WHAT YOU DIDN'T KNOW ABOUT THE SWEDEN SCHENGEN VISA

Updated: 13 February 2025 288 views 6 min. read

Dünyanın ən gözəl mənzərələrinə sahib Skandinav ölkələrindən biri, ərazisinin yarsından çoxu meşələrlə örtülmüş, təbiətinin və coğrafiyasının möhtəşəmliyi ilə hər il milyonlarla turisti cəlb edən İsveç. Bir çox səyahətçinin “mütləq görülməli ölkələr” siyahısında yer alan İsveçə həmçinin il ərzində bir çox biznes səfərlər də edilir. Siz də İsveçə səyahət edib həm işinizi görmək, həm də bu ölkəni kəşf etmək istəyirsinizsə, İsveç biznes (işgüzar səfər) vizasına müraciət edə bilərsiniz. Biznes vizaya müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

İsveç Viza Növləri

swedish flag

İsveç Şengen ölkələri siyahısına aid olduğuna görə siz müvəqqəti səyahətinizi reallaşdırmaq üçün İsveç Şengen vizasına müraciət edərək bu vizanı əldə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz İsveçdə müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə İsveç milli vizasına da müraciət edə bilərsiniz.

Qısamüddətli biznes (işgüzar) səfərinizi reallaşdırmaq üçün də siz İsveç Şengen vizasının “biznes viza” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli biznes viza sizə İsveçdə daimi işləmək hüququ vermir, bu viza sizin öz biznes səfərinizi reallaşdırmağınız üçün təqdim olunur.

İsveç Şengen Vizası

schengen visa

Bütün Şengen vizaları kimi İsveç Şengen vizası da təkgirişli və çoxgirişli ola bilər. Həmçinin, siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. İsveç Şengen vizasını almaq sizə səyahətiniz boyu bütün Şengen ölkələrinə gedə bilməyinizə şərait yaradacaq. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni İsveçdən edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə İsveç vizası ilə Şengen ərazisinə başqa bir giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz İsveç Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı olaraq ən çox İsveç qalacağınızı göstərməlisiniz.

İsveç Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

visa application form

İsveç Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  10. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  11. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  14. Gedəcəyiniz iş qurumu, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

booking hotel reservation

Dəvət məktubunun orijinalı yoxdursa, siz skan versiyasını çap şəklində səfirliyə təqdim edə bilərsiniz. Mütləq şəkildə dəvət məktubunun üzərində sizi dəvət edən qurumun imza və möhürü olmalıdır. Həmçinin, dəvət məktubunun üzərində dəvət edilən şəxsin, yəni sizin mütləq şəkildə adınız, soyadınız, əlavə olaraq isə mümkündürsə, doğum tarixiniz, pasport nömrəniz, səyahət tarixləriniz qeyd olunmalıdır. Əgər qalacağınız yer sizi dəvət edən qurum tərəfindən təşkil olunursa, bu halda qalacağınız ünvan sizə göndərilən dəvət məktubunda qeyd olunduğu təqdirdə sənədlərinizin arasına otel bronu qoymaya bilərsiniz.

Qeyd edək ki, təcrübəmizdə görünmüşdür ki, İsveç vizası üçün müraciət edilən Fransa səfirliyi ilk viza müraciətini edən şəxslərdən əksər hallarda iş yerindən arayışdan əlavə e.gov.az hökumət portalından çıxarış da tələb edib. Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Nadir hallarda da olsa, Fransa səfirlyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi hallar yaşanmışdır.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.000-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 70-80 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən qurum tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda siz bank hesabınızdan arayış təqdim etməyə bilərsiniz, ancaq hər bir halda məsləhətdir ki, öz adınıza hesabınızda olan kiçik də olsa, bir məbləğ göstərəsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

calendar

İsveç Şengen vizası üçün müraciət Fransa Səfirliyinin Capago adlı viza müraciət mərkəzində olunur. İsveçin ölkəmizdə konsulluğu fəaliyət göstərməməsi səbəbilə viza haqda qərar Fransa səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün viza görüşü onlayn şəkildə əldə edilir. Sənədləri təqdim etmək üçün əvvəlcədən görüş təyini mütləqdir. Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir.

