MALTA BİZNES VİZASI MÜRACİƏTİ

Yeniləndi: 13 fevral 2025 1533 baxış 5 dəq. oxu

Avropanın bu ada ölkəsi ərazisinin kiçikliyinə baxmayaraq böyük əyləncələrə və heyranedici gözəlliyə ev sahibliyi edir. Aralıq dənizində yerləşən Malta bənzərsiz dəniz sahilləriylə birlikdə paytaxtı Valletta şəhərinin xüsusi memarlığı və cazibədarlığı ilə bütün dünyada məşhurdur. Dincəlmək və xoş bir istirahət keçirmək üçün ideal ölkələrdən biri olan Maltaya siz həm də öz biznes səfərinizi reallaşdıra bilərsiniz. Siz Maltaya səyahət edib həm işinizi görmək, həm də gəzib bu füsunkar ölkəni kəşf etmək istəyirsinizsə, Malta biznes (işgüzar səfər) vizasına müraciət edə bilərsiniz. Biznes vizaya müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

Malta Viza Növləri 

maltese flag

Şengen ölkələri siyahısında yer alan Maltaya səyahətinizi Malta Şengen vizası vasitəsilə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Maltada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyən şəxslər isə həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktubları olduğu təqdirdə Malta milli vizasına da müraciət edə bilərlər.

Qısamüddətli biznes (işgüzar) səfərinizi reallaşdırmaq üçün də siz Malta Şengen vizasının “biznes viza” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli biznes viza sizə Maltada daimi işləmək hüququ vermir, bu viza sizin öz biznes səfərinizi reallaşdırmağınız üçün təqdim olunur. 

Malta Şengen Vizası 

schengen visa

Bütün Şengen vizaları kimi Malta Şengen vizasının da təkgirişli və çoxgirişli növləri mövcuddur. Hər bir halda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Malta Şengen vizasını əldə etdikdən sonra istənilən Şengen ölkəsinə giriş edə bilmək mümkündür. Ancaq hər bir halda biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Maltadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Malta vizası ilə Şengen ərazisinə başqa bir ölkədən giriş etməyə çalışsanız, nadir hallarda da olsa, bu sizin üçün problemə çevrilə, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz Malta Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı, yəni müddət olaraq ən çox Maltada qalacağınızı göstərməlisiniz.

Malta Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu 

visa application form

Malta Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz: 

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti 
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri 
  3. Şəxsiyyət vəsiqənizin surəti 
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*) 
  5. Elektron hökumət portalından işlə bağlı arayış* 
  6. Adınıza olan bank hesabından arayış* və çıxarış. (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub) 
  7. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası 
  8. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti) 
  9. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  10. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları 
  11. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  12. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası 
  13. İngilis dilində doldurulmuş ərizə forması 
  14. Gedəcəyiniz iş qurumu, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu 

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır. 

tickets

Dəvət məktubunun orijinalı yoxdursa, siz skan versiyasını çap şəklində səfirliyə təqdim edə bilərsiniz. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır. Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Bəzi hallarda Malta vizası üçün baş vurulan İtaliya səfirliyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi görülmüşdür. 

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz. 

Əgər xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda siz bank hesabınızdan arayış təqdim etməyə bilərsiniz, ancaq hər bir halda məsləhətdir ki, öz adınıza hesabınızda olan kiçik də olsa, bir məbləğ göstərəsiniz. 

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru 

calendar

Malta Şengen vizası üçün müraciət İtaliya Səfirliyinin Visametric adlı viza müraciət mərkəzində olunur. Viza haqda qərar Bakıdakı İtaliya səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün viza görüşünü həftəiçi 08:30-dan 18:30-dək İtaliya Visametric viza müraciət mərkəzinin +994 12 599 88 11 telefon nömrəsi ilə əlaqə saxlamaqla təyin etmək mümkündür. 

Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Bir qayda olaraq, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir.

Şengen viza proseduru müraciət tarixindən etibarən, adətən, 10-15 kalendar günü (bayramla əlaqəli rəsmi qeyri-iş günləri istisna olmaqla) davam edir. Lakin, təcrübə göstərir ki, sənədlərlə bağlı hər şey qaydasında olduğu təqdirdə və viza müraciətlərinin çox olmadığı bir dövrdə cavab 2-3 iş günə də bəlli ola bilər. Bəzi hallarda isə, səfirlik cavabı uçuş tarixindən bir gün qabaq da verə bilir.

