Slovakiya son illərdə həm tarixi şəhərləri, təbii gözəllikləri, həm də digər Şengen ölkələrinə rahat keçid imkanı sayəsində Azərbaycan vətəndaşlarının maraq göstərdiyi Avropa istiqamətlərindən birinə çevrilib. Slovakiyaya səyahət planlaşdıran şəxslərin isə ən çox maraqlandığı mövzular viza prosesi, tələb olunan sənədlər, müraciət müddəti və Şengen vizası ilə bağlı qaydalardır.
Bu məqalədə Slovakiya vizası haqqında ən çox verilən sualları bir araya toplamışıq və hər birini sadə və aydın şəkildə cavablandırmışıq. Əgər siz də Slovakiya vizasına müraciət etməyi planlaşdırırsınızsa, aşağıdakı sual-cavab bölməsi viza prosesi ilə bağlı əksər suallarınıza cavab tapmağınıza kömək edəcək.
Slovakiyaya getmək üçün müraciət prosesi necədir?
Azərbaycan vətəndaşları Slovakiyaya qısamüddətli səfərlər üçün Şengen (C tipi) vizasına müraciət etməlidirlər. Müraciət prosesi ilk baxışda mürəkkəb görünsə də, lazımi sənədlər düzgün hazırlandıqda və ardıcıllığa əməl edildikdə kifayət qədər rahat şəkildə tamamlanır. Slovakiya Şengen vizası üçün müraciət Latviya Səfirliyinin VFS Global adlı viza müraciət mərkəzində olunur. Viza haqda qərar Latviya səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.
Sənədləri təqdim etmək üçün viza görüşünü həftəiçi 14:00-dan 18:00-dək Slovakiya VFS Global viza müraciət mərkəzinin +994 12 436 67 78 telefon nömrəsi ilə əlaqə saxlamaqla təyin etmək mümkündür.
Sənədləri təqdim etmək üçün əvvəlcədən görüş təyini mütləqdir. Lakin, əlavə 144 AZN ödəniş etməklə “Premium Lounge” xidmətindən istifadə edib görüş təyin etmədən növbədənkənar sənədləri təqdim etmək mümkündür.
Slovakiya vizasına müraciət prosesi ümumiyyətlə aşağıdakı mərhələlərdən ibarətdir:
- Səfər məqsədinizi müəyyənləşdirin. Turizm, biznes, ailə ziyarəti və ya digər məqsədlərə uyğun viza növünü seçin.
- Tələb olunan sənədləri hazırlayın. Xarici pasport, biometrik foto, bank çıxarışı, iş yerindən arayış, səyahət sığortası, aviabilet və otel rezervasiyası kimi sənədlər təqdim edilməlidir.
- Görüş üçün qeydiyyatdan keçin. Slovakiya üçün Şengen vizası müraciətləri əvvəlcədən təyin olunmuş görüş əsasında qəbul edilir.
- Sənədləri şəxsən təqdim edin və biometrik məlumat verin. Əgər son 59 ay ərzində Şengen vizası üçün biometrik məlumat təqdim etməmisinizsə, barmaq izi verməyiniz tələb olunacaq.
- Müraciətin nəticəsini gözləyin. Şengen vizası müraciətləri adətən 15 təqvim günü ərzində qiymətləndirilir. Zərurət yarandıqda bu müddət 30, bəzi hallarda isə 45 günə qədər uzadıla bilər.
Səyahət planlarınızın gecikməməsi üçün Slovakiya vizasına səfər tarixindən ən azı 3–4 həftə əvvəl, mümkün olduqda isə daha erkən müraciət etməyiniz tövsiyə olunur. Şengen qaydalarına əsasən, müraciəti səfər tarixindən maksimum 6 ay əvvəl təqdim etmək mümkündür.
Slovakiya vizası neçə günə çıxır?