Barmaq izindən azad olan şəxslər aşağıdakı qruplara bölünür:

  • Son 3 ildə Şengen vizası alan və sistemdə barmaq izi olan şəxslər (Çexiya vizası istisna olmaqla)
  • 12 yaşdan aşağı uşaqlar
  • Barmaq izi verilməsi fiziki cəhətdən mümkün olmayan şəxslər;
  • Diplomatik və ya xüsusi pasport sahibi olan və İsveçdə diplomatik və ya konsulluq vəzifəsinə akreditə olunmuş şəxslər
  • İsveçdə mərkəzi və ya nümayəndəliyi olan beynəlxalq bir təşkilatda səlahiyyət alacaq diplomatik və ya konsulluq personalı və onların ailə üzvləri (həyat yoldaşı və qayğıya ehtiyacı olan uşaqları)

Şengen viza proseduru müraciət tarixindən etibarən 3-10 iş günü çəkə bilər.

Qeyd edək ki, təcrübəmiz göstərir ki, Fransa Səfirliyi viza prosedurunun müddətini səyahətin başlama tarixinə uyğun planlaşdırır. Səyahət tarixləri daha yaxın olan müraciətçilərin viza nəticəsi də daha tez bəlli olur. Lakin, viza prosedurunun müddəti yalnız bu faktordan asılı olmur, keysin mürəkkəbliyi də burada rol oynaya bilir.

Viza rüsumu 35 avro təşkil edir. Bu məbləğ milli valyutada, yəni manatla nağd şəkildə və ya kartla istənilən valyutada ödənilə bilər. Sənədləri təhvil verərkən viza rüsumundan əlavə 26 avro viza mərkəzinin xidmət haqqı kimi ödənilir. Bu ödənişi də nəğd şəkildə yalnız manatla və ya kartla istənilən valyutada etmək mümkündür. Viza rüsumunun manat ekvivalenti səfirlik tərəfindən günün məzənnəsinə görə tənzimlənir.

İsveç Şengen Vizası Alma Ehtimalı

swedish consulate

Hər bir ölkənin viza müraciətində olduğu kimi İsveçdə də sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında və ya daha yüksək olması (təcrübədə 400-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin yaxşı olması sizin İsveç Şengen vizası alma şansınızı artıran faktorlardır. Biznes vizaya müraciət zamanı isə təqdim edəcəyiniz rəsmi dəvət məktubu sizin viza alma şansınızı yetərincə yüksəldə bilər. Əgər dəvət məktubunuzda göstərilən səfər məqsəd və səbəbiniz sizin işlədiyiniz sahə ilə bağlıdırsa və ya siz daha öncə də oxşar biznes səfərlər həyata keçirmisinizsə, bu nüanslar sizin profilinizə kifayət qədər müsbət təsir göstərəcək.

İsveçə Viza Dəstəyi

drottningholm sweden

We,  as Vizam.az company, can help you during your Swedish Schengen visa application. If you use our visa support service, our service includes making an appointment on your behalf at the visa center, filling out your application form, professionally preparing your documents, and booking your flight tickets that will cover your trip. , will include booking or purchasing hotels according to your wishes, making travel insurance to cover your trip, consulting, and following your visa procedure. Note that the travel insurance fee will be calculated in addition to our service fee. The insurance fee is usually in the range of 16-18 AZN for 1 week. You can get this insurance yourself. We can also assist you with notarizing and notarizing your documents into English. The additional fee for each document will be 16 AZN. In general, our company's Swedish Schengen business visa support service fee is 69 AZN per person.

You can click here to place your order, contact 050/55-3000135 for more information.

Xoş səyahətlər!

