Countries to cover your travel costs after coronavirus

Vizam.az 04 July 2020 12 views 4 min. read

COVID-19 pandemiyası bütün dünyada insanların həyatını alt-üst etdi və bir çox müəssisənin də bağlanmasına səbəb oldu. Turizm sənayesi ən çox zərər görən sahələrdən biridir, belə ki, uçuşların ləğvi və sərhədlərin bağlanması ilə dünyanın bir çox məşhur turizm bölgəsi hazırda həyatda qalma mübarizəsi aparır. Ölkələrarası səyahət demək olar ki, sıfıra endi, saysız-hesabsız ölkələr ölkədaxili səyahətlərdə kütləvi azalma olduğunu bildirirlər və bununla belə beynəlxalq sərhədlər bağlı qalmaqda davam edir. Xarici ölkələrə səfərlərin yaxın gələcəkdə mümkün olmamasına baxmayaraq, tunelin sonunda işıq var, bir çox ölkələrdə ölüm və yoluxan sayının əhəmiyyətli dərəcədə azaldığı və bir neçə ölkənin də ehtiyatla sərhədlərini yenidən açması barədə məlumatlar mövcuddur.

Turizmi yenidən dirçəltmək və insanları karantin sonrası ilk tətilində səyahət yeri olaraq onları seçməyə təşviq etməyə çalışan bir çox ölkə və səyahət məntəqələri var. Onlar səyahətçiləri böyük endirimlərlə, o cümlədən uçuş və yaşayış xərclərini ödəməklə, ölkədaxili attraksionları pulsuz hədiyyə etməklə və hətta bəzi möhtəşəm yarışlar təşkil etməklə şirnikləndirməyə çalışırlar. Doğru olmayacaq qədər möhtəşəm görünə bilər, amma başa düşmək lazımdır ki, bir çox ölkənin iqtisadiyyatı hal-hazırda yoxluğundan ciddi şəkildə əziyyət çəkdikləri turizmdən asılıdır.

Koronavirus bitdikdən sonra sizə səyahət üçün çox sərfəli təkliflər irəli sürən 7 ölkənin siyahısını tərtib etdik. Bu ölkələr turizm sektorlarını dirçəltmək məqsədilə səyahətçilərə koronavirus periodundan sonra məhz onları səyahət üçün seçməyi düşünsünlər deyə müxtəlif paketlər və üstünlüklər təklif edirlər. Təkliflər haqqında daha çox məlumat əldə etmək üçün aşağıdakı siyahını oxuyun və növbəti “büdcə dostu” tətilinizi ağlınızda canlandırmağa başlayın.

1. İtaliya

Koronavirus pandemiyası İtaliyaya ağır zərbə vurdu və səyahətçilərə qapıların bağlanması səbəbilə turizm sənayesi də böyük bir zərbə aldı. Ancaq Aralıq dənizinin ən böyük adası olan, İtaliyanın cənubundakı Siciliya adası buraya gəlmək istəyənləri cəlb etməyə çalışaraq turizmini bərpa etməyi planlaşdırır. Siciliya COVID-19 dövründən sonra bura gələcək xarici turistlərin bəzi xərclərini ödəməyi təklif edərək turizmə yeni bir yanaşma tətbiq edəcəklərini elan etdi və bunu bütün dünyaya bildirdi.

Plan İtaliya hökuməti tərəfindən gələn turist sayını artırmaq üçün 50 milyon avro dəyərində ayrılmış paketin bir hissəsidir və iqtisadiyyatı turizmdən asılı olan bir ölkənin niyə belə bir addım atması da anlaşılandır.

Plana gələcək turistin uçuş və yaşayış xərclərinin bir qismini ödəmək də daxildir. Təklifə görə, turistin oteldə qalacağı hər 3 gecənin ödənişinə 1 gecə əlavə olaraq hədiyyə olunacaq. Bundan əlavə, həm də təyyarə biletinin qiymətinin 50% -ə qədəri hökumət tərəfindən ödəniləcək.

Bölgədəki muzeylərdə və tarixi yerlərdə giriş haqqının ləğv edilməsi da düşünülür. Siciliya sizə COVİD-19 sonrasında sərfəli səyahət təklif edən bölgələr arasında dünyanın ən gözəl yerlərindən biridir. Bu üstünlükləri Siciliyanın rəsmi veb saytında təklif olunan vauçerlər vasitəsi ilə əldə edə bilərsiniz.

