HOW CAN WE GET A SOUTH CYPRUS VISA?

Updated: 13 February 2025 356 views 4 min. read

Hər il milyonlarla turistin üz tutduğu, Aralıq dənizində yerləşən Cənubi Kipr öz coğrafiyası və təbiəti, turistik bölgələri və əyləncə həyatı ilə bütün dünyanın marağını özünə cəlb etməyi bacarmış bir ölkədir. Kipr vizasını əldə edərək siz də bu ada ölkəsinə səyahət edə bilərsiniz. Viza ilə bağlı ətraflı məlumatı isə bu məqalədən əldə edə bilərsiniz.

Cənubi Kipr Viza Növləri

Cənubi Kipr ölkəsinə planladığınız səyahətinizi Cənubi Kipr səyahət vizası əldə edərək reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Kiprdə müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Kipr milli vizasına da müraciət edə bilərsiniz.

Cənubi Kipr Turizm Vizası

Cənubi Kipr vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir.

Qeyd edək ki, Cənubi Kipr vizası əksər hallarda müraciətçinin viza müraciəti əsnasında ərizə formasında və digər sənədlərində göstərdiyi səyahət müddətinə tam uyğun şəkildə verilir.

Cənubi Kipr Vizası Müraciəti üçün Sənədlər Toplusu

Cənubi Kipr vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış. (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Əgər ailə üzvünüzlə birlikdə müraciət edirsinizsə, mülki vəziyyətinizin sübutu* (Yoldaşınızla edirsinizsə, nikah haqqında şəhadətnamənizin, Övladınızla edirsinizsə, doğum haqqında şəhadətnaməsinin surəti)
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  10. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  11. Səfərinizi tam əhatə edəcək və minimum 30.000 EUR dəyəri əhatə edən səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Cənubi Kiprdə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 2.000-3.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

Azərbaycan vətəndaşları viza üçün müraciəti Kiprin Moskvadakı Səfirliyinə edirlər.

Viza müraciəti üçün sənədləri təqdim etməyin 3 yolu vardır: 

  1. Müraciətçi şəxsən viza müraciətini edir və sənədləri təqdim edir;
  2. Müraciətçi sənədləri kuryer vasitəsilə göndərir;

Kipr Səfirliyi ödənişi bank transferi və ya onlayn şəkildə deyil, yalnız nəğd şəkildə qəbul edir. Kuryer vasitəsilə pul daşınması qadağan olunduğuna görə isə rüsumu nəğd şəkildə sənədlərlə birlikdə göndərmək mümkün deyil. Belə olan halda, viza rüsumunu Moskvada yaşayan hər hansı bir şəxsə bank transferi ilə göndərmək və həmin şəxsin pulu bankdan çıxarıb nəğd şəkildə səfirliyə təqdim etməsi lazımdır.

  1. Müraciətçi ilə birlikdə Kiprə səyahət edən və viza müraciəti edən şəxs öz sənədləri ilə birlikdə müraciətçinin sənədlərini də təqdim edir.

Məsələn, 3 nəfər birlikdə Kiprə səyahət edirlərsə və vizaya müraciət etmələri tələb olunursa, bu üç nəfərdən biri digərlərinin sənədlərini təqdim edə bilər, lakin onlarla viza müraciəti etməyən hər hansı 4-cü bir adam onların sənədlərini təqdim edə bilməz.

Qeyd edək ki, Kipr vizası üçün müraciət etmiş şəxslərin viza nəticəsi, adətən, 1-3 iş günü ərzində bəlli olur. Yalnız bu müddətə sənədlərin kuryerlə daşınması kimi detallar aid deyil.

Viza rüsumu isə bir nəfər üçün 20 avro olaraq nəzərdə tutulub.

Cənubi Kipr Vizası Alma Ehtimalı

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Cənubi Kiprdə də sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 300-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Cənubi Kipr vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen və ya digər viza sahibi olmayan şəxslər üçün Cənubi Kipr səfirliyi riskli səfirlik hesab olunmur. Təcrübəmizdə ilk vizalarını məhz bu səfirlikdən almış çox sayda müraciətçi olmuşdur. Əlbəttə, bunun üçün sizin digər bütün sənədləriniz qaydasında olmalıdır. Həmçinin, hər bir halda sizin daha öncə vizalarınızın olması Cənubi Kipr vizası alma ehtimalınızı yüksəldən faktorlardan biridir.

