ABŞ Vizası Növləri: Səyahətiniz Üçün Uyğun Olanı Seçin

Yeniləndi: 03 iyun 2025 3914 baxış 8 dəq. oxu
Vizam.az şirkəti olaraq viza müraciətiniz zamanı da yardımçı ola bilərik
Vizam.az şirkəti olaraq viza müraciətiniz zamanı da yardımçı ola bilərik

Amerikaya getmək istəyirsiniz və hansı viza növünün sizin üçün uyğun olduğuna qərar verə bilmirsiniz? Bu, həqiqətən də qarışıq ola bilər, çünki Amerika Birləşmiş Ştatlarına səyahət etmək istəyənlər üçün müxtəlif viza növləri mövcuddur. Hər bir viza növü fərqli məqsədlər üçün təyin edilib, buna görə də doğru viza növünün seçilməsi çox vacibdir. ABŞ-da hansı məqsədlə qalacağınızı və nə üçün səfər edəcəyinizi müəyyən etdikdən sonra, viza müraciətinizin uğurlu olma ehtimalı da artacaq.

Amerika vizaları, müxtəlif kateqoriyalara bölünərək, hər birinin spesifik məqsəd və şərtləri vardır. Bəziləri qısa müddətli səfərlər üçün nəzərdə tutulmuşdur, bəziləri isə uzun müddətli təhsil və ya əmək məqsədli səfərləri əhatə edir. Bununla yanaşı, hər bir viza növü öz müraciət prosesi və tələb olunan sənədlərlə gəlir. Hətta bəzi vizalar ailə birləşməsi və xüsusi fəaliyyətlər üçün nəzərdə tutulmuşdur.

