SLOVAKİYA BİZNES VİZASINA MÜRACİƏT

Yeniləndi: 13 fevral 2025 6985 baxış 6 dəq. oxu

Təbiətinin və coğrafiyasının müxtəlifliyi, qala və kilsələri, rəngarəng tikililərlə bəzənmiş şəhər axitekturası ilə Avropada diqqət cəlb edən ölkələrdən biri də məhz Slovakiyadır. Ölkəyə həmçinin, biznes və işgüzar səbəblərlə də tez-tez səfərlər təşkil edilir. Əgər sizin də bu ölkəyə səyahət etməyiniz üçün biznes səbəbiniz yaranıbsa, siz Slovakiya biznes (işgüzar səfər) vizasına müraciət edə və bu viza ilə həm işinizi görə, həm də bu gözəl ölkəni kəşf edə bilərsiniz. Slovakiya biznes vizası haqqında ətraflı məlumatı isə bu məqalədən əldə edə bilərsiniz.

Slovakiya Viza Növləri

flag of slovakia

Şengen ölkələrindən bir digəri olan Slovakiyaya olan qısamüddətli səyahətinizi Slovakiya Şengen vizası əldə edərək həyata keçirdə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Slovakiyada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Slovakiya milli vizasına da müraciət edə bilərsiniz.

Qısamüddətli biznes (işgüzar) səfərinizi reallaşdırmaq üçün də siz Slovakiya Şengen vizasının “biznes viza” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli biznes viza sizə Slovakiyada daimi işləmək hüququ vermir, bu viza sizin öz biznes səfərinizi reallaşdırmağınız üçün təqdim olunur.

Slovakiya Şengen Vizası

schengen visa of slovakia

Slovakiya Şengen vizası da digər Şengen vizaları kimi təkgirişli və çoxgirişli ola bilir. Eyni zamanda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Slovakiya Şengen vizasını aldıqdan sonra bu viza ilə səyahətiniz boyu istənilən Şengen ölkəsinə səfər edə bilərsiniz. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Slovakiyadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Slovakiya vizası ilə Şengen ərazisinə başqa bir ölkədən (xüsusilə də Qərbi Avropa ölkələrindən) giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik. 

Slovakiya Şengen vizasına müraciət etdiyiniz təqdirdə səyahət müddətiniz ərzində ən çox qalacağınız ölkə kimi Slovakiyanı göstərməlisiniz.

Slovakiya Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

visa application form

Slovakiya Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün aldığınız aviabiletlərin ödəniş vauçerləri
  10. Səyahətiniz üçün bron etdiyiniz və ya aldığınız otellərin vauçerləri
  11. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Gedəcəyiniz iş qurumu, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu
insurance

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Səfirlik yalnız rəsmi dəvət məktubunun orijinalını qəbul edir. Məktubun skan versiyası səfirlik tərəfindən qəbul olunmur. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır. Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 2.000-4.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda siz bank hesabınızdan arayış təqdim etməyə bilərsiniz, ancaq hər bir halda məsləhətdir ki, öz adınıza hesabınızda olan kiçik də olsa, bir məbləğ göstərəsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Otel və Aviabilet

hotel room

Slovakiya vizasına müraciət zamanı siz ümumi səyahətinizi əhatə edən uçuş biletləriniz və otel rezervasiyalarınız üçün etdiyiniz ödənişlərin vauçerlərini (qəbzlərini) səfirliyə təqdim etməlisiniz. Yəni, biletlərin və otellərin ödənişsiz halda bronları və rezervasiyaları səfirlik tərəfindən sənəd qəbulu zamanı qəbul olunmur. Əgər vauçerləri müraciət zamanı səfirliyə təqdim etməsəniz, sənədləriniz səfirlik tərəfindən geri qaytarılacaqdır. Əgər siz yalnız Slovakiyada deyil, digər Şengen ölkələrində də qalacağınızı göstərirsinizsə, bu halda bütün göstərdiyiniz ölkələrdəki qalacağınız otellərə rezervasiyanız üçün etdiyiniz ödənişlərin vauçerlərini də səfirliyə təqdim etməlisiniz. Siz qalacağınız yeri Airbnb üzərindən rezervasiya etdiyiniz təqdirdə isə Airbnb tərəfindən sizə göndərilən rezervasiyanızı təsdiq edən sənədi, Airbnb tərəfindən sizə göndərilən ödəniş çeki və Airbnb rezervasiyası üçün ödəniş etdiyiniz bank kartından çıxarışı səfirliyə təqdim etməlisiniz.