Müraciətlər adətən 15 təqvim günü ərzində qiymətləndirilir. Lakin mövsümi sıxlıq və ya əlavə sənəd tələbi olduqda bu müddət uzana bilər. Buna görə müraciəti səyahətdən bir neçə həftə əvvəl etmək tövsiyə olunur.
Slovakiya Şengen vizası ilə neçə gün qalmaq olar?
Qısamüddətli Şengen vizası ilə 180 gün ərzində maksimum 90 gün Şengen zonasında qalmaq mümkündür. Vizanın etibarlılıq müddəti və giriş sayı isə konsulluğun qərarından asılıdır.
Slovakiya vizası üçün bank hesabında nə qədər vəsait olmalıdır?
Dəqiq məbləğ müəyyən edilməsə də, bank hesabınız planlaşdırılan səfərin bütün xərclərini qarşılaya biləcəyinizi göstərməlidir. Bank çıxarışında müntəzəm maliyyə dövriyyəsinin olması da müsbət qiymətləndirilir. 7 gün üçün bank hesabınızda 2000 euro olması kifayətdir.
Slovakiya vizası üçün biometrik məlumat vermək lazımdır?
Bəli. Slovakiya Şengen ölkəsi olduğu üçün viza müraciəti zamanı biometrik məlumatların təqdim edilməsi tələb olunur. Əgər son 59 ay ərzində hər hansı Şengen ölkəsi üçün biometrik məlumat (barmaq izi və rəqəmsal foto) verməmisinizsə, müraciət zamanı bunu şəxsən təqdim etməlisiniz.
Əgər biometrik məlumatınız son 59 ay ərzində Şengen Viza İnformasiya Sistemində (VIS) qeydiyyata alınıbsa və yenidən təqdim edilməsini tələb edən xüsusi hal yoxdursa, barmaq izi verməyinizə ehtiyac olmaya bilər. Lakin son qərar müraciətinizi qəbul edən viza mərkəzi və ya konsulluq tərəfindən verilir.
Slovakiya turist vizası üçün hansı sənədlər tələb olunur?
Slovakiya turist vizasına müraciət edərkən səfərinizin məqsədini, maliyyə imkanlarınızı və ölkəyə geri qayıdacağınızı sübut edən sənədləri təqdim etməlisiniz. Tələb olunan sənədlər müraciət edən şəxsin peşəsinə və fərdi vəziyyətinə görə dəyişə bilsə də, ümumilikdə aşağıdakı sənədlər tələb olunur:
- Etibarlılıq müddəti kifayət edən xarici pasport
- Doldurulmuş və imzalanmış viza ərizə forması
- Biometrik standartlara uyğun fotoşəkil
- Şəxsiyyət vəsiqəsinin surəti
- Aviabilet rezervasiyası
- Otel bronu və ya yaşayış yerini təsdiq edən sənəd
- Bütün Şengen ölkələrində etibarlı olan səyahət tibbi sığortası
- Son aylara aid bank hesabı çıxarışı
- İş yerindən arayış və ya gəliri təsdiq edən sənədlər
- Səfərin məqsədini təsdiq edən əlavə sənədlər (zəruri hallarda)
Bundan əlavə, tələbə, sahibkar, təqaüdçü və ya sponsor hesabına səyahət edən şəxslərdən əlavə sənədlər istənilə bilər. Slovakiya Konsulluğu zərurət yarandıqda müraciətin qiymətləndirilməsi üçün əlavə sənəd tələb etmək hüququna malikdir.
Sənədlərin tam və düzgün hazırlanması viza müraciətinizin daha rahat qiymətləndirilməsinə kömək edir və çatışmazlıqlar səbəbindən yarana biləcək gecikmələrin qarşısını alır.
Slovakiyaya Viza Dəstəyi
Biz Vizam.az şirkəti olaraq sizə Slovakiya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin və otellərinizin alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Slovakiya Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.
Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Slovakiyanı öz gözlərinizlə görməyə tələsin! Xoş səyahətlər!