1 Həftəlik İtaliya Tur Bələdçisi: İtaliya vizası

Yeniləndi: 28 iyul 2026 2054 baxış 8 dəq. oxu

İtaliyaya ilk dəfə səfər edirsiniz? İtaliya Niyə Səyahət Üçün İdeal Ölkədir? Çünki İtaliyada hər şey var. Tarix, dəniz, dadlı yeməklər, gözəl şəhərlər, həm gəzə-gəzə öyrənmək, həm də dincəlmək mümkündür. Roma kimi qədim şəhərlərdə gəzmək də maraqlıdır, Venesiyada qondolla səyahət də. Yayda dənizə getmək, payızda isə muzeyləri gəzmək üçün çox əlverişli bir ölkədir.

Yalnız bir həftəlik səyahətə çıxırsınızsa, vaxtınızı düzgün bölmək çox önəmlidir. İtaliya kimi böyük və maraqlı bir ölkədə hər bir küncün ziyarətinə vaxt yetirmək asan deyil. Marşrut planlamaq, sizin səyahətinizi daha rahat və dəyərli edəcək. Bu blogda, sizə 1 həftəlik İtaliya turu üçün ətraflı marşrut təqdim edəcəyik. Tur planı həm yay, həm də payız mövsümünə uyğun hazırlanıb, beləliklə, İtaliyaya hər hansı bir vaxt səfər etsəniz, rahatlıqla tətbiq edə bilərsiniz. Hər gün hansı şəhərdə nə edəcəyiniz barədə detallı təlimat tapacaqsınız. Çimərliklər, adalar və gəmi turları ilə bağlı məlumatlar, həmçinin, büdcənizi yormadan daha çox yer görmək üçün uyğun nəqliyyat təklifləri də blogda yer alacaq.

Səfər üçün Ən Uyğun Mövsüm Hansıdır?

İtaliyada səyahət üçün ən ideal aylar may–iyunsentyabr–oktyabr arasıdır. Yayın ortası (iyul–avqust) çox isti və bahalı ola bilər, amma dəniz üçün əvəzolunmazdır. Payızda isə həm hava rahatdır, həm də qiymətlər münasibdir. Gəlin, bu iki mövsümə uyğun iki fərqli tur planına baxaq.

Yay Tur Planı (İyun–Avqust)

Bu 7 günlük İtaliya turunda həm məşhur turistik məkanları, həm də yerli həyat tərzini kəşf edəcəksiniz. Roma, Napoli, Florensiya, Venesiya kimi şəhərlərdə gəzərkən, qədim abidələr və mənzərəli küçələr arasında yerli kafelərdə oturub, ənənəvi İtalyan təamlarını və şərablarını dadmaq imkanı əldə edəcəksiniz. Hər bir şəhərin özünə məxsus unikal atmosferi və ləzzətləri ilə gününüzü xoş keçirmək, səyahətinizi daha da dəyərli edəcək. İtaliya, həm gözəl mənzərələri, həm də zəngin kulinariya mədəniyyəti ilə səyahətçiləri hər addımda heyran edir. Həmçinin, şəhərlərdə gəzərkən yerli bazarlarda alış-veriş etmək və tarixi yerləri kəşf etmək də unudulmaz təcrübələrə çevriləcək.

Sonuncu, yeddinci gündə isə Venesiyanın Lido Adasında dəniz gününüzü keçirəcək və alış-veriş edərək səyahətinizi tamamlayacaqsınız.

Gün Şəhər Fəaliyyət
1 Roma Colosseum, Trevi Fontanı, Vatikan
2 Roma → Napoli Səhər qatarla yola düş, günortadan sonra Pompeyə ekskursiya
3 Napoli Capri Adasına günübirlik tur
4 Napoli → Florensiya Səhər qatarla Florensiyaya keçid, şəhəri gəz
5 Florensiya Piza’ya günübirlik səfər və Duomo meydanı
6 Florensiya → Venesiya Səhər qatarla yola düş, San Marco Meydanı, Qondol turu
7 Venesiya Lido Adasında dəniz günü və alış-veriş

İtaliyanın Çimərlik və Ada Bölgələri

Yay üçün İtaliya dedikdə, yalnız Roma, Florensiya və Venesiya ilə kifayətlənmək düzgün olmaz — İtaliya həm də əfsanəvi çimərlikləri və ada bölgələri ilə məşhurdur. Yay mövsümündə turistlərin ən çox üstünlük verdiyi yerlər arasında məhz bu çimərlik şəhərləri və adalar var.

