MEKSİKA BİZNES VİZA MÜRACİƏTİ 

Yeniləndi: 13 fevral 2025 2971 baxış 5 dəq. oxu

Şimali Amerikanın bu unikal ölkəsi, istər yerdə qalan bütün dünyadan onu fərqləndirən mədəniyyəti, mətbəxi, əyləncələri, istər coğrafiyasının üstünlükləri, Atlantik və Sakit Okean sahillərinin qızmar çimərlikləri, istərsə də təbiəti, dünyanın yeddi möcüzəsindən biri sayılan Çiçen İtsaya ev sahibliyi etməsi kimi saymaqla bitməyəcək nüanslarıyla hər zaman unikal ölkələrə unikal səyahətlər etməyi sevən səyahətçilərin hədəfində olub. Ölkəyə həmçinin, turistik səfərlərdən əlavə, biznes səfərlər də reallaşdırılır. Siz də Meksikaya səyahət edib həm işinizi görmək, həm də bu “dəli” ölkəni kəşf etmək istəyirsinizsə, Meksika biznes (işgüzar səfər) vizasına müraciət edə bilərsiniz. Biznes vizaya müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

Meksika Viza Növləri

mexico city

Meksikaya planladığınız səyahətinizi Meksika turizm vizası əldə edərək reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Meksikada uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Meksika milli vizasına da müraciət edə bilərsiniz.

Qısamüddətli biznes (işgüzar) səfərinizi reallaşdırmaq üçün də siz Meksika vizasının “biznes viza” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli biznes viza sizə Meksikada daimi işləmək hüququ vermir, bu viza sizin öz biznes səfərinizi reallaşdırmağınız üçün təqdim olunur.

Meksika Turizm Vizası

visa of mexico

Meksika vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir.

Qeyd edək ki, Meksika vizası əksər hallarda müraciətçilərə 6 aylıq period üçün və çoxgirişli statusla verilir.

Hansı ölkə vətəndaşı olmağından asılı olmayaraq, etibarlı və çoxgirişli Şengen, ABŞ, Kanada, Yaponiya və ya Birləşmiş Krallıq vizası olan hər bir şəxs Meksika vizasına sahib olmadan Meksikaya daxil ola bilər. Ancaq bu vizalar mütləq şəkildə aktiv və çoxgirişli olmalıdırlar. Bu şərtlər ödənilmədiyi təqdirdə Azərbaycan vətəndaşları Meksikaya daxil olmaq üçün Meksika vizası üçün müraciət etməlidirlər.

Meksika Vizası Müraciəti üçün Sənədlər Toplusu

visa application form

Meksika biznes vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Adınıza olan bank hesabından ən azı son 3 ayın çıxarışı
  7. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  8. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  9. 2 ədəd 3.5x4.5 ölçüdə, ağ fonda şəkliniz
  10. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  11. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Gedəcəyiniz iş qurumu, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Dəvət məktubunun orijinalı yoxdursa, siz skan versiyasını çap şəklində səfirliyə təqdim edə bilərsiniz. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır. Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.

Qeyd edək ki, Meksika səfirliyi üçün adınıza mülkün olması və bu barədə səfirliyə lazımi sənədləri təqdim etməyiniz, həmçinin maaş kartınızdan və bank hesabınızdan ən azı son 3 ayın çıxarışını təqdim etməyiniz mühüm rol oynayır.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Meksikada qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 4.500-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 dollar gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

us money banknotes

Əgər xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda siz bank hesabınızdan arayış təqdim etməyə bilərsiniz, ancaq hər bir halda məsləhətdir ki, öz adınıza hesabınızda olan kiçik də olsa, bir məbləğ göstərəsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

calendar

Azərbaycan vətəndaşları üçün viza müraciətlərinin baxılmasında Meksikanın Bakıdakı Səfirliyinin konsulluq şöbəsi məsuliyyət daşıyır.

Sənədləri təqdim etmək üçün viza görüşünü həftəiçi 10:00-dan 19:00-dək (səhər saatlarında əlaqə saxlamaq məsləhətdir) Meksika səfirliyinin telefon nömrələri ilə əlaqə saxlamaqla təyin etmək mümkündür. Görüşlər, adətən, səhər saatlarına (təqribən, 10:00-11:00-a) təyin olunur.

Qeyd edək ki, ərizə forması səfirlikdə müraciətçi tərəfindən doldurulmalıdır. Həmçinin viza müraciəti zamanı konsulluqda qısa bir müsahibə baş tutur. Müsahibə əsnasında sizə səyahətiniz, səyahət tarixləri və məqsədiniz, iş yerinizlə bağlı və şəxsi suallar verilə bilər.

Viza rüsumu 48 USD-dir. Müraciətçi konsulluğa sənədlərini təqdim etdikdən sonra ona viza rüsumunun ödənişi üçün müvafiq çek verilir. Bu çek əsasənda müraciətçi ödənişi Azərbaycan Beynəlxalq Bankının Əsas binasında (Nizami küç. 67) həyata keçirməli və ödənişin həyata keçirildiyinə dair qəbzi konsulluğa həmin gün təqdim etməlidir.

