ALL ABOUT CHILE VISA

Updated: 13 February 2025 277 views 4 min. read

Hər il milyonlarla insanın turistik məqsədlərlə üz tutduğu, uca dağları, coğrafiyası və təbiəti, illərdir bir damla belə yağış yağmamış Atakama səhrası, Pasxa adası, paytaxt Santiaqo şəhərinin unikal stili ilə tanınan Çili. Siz də milyonlarla turistlə eyni marağa sahibsinizsə və bu ölkəni öz gözlərinizlə kəşf etməyi arzulayırsınızsa, sizə sadəcə Çili turizm vizası lazım olacaq. Bu vizanı necə, haradan əldə edə biləcəyiniz və ümumi prosedur haqda bütün məlumatları bu məqalədə tapa bilərsiniz.

Çili Viza Növləri

chile flag

Çiliyə planladığınız səyahətinizi Çili səyahət vizası əldə edərək reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər.

Çili Turizm Vizası

chile immigration control entry stamp

Çili vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir.

Qeyd edək ki, Çili vizası əksər hallarda müraciətçinin viza müraciəti əsnasında ərizə formasında və digər sənədlərində göstərdiyi səyahət müddətinə tam uyğun şəkildə verilir. Viza verildiyi müddətdən maksimum 90 gün sonra siz Çiliyə daxil olmalısınız.

Çili Vizası Müraciəti üçün Sənədlər Toplusu

visa application form

Çili vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*) 
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Məhkumluq haqqında arayış*
  7. 2 ədəd 3x4 ölçüdə, ağ fonda şəkliniz
  8. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  9. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  10. İngilis dilində doldurulmuş ərizə forması
  11. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədlərinin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır. Məhkumluq haqqında arayış isə əlavə olaraq, apostil də olunmalıdır.

azerbaijani manat

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Çilidə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 3.500-5.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 dollar gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

calendar

Viza müraciəti onlayn şəkildə vebsaytdan edilir. Azərbaycan vətəndaşlarının viza müraciətlərinə Çilinin Moskvadakı Konsulluğu baxır, lakin viza üçün qərarı Çilinin İmmiqrasiya Departamenti verir.

Bütün sənədlər skan versiyada sistemə yüklənilir və təsdiqlənir. Hər şey qaydasında olduğu təqdirdə, viza proseduru 1-1.5 ay çəkə bilər. Bəzi hallarda isə bu müddətin 2-3 aya qədər uzanması da mümkündür. Eyni sistemdə viza statusunu da yoxlamaq mümkündür. Viza təsdiqləndikdən sonra müraciətçi pasportu və 40 USD viza rüsumu ilə birlikdə Çilinin Moskvadakı Konsulluğuna yaxınlaşa bilər. Viza etiketi, adətən, bir iş gününə pasporta yapışdırılır. Konsulluğun qəbul günləri (bayramla əlaqədar rəsmi qeyri-iş günləri istisna olmaqla) Bazar ertəsi – Cümə, saat 9:30-dan 13:00-dəkdir. Lakin, müraciətçi pasportunu həmin gün viza etiketi ilə birlikdə almaq istəyirsə, ən gec 11:30-da konsulluqda olmalıdır. Viza rüsumu isə konsulluğun verdiyi çek və təlimatlar əsasında banka edilir. Bank əlavə olaraq, 2 USD komissiya xərci də alır. Pasportu müraciətçinin əvəzindən hər hansı bir şəxs konsulluğa təqdim edə bilər. Əlavə olaraq müraciətçi adından yazılmış heç bir etibarnaməyə ehtiyac yoxdur.

Çili Vizası Alma Ehtimalı

consulado general de chile

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Çilidə də sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 300-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Çili vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen və ya digər viza sahibi olmayan şəxslər üçün Çili səfirliyi riskli səfirlik hesab olunmur. Təcrübəmizdə ilk vizalarını məhz bu səfirlikdən almış çox sayda müraciətçi olmuşdur. Əlbəttə, bunun üçün sizin digər bütün sənədləriniz qaydasında olmalıdır. Həmçinin, hər bir halda sizin daha öncə vizalarınızın olması Çili vizası alma ehtimalınızı yüksəldən faktorlardan biridir.

Çiliyə Viza Dəstəyi

santiago

Biz Vizam.az şirkəti olaraq sizə Çili vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması və sistemə yüklənməsi, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Bunlardan əlavə, biz sizə sənədlərinizin Moskvadakı səfirliyə kuryerlə çatdırılması və pasportunuzun geri qaytarılması, həmçinin viza ödənişinin edilməsi ilə bağlı da yardımçı ola bilərik. Bu əlavə xidmətin dəyəri 245 AZN təşkil edir. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Çili vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 250 AZN təşkil edir.