Amerika Vizalarının Ümumi Təsnifatı

Viza Cədvəli
Viza Seriyası Viza Növü Əsas Məqsəd Təsvir
B Seriyası B1 İşgüzar səfərlər İşgüzar məqsədlə, məsələn, seminarlar, konfranslar, müqavilə imzalanması və biznes danışıqları üçün verilən vizadır.
B2 Turizm və müalicə Turistik məqsədlə və ya ABŞ-da müalicə almaq üçün verilən viza.
B1/B2 İşgüzar və turistik səfərlər Həm işgüzar, həm də turistik məqsədlə istifadə edilən ən çox verilən kombinasiya vizasıdır.
F Seriyası F1 Təhsil (universitet, kolleclər) ABŞ-da universitetlərdə, kolleclərdə və dil məktəblərində təhsil almaq istəyən tələbələr üçün verilən viza.
F2 F1 tələbəsinin ailə üzvləri F1 vizası ilə ABŞ-a gələn tələbələrin həyat yoldaşı və uşaqları üçün verilən viza.
M Seriyası M1 Peşə təhsili Peşə və texniki təhsil üçün verilən tələbə vizasıdır.
M2 M1 tələbəsinin ailə üzvləri M1 vizası ilə ABŞ-a gələn tələbələrin ailə üzvləri üçün verilən viza.
J Seriyası J1 Mübadilə proqramları və Work and Travel Mübadilə proqramları (tələbə mübadiləsi, Work and Travel, tədqiqat, müəllim proqramları və s.) üçün verilən viza.
J2 J1 sahibinin ailə üzvləri J1 vizası ilə ABŞ-a gələn şəxsin həyat yoldaşı və uşaqları üçün verilən viza.
H Seriyası H1B Peşəkar iş vizası ABŞ-da peşəkar və yüksək ixtisas tələb edən işlərdə işləmək üçün verilən viza (məsələn, mühəndis, proqramçı, həkim).
H2B Müvəqqəti və qeyri-ixtisaslı işlər Müvəqqəti və qeyri-ixtisaslı mövsümi işlər üçün verilən viza.
H4 H1B və H2B sahiblərinin ailə üzvləri H1B və H2B vizaları ilə ABŞ-a gələn şəxslərin həyat yoldaşları və uşaqları üçün verilən viza.
L Seriyası L1A Menecer və rəhbər transferi Xarici şirkətin ABŞ-dakı filialına menecer və rəhbər şəxs kimi transfer olan şəxslər üçün verilən viza.
L1B Mütəxəssis transferi Xarici şirkətin ABŞ-dakı filialına ixtisaslı mütəxəssis olaraq transfer olunan şəxslər üçün verilən viza.
L2 L1 sahibinin ailə üzvləri L1 vizası ilə ABŞ-a gələn şəxslərin həyat yoldaşı və uşaqları üçün verilən viza.
E Seriyası E1 Ticarət vizası ABŞ ilə ticarət əlaqələri qurmuş şəxslər üçün verilən viza.
E2 İnvestor və sahibkarlıq vizası ABŞ-da biznes qurmaq və ya sərmayə qoymaq istəyən şəxslər üçün verilən viza.
O Seriyası O1 Yüksək bacarıqlı şəxslər Elm, sənət, idman və digər sahələrdə yüksək bacarıqlı şəxslər üçün verilən viza.
P Seriyası P1 İdmançılar və sənət nümayəndələri Beynəlxalq səviyyədə tanınan idmançılar, musiqiçilər, sənət nümayəndələri üçün verilən viza.
P2 Sənətçilər və musiqiçilər Mədəni mübadilə proqramları çərçivəsində sənətçilər və musiqiçilər üçün verilən viza.
P3 Sənət nümayəndələri İncəsənət və mədəniyyət sahələrində xüsusi bacarıqlara sahib şəxslər üçün verilən viza.
R Seriyası R1 Dini fəaliyyət Dini fəaliyyət göstərən şəxslər (məsələn, rahib, dini liderlər) üçün verilən viza.
K Seriyası K1 Nişanlı şəxslər ABŞ vətəndaşı ilə nişanlı olan şəxslər üçün verilən viza.
K3 Evlilik əsasında ailə birləşməsi ABŞ vətəndaşı ilə evlənmiş şəxslər üçün verilən viza.
K4 K3 sahibinin ailə üzvləri K3 vizası ilə ABŞ-a gələn şəxsin ailə üzvləri üçün verilən viza.
IR/CR Seriyası IR1, CR1 Evlilik əsasında daimi yaşayış ABŞ vətəndaşı ilə evlənmiş şəxslər üçün verilən daimi yaşayış vizası (Green Card).
DV Seriyası DV Lottery Green Card Lotereyası Hər il keçirilən və qaliblərə ABŞ-da daimi yaşamaq (Green Card) hüququ verən proqram.
EB Seriyası EB-1 İş əsaslı daimi yaşayış (elmi və sənət) Elmi, sənət, idman və digər yüksək bacarıqlı şəxslər üçün veril ən daimi yaşayış vizası.
EB-2 İxtisaslı işçilər Yüksək ixtisas tələb edən işlər üçün verilən daimi yaşayış vizası.
EB-3 İxtisas tələb edən işlər İxtisas tələb edən və mütəxəssis olmayan işçilər üçün verilən daimi yaşayış vizası.
EB-4 Dini işçilər və digər xüsusi şəxslər Dini işçilər və ABŞ-da xüsusi tələblərə cavab verən şəxslər üçün verilən daimi yaşayış vizası.

B1/B2 Vizası

Azərbaycan vətəndaşları üçün bu vizanın müddəti 1 il ərzində 6 ayı əhatə edəcək şəkildə olur. Yəni, siz bu vizanı əldə edərək vizanızın verildiyi gündən hesablanaraq 1 il sonrasına kimi hər bir girişinizdə ABŞ-da maksimum 6 ay qala bilərsiniz. Qeyd edək ki, dəqiq şəkildə maksimum qala biləcəyiniz müddət sizə ölkəyə daxil olarkən sizi qarşılayan miqrasiya işçisi tərəfindən bildirilir. Bəzi fors-major hallarda sizin miqrasiya işçilərinə verdiyiniz cavablara və səyahət planınıza əsasən, sərhəd xidməti sizin qalma müddətinizi məhdudlaşdıra bilər. Adi hallarda isə məsələn, siz 2020-ci ilin May ayının 1-də ABŞ vizasını əldə etmisinizsə, bu viza 2021-ci ilin May ayının 1-dək (əksər hallarda bir və ya iki gün tez) aktiv viza hesab olunur. Ancaq bu müddət ərzində sizin ABŞ-da bir girişdə qaldığınız günlərin sayı 6 ayı keçməməlidir. 1 il ərzində isə siz ABŞ-a bir neçə dəfə giriş və çıxış edə bilərsiniz, bunu məhdudlaşdıracaq hər hansısa bir limit yoxdur. Siz bu vizanı əldə etdikdən sonra ABŞ-a turistik və ya işgüzar səfərinizi reallaşdıra bilərsiniz.