Bölgə / Şəhər Ödənişsiz Çimərliklər Uyğun Qiymətli Çimərliklər Yüksək Qiymətli Bölgələr Yol Planı / Əlçatanlıq
Amalfi Sahili Marina di Vietri, Fornillo Beach Maiori, Minori Positano, Amalfi şəhəri Napoli → Sorrento (qatar) → Amalfi (avtobus). Napoli və Sorrento’dan günübirlik bərə var.
Cinque Terre Vernazza və Monterosso ictimai sahilləri Riomaggiore və Corniglia Vernazza (turist sıxlığı) La Spezia → qatarla bütün Cinque Terre kəndlərinə asan keçid.
Sardiniya Spiaggia di Piscinas, Porto Ferro Villasimius, Costa Rei Costa Smeralda Olbia və ya Cagliari hava limanları. Şəhərlərarası avtobus və maşın kirayəsi uyğundur.
Siciliya Mondello, Cefalù, San Vito Lo Capo Catania yaxınlığı, Marina di Ragusa Taormina sahilləri Palermo/Catania → avtobusla sahillərə asan keçid. Ucuz və tez-tez hərəkət edən avtobuslar var.
Capri Adası Marina Piccola (məhdud), Punta Carena Marina Grande yaxın ərazilər Blue Grotto, Marina Piccola Napoli və Sorrento’dan bərə ilə 30-50 dəq. Günübirlik səfər mümkündür.
Puglia Torre dell’Orso, Punta Prosciutto Monopoli, Polignano a Mare Gallipoli, Ostuni sahil zolağı Bari və Brindisi’dən avtobusla sahil qəsəbələrinə asan keçid.
Elba Adası Cavoli Beach, Spiaggia di Sansone Fetovaia, Marina di Campo Elba Portoferraio limanı ətrafı Piombino’dan bərə ilə 1 saatlıq yol. Elba daxilində avtobuslar mövcuddur.
Tropea (Calabria) Marina dell’Isola, Spiaggia della Rotonda Zambrone, Parghelia sahilləri Tropea mərkəzi Lamezia Terme → qatarla Tropea. Sonra piyada və ya avtobusla sahil.
Lido di Jesolo Şəhər boyunca ictimai çimərliklər Bibione, Caorle sahilləri Jesolo mərkəzi, xüsusi klublar Venesiya → avtobusla 1 saat. Günübirlik rahat keçid mümkündür.
Ischia Adası Maronti Beach, Spiaggia dei Pescatori Citara, Forio sahilləri Poseidon Gardens spa zonaları Napoli və Pozzuoli’dən bərə ilə 1 saat. Adada avtobuslarla hərəkət çox rahatdır.

Payız Tur Planı (Sentyabr–Oktyabr)

Payız, İtaliyanı ziyarət etmək üçün mükəmməl bir vaxtdır. Bu dövr, nə çox isti, nə də çox soyuq olan hava şəraiti ilə rahat gəzinti və şəhər gəzintiləri üçün idealdır. Payızın ortasında, İtaliyanın zəngin mədəniyyəti, tarixi yerləri və möhtəşəm mənzərələri ilə daha da cazibədar olur. Bu tur planı ilə, İtaliyanın ən gözəl şəhərlərinə səyahət edərək, həm tarixi yerləri, həm də payız mövsümünün təqdim etdiyi təbii gözəllikləri kəşf edəcəksiniz.

Gün Şəhər Fəaliyyət
1 Roma Tarixi mərkəz, Pantheon və Roma Forumu
2 Roma Vatikan muzeyləri, Sistine Chapel
3 Roma → Florensiya Səhər qatarla, akşam Duomo və Arno çayı kənarı
4 Florensiya Uffizi qalereyası, Piza
5 Florensiya → Venesiya Gəmi ilə Cannaregio bölgəsi, Rialto Körpüsü
6 Venesiya Günü Lido Adasında və ya Murano’da keçirin
7 Venesiya → Roma Sürətli qatarla qayıdış və alış-veriş saatları