Viza Proseduru

calendar

Slovakiya Şengen vizası üçün müraciət Latviya Səfirliyinin VFS Global adlı viza müraciət mərkəzində olunur. Viza haqda qərar Latviya səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün viza görüşünü həftəiçi 14:00-dan 18:00-dək Slovakiya VFS Global viza müraciət mərkəzinin +994 12 436 67 78 telefon nömrəsi ilə əlaqə saxlamaqla təyin etmək mümkündür.

Sənədləri təqdim etmək üçün əvvəlcədən görüş təyini mütləqdir. Lakin, əlavə 144 AZN ödəniş etməklə “Premium Lounge” xidmətindən istifadə edib görüş təyin etmədən növbədənkənar sənədləri təqdim etmək mümkündür.

Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir. Barmaq izindən azad olan müraciətçilərin isə sənədləri təqdim etmək üçün başqa bir şəxsə notarial qaydada etibarnamə verdikləri halda şəxsən iştirakları mütləq deyil.

Barmaq izindən azad olan şəxslər aşağıdakı qruplara bölünür:

  • Son 5 ildə Şengen vizası alan və sistemdə barmaq izi olan şəxslər
  • 12 yaşdan aşağı uşaqlar
  • Barmaq izi verilməsi fiziki cəhətdən mümkün olmayan şəxslər;
  • Diplomatik və ya xüsusi pasport sahibi olan və Belçikada diplomatik və ya konsulluq vəzifəsinə akreditə olunmuş şəxslər
  • Slovakiya mərkəzi və ya nümayəndəliyi olan beynəlxalq bir təşkilatda səlahiyyət alacaq diplomatik və ya konsulluq personalı və onların ailə üzvləri (həyat yoldaşı və qayğıya ehtiyacı olan uşaqları)

Slovakiya Şengen viza proseduru müraciət tarixindən etibarən, adətən, 5-15 kalendar günü (bayramla əlaqəli rəsmi qeyri-iş günləri istisna olmaqla) davam edir.

Sənədləri təqdim edərkən 35 avro viza rüsumu və viza mərkəzinin xidmət haqqısı olan 40 AZN ödənilir. Rüsumlar yalnız nəğd şəkildə qəbul olunur. Viza rüsumu avro, viza mərkəzinin xidmət haqqı isə manatla qəbul edilir.

Slovakiya Şengen Vizası Alma Ehtimalı

the embassy of the slovak republic

Hər bir ölkənin viza müraciətində olduğu kimi Slovakiya da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 300-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Slovakiya Şengen vizası alma şansınızı artıran faktorlardır. Daha öncə Şengen vizası olmayan şəxslərin təcrübəmizdə dəfələrlə Slovakiya Şengen vizasını əldə etdiyi görülmüşdür. Yəni, Slovakiya vizasına müraciət səyahət tarixçələri olmayan şəxslər üçün nisbətən yaxşı seçimdir. Biznes vizaya müraciət zamanı isə təqdim edəcəyiniz rəsmi dəvət məktubu sizin viza alma şansınızı yetərincə yüksəldə bilər. Əgər dəvət məktubunuzda göstərilən səfər məqsəd və səbəbiniz sizin işlədiyiniz sahə ilə bağlıdırsa və ya siz daha öncə də oxşar biznes səfərlər həyata keçirmisinizsə, bu nüanslar sizin profilinizə kifayət qədər müsbət təsir göstərəcək.

