Balkanlara Səyahət: Bolqarıstan Vizası

Yeniləndi: 22 aprel 2025 771 baxış 6 dəq. oxu
bolqarıstan
bolqarıstan

Əgər Balkanlara ilk dəfə səfər edirsinizsə, Bolqarıstanla başlamaq mükəmməl bir seçim ola bilər. Bu ölkə, həm gözəl təbiəti, həm də zəngin tarixi ilə səfərinizə unudulmaz bir başlanğıc əlavə edəcək.

Bolqarıstan, həm təbiəti, həm də zəngin tarixi ilə səyahətçilər üçün çoxsaylı maraqlı yerlər təqdim edir. Sofiya, Bolqarıstanın paytaxtı olaraq, bu ölkənin mədəniyyətini və tarixini birləşdirən mərkəzlərdən biridir. Amma Sofiya təkcə Bolqarıstanın əsas şəhəri deyil; ətrafdakı bir çox məşhur məkanlar da turistlər tərəfindən çox bəyənilir. Bu yazıda, Sofiyadan başlaya biləcəyiniz və Bolqarıstanın ən məşhur yerlərini kəşf edə biləcəyiniz bəzi gözəl məkanları təqdim edəcəyik.

Sofiya: Bolqarıstanın Paytaxtı və Tarixi Qəlbi

Sofiya, Bolqarıstanın paytaxtı olaraq, ölkənin ən böyük şəhəri və mədəniyyət mərkəzidir. Burada bir çox tarixi abidə və müzeylər mövcuddur ki, bu da şəhəri ziyarət etməyə dəyər edir.

  • Aleksandr Nevski Katedrali: Sofiyanın ən tanınmış abidələrindən biri olan bu pravoslav katedrali, Bolqarıstanın mədəniyyətində mühüm yer tutur. Möhtəşəm arxitektura və içərisindəki gözəl mozaikalar, şəhərə gələnlərin ən çox ziyarət etdiyi yerlərdəndir.
  • Römə Antik Teatrı: Sofiyanın qədim dövrlərinə aid bir digər tarixi məkan. Romalılar dövründən qalma bu teatr, tarixi və arxeoloji maraqları olanlar üçün mütləq ziyarət edilməli bir yerdir.
  • Sofiya Tarixi Muzeyi: Bu muzey, şəhərin zəngin tarixini öyrənmək istəyənlər üçün ən yaxşı yerdir.
  • Vitosha Bulvarı: Sofiyanın ən məşhur küçəsi olan Vitosha Bulvarı, gənclərin alış-veriş etdiyi, kafelərdə vaxt keçirdiyi və dostları ilə əyləndiyi yerdir. Rəngarəng barlar, restoranlar və küçə sənətkarları ilə dolu olan bu küçə, Sofiyanın enerjisini hiss etmək istəyənlər üçün mükəmməl yerdir.
  • Sofiya Gecə Həyatı: Sofiya, müasir klublar və barlarla gənclərin gözəl vaxt keçirəcəyi yerdir. Sense Rooftop kimi yüksək mərtəbəli barlardan şəhər mənzərəsini izləmək və Yalta Club-da gecəni rəqs edərək keçirmək gənclərin ən sevdiyi fəaliyyətlərdəndir.

Plovdiv: Bolqarıstanın İkinci Ən Böyük Şəhəri

Plovdiv, Sofiyadan təxminən 150 km cənubda yerləşir və Bolqarıstanın ən qədim şəhərlərindən biridir. Bu şəhər, Roma dövrünün izlərini daşıyan tikililəri və qədim arxitekturası ilə məşhurdur.

  • Plovdiv Antik Amfiteatrı: Roma dövrünə aid olan bu amfiteatr, Plovdivin ən tanınmış abidələrindəndir. Günümüzdə burada müxtəlif mədəni tədbirlər və konsertlər təşkil edilir.
  • Kapana: Bu şəhər bölgəsi, Plovdivin ən məşhur ticarət və əyləncə mərkəzidir. Rəngarəng kafelər, sənət qalereyaları və kiçik dükanlarla dolu olan bu yer, şəhərin canlı həyatını hiss etmək üçün mükəmməl bir yerdir.

Rila Monastırı: Bolqarıstanın Ən Mühüm Dini Abidəsi

Sofiyaya yaxın olan bu monastır, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş və Bolqarıstanın ən məşhur dini məkanıdır. Rila Monastırı, Bolqarıstanın mədəni və dini həyatını əks etdirən çox mühüm bir yerdir. Burada, qədim fresklər, kitabxanalar və gözəl təbiət mövcuddur. Bu monastır, Bolqarıstanın ortaq mədəni irsinin bir simvoludur.