Səyahətə Hazırlıq

İtaliyaya səyahət etmək üçün əvvəlcədən hazırlıq vacibdir. Bilet və otel rezervasiyalarını ən az 1-2 ay əvvəl etmək, ən yaxşı qiymətləri əldə etməyinizə kömək edər. Aviaşirkətlərin və otellərin təklif etdiyi endirimli qiymətlər tez-tez mövcud olur, buna görə də erkən rezervasiya etməklə həm maliyyə baxımından daha sərfəli, həm də mövcudluq baxımından daha yaxşı seçimlər əldə edirsiniz. Səyahətiniz üçün ən uyğun qiymətli uçuş biletlərini necə ala biləcəyiniz haqqında ətraflı məlumatı bura klikləyərək blogumuzda tapacaqsınız.

Lakin, bu hazırlıqları etməzdən əvvəl vacib bir addım var: viza almaq. Əgər Azərbaycan vətəndaşısınızsa, viza almaq mütləqdir. Bu səbəbdən, vizanın alınması əvvəlki addım olmalıdır.

İtaliya Şengen Vizası

Digər Şengen ölkələrinə oxşar olaraq İtaliya Şengen vizasının da təkgirişli və çoxgirişli növləri mövcuddur. Hər bir halda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. İtaliya Şengen vizasını əldə etdikdən sonra istənilən Şengen ölkəsinə giriş edə bilmək mümkündür. Ancaq hər bir halda biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni İtaliyadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə İtaliya vizası ilə Şengen ərazisinə başqa bir ölkədən giriş etməyə çalışsanız, nadir hallarda da olsa, bu sizin üçün problemə çevrilə, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz İtaliya Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı, yəni müddət olaraq ən çox İtaliyada qalacağınızı göstərməlisiniz. Bir çox turist İtaliya səyahətlərini planlayarkən öz tur planlarına İspaniya, Avstriya, İsveçrə, Fransa və bir sıra digər Avropa ölkələrini də daxil edirlər. Bu kimi hallar sizin viza müraciətinizdə heç bir problem yaratmayacaq nüanslardır. Sadəcə ümumi səyahətiniz müddətində ən çox qalacağınız ölkəni İtaliya göstərməyiniz viza üçün məhz İtaliya səfirliyinə müraciət edə bilməyiniz üçün yetərli olacaqdır.

İtaliya Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

İtaliya Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Elektron hökumət portalından işlə bağlı arayış*
  6. Adınıza olan bank hesabından arayış* və çıxarış. (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  7. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  8. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  9. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  10. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  11. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  12. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  13. İngilis dilində doldurulmuş ərizə forması
  14. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Bəzi hallarda İtaliya səfirliyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi görülmüşdür.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

İtaliya Şengen Vizası Alma Ehtimalı

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi İtaliyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında və daha yüksək olması (təcrübədə 400-600 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin İtaliya Şengen vizası alma şansınızı artıran faktorlardır. Daha öncə heç bir Şengen vizası olmayan şəxslər üçün İtaliya səfirliyi ilk viza müraciəti seçimi olaraq nisbətən riskli görülə bilər. Təcrübəmizdə ilk Şengen vizasını İtaliya səfirliyindən almış bir çox müraciətçi olmasına baxmayaraq, profilinizdəki digər nüansların (yuxarıda sadalanan) yüksək vəziyyətdə olduğu hallar istisna olmaqla, İtaliya səfirliyi ilk Şengen vizanızı almaq üçün riskli səfirlikdir. Hər bir halda daha öncə Şengen vizalarınızın olması sizin İtaliya səfirliyindən viza alma ehtimalınızı yüksəldən faktordur.

Viza Proseduru

İtaliya Şengen vizası üçün müraciət İtaliya Səfirliyinin VFS Global adlı viza müraciət mərkəzində olunur. Viza haqqında qərar Bakıdakı İtaliya səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir. Şengen viza müraciəti və VFS Global viza mərkəzi haqqında ətraflı məlumat üçün linkə klikləyərək blogumuza keçid edə bilərsiniz.

Sənədləri təqdim etmək üçün viza görüşünü Bazar ertəsi–Cümə, 09:00–16:00-dək İtaliya VFS Global müraciət mərkəzinin online sistemi üzərindən həyata keçirilir. Viza müraciəti üçün randevu almaq vacibdir. Randevu zamanı sənədlərin yığılması və doğru təqdim edilməsi vacibdir.

Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Bir qayda olaraq, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir.

İtaliya Şengen vizası proseduru müraciət tarixindən etibarən, adətən, 7-14 kalendar günü (bayramla əlaqəli rəsmi qeyri-iş günləri istisna olmaqla) davam edir. Lakin, təcrübə göstərir ki, sənədlərlə bağlı hər şey qaydasında olduğu təqdirdə və viza müraciətlərinin çox olmadığı bir dövrdə cavab 2-3 iş günə də bəlli ola bilər. Bəzi hallarda isə səfirlik cavabı uçuş tarixindən bir gün qabaq da verə bilir.

İtaliyaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə İtaliya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə İtaliya Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 115 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Xoş səyahətlər!

Oxşar yazılar:

Kredit borcu viza almağa mane ola bilərmi?

Kredit borcu viza almağa mane ola bilərmi?

Kredit borcunun olması təkbaşına viza almağa avtomatik maneə deyil. Viza müraciətində əsas məsələ kredit borcunun mövcudluğu deyil, müraciət edən şəxsin ümumi maliyyə vəziyyəti, sabit gəliri, bank hesabındakı vəsaitin mənbəyi və səfərin xərclərini qarşılamaq imkanının inandırıcı şəkildə göstərilməsidir. Məsələn, şəxsin aktiv istehlak krediti və ya ipoteka ödənişi ola bilər. Əgər onun sabit gəliri, normal bank hesabı […]

Vizam.az 23 sentyabr 2026
Amerika vizası ilə Kanada və Meksikaya getmək olar?

Amerika vizası ilə Kanada və Meksikaya getmək olar?

ABŞ vizasının olması avtomatik olaraq Kanada və Meksikaya giriş hüququ vermir. Kanada və Meksikanın viza və giriş qaydaları bir-birindən fərqlidir. Azərbaycan pasportu ilə səyahət edirsinizsə, Kanadaya getmək üçün ümumiyyətlə Kanada vizası tələb olunur. ABŞ vizasının olması Kanada vizasını avtomatik əvəz etmir. Meksikada isə fərqli qayda tətbiq olunur: etibarlı ABŞ vizası olan şəxslər müəyyən şərtlərlə ayrıca […]

Vizam.az 21 sentyabr 2026
Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Şengen vizası ilə ilk giriş mütləq viza verən ölkədən olmalıdır?

Xeyr. Şengen vizası aldığınız ölkədən Şengen zonasına ilk giriş etmək ümumi qayda olaraq məcburi deyil. Məsələn, Fransadan Şengen vizası almısınızsa, müəyyən hallarda Şengen zonasına İtaliya, Almaniya, Niderland və ya başqa Şengen ölkəsindən daxil ola bilərsiniz. Avropa Komissiyasının rəsmi məlumatına görə, bir Şengen ölkəsi tərəfindən verilmiş viza ilə başqa Şengen ölkəsinin xarici sərhədindən də giriş mümkündür. […]

Vizam.az 18 sentyabr 2026
Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün müraciət edərkən ən vacib məsələlərdən biri hansı ölkənin konsulluğuna müraciət etməli olduğunuzu düzgün müəyyən etməkdir. Əgər səfəriniz zamanı yalnız bir Şengen ölkəsinə gedirsinizsə, müraciəti həmin ölkənin səlahiyyətli konsulluğuna təqdim etməlisiniz. Bir neçə Şengen ölkəsinə səfər edirsinizsə, əsas qayda əsas təyinat ölkəsini (main destination) müəyyən etməkdir. Əsas təyinat ölkəsi, ümumiyyətlə, səfər zamanı ən […]

Vizam.az 17 sentyabr 2026
Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün əsas ölkə necə müəyyən edilir?

Şengen vizası üçün müraciət edən şəxslərin ən çox qarışdırdığı məsələlərdən biri müraciətin hansı ölkəyə edilməli olmasıdır. Bir neçə Şengen ölkəsini əhatə edən səyahət planınız varsa, vizaya istənilən Şengen ölkəsinin konsulluğuna müraciət etmək düzgün deyil. Əsas qayda budur: Şengen vizası üçün müraciət səfərin əsas təyinat ölkəsinə edilməlidir. Əgər səfər zamanı bir neçə ölkədə qalacaqsınızsa, əsas təyinat […]

Vizam.az 15 sentyabr 2026
Bratislavaya birbaşa, ucuz uçuşlar başlayır, Slovakiya vizanızı almağın vaxtıdır!