F1 Vizası

F1 vizası, ABŞ-da təhsil almaq istəyən xarici tələbələr üçün verilən viza növüdür. Bu viza yalnız təhsil məqsədilə verilir və müraciət edən şəxsin Amerika Birləşmiş Ştatlarında tam zamanlı təhsil alacağını göstərməsi tələb olunur. F1 vizasının müddəti, tələbənin təhsil proqramının uzunluğuna əsasən müəyyən edilir. ABŞ-a təhsil məqsədilə gedən tələbələr, təhsil aldıqları müddət ərzində qalmağa davam edə bilərlər. Təhsil proqramı bitdikdən sonra, tələbələrə müəyyən bir müddət (OPT və ya CPT proqramları çərçivəsində) ABŞ-da iş tapmaq üçün icazə verilə bilər. Bu viza növü ilə ABŞ-da işləmək qadağandır, amma təhsil alarkən müəyyən şərtlərlə kampus daxilində işləmək mümkündür.

J1 Viza

J1 vizası, ABŞ-a mədəniyyət mübadiləsi və təcrübə proqramlarına qatılmaq məqsədilə səfər edən şəxslər üçün nəzərdə tutulmuşdur. Bu viza növü ilə ABŞ-da müəyyən bir müddət ərzində müxtəlif mübadilə proqramlarında iştirak etmək mümkündür. J1 vizası, təkcə tələbələrə deyil, həm də müəllimlərə, tədqiqatçılara, mütəxəssislərə və peşəkar təcrübə keçmək istəyənlərə də verilir. J1 vizası üçün müraciət edən şəxslərin müvafiq proqram və ya təşkilatla əlaqələndirilmiş olması vacibdir. Viza müddəti proqramın uzunluğuna görə dəyişir, amma ümumiyyətlə, 18 aydan 5 ilə qədər ola bilər. J1 vizası ilə ABŞ-da iş tapmaq mümkündür, amma yalnız müəyyən şərtlərlə və yalnız mübadilə proqramları çərçivəsində.

H1B Viza

H1B vizası, ABŞ-da ixtisaslı işçilərin işləməsi üçün nəzərdə tutulmuş viza növüdür. Bu viza yalnız müvafiq sahələrdə peşəkar ixtisasları olan şəxslərə verilir. Müraciət edən şəxsin ABŞ-da iş tapması və bu işə uyğun gələn iş təklifi alması tələb olunur. H1B vizası ilə, ABŞ-da müəyyən bir müddət ərzində işləmək mümkündür, adətən viza müddəti 3 ildən 6 ilə qədər dəyişir. H1B vizası, həmçinin müvafiq sahədə peşəkar bacarıqları olan şəxslər üçün ABŞ-da müvəqqəti iş icazəsi verir. H1B vizası ilə ABŞ-da işləmək mümkündür, amma işçi, yalnız müəyyən şirkətdə və müəyyən bir sahədə çalışmalıdır.

L1 Viza

L1 vizası, beynəlxalq şirkətlər tərəfindən verilən viza növüdür və işçilərin şirkət daxilində bir ölkədən digərinə köçürülməsini təmin edir. L1 vizası, ümumiyyətlə, şirkət daxilində rəhbər və ya ixtisaslı işçilərin ABŞ-a müvəqqəti olaraq işləmək üçün göndərilməsini nəzərdə tutur. L1A vizası rəhbər və menecer vəzifəsində işləyənlər üçün nəzərdə tutulub, L1B vizası isə ixtisaslı işçilər üçün verilir. Bu viza növü, yalnız şirkətin xarici ofisindən birbaşa ABŞ ofisinə və ya filialına işçi göndərilməsi ilə bağlıdır. L1 vizasının müddəti 1 ildən 7 ilə qədər ola bilər, amma bu müddət işlədiyiniz şirkət və vəzifənizdən asılı olaraq dəyişir.