Varna - Dəniz Sahilində Əyləncə

  • Varna Sahili: Varna, Bolqarıstanın dəniz sahilində yerləşir və gənclər üçün əla bir yay tətili yeridir. Çimərliklər, su idmanları və şəhərin enerjili bar və klubları ilə, Varna gənclərin dostları ilə vaxt keçirəcəyi ideal bir yerdir. Varna BeachSunny Beach bölgələri, hər yaşdan insanın əyləncəli vaxt keçirməsi üçün mükəmməl məkanlardır.
  • Varna Gecə Həyatı: Varna, dəniz sahilindəki barlar və klubları ilə gənclərin təbii cəlb olunduğu yerlərdəndir. The Night BarMenada Club kimi yerlər gənclərin sevdiyi əyləncə nöqtələridir.

Bolqarıstan Viza Növləri

Bolqarıstana planladığınız səyahətinizi Bolqarıstan turizm vizası əldə edərək reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Bolqarıstanda müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Bolqarıstan milli vizasına da müraciət edə bilərsiniz.

Bolqarıstan Turizm Vizası

Bolqarıstan vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir.

Qeyd edək ki, Bolqarıstan vizası əksər hallarda müraciətçinin viza müraciəti əsnasında ərizə formasında və digər sənədlərində göstərdiyi səyahət müddətinə tam uyğun şəkildə verilir.

Bolqarıstan Avropa Birliyə daxil olub, lakin Şengenə daxil olmayan ölkələrdən biridir. Buna görə də bu ölkəyə səfər etmək üçün Bolqarıstanın öz vizasını almaq lazımdır. Ancaq əlbəttə ki, Bolqarıstan Avropa Birliyinə daxil olduğu üçün aktiv Şengen vizası olan şəxslərə Bolqarıstana daxil olmaq üçün asanlaşdırılmış bir rejim hazırlamışdır. Belə ki, 2012-ci ilin yanvar ayının 31-dən etibarən Bolqarıstan Respublikası Şengen vizası ilə ölkəsində tranzit və ya qısa-müddətli səfər edən şəxslər üçün azad viza rejimi tətbiqi haqda qərar qəbul etdi. Aktiv Şengen viza sahibləri bu viza ilə vizanın etibarlılıq müddəti icazə verdiyi halda 6 ay ərzində maksimum 90 gün Bolqarıstan ərazisində qala bilər. Bu qərarə əsasən, həmiçin Azərbaycan vətəndaşları aktiv çoxgirişli Şengen vizasına sahib olduqları təqdirdə bu viza ilə Bolqarıstan ərazisinə daxil ola və vizanın qüvvədə qaldığı tarix müddətində bu ölkədə maksimum 90 gün qala bilərlər. Ancaq mütləq şəkildə çoxgirişli Şengen vizasına sahib olunmalıdır.

Bolqarıstan Vizası Müraciəti üçün Sənədlər Toplusu

Bolqarıstan biznes vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti 
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış. (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Əgər ailə üzvünüzlə birlikdə müraciət edirsinizsə, mülki vəziyyətinizin sübutu* (Yoldaşınızla edirsinizsə, nikah haqqında şəhadətnamənizin, Övladınızla edirsinizsə, doğum haqqında şəhadətnaməsinin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  10. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  11. Səfərinizi tam əhatə edəcək və minimum 30.000 EUR dəyəri əhatə edən səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Gedəcəyiniz iş qurumu, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Dəvət məktubunun orijinalı yoxdursa, siz skan versiyasını çap şəklində səfirliyə təqdim edə bilərsiniz. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır. Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Bolqarıstanda qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 2.000-3.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda siz bank hesabınızdan arayış təqdim etməyə bilərsiniz, ancaq hər bir halda məsləhətdir ki, öz adınıza hesabınızda olan kiçik də olsa, bir məbləğ göstərəsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

Əgər şəxsin aktiv çoxgirişli Şengen vizası yoxdursa, bu halda Bolqarıstan vizası almalıdır. Bunun üçün Bolqarıstanın Bakıdakı Səfirliyinə müraciət olunur. Qərar səfirliyin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədləri təhvil vermək üçün əvvəlcədən görüş təyini mütləqdir.

Viza proseduru qısamüddətli vizalar üçün 5-15 iş günü, uzunmüddətli vizalar üçün isə minimum 30 iş günü çəkir.