Bratislavaya birbaşa, ucuz uçuşlar başlayır, Slovakiya vizanızı almağın vaxtıdır!

Bratislavaya birbaşa, ucuz uçuşlar başlayır! 27 oktyabr 2026-cı il tarixindən etibarən Wizz Air ilə Bakıdan Bratislavaya birbaşa uçuşlar 56 dollardan başlayan qiymətlərlə təklif olunur. Bratislavaya səyahət planlayan Azərbaycan vətəndaşlarının isə səfərdən əvvəl Slovakiya vizası üçün müraciət etməsi tələb olunur. Uçuşların qiymətini və mövcud tarixləri Wizz Air-in rəsmi saytından yoxlaya bilərsiniz: Wizz Air – Bratislava–Bakı uçuşları […]

Vizam.az 14 sentyabr 2026
DV-2028 Green Card Qeydiyyatı Haqqında Ən Çox Verilən Suallar

DV-2028 Green Card Qeydiyyatı Haqqında Ən Çox Verilən Suallar

DV-2028 Green Card lotereyası ABŞ-da daimi yaşamaq imkanı əldə etmək istəyən şəxslərin ən çox maraq göstərdiyi proqramlardan biridir. Qeydiyyat prosesi onlayn həyata keçirilir və müraciət edən şəxslər müəyyən uyğunluq şərtlərinə cavab verməlidirlər. Aşağıda DV-2028 Green Card qeydiyyatı ilə bağlı istifadəçilərin ən çox axtardığı 10 əsas sualın cavabını təqdim edirik. DV-2028 Green Card qeydiyyatı nə vaxt […]

Vizam.az 09 sentyabr 2026
Vyetnam vizası müraciəti nə qədər vaxta təsdiqlənir?

Vyetnam vizası müraciəti nə qədər vaxta təsdiqlənir?

Vyetnam vizası müraciəti, e-viza üçün bütün məlumatlar düzgün təqdim edildikdə və ödəniş tamamlandıqda, rəsmi olaraq 3 iş günü ərzində emal olunur. Vyetnam İmmiqrasiya Departamentinin məlumatına əsasən, e-viza müraciətinin nəticəsi onlayn sistem üzərindən yoxlanıla bilər. Azərbaycan vətəndaşları da Vyetnam e-vizası üçün müraciət edə bilərlər. Vyetnamın rəsmi e-viza portalında Azərbaycan e-viza almaq hüququ olan ölkələr siyahısında göstərilir. […]

Vizam.az 08 sentyabr 2026
Monteneqro Viza Neçə Günə Hazır Olur?

Monteneqro Viza Neçə Günə Hazır Olur?

Monteneqro vizası müraciətdən sonra adətən 15 iş günü ərzində hazır olur. Lakin sənədlərin tamlığı, müraciətin düzgün təqdim edilməsi və əlavə yoxlamaların aparılması kimi amillər viza baxılma müddətinə təsir göstərə bilər. Buna görə Monteneqroya səyahət planlaşdıran Azərbaycan vətəndaşlarının viza müraciətini səfər tarixindən əvvəl etməsi tövsiyə olunur. Monteneqro Viza Nə Qədər Müddətə Hazır Olur? Monteneqro viza müraciətlərinə […]

Vizam.az 07 sentyabr 2026
Azərbaycanlılar Taylanda 15 Gün Vizasız Gedə Biləcək

Azərbaycanlılar Taylanda 15 Gün Vizasız Gedə Biləcək

Taylanda səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün yeni giriş qaydaları tətbiq olunur. 15 sentyabr 2026-cı il tarixindən etibarən Azərbaycan vətəndaşları Taylanda 15 günədək səfərlər üçün hava limanında Visa on Arrival (gəlişdə viza) imkanından yararlana biləcəklər. Bu dəyişiklik qısa müddətli turistik səfərlər üçün Taylanda getmək istəyən Azərbaycan vətəndaşlarının viza prosesini daha asanlaşdırır. Bəs yeni qayda necə […]

Vizam.az 03 sentyabr 2026