O-1 Viza

O-1 vizası, xüsusi bacarıqlara və ya nailiyyətlərə malik olan şəxslərə verilən viza növüdür. Bu viza, sənət, elm, biznes və idman sahələrində mükəmməl bacarıqları olan şəxslər üçün nəzərdə tutulmuşdur. O-1 vizası ilə ABŞ-da müvəqqəti olaraq işləmək mümkündür. Viza müddəti 3 ilə qədər ola bilər və bu müddət, layihə və ya müqavilə əsasında uzadıla bilər. Bu viza növü, yalnız sahəsində böyük nailiyyətlərə imza atmış şəxslərə verilir və müraciət prosesində həmin bacarıqları təsdiqləyən sənədlər tələb olunur. O-1 vizası ilə ABŞ-da işləmək mümkündür, amma yalnız müvafiq sahədə olan layihələrdə iştirak edə bilərsiniz.

Viza Növləri üzrə Müraciət Prosesi

Hər bir viza növü üzrə müraciət prosesi fərqli ola bilər, amma ümumilikdə, proses aşağıdakı addımlardan ibarət olur:

  1. Viza növünü seçmək: Səyahət məqsədinizə uyğun viza növünü müəyyən edin.
  2. Formaları doldurmaq: Müraciət üçün DS-160 forması və digər müvafiq sənədləri doldurun.
  3. Viza ödənişini etmək: Viza növünüzə uyğun ödənişi tamamlayın.
  4. Görüş təyin etmək: Səfirlikdən və ya konsulluqdan görüş üçün vaxt təyin edin.
  5. Sənədlərin toplanması və təqdim edilməsi: Lazım olan sənədləri toplayın və viza görüşünə gətirin.
  6. Görüş və biometrik məlumatlar: Görüş zamanı biometrik məlumatlar və barmaq izləri təqdim edin.
  7. Viza nəticəsi: Görüşdən sonra viza nəticənizi öyrənin.

Viza Proseduru

ABŞ-a viza müraciəti zamanı ilk mərhələ olaraq siz DS-160 formunu, yəni ABŞ viza müraciətiniz üçün onlayn ərizə formasını doldurursunuz. Siz bu ərizə formasını tam onlayn şəkildə və bir neçə dəfə giriş və çıxış edərək doldura bilərsiniz. Yəni, ilk dəfə ərizəyə daxil olduqda sona qədər doldurmalısınız kimi bir qayda yoxdur. Ərizənin müəyyən hissəsini doldurduqdan sonra onu yaddaşda saxlayıb, sonra giriş edərək qaldığınız yerdən doldurmağa davam edə bilərsiniz. Ancaq bunun üçün mütləq şəkildə sayt tərəfindən sizə verilmiş referens kodunu (məsələn: AA 12345678) yaddaşda saxlamalısınız. Səfirlikdə görüşə getməzdən öncə isə ərizə formanızı sistemdə təsdiqləməyiniz mütləqdir. Digər mərhələdə isə siz ABŞ-ın Azərbaycandakı səfirliyindən görüş əldə etməlisiniz. Bu görüş pəncərəsinin açılması üçün isə siz öncə viza ödənişini onlayın şəkildə həyata keçirməlisiniz. Viza ödənişi hər bir şəxs üçün yaş fərqi olmadan 185 ABŞ dolları təşkil edir. Siz ödənişi bank kartı vasitəsilə və ya bankda nağd olaraq edə bilərsiniz. Ödənişi etdikdən sonra növbəti açılan pəncərədə səfirlikdə mümkün olan görüş tarixləri və saatlardan siz özünüzə uyğun olanı seçirsiniz. Seçdiyiniz tarix və saatda qeyd etdiyimiz sənədlərlə birgə səfirlikdə görüşə getməlisiniz. Siz sonradan görüşü ləğv etmə hüququna maliksiniz. Bu halda siz eyni profildən növbəti bir il ərzində yenidən ABŞ səfirliyində ödəniş etmədən görüş təyin edə bilərsiniz. Qeyd edək ki, onlayn şəkildə təsdiqlədiyiniz ərizə formasını səfirlikdəki görüşə aparmağınıza ehtiyac yoxdur. ABŞ viza müraciəti zamanı siz səfirlikdə konsulla intervyuya daxil olursunuz.