Slovakiyaya Viza Dəstəyi

bratislava castle

Biz Vizam.az şirkəti olaraq sizə Slovakiya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik.Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin və otellərinizin alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Slovakiya Şengen biznes vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Slovakiyanı öz gözlərinizlə görməyə tələsin! Xoş səyahətlər!

Yeniləndi: 22.01.2025

Oxşar yazılar:

VisaMetric Baku Üzərindən Viza Müraciəti Necə Edilir?

VisaMetric Baku Üzərindən Viza Müraciəti Necə Edilir?

Avropaya səyahət planlayan Azərbaycan vətəndaşları üçün viza müraciət prosesi əksər hallarda VisaMetric Baku vasitəsilə həyata keçirilir. VisaMetric, bir sıra Avropa ölkələrinin viza müraciətlərini qəbul edən rəsmi vasitəçi mərkəzdir və müraciətçilər üçün randevu, sənəd qəbulu və biometrik məlumatların toplanması mərhələlərini icra edir. Lakin VisaMetric viza qərarı verən qurum deyil və prosesin düzgün aparılması müraciətçinin məsuliyyətindədir. VisaMetric […]

Vizam.az 03 fevral 2026
Viza üçün Sponsorluq Məktubu

Viza üçün Sponsorluq Məktubu

Viza müraciəti zamanı təqdim edilən sənədlər arasında sponsorluq məktubu xüsusilə maddi vəziyyəti kifayət etməyən müraciətçilər üçün vacib rol oynayır. Bir çox ölkələrin səfirlikləri viza müraciətini dəyərləndirərkən səyahət xərclərinin kim tərəfindən və necə qarşılanacağını aydın şəkildə görmək istəyir. Məhz bu nöqtədə viza üçün sponsorluq məktubu əsas sübut sənədlərindən biri hesab olunur. Sponsorluq məktubu, müraciətçinin səyahət, yaşayış […]

Vizam.az 02 fevral 2026
Brazilya Vizası Necə Əldə Edə Bilərəm?

Brazilya Vizası Necə Əldə Edə Bilərəm?

Brazilya Cənubi Amerikanın ən rəngarəng və enerjili ölkələrindən biridir. Rio de Janeyroda Karnaval, Amazon meşələri, Copacabana sahili və unudulmaz mədəniyyət bütün bunlar Brazilyanı səyahət üçün cəlbedici edən əsas səbəblərdir. Lakin bu ölkəyə səyahət etməzdən əvvəl Azərbaycan vətəndaşları üçün vacib mərhələ Brazilya vizası almaq prosesidir. Brazilya vizası müraciəti digər ölkələrlə müqayisədə daha fərqli prosedurlara malik ola […]

Vizam.az 30 yanvar 2026
2026-cı İldə Yeni Zellandiya Vizası Necə Almaq Olar?

2026-cı İldə Yeni Zellandiya Vizası Necə Almaq Olar?

Yeni Zelandiya təbiəti, təhlükəsizliyi, yüksək həyat səviyyəsi və unikal mədəniyyəti ilə dünyanın ən çox arzulanan ölkələrindən biridir. Yaşıl dağları, sonsuz okean sahilləri, təmiz havası və müasir şəhərləri ilə bu ölkə həm turizm, həm də təhsil və iş məqsədli səyahətlər üçün ideal seçimdir. Azərbaycan vətəndaşları üçün Yeni Zelandiyaya səyahət planlaşdırarkən ilk və ən vacib addım düzgün […]

Vizam.az 29 yanvar 2026
Monteneqro Vizası Necə Əldə Edə Bilərəm?

Monteneqro Vizası Necə Əldə Edə Bilərəm?

