BİZ BİR DƏ NƏ ZAMAN SƏYAHƏT EDƏ BİLƏCƏYİK?

Yeniləndi: 03 avqust 2026 3712 baxış 3 dəq. oxu
Mündəricat

Dünyada minlərlərlə insanın ölümünə səbəb olan koronavirus pandemiyasına yoluxma halları gün keçdikcə artmağa davam edir. Yoluxma hallarının artıq 3 milyona çatdığı və iki yüz mindən çox insanın ölümünə səbəb olduğu bu dövrlərdə evdən çıxmaq daha da riskli hal olmağa başlayıb. Evdə bağlı vəziyyətdə qalmaq başlarda bir çoxumuza o qədər də çətin görünməsə də, hal-hazırda hər birimiz bunun düşündüyümüzdən daha çətin olduğunu görürük. Pandemiya səbəbindən bir çox səyahət planları ləğv edilib. Koronavirus pandemiyası səbəbi ilə turizm sektoru da artıq durma nöqtəsinə gəlib. Təəssüf ki, bir ay əvvəl səyahət planları quran insanlar artıq bir də təyyarəyə nə vaxt minə biləcəklərini düşünürlər. Düzdür, sıxılmamaq üçün səyahət etməyi sevənlər olaraq səyahətlə bağlı kitablar oxuyub, filmlər izləyərək vizual bir səyahətə çıxa bilərik. Lakin bu danılmazdır ki, bu vizual səyahət real səyahətə çıxmanın zövqünü, rahatlığını verə bilməz. Əminəm ki, səyahət etməyi sevənlər olaraq artıq saysız-hesabsız səyahət planları qurmusunuz və qurmağa davam edirsiniz. Gününün hər saatını evdə keçirdiyindən, çox səyahət etməyən insanlar belə səyahət planları qurmağa başlayıblar. Evdə qaldığımız bu dövrlərdə isə demək olar ki, bütün bu insanların səsləndirdiyi ortaq suallar var: Nə vaxta qədər evdə qalacayıq? Biz bir də nə vaxt səyahət edə biləcəyik?

Yəqin ki, bu sualların cavabını həmin an gəlib çatana qədər heç vaxt dəqiq bilməyəcəyik. Səbəbi isə odur ki, virusun yayılma tempi, təsiri hər bir ölkə üçün eyni deyil.  Mütəxəssislərin fikrinə görə isə koronavirus pandemiyasından qurtulmağımız üçün peyvənd tapılmalıdır, yəni ona qədər virus daima aramızda olacaq və tamamilə qurtula bilməyəcəyik. Bu isə o deməkdir ki, peyvənd tapılana qədər səyahət etmək olduqca risklidir. Peyvəndin tapılması isə minimum 1 il sonra mümkün olacaq. Lakin virusun yayılmasının qarşısını almaq mümkün olsa və dövlətlər bunu idarə edə bilsələr yəqin ki, peyvəndin tapılmasını gözləməyimizə ehtiyac qalmaz və risk minimum səviyyədə olar. Bunun üçün virusun ölkələrə təsirinin qısa analizinə baxaq. Bir neçə həftə əvvələ qədər virusun mərkəzi olan Avropada yoluxma halları hələ də artmağa davam edir. Xüsusən də İspaniya, İtaliya, Fransa, Almaniya və İngiltərə ilk sıralarda yer alır. İngiltərə karantin rejimini daha üç həftə uzatdı, bu isə o deməkdir ki, may ayının ortasına qədər bu ölkədə karantin tədirbirləri davam edəcək. Qardaş ölkə Türkiyədə, qonşu ölkə İran və Rusiyada belə bir günə minlərlə yoluxma halları qeydə alınır. Son həftələrdə virusun mərkəzi halına gələn Amerikada isə yoluxma halları rekord həddə çatıb. Koronavirus pandemiyasının yayılmasının qarşısının alınmasının çox çətin olduğu Amerikada yoluxanların sayı artıq bir milyona çatıb və gün keçdikcə sürətli şəkildə artmağa da davam edir. Bütün bunlar o deməkdir ki, bu sadaladığımız ölkələrə uzun müddət səyahət etmək mümkün olmayacaq. Avropadan, Amerikadan və qonşu ölkələrimizdən fərqli olaraq, Asiyada vəziyyət nisbətən daha yaxşıdı. Virusun ilk çıxdığı ölkə olan Çində yoluxma halları olduqca aşağı səviyyəyə düşüb və insanlar normal həyatlarına geri dönüblər. Buna Yaponiya və Cənubi Koreyanı da misal göstərmək olar. Əlbəttə ki, Asiyada da vəziyyəti kritik olan və bu həddə yaxınlaşan ölkələr də var. Buna son zamanlarda yoluxma hallarının artdığı Hindistanı misal göstərə bilərik.     Bəzi ölkələrin hesabatlarında Covid-19 pandemiyasına yoluxma halları azaldıqca, hökümətlər bəzi qadağaları ləğv edir, bəzi məktəblərin, mağazaların və ictimai yerlərin açılmasına icazə verirlər. Bunun indiki şəraitdə nə qədər doğru olması isə sual altındadır. Əlbəttə ki, bunun doğru olub-olmaması ölkəyə görə də dəyişir.  Məsələn İtaliyada yoluxma halları sürətlə artmağa davam etməsinə baxmayaraq ölkədə kitab mağazaları,  uşaq geyimləri dükanları açılır. İspaniya isə İtaliyadan fərqli olaraq  mağazaların bir müddət bağlı qalacağını qeyd edib. Lakin İspaniyanın fabrik işçiləri işə qayıdarkən, İtaliyanın fabrikləri (dərman və qida emalı zavodları istisna olmaqla) hələ də bağlıdı. Çexiyada çölə çıxdıqda maska taxmaq məcburi olsa da, Danimarkada belə deyil deyil. Eyni zamanda Danimarka yoluxma hallarında azalma müşahidə etdikdə məktəblərin açılmasına qərar verdi. Bu addım isə hökümətin ölkə daxilində çoxlu sayda tənqidlərlə üzləşməsinə səbəb oldu. Danimarkanın baş naziri Mette Frederiksen isə bu addıma belə bir fikir bildirdi: “Əgər məktəbləri indi açsaq infeksiya yenidən kəskin şəkildə artacaq və yenidən başa dönüb ciddi karantin rejiminə qayıtmalı olacayıq“. Yəqin ki, Mette Frederiksenin fikri ilə hamımız razıyıq. Tez bir zamanda səyahət edə bilmək üçün tələsməmək lazımdır, əks halda bu yenidən səyahət edə bilməyimizin müddətini daha da uzadacaq. Avropa Komissiyası isə səyahətlə bağlı bunları qeyd edib: “Tətil planları qurmaq üçün hələ ki tələsməməliyik. Hazırda heç kəs iyul və avqust ayları üçün dəqiq, etibarlı bir proqnoz verə bilməz“.

