması və ya ardıcıllığı yoxdur. Bir sözlə, konsul sizə özünüz, həyatınız və səyahətinizlə əlaqədar istədiyi sualı verə bilər. Siz viza cavabınızı məhz bu intervyunun sonunda öyrənə bilirsiniz. Konsul sizə intervyunun sonunda ABŞ vizasının verildiyini və ya verilmədiyini bildirir. Viza verildiyi təqdirdə pasportunuz sizdən götürülür və adətən, 3-5 iş günü ərzində ABŞ vizası vurulduqdan sonra “Aramex” şirkəti tərəfindən sizə geri qaytarılır. Əgər konsul viza verilmədiyini bildirərsə, bu halda o, sizə imtina kağızı uzadır. Bu imtina kağızı isə şəxsdən-şəxsə və ya vəziyyətə, yaxud imtina səbəblərinə uyğun şəkildə dəyişən yox, məhz şablon bir sənəd olur. ABŞ vizasına gedən ən önəmli yol məhz intervyudakı performansınızdan və verdiyiniz cavablardan keçir. Siz mütləq şəkildə konsulu inandırmağa çalışmalı, qəti şəkildə yalan məlumat verməməli və konsulun sizə verdiyi suallara bacardıqca detallı şəkildə cavab verməlisiniz. Əgər siz cavablarınızla konsulu səyahət məqsədinizə, verdiyiniz informasiyaların və sənədlərin doğruluğuna tam inandıra bilsəniz, bu halda ABŞ vizasını əldə edə biləcəksiniz. Qeyd edək ki, əksər hallarda intervyuda verilən sualların sayı limitli olur. Məhz bu səbəbdən də konsulun sizə verdiyi sualları dolğun cavablandırmaq onun ağlındakı sual işarələrini aradan qaldırmağa yardımçı ola bilər. Məsələn, əgər konsul sizdən səyahət məqsədinizi soruşursa, ona bir sözlə “turizm” deyib keçməkdənsə, ətraflı şəkildə hansı səbəblə bu səyahəti reallaşdırmaq istədiyinizi, ABŞ-da haralara gedəcəyinizi və vaxtınızı necə dəyərləndirə biləcəyinizi mümkün qədər ətraflı şəkildə izah edə bilərsiniz. Bu kimi detallı cavablar sizə əngəl ola biləcək müəyyən boşluqları və sualları aradan qaldıra bilər. Əlavə olaraq qeyd edək ki, konsulla intervyunun dili səfər məqsədindən asılı olaraq dəyişir. Turistik viza müraciətlərində intervyuda istifadə olunan dil əksər hallarda azərbaycanca olur. İşgüzar səfər üçün edilmiş viza müraciətində isə əsasən, ingilis dilinə üstünlük verildiyi görünür.

ABŞ Vizası Olmuş Şəxslər

passport

Daha öncə ABŞ vizası olmuş şəxslər öncəki ABŞ vizalarının bitmə tarixindən bir il keçmədən yenidən eyni növlü vizaya müraciət edirlərsə, bu halda səfirlikdə yenidən görüşdə və intervyuda olmaqlarına ehtiyac qalmır. Onlar öz pasportlarını onlayn ödəniş etdikdən, ərizə formalarını tamamladıqdan sonra müraciətlərini “Aramex” şirkəti vasitəsilə edə bilərlər. Siz görüş götürmə sistemində əgər daha öncə ABŞ vizanızın olduğunu, bu vizanın bitmə tarixindən bir ildən artıq vaxt keçmədiyini və eyni növdə vizaya müraciət etdiyinizi qeyd etsəniz, bu halda sizə ödəniş etdikdən sonra açılan pəncərədə səfirlikdə görüş tarixləri yox, sənədlərinizi “Aramex” şirkəti vasitəsilə təqdim edə biləcəyinizlə bağlı detallar qeyd olunur. Siz pasportuzun orijinalı və köhnə ABŞ vizanızın surəti, şəxsiyyət vəsiqənizin surəti, onlayn ərizə formanızın təsdiqi, sizə görüş götürdüyünüz sistemdən təqdim olunan ödənişin qəbzini və “Aramexin” sənədləri qəbul edə biləcəyi ilə bağlı instruksiyalar sənədini çap edərək həmin şirkətə müraciət edə bilərsiniz. Bu halda adətən, müraciətinizdən sonra 3-5 iş günü ərzində sizə viza verilir və siz pasportunuzu yenidən “Aramex” şirkətindən geri götürə bilirsiniz. Ancaq bəzi hallarda səfirliyin sizi sonradan intervyuya dəvət etməsi də mümkündür. Yəni, bu prosedurla müraciət etdikdən sonra sizin viza müraciətiniz prosesdə olarkən səfirlik sizlə əlaqə saxlayaraq sizi intervyuya dəvət edə bilər. Bu hal sizin viza müraciətinizdə hər hansısa bir qeyri-müəyyənlik, sual ortaya çıxdıqda və ya konsulun şəxsi istəyi üzrə yaşana bilər.