Visa proseduru adətən 3-5 iş günü ərzində çəkir.

ABŞ Vizası Alma Ehtimalı

Hər bir ölkənin viza müraciətində olduğu kimi ABŞ-da da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin yaxşı olması, aylıq gəlirinizin standart maaş aralığından biraz yuxarı olması, bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) və bəlkə də ən əsası, səyahət tarixçənizin yaxşı olması sizin ABŞ vizasını alma şansınıza müsbət təsir göstərəcək ən önəmli faktorlardır. Ancaq ABŞ-ı digər ölkələrdən və səfirlikdən fərqləndirən ən əsas nüans intervyunun önəmidir. Belə ki, sənədlərinizin və profilinizin nə qədər qaydasında olub-olmamasından asılı olmayaraq, intervyudakı performansınız və cavablarınız sizin viza alma şansınıza yüksək dərəcədə təsir göstərir. ABŞ turizm vizasına müraciət etmək arzusunda olan şəxslərə əsasən, məsləhət görürük ki, ilk öncə səyahət tarixçələrini bir neçə Şengen, Avropa ölkələrinə və ya digər turistik sayıla biləcək ölkələrə viza alaraq və səyahət edərək yaxşılaşdırsınlar. Təcrübə göstərir ki, daha öncə əhəmiyyətli vizaları olmuş və səyahət tarixçələri yaxşı sayıla biləcək şəxslərin ABŞ səfirliyindən viza alma ehtimalı digərlərinə nəzərən qat-qat çoxdur. Turizm məqsədilə ABŞ-a getmək istəyən bir şəxsin daha öncə ölkəsinə daha yaxın olan və nisbətən daha asan viza alma proseduruna sahib Avropa ölkələrinə turizm üçün üz tutmaması konsulda müəyyən şübhələr yarada bilər. Ancaq bununla belə səfirlikdə konsulla girəcəyiniz intervyu məhz bu amilə də təsir göstərə bilər. Yəni təcrübədə səyahət tarixçəsi çox yaxşı olmasına baxmayaraq intervyusu uğursuz alınmış şəxslərin imtina aldığı və ya tam əksinə baş pasportla səfirliyə gedib yetərincə uğurlu keçmiş intervyu sayəsində konsulun inamını qazanaraq elə ilk müraciətindən ABŞ vizasını əldə etmiş şəxslərə tez-tez rast gəlmək olur. Ancaq yenə də hər bir halda yuxarıda sadaladığımız nüansların profilinizdə qaydasında olmağı sizi digər müraciətçilərdən bir neçə addım önə salır.

ABŞ-a Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə ABŞ turistik viza müraciətiniz zamanı da yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüşün təyin edilməsi, onlayn DS-160 ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərizin və qalacağınız otellərin bron edilməsi və ya istəyinizə uyğun olaraq alınması, konsultasiya və intervyuya hazırlıq daxil olacaq. Biz sizi daha öncəki müraciətçilərimizə konsulla görüş zamanı verilən sualların siyahısı ilə tanış edə və bu suallara doğru şəkildə necə cavab verəcəyiniz, cavablarınızda, bədən dilinizdə və bu kimi psixoloji amillərdə hansı detallara xüsusilə diqqət yetirməli olduğunuz barəsində ətraflı məlumatlandıra bilərik. Bütün bunlar sizi digər viza müraciətçiləriylə müqayisədə ön plana çəkə və viza alma ehtimalınızı artıra biləcək faktorlardır. Qeyd edək ki, bizim şirkətimizdə ABŞ turizm viza dəstəyi xidmət haqqı bir nəfər üçün viza səfirliyi rüsumları daxil olmaqla 510 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 010/50/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Əgər şansınız varsa, elə indi “Amerikan xəyalınızı” gerçəkləşdirməyin vaxtıdır! Xoş səyahətlər!