2. Meksika

İtaliyanın izindən gedən ölkələrdən biri olan Meksika da COVID-19 pandemiyası sonrasında turizmi bərpa etmək məqsədi ilə öz təkliflərini irəli sürməyə hazırlaşır. Otellər Birliyinin (AHCP) verdiyi məlumata görə, Meksikadakı populyar tətil məkanı olan Kankun, səyahətçilər üçün həyəcan verici tətil təklifləri irəli sürür.

Meksikada pandemiyadan sonra Kankuna səyahət etmək istəyən turistlər 2 təklifdən 1-ni əldə edə biləcəklər:

  • "Come to Cancun 2X1" - 2 gecə üçün otel ödənişi edənə 1 gecə pulsuz hədiyyə!
  • "Come to Cancun X2" – yanında bir şəxslə (dostuyla) səyahət edən hər kəsə otelin 2 gecəlik ödənişinə hədiyyə olunacaq əlavə 2 gecə və uçuş biletinə endirim!

Sosial mediada aparılan bir yarışma daxilində səyahətçilər “ömürlük səyahət sertifikatı” ilə təltif olunma şansını da əldə edəcəklər. Bu təkliflər ilə siz ləzzətli takoların dadına baxa, çimərlikdə günəşlənə və sizin qayğınıza qalmağı təklif edən Meksikada möhtəşəm tətil yaşaya bilərsiniz.

3. Bolqarıstan

Bolqarıstan COVID-19 sonrası dövrdə səyahət üçün nəzərə alınacaq ən gözəl yerlərdən biridir. Bolqarıstan turistlərin səyahət etməsi üçün birbaşa olaraq onların səyahət xərclərini qarşılamasa da, bir çox məşhur turist nöqtəsini səyahətçilərə ödənişsiz təklif edir.

Əla bir çimərlikdə dincəlib, bir əlinizdə ləzzətli bir kokteyl tutarkən üzünüzə isti küləyin vurmasından həzz almaq istəməzsiniz? Bəli, həm turistlərin öz pullarına qənaət etməsi, həm də səyahətçiləri yenidən cəlb etmək üçün Bolqarıstan onlara öz çimərliklərini (Bolqarıstanın Sunny Beach və digərləri), həmçinin çətir, günəş çarpayısı, masa və günəş salonu kimi bir çox şəraiti pulsuz təklif edəcək.

4. Kipr

Bu siyahıdakı maraqlı səyahət təklifləri və gözəl bölgələr arasından bu, böyük ehtimalla uyğun olmaq istəmədiyiniz bir təklif olacaq. Çünki Aralıq dənizində yerləşən Kipr COVID-19 testi pozitiv çıxmış səyahətçilərin bütün xərclərini qarşılamağı öz öhdəliyinə götürüb.

Kipr öz sərhədlərini turistlərə açdı və səyahətçiləri cəlb etmək üçün bir belə bir təklif irəli sürdü ki, əgər turistlər Kiprdə olduqları bütün müddət ərizndə koronavirusa yoluxarsa, hökumət onların və ailələrinin qida, səyahət, otel xərclərini qarşılayacaqdır. Onlar ayrıca bir oteldə qalacaq və müalicə olunacaqlar, sadəcə geri dönüş biletini özləri alacaqlar.

Ağlınız qarışdı? İdeya turistlərə səyahət edərkən hər hansı bir simptomla rastlaşdıqları təqdirdə maliyyə zəmanəti vermək üzərinə qurulub. Bu fikir Kipr rəsmi olaraq özünü sıfır COVID-19 halı yaşanmış ölkə kimi elan etdikdən sonra yarandı. Ada Avropada adambaşına düşən ən aşağı koronavirus dərəcəsinə sahibdir və ölkənin iqtisadiyyatı üçün turizmə çox önəmlidir. Ölkə hazırda müxtəlif bölgələrdən gələn turistlərə sərhədlərini mərhələli şəkildə açmağa davam edir.

5. Misir

Misir hökumətin sərhədlərin tədricən yenidən açılmasına və "virusla birlikdə yaşanması" fikrinə olan isti münasibətini əks etdirən yeni tədbirlər elan etdi. Misir turistlərin ölkəyə qəbulunu iyulun 1-dən bərpa etdi və viza rüsumunu da oktyabrın sonunadək ləğv etmək niyyətindədir.