Montenegro son illərdə həm turizm, həm də qısa müddətli yaşayış üçün azərbaycanlıların ən çox maraq göstərdiyi Avropa ölkələrindən birinə çevrilib. Adriatik dənizi sahilləri, tarixi şəhərləri, sakit həyat tərzi və Avropa atmosferi bu ölkəni həm istirahət, həm də iş məqsədli səfərlər üçün ideal edir. Lakin Montenegroya səyahət etməzdən əvvəl Azərbaycan vətəndaşları üçün əsas addımlardan biri viza […]

Vizam.az 28 yanvar 2026
Sakura Mövsümü və Yaponiya Vizası Prosesi

Sakura Mövsümü və Yaponiya Vizası Prosesi

Yaponiya hər il bahar aylarında sakura (çəhrayı albalı çiçəkləri) mövsümü ilə turistləri özünə cəlb edir. Bu mövsüm ölkədə çiçəklərin açdığı ən gözəl dövr hesab olunur və səyahət planlayanlar üçün həm estetik, həm də mədəni təcrübə baxımından əvəzolunmazdır. Azərbaycan vətəndaşları üçün Yaponiyaya səyahət vizaya tabedir və planlaşdırma prosesində vaxtlama böyük rol oynayır. Sakura mövsümündə ölkəyə giriş […]

Vizam.az 27 yanvar 2026
Şengen Vizası üçün Tələb Olunan Sənədlər

Şengen Vizası üçün Tələb Olunan Sənədlər

Avropaya səyahət planlayan hər bir Azərbaycan vətəndaşı üçün Şengen vizası əsas tələblərdən biridir. Şengen ölkələrinə daxil olmaq üçün bu viza bütün üzv ölkələrdə etibarlıdır və səfərin məqsədindən – turizm, biznes və ya ailə ziyarəti asılı olaraq müxtəlif növləri mövcuddur. Şengen vizası müraciətində əsas məqsəd səfərin qanuni və problemsiz həyata keçirilməsini təmin etməkdir. Bunun üçün səfirliklər […]

Vizam.az 26 yanvar 2026
Azərbaycan Vətəndaşları üçün Tayland Vizası

Azərbaycan Vətəndaşları üçün Tayland Vizası

Azərbaycan vətəndaşları üçün Tayland vizası son illərdə ən çox maraq göstərilən səyahət mövzularından biridir. Tropik çimərlikləri, zəngin mədəniyyəti və əlverişli səyahət xərcləri ilə Tayland azərbaycanlı turistlər üçün cəlbedici istiqamətə çevrilib. Lakin bu ölkəyə səyahət etməzdən əvvəl viza qaydalarını düzgün bilmək çox vacibdir. Tayland vizası ilə bağlı tələblər, müraciət prosesi, sənədlərin hazırlanması və düzgün viza növünün […]

Vizam.az 26 yanvar 2026
Fransa Səfirliyi Vasitəsilə Şengen Vizası

Fransa Səfirliyi Vasitəsilə Şengen Vizası

Şengen vizası almaq istəyirsinizsə və səyahət planınızın əsas hissəsi Fransada keçəcəksə, müraciət prosesi Fransa səfirliyi vasitəsilə aparılmalıdır. Fransa səfirliyi, Şengen vizası üçün ən çox müraciət olunan səfirliklərdən biridir və ilk dəfə viza alanlar üçün sənəd yoxlamasını diqqətlə aparır. Müraciət zamanı təqdim etdiyiniz sənədlərin tamlığı, səyahət məqsədinizin aydınlığı və maliyyə vəziyyətiniz səfirliyin qərarında böyük rol oynayır. […]

Vizam.az 23 yanvar 2026
Hansı Şengen Ölkəsi İlk Viza Üçün Daha Uyğundur?

Hansı Şengen Ölkəsi İlk Viza Üçün Daha Uyğundur?

Əgər ilk dəfə Şengen vizasına müraciət edirsinizsə, ən çox verilən suallardan biri məhz budur: hansı Şengen ölkəsi ilk viza üçün daha uyğundur? Çünki ilk viza müraciəti sonrakı səyahətlər üçün əsas rol oynayır və düzgün ölkə seçimi imtina riskini əhəmiyyətli dərəcədə azalda bilər. Bir çox müraciət edənlər eyni səhvi edir. Səyahət planına uyğun olmayan ölkəyə müraciət […]

Vizam.az 22 yanvar 2026