Bu qısa analizdən hər kəsə aydın olduğu kimi beynəlxalq səviyyədə turizmin əvvəlki halına qayıtması, hər ölkəyə tez bir zamanda səyahət edə bilmək olduqca çətin görünür. Yəni, nə vaxt yenidən hansı ölkəyə səyahət edə biləcəyimiz ölkəyə görə dəyişir.

Oxşar yazılar:

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya Vizası Haqqında Ən Çox Verilən Suallar

Finlandiya şimal təbiəti, şimal işıqları, Santa Klaus kəndi, qarla örtülmüş meşələri və müasir şəhərləri ilə turistlərin maraq göstərdiyi Avropa ölkələrindən biridir. Xüsusilə Helsinki, Rovaniemi və Laplandiya bölgəsi səyahətçilərin ən çox ziyarət etmək istədiyi istiqamətlər arasındadır. Finlandiyaya turistik səfər etmək istəyən Azərbaycan vətəndaşları Şengen vizası almalıdırlar. Finlandiya Şengen zonasına daxil olduğu üçün bu viza ilə digər […]

Vizam.az 30 oktyabr 2026
Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerikaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Fakt

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu-Yorkun məşhur küçələri, Los-Ancelesin Hollivud atmosferi, Mayaminin çimərlikləri və möhtəşəm milli parkları ilə dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir. Ölkə böyük ərazisi, fərqli ştatları, mədəni müxtəlifliyi və özünəməxsus gündəlik həyat tərzi ilə turistlərə çoxsaylı təcrübələr təqdim edir. Lakin Amerikaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bəzi maraqlı xüsusiyyətlər var. Yerli qaydalar, […]

Vizam.az 30 oktyabr 2026
Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Taylanda Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz 10 Fakt

Tayland tropik çimərlikləri, rəngarəng gecə həyatı, ekzotik mətbəxi və zəngin mədəniyyəti ilə dünyanın ən çox maraq doğuran turizm istiqamətlərindən biridir. Banqkokun hərəkətli küçələrindən Phuket və Krabinin möhtəşəm sahillərinə qədər ölkə hər zövqə uyğun səyahət təcrübəsi təqdim edir. Lakin Tayland yalnız gözəl çimərlikləri ilə deyil, turistləri təəccübləndirən adət-ənənələri və fərqli qaydaları ilə də seçilir. Səyahətinizdən əvvəl […]

Vizam.az 29 oktyabr 2026
Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiyaya Səyahət Etməzdən Əvvəl Bilməli Olduğunuz Maraqlı Faktlar