Oxşar yazılar:

DV-2028 Green Card Qeydiyyatı Haqqında Ən Çox Verilən Suallar

DV-2028 Green Card Qeydiyyatı Haqqında Ən Çox Verilən Suallar

DV-2028 Green Card lotereyası ABŞ-da daimi yaşamaq imkanı əldə etmək istəyən şəxslərin ən çox maraq göstərdiyi proqramlardan biridir. Qeydiyyat prosesi onlayn həyata keçirilir və müraciət edən şəxslər müəyyən uyğunluq şərtlərinə cavab verməlidirlər. Aşağıda DV-2028 Green Card qeydiyyatı ilə bağlı istifadəçilərin ən çox axtardığı 10 əsas sualın cavabını təqdim edirik. DV-2028 Green Card qeydiyyatı nə vaxt […]

Vizam.az 09 sentyabr 2026
Vyetnam vizası müraciəti nə qədər vaxta təsdiqlənir?

Vyetnam vizası müraciəti nə qədər vaxta təsdiqlənir?

Vyetnam vizası müraciəti, e-viza üçün bütün məlumatlar düzgün təqdim edildikdə və ödəniş tamamlandıqda, rəsmi olaraq 3 iş günü ərzində emal olunur. Vyetnam İmmiqrasiya Departamentinin məlumatına əsasən, e-viza müraciətinin nəticəsi onlayn sistem üzərindən yoxlanıla bilər. Azərbaycan vətəndaşları da Vyetnam e-vizası üçün müraciət edə bilərlər. Vyetnamın rəsmi e-viza portalında Azərbaycan e-viza almaq hüququ olan ölkələr siyahısında göstərilir. […]

Vizam.az 08 sentyabr 2026
Monteneqro Viza Neçə Günə Hazır Olur?

Monteneqro Viza Neçə Günə Hazır Olur?

Monteneqro vizası müraciətdən sonra adətən 15 iş günü ərzində hazır olur. Lakin sənədlərin tamlığı, müraciətin düzgün təqdim edilməsi və əlavə yoxlamaların aparılması kimi amillər viza baxılma müddətinə təsir göstərə bilər. Buna görə Monteneqroya səyahət planlaşdıran Azərbaycan vətəndaşlarının viza müraciətini səfər tarixindən əvvəl etməsi tövsiyə olunur. Monteneqro Viza Nə Qədər Müddətə Hazır Olur? Monteneqro viza müraciətlərinə […]

Vizam.az 07 sentyabr 2026
Azərbaycanlılar Taylanda 15 Gün Vizasız Gedə Biləcək

Azərbaycanlılar Taylanda 15 Gün Vizasız Gedə Biləcək

Taylanda səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün yeni giriş qaydaları tətbiq olunur. 15 sentyabr 2026-cı il tarixindən etibarən Azərbaycan vətəndaşları Taylanda 15 günədək səfərlər üçün hava limanında Visa on Arrival (gəlişdə viza) imkanından yararlana biləcəklər. Bu dəyişiklik qısa müddətli turistik səfərlər üçün Taylanda getmək istəyən Azərbaycan vətəndaşlarının viza prosesini daha asanlaşdırır. Bəs yeni qayda necə […]

Vizam.az 03 sentyabr 2026
DV-2028 Green Card Qeydiyyatı Necə Edilir?

DV-2028 Green Card Qeydiyyatı Necə Edilir?