You can click here to place your order, contact 050/55-3000135 for more information.

Xoş səyahətlər!

Related posts:

Visa-Free Travel to Qatar

Visa-Free Travel to Qatar

The shining star of the Middle East, Qatar, is one of the countries that attracts tourists with its modernity as well as its historical and cultural richness. Offering visa-free travel opportunities for Azerbaijani citizens, this country is ideal for both leisure and business trips. In this blog, you’ll find essential information and practical tips for […]

Vizam.az 17 April 2025
Visa-Free Travel to Moldova

Visa-Free Travel to Moldova

Moldova, located in Eastern Europe, is a country rich in history and culture. Offering a visa-free travel opportunity for Azerbaijani tourists, Moldova is an ideal destination for both tourism and business purposes. In this article, we will provide important information for Azerbaijani tourists planning to travel to Moldova, as well as key things to consider […]

Vizam.az 16 April 2025
Visa-Free Travel to Serbia

Visa-Free Travel to Serbia

Serbia, located in the Balkans, is a country known for its rich history, culture, and nature. Offering a visa-free travel opportunity for Azerbaijani tourists, Serbia is ideal for both business trips and leisure visits. In this blog post, we will provide essential information for Azerbaijani tourists wishing to travel to Serbia. You can find everything […]

Vizam.az 16 April 2025
Travel to Dublin: Irish Visa

Travel to Dublin: Irish Visa

Dublin, the capital and largest city of Ireland, is not only a hub of culture, history, and technology, but also a perfect travel destination. If you’re interested in Irish history, music, and nature — and want to be close to the headquarters of the world’s biggest tech companies — then Dublin is an ideal choice. […]

Vizam.az 16 April 2025
THERMAL WATER PARADISE – A TRIP TO HUNGARY

THERMAL WATER PARADISE – A TRIP TO HUNGARY

Hungary, located in the heart of Europe and enchanting everyone with its history, culture, and nature, is one of the European countries. However, one of the country’s greatest features is its thermal water culture. Hungary is one of the countries with the most thermal water sources in the world, and therefore calling it the “Thermal […]

Vizam.az 15 April 2025
A JOURNEY TO THE WORLD OF KANGAROOS – AUSTRALIAN VISA

A JOURNEY TO THE WORLD OF KANGAROOS – AUSTRALIAN VISA

Kangaroo Island, considered the gem of South Australia, is an ideal choice for adventure seekers. This island is famous for its unique landscapes, wild nature, and rich flora and fauna. If you have a desire to be immersed in nature and see kangaroos that can only be found in Australia, we highly recommend that you […]

Vizam.az 15 April 2025
THE SOURCE OF WESTERN CIVILIZATION – TRAVEL TO GREECE

THE SOURCE OF WESTERN CIVILIZATION – TRAVEL TO GREECE

Greece, with its rich history, cultural heritage, and natural beauty, offers a unique travel experience and is one of the most attractive countries in Europe. This country, boasting millennia of culture and history, combines traces of ancient civilizations, unforgettable monuments, and magnificent natural landscapes. Dynamic capital cities like Athens, as well as the tranquil, romantic […]

Vizam.az 15 April 2025
A TRIP TO EUROPE’S LARGEST STADIUM – BARCELONA

A TRIP TO EUROPE’S LARGEST STADIUM – BARCELONA

Barcelona, ​​the jewel of the Catalan region of Spain, is known as one of the most popular tourist destinations in the world. However, this city is not only famous for its beautiful architecture, cultural heritage and attractive Mediterranean coastline, but also has a great position in the world of sports. In particular, for football fans, […]

Vizam.az 15 April 2025
Visa-Free Travel to Montenegro

Visa-Free Travel to Montenegro

Montenegro, located in Southeast Europe and famous for its natural beauty, is a small but magnificent country that attracts thousands of tourists every year. The visa-free travel option for Azerbaijani citizens makes this country even more accessible. In this blog, we provide detailed information on the requirements for visa-free travel, preparation tips, and essential details […]

Vizam.az 09 April 2025
Visa-Free Travel to Dubai: A Guide for Azerbaijani Tourists

Visa-Free Travel to Dubai: A Guide for Azerbaijani Tourists

The opportunity for Azerbaijani citizens to travel to Dubai without a visa has become increasingly significant in terms of tourism and business relations in recent times. Traveling to the United Arab Emirates (UAE) has now become much easier. Dubai is known as a global center of trade, tourism, and culture, and it has become a […]

Vizam.az 09 April 2025