ABŞ Vizası Alma Ehtimalı

embassy of the united states of america

Hər bir ölkənin viza müraciətində olduğu kimi ABŞ-da da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin yaxşı olması, aylıq gəlirinizin standart maaş aralığından biraz yuxarı olması, bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) və bəlkə də ən əsası, səyahət tarixçənizin yaxşı olması sizin ABŞ vizasını alma şansınıza müsbət təsir göstərəcək ən önəmli faktorlardır. Ancaq ABŞ-ı digər ölkələrdən və səfirlikdən fərqləndirən ən əsas nüans intervyunun önəmidir. Belə ki, sənədlərinizin və profilinizin nə qədər qaydasında olub-olmamasından asılı olmayaraq, intervyudakı performansınız və cavablarınız sizin viza alma şansınıza yüksək dərəcədə təsir göstərir. ABŞ turizm vizasına müraciət etmək arzusunda olan şəxslərə əsasən, məsləhət görürük ki, ilk öncə səyahət tarixçələrini bir neçə Şengen, Avropa ölkələrinə və ya digər turistik sayıla biləcək ölkələrə viza alaraq və səyahət edərək yaxşılaşdırsınlar. Təcrübə göstərir ki, daha öncə əhəmiyyətli vizaları olmuş və səyahət tarixçələri yaxşı sayıla biləcək şəxslərin ABŞ səfirliyindən viza alma ehtimalı digərlərinə nəzərən qat-qat çoxdur. Turizm məqsədilə ABŞ-a getmək istəyən bir şəxsin daha öncə ölkəsinə daha yaxın olan və nisbətən daha asan viza alma proseduruna sahib Avropa ölkələrinə turizm üçün üz tutmaması konsulda müəyyən şübhələr yarada bilər. Ancaq bununla belə səfirlikdə konsulla girəcəyiniz intervyu məhz bu amilə də təsir göstərə bilər. Yəni təcrübədə səyahət tarixçəsi çox yaxşı olmasına baxmayaraq intervyusu uğursuz alınmış şəxslərin imtina aldığı və ya tam əksinə baş pasportla səfirliyə gedib yetərincə uğurlu keçmiş intervyu sayəsində konsulun inamını qazanaraq elə ilk müraciətindən ABŞ vizasını əldə etmiş şəxslərə tez-tez rast gəlmək olur. Ancaq yenə də hər bir halda yuxarıda sadaladığımız nüansların profilinizdə qaydasında olmağı sizi digər müraciətçilərdən bir neçə addım önə salır.

Biznes vizaya müraciət zamanı isə təqdim edəcəyiniz rəsmi dəvət məktubu sizin viza alma şansınızı yetərincə yüksəldə bilər. Əgər dəvət məktubunuzda göstərilən səfər məqsəd və səbəbiniz sizin işlədiyiniz sahə ilə bağlıdırsa və ya siz daha öncə də oxşar biznes səfərlər həyata keçirmisinizsə, bu nüanslar sizin profilinizə kifayət qədər müsbət təsir göstərəcək.

ABŞ-a Viza Dəstəyi

statue of liberty

As a Vizam.az company, we   can also assist you during your US tourist visa application. If you use our visa support service, our service includes scheduling an appointment on your behalf at the embassy, ​​filling out your online DS-160 application form, professionally preparing your documents, booking your flight tickets and hotels that will cover your trip or purchasing according to your request, consultation and will include preparation for the interview. We can familiarize you with the list of questions asked to our previous applicants during the meeting with the consul and inform you in detail about how to answer these questions correctly, what details you should pay special attention to in your answers, body language and similar psychological factors. All these are factors that can make you stand out from other visa applicants and increase your chances of getting a visa. Note that the US tourist visa support service fee in our company  is 165 AZN per person.