Viza nəticəsi isə profildən və təqdim olunan sənədlərdən asılı olaraq dəyişir. Əgər bütün sənədlər qaydasındadırsa, o zaman viza nəticəsi həmin gün ərzində bəlli olur. Əgər, əksik sənədlər varsa, o zaman həmin sənədləri təqdim etmək üçün zaman verilir. Müraciətçi həmin sənədləri təqdim edə bilməsə, viza müraciəti mənfi nəticələnir.

Turist vizası proseduru isə ümumilikdə, adətən, 3-10 iş günü çəkir.

Meksika Vizası Alma Ehtimalı

consulate general of mexico

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Meksikada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında və daha yüksək olması (təcrübədə 400-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Meksika vizası alma şansınızı artıran faktorlardır. Həmçinin, daha öncə də bildirdiyimiz kimi adınıza olan mülklərin, maaş kartınızdan və bank hesabınızdan çıxarışlarınızın təqdim olunması, həmçinin müsahibədə verilən düzgün cavablar sizin Meksika viza alma şansınızı əhəmiyyətli dərəcədə artırır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen və ya digər viza sahibi olmayan şəxslər üçün Meksika səfirliyi riskli səfirlik hesab olunmur. Təcrübəmizdə ilk vizalarını məhz bu səfirlikdən almış çox sayda müraciətçi olmuşdur. Əlbəttə, bunun üçün sizin digər bütün sənədləriniz qaydasında olmalıdır. Biznes vizaya müraciət zamanı isə təqdim edəcəyiniz rəsmi dəvət məktubu sizin viza alma şansınızı yetərincə yüksəldə bilər. Əgər dəvət məktubunuzda göstərilən səfər məqsəd və səbəbiniz sizin işlədiyiniz sahə ilə bağlıdırsa və ya siz daha öncə də oxşar biznes səfərlər həyata keçirmisinizsə, bu nüanslar sizin profilinizə kifayət qədər müsbət təsir göstərəcək.

Meksikaya Viza Dəstəyi

palacio de bellas artes

Biz Vizam.az şirkəti olaraq sizə Meksika vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, konsultasiya, müsahibəyə hazırlıq, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Meksika biznes vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 125 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Xoş səyahətlər!

Yeniləndi: 22.01.2025

Oxşar yazılar:

Fransa Vizası ilə Sevgililər Gününü Parisdə Keçirin

Fransa Vizası ilə Sevgililər Gününü Parisdə Keçirin

Sevgililər Günü yaxınlaşır və bu il onu daha unudulmaz etmək istəyirsiniz? Niyə bu romantik günü evdə deyil, sevginin şəhəri Parisdə qarşılamayasınız? Fransa vizası ilə Sevgililər Gününü Parisdə keçirmək indi daha əlçatandır. Əgər siz də bu fürsətdən yararlanmaq və sevgilinizlə birlikdə Eiffel Qülləsi altında, Seine çayının sahilində və Parisin məşhur küçələrində xüsusi anlar yaşamaq istəyirsinizsə, müraciətinizi […]

Vizam.az 14 yanvar 2026
Novruzu İtaliya Vizası ilə Romada Qarşıla!

Novruzu İtaliya Vizası ilə Romada Qarşıla!

Bayram günlərini evdə keçirmək əvəzinə, Avropanın ən romantik və tarixi şəhərlərindən biri olan Romada qarşılamaq necə səslənir? Roma küçələrində baharın gəlişini hiss etmək, Kolizeyin fonunda Novruz xatirələri yaratmaq və bayram tətilini əsl səyahətə çevirmək indi düşündüyünüzdən daha realdır. Unutmayın ki, Novruz dövrü Avropa səyahətləri üçün ən çox tələbat olan vaxtlardan biridir və İtaliya vizası üçün […]

Vizam.az 14 yanvar 2026
Mart Tətilini İspaniya Vizası ilə Qarşılamağa Nə Deyirsiniz?

Mart Tətilini İspaniya Vizası ilə Qarşılamağa Nə Deyirsiniz?

Mart ayı yaxınlaşır və tətildə yeni macəralar yaşamaq üçün ən gözəl zamanlardan biridir. İstər günəşli sahillərdə istirahət etmək, istər mədəniyyətlə dolu şəhərləri kəşf etmək istəyin, İspaniya bu tətildə ideal istiqamət ola bilər. Amma bunun üçün İspaniya vizası prosesini öncədən planlamaq lazımdır. İspaniya, tarixi abidələri, zəngin mədəniyyəti, ləzzətli mətbəxi və canlı şəhərləri ilə Avropanın ən populyar […]

Vizam.az 13 yanvar 2026
Tayland Vizası:Səyahət Hansı Mövsüm Uyğundur?

Tayland Vizası:Səyahət Hansı Mövsüm Uyğundur?