Yaponiya özünəməxsus mədəniyyəti, texnologiyası, qədim ənənələri və fərqli gündəlik həyat tərzi ilə dünyanın ən maraqlı səyahət istiqamətlərindən biridir. Tokio şəhərinin müasir küçələrindən Kyoto məbədlərinə, sürətli qatarlarından ənənəvi restoranlarına qədər Yaponiya turistlərə unudulmaz təcrübələr təqdim edir. Lakin Yaponiyaya səyahət etməzdən əvvəl ölkənin bəzi maraqlı xüsusiyyətlərini və gündəlik qaydalarını bilmək faydalıdır. İlk dəfə Yaponiyaya gedirsinizsə, aşağıdakı 10 […]

Vizam.az 28 oktyabr 2026
Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstan Vizası Haqqında Ən Çox Verilən Suallar

Bolqarıstana səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza alınması vacib şərtlərdən biridir. Bolqarıstan 1 yanvar 2025-ci ildən etibarən Şengen zonasına tamhüquqlu üzv olduğu üçün ölkəyə turistik, işgüzar və digər qısamüddətli səfərlər üçün Şengen vizası tələb olunur. Bolqarıstan vizası ilə yalnız bu ölkəyə deyil, Şengen zonasına daxil olan digər ölkələrə də səyahət etmək mümkündür. Bunun üçün […]

Vizam.az 28 oktyabr 2026
Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya Vizası üçün Bank Çıxarışı Tələb Olunurmu?

Yaponiya vizası üçün müraciət edərkən maliyyə vəziyyətinizi təsdiq edən sənədlərdən biri tələb olunur. Azərbaycan vətəndaşları üçün bu məqsədlə bank arayışı təqdim edilməlidir. Bank hesabından çıxarış tələb olunmur. Sənədləri hazırlayarkən bank arayışı ilə bank çıxarışının fərqini bilmək vacibdir. Aşağıda Yaponiya vizası müraciətində bu sənədlə bağlı əsas məqamları izah edirik. Yaponiya Vizası üçün Hansı Bank Sənədi Lazımdır? […]

Vizam.az 27 oktyabr 2026
Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Vizası Necə Alınır? Müraciət Prosesi və 100 AZN Kampaniya

Amerika Birləşmiş Ştatlarına səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün viza müraciəti səfər hazırlığının vacib mərhələsidir. ABŞ-a turizm, ailə və dost ziyarəti və ya işgüzar səfər məqsədilə getməyi planlaşdırırsınızsa, səfər məqsədinizə uyğun viza kateqoriyasını müəyyənləşdirməlisiniz. Vizam.az-da Amerika vizası dəstəyi xidmət haqqı 31 oktyabr 2026-cı il tarixinədək cəmi 100 AZN-dir! Kampaniyadan yararlanaraq viza müraciətiniz üçün dəstək ala […]

Vizam.az 22 oktyabr 2026
Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanada Vizası: Müraciət Prosesi, Tələblər və Vacib Məlumatlar

Kanadaya səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün Kanada vizası əvvəlcədən hazırlanmalı olan əsas sənədlərdən biridir. Turizm, ailə ziyarəti və ya işgüzar səfər məqsədilə Kanadaya getməyi planlaşdırırsınızsa, viza növünü düzgün seçmək və tələb olunan sənədləri hazırlamaq vacibdir. Bu məqalədə Kanada vizası üçün müraciət qaydası, tələb olunan sənədlər, rüsumlar və müraciət zamanı diqqət edilməli məqamlarla tanış ola […]

Vizam.az 21 oktyabr 2026
Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Visametric Baku Haqqında Bilməli Olduqlarınız

Viza müraciəti zamanı sənədlərin təqdim edilməsi, biometrik məlumatların verilməsi və görüş prosesinin düzgün tamamlanması vacib mərhələlərdən biridir. Azərbaycanda bəzi ölkələrin viza müraciətləri Visametric Baku vasitəsilə həyata keçirilir. Visametric Baku-ya müraciət etməzdən əvvəl görüş qaydaları, tələb olunan sənədlər və müraciət prosesi haqqında məlumatlı olmaq vaxt itkisinin və sənəd çatışmazlığının qarşısını almağa kömək edə bilər. Visametric Baku […]

Vizam.az 01 oktyabr 2026
Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa səfirliyi: Polşa vizası üçün müraciət necə edilir?

Polşa vizası üçün müraciət etmək istəyən Azərbaycan vətəndaşları C tipli Şengen vizası üçün Polşanın Azərbaycandakı konsulluq xidməti vasitəsilə e-Konsulat sistemində qeydiyyatdan keçməli və sənədləri şəxsən təqdim etməlidirlər. Polşa vizası turizm, biznes, ailə və dost ziyarəti, təhsil və digər qısamüddətli səfərlər üçün tələb oluna bilər. C tipli Şengen vizası üçün müraciət prosesində ərizə formasının doldurulması, görüşün […]

Vizam.az 30 sentyabr 2026