Viza rüsumu isə bir nəfər üçün 35 avro olaraq nəzərdə tutulub. Əgər siz, uzunmüddətli vizaya müraciət etmək istəyirsinizsə, bu halda səfirliyə ödəyəcəyiniz rüsum 100 avro olaraq təyin edilib. Rüsum sənədləri təqdim edərkən nağd şəkildə, avro ilə ödənilir.

Bolqarıstan Vizası Alma Ehtimalı

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Bolqarıstanda da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 300-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Bolqarıstan vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen və ya digər viza sahibi olmayan şəxslər üçün Bolqarıstan səfirliyi riskli səfirlik hesab olunmur. Təcrübəmizdə ilk vizalarını məhz bu səfirlikdən almış çox sayda müraciətçi olmuşdur. Əlbəttə, bunun üçün sizin digər bütün sənədləriniz qaydasında olmalıdır. Biznes vizaya müraciət zamanı isə təqdim edəcəyiniz rəsmi dəvət məktubu sizin viza alma şansınızı yetərincə yüksəldə bilər. Əgər dəvət məktubunuzda göstərilən səfər məqsəd və səbəbiniz sizin işlədiyiniz sahə ilə bağlıdırsa və ya siz daha öncə də oxşar biznes səfərlər həyata keçirmisinizsə, bu nüanslar sizin profilinizə kifayət qədər müsbət təsir göstərəcək.

Bolqarıstana Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Bolqarıstan vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Bolqarıstan biznes vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 79 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə, əlavə məlumat almaq üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Xoş səyahətlər!

Oxşar yazılar:

Sinqapur Vizası üçün Müraciət Prosesi

Sinqapur Vizası üçün Müraciət Prosesi

Sinqapur vizası almaq istəyən Azərbaycan vətəndaşları üçün müraciət prosesi olduqca sistemli və aydın qaydalarla tənzimlənir. Sinqapur Cənub-Şərqi Asiyada yerləşən, yüksək həyat səviyyəsi, güclü iqtisadiyyatı və müasir infrastrukturu ilə seçilən bir dövlətdir. Sinqapura viza almaq üçün tələb olunan sənədlər, sinqapur viza rüsumu, müraciət forması və baxılma müddəti səfərin məqsədindən (turistik, işgüzar, təhsil və s.) asılı olaraq […]

Vizam.az 02 mart 2026
Hollandiya Viza Almaq Prosesi Necə Gedir?

Hollandiya Viza Almaq Prosesi Necə Gedir?

Avropada həm təhsil, həm karyera, həm də yüksək həyat standartları ilə seçilən ölkələrdən biri olan Niderland son illər azərbaycanlıların ən çox maraq göstərdiyi istiqamətlər sırasındadır. İstər hollandiyada tehsil, istər hollandiyada islemek, istərsə də hollandiyada yasamaq planınız olsun, ilk addım düzgün və rəsmi şəkildə hollandiya viza almaq prosesini başa düşməkdir. Bir çox insan “hollandiyaya nece getmek […]

Vizam.az 25 fevral 2026
Sponsorluq Haqqında Arayış Nədir və Necə Hazırlanır?

Sponsorluq Haqqında Arayış Nədir və Necə Hazırlanır?

Sponsorluq haqqında arayış bir şəxsin və ya qurumun digər şəxsin xərclərini könüllü şəkildə üzərinə götürdüyünü rəsmi şəkildə təsdiq edən sənəddir. Bu sənəd ən çox viza müraciətlərində, təhsil prosesində, tədbir və layihələrdə, eləcə də müxtəlif rəsmi prosedurlarda tələb olunur. Sadə dildə desək, “sponsor nədir?” sualına cavab olaraq sponsor maliyyə və ya maddi dəstək göstərən tərəfdir, sponsorluq […]

Vizam.az 24 fevral 2026
Yunanıstan Səfirliyi ilə Yunanıstan Vizası

Yunanıstan Səfirliyi ilə Yunanıstan Vizası

Azərbaycan vətəndaşları üçün yunanistan viza müraciəti, yunanıstan səfirliyi Bakı vasitəsilə həyata keçirilir. Yunanıstan viza almaq istəyən şəxslər əsasən turist səfərləri, işgüzar görüşlər və ya qısamüddətli təhsil üçün müraciət edirlər. Yunanıstan vizası Şengen ölkələrinə aid olduğu üçün yunanistan schengen vizesi kateqoriyasına daxildir və bu viza ilə yalnız Yunanıstan deyil, bütün Şengen ölkələrinə səyahət etmək mümkündür. Yunanıstan […]

Vizam.az 24 fevral 2026
İspaniya Viza Müraciəti Necə Edə Bilərik?

İspaniya Viza Müraciəti Necə Edə Bilərik?

İspaniya son illərdə Azərbaycan vətəndaşları üçün ən çox seçilən Avropa istiqamətlərindən biridir. İstər turizm, istər təhsil, istərsə də iş məqsədilə İspaniyaya viza almaq istəyənlərin sayı sürətlə artır. Buna görə də “ispaniya viza müraciəti”, “ispaniya vizası”, “ispaniya şengen vizası”, “ispaniya turist vizası” və “azərbaycan ispaniya viza” kimi axtarışlar Google-da ən çox edilən sorğular sırasındadır. Əgər siz […]

Vizam.az 24 fevral 2026
Fransa Səfirliyi vasitəsilə Fransa vizası müraciəti

Fransa Səfirliyi vasitəsilə Fransa vizası müraciəti

Fransa vizası almaq istəyirsinizsə, düzgün və rəsmi prosedurları bilmək çox vacibdir. İstər Fransa turist vizası, istər Fransa iş vizəsi, istərsə də Fransa Şengen vizası üçün müraciət edərkən sənədlərin düzgün hazırlanması və müraciətin vaxtında edilməsi əsas şərtlərdəndir. Bir çox müraciətçi Fransa səfirliyi viza müraciəti prosesi, tələb olunan sənədlər və müraciət qaydaları barədə ətraflı və dəqiq məlumata […]

Vizam.az 19 fevral 2026
Kanada Turist Vizası üçün Tələb Olunan Sənədlər

Kanada Turist Vizası üçün Tələb Olunan Sənədlər

Kanada Turist Vizası üçün tələb olunan sənədlər mövzusu, xüsusilə kanada vizasi ilə bağlı müraciət etməyi planlaşdıran şəxslərin ən çox axtardığı suallardandır. Hər il minlərlə vətəndaşımız kanada vizasi azerbaycan üzrə müraciət edir və ən çox verilən sual budur: Kanada turist vizası almaq üçün hansı sənədlər lazımdır və proses necə işləyir? Bu bloqda siz kanada turist vizasi […]

Vizam.az 17 fevral 2026
Macarıstan Səfirliyi Viza Xidməti

Macarıstan Səfirliyi Viza Xidməti

Avropaya səyahət planlaşdıran Azərbaycan vətəndaşları üçün Macarıstan Səfirliyi viza xidməti ən çox araşdırılan mövzulardan biridir. Xüsusilə Şengen zonasına daxil olan Macarıstana turizm, biznes, təhsil və ya ailə ziyarəti məqsədilə getmək istəyən şəxslər üçün düzgün və rəsmi proseduru bilmək vacibdir. Çünki Macarıstan vizası müraciəti zamanı sənədlərin tam və düzgün hazırlanması nəticəyə birbaşa təsir göstərir. Macarıstan Şengen […]

Vizam.az 16 fevral 2026
Amerikaya Viza Almaq İstəyirsiniz?

Amerikaya Viza Almaq İstəyirsiniz?

ABŞ dünyanın ən çox səyahət edilən, təhsil alınan və işləmək üçün seçilən ölkələrindən biridir. Hər il minlərlə insan amerika vizası almaq üçün müraciət edir və “amerika vizasi nece almaq olar?”, “amerikaya viza almaq çətindir?”, “amerika viza qiymeti nə qədərdir?” kimi suallara cavab axtarır. Əslində isə amerika vizası almaq prosesi düzgün məlumat və planlama ilə düşündüyünüzdən […]

Vizam.az 16 fevral 2026
Serbiyaya Viza Lazimdir?

Serbiyaya Viza Lazimdir?

Serbiya, zəngin tarixi, gözəl təbiəti və mədəni irsi ilə turistlərin diqqətini çəkən ölkələrdən biridir. Əgər siz də Serbiyaya səfər etməyi planlaşdırırsınızsa, ilk bilməli olduğunuz məsələ Serbiyaya viza tələb olunub-olunmamasıdır. Azərbaycan vətəndaşları üçün Serbiya viza qaydaları, müraciət proseduru və lazımi sənədlər haqqında məlumat önəmlidir. Serbiya vizası ilə bağlı əsas mövzulara baxdıqda, insanlar tez-tez soruşur: “Serbiyaya vizasız […]

Vizam.az 13 fevral 2026