Tayland vizası üçün müraciət edənlərin ən çox verdiyi suallardan biri “Taylanda hansı tarixdə səyahət etmək daha uyğundur?” sualıdır. Çünki Tayland ilboyu isti iqlimi, tropik təbiəti və zəngin mədəniyyəti ilə cəlbedici olsa da, səyahət tarixinin düzgün seçilməsi həm hava şəraiti, həm də viza planlaması baxımından böyük rol oynayır. Bir çox hallarda viza müraciəti zamanı təqdim olunan […]

Vizam.az 13 yanvar 2026
Səudiyyə Ərəbistanı Viza Şərtləri Necədir?

Səudiyyə Ərəbistanı Viza Şərtləri Necədir?

Səudiyyə Ərəbistanına səyahət planlayan Azərbaycan vətəndaşları üçün viza qaydaları digər ölkələrdən fərqli və daha spesifik şərtlərlə tənzimlənir. Turizm, ümrə, işgüzar səfər və ya ailə ziyarəti məqsədilə edilən müraciətlərdə viza növünə uyğun tələblərin düzgün bilinməsi və sənədlərin qaydalara uyğun hazırlanması böyük əhəmiyyət daşıyır. Xüsusilə son illərdə tətbiq edilən elektron viza sistemi (e-visa), onlayn müraciət imkanları və […]

Vizam.az 13 yanvar 2026
Azərbaycan Vətəndaşları Üçün Tayland Vizası

Azərbaycan Vətəndaşları Üçün Tayland Vizası

Tayland, ekzotik təbiəti, mədəni zənginliyi və möhtəşəm çimərlikləri ilə hər il minlərlə turistin diqqətini cəlb edən Asiya ölkəsidir. Azərbaycan vətəndaşları üçün Tayland səfəri həm turizm, həm də işgüzar məqsədlər üçün maraqlı seçimdir. Lakin ölkəyə səyahət etmədən əvvəl Tayland vizası almaq məcburidir. Bu blog yazısında sizə Tayland vizası növləri, müraciət prosesi, tələb olunan sənədlər, rüsumlar və […]

Vizam.az 12 yanvar 2026
2026-cı ildə İrlandiya Vizasi Necə Almaq Olar?

2026-cı ildə İrlandiya Vizasi Necə Almaq Olar?

2026-cı ildə İrlandiyaya səyahət etməyi planlayırsınızsa, vizanızı əvvəlcədən təmin etmək vacibdir. Azərbaycan vətəndaşları İrlandiyaya daxil olmaq üçün ölkənin səfirliyindən və ya viza mərkəzlərindən viza almalıdırlar. İrlandiya vizası yalnız səyahət məqsədinizə uyğun olaraq verilir və müraciətinizin düzgün və tam sənədlərlə təqdim olunması vizanın alınma ehtimalını artırır. İrlandiya vizası turizm, ailə və dost ziyarətləri, işgüzar səfərlər, qısa […]

Vizam.az 12 yanvar 2026
2026-cı ildə İsveçrə Vizası Necə Almaq Olar?

2026-cı ildə İsveçrə Vizası Necə Almaq Olar?

2026-cı ildə İsveçrəyə səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün viza prosesi əvvəlcədən düzgün planlama və dəqiq məlumat tələb edir. İsveçrə Şengen zonasında yer aldığı üçün bu ölkəyə səfər etmək istəyən şəxslər İsveçrə Şengen vizası üçün müraciət etməlidirlər. İstər turizm, istər işgüzar səfər, istərsə də ailə və ya dost ziyarəti məqsədilə müraciət edin, viza alma ehtimalınız […]

Vizam.az 12 yanvar 2026
Azərbaycan Vətəndaşları üçün Portuqaliya Vizası Necə Alınır?

Azərbaycan Vətəndaşları üçün Portuqaliya Vizası Necə Alınır?

Portuqaliyaya səyahət planlayırsınızsa, ilk addım vizanı düzgün və vaxtında əldə etməkdir. Azərbaycan vətəndaşları üçün Portuqaliya Şengen vizası, ölkəyə giriş üçün vacib sənəddir və həm turizm, həm işgüzar, həm də qısamüddətli təhsil məqsədləri üçün müraciət edilə bilər. 2026-cı ildə Portuqaliya vizası üçün müraciət prosesində tələb olunan sənədlər, rüsumlar və müraciət qaydaları əvvəlki illərə nisbətən müəyyən qədər […]

Vizam.az 09 yanvar 2026
Cənubi Koreya Vizası Necə Alınır?

Cənubi Koreya Vizası Necə Alınır?

Cənubi Koreya son illərdə həm turizm, həm təhsil, həm də iş imkanları baxımından azərbaycanlılar üçün ən çox maraq doğuran Asiya ölkələrindən birinə çevrilib. Seulun müasir şəhər həyatı, texnologiya mərkəzləri, zəngin mədəniyyəti və təhlükəsiz səyahət mühiti bu ölkəyə marağı daha da artırır. Lakin Cənubi Koreyaya səyahət etməzdən əvvəl ən vacib mərhələlərdən biri viza müraciət prosesini düzgün […]

Vizam.az 09 yanvar 2026