"Son bir neçə gündə qəbul etdiyimiz qərarlardan yola çıxaraq, 31 oktyabr tarixinədək turistlərin viza rüsumundan azad edilməsi barədə qərar verdik. Belə ki, heç bir ərəb və ya xarici ölkədən olan heç bir vətəndaş 31 Oktyabradək heç bir viza qurumunda turist vizası üçün rüsum ödəməyəcək. May ayının əvvəlindən yenidən turizm fəaliyyətlərinə başladıq. Sonra iyunun 1-dən ölkənin turist qəbulu gücünün 50 faizini işlətməyə qərar verdik. Ümid edirik ki, 1 iyulda üç qubernatorluqda da turizm fəaliyyətini bərpa edəcəyik. "

Xəbəri Turizm və Qədimlər Naziri Xalid El Enani verdi. Daxili İşlər Nazirliyi də Misirin üç qubernatorluğuna gələn bütün vətəndaşlar üçün viza rüsumlarının qaldırılması ilə bağlı yeni bir qərar verdiyini bildirdi. Bu, hər bir turistə 25 dollar qənaət etməyə imkan verəcəkdir. Misirdə 260-dan çox otel antiviral tədbirlərə uyğunluğunu təsdiqləyən gigiyenik təhlükəsizlik sertifikatı alıb.

6. Yaponiya

 COVID-19 sonrası turizmi dirçəltməyə yönəlmiş planın bir hissəsi olaraq, Yaponiya səyahətçilər üçün əhəmiyyətli endirimlər və vauçerlər təklif ediləcəyini açıqladı. Yaponiya hökuməti turistlərin təyyarə bileti qiymətinin yarsını ödəməyi, əlavə insentivlər həyata keçirməyi və digər səyahət xərclərinin də bir qismini qarşılamağı düşünür.

Təbii ki, bu planın xəbəri çıxanda dərhal viral şəkildə yayıldı. Plan dünya mediası tərəfindən xarici turistlərə tətbiq ediləcəkmiş kimi göstərilsə də, bu kampaniyanın yalnız ölkədaxili səyahətlərə aid olacağı Yaponiyanın Turizm Agentliyinin rəhbəri tərəfindən aydınlaşdırılıb. Ancaq hər bir halda, 12.5 milyard dollar dəyərində "Go to Campaign" paketi bu siyahıda yer almağa layiqdir, çünki bu, ölkədaxili səyahəti dirçəltmək üçün əhəmiyyətli bir subsidiyanı özündə ehtiva edir.

7. Birləşmiş Krallıq

Birləşmiş Krallıq bu siyahıya daha bir maraqlı əlavədir. Birləşmiş Krallıq səyahətçilər üçün maliyyə güzəştləri və subsidiyalar təklif etməyi düşünsə də, bunu ancaq Birləşmiş Krallıq vətəndaşları üçün tətbiq etmək istəyirlər.

“Visit Britain”-nin baş direktoru Patricia Yates The Sun-a verdiyi açıqlamada bu maddi güzəştlərin Birləşmiş Krallıq sakinlərinin “öz evlərində” turizm imkanlarından yararlanmasına təşviq etmək məqsədilə nəzərdən keçirildiyini söylədi. O, daxili bazarı yenidən dirçəltməyin hər bir ölkə üçün mütləq olduğunu söyləyib. Bunu maraqlı bir təklif kimi qəbul edərək, Birləşmiş Krallığın digər ölkələrin (İtaliya kimi) də bu istiqamətdə nələr etdiyinə nəzər saldığını qeyd etdi. Patricia həmçinin, Birləşmiş Krallığa səyahət etməyi təşviq etmək üçün gələn qonaqlara birbaşa maddi dəstək göstərilə biləcəyi bir marketinq kampaniyasını da nəzərdən keçirməyə başladıqlarını bildirdi.

Nə Etməli?

Beynəlxalq turizm bərpa olunmazdan əvvəl izləməli olduğumuz bir yol var və yaxın gələcəkdə səyahət imkanını reallığa çevrilməsi istiqamətində addımlar atılsa da, normal olaraq, bu yol tədricən qət olunmalıdır. Bu ölkələrdən əlavə fərqli təşviqlərlə turist cəlb etməyi planlaşdıran digər ölkələr də mövcud ola bilər. Dünyadakı vəziyyət hazırda qeyri-stabil olduğundan, səyahət etməzdən əvvəl gedəcəyiniz ölkələrdə hansı növ məhdudiyyətlərin olduğunu yoxlamağınız məqsədəuyğundur.