Əgər şansınız varsa, elə indi “Amerikan xəyalınızı” gerçəkləşdirməyin vaxtıdır! Xoş səyahətlər!

You can click here to place your order   , contact 050/55-3000135 for more information.

General
Do you want to get an United States of America visa easily?
website.article_banner_button
United States of America

Related posts:

HOW CAN I GET A CANADIAN VISA?

HOW CAN I GET A CANADIAN VISA?

Canada is on the list of countries that decorate the dreams of millions of people. About 50 million tourists visit Canada every year, which is considered an ideal country for travel. This cold country, with its geography, nature and climate, large tourist cities such as Toronto, Ottawa, Montreal, Vancouver, Niagara Falls, countless tourist facilities, has […]

Vizam.az 04 May 2024
MESSAGES OF THE WORLD’S TOURISM GIANTS DURING THE CORONAVIRUS

MESSAGES OF THE WORLD’S TOURISM GIANTS DURING THE CORONAVIRUS

We are all aware that the Coronavirus pandemic has affected many areas. One of them, and perhaps the most affected, is the tourism industry. Before the epidemic, the tourism industry accounted for 10% of world GDP. At the moment, The World Travel & Tourism Council has warned that the COVID-19 pandemic could cut 50 million […]

Vizam.az 07 February 2022
When will we travel again?

When will we travel again?

The incidence of the coronavirus pandemic, which has killed thousands of people around the world, continues to rise. At a time when the number of infections has reached 3 million, and more than two hundred thousand people have died, leaving home has become even riskier. Although staying at home may not seem difficult to many […]

Vizam.az 07 February 2022
The Not-Do List in Southeast Asia

The Not-Do List in Southeast Asia

You can hear thousands of advice about where to go, and what to do while traveling somewhere. But what things we should not do? It sounds weird, but every year hundreds of tourists have different problems just because of not to know local rules and traditions. In order not to come across these kinds of […]

Vizam.az 07 February 2022
The Sun fear of Trolls

The Sun fear of Trolls

One of the most touristic places – Trolltunga which is located in Oreland in the skirts of the Norway mountains looks like a Troll’s tongue. But why Ogre? The story of this monument’s name comes from Norway legends, from the giant’s named Trolls who lived in this area. According to another legend, these ogres were […]

Alakbar Karbalayev 07 February 2022
EXPENSIVE PART OF NEW ZEALAND

EXPENSIVE PART OF NEW ZEALAND

As I know there isn’t an article about the southern part of the south-east land – New Zealand. From my point of view, this country has the most magnificent nature in the world. You can come across different landscapes and climates at every step of your travel. Daily expenses? Let’s turn to the start point. […]

Rasim Aghayev 07 February 2022
CARIBBEAN FLASHBACK

CARIBBEAN FLASHBACK

One day I fed up with watching the film “Caribbean Islands” and said to myself: “I’m going”. Can’t I be like Captain Jack Sparrow?! February. 2016. Before planning the trip to these islands, there was also a Venezuela option in my “Travel Menu” in addition to the Caribbean. Taking into consideration that I cannot travel to […]

Rasim Aghazada 07 February 2022
OPEN CURTAINS, I AM WATCHING FOOTBALL!

OPEN CURTAINS, I AM WATCHING FOOTBALL!

Imagine that you are in your own hotel room. You want to watch football and instead of turning the TV on, you open the curtains. Yes, West Ham United hotel is the perfect place for such crazy football fans.  The three-star West Ham United hotel allows you to watch Upton Park (Stadium where the West […]

Alakbar Karbalayev 07 February 2022
TRAVEL TO AVATAR PROVINCE

TRAVEL TO AVATAR PROVINCE

Everyone can be affected by any of the movies they watch. Some of us even include the places watched in movies on our “must-see” list.  Like everyone else, after watching the Avatar movie, I also wish to see Pandora. Many of us are likely to be unaware of the existence of such a place. Surrounded […]

Alakbar Karbalayev 07 February 2022
FLYING SHARK IN OXFORD

FLYING SHARK IN OXFORD

Since the “Shark” appeared on the roof of New High Street, Oxford on 9 August 1986, the house became the most mysterious place not only in Headington but also in the whole world. This extraordinary house with a headless shark became the center of world attention. Thus, the headless sculpture was erected on the 41st […]

Vizam.az 07 February 2022