Sənədləri təqdim edərkən 35 avro viza rüsumu, 21 avro viza mərkəzinin xidmət haqqı ödənilir. Rüsumlar viza mərkəzinin kassalarında, İtaliya Respublikasının Bakıdakı Səfirliyinin təsdiq etdiyi rüblük məzənnəyə əsasən, yalnız manatla, ödənilir.

Malta Şengen Vizası Alma Ehtimalı 

embassy of malta

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Maltada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında və daha yüksək olması (təcrübədə 400-600 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Malta Şengen vizası alma şansınızı artıran faktorlardır. Daha öncə heç bir Şengen vizası olmayan şəxslər üçün İtaliya səfirliyi ilk viza müraciəti seçimi olaraq nisbətən riskli görülə bilər. Biznes vizaya müraciət zamanı isə təqdim edəcəyiniz rəsmi dəvət məktubu sizin viza alma şansınızı yetərincə yüksəldə bilər. Əgər dəvət məktubunuzda göstərilən səfər məqsəd və səbəbiniz sizin işlədiyiniz sahə ilə bağlıdırsa və ya siz daha öncə də oxşar biznes səfərlər həyata keçirmisinizsə, bu nüanslar sizin profilinizə kifayət qədər müsbət təsir göstərəcək. 

Maltaya Viza Dəstəyi 

marsaxlokk

Biz Vizam.az şirkəti olaraq sizə Malta Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik.Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Malta Şengen biznes vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir. 

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Kiçik bir adada böyük əyləncələr! Xoş səyahətlər!

Yeniləndi: 25.01.2025

Oxşar yazılar:

Şengen Vizası ilə Monteneqroya Daxil Olmaq Olar?

Şengen Vizası ilə Monteneqroya Daxil Olmaq Olar?

Şengen vizası ilə Monteneqroya səyahət etmək məsələsi ən çox qarışdırılan mövzulardan biridir. Bir çox səyahətçi Monteneqronun Şengen zonasına daxil olduğunu düşünür və bu səbəbdən vizanın avtomatik keçərli olub- araşdırır. Əslində isə Monteneqro Avropa ölkəsi olsa da, Şengen sazişinə daxil deyil və öz sərhəd giriş qaydalarına malikdir. Bu səbəbdən Şengen vizası ilə Monteneqroya giriş məsələsi konkret […]

Vizam.az 01 may 2026
Avstraliya Vizası ilə Şengen Vizası Arasındakı Fərqlər Nələrdir?

Avstraliya Vizası ilə Şengen Vizası Arasındakı Fərqlər Nələrdir?

Səyahət planlayan insanların ən çox qarşılaşdığı suallardan biri Avstraliya vizası ilə Şengen vizası arasındakı fərqlərdir. Hər iki viza fərqli coğrafiyaları, fərqli qaydaları və müraciət proseslərini əhatə edir, buna görə də seçim etmək bəzən çətin ola bilir. Şengen vizası Avropanın bir çox ölkəsinə sərbəst səyahət imkanı yaratdığı halda, Avstraliya vizası daha uzaq regiona Avstraliya qitəsinə giriş […]

Vizam.az 01 may 2026
Polşa Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Polşa Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Polşa vizası Avropaya səyahət etmək və ya qısa müddətli işgüzar səfərlər planlayanlar üçün ən çox müraciət edilən vizalardan biridir. Polşa həm iqtisadi imkanları, həm də Şengen zonası daxilində yerləşməsi səbəbilə turistlər və iş məqsədli səfər edənlər üçün cəlbedici istiqamətlərdən hesab olunur. Bu viza vasitəsilə siz yalnız Polşaya deyil, digər Şengen ölkələrinə də sərbəst şəkildə səyahət […]

Vizam.az 29 aprel 2026
Kanada Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Kanada Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Kanada vizası almaq bir çox səyahətçi üçün həm yeni imkanlar, həm də ciddi planlaşdırma tələb edən bir prosesdir. Kanada yüksək həyat standartları, təhsil imkanları, iş perspektivləri və təbiəti ilə dünyanın ən çox maraq doğuran ölkələrindən biridir. Buna görə də ölkəyə səyahət etmək istəyən şəxslər ilk mərhələdə viza prosedurları ilə yaxından tanış olmalıdırlar. Kanada vizası üçün […]

Vizam.az 28 aprel 2026
İspaniya Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

İspaniya Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

İspaniya Şengen vizası Avropaya səyahət etmək istəyənlər üçün ən çox seçilən vizalardan biridir. İspaniya həm turizm baxımından populyar ölkə olduğu, həm də Şengen zonası daxilində yerləşdiyi üçün bu viza ilə təkcə İspaniyaya deyil, digər Avropa ölkələrinə də sərbəst səyahət imkanı əldə edilir. Bu viza xüsusilə səyahət, işgüzar görüşlər və ya qısa müddətli Avropa səfərləri planlayan […]

Vizam.az 28 aprel 2026
Fransa Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Fransa Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Fransa Şengen vizası Avropaya səyahət etmək istəyənlər üçün ən çox müraciət edilən vizalardan biridir. Bu viza vasitəsilə siz yalnız Fransaya deyil, həm də Şengen zonası daxilində yerləşən bir çox Avropa ölkəsinə sərbəst şəkildə səyahət edə bilərsiniz. Turizm, işgüzar səfər və ya ailə ziyarəti məqsədilə edilən müraciətlər zamanı düzgün sənədlərin hazırlanması və profilin uyğun təqdim olunması […]

Vizam.az 28 aprel 2026
Amerika Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Amerika Vizası Haqqında Ən Çox Verilən 10 Sual

ABŞ-da təhsil almaq, işləmək və ya səyahət etmək planınız varsa, ilk və ən vacib addım düzgün viza müraciətidir. United States vizası üçün proses detallı və diqqət tələb edən mərhələlərdən ibarətdir. Sənədlərin düzgün hazırlanması, maliyyə vəziyyətinin əsaslandırılması və müsahibəyə hazırlıq viza alma şansını birbaşa təsir edir. Bu yazıda ABŞ vizası müraciət prosesi, tələb olunan sənədlər və […]

Vizam.az 27 aprel 2026
Yunanıstan Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Yunanıstan Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Yunanıstan Şengen vizası, Avropaya səyahət planlayan Azərbaycan vətəndaşları üçün ən çox seçilən vizalardan biridir. Tarixi abidələri, Egey dənizi sahilləri və xüsusilə Santorini və Mikonos kimi məşhur turizm adaları ilə tanınan Yunanıstan həm yay istirahəti, həm də qısa müddətli səyahətlər üçün ideal istiqamət hesab olunur. Yunanıstan vizası əldə etməklə siz yalnız bu ölkəyə deyil, eyni zamanda […]

Vizam.az 24 aprel 2026
Şengen Viza Qaydalarında Ən Son Dəyişikliklər

Şengen Viza Qaydalarında Ən Son Dəyişikliklər

Schengen Area vizası Avropanın bir çox ölkəsinə vahid viza ilə səyahət imkanı yaradan ən çox tələb olunan vizalardan biridir. Bu viza ilə turistlər, işgüzar səfər edənlər və ailə ziyarəti məqsədi ilə səyahət edən şəxslər Şengen zonasına daxil olan ölkələr arasında sərbəst hərəkət edə bilirlər. Şengen vizası əsasən qısa müddətli səfərlər üçün verilir və adətən 180 […]

Vizam.az 21 aprel 2026
İtaliya Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

İtaliya Şengen Vizası Haqqında Ən Çox Verilən 10 Sual

Italy Avropanın ən çox səyahət edilən ölkələrindən biri olmaqla yanaşı, həm turizm, həm də biznes məqsədli səfərlər üçün geniş maraq doğuran istiqamətlərdəndir. Tarixi şəhərləri, mədəni irsi və Şengen zonasına daxil olması səbəbilə İtaliyaya səyahət etmək istəyən şəxslər üçün viza prosesi mühüm mərhələ hesab olunur. Viza müraciəti zamanı sənədlərin düzgün hazırlanması və tələblərə uyğun təqdim edilməsi […]

Vizam.az 21 aprel 2026