Cənubi Kiprə Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Cənubi Kipr vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Bunlardan əlavə, biz sizə sənədlərinizin Moskvadakı səfirliyə kuryerlə çatdırılması və pasportunuzun geri qaytarılması, həmçinin viza ödənişinin edilməsi ilə bağlı da yardımçı ola bilərik. Bu əlavə xidmətin dəyəri 245 AZN təşkil edir. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Cənubi Kipr vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 125 AZN təşkil edir.

You can click here to place your order , contact 050/55-3000135 for more information.

Xoş səyahətlər!

Related posts:

How Can I Get a South Cyprus Visa?

How Can I Get a South Cyprus Visa?

Many people confuse Southern Cyprus with Northern Cyprus, so we would like to highlight an important point: a visa is required for Southern Cyprus, as it is the Republic of Cyprus, a member of the European Union, and not part of the Schengen area, but a visa regime similar to the Schengen rules is applied. […]

Vizam.az 03 June 2025
How Can I Get a Thailand Visa?

How Can I Get a Thailand Visa?

You say it should be cheap, have the sea, see new places, and have interesting food, but not cost too much? Well, that’s what you’re talking about Thailand. Believe me, it’s a country that, once you go, you’ll say, “Why didn’t I go before?” Thailand is a place that changes the concept of relaxation a […]

Vizam.az 23 May 2025
What is a Schengen visa and how to get it?

What is a Schengen visa and how to get it?

In Madrid, you sit in a park at noon, eating hot nata, people are sunbathing and life moves very slowly. In Rome, you buy pizza on an old street, you eat it standing up. In Paris, you sit in a cafe early in the morning, a baguette, butter, and a cafe au lait are all […]

Vizam.az 22 May 2025
Living in Dubai with a Nomad Visa

Living in Dubai with a Nomad Visa

The digital era has changed the way of life. You can now manage your business from anywhere in the world without going to the office. Those who choose this new lifestyle are called “digital nomads”. These people can work and live anywhere with an internet connection. One of the most important issues for them is […]

Vizam.az 13 May 2025
How Does VFS Global Visa Center Work in 2025?

How Does VFS Global Visa Center Work in 2025?

If you are planning a trip to a European country and need to apply for a visa, your path will most likely pass through VFS Global. VFS Global is one of the world’s leading service providers for simplifying and speeding up the visa application process. Operating since 2001, the company provides modern technologies and innovative […]

Vizam.az 13 May 2025
Colombia Visa-Free Travel

Colombia Visa-Free Travel

Travel to Colombia is now even easier for Azerbaijani citizens. Since 2022, Colombia has implemented a visa-free regime for tourists holding an Azerbaijani passport. This is a great opportunity for those wanting to explore Latin American culture. If you’re planning to visit this magnificent country, surrounded by the Caribbean Sea, mountains, and forests, this guide […]

Vizam.az 07 May 2025
How Does the Visametric Visa Center Work in 2025?

How Does the Visametric Visa Center Work in 2025?

You have probably heard the name “Visametric” from many people trying to get a visa lately. This name sounds very familiar, especially among those who are collecting documents for a Schengen visa. So what is a Visametric visa application center and what awaits you there? If this is your first time applying for a visa […]

Vizam.az 06 May 2025
Schengen Visa Fees 2025: Latest Changes

Schengen Visa Fees 2025: Latest Changes

One of the first concepts that comes to mind when planning a trip to Europe is the “Schengen visa”. This type of visa allows free entry to more than 26 European countries and is the most requested visa for tourism, work, education, as well as family visits. There are some updates in the procedures, documents […]

Vizam.az 02 May 2025
Visa-Free Travel to Qatar

Visa-Free Travel to Qatar

The shining star of the Middle East, Qatar, is one of the countries that attracts tourists with its modernity as well as its historical and cultural richness. Offering visa-free travel opportunities for Azerbaijani citizens, this country is ideal for both leisure and business trips. In this blog, you’ll find essential information and practical tips for […]

Vizam.az 17 April 2025
Visa-Free Travel to Moldova

Visa-Free Travel to Moldova

Moldova, located in Eastern Europe, is a country rich in history and culture. Offering a visa-free travel opportunity for Azerbaijani tourists, Moldova is an ideal destination for both tourism and business purposes. In this article, we will provide important information for Azerbaijani tourists planning to travel to Moldova, as well as key things to consider […]

Vizam.az 16 April 2025