Related posts:

Schengen Visa Fees 2025: Latest Changes

Schengen Visa Fees 2025: Latest Changes

One of the first concepts that comes to mind when planning a trip to Europe is the “Schengen visa”. This type of visa allows free entry to more than 26 European countries and is the most requested visa for tourism, work, education, as well as family visits. There are some updates in the procedures, documents […]

Vizam.az 02 May 2025
Visa-Free Travel to Qatar

Visa-Free Travel to Qatar

The shining star of the Middle East, Qatar, is one of the countries that attracts tourists with its modernity as well as its historical and cultural richness. Offering visa-free travel opportunities for Azerbaijani citizens, this country is ideal for both leisure and business trips. In this blog, you’ll find essential information and practical tips for […]

Vizam.az 17 April 2025
Visa-Free Travel to Moldova

Visa-Free Travel to Moldova

Moldova, located in Eastern Europe, is a country rich in history and culture. Offering a visa-free travel opportunity for Azerbaijani tourists, Moldova is an ideal destination for both tourism and business purposes. In this article, we will provide important information for Azerbaijani tourists planning to travel to Moldova, as well as key things to consider […]

Vizam.az 16 April 2025
Visa-Free Travel to Serbia

Visa-Free Travel to Serbia

Serbia, located in the Balkans, is a country known for its rich history, culture, and nature. Offering a visa-free travel opportunity for Azerbaijani tourists, Serbia is ideal for both business trips and leisure visits. In this blog post, we will provide essential information for Azerbaijani tourists wishing to travel to Serbia. You can find everything […]

Vizam.az 16 April 2025
Travel to Dublin: Irish Visa

Travel to Dublin: Irish Visa

Dublin, the capital and largest city of Ireland, is not only a hub of culture, history, and technology, but also a perfect travel destination. If you’re interested in Irish history, music, and nature — and want to be close to the headquarters of the world’s biggest tech companies — then Dublin is an ideal choice. […]

Vizam.az 16 April 2025
THERMAL WATER PARADISE – A TRIP TO HUNGARY

THERMAL WATER PARADISE – A TRIP TO HUNGARY

Hungary, located in the heart of Europe and enchanting everyone with its history, culture, and nature, is one of the European countries. However, one of the country’s greatest features is its thermal water culture. Hungary is one of the countries with the most thermal water sources in the world, and therefore calling it the “Thermal […]

Vizam.az 15 April 2025
A JOURNEY TO THE WORLD OF KANGAROOS – AUSTRALIAN VISA

A JOURNEY TO THE WORLD OF KANGAROOS – AUSTRALIAN VISA

Kangaroo Island, considered the gem of South Australia, is an ideal choice for adventure seekers. This island is famous for its unique landscapes, wild nature, and rich flora and fauna. If you have a desire to be immersed in nature and see kangaroos that can only be found in Australia, we highly recommend that you […]

Vizam.az 15 April 2025
THE SOURCE OF WESTERN CIVILIZATION – TRAVEL TO GREECE

THE SOURCE OF WESTERN CIVILIZATION – TRAVEL TO GREECE

Greece, with its rich history, cultural heritage, and natural beauty, offers a unique travel experience and is one of the most attractive countries in Europe. This country, boasting millennia of culture and history, combines traces of ancient civilizations, unforgettable monuments, and magnificent natural landscapes. Dynamic capital cities like Athens, as well as the tranquil, romantic […]

Vizam.az 15 April 2025
A TRIP TO EUROPE’S LARGEST STADIUM – BARCELONA

A TRIP TO EUROPE’S LARGEST STADIUM – BARCELONA

Barcelona, ​​the jewel of the Catalan region of Spain, is known as one of the most popular tourist destinations in the world. However, this city is not only famous for its beautiful architecture, cultural heritage and attractive Mediterranean coastline, but also has a great position in the world of sports. In particular, for football fans, […]

Vizam.az 15 April 2025
Visa-Free Travel to Montenegro

Visa-Free Travel to Montenegro

Montenegro, located in Southeast Europe and famous for its natural beauty, is a small but magnificent country that attracts thousands of tourists every year. The visa-free travel option for Azerbaijani citizens makes this country even more accessible. In this blog, we provide detailed information on the requirements for visa-free travel, preparation tips, and essential details […]

Vizam.az 09 April 2025