Related posts:

MESSAGES OF THE WORLD’S TOURISM GIANTS DURING THE CORONAVIRUS

MESSAGES OF THE WORLD’S TOURISM GIANTS DURING THE CORONAVIRUS

We are all aware that the Coronavirus pandemic has affected many areas. One of them, and perhaps the most affected, is the tourism industry. Before the epidemic, the tourism industry accounted for 10% of world GDP. At the moment, The World Travel & Tourism Council has warned that the COVID-19 pandemic could cut 50 million […]

Vizam.az 07 February 2022
When will we travel again?

When will we travel again?

The incidence of the coronavirus pandemic, which has killed thousands of people around the world, continues to rise. At a time when the number of infections has reached 3 million, and more than two hundred thousand people have died, leaving home has become even riskier. Although staying at home may not seem difficult to many […]

Vizam.az 07 February 2022
The Not-Do List in Southeast Asia

The Not-Do List in Southeast Asia

You can hear thousands of advice about where to go, and what to do while traveling somewhere. But what things we should not do? It sounds weird, but every year hundreds of tourists have different problems just because of not to know local rules and traditions. In order not to come across these kinds of […]

Vizam.az 07 February 2022
The Sun fear of Trolls

The Sun fear of Trolls

One of the most touristic places – Trolltunga which is located in Oreland in the skirts of the Norway mountains looks like a Troll’s tongue. But why Ogre? The story of this monument’s name comes from Norway legends, from the giant’s named Trolls who lived in this area. According to another legend, these ogres were […]

Alakbar Karbalayev 07 February 2022
EXPENSIVE PART OF NEW ZEALAND

EXPENSIVE PART OF NEW ZEALAND

As I know there isn’t an article about the southern part of the south-east land – New Zealand. From my point of view, this country has the most magnificent nature in the world. You can come across different landscapes and climates at every step of your travel. Daily expenses? Let’s turn to the start point. […]

Rasim Aghayev 07 February 2022
CARIBBEAN FLASHBACK

CARIBBEAN FLASHBACK

One day I fed up with watching the film “Caribbean Islands” and said to myself: “I’m going”. Can’t I be like Captain Jack Sparrow?! February. 2016. Before planning the trip to these islands, there was also a Venezuela option in my “Travel Menu” in addition to the Caribbean. Taking into consideration that I cannot travel to […]

Rasim Aghazada 07 February 2022
OPEN CURTAINS, I AM WATCHING FOOTBALL!

OPEN CURTAINS, I AM WATCHING FOOTBALL!

Imagine that you are in your own hotel room. You want to watch football and instead of turning the TV on, you open the curtains. Yes, West Ham United hotel is the perfect place for such crazy football fans.  The three-star West Ham United hotel allows you to watch Upton Park (Stadium where the West […]

Alakbar Karbalayev 07 February 2022
TRAVEL TO AVATAR PROVINCE

TRAVEL TO AVATAR PROVINCE

Everyone can be affected by any of the movies they watch. Some of us even include the places watched in movies on our “must-see” list.  Like everyone else, after watching the Avatar movie, I also wish to see Pandora. Many of us are likely to be unaware of the existence of such a place. Surrounded […]

Alakbar Karbalayev 07 February 2022
FLYING SHARK IN OXFORD

FLYING SHARK IN OXFORD

Since the “Shark” appeared on the roof of New High Street, Oxford on 9 August 1986, the house became the most mysterious place not only in Headington but also in the whole world. This extraordinary house with a headless shark became the center of world attention. Thus, the headless sculpture was erected on the 41st […]

Vizam.az 07 February 2022
Lixteynşteynə biznes vizası – Avropanın kiçik ölkəsinə biznes

Lixteynşteynə biznes vizası – Avropanın kiçik ölkəsinə biznes

Avropada İsveçrə ilə Avstriyanın sərhədində yerləşən Lixtenşteyn ölkəsi ərazisinə görə dünyanın ən kiçik ölkələrindən biri hesab olunsa da, səyahət üçün bir çox turistin marağındadır. Turistlərdən əlavə isə, ölkəyə il ərzində bir çox biznesmen də işgüzar səfərlər həyata keçirirlər. Əgər siz də Lixtenşteynə bu məqsədlə səyahət edib həm işinizi görmək, həm də gəzib bu ölkəni öz gözlərinizlə görmək istəyirsinizsə, Lixtenşteyn biznes (işgüzar səfər) […]

Vizam.az 10 December 2020