Bəli, bu mövzuda SEO-friendly bloq hazırlamaq olar. Amma əvvəlcə vacib bir düzəliş edim: 2025-ci ildə Green Card lotereyası ümumiyyətlə keçirilmədi demək düzgün deyil. DV-2025 proqramı keçirilib və 30 sentyabr 2025-də başa çatıb. Həmçinin hazırda rəsmi ABŞ Dövlət Departamentinin səhifəsində DV-2028 qeydiyyatının 15 noyabr 2026-dək davam etdiyini təsdiqləyən elan görsənmir. Rəsmi məlumatda DV-2027 qeydiyyat tarixlərinin ayrıca […]

Vizam.az 02 sentyabr 2026
Slovakiyaya Viza Almaq Prosesi Necə Gedir?

Slovakiyaya Viza Almaq Prosesi Necə Gedir?

Avropanın mərkəzində yerləşən Slovakiya təbiəti, tarixi şəhərləri, qalaları və özünəməxsus memarlığı ilə səyahət üçün maraqlı ölkələrdən biridir. Slovakiyaya turistik, işgüzar və ya digər qısamüddətli məqsədlərlə səfər etməyi planlaşdırırsınızsa, bunun üçün Slovakiya Şengen vizası əldə etməlisiniz. Bəs Slovakiyaya viza almaq üçün hansı sənədlər tələb olunur, müraciət prosesi necə həyata keçirilir və viza almaq üçün nələrə diqqət […]

Vizam.az 31 avqust 2026
Kanada vizası üçün bank hesabında nə qədər pul olmalıdır?

Kanada vizası üçün bank hesabında nə qədər pul olmalıdır?

Kanada vizasına müraciət edən Azərbaycan vətəndaşlarının ən çox maraqlandığı məsələlərdən biri bank hesabında nə qədər vəsaitin olmasıdır. Xüsusilə turist vizası üçün müraciət edən şəxslər tez-tez “Kanada vizası üçün minimum nə qədər pul lazımdır?” sualını verirlər. Əslində, Kanada vizası üçün bank hesabında olması tələb olunan konkret minimum məbləğ yoxdur. Kanada İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq İdarəsi (IRCC) […]

Vizam.az 27 avqust 2026
Monteneqro vizası üçün hansı sənədlər lazımdır?

Monteneqro vizası üçün hansı sənədlər lazımdır?

Monteneqroya səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının turist səfəri üçün viza müraciəti zamanı müəyyən sənədləri təqdim etməsi tələb olunur. Sənədlərin düzgün və tam hazırlanması müraciət prosesinin daha rahat həyata keçirilməsinə kömək edir. Bu yazıda Monteneqro turist vizası üçün tələb olunan əsas sənədləri, maliyyə təminatı ilə bağlı tələbləri və müraciət zamanı diqqət edilməli məqamları izah edirik. Monteneqro […]

Vizam.az 19 avqust 2026
Azərbaycan Pasportu ilə Gedilən Vizasız Ölkələr

Azərbaycan Pasportu ilə Gedilən Vizasız Ölkələr

Azərbaycan pasportu ilə səyahət edənlər üçün viza tələb etməyən ölkələrin sayı son illərdə dəyişib. Bəzi istiqamətlərdə vizasız qalma müddəti 90 gün olduğu halda, bəzi ölkələrdə daha qısa müddət tətbiq edilir. Əgər səyahətinizi viza müraciəti olmadan planlaşdırırsınızsa, Azərbaycan pasportu ilə vizasız gedilən ölkələri əvvəlcədən bilmək səfər planınızı daha rahat qurmağa kömək edə bilər. Bu siyahını Azərbaycan […]

Vizam.az 14 avqust 2026
2026-cı ildə İspaniya Vizası üçün Hansı Sənədlər Lazımdır?

2026-cı ildə İspaniya Vizası üçün Hansı Sənədlər Lazımdır?

İspaniyaya səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün viza müraciətində sənədlərin düzgün hazırlanması ən vacib mərhələlərdən biridir. İspaniya vizası üçün hansı sənədlər lazımdır? sualının cavabı səfərin məqsədindən asılı olaraq dəyişə bilər. Turistik səfər üçün müraciət edən şəxslər əsasən qısamüddətli Şengen vizasına müraciət edirlər. İspaniyanın Şengen vizası turizm, biznes, ailə ziyarəti və digər qısamüddətli səfərlər üçün istifadə […]

Vizam.az 14 avqust 2026