LİTVAYA BİZNES VİZASI ALMAQ

Yeniləndi: 13 fevral 2025 5589 baxış 6 dəq. oxu

Avropanın qəlbində yerləşən, şəhərlərində tarixi və modern memarlıq üslublarının gözoxşayan birləşməsini görə biləcəyiniz Litvaya biznes səyahət planlayır, ancaq viza haqqında ətraflı məlumata sahib deyilsinizsə, problem deyil. Siz Litvaya səyahət edib həm işinizi görmək, həm də gəzib xoş anlar yaşamaq istəyirsinizsə, Litva biznes (işgüzar səfər) vizasına müraciət edə bilərsiniz. Biznes vizaya müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

Litva Viza Növləri

Şengen ölkələri siyahısında yer alan Litvaya olan müvəqqəti səyahətinizi reallaşdırmaq üçün Litva Şengen vizasına müraciət edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Ancaq siz Litvada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya Litvada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Litva milli vizasına da müraciət edə bilərsiniz.

Qısamüddətli biznes (işgüzar) səfərinizi reallaşdırmaq üçün də siz Litva Şengen vizasının “biznes viza” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli biznes viza sizə Litvada daimi işləmək hüququ vermir, bu viza sizin öz biznes səfərinizi reallaşdırmağınız üçün təqdim olunur.

Litva Şengen Vizası

Digər Şengen ölkələrində də olduğu kimi Litva Şengen vizasının da təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Siz Litva Şengen vizasını əldə etdikdən sonra istənilən Şengen ölkəsinə daxil ola bilərsiniz. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Litvadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Litva vizası ilə Şengen ərazisinə başqa bir ölkədən (xüsusilə də Qərbi Avropa ölkələrindən) giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz Litva Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı, yəni müddət olaraq ən çox Litvada qalacağınızı göstərməlisiniz.

Litva Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

Litva Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  10. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  11. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  14. Gedəcəyiniz iş qurumu, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Səfirlik yalnız dəvət məktubunun orijinalını qəbul edir. Məktubun skan versiyası səfirlik tərəfindən qəbul olunmur. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır. Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Bəzi hallarda Litva səfirliyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi hallar yaşanmışdır.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 2.000-4.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda siz bank hesabınızdan arayış təqdim etməyə bilərsiniz, ancaq hər bir halda məsləhətdir ki, öz adınıza hesabınızda olan kiçik də olsa, bir məbləğ göstərəsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

Litva vizası üçün müraciət Litva Səfirliyinin konsulluq şöbəsində və ya Litva VFS Global adlı viza müraciət mərkəzində olunur. Bu, sizin seçiminizdən asılı olaraq dəyişir. Viza haqda qərar isə Bakıdakı Litva səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədləri viza mərkəzinə təqdim etmək üçün öncədən zəng edərək viza mərkəzində və ya səfirliyin özündə görüş təyin etmək lazımdır. Viza mərkəzi sənəd qəbulunu bazar ertəsindən cümə gününədək hər gün saat 09:00-dan 17:00-dək həyata keçirir.

Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər və müraciət zamanı şəxsi iştirakı mütləqdir. 12 yaşına çatmamış uşaqların Litva Səfirliyinin Konsulluq Şöbəsinə gətirilməsinə ehtiyac yoxdur, çünki onlardan barmaq izləri götürülmür (lakin hər bir halda onlar üçün ayrı vaxt götürülməlidir, çünki ərizəyə baxılması vaxt tələb edir).

Litva Şengen vizası proseduru müraciət tarixindən etibarən, adətən, 10-15 kalendar günü (bayramla əlaqəli rəsmi qeyri-iş günləri istisna olmaqla) davam edir.

Viza müraciəti birbaşa konsulluğa müraciət edilərkən yalnız 35 avro viza rüsumu ödənilir. Ödəniş yalnız nəğd şəkildə və avro ilə qəbul olunur. Müraciətçi viza mərkəzinə müraciət etdiyi halda isə 35 avrodan əlavə 15.9 avro (31 AZN) viza mərkəzinin xidmət haqqı üçün də ödəniş edilməlidir və bu ödəniş sənədləri təqdim edərkən yerindəcə edilir. Viza mərkəzinin xidmət haqqı yalnız manatla qəbul edilir.

Qeyd edək ki, viza müraciətinin birbaşa səfirliyə, yaxud viza mərkəzinə edilməsi arasında ciddi bir fərq yoxdur. Sadəcə siz Litva səfirliyində viza müraciəti üçün görüş təyin etməyə çalışarkən görüş üçün ən yaxın vaxt əksər hallarda bir həftə sonraya olduğu halda, viza mərkəzində ən yaxın görüş tarixi gələcək bir və ya iki gün ərzində ola bilir. Təcrübə göstərir ki, bəzi hallarda səfirliyə edilmiş viza müraciətinin cavabı digər hala nisbətən bir və ya bir neçə gün tez çıxa bilir.

Litva Şengen Vizası Alma Ehtimalı

Hər bir ölkənin viza müraciətində olduğu kimi Litvada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 300-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Litva Şengen vizası alma şansınızı artıran faktorlardır. Təcrübəmiz göstərir ki, Litva səfirliyi daha öncə Şengen vizası olmayan insanlara dəfələrlə ilk Şengen vizasını vermiş səfirliklərdən biridir. Yəni, daha öncə vizası olmayan şəxslər üçün Litva səfirliyi viza müraciəti üçün nisbətən uğurlu hesab olunacaq səfirliklərdən biridir. Biznes vizaya müraciət zamanı isə təqdim edəcəyiniz rəsmi dəvət məktubu sizin viza alma şansınızı yetərincə yüksəldə bilər. Əgər dəvət məktubunuzda göstərilən səfər məqsəd və səbəbiniz sizin işlədiyiniz sahə ilə bağlıdırsa və ya siz daha öncə də oxşar biznes səfərlər həyata keçirmisinizsə, bu nüanslar sizin profilinizə kifayət qədər müsbət təsir göstərəcək.

Litvaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Litva Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik.Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində və ya səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Litva Şengen biznes vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Səyahətinizin nəbzi Avropanın qəlbində atsın! Xoş səyahətlər!

Yeniləndi: 21.01.2025

Oxşar yazılar:

Hollandiya Viza Almaq Prosesi Necə Gedir?

Hollandiya Viza Almaq Prosesi Necə Gedir?

Avropada həm təhsil, həm karyera, həm də yüksək həyat standartları ilə seçilən ölkələrdən biri olan Niderland son illər azərbaycanlıların ən çox maraq göstərdiyi istiqamətlər sırasındadır. İstər hollandiyada tehsil, istər hollandiyada islemek, istərsə də hollandiyada yasamaq planınız olsun, ilk addım düzgün və rəsmi şəkildə hollandiya viza almaq prosesini başa düşməkdir. Bir çox insan “hollandiyaya nece getmek […]

Vizam.az 25 fevral 2026
Sponsorluq Haqqında Arayış Nədir və Necə Hazırlanır?

Sponsorluq Haqqında Arayış Nədir və Necə Hazırlanır?

Sponsorluq haqqında arayış bir şəxsin və ya qurumun digər şəxsin xərclərini könüllü şəkildə üzərinə götürdüyünü rəsmi şəkildə təsdiq edən sənəddir. Bu sənəd ən çox viza müraciətlərində, təhsil prosesində, tədbir və layihələrdə, eləcə də müxtəlif rəsmi prosedurlarda tələb olunur. Sadə dildə desək, “sponsor nədir?” sualına cavab olaraq sponsor maliyyə və ya maddi dəstək göstərən tərəfdir, sponsorluq […]

Vizam.az 24 fevral 2026
Yunanıstan Səfirliyi ilə Yunanıstan Vizası

Yunanıstan Səfirliyi ilə Yunanıstan Vizası

Azərbaycan vətəndaşları üçün yunanistan viza müraciəti, yunanıstan səfirliyi Bakı vasitəsilə həyata keçirilir. Yunanıstan viza almaq istəyən şəxslər əsasən turist səfərləri, işgüzar görüşlər və ya qısamüddətli təhsil üçün müraciət edirlər. Yunanıstan vizası Şengen ölkələrinə aid olduğu üçün yunanistan schengen vizesi kateqoriyasına daxildir və bu viza ilə yalnız Yunanıstan deyil, bütün Şengen ölkələrinə səyahət etmək mümkündür. Yunanıstan […]

Vizam.az 24 fevral 2026
İspaniya Viza Müraciəti Necə Edə Bilərik?

İspaniya Viza Müraciəti Necə Edə Bilərik?

İspaniya son illərdə Azərbaycan vətəndaşları üçün ən çox seçilən Avropa istiqamətlərindən biridir. İstər turizm, istər təhsil, istərsə də iş məqsədilə İspaniyaya viza almaq istəyənlərin sayı sürətlə artır. Buna görə də “ispaniya viza müraciəti”, “ispaniya vizası”, “ispaniya şengen vizası”, “ispaniya turist vizası” və “azərbaycan ispaniya viza” kimi axtarışlar Google-da ən çox edilən sorğular sırasındadır. Əgər siz […]

Vizam.az 24 fevral 2026
Fransa Səfirliyi vasitəsilə Fransa vizası müraciəti

Fransa Səfirliyi vasitəsilə Fransa vizası müraciəti

Fransa vizası almaq istəyirsinizsə, düzgün və rəsmi prosedurları bilmək çox vacibdir. İstər Fransa turist vizası, istər Fransa iş vizəsi, istərsə də Fransa Şengen vizası üçün müraciət edərkən sənədlərin düzgün hazırlanması və müraciətin vaxtında edilməsi əsas şərtlərdəndir. Bir çox müraciətçi Fransa səfirliyi viza müraciəti prosesi, tələb olunan sənədlər və müraciət qaydaları barədə ətraflı və dəqiq məlumata […]

Vizam.az 19 fevral 2026
Kanada Turist Vizası üçün Tələb Olunan Sənədlər

Kanada Turist Vizası üçün Tələb Olunan Sənədlər

Kanada Turist Vizası üçün tələb olunan sənədlər mövzusu, xüsusilə kanada vizasi ilə bağlı müraciət etməyi planlaşdıran şəxslərin ən çox axtardığı suallardandır. Hər il minlərlə vətəndaşımız kanada vizasi azerbaycan üzrə müraciət edir və ən çox verilən sual budur: Kanada turist vizası almaq üçün hansı sənədlər lazımdır və proses necə işləyir? Bu bloqda siz kanada turist vizasi […]

Vizam.az 17 fevral 2026
Macarıstan Səfirliyi Viza Xidməti

Macarıstan Səfirliyi Viza Xidməti

Avropaya səyahət planlaşdıran Azərbaycan vətəndaşları üçün Macarıstan Səfirliyi viza xidməti ən çox araşdırılan mövzulardan biridir. Xüsusilə Şengen zonasına daxil olan Macarıstana turizm, biznes, təhsil və ya ailə ziyarəti məqsədilə getmək istəyən şəxslər üçün düzgün və rəsmi proseduru bilmək vacibdir. Çünki Macarıstan vizası müraciəti zamanı sənədlərin tam və düzgün hazırlanması nəticəyə birbaşa təsir göstərir. Macarıstan Şengen […]

Vizam.az 16 fevral 2026
Amerikaya Viza Almaq İstəyirsiniz?

Amerikaya Viza Almaq İstəyirsiniz?

ABŞ dünyanın ən çox səyahət edilən, təhsil alınan və işləmək üçün seçilən ölkələrindən biridir. Hər il minlərlə insan amerika vizası almaq üçün müraciət edir və “amerika vizasi nece almaq olar?”, “amerikaya viza almaq çətindir?”, “amerika viza qiymeti nə qədərdir?” kimi suallara cavab axtarır. Əslində isə amerika vizası almaq prosesi düzgün məlumat və planlama ilə düşündüyünüzdən […]

Vizam.az 16 fevral 2026
Serbiyaya Viza Lazimdir?

Serbiyaya Viza Lazimdir?

Serbiya, zəngin tarixi, gözəl təbiəti və mədəni irsi ilə turistlərin diqqətini çəkən ölkələrdən biridir. Əgər siz də Serbiyaya səfər etməyi planlaşdırırsınızsa, ilk bilməli olduğunuz məsələ Serbiyaya viza tələb olunub-olunmamasıdır. Azərbaycan vətəndaşları üçün Serbiya viza qaydaları, müraciət proseduru və lazımi sənədlər haqqında məlumat önəmlidir. Serbiya vizası ilə bağlı əsas mövzulara baxdıqda, insanlar tez-tez soruşur: “Serbiyaya vizasız […]

Vizam.az 13 fevral 2026
Misir vizası ilə Misirə səyahət

Misir vizası ilə Misirə səyahət

Misir vizası ilə Misirə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün 2026-cı ildə tətbiq olunan qaydaları əvvəlcədən bilmək vacibdir. “Misirə viza lazımdırmı?”, “Azərbaycandan Misirə viza necə alınır?”, “Misir vizası almaq prosesi necədir?” kimi suallar ən çox axtarılan mövzular arasındadır. Bu yazıda Misir vizası haqqında bütün əsas məlumatları müraciət üsulları, tələb olunan sənədlər, qiymətlər və səyahət zamanı […]

Vizam